Məhkəmə qərarları › İş №2(102)-3199/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3199/2025

18.11.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqaviləl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3199/2025 18.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Quba regional “ASAN XİDMƏT” Mərkəzinin Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı, daşınmaz əmlakın reyestrindəki qeydin mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Quba regional “ASAN XİDMƏT” Mərkəzinin Notariat Ofisinə qarşı “müqavilənin etibarsızlığı və çıxarışın ləğvi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-152/2025 nömrəli, 12 iyun 2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 18 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 24.03.2021-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında iddiaçılar və onların ailə üzvləri olan mərhum X7 birgə mülkiyyətinə Quba şəhərində 0.80 ha torpaq sahəsi verilmişdir.

2. Quba rayon notariat kontorunda xx.xx.2002-ci il t arixdə təsdiq edilmiş 4ə-383 reyestr nömrəli alqı-satqı müqaviləsində həmin torpaq sahəsinin iddiaçılar tərəfindən Cavabdeh2 satıldığı qeyd edilmiş və xx.xx.2019-cu il tarixdə sonuncunun adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır.

3. X19 xx.xx.2020-ci il tarixdə ölmüşdür. 4. xx.xx.2022-ci il tarixli, 4Ə-1312 saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 mübahisəli torpaq sahəsini 4000 manata X2, hazırda sonuncunun mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar məhkəməyə müraciət edərək, Quba rayon Dövlət notariat kontorunda bağlanmış 15 sentyabr 2002-ci il tarixli, 4-ə-383 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və “Torpağa mülkiyyət hüququna dair” JN-625 KOD 30301004 saylı Dövlət aktı ilə onlara və mərhum ailə üzvləri olan X12 məxsus olan 0,80 ha torpaq sahəsi ilə bağlı Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Cavabdeh2 adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********93 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, mülkiyyətlərində olan torpaq sahəsinə dair sənədin dublikatını əldə etmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDKR publik hüquqi şəxsin 5 saylı Ərazi İdarəsinə müraciət etmişlər. Vəkil sorğusuna verilən cavabda həmin torpaq sahəsinin Quba rayon Notariat Kontorunun xx.xx.2002-ci il tarixli, 4ə-383 reyestr nömrəli alğı-satq ı müqaviləsinə əsasən özgəninkiləşdirilməsi qeyd olunmuşdur. Halbuki alğı-satqı müqaviləsi barədə hal-hazıradək məlumatı olmamışdır. Daha sonra onlar qeyd edilən 15 sentyabr 2002-ci il tarixli, 4-632 və 4ə-383 reyestr nömrəli alğı-satqı müqaviləsinin surətinin əldə edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə müraciət etmişlər və həmin qurumdan onlar Quba dövlət notariat ofisi tərəfindən həmin saylı müqavilənin arxivə təhvil verilmədiyi cavabı verilmişdir. Yuxarıda qeyd etdiklərindən göründüyü kimi cavabdeh Reyhan Ağakişiyeva onların xəbəri və məlumatı olmadan onlara məxsus olan torpaq sahəsini hansısa yollarla rəsmiləşdirmiş, digər cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi də Cavabdeh2 çıxarış vermişdir. Onlar mülkiyyətlər ində olan torpaq sahəsini heç kimə satmamışlar. Hal-hazırda cavabdehlərin qanunsuz əməlləri nəticəsində mülkiyyət hüquqları kobudcasına pozulduğu üçün hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olmuşlar.

7. Quba Rayon Məhkəməsinin 2(027)-368/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Rahim Həsənov) iddia təmin edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2002-ci il tarixli, 4-ə-383 reyestr nömrəli alqı-satqı müqaviləsində imzalar öz əksini tapsa da, müqavilədə həmin imzaların kim tərəfindən imzalanması göstərilməyib. Belə ki, mübahisəli alqı-satqı müqaviləsində satıcıların imzalarının qarşısında ad, soyad və ata adı qeyd edilməmişdir.

9. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, mübahisəli alqı-satqı müqaviləsi Qu ba rayon Notariat Kontorunun dövlət notariusu X13 tərəfindən təsdiq edilmişdir ki, həmin şəxs müqavilə üzrə alıcı, iş üzrə cavabdeh olan X5 bacısıdır. Bundan başqa, xx.xx.2002-ci il tarixli, 4-ə-383 və 4-Ə632 reyestr nömrələri ilə təsdiq edilmiş alqısatqı müqavilələri və onların qeydə alındığı reyestr kitabı arxivə təhvil verilməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəlləsinin 19, 140, 144.1, 146.8, 149.2 152.1, 157.1, 157.2, 213.1, 213.2, 213.6, 215.5, 337.1, 337.2, 337.3, 337.5, 405.1, 567-ci, “Notariat haqqında” Qanunun 28, 43-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi b arədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Quba rayon AİK-in xx.xx.2000- ci il tarixli, 05 saylı qərarı ilə iddiaçılara 0.80 ha torpaq sahəsi verilsə də, faktiki olaraq torpaq sahəsi iddiaçıların istifadəsində, sahibliyində olmamışdır. Torpaq sahəsi Quba rayon AİK tərəfindən qərar qəbul olunduğu tarixədək və qərar qəbul olunduğu tarixdən sonrakı müddətlərdə cavabdehin sahibliyində, istifadəsində və sonradan mülkiyyətində olmuşdur. Torpaq sahəsindən 2010-cu ilədək Cavabdeh2 taxıl əkini sahəsi kimi istifadə etmiş, 2010cu ildən sonra Quba rayonu, Caqacuqçay kənd sakini X14 icarəyə verilmişdir. Hazırda torpaq sahəsi icarə əsasında həmin şəxsin istifadəsindədir. İddiaçılar torpaq sahəsindən heç vaxt istifadə etmədiklərindən, torpaq sa həsinə sahiblik etmədiklərindən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müraciət etməmişlər. Mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-368/2023 №-li qətnaməsində göstərildiyi kimi cavabdeh işə məhkəmədə baxılmasında iştirak etməmişdir. Mülki işə məhkəmədə baxılmasında iştirak etmədiyindən iddia tələbinə dair münasibətlərini bildirmək imkanları olmamışdır. İşin faktiki halı ondan ibarətdir ki, Quba şəhəri ərazisində 0.80 ha torpaq sahəsi də daxil olmaqla 20 ha torpaq sahəsi Quba rayon X18 tərəfindən 1998-ci il tarixdə X8 icarəyə verilmişdir. M.Quliyeva həmin tarixdən torpaq sahəsindən istifadə etmişdir. Həmin ərazidə olan torpaq sahələri AİK tərəfindən əhaliyə pay torpağı kimi verilərkən AİK-nın qər arları ilə müxtəlif şəxslərin adlarına qərarla verilmiş olsa da, faktiki olaraq torpaq sahəsi həmin şəxslərin istifadəsində, sahibliyində olmamış, əvvəldən bağlanmış icarə müqaviləsi əsasında Mehriban Quliyevanın istifadəsində və sahibliyində olmuşdur. Quba rayon AİK-nın xx.xx.2000-ci il tarixli, 05 saylı qərarı ilə torpaq sahəsinə hüquqları müəyyən olunmuş iddiaçılar alqı-satqı müqaviləsi ilə torpaq sahəsini özgəninkiləşdirmiş və cavabdeh torpaq sahəsini almışdır. X20 04 iyun 2022-ci il tarixdə alqı-satqı müqaviləsi ilə Cavabdeh2 torpaq sahəsini almışdır. Quba Rayon Məhkəməsi tərəfindən mülki iş üzrə işin halları tam, hərtərəfli və obyektiv araşdırılmadan qətnamə qəbul edilmişdir. Belə ki, torpaq sahəsinin icarə hüququ ilə 1998-ci ildən X6 istifadəsində olması, Quba rayon Aqrar İslahat Ko missiyasının 05 may 2000-ci il tarixli qərarı ilə həmin 0,80 ha torpaq sahəsinin X21, X22 və X9 və mərhum X4 təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilməsinə baxmayaraq hazırkı müddətədək torpaq sahəsindən həmin şəxslərin heç vaxt istifadə etmədikləri, 2000-ci ildən ötən müddət ərzində torpaq sahəsindən istifadə etməmələrinin səbəbləri araşdırılmamışdır. İddia təmin edilərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin əqdlərin etibarsız hesab edilməsinə, iddia müddətləri, müqavilənin ləğv edilməsinə və reyestrin məzmununun qeyri-dəqiqliyi, məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyasına dair tələblərinə əməl edilməmişdir. 15 sentyabr 2002-ci il tarixli, 4-ə-383 reyestr nömrəli alqı-satqı müqaviləsinin satıcılar tərəfindən imzalanmaması məhkəmə tərəfindən faktiki olaraq araşdı rılmadan qətnamə qəbul edilmişdir. Məhkəmənin 15 sentyabr 2002-ci il tarixli, 4-ə-383 reyestr nömrəli alqısatqı müqaviləsində imzaların öz əksini tapması, həmin imzaların kim tərəfindən imzalanmasını göstərməsi xüsusi biliyə malik ekspert tərəfindən araşdırılmamışdır.

13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-462/2024 nömrəli iş üzrə 2024-cü il 8 aprel tarixli qətnaməsi ilə (hakimlər İlqar Dəmirov – sədrlik edən və məruzəçi, Fuad Məmmədov, Lalə Rəhimli) birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia təmin edilməmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X21 izahatında torpağın bacısı X7 adında olması və torpaqla bacısının maraqlanmasını göstərmişdir. H əmçinin bildirmişdir ki, bacısı X19 2020-ci ildə rəhmətə getmiş və övladları da olmadığından “Torpağa Mülkiyyət Hüququna Dair JN-625 KOD30301004 saylı Dövlət Aktı”nın harada olması barədə məlumatı yoxdur.

15. Məhkəmə kollegiyası tərəfindən “Torpağa Mülkiyyət Hüququna Dair JN-625 KOD30301004 saylı Dövlət Aktı”nın əslinin iddiaçılarda hansı səbəbdən olmaması bildirilmiş, bununla əlaqədar iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddiaçı X17 bacısı mərhum X1 Cavabdeh2 ilə münasibətlərinin olduğunu və Dövlət Aktının əslinin bu səbəbdən cavabdehə verilə bilməsini qeyd etmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi MPM-in 354.2-ci maddəsində nəzərdə tutulan 1 illik kəsici müddəti tətbiq edərək göstərmişdir ki, hazırkı iş üzrə iddiaçılar mübahisələndirilən xx.xx.2002-ci il tarixli, 4ə-632 və 4ə -383 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsızlığına dair iddia tələbi üzrə birinci instansiya məhkəməsinə xx.xx.2022-ci il tarixində müraciət etmişlər. Beləliklə, iddiaçılar əqdin etibarsızlığı ilə bağlı bəlli olan halın onlara çoxdan (ən azından X7 xx.xx.2020-ci il tarixdə vəfat etdiyi vaxtdan) məlum olmasına baxmayaraq onu bir il ərzində mübahisələndirməmiş, yalnız xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməklə yuxarıda qeyd olunan bir illik kəsici müddəti ötürmüşlər. Buna görə də birinci instansiya məhkəməsi müqavilənin etibarsız hesab edilməsi ilə bağlı nəticəyə gələrkən iddiaçılar tərəfindən məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddətin ötürüldüyünü nəzərə almamışdır.

17. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının bacısı X 19 xx.xx.2020-ci ildə vəfat etmişdir. Lakin iddiaçılar həmin torpaq sahəsindən kimin faktiki istifadə etməsi ilə əlaqədar maraqlanmamış, həmin torpaq sahəsindən uzun müddət ərzində hər hansı gəlir götürülməsi, torpaq vergisi ödənilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişlər.

18. Məhkəmə kollegiyası torpaq sahəsinin X3 və mülkiyyətində olması ilə bağlı qeyd etmişdir ki, Cavabdeh2 mübahisə edilən 0.80 ha torpaq sahəsini almış X20 alqı-satqı müqaviləsinin legitimliyi barəsində onda şübhə yaranmadığından vicdanlı alıcı kimi nəzərdən keçirilməlidir. Bu səbəbdən də, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə çıxarışın ləğv edilməsinə heç bir əsas yoxdur.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.11, 354.2-ci maddələrinə, Azərbaycan Re spublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 10 mart 2020-ci il tarixli qərarına, «B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

20. İddiaçılar kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2024cü il tarixli, 2(102)-2841/2024 nömrəli qərarı ilə (hakimlər Sənan Hacıyev - sədrlik edən və məruzəçi, Elşanə Vəliyev və Elşad Şamayev) iddiaçıların kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

22. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yuxarıdakı mövqeyi ilə razılaşmayaraq bildirmişdir ki, qətnamə maddi və prosessual pozuntu ilə qəbul edilməklə düzgün nəticəyə gəlinməmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəyə MM-in 354.2-ci maddəsində nəzərdə tutulan kəsici müddəti tətbiq etməklə maddi hüquq normasının tət biqində səhvə yol vermişdir. Belə ki, MM-in 354.2-ci maddəsi etibarsızlığın növlərindən yalnız birində - mübahisə edilən əqdlərdə iradəsi zədələnmiş tərəfin həmin əqdi hansı müddətdə mübahisələndirə biləcəyini nəzərdə tutur.

24. Əqdlərin etibarsızlığı ilə bağlı qaydalar çərçivəsində (maddi hüquqi mənada) “əqdi mübahisələndirmək” məhkəmədə iddia qaldırmaq deyil, iradəsinin zədələnməsi ilə əqd bağlamış şəxsin həmin əqdlə bağlı olmadığına dair iradə ifadəsini məhkəmədənkənar qaydada müqavilənin qarşı tərəfinə bildirmək hüququdur (Mülki Məcəllə, maddə 337.2). Başqa sözlə, etibarsızlığın digər növlərində əqdin etibarsız hesab edilməsi (məsələn, səlahiyyətsiz təmsilçinin bağladığı əqdin etibarsız sayılması və s.) haqqında iddianın qaldırılması, onların mübahisə edilən əqdlər olması mənasına gəlm ir. Bu baxımdan, maddi hüquqi mənada bir əqdin mübahisə edilən (mübahisələndirilən) sayılması üçün meyar onun etibarsızlığına dair iddianın qaldırılması deyil, etibarsızlığın iradə zədələnməsi hallarından irəli gəlib-gəlməməsidir. Odur ki, əqdin tərəfi yalnız bu hallara istinad edərək Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan müddətlərdə məhkəmədə iddia qaldırdıqda əqdi mübahisələndirmiş sayılır. (Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 nömrəli, 2022-ci il 14 iyun tarixli Qərardadı).

25. Mübahisə edilən əqdlərdə əqdin tərəfinin iradəsi zədələnmiş olur. İradənin zədələnməsinə səbəb olan əsasl ar Mülki Məcəllənin 339.1-339.4-cü və 347-ci maddələrində nəzərdə tutulmuşdur (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s).

26. Hazırkı mübahisədə isə iddiaçılar iradə ifadəsinin zədələnməsinə (Mülki Məcəllənin 339.1-339.4-cü və 347-ci maddələrində nəzərdə tutulmuş hallara) istinad etməmiş, əksinə, ümumiyyətlə iradə ifadələrinin olmadığını göstərmişlər. Başqa sözlə, iddiaçılar əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğuna - müqavilənin onlar tərəfindən imzalanmadığına, belə bir müqaviləni ümumiyyətlə bağlamadıqlarına, torpaq sahəsini heç kəsə satmadıqlarına istinad etmişlər ki, bu da iddianın əsasının əhəmiyyətsiz əqdlərlə bağlı olduğunun göstəricisidir.

27. Əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydaları na zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən (müddətin keçməsindən, mübahisələndirmədən, məhkəmə qərarından) asılı olmayaraq bağlandığı andan özüözlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.).

28. Hazırkı iş üzrə etibarsızlıq Mülki Məcəllənin 339.1-339.4-cü və 347-ci maddələrində nəzərdə tutulmuş hallara deyil, digər növlərə aid olduğundan iddiaya hansısa müddət şamil olunmamalıdır, Mülki Məcəllənin 354.1-ci maddəsindəki iddia müddətinin mülkiyyətin müdafiəsinə dair iddialara deyil, yalnız etibarsız əqd üzrə əmələ gələn əsassız varlanma tələblərinə, özü də cavabdehin ərizəsi əsasında tətbiq edildiyi diqqətdə saxlanılmalıdır.

29. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 57-ci maddəsinin tələbləri pozulmuş, mübahisəli torpaq sahəsinin hazırda Rəhman Hacıyevin mülkiyyətində olması işin mübahisəsiz halı olduğu halda, həmçinin birinci instansiya məhkəməsinin iddianın təmin edilməsinə dair qətnaməsi sonuncunun hüquq və mənafelərinə toxunduğu halda, sözügedən şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməmiş və onun iştirakı olmadan icraat aparılmışdır.

30. Apellyasiya instansiya məhkəməsi prosessual pozuntulara yol verilməsinə davam edərək üçüncü şəxs qismində cəlb etmədiyi Rəhman Hacıyevi vicdanlı əldə edən qismində tanımış və bu səbəbdən də alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə çıxarışın ləğv edilməsinə heç bir əsas görm əmişdir. Bununla da MPM-in 372-ci maddəsinin tələbləri pozulmuşdur, çünki, Rəhman Hacıyevə qarşı tələb ümumiyyətlə mövcud olmamış, torpaq sahəsinin Cavabdeh2 tərəfindən Rəhman Hacıyevə satılması barədə xx.xx.2022-ci il tarixli müqavilə və sonuncunun adına aparılmış reyestr qeydi hazırkı iş üzrə iddiaçılar tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya instansiyası apellyasiya baxışının, o cümlədən iddia tələbinin hədlərini aşaraq bu hala qiymət vermişdir. Halbuki, Rəhman Hacıyevin vicdalı əldə edən olub-olmaması məsələsinin hazırkı iddianın təmin edilib-edilməməsi baxımından heç bir əhəmiyyəti olmamışdır, başqa sözlə, xx.xx.2022-ci il tarixli müqavilə və sonuncunun adına aparılmış reyestr qeydi mübahisələndirildiyi halda, onun vicdanlı əldə edən olubolmaması məsələsi araşdırma predmeti o la bilərdi.

31. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərini pozmuş, sübutların qiymətləndirilməsində səhvə yol verərək sübutlara hərtərəfli və tam qaydada baxmamış, kəsici müddəti tətbiq etdiyindən iddianın mahiyyəti üzrə araşdırma aparmamış, bir-birini təkzib edən halları araşdırmamış, iddiaçı tərəfin torpağın mərhum bacıları Həqiqət Məmmədovanın adında olması, torpaqla bacısının maraqlanması, Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktının harada olması barədə məlumatlarının olmaması, mərhum bacılarının cavabdehlə münasibətlərinin olması səbəbindən aktın cavabdehə verilə bilmə ehtimalının olması barədə izahatına sübut qismində (iddiaçıların müqavilələrdən məlumatlı olması baxımından) yanaşarkən, elektron kabinet vasitəsilə apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş mübahisəli torpağın iddiaçıların adından cavabdehin əri İmran Əmrullayevə satılması barədə xx.xx.2004-cü il tarixli alqısatqı müqaviləsini ümumiyyətlə işə əlavə etməmiş, belə bir müqavilənin mövcudluğuna, mübahisələndirilən müqavilələr mövcud olduğu halda, hansı səbəbdən belə bir müqavilənin bağlanmasına, bütün bu müqavilələri təsdiq edən notarius Mehriban Quliyevanın Cavabdeh2 bacısı olmasına əhəmiyyət verməmişdir.

32. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 152.11, 337.1, 337.2, 337.3, 337.4, 354.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Plenum Qərarına, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 nömrəli, 2022-ci il 14 iyun tarixli qərardadına, MPM-in 14.2, 57.1, 77.1, 88, 407.2, 416.1 və 417.1.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

33. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-152/2025 nömrəli, 12 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Almaz Süleymanova (sədrlik edən və məruzəçi) Zahid Məmmədov və Mirbahəddin Hüseynov) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

34. Məhkəmə qeyd etmişdir ki, apellyator 15 sentyabr 2002-ci il tarixli, 4-ə-383 reyestr nömrəli alqı-satqı müqaviləsinin satıcılar tərəfindən imzalanması ilə bağlı faktın araşdırılmadığını mübahisələndirmişdir.

35. Məhkəmə iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2025-ci il tarixli, 4/466 nömrəli ekspert rəyinin tədqiqatının nəticəsi hissəsində göstərilmişdir: 1.1. Ekspertizaya təqdim edilmiş, mülki işin 1-ci cildin 41-ci vərəqində olan 15 sentyabr 2002-ci il tarixli torpaq alqı-satqı müqaviləsinin kserosurətində “İmzalar” qrafasında yuxarıdan aşağı istiqamətdə əks olunmuş 2-ci imza - İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 1.2. Ekspertizaya təqdim edilmiş, mülki işin 1-ci cildin 41-ci vərəqində olan 15 sentya br 2002-ci il tarixli Torpaq alqı-satqı müqaviləsinin kserosurətində “imzalar” qrafasında yuxarıdan aşağı istiqamətdə əks olunmuş 3-cü imza - İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 1.3. Ekspertizaya təqdim edilmiş, mülki işin 1-ci cildin 41-ci vərəqində olan 15 sentyabr 2002-ci il tarixli Torpaq alqı-satqı müqaviləsinin kserosurətində “İmzalar” qrafasında yuxarıdan aşağı istiqamətdə əks olunmuş 4-cü imza İddiaçı3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 1.4. Ekspertizaya təqdim edilmiş, mülki işin 1-ci cildin 41-ci vərəqində olan 15 sentyabr 2002-ci il tarixli torpaq alqısatqı müqaviləsinin kserosurətində “İmzalar” qrafasında yuxarıdan aşağı istiqamətdə əks olunmuş 1-ci imzanın - X15 tərəfindən icra olunub-olunmamasının tədqiqat prosesinin təsviri his səsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı.

36. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyini mötəbər sübut növü olaraq qiymətləndirmişdir.

37. Şikayətin digər dəlili torpaq sahələrinin AİK-nın qərarları ilə müxtəlif şəxslərin adlarına verilmiş olsa da, faktiki olaraq əvvəldən bağlanmış icarə müqaviləsi əsasında cavabdehin bacısı Mehriban Quliyevanın istifadəsində və sahibliyində olması ilə bağlıdır ki, kollegiya bu dəlil ilə də razılaşmamış, əsassız hesab etmişdir. Belə ki, torpaq sahəsinin əvvəllər icarədə olması, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq bu torpaqların torpaq islahatının obyekti qismində çıxış etməsini və Azərbaycan Respublikasının vahid torpaq fondunda daxil olan torpaq sahələrinin vətəndaşların daimi istifadəsinə verilməsini istisna etmirdi. Eləcə də qeyd olunmalıdır ki, cavabdeh tərəfindən mübahisə predmeti olan torpaq sahələrinin iddiaçıların mülkiyyətinə verilməsinə dair Dövlət Aktı qüvvədə olmaqla, həmin sənədin qanuniliyi mübahisə predmeti deyildir.

38. Şikayətin başqa bir dəlili alqı-satqı müqaviləsini təsdiq etmiş Quba rayon Notariat Kontorunun dövlət notariusu Mehriban Quliyevanın iş üzrə cavabdehin bacısı olması faktının müqavilənin ləğv edilməsi üçün əsas ola bilməməsi ilə bağlıdır. Kollegiya bu dəlili də əsassız hesab etmişdir. Belə ki, “Notariat haqqında” Qanunun 28-ci maddəsinə əsasən notarius və ya notariat hərəkətləri aparan digər vəzifəli şəxs tərəfindən öz adına və öz adından, ərinin (arvadının), onun və özünün qohumlarının (valideynlərinin, uşaqlarının, nəvələrinin, babalarının, nənələrinin, həmçinin qardaşlarının, bacılarının, əmilərinin (dayılarının), bibilərinin (xalalarının), onların uşaqlarının) adına və bu şəxslərin adından, həmin notarius və ya notariat hərəkətləri aparan digər vəzifəli şəxs ilə bir yerdə işləyənin adına və onun adından notariat hərəkətlərinin aparılması qadağandır. Müvafiq icra hakimiyyəti orqanlarının, həmçinin bu orqanın adına və onun adından notariat hərəkətləri aparmaq hüququ yoxdur. Bu maddənin tələblərini pozmaqla aparılmış notariat hərəkətləri və onlara bərabər tutulan hərəkətlər etibarsız sayılır və məhkəmənin qərarı ilə ləğv edilməsi üçün əsasdır.

39. Məhkəmə kollegiyası Ali Məhkəmənin Qərarının 68-ci bəndi üzrə araşdırma apararaq, qanunun şərh olunan normasını n tələblərini nəzərə alaraq qeyd etmişdir ki, göründüyü kimi qeyd olunan qohumluq əlaqələrində olan şəxslərə münasibətdə notarius tərəfindən notariat hərəkətlərinin aparılması qadağandır, aparılmış belə bir notariat hərəkətləri etibarsızdır.

40. Qeyd olunduğu kimi mübahisələndirilən alqı-satqı müqaviləsini təsdiq edən notarius Mehriban Quliyevanın müqavilə tərəfi olan (alıcı) cavabdehin bacısı olması işin mübahisəsiz halıdır və bu fakt qanunvericiliyin göstərişinə əsasən müqavilənin etibarsız hesab edilməsi əsası kimi çıxış edir.

41. Şikayətin digər dəlili mübahisələndirilən torpaq sahəsinin hazırda X10 mülkiyyətində olması ilə bağlıdır.

42. Kollegiya ilk əvvəl qeyd etmişdir ki, Ali Məhkəmənin Qərarının 66-cı bəndinin göstərişinə uyğun olaraq mübahisə predmeti olan torpaq sahəsinin hazırkı mülkiyyətçisi X20 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş, məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmışdır.

43. Kollegiya daha sonra göstərmişdir ki, araşdırılan mübahisə üzrə Rəhman Hacıyevə qarşı tələb irəli sürülməmiş, torpaq sahəsinin Rəhman Hacıyevə satılmasına dair müqavilə mübahisələndirilməmişdir. Hazırkı mübahisənin həlli baxımından torpaq sahəsinin Rəhman Hacıyevə satılması və sonuncunun mülkiyyətində olması araşdırma predmeti deyildir.

44. Apellyatorun mübahisələndirdiyi dəlillərdən biri də Cavabdeh2 tərəfindən 15 sentyabr 2002-ci il tarixli, 4-ə-383 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə ödənilmiş pul vəsaitinin cavabdehə qaytarılmasının həll edilməməsidir. Kollegiya şikayətin bu dəlili ilə də razılaşmır.

45. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Araşdırılan iddiadan, eləcə də işin müəyyən edilmiş halları onu göstərir ki, alqı-satqı müqaviləsi iddiaçılar tərəfindən bağlanılmamış, torpaq sahəsi onlar tərəfindən satılmamışdır. Bu isə alqı-satqı müqaviləsinin etibarlılıq şərtlərinə cavab verm ədiyini, özüözlüyündə əhəmiyyətsiz, bağlandığı andan etibarsız əqd olduğunu göstərir. Müəyyən edilmiş etibarsızlıq halına isə Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbləri şamil edilə bilməz.

46. Ali Məhkəmənin Qərarının 68-ci bəndinin göstərişinə uyğun olaraq aparılan araşdırma zamanı məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi izahatında bildirdi ki, alqı-satqı müqaviləsi Notariat haqqında Qanunun 28-ci maddəsinin tələbləri pozulmaqla bağlandığından, yenidən Rehyan Əmrullayevanın əri İmran Əmrullayevin adına 2004-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh2 ilə bağlanmış müqavilə ləğv edilməmişdir. Eləcə də İmran Əmrullayevlə bağlanılmış 2004-cü il tarixli müqavilə ilə heç bir hərəkət aparılmamışdır. Cavabdeh2 ilə bağlı bağlanılmış 2002-ci il tarixli müqavil ə qüvvədə olduğundan bu müqavilə əsasında 2019-cu ildə çıxarış alınmışdır.

47. İş materiallarına əlavə edilmiş İmran Əmrullayevlə bağlanılmış xx.xx.2004-cü il tarixli Torpaq alqı-satqı müqaviləsi də İmran Əmrullayevin arvadı Cavabdeh2 bacısı notarius Mehriban Quliyeva tərəfindən təsdiq edilmişdir.

48. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 152.11, 337.1, 337.2, 337.3, 337.4, 354.2-ci, MPM-in 372, 384.0.1, 385.1, 386, 402.1 və 420-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

49. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasın ı xahiş etmişdir.

50. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəllənin 140, 144.1, 152.11, 166.3, 34.1, 354.2-ci, MPM-in 9, 14, 77, 88, 217, 418-ci maddələrinə istinad edilməklə əsaslandırılmışdır ki, ki, hazırkı iş üzrə Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, kəsici müddətin başlanma anı qanunvericiliklə dəqiq müəyyən edilmişdir ki, bu, şəxsin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən etibarən bir ilərzində həyata keçirilə bilər. Mülki iş üzrə keçirilmiş məhkəmə iclasında iddiaçı X21 bildirmişdir ki, uzun müddət Mahaçqala şəhərində işləmiş, lakin buna baxmayaraq tez-tez gedib-gəlmiş, həmin vaxtlar mübahisələndirilən torpaq sahəsinə mərhum bacısı X19 tərəfindən nəzarət olunmuş, bacısının həmin torpaq sahəsini heç kəsə vermədiyini, sonradan həmin torpaq sahəsinin bacısı tərəfindən Telman adlı şəxsə icarəyə verildiyini qeyd etmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsində qeyd olunan maddədə nəzərdə tutulan müddət əslində iddia müddəti deyil, kəsici müddətdir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. Kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin müddətinin tətbiqinə dair ərizə verməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən olunmuş bir illik müddət iddia müddəti olmamaqla qanunun həmin normasının qüvvəsi müddətin tətbiqi barədə ərizənin verilməsindən asılı olmayaraq, bunun üçün qanuni əsaslar olduqda tətbiq edilir. Hazırkı işdə isə iddiaçılar tərəfi ndən Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət (kəsici) ötürülmüşdür. Belə ki, iddiaçılar 30 dekabr 2004-cü il tarixdə İmran Əmrullayevlə alqı-satqı müqaviləsi bağlayarkən Quba notariat kontorunun notariusu Mehriban Quliyevanın bacısı Cavabdeh2 adına alqı-satqı müqaviləsi bağlamağa, notarial əməliyyat aparmağa səlahiyyətli olmadığı bildirilməklə Əmrullayev İmranla alqısatqı müqaviləsi bağlamışlar. İddiaçılar tərəfindən 1 illik müddət ötürülməklə 30 dekabr 2004-cü il tarixdən 18 il sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Konstitusiya Məhkəməsi Plenumunun “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanı lmasına dair” 10 mart 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə istinad edərək nəticəyə gəlmək olar ki, Cavabdeh2 mübahisə edilən 0.80 ha torpaq sahəsini hüquq müəyyən edən sənədlər əsasında almışdır. Əmlakı alması ilə əlaqədar notariat kontorunda müqavilə bağlanmışdır. Quba şəhəri ərazisində 0.80 ha torpaq sahəsinin Torpağa Mülkiyyət Hüququna DairJN-625 KOD 30301004 saylı Dövlət aktı təqdim olunmaqla müqavilə bağlanmışdır. Məhkəmə tərəfindən iş materiallarına əlavə olunmuş alqı-satqı müqaviləsi araşdırılmamışdır. X16 mülki iş üzrə tərəf kimi cəlb olunmamışdır. İddia tələbinin Cavabdeh2 adına verilmiş 14.11. 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********9393 reyestr nömrəli çıxarışın ləğv edilməsi hissəsinə gəldikdə isə çıxarış xx.xx.2002-ci il tarixli, 4ə-632 və 4ə-383 r eyestr nömrəli alqı-satqı müqaviləsi əsasında verildiyindən notariat orqanının hərəkətlərinə hüquqi qiymət verilmədən əqdin etibarsız hesab olunması, çıxarışın ləğv edilməsi əsassızdır. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

51. Kassasiya şikayətinə iddiaçıların vəkili tərəfindən etiraz verilərək qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edildiyi, heç bir hüquq normasının tələblərinin pozulmadığı, işə baxan məhkəmə kifayət qədər araşdırma aparıldığı, iş üzrə sorğular göndərildiyi və müvafiq ekspertiza təyin edərək, rəy alındığı qeyd edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

52. Maddə 152.11. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyı r.

53. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

54. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

55. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

56. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

57. Maddə 354.2. Bu Məcəllənin 347.1 -ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

60. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

61. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qə bul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

62. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin q ətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

64. Kassasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, həmin hüquqi məsələlərə Ali Məhkəmənin Mülki Kollegiyanın iş üzrə qəbul etdiyi ilk qərarında hüquqi qiymət verilmiş və apellyasiya instansiyası mübahisəni kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyini və göstərişlərini nəzərə almaqla həll etmişdir.

65. Apellyasiya məhkəməsi tərəfindən mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilmiş, kassasiya şikayətində qeyd edilmiş prosessual pozuntulara yol verilməmişdir.

66. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər t utaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-152/2025 nömrəli, 12 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar