Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2264/2021 04.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh2 və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2264/21 (Açar sözlər: mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Xnın katibliyi, Cavabdeh: Cavabdeh2 vəkili X1 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2020-ci il tarixli, 2(105)-1382/2020 saylı qətnaməsindən Cavabdeh2 kasasiya şikayəti üzrə işə 04 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə icla sında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, iddiaçının övladları 17 noyabr 2015-ci il tarixdə doğulmuş oğlu X1 və 31 oktyabr 2013-cü il tarixdə doğulmuş oğlu X2la birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, 52 saylı evin 37 saylı mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim G.C.Tanrıverdiyeva) iddia təmin edilərək, iddiaçının övladları 17 noyabr 2015ci il tarixdə doğulmuş X1 və 31 oktyabr 2013-cü il tarixdə doğulmuş X2la birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, 52 saylı evin 37 saylı mənzilinə köçürülməsi qət edilib. B irinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, mübahisX1 mənzil əvvəllər dövlət mənzil fondunda olub. İddiaçı həmin mənzilin Cavabdeh2 adına özəlləşdirilməsinə yazılı razılıq verib. Cavabdehlərlə yanaşı iddiaçının da həmin mənzildən istifadə hüququ əmələ gX1b. İddiaçı 29 may 2012-ci il tarixdə rəsmi nikah əsasında Cavabdeh1la ailə qurub və cavabdehlərin razılığı ilə mübahisX1 mənzilə gX1n köçüb və həmin mənzilə qeydiyyata alınmaqla, orada cavabdehlərlə birgə yaşayıb ümumi təsərrüfatı birgə idarə etmişdir. Ona görə də mənzildən istifadə hüququ əmələ gəldiyindən iddiaçı övladları ilə birlikdə həmin mənzilə köçürülmX1dir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mənzil Məcəlləsinin 68.1, 68.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh2 apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Q.Məmmədov sədrlik edən, məruzəçi, Ş.R.Abasov və G.F.Tağızadə) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh2 apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gX1b, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübah isəyə düzgün tətbiq edib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mənzil Məcəlləsinin 68.1, 68.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dX1lləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dX1lləri Cavabdeh2 kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dX1lləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh2 vəkili X3 kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı və cavabdehlər Cavabdeh2, Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irX1 gələn öhdX1klər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Re spublikası Mülki Prosessual Məcəlləsi: Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dX1lləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irX1 gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməmX1dir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dX1lləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hes ab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dX1llərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh2 kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın təmin olunması üçün əsasların olmamasını göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dX1lləri ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, iddiaçı rəsmi nikah əsasında Cavabdeh1la ailə qurub və onların birgə nikahından 17 no yabr 2015-ci il tarixdə X1, 31 oktyabr 2013-cü il tarixdə X2 adlı iki uşaqları doğulub. 17 iyul 2014-cü il tarixli Çıxarışa əsasən, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 52 saylı evin 37 saylı mənzili mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınıb. İddiaçı və iki övladı mübahisX1 mənzildə daimi qeydiyyatdadırlar. Sumqayıt Şəhər Məhkəməsinin 24 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikahın pozulması və hər iki uşağın iddiaçının yanında saxlanılması qət edilib. Eyni zamanda, Sumqayıt Şəhər Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 İddiaçı qarşı “kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi” barədə iddiası rədd edilib. Sonradan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 avqust 2020-ci il tarix li qərardadı ilə Cavabdeh2 iddiadan imtina etdiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilib. Eyni zamanda, işdən görünür ki, İddiaçı mənzilin Cavabdeh2 adına özəlləşdirilməsinə notarial qaydada yazılı razılıq verdiyi üçün mənzil sonuncunun adına özəlləşdirilib. Apelyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, o cümlədən apelyasiya şikayəti ilə eyni məzmunlu olan kasasiya şikayətinin dX1llərini araşdırıb düzgün olaraq qeyd etmişdir ki, tərəflər arasında mübahisX1 mənzildən istifadə hüququnun əmələ gəlməsi ilə bağlı münasibətlər 2012-ci ildə yaranıb. Həmin vaxt Sumqayıt şəhəri, 9-cu mikrorayon, 52 saylı evin 37 saylı m ənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb və həmin mənzil dövlət mənzil fondunda olub. Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisin in ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irX1 gələn öhdX1klər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib düzgün olaraq qeyd etmişdir ki, mübahisX1 mənzil cavabdehlərlə yanaşı, iddiaçı tərəfindən yaşayış sahəsi kimi istifadə olunub. Belə ki, iddiaçı, 29 may 2012-ci il tarixdə rəsmi nikah əsasında Cavabdeh1la ailə qurub və cavabdehlərin razılığı ilə mübahisX1 mənzilə gX1n köçüb. Göründüyü kimi iddiaçı mübahisX1 mənzildə daimi qeydiyyatdadır və o, həmin mənzildə cavabdehlərlə birgə yaşamaqla, ümumi təsərrüfatı birgə idarə e dib. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı sadalanan maddələrin tələblərinə uyğun olaraq mübahisX1 mənzildən cavabdehlərlə bərabər surətdə istifadə hüququ əldə edib. Hətta iddiaçı həmin mənzilin Cavabdeh2 adına özəlləşdrilməsinə notarial qaydada yazılı razılıq verib. Apelyasiya instansiyası məhkəməsi həmçinin haqlı olaraq qeyd etmişdir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli Qərarına əsasən, özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin mənzildə yaşamaq hüquq undan imtinası kimi qiymətləndirilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarında qeyd etmişdir ki, özəlləşdirilən mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin yaşadıqları mənzilin (evin) öz aralarından hər hansı birinin mülkiyyətinə verilməsi haqqında razılığın olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz. Bundan əlavə, ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılıq verərkən, bunu mənzildə yaşamaq hüququndan imtina etmək üçün deyil, tam əksinə, Qanunun məqsədlərindən birinə uyğun olaraq həmin mənzildən daha səmərX1 istifadə etmək imkanına sahib olmaq üçün edirlər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin 1-ci hissəsinə görə özəlləşdirilə n mənzildə faktiki yaşayan ailə üzvlərinə həmin mənzildə yaşamaq hüquqlarının hansı şəkildə (mülkiyyətçi və ya yaxud mülkiyyətçinin ailə üzvü kimi) həyata keçirilməsini seçmək imkanı verilmişdir. Lakin bu seçim öz-özlüyündə Qanunun məqsədlərindən birinin tamamilə aradan götürülməsi və özəlləşdirməyə razılıq verən ailə üzvlərinin mənzildə yaşamaq hüququndan məhrum edilməsi ilə nəticələnməmX1dir. BelX1klə, ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılığı Qanunun məqsədlərinə əsasən həmin mənzildən daha səmərX1 şəkildə istifadə etmək imkanına sahib olmaq üçün, mənzilin mülkiyyətçisinin mülkiyyət hüququndan ailə üzvlərinin bu mənzildə yaşamaqla bağlı hüquqlarına zidd şəkildə istifadə etməyəcəyinə güvənib, ona etimad göstərərək vermişlər. Bu səbəbdən mülkiyyətçi, mənzilə mülkiyyət hüququndan o na bəslənilən etimada zidd şəkildə istifadə edərək özəlləşdirməyə razılıq vermiş digər ailə üzvlərini həmin mənzildə yaşamaq imkanından məhrum edə bilməz. Əks hal hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biri olan “hüquqdan sui-istifadə qadağasına zidd olar. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bundan başqa, işdən görünür ki, iddiaçının Cavabdeh1la birgə nikahından iki uşaqları doğulub və həmin uşaqların da ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüquqları vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Həmin Qanunun 20-ci madd əsində göstərilir ki, hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini əsas tutub, Cavabdeh2 kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dX1llərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, mübahisX1 mənzilin 2014-cü ildə cavabdehin adına özəlləşdirilməsi iddianın rədd edilməsi üçün əsas ola bilməz. Cavabdeh2 apelyasiya şikayətində iddiaçının 27 dekabr 2017-ci il tarixdə mənzili könüllü tərk edərək özünə məxsus Bakı şəhəri, Xətai rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi ərazisində yerləşən “Xəzər İnşaat” tərəfindən inşa edilmiş 9 “A” saylı evin iki otaqlı 76 saylı mənzilində yaşadığını və mübahisX1 mənzildə iddiaçıya m əxsus heç bir əşyanın olmadığını göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPMnin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etmX1dir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmX1dir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etmX1dir. Həmin hallara mübahisX1 hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazı nı əsaslandıran faktları sübut etmX1dir. Hazırkı işdə tərəflərdən hər birinin sübut etmX1 olduqları faktların dairəsi mübahisX1 hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, kasasiya şikayətinin dX1lləri ilə razılaşmayıb hesab edir ki, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh2 kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2020-ci il tarixli, 2(105)-1382/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2264/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2264/2021
04.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver