Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3898/2025 19.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı xxx qızının cavabdehlər Cavabdeh3, Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Quba Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinə, Qusar rayon Notariat Kontoruna və Cavabdeh5 Ağakərim oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Müqavilə münasibətlərindən irəli gələn mübahisələr, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, əqdlərdə vicdanlılığın istisna edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əziağa oğlu (məruzəçi), N urməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı xxx qızının cavabdehlər Cavabdeh3, Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Quba Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinə, Qusar rayon Notariat Kontoruna və Cavabdeh5 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-447/2025 nömrəli, 17 sentyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh5 kassasiya şikayətinə 19 yanvar 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Quba rayon Aqrar İslahat Komissiyasın ın 2000-ci il tarixli 5 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2 və X8 Quba şəhəri ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0,60 ha torpaq sahəsi verilmişdir.
2. X11 25 noyabr 2001-ci il tarixdə vəfat etmişdir.
3. Mülkiyyətçilərin adından bağlanmış 15 sentyabr 2002-ci il tarixli, 4-Ə-356 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə Quba şəhərində yerləşən 0.60 ha torpaq sahəsi Cavabdeh2 satmış, xx.xx.2019-cu il tarixdə torpaq sahəsi sonuncunun adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır.
4. Dövlət Notariat Arxivindən verilmiş 27 fevral 2023-cü il tarixli məktubla, 15 sentyabr 2002-ci il tarixdə 4-Ə-356 reyestr nömrəli təsdiq edilmiş müqavilənin arxivə təhvil verilməməsi göstərilmişdir.
5. Hazırkı mübahisə üzrə məhkəmə çəkişməsi dövründə – xx.xx.2022-ci il tarixdə, 4Ə-1161 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 tərəfindən Cavabdeh5 6 hektar torpaq sahəsi (mübahisələndirilən 0,6 ha torpaq sahəsi də daxil olmaqla) satılmış və torpaq sahəsi üzrə sonuncunun mülkiyyət hüququ qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İddiaçı1 (təkrar apellyasiya baxışında vəfat etmişdir) və xxx qızı onlara və digər mülkiyyətçi X8 məxsus olan 0,60 ha torpaq torpaq sahəsinin özgəninkiləşdirilməsinə əsas olmuş, Quba rayon Dövlət Notariat Kontorunda bağlanmış 15 sentyabr 2002-ci il tarixli, 4- ə-356 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi, həmin çıxarış əsasında Cavabdeh2 ilə Cavabdeh5 arasında Qusar rayon Notariat Kontorunda bağlanmış 4 iyun 2022-ci il tarixli 4Ə-1161 reyestr nömrəli alqı-satqı müqaviləsi və onun nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə və onların mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh2 adına özgəninkiləşdirilməsində iştirak edən şəxslərin barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişlər.
7. İddia tələbi onunla əsaslandırmışdır ki, mülkiyyətçilərdən X4 Mahmudovanın oğlu, digər İddiaçı2 (Cəfərovanın) isə qardaşıdır. X11 25 noyabr 2001-ci il tarixdə vəfat etmişdir. Onlar ƏMDX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə Torpağa Mülkiyyət Hüququna dair JN-305 KOD 30301004 nömrəli Dövlət Aktı əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilməsi ilə bağlı müraciət etmişlər. Lakin həmin qurumdan onlara to rpaq sahələrinə dair qeyd etdikləri dövlət aktına əsasən çıxarış verə bilməyəcəklərini və torpağın alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirildiyi bildirilmişdir. Onlara həmin qurum təqdim edilmiş alqı-satqı müqaviləsində guya onların və digər mülkiyyətçi X7 mülkiyyətlərində olan 0,60 hektar torpaq sahəsini Cavabdeh2 yetmiş milyon manata satdıqları qeyd edilmişdir. Eyni zamanda müqavilə Quba rayon Notariat Kontorunun dövlət notariusu Cavabdeh3 tərəfindən təsdiq olunmuş, tərəflərin şəxsiyyəti müəyyən edilib, onların fəaliyyət qabiliyyəti yoxlanılmışdır. Həmin vaxt notarius işləmiş Cavabdeh3 15 sentyabr 2002-ci il tarixdə müqaviləni təsdiq edərkən 25 noyabr 2001-ci il tarixdə vəfat etmiş X7 iştirakını hansı qaydada təşkil edib və onun müqavilənin imzalanmasında iştirak etdiyini də öz im zası ilə təsdiq etmişdir. Alqı-satqı müqaviləsindəki imzalar onlara məxsus deyildir. Cavabdehlər Reyhan Ağakişiyeva və həmin vaxt Quba rayonunda dövlət notariat ofisinin notariusu işləmiş Cavabdeh3 onların xəbərləri və məlumatı olmadan onlara məxsus olan torpaq sahəsinin Reyhan Ağakişiyevaya satılmasını hansısa yollarla rəsmiləşdirmiş, ölən adamın bir ildən sonra dirilərək müqavilə bağladığını təsdiqləməkdən də utanmamışlar. Torpağa Mülkiyyət Hüququna dair JN-305 KOD 30301004 nömrəli Dövlət Aktının əsli onlardadır. Hal-hazırda cavabdehlərin qanunsuz əməlləri nəticəsində mülkiyyət hüquqları kobudcasına pozulduğu üçün pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olmuşlar.
8. Quba Rayon Məhkəməsinin 2(027)-80/2023 nömrəli iş üzrə 27 iyul 2023-cü il tarixli qətnaməsi i lə (hakim Rahim Həsənov) iddia təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, 15 sentyabr 2002-ci il tarixli, 4-ə-356 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanan zaman X2 qismində müqavilə tərəfi kimi qeyd olunmuş və həmin müqavilədə onun adının qarşısında imza edilsə də, işdə olan ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X11 25 noyabr 2001-ci il tarixdə vəfat etmişdir. Bundan başqa, 15 sentyabr 2002-ci il tarixli, 4-Ə356 reyestr nömrəli alqı-satqı müqaviləsində imzalar öz əksini tapsa da, müqavilədə həmin imzaların kim tərəfindən imzalanması göstərilməmişdir. Belə ki, mübahisəli alqısatqı müqaviləsində satıcıların imzalarının qarşısında ad, soyad və ata adı qeyd edilməmişdir. Müqavilənin əslinin alınması ilə bağlı sorğu verilsə də, müqavil ənin əsli aşkar edilməmişdir.
10. Birinci instansiya məhkəməsində araşdırma zamanı o da müəyyən olunmuşdur ki, mübahisəli alqı-satqı müqaviləsi Quba rayon Notariat Kontorunun dövlət notariusu X6 tərəfindən təsdiq edilmişdir ki, həmin şəxs müqavilə üzrə alıcı, iş üzrə cavabdeh olan X1 bacısıdır.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, 29-cu maddəsinin 1 və 4-cü hissələri, Mülki Məcəllənin 19, 140, 144.1, 146.8, 149.2, 152.1, 157.1, 157.2, 213.1, 213.2, 213.6, 215.5, 337.1, 337.2, 337.3, 337.5, 405.1, 567-ci, “Notariat haqqında” Qanunun 28, 43-cü, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 12.1, 23.1, 23.3-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) apellyasiya instansiyası mə hkəməsində birinci icraat
12. Cavabdehlər Cavabdeh2 və Cavabdeh5 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
13. Cavabdeh2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasının yeri, vaxtı barədə cavabdehə məlumat verilmədiyindən və mülki iş üzrə iddia ərizəsi və digər sənədlər qanunla müəyyən olunmuş qaydada cavabdehə çatdırılmadığından iddianın mahiyyəti barədə məlumatsız olduğundan Mülki Məcəllənin 375.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edə bilməmişlər. Məhkəmə işə baxarkən və qətnamə çıxararkən MPM-in 9, 14, 77, 88 və 217ci maddələrinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntu məh kəmə tərəfindən düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olduğundan, cavabdehlərin prossesual hüquqları pozulduğundan, cavabdehin vicdanlı alıcı olmasının məhkəmə tərəfindən nəzərə alınmaması, torpaq sahəsindən 10 ildən artıq müddətdə etirazsız istifadə, sahiblik etməsi nəzərə alınmaqla mübahisələndirilən qətnamə ləğv edilməklə iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir. Quba Rayon Məhkəməsi tərəfindən torpaq sahəsinin icarə hüququ ilə M.Quliyevanın istifadəsində olması ilə əlaqədar olaraq 1998-ci ildən başlayaraq torpaq sahəsinə sahiblik etməsi, torpaq sahəsinin iddiaçılara X15 Komissiyası tərəfindən verilərkən Torpaq icarəsi haqqında qanunun tələblərinin pozulması araşdırılmamışdır. Torpaq icarəsi haqqında qanunun tələblərinin pozulması ilə icarəçin in hüquqlarının pozulması ilə nəticələnmiş hər bir əqd Torpaq İcarəsi haqqında Qanunun 29cu maddəsinə əsasən etibarsızdır. Torpaq sahəsinin Quba rayon Aqrar İslahat Komissiyasının 5 may 2000-ci il tarixli qərarı ilə iddiaçılara və X3 təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verildikdən sonrakı müddətdə iddiaçıların torpaq sahəsini yerində qəbul edib-etmədikləri, ötən müddət ərzində torpaq sahəsindən istifadə edib-etmədikləri araşdırılmamışdır. Birinci instansiya məhkəməsi yalnız torpaq sahəsinin Quba rayon Aqrar İslahat Komissiyasının 5 may 2000-ci il tarixli qərarı ilə İddiaçı1 və İddiaçı2 və X3 təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilməsinə və ƏMDX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə Torpağa Mülkiyyət Hüququna dair JN-305 KOD 30301004 nömrəli Dövlət Aktı əsasında Hüq uqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına istinad etmişdir. Məhkəmə tərəfindən torpaq sahəsinin icarə hüququ ilə X5 məxsus olması və cavabdehlər Cavabdeh2, Cavabdeh5 vicdanlı alıcı olmalarına, torpaq sahəsinin hazırkı dövrədək heç zaman iddiaçıların istifadələrində, sahibliklərində olmamasına hüquqi qiymət verilməmişdir.
14. Cavabdeh5 apellyasiya şikayətinin dəlilləri də Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-426/2024 nömrəli mülki iş üzrə 5 iyun 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh5 apellyasiya şikayəti təmin edilmiş, qətnamə 4 iyun 2022-ci il tarixli 4Ə1161 reyestr nömrəli alqı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək Cavabdeh2 ilə Cavabdeh5 arasında Qusar rayon Notariat Kontorunda bağlanmış 4 iyun 2022-ci il tarixli 4Ə-1161 reyestr nömrəli alqı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi hissəsində iddia tələbinin rədd edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Afiq Hüseynzadə)
16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əqdin etibarsızlığına dair iddia tələbinin nəticəsi çıxarışın ləğvi tələbinin nəticəsini özündən asılı etdiyindən, ilk növbədə əqdin etibarsızlığına dair tələbə hüquqi qiymət verilməlidir.
17. İddia tələbinin Cavabdeh2 ilə Cavabdeh5 arasında Qusar rayon Notariat Kontorunda bağlanmış 4 iyun 2022-ci il tarixli 4Ə-1161 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Quba Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli müvəqqəti təminat tədbiri barədə ərizənin təmin edilməsi barədə qərardadın icra edilməsi üçün aidiyyatı üzrə Quba rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, Quba rayon İcra və Probasiya şöbəsi 3 iyun 2022-ci il tarixdə qeyd olunan icra sənədinin icrası məqsədilə icraata başlamaq haqqında qərar qəbul etməklə, elə həmin tarixdə bu məlumatı 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərsə də, məhkəmə sorğuları əsasında həmin məktubun Ərazi İdarəsinə daxil olması barədə dəqiq məlumat cavab məktu buda öz əksini tapmamışdır. Lakin sonuncu cavabda isə Ərazi idarəsi icra şöbəsinin xx.xx.2022-ci il tarixli 131080/22-06 saylı məktubunun 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixdə daxil olması göstərilmişdir. Mübahisəli torpaq sahəsi ilə bağlı cavabdehlər Cavabdeh2 ilə Cavabdeh5 arasında Qusar rayon Notariat Kontorunda 04 iyun 2022-ci il tarixli 4Ə-1161 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanarkən, həmin torpaq sahəsi üzərində qadağanın reyestrdə məhz həmin tarixdə qeydə alınması görünməmişdir. Eyni zamanda mübahisəli torpaq sahəsi ilə bağlı iddiaçılarla digər cavabdeh R.Əmurullayeva arasında məhkəmə mübahisəsinin olması barədə Cavabdeh5 heç bir məlumat olmamışdır.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi üzərində Cavabdeh2 hüquql arının qanunsuz qeydə alınması yalnız bu iş üzrə qəbul olunmuş məhkəmə aktı əsasında müəyyən olunmuş, lakin tərəflər arasında alqı-satqı müqaviləsi 4 iyun 2022-ci il tarixdə, yəni qeydin qanunsuz olması müəyyən olunanadək bağlanmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi onu da nəzərə aldığını göstərmişdir ki, mübahisəli torpaq sahəsi əqdin bağlandığı andan Cavabdeh5 istifadəsində olmaqla, 2022-2023-cü illər üzrə buğda əkilməsi barədə EKTİS-də bəyan verilmiş və bu bəyan əsasında ona 1320 manat məbləğində subsidiya ödənilmişdir. Cari dövrə görə isə EKTİSə bəyan daxil omamışdır.
20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh5 mübahisəli torpaq sahəsini alarkən Cavabdeh2 adına verilmiş xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmədi yindən, Cavabdeh5 vicdanlı alıcı kimi qəbul edilməlidir.
21. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə vicdanlı alıcının qeyd olunan əmlak üzərində hüquqları müdafiə edilməli, mübahisələndirilən alqı-satqı müqaviləsi tərəflərin iradə ifadəsi ilə bağlandığından, etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməməlidir.
22. İddia tələbinin daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi hissəsinə gəldikdə, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, aparılmış qeydiyyat mübahisəli alqı-satqı müqaviləsi əsasında əldə edildiyindən və həmin alqı-satqı müqaviləsinin etibarsızlığı barədə tələb təmin edilmədiyindən, başqa sözlə, həmin müqavilə qüvvədə olduğundan, iddia tələbi qeyd edilən hissədə də təmin edilə bilməz.
23. Bununla yanaşı, apellyas iya instansiyası məhkəməsi həmçinin vurğulamışdır ki, mövcud iddia tələbinin bu hissədə təmin edilməməsi iddiaçıya mübahisəli torpaq sahəsinin mövcud bazar dəyər həddində Cavabdeh2 qarşı dəymiş zərərin ödənilməsi ilə bağlı iddia qaldırmaq hüququ istisna deyil.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 140, 144.1, 148.2, 149.2, 324.1, 324.2, 324.4, 324.5, 329.1, 331.1, 337.1, 354.2-ci, “Notariat haqqında” Qanunun 28-ci maddələrinə istinadla əsaslandırmışdır. c) kassasiya instansiyası məhkəməsində birinci icraat
25. İddiaçılar (vəkil Nümayəndə) birgə kassasiya şikayəti verərək, qətnamənin qismən – iddia tələbinin rədd edilməsi hissəsində ləğv, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
26. Azərbaycan Respublikası Ali Məhkəməs inin Mülki kollegiyasının 2(102)3711/2024 nömrəli iş üzrə 06 dekabr 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-426/2024 nömrəli iş üzrə 5 iyun 2024-cü il tarixli qətnaməsi qismən - “Cavabdeh2 ilə Cavabdeh5 arasında Qusar rayon Notariat Kontorunda bağlanmış 4 iyun 2022-ci il tarixli 4Ə-1161 reyestr nömrəli alqı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsinə dair hissədə iddia tələbinin rədd edilməsi” hissəsində ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
27. Kassasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur: - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə ko llegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna d air dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır - Konstitusiya Məhkəməsin in sözügedən mövqeyindən belə bir nəticə irəli gəlir ki, əmlakı başqa şəxslərdən əldə edən istənilən şəxs vicdanlı alıcı kimi tanına bilməz, şəxsin vicdanlı alıcı qismində qəbul olunması üçün onda əqdin legitimsizliyi barədə şübhə yaranmaması və üçüncü şəxslərin mümkün iddialarından xəbərinin olmaması şərtdir. Göründüyü kimi, nəinki əmlakı əldə edən şəxsin əqdin legitimsizliyini bilməsi halı, hətta bu barədə şübhənin olması belə, vicdanlılığın istisna edilməsi üçün kifayətdir. Nəzərə alınmalıdır ki, burada “legitimsizlik barədə şübhə” ifadəsinə şəxsin əqdin legitimsizliyini “bilməli idi” və ya “bilə bilirdi” kimi yanaşılmalıdır və bu hal müqavilə bağlananadək mövcud olmuş olmalıdır. Başqa sözlə, şəxsin vicdanlılığı bir neçə halda istisna oluna bilər: üçüncü şəxslərin mümkün iddialarından x əbəri olduqda, əqdin legitimsizliyini bildikdə, bilməli olduqda və ya bilməsi mümkün olduqda: - beləliklə, hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli müqaviləyə münasibətdə ilk öncə S - müqavilə bağlanarkən hər iki tərəfin dürüstlük qaydasına riayət etməsi, satıcının hüquqdan sui-istifadə edərək, mövcud iddialardan yayınmaq məqsədi ilə əmlakı satması və alıcının bunu bilməsi, bilməli olması və ya bilməsinin mümkün olması araşdırılmalıdır; - lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən Cavabdeh5 vicdanlılığını istisna edən halların mövcud olub-olmaması yoxlanılmamış, onun hazırkı iddiadan xəbərinin olub-olmaması, onunla bağlanmış alqı-satqı müqaviləsinin legitimsizliyini bilmiş olması və ya bilməsinin mümkün olması ilə bağlı irəli sürülmüş dəlil və sübutlar üzrə araşdırma aparılmamışdı r; - halbuki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə Cavabdeh2 mübahisə predmeti olan torpaq sahəsinə dair iddia və müvəqqəti təminat tədbirləri barədə ərizələr təqdim edildikdən dərhal sonra torpaq sahəsini özgəninkiləşdirmişdir; - hətta, Quba Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli, MTT (027)37/2022 saylı qərardadla torpaq sahəsinin üzərinə həbs qoyularaq, qərardad dərhal icraya yönəldilmiş, Quba Rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, lakin xx.xx.2022ci il tarixdə mübahisələndirilən torpaq sahəsi də daxil olmaqla 6 ha torpaq sahəsi Cavabdeh5 satılmış və xx.xx.2022-ci il tarixdə sonuncunun mülkiyyət hüquqları qeydə alınmışdır; - bundan başqa, Cavabdeh2 tərəf olduğu di gər məhkəmə çəkişmələrindən də anoloji qaydada torpaqları əvvəlcə öz mülkiyyətinə keçirməsi, həmin müqavilələrin də etibarsız hesab edilməsi müəyyən edilmiş, AZEMİS elektron məhkəmə sistemindən digər məhkəmə çəkişməsinin predmeti olan torpaq sahəsinin də Cavabdeh5 başqa alqı-satqı müqaviləsi əsasında satılması məlum olmuşdur; - nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəb ul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir; - göründüyü kimi, Cavabdeh2 dürüstlük qaydasına riayət edib-etməməsi araşdırılmamışdır; - Cavabdeh5 göstərilənləri, yəni, torpaq sahəsinə iddiaların olması və müqavilənin legitimsizliyini bilməsi ilə bağlı məsələyə münasibətdə qeyd edilməlidir ki, xx.xx.2022-ci il tarixli müqavilə ilə ona Quba şəhərində kənd təsərrüfatı təyinatlı 6 ha torpaq sahəsi 5000 manata satılmış, mübahisələndirilən torpaq sahəsi isə onun tərkibində 0,6 ha olmaqla mövcud olmuşdur. Apellyasiya instansiyası məhkəməsi 2022-ci il üzrə Quba şəh ərində 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bazar qiymətini, o cümlədən 6 ha torpaq sahəsinin ümumi dəyərinin həmin dövr üzrə nə qədər təşkil etdiyini, real dəyərlə uzlaşıbuzlaşmadığını müəyyənləşdirməmiş, 5000 manat məbləğin torpağın real dəyəri olduğunu, yoxsa simvolik məbləğ olduğunu araşdırmamış, bu halın mübahisənin həlli üçün zəruri olduğuna əhəmiyyət verməmişdir; - bundan başqa, Cavabdeh2 və Cavabdeh5 məhkəmədə eyni nümayəndə vəkillə təmsil olunmuş, izahat verən vəkil hər iki cavabdeh baxımından eyni mövqedən çıxış etmişdir. Mülki çərçivədə cavabdehlərin eyni şəxs tərəfindən təmsil edilməsi ilə bağlı qadağanedici norma olmasa da, vicdanlılıq çərçivəsində araşdırılan mübahisə üzrə cavabdehlər əmlakı əldə edən şəxslə həmin əmlakı ona satmış şəxslər olarsa, mənafe toqquşm ası olmasa belə, onların eyni nümayəndə (vəkil) vasitəsilə təmsil edilməsi vicdanlılığın yoxlanması baxımından əlverişli hesab edilmir və daha çox birtəfli xarakter daşıyan mövqe kimi qeyri-mütənasib vəziyyət yaradır ki, bu da ədalətli məhkəmə araşdırmasına mane olan haldır. Belə vəziyyətin yaranmaması üçün vicdanlı əldə edən cavabdeh və zərurət olarsa, əmlakı ona satan cavabdeh şəxsən dəvət edilməli, şəxsin həqiqətən də vicdanlı olması, yoxsa vicdanlılığın istisna olması ilə bağlı araşdırma aparılmalı, müqavilə tərəflərinin bir-biri ilə hansı münasibətdə olmaları (işgüzar, qohumluq, tanışlıq və s), bu münasibətlərin nə qədər yaxın, səmimi olması, satıcının əmlakı satmasını hansı vasitə ilə elan etməsi, alıcının əmlakın axtarışında olması və onu əldə etmək üçün iddiaçını hansı vasitə ilə t apması, onlar arasında başqa müqavilələrin də bağlanıb-bağlanmaması və sair iş üçün zəruri əhəmiyyətə malik hallar aydınlaşdırılmalı, tərəflərin verdiyi izahatın səmimiliyinə qiymət verilməlidir; - lakin apellyasiya instansiyası məhkəməsi Cavabdeh5 şəxsən dəvət edərək bu istiqamətdə izahatlarını almamış, işin hallarından Cavabdeh2 müqavilənin tərəfi kimi formal çıxış etdiyi və proseslərin əslində bacısı Cavabdeh3 tərəfindən idarə edildiyi aşkar olunsa da, bu hala əhəmiyyət verməmişdir. Belə ki, cavabdehlərin təmsilçisi (vəkili) sonuncu məhkəmə iclasında bildirmişdir ki, Cavabdeh5 əkin-biçinlə məşğuldur, torpağı alanda məhkəmə mübahisəsinin olmasından xəbəri olmamışdır. Apellyasiya instansiyası məhkəməsi nümayəndənin məhkəməyə verdiyi izahatına səmimi yanaşarkən nəzərə almamışdır ki, məhkəm ə iclasının davamında iddiaçı tərəf torpaq sahəsinə görə onlara 15000 manat veriləcəyi təqdirdə barışığa gəlinməsini təklif etmiş, təkliflə bağlı məhz Cavabdeh3 ilə məhkəmə iclas zalından mobil telefon vasitəsilə əlaqə saxlanmış və sonuncu iddiaçılar tərəfindən ona 15000 manat veriləcəyi təqdirdə torpağın onlara qaytaracağını, iddiaçılara 15000 manat verməkdən imtina etdiyini bildirmişdir. (3-cü cild, səh. 41, xx.xx.2024-cü il tarixli məhkəmə iclas protokolu); - göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən Cavabdeh3 torpağı qaytaracağı ilə bağlı şərtlərlə çıxış etməsinə, mübahisəli torpağa hələ də iddialı olmasına əhəmiyyət verilməmiş, bu halın Cavabdeh5 torpağın satılmasının formal olduğununun göstərici ola bilmə ehtimalını və sonuncunun vicdanlı alıcı olduğunu aşkar şəki ldə təkzib etməsini nəzərdən qaçıraraq bu istiqamətdə araşdırma aparmamışdır. Belə olan halda, məhkəmənin cavabdehlərin nümayəndəsinin izahatına hansı əsasla səmimi yanaşaraq Cavabdeh5 vicdanlı əldə edən olması qənaətinə gəlməsi qeyri-müəyyən qalmışdır; - bundan başqa, Cavabdeh2 tərəf olduğu digər məhkəmə çəkişmələrindən anoloji qaydada torpaqları əvvəlcə öz mülkiyyətinə keçirməsi və mülkiyyətə alınmasına əsas olan müqavilələrin uzun illər (təxminən 15-17 il) əvvəlki tarixlərə satıcı tərəfin iradə ifadəsi olmadan onların əvəzinə imza edilməklə tərtib edilməsi, onların əslində mövcud olmaması (arxivə təhvil verilməməsi), həmçinin alıcının bacısı olan notarius Cavabdeh3 tərəfindən təsdiqlənməsi, həmin müqavilələr əsasında mülkiyyətinə böyük həcmli torpaq sahələri alması barədə çoxsaylı qanun i qüvvəyə minmiş məhkəmə qətnamələrinin mövcudluğu göstərilən halların kütləvi olmasına dəlalət edir; - həmçinin, cavabdehlərin nümayəndəsi xx.xx.2024-cü il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, “həmin dövrdə torpaq sahələri həmin ərazidə yaşayan vətəndaşlara verilirdi. Təkcə mübahisəli 60 sot torpaq sahəsi deyil, ümumilikdə 20 hektar torpaq sahəsi Mehriban xanımın icarəsində olub. Həmin ölçüdə torpaq sahəsini Aqrar İslahat Komissiyası Mehriban xanıma verə bilməzdi. Ona görə Mehriban xanım bu yola əl atıb” (2-ci cild, səh 202) - göründüyü kimi, müqavilənin formal tərəfləri Cavabdeh2 və Cavabdeh5 olsa da, əsas proseslərin həmin vaxt notarius işləmiş Cavabdeh3 tərəfindən idarə edilməsi və torpaq sahələrinin əldə edilməsi məqsədi daşımasını təsdiq edən kifayət qədər sübu tlar mövcud olmuşdur. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
28. Təkrar apellyasiya baxışında Cavabdeh2 tərəfindən Cavabdeh5 satılmış 6 ha torpaq sahəsinin 2022-ci il üzrə real bazar dəyərinin, eləcə də 2022-ci il üzrə Quba şəhərində 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bazar dəyərinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmiş, ekspertizanın aparılması Mərkəzi Ekspertiza Bürosuna tapşırımışdır.
29. Məhkəmə Ekspertiza Bürosunun 09 iyul 2025-ci il tarixli, MEB-m146-0725 nömrəli ekspert rəyinə əsasən xx.xx.2022-ci il tarixli, 4Ə-1161 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 tərəfindən Cavabdeh5 satılmış 6 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2022-ci il üzrə real bazar dəyəri 184.600 (bir yüz səksən dörd min altı yüz) manat və həmin dövr üçün Quba şəhəri üzrə 1 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bazar dəyəri 37.000 (otuz yeddi min) manat təşkil etmişdir.
30. İddiaçı1 vəfat etdiyi üçün apellyasiya instansiyası məhkəməsi digər iddiaçı xxx qızını həm də prosessual hüquq varisi kimi işə cəlb etmişdir.
31. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-447/2024 nömrəli mülki iş üzrə 17 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilərək, Quba Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2(027)80/2023 nömrəli qətnaməsi qismən - Cavabdeh2 ilə Cavabdeh5 arasında Qusar rayon Notariat Kontorunda bağlanmış 4 iyun 2022-ci il tarixli 4Ə-1161 reyestr nömrəli alqı-satqı müqaviləsinin torpaq sahəsinin iddiaçılara məxsus olmayan 5.4 ha hissəsində etibarsız h esab olunması və onun nəticələrinin etibarsız hesab edilməsi hissəsində ləğv olunması, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməmişdir. Qətnamə mübahisələndirilən qalan - Cavabdeh2 ilə Cavabdeh5 arasında Qusar rayon Notariat Kontorunda bağlanmış 04 iyun 2022-ci il tarixli 4Ə-1161 reyestr nömrəli alqı-satqı müqaviləsinın iddiaçılara məxsus 0.60 ha torpaq sahəsinə dair hissəsinin və onun nəticələrinin etibarsız hesab edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Lalə Rəhimli, Almaz Süleymanova)
32. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdən məlum olur ki, Cavabdeh2 mübahisə predmeti olan torpaq sahəsinə dair iddia və müvəqqəti təminat tədbirləri barədə ərizələr təqdim edildikdən dərhal sonra tor paq sahəsini özgəninkiləşdirmişdir.
33. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, məhkəmə araşdırması zamanı Cavabdeh2 tərəf olduğu digər məhkəmə çəkişmələrindən də anoloji qaydada torpaqları əvvəlcə öz mülkiyyətinə keçirməsi, həmin müqavilələrin də etibarsız hesab edilməsi müəyyən edilmiş, AZEMİS elektron məhkəmə sistemindən digər məhkəmə çəkişməsinin predmeti olan torpaq sahəsinin də Cavabdeh5 başqa alqı-satqı müqaviləsi əsasında satılması məlum olmuşdur.
34. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iş materiallarına əsasən xx.xx.2022-ci il tarixli müqavilə ilə Cavabdeh5 Quba şəhərində kənd təsərrüfatı təyinatlı 6 ha torpaq sahəsi 5000 manata satılmış, mübahisələndirilən torpaq sahəsi isə onun tərkibində 0,6 ha olmaqla mövcud olmuşdur. Halbuki Məhkəmə Ekspertiza Bür osunun 09 iyul 2025-ci il tarixli, MEB-m146-0725 nömrəli ekspert rəyinə görə Cavabdeh2 tərəfindən Cavabdeh5 satılmış 6 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2022-ci il üzrə real bazar dəyəri 184.600 manat və həmin dövr üçün Quba şəhəri üzrə 1 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bazar dəyəri 37.000 manat olmuşdur.
35. İşin müəyyən olunmuş hallarına görə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh5 müqavilə ilə aldığı torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsi olduğundan xəbərdar olmuş, mövcud əmlakın iddiadan yayınması məqsədi ilə əmlakın satılmasında alıcı qismində çıxış etmişdir.
36. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilləri ilə bağlı həmçinin onu da qeyd etmişdir ki, Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əl aqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyri nə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər... Əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər.
37. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, apellyasiya baxışında iddiaçıların vəkili və nümayəndəsi Nümayəndə Rey han xx.xx.2022-ci il tarixdə Əmrullayeva və Cavabdeh5 arasında bağlanmış 4Ə-1161 reyestr nömrəli alqı-satqı müqaviləsini yalnız iddiaçılara məxsus 0,60 ha torpaq sahəsi hissəsində mübahisələndirdiyini bildirmişdir.
38. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı mövcud iddia üzrə 0,60 ha torpaq sahəsinə dair tələb irəli sürmək hüququna malik olduqlarından, mübahisələndirilən alqı-satqı müqaviləsi həmin hissədə etibarsız hesab edilməli və onun nəticələri də həmin hissədə ləğv edilməli olduğundan, birinci instansiya məhkəməsinin qətnaməsi - Cavabdeh2 ilə Cavabdeh5 arasında Qusar rayon Notariat Kontorunda bağlanmış 4 iyun 2022-ci il tarixli 4Ə-1161 reyestr nömrəli alqı-satqı müqaviləsinin torpaq sahəsinin iddiaçılara məxsus olmayan 5.4 ha (6 ha - 0.60 ha = 5.4 ha) hi ssəsində etibarsız hesab olunması və onun nəticələrinin etibarsız hesab edilməsi hissəsində ləğv olunmalı və həmin hissədə iddia təmin edilməməli, qətnamə mübahisələndirilən qalan Cavabdeh2 ilə Cavabdeh5 arasında Qusar rayon Notariat Kontorunda bağlanmış 04 iyun 2022-ci il tarixli 4Ə-1161 reyestr nömrəli alğı-satqı müqaviləsinın iddiaçılara məxsus 0.60 ha torpaq sahəsinə dair hissəsinin və onun nəticələrinin etibarsız hesab edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
39. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 140, 148.1, 148.2, 149.2, 152.1, 157.1, 157.2, 213, 215, 324, 337-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
40. Cavabdeh5 (və kili Vəkil3) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
41. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Quba şəhəri ərazisində yerləşən 0,60 ha torpaq sahəsi iddiaçılar tərəfindən 15 sentyabr 2002-ci il tarixli, 4-ə-356 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə Cavabdeh2 satılmışdır. Həmin tarixdən torpaq sahəsi Cavabdeh2 mülkiyyətində olmaqla, heç bir etiraz, şikayət olmadan torpaq sahəsindən kəndə təsərrüfatı məhsulları istehsalı ilə məşğul olmuşdur. Cavabdeh5 də 04 iyun 2022-ci il tarixdə alqı-satqı müqaviləsi ilə Cavabdeh2 torpaq sahəsini almışdır. 15 sentyabr 2002- ci il tarixli, 4-ə-356 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə müəyyən olunur ki, C avabdeh2 həmin tarixdən 04 iyun 2022-ci il tarixli 4Ə-1161 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlananadək 19 il, 10 aydan artıq bir müddət ərzində torpaq sahəsindən fasiləsiz və etirazsız sahiblik etdiyindən, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır. Cavabdeh2 torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh5 Cavabdeh2 Quba şəhəri ərazisində yerləşən 0,60 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrindəki xx.xx.2019-cu il tarixli, ********** nömrəli qeydiyyatına, **********25 reyestr nömrəsinin qeydiyyatının həqiqiliyinə və tamlığına inandığı üçün notarial qaydada bağlanmış alqısatqı müqaviləsi əsasın da torpaq sahəsini almışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntu məhkəmə tərəfindən düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olduğundan cavabdehin hüquqları pozulduğundan, cavabdehin vicdanlı alıcı olmasının məhkəmə tərəfindən nəzərə alınmaması, torpaq sahəsindən 10 ildən artıq müddətdə etirazsız istifadə, sahiblik etməsi nəzərə alınmaqla mübahisələndirilən qətnamə ləğv edilməklə iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.1. Daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış qanunla müəyyən edilmiş qaydada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsas lanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Maddə 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əş yanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Maddə 213.7. Ümumi mülkiyyətdə olan əşya digər mülkiyyətçilərlə razılaşma əsasında mülkiyyətçilərdən birinin xeyrinə və mənafeyi üçün girov qoyula bilər və ya başqa şəkildə yüklü edilə bilər. Maddə 21 3.8. Ümumi mülkiyyətdə olan əşyaya qulluq edilməsi və onun saxlanması xərcləri, bu Məcəllədə və ya müqavilədə ayrı qayda müəyyənləşdirilməyibsə, mülkiyyətçilərin üzərinə bərabər şəkildə qoyulur. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Maddə 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istif adə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər. Maddə 215.3.1. Əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti. Maddə 215.3.2. Əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Maddə 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Maddə 324.1. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, ba ğışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 324.6. Əgə r nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi n əticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əh əmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik e dilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və pros essual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
45. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib.
48. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbi üzrə düzgün hüquqi dəyərləndirmə aparmış, Cavabdeh5 vicdanlı əldə edən olmaması ilə bağlı işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə əməl edərək, qanuni və əsaslı qətnamə qəbul etmişdir.
49. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmasını yetərli hesab edərək, qeyd edir ki, onun gəldiyi nəticə ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Buna görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırması yetərli hesab olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik təl əblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
50. Cavabdeh5 vicdanlı əldə edən olması ilə bağlı kassasiya şikayətinin dəlillərinə gəldikdə, qeyd edilməlidir ki, bu dəlillər apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallarla yanaşı, əvvəlki kassasiya instansiyası məhkəməsinin qərarında əks edilənlər baxımından da əsaslı sayıla bilməz.
51. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh5 kassasiya şi kayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-447/2025 nömrəli 17 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.