Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2264/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: təmir xərclərinin və kirayə haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı təmir xərclərinin və kirayə haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3982/2021 nömrəli iş üzrə 30 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı və cavab deh "X1” MMC tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində 4 mərtəbəli binada yerləşən 65,65 kv.m ümumi, 48 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 26 nömrəli mənzil İddiaçı xüsusi mülkiyyətindədir.
2. İddiaçı xüsusi mülkiyyət hüquqi ilə ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində istifadədə olan 0.095 ha torpaq sahəsində yerləşən 99 nömrəli, 4 mərtəbəli binada yerləşən 65,65 kv.m ümumi, 48 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 26 nömrəli mənzilin cavabdeh “X1” MMC tərəfindən sökülməsinə razılıq vermiş, əvəzində onunla cavabdeh arasında olan razılaşmaya əsasən ona cavabdehin inşa etdiyi binadan əla təmirli mənzil verilmə li idi. 3. xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən "xxxx" mülkiyyətində olan, ünvan 1 ünvanındakı yaşayış binasında yerləşən ümumi sahəsi 65,65 kv.metr ( faktiki – 111 kv.metr) olan 26 saylı mənzili "xxxx"-yə təhvil verir. 1.2. „MMC " isə həmin mənzilin əvəzinə ünvan 1 ünvanında inşa olunacaq 16 mərtəbəli yaşayış binasında ümumi sahəsi 138,7 kv.metr olan 3-cü bina, 5-ci blok, 14-cü mərtəbədə yerləşən 60 nömrəli 3 otaqlı əla təmirli mənzili 18 ay müddətinə “ Sakin“ə təhvil verir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh "X1” MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “X1'” MMC tərəfindən əla təmirli mənzilin verilməsi ilə bağlı müqavilə şərtlərinə əməl edilmədiyinə görə tərtib olunmuş smeta sənədlərinə əsasən, ünvan 1 ünvanında inşa olunmuş 16 mərtəbəli yaşayış binasında ümumi sahəsi 138.7 kv.metr olan 3-cü bina, 5-ci blok, 14-cü mərtəbədə yerləşən 60 nömrəli 3 otaqlı mənzilin əla təmirinin dəyəri olan 89.210 ( səksən doqquz min iki yüz on) manat pulun və mənzilin təmiri qurtarana kimi müvəqqəti yaşadığı mənzilin kirayə haqqının bir aylıq 600 manat olmaqla cavabdeh “X1” MMC tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarına əsasən Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 264 nömrəli sərəncamına və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2016-cı il tar ixli xx/xx-1176 nömrəli rəyinə əsasən Nərimanov rayonu Təbriz, F.Yusifov, Ağa Neymətulla, F.X.Xoyski küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğularının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün 7,5 ha torpaq sahəsi "X1” MMC-nin istifadəsinə verilmişdir. Göstərilən sənədlərə əsasən, ona məxsus mənzilin yerləşdiyi bina sökülmüş və ona məxsus mənzilin əvəzinə yeni inşa ediləcək binada ona mənzil verilməsi barədə" X1” MMC ilə onun arasında xx.xx.2017-ci il tarixdə müqavilə bağlanaraq notariat qaydasında təsdiq edilmişdir. Müqavilənin predmeti ondan ibarətdir ki, 1.1. bu müqaviləyə əsasən "Sakin” mülkiyyətində olan, ünvan 1 ünvanındakı yaşayış binasında yerləşən ümu mi sahəsi 65,65 kv.metr (faktiki - 111 kv.metr) olan 26 saylı mənzili "MMC”-yə təhvil verir. 1.2. MMC isə həmin mənzilin əvəzinə ünvan 1 ünvanında inşa olunacaq 16 mərtəbəli yaşayış binasında ümumi sahəsi 138,7 kv.metr olan 3-cü bina, 5-ci blok, 14-cü mərtəbədə yerləşən 60 nömrəli 3 otaqlı əla təmirli mənzili 18 ay müddətinə "xxxx"ə təhvil verir. Mənzilin təmirində döşəməyə əla növ palıd parketdən istifadə olunacaqdır. Binanın tikintisi başa çatmış və mənzilin təmirinə başlanan andan "xxxx" müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Belə ki, təmirdə istifadə edilən materiallar aşağı keyfiyyətli materiallardır. Dəfələrlə cavabdehə müraciət edərək təmir işlərinin smeta sənədlərinin tanış olaraq razılaşdırmaq üçün təqdim edilməsini xahiş və tələb etsələr də, smeta sənədlər i onlara təqdim edilmir. Bu hal isə əla təmirli mənzilin təhvil verilməsini sual altında qoyur. Onun tərəfindən mənzilin əla təmiri ilə bağlı smeta sənədi hazırlanmış və təmirin dəyəri 89.210 manat müəyyən edilmişdir, yəni 1 kv.metrin qiyməti 641 manat edir. Mənzildə müqavilədə göstərildiyi kimi, əla təmir aparılmadığından cavabdeh tərəfindən təmirin aparılmasına icazə vermir. Bu barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Təmir onun tərəfindən aparılacaqdır. Hesab edir ki, mənzilin təmir xərci 89.210 ( səksən doqquz min iki yüz on ) manat cavabdeh tərəfindən ona ödənilməlidir. Bundan başqa mənzil "Sakin”ə təhvil verilənə kimi MMC kirayə haqqı ödəməlidir, lakin 2020-ci il yanvarın 01-dən kirayə haqqı da ödənilmir. Halbuki, müqavilənin 2.1.2-ci bəndinə əsasən, əla təmirli mənzil in şa edilib başa çatanadək və "Sakin”nin istifadəsinə verilənədək, MMC "Sakində müvəqqəti yaşadığı mənzilin kirayə haqqını aylıq 600 manat olmaqla ödəyir. Hesab edir ki, əla təmirli mənzil inşa edilib başa çatanadək və onun istifadəsinə verilənədək, cavabdeh " X1 ” MMC müvəqqəti yaşadığı mənzilin kirayə haqqını aylıq 600 manat olmaqla ona ödəməlidir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh "X1” MMC tərəfindən müqavilə şərtlərinə əməl edilmədiyindən o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1900/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsi (hakim K.Əmirxanova) ilə iddia tələbi rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı xüsusi mülkiyyət hüquqi ilə ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Tə briz küçəsində istifadədə olan 0.095 ha torpaq sahəsində yerləşən 99 nömrəli, 4 mərtəbəli binada yerləşən 65,65 kv.m ümumi, 48 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 26 nömrəli mənzilin cavabdeh “X1” MMC tərəfindən sökülməsinə razılıq vermiş, əvəzində onunla cavabdeh arasında tərəflər arasında olan razılaşmaya əsasən yeni əla təmirli mənzil verilməli idi. Hal hazırda iddiaçı cavabdehin mənzilin təmiri zamanı aşağı keyfiyyətli məhsullardan istifadə edildiyindən narazılıq edir və cavabdehin üzərinə düşən öhdəlikləri tam həcmdə yerinə yetirilmədiyini bildirir. Bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təmir xərcinin və əlavə olaraq kirayə haqqının ödənilməsini tələb edir.
8. Birinci instansiya məhkəməsi iş materiallarına əsaslanaraq, işdə olan sübutları qiymətləndirərək qeyd et mişdir ki, tərəflər arasında bağlanmış 14 oktyabr 2017-ci il tarixli müqavilə ilə iddiaçıya məxsus mənzilin sökülməsi ilə bağlı cavabdeh iddiaçıya yeni inşa edilən hündürmərtəbəli tikilidə əla təmirli mənzilin verilməsi öhdəliyini öz üzərinə götürdüyündən, iddiaçının məhz həmin öhdəliklərin icra edilməsi tələb etmək hüququ vardır. Başqa sözlə, yeni tikilən mənzilin təmirinin aşağı səviyyədə olması belə, əla təmirin dəyərinin cavabdehdən tələb edilməsi anlamına gəlmir. Odur ki, məhkəmə 89.210 manat pulun cavabdehdən tutulması ilə bağlı iddia tələbini əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Digər iddia tələbi təmir qurtarana kimi kirayə haqqının iddiaçıya ödənilməsi ilə bağlıdır. Bu tələb öz mənasına görə təmir pulunun cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bilavasitə bağl ı olduğundan, əsaslı hesab edilə bilməz və rədd edilməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 425, 442-ci Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
11. Apellyasiya icraatı zamanı Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(102)-3982/21 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
12. Məhkəmə Ekspertizası Məhkəməsinin 10/2152 saylı xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən ünvan 2 ünvanında inş a olunmuş 16 mərtəbəli 3-cü binanın, 5-ci blok, 14cü mərtəbədə yerləşən 60 nömrəli 3 otaqlı mənzildə arakəsmə divarların məsaməli hörgü bloklar (qazobeton) ilə hörüldüyü və gips əsaslı birbaşa astar suvağı ilə suvandığı müəyyən olunur. Faktiki vəziyyətdə divarlara vurulmuş suvaq qatında hər hansı qüsur aşkar olunmadı. ünvan 2 ünvanında inşa olunmuş 16 mərtəbəli 3-cü binanın, 5-ci blok, 14cü mərtəbədə yerləşən 60 nömrəli 3 otaqlı mənzildə dəhliz, sanitar qovşağı daxil olmaqla bütün tikililərinin elektrik xətləri çəkilmişdir. Elektrik xəttinin çəkilməsinə dair layihə təqdim olunmadığından sualın ikinci hissəsi barəsində tədqiqat aparılmadı. ünvan 2 ünvanında inşa olunmuş 16 mərtəbəli 3-cü binanın, 5-ci blok, 14-cü mərtəbədə yerləşən 60 nömrəli 3 otaqlı mənzildə iki ədəd 2x2 metr ölçüdə və ik i ədəd 2,7x3 metr ölçüdə plastik materialdan olan pəncərənin quraşdırıldığı müəyyən olunmuşdur. Qeyd olunur ki, təmir zamanı istifadə olunan materialların keyfiyyətinin müəyyən olunması tikinti-texniki ekspertizanın predmetinə aid deyil. ünvan 2 ünvanında inşa olunmuş 16 mərtəbəli 3-cü binanın, 5-ci blok, 14-cü mərtəbədə yerləşən 60 nömrəli 3 otaqlı mənzilin tavanında və döşəməsində hər hansı təmir işlərinin görülmədiyindən, eyni zamanda divarlarında suvaq işi tam olaraq görülmədiyindən həmin mənzilin divarlarında və tavanın düzlüyünün müəyyən olunması barədə tədqiqat aparmaq mümkün olmamışdır. Qeyd olunur ki, faktiki olaraq mənzilin divarlarında və tavanın düzlüyündə ciddi qüsurların mövcud olmadığı müəyyən olunur. Mənzildə təmir işləri başa çatdıqdan sonra tavanın, döşəmənin, divarların düzlüyü və təmir işlərinin keyfiyyətli aparılıb-aparılmaması müəyyən oluna bilər.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3982/2021 nömrəli, 30 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) İddiaçı apellyasiya şikayəti qismə təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1900/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, ünvan 1 ünvanında inşa olunmuş 16 mərtəbəli yaşayış binasında ümumi sahəsi 138.7 kv.metr olan 3-cü bina, 5-ci blok, 14-cü mərtəbədə yerləşən 60 nömrəli 3 otaqlı mənzildə təmir işləri bərpa olunduğu vaxtdan mənzilin İddiaçı təhvil verildiyi günədək, hər ay 600 manat məbləğində kirayə haqqı cava bdeh “X1” MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2017-ci il tarixli müqavilə ilə bu müqaviləyə əsasən "xxxx" mülkiyyətində olan, ünvan 1 ünvanındakı yaşayış binasında yerləşən ümumi sahəsi 65,65 kv.metr (faktiki - 111 kv.metr) olan 26 saylı mənzili "xxxx"xxxx"xxxx" isə həmin mənzilin əvəzinə ünvan 1 ünvanında inşa olunacaq 16 mərtəbəli yaşayış binasında ümumi sahəsi 138,7 kv.metr olan 3-cü bina, 5-ci blok, 14-cü mərtəbədə yerləşən 60 nömrəli 3 otaqlı əla təmirli mənzili 18 ay müddətinə "xxxx"ə təhvil verir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı ** ***** nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində istifadədə olan 0.095 ha torpaq sahəsində yerləşən 99 nömrəli, 4 mərtəbəli binada yerləşən 65,65 kv.m ümumi, 48 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 26 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 604 nömrəli reyestr kitabının 55515 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş tərəflər arasında olan məktub yazışmalarından aydın olur ki, iddiaçının təkidi ilə cavabdeh tərəfindən ona ayrılmış mənzil üzrə aparılmalı olan təmir işləri 2020-ci ilin yanvar-fevral aylarından dayandırılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, tərəflər arasında bağlanmış 14 oktyabr 2017-ci il tarixli müqavilə ilə iddiaçıy a məxsus mənzilin sökülməsi ilə bağlı cavabdeh iddiaçıya yeni inşa edilən hündürmərtəbəli tikilidə əla təmirli mənzilin verilməsi öhdəliyini öz üzərinə götürdüyündən, iddiaçının məhz həmin öhdəliklərin icra edilməsi tələb etmək hüququ vardır. Başqa sözlə, yeni tikilən mənzilin təmirinin aşağı səviyyədə olması belə, əla təmirin dəyərinin cavabdehdən tələb edilməsi anlamına gəlmir. Odur ki, məhkəmə 89.210 manat pulun cavabdehdən tutulması ilə bağlı iddia tələbini əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Digər iddia tələbi təmir qurtarana kimi kirayə haqqının iddiaçıya ödənilməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, bu tələb öz mənasına görə təmir pulunun cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bilavasitə bağlı olduğundan, əsaslı hesab edilə bilməz və rədd edilməlidir.
16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iddia tələbinin dəymiş ziyanla bağlı rədd edilməsi hissəsində gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Cavabdehin təmirlə bağlı öhdəliyini icra etməməsi, iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Ekspert rəyindən də, göründüyü kimi, mənzilin təmirində ciddi qüsurların mövcud olmadığı müəyyən edilmişdir. Təmir işlərinin dayandırılması isə iddiaçının tələbi ilə olmuşdur. Bel ə olan halda, təmir işlərinin keyfiyyətsiz aparılması sübuta yetirilmir. Buna görə də, birinci instansiya məhkəməsi iddia tələbini bu hissədə rədd etməklə düzgün nəticəyə gəlmişdir.
17. Apellyasiya instansiya məhkəməsi İddia tələbinin digər hissəsi kirayə haqqının ödənilməsi ilə bağlı qeyd etmişdir ki, cavabdeh müqavilə ilə mübahisəli mənzil iddiaçıya təhvil verilənədək, aylıq 600 manat olmaqla kirayə haqqı ödənilməsi öhdəliyini üzərinə götürmüşdür. Təmir işləri iddiaçının təkidi ilə cavabdeh tərəfindən dayandırıldığından, halhazırda kirayə haqqı tutula bilməz. Müqavilə şərtlərinə uyğun olaraq mübahisəli mənzildə təmir işləri bərpa olunduğu vaxtdan mənzilin iddiaçıya təhvil verildiyi günədək hər ay 600 manat məbləğində kirayə haqqı iddiaçıya ödənilməlidir.
18. Apellyasiya instansiya məhkəm əsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 442, 443.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh “X1” MMC (Vəkil2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyindən də, göründüyü kimi mənzilin təmirində qüsurların mövcud olmadığı müəyyən edilmişdir. Təmir işlərinin dayandırılması isə iddiaçının tələbi ilə olmuşdur. Məhkəmə əsassız olaraq təmir işləri bərpa olunduğu tarixdən cavabdeh müqavilə ilə mübahisəli m ənzil iddiaçıya təhvil verilənədək aylıq 600 manat olmaqla kirayə haqqının ödənilməsi öhdəliyi qoyulmuşdur. İddiaçı 2019-cu il ərzində əsassız şəkildə müqaviləni tərəfimizdən icrasına süni maneələr yaratmasaydı ən geci 2020-ci il yanvar ayında mənzil təhvil veriləcəkdir. Halbuki 2019-cu il ərzində İddiaçı tərəfindən təmir işlərininaparılmasına nəzarət üçün hər hansısa şəxsi ayırmamağımızdan və mütəmadi əsassız müraciətlər etdiyinin təmir işlərinə başlaya bilmədiyimiz halda mütəmadi olaraq aylıq kirayə haqqı ödəmişik. Qarşı tərəf müqavilə üzrə öz hüquqlarından sui istifadə etmişdir.
21. İddiaçı (Vəkil1) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasın ı xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, nə birinci instansiya məhkəməsi, nə də məhkəmə kollegiyası prossesin çəkişmə prinsipini təmin etməmiş, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmamışdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət vermək əvəzinə, sübutlara qeyri-obyektiv və qərəzli yanaşmışdır. Məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Məhkəmə kollegiyasının iclasında ekspert rəyi ilə razı olmadığımızı bildirmişik. Ekspert mənzildə aparılm ış az da olsa təmirin qüsurlu olması barədə göstərdiklərimizə heç bir aydınlıq gətirməmişdir. Məhkəmə kollegiyası isə göstərilən nöqsanları yerində göstərməyimiz barədə verdiyimiz şifahi vəsatətimizi təmin etməmişdir. Bundan əlavə ekspert öz rəyində bəzi suallarla bağlı tədqiqat aparılmadığını ( elektrik xətlərinin çəkilməsinə dair layihənin təqdim edilməməsi, plastik pəncərələrin materiallarının keyfiyyətinin yoxlanılması və s. ) və həmin sualların tikinti-texniki ekspertizasının predmetinə aid olmadığını göstərir. Ekspert rəyindən görünür ki, ekspertiza tam aparılmayıb və cavab verilməyən sualları cavablandırmaq üçün əlavə ekspertiza təyin edilməli idi. Məhkəmə kollegiyası bir məsləyə də ekspert rəyində düzgün qiymət verməmişdir. Belə ki, ekspert əvvəl göstərir ki, faktiki olaraq mənzili n divarlarında və tavanın düzlüyündə ciddi qüsurların mövcud olmadığı müəyyən olunur. Lakin, ardınca bildirir ki, mənzildə təmir işləri başa çatdıqdan sonra tavanın, döşəmənin, divarların düzlüyü və təmir işlərinin keyfiyyətli aparılıb-aparılmaması müəyyən oluna bilər. Məhkəmə kollegiyasına bildirdik ki, ekspert məhkəməyə dəvət edilsin və az da olsa edilmiş təmirin qüsurlu olan tərəflərinin rəydə öz əksini tapmamasını izah etsin. Lakin, yenə də vəsatətimiz məhkəmə tərəfindən təmin edilmədi. Qüsurlardan bəzilərini məhkəmə kollegiyasının nəzərinə çatdırıram. Qonşu ilə olan divarın ortadan doğranması və həmin yerin ( boşluğun ) çox bərbad halda qırıq daşlarla doldurulması, elektrik sayğaclarının yerlərinin bizimlə razılaşdırılmaması və yerlərinin cihazların ölçülərinə uyğun olaraq açılmaması, elektrik naqillərinin standarta uyğun olmaması, otaqlar arasındakı arakəsmələrin həddindən artıq nazik olması və mənzildə gurultulu səs salması, suvağın həddindən artıq qalın olması və s. Həmin qüsurlar barədə videogörüntüləri məhkəmə kollegiyasına təqdim edəcəyik. Məhkəmə kollegiyasının ekspert rəyi ilə bağlı gəldiyi nəticə də səhvdir. Məhkəmə öhdəliklə bağlı özünün istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1-ci maddələrinin tələblərini pozmuşdur. Yəni, cavabdeh mənzili əla təmir edib iddiaçıya təhvil vermək öhdəliyi götürsə də müxtəlif bəhanələrlə həmin öhdəliyi yerinə yetirməkdən yayınır. Belə olan halda, təbii ki, mənzilin təmirinə xərclənməli olan və bizim tərəfimizdən hesablanaraq məhkəməyə təqdim edilən smeta sənədlərinə uyğun olaraq həmin təmir cavabdeh tə rəfindən icra olunmadığı üçün həmin məbləğ iddiaçıya ödənilməlidir ki, mənzil təmir olunsun. Cavabdehin təmirlə bağlı öhdəliyini icra etməməsinin iddiaçı tərəfindən sübuta yetirilməməsi barədə məhkəmənin dəlilləri formal mülahizə xarakterlidir və yuxarıda iddiaçının göstərdikləri ilə tam təkzib olunur. Ekspert rəyi tam deyil və qüsurludur. Təmir işlərinin dayandırılması barədə isə iddiaçının heç bir tələbi olmamışdır və yoxdur. Birinci instansiya məhkəməsi iddia tələbini təmir işləri ilə əlaqədar hissədə rədd etməklə düzgün olmayan nəticəyə gəlmişdir. nə birinci instansiya məhkəməsi, nə də məhkəmə kollegiyası prosesin çəkişmə prinsipini təmin etməmiş, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmamışd ır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət vermək əvəzinə, sübutlara qeyri-obyektiv və qərəzli yanaşmışdır. Məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
24. Maddə
442. İsə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra ed ilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
25. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddədən görünür ki, “öhdəliyini icra etməyən borclu” ifadəsindən istifadə olunub, yəni borclu öhdəliyi icra etmədiyi halda zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normaları na müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilə n hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində iddiaçı və cavabdeh tərəfindən qətnamə tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, kassasiya şikayətləri təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıya yeni inşa edilən hündür mərtəbəli tikilidə əla təmirli mənzilin verilməsi öhdəliyini götürdüyündən iddiaçının məhz həmin öhdəliklərin icra edilməsini tələb etmək hüququ vardır. Başqa sözlə yeni tikilən mənzilin təmirinin aşağı səviyyədə olması belə əla təmirin dəyərinin cavabdehdən tələb edilməsi anlamına gəlmir. Digər iddia tələbi təmir qurtaran a kimi kirayə haqqının iddiaçıya ödənilməsi ilə bağlıdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bu tələb öz mənasına görə təmir pulunun cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bilavasitə bağlı olduğundan əsaslı hesab edilə bilməz və rədd edilməlidir. Məhkəmə kollegiyası aşağıda göstərilən əsaslara görə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Əvvəla işin hallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən nəticəyə gələrkən ilk növbədə ekspert rəyinə istinad edərək mənzilin təmirində ciddi qüsurların olmadığını müəyyən edərkən həmin sübutu işin digər halları ilə birlikdə MPM-in 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirməmişdir. Belə ki, iddiaçı verdiyi tələbi təmirin qüsurlu aparılması ilə deyil, aparılan təmirin əla təmirli mənzilə xas olan standartlarla aparılmaması ilə əsaslandırmışdır və bununla bağlı subyektiv hüquqa malik olmasını onunla cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədə nəzərdə tutulduğunu göstərmişdir. Həmin müqavilənin məzmunundan göründüyü kimi, cavabdeh mülkiyyətində olan 3 otaqlı mənzili iddiaçıya təhvil verdiyinə görə sonuncu inşa etdiyi binada sahəsi 138.7 kv.m. olan 3 otaqlı mənzili 18 ay müddətində əla təmir etməklə ona təhvil verməli idi. Bununla yanaşı iş materiallarından görünür ki, tərəflər arasında mübahisə baş verənə qədər mənzildə ancaq suvaq işləri, qismən elektrik işləri görülmüş və plastik pəncərələr qoyulmuşdur. Mənzildə aparılmış elektrik işlərinin və plastik pəncərələrin keyfiyyətli olub-olmaması və standartlara cavab verməsi barədə ekspert qarşısında qoyulmuş suallara müxtəlif səbəblərdən rəy verilməmiş, işin tam və obyektiv həlli üçün əhəmiyyət kəsb etməsinə baxmayaraq, həmin məsələlər üzrə sonrakı araşdırmalar aparılmadan apellyasiya instansiyası məhkəməsi aparılan təmir işlərinin standartlara uyğun olması qənaətinə gəlmişdir. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası iddiaçının yalnız mənzildə əla təmir işlərinin aparılmasını tələb etmək və əla təmir aparıldığı halda əla təmirə görə pul tələb etmək hüququnun olmadığı barədə qənaəti ilə razılaşmır və hesab edir ki, cavabdeh tərəfindən mənzildə əla növ təmir aparılmadığı sübuta yetirildiyi təqdirdə iddiaçı təmiri öz hesabına aparmaq və çəkilmiş təmir xərclərini cavabdehdən tələb etmək hüququna malikdir. Ona görə də, işə yeni apellyasiya baxışın da işə baxan məhkəmə kollegiyası əla təmirin özündə hansı standartları əks etdirdiyini, mübahisə baş verənə qədər aparılan təmir işlərinin bu standarta cavab verib-vermədiyini, ümumiyyətlə əla təmirlə bağlı iddiaçıya məxsus mənzilə münasibətdə layihə-smeta sənədlərinin tərtib edilib-edilmədiyini müəyyən etməli və müəyyən etdiyi halları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirməklə müvafiq məhkəmə aktı qəbul etməlidir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, kirayə pulunun tutulması tələbi təmir xərclərinin tutulması tələbi ilə bilavasitə bağlı olduğundan həmin hissədə də iddia tələbinə təmir xərclərinin tutulması barədə iddianın təmir edilib-edilməməsindən asılı olaraq qiymət verilməlidir. Beləliklə işin hallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Qərara aldı: İddiaçı və cavabdeh "X1” MMC tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 2(103)-3982/2021 nömrəli qətnaməsi tam ləğv edilsin, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.