Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2263/2023 11.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin etibarsız hesab edilməsi, işə bərpa, əmək haqqı tələbi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 yanvar 2023-cü il tarixli, 2(105)-442/2023 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə 11 iyul 2023cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları: İddiaçı Cavabdeh direktor u səlahiyyətlərini müvəqqəti icra edən X 05 iyul 2022-ci il tarixdə ərizə ilə müraciət edərək, onun 05 iyul 2022-ci il tarixdən tutduğu vəzifədən və müəllimlikdən azad edilməsini xahiş etmişdir. Cavabdeh üzrə verilmiş 05 iyul 2022-ci il tarixli, 55 saylı əmrə əsasən, məktəbin GÇH rəhbəri və müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ərizəsi nəzərə alınmaqla Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən 05 iyul 2022-ci il tarixdən xitam verilmişdir. İddiaçı Cavabdeh direktoru səlahiyyətlərini müvəqqəti icra edən X 02 avqust 2022-ci il tarixdə ərizə ilə müraciət edərək, 05 iyul 2022-ci il tarixdə Əmək Məcəlləsinin 69.7-ci maddəsinə uyğun olaraq (işəgötürən tərəfdən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı xoşəgəlməz üsulla, işçinin iradəsinin əleyhinə əmək müqavilə sini ləğv etməyə onu məcbur etmək qadağandır) basqı altında yazdığı ərizənin etibarsız olması barəsində, Elm və Təhsil Nazirliyi qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 6 gün əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat mediasiya xərci ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” barə də iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair Sumqayıt şəhəri Məhəmməd Füzuli adına 15 saylı tam orta məktəb tərəfindən çıxarılmış 05 iyul 2022-ci il tarixli, 55 saylı əmrin etibarsız hesab edilməsi, onun həmin məktəbə hərbi rəhbər, Çağırışaqədərki hazırlıq və bədən tərbiyəsi idman müəllimi vəzifəsində öz əvvəlki işinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, 2002-2022-ci illərdə Cavabdeh hərbi rəhbər işləmiş, Çağırışaqədərki hazırlıq və bədən tərbiyəsi idman fənnini tədris etmişdir. O, bu illər ərzində heç bir nöqsana yol verməmiş və öz işinin öhdəsindən bacarıqla gəlmişdir. Şəhər səv iyyəsində keçirilən bir çox yarışlarda iştirak etməklə dəfələrlə l; 2-ci yerlərə layiq görülmüş və “Fəxri Fərman”larla mükafatlandırılmışdır. Onun yetirmələrinin bir çoxu Vətən Müharibəsində qəhrəmanlıqlar göstərmiş və o, bir müəllim kimi gənc nəslin vətənpərvərlik ruhunda böyümələri üçün öz bacarığını əsirgəməmişdir. Onun ümumi pedaqoji fəvliyyəti 42 ildir. Onun dərs dediyi 11-ci sinfin rus bölməsində təhsil alan şagird X1 (hazırda məzundur) dəfələrlə dərsdə özünü pis aparmış, nizam-intizam qaydalarını pozmuş və Kamal adlı şagirdlə arxa partada oturaraq nalayiq hərəkətlərə yol vermiş, uşaqların diqqətini dərsdən yayındırmış və o, da bir müəllim kimi bu hərəkətləri ona irad tutaraq danlamış və Kamalı da dəfələrlə dərsdən xaric etmişdir. Onun bu hərəkətinə görə ondan qisas almaq fikrinə d üşən Alyona ona şər-böhtan ataraq guya ona qarşı əxlaqsız, müəllim etikasına yaraşmayan hərəkətlər etməyi barədə valideynlərinə bildirmiş, ata-anası direktorun yanında onu nalayiq sözlərlə təhqir edərək 13 iyun 2022-ci ildə AR DİN-nin 102 xidmətinə zəng vurmuşlar. Bundan sonra Sumqayıt şəhər Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılmış və onun bu işdə günahsız olduğu və əməlində cinayət tərkibinin olmaması sübuta yetdiyi üçün Sumqayıt şəhər Polis İdarəsi İstintaq Şöbəsinin 23 iyun 2022-ci il tarixli Qərarı ilə barəsində olan material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Lakin, cavabdeh olan məktəbin direktoru və Sumqayıt şəhər Təhsil Şöbəsinin müdir müavini onu rahat buraxmamış və ona bildirmişlər ki, “öz xoşunla ərizə yaz işdən çıx, yoxsa səni AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən çıxaracağıq, onda səni heç yerdə işə götürməyəcəklər”. O, da artıq bütün bu hədələrdən və təhdidlərdən bezərək direktorun diqtəsi altında 05 iyul 2022-ci il tarixdə öz xahişi ilə işdən çıxmağı barədə ərizəni yazaraq təqdim etmiş və elə həmin gün də başa düşmüşdür ki, bu ərizəni yazmaqda səhv etmiş, psixoloji təsir altında olmuş, bu səbəbdən də məktəb direktoruna müraciət edərək həmin ərizəni ləğv etməsini və onun öz işində işləməyinə icazə verməsini xahiş etmişdir. Lakin direktor bildirmişdir ki, artıq əmr verilib və onun işə qaytarılması mümkünsüzdür. Bundan sonra o, bir sıra orqanlara, Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Sumqayıt şəhər Təhsil şöbəsinə müraciət etmiş, bütün müraciətlərində ona böhtan atıldığını və hədə-qorxu təsiri altında h əmin ərizəni yazdığını və bu səbəbdən də yenidən öz işinə qaytarılmağını xahiş etmişdir. Lakin, həmin ərizəni əlində əsas tutan bu orqanlar onun şikayətini təmin etməmişlər. Bu haqsızlıq nəticəsində o, 22 il işlədiyi bir məktəbdən kənarlaşdırılmış, onun əmək hüquqları kobud surətdə pozulmuşdur. Hətta məktəb rəhbərliyinin ərizə üzrə dərhal, elə həmin gün işdən çıxma əmrini verməsi də ona dəlalət edir ki, direktor onun işdən kənarlaşdırılmasında maraqlı olmuş və bu niyyətinə də çatmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2(060)-6215/2022 saylı qətnaməsi ilə (hakim A.Süleymanova) iddia rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı işdən çıxmasına dair ərizəni işəgötürənin təzyiqi altında yazdığını bildirsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər və əsaslı s übutlar təqdim etməmişdir. Məhkəmə, əmrin etibarsız hesab edilməsi barədə iddiaçının tələbini əsassız hesab edərək qeyd etmişdir ki, mübahisələndirilən əmrin məzmununa əsasən, işəgötürən tərəfindən qanunvericiliyin sadalanan normalarına əməl edilmiş, tələb olunan məlumatlar göstərilməklə əmr qəbul edilmişdir. Məhkəmə, həmçinin iddia tələbinin “işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsi” hissəsinə qiymət verərək qeyd etmişdir ki, bu hissədə tələb törəmə tələblər olmaqla və “əmrin etibarsız hesab edilməsi” əsas tələb olmaqla və həmin hissədə iddia təmin edilmədiyndən, törəmə tələb hissədə iddia təmin oluna bilməz. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbayca Respublikası Əmək Məcəlləsinin 68, 69, 292, 296-ci maddələrinə, “Mediasiya haq qında” Azərbaycan Respublikası Qanunun 35.1, 35.2, 32.4.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməmişdir. Belə ki, burada mübahisə əmrin məzmunu ilə bağlı deyil, həmin əmrin verilməsinə səbəb olan ərizənin ondan psixoloji təsir və təzyiq altında alınmasından gedir ki, bu na dair onun yetərincə sübutu vardır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 yanvar 2023-cü il tarixli, 2(105)-442/2023 saylı qətnaməsi ilə (hakimlər L.Məmmədova sədrlik edən, məruzəçi, A.Mahmudov və L.Rəhimli) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı öz iddia tələbini əsaslandıra və sübuta yetirə bilmədiyindən iddia təmin edilə bilməz. Belə ki, iddiaçı, işdən çıxmaq barədə ərizəni hədə-qorxu, təzyiq altında yazdığını və həmin ərizənin onun həqiqi iradəsini əks etdirmədiyini və sair göstərsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiya sı hüquqi mövqeyini Əmək Məcəlləsinin 68, 69, 292, 296-ci maddələrinin tələblərinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414- cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə
68. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü Əmək müqaviləsinə xitam verilməsi həmin əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Maddə
69. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksualqısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu mad də ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Maddə 84.1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Maddə 84.2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Maddə
292. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294- cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Maddə
296. Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Maddə 32.4.2. bu Qanunun 32.1.9- cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası mə hkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəmsinin qətnaməsinin qanuniliyinin bütövlükdə yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəm əsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hall arına görə, iddiaçı işəgötürənin adına 05 iyul 2022-ci il tarixdə ərizə ilə müraciət edərək, onun 05 iyul 2022-ci il tarixdən tutduğu vəzifədən və müəllimlikdən azad edilməsini xahiş etmişdir. İşəgötürənin 05 iyul 2022-ci il tarixli, 55 saylı əmrə əsasən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ərizəsi nəzərə alınmaqla Əmək Məcəlləsinin 69cu maddəsinin 3-cü bəndinə əsasən 05 iyul 2022-ci il tarixdən xitam verilmişdir. Bundan sonra iddiaçı işəgötürənin adına 02 avqust 2022-ci il tarixdə ərizə ilə müraciət edərək, 05 iyul 2022-ci il tarixdə Əmək Məcəlləsinin 69.7-ci maddəsinə uyğun olaraq (işəgötürən tərəfdən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı xoşəgəlməz üsulla, işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır) basqı altında yazdığı əriz ənin etibarsız olması barəsində, Elm və Təhsil Nazirliyi qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Əmək Məcəlləsinin 69-cu maddəsinin adından da göründüyü kimi həmin norma əmək müqaviləsinin işəgötürən tərəfindən deyil, məhz işçi tərəfindən ləğv edilməsinin qaydasını tənzimləyir. Hazırki halda da tərəflər arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin təşəbbüskarı qismində Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən məhz iddiaçı özü çıxış edir. Başqa sözlə desək, sözügedən norma işçinin əmək müqaviləsini ləğv etmək hüququnu, Əmək Məcəlləsinin 69-cu maddəsi isə həmin hüququn necə realizə olunması qaydasını tənzimləyir. Digər tərəfdən nəzərə alınmalıdır ki, əmək müqaviləsinin bərabər hüquqlu iki tərəfi var- işçi və işəgötürən. Əmək müqaviləsini bağlam aq, həm də onu ləğv etmək müqavilə tərəfi kimi işçinin subyektiv hüququdur və o, bu hüququnu reallaşdırmaq üçün müqavilənin digər tərəfi sayılan işəgötürənin iradəsindən (əmrindən) asılı deyil və işəgötürənin əmri əslində mahiyyətinə görə əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi faktını yalnız rəsmiləşdirmək məqsədi daşıyır. Yəni, işçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda, onu işçi ləğv edir. İşəgötürən isə bu ləğvi Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinin tələbinə uyğun olaraq rəsmiləşdirir. Bu mənada, “müqavilənin ləğvi” anlayışı ilə, “müqavilənin ləğvinin rəsmiləşdirilməsi” anlayışlarını eyniləşdirmək olmaz. İddiaçı, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ərizəni öz i radəsi ilə deyil, işəgötürənin təsiri ilə yazdığını göstərsə də, işdə, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etməsi mülki iş materialları ilə təsdiq olunmur. Halbuki, iddiaçının iddia etdiyi əsasla işəgötürənin əmri o, halda ləğv edilə və o, əvvəlki vəzifəsinə bərpa oluna bilər ki, işəgötürənin hərəkətlərində Əmək Məcəllənin 69-cu maddəsinin 7-ci hissəsində göstərilən hallar olmuş olsun. Həmin maddədə göstərilir ki, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nət icə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, iddiaçının kassasiya şikayətində göstərdiyi dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas sayıla bilməz. Çünki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mülki iş materiallarına tam uyğundur və apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırki əmək mübahisəsinə düzgün tətbiq etmişdir. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb eyni zamanda hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar olmadığına görə iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda gös tərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 yanvar 2023-cü il tarixli, 2(105)-442/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.