Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2264/2025 24.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 şəxsə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək stajının müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hüquq i əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)388/2025 nömrəli 2 aprel 2025-ci il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Siyəzən rayon Dövlət X8 tərəfindən verilmiş 11 fevral 2019-cu il tarixli arayışa əsasən, həqiqətən X7 1994-cü il tarixində tikinti mühəndisi vəzifəsində işlədiyi 28 may kolxozunun inzibati binasında baş vermiş yanğın zamanı vətəndaşa məxsus əmək kitabçası yanaraq məhv olmuşdur.
2. Siyəzən Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli 2(059)-185/2019 saylı qətnamədən görünür ki, İddiaçı 14 mart 1977-ci il tarixdən 1990-cı ilin iyul ayına kimi Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin İstehsalat Komplekstləşmə İdarəsinin Siyəzən İstehsalat sexində (əvvəl dülgər, sonra betonçu) işləməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir.
3. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)-505/2023 saylı qərardadına əsasən Siyəzən rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(059)-185/2019 nömrəli qətnaməsi ləğv edilmiş, ərizəçi İddiaçı maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Siyəzən rayon şöbəsini qeyd etməklə, 14 mart 1977-ci ildən 1990-cı ilin iyul ayına kimi olan dövrə dair iş stajına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair iddia tələbinin "14 mart 1977-ci ildən 1983-cü il daxil olmaqla əmək stajına d air hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi" hissəsində iş üzrə icraata xitam verilmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ərizəçi İddiaçı maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Siyəzən rayon Şöbəsini qeyd etməklə iş stajı barədə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi ərizəsinə dair iş üzrə 01 may 2023-cü il tarixli 2(105)-505/2023 saylı qətnaməsindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(059)- 185/2019 nömrəli qətnaməsi iddia tələbinin “ərizəçi İddiaçı 1984-1990-cı il iyul ayına kimi olan dövrdə Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfat Nazirliyinin İstehsalat və Komplektləşdirmə İdarəsinin Siyəzən İstehsalat Sexində işləməsinə dair hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” hissəsində ləğv edilmiş, bu hissədə iş üzrə yeni qətnamə çıxarılması, həmin hissədə iddia tələbinin təmin edilməməsi qərarına alınmışdır.
5. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş 31 mart 2023-cü il tarixli 3-35/2-1649/2023 saylı məktuba əsasən, komitənin arxivində İddiaçı 1977-ci ilin mart ayından 1983-cü il daxil olmaqla Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin İstehsalat və Komplektləşdirmə İdarəsinin Siyəzən İstehsalat sexində işlədiyi barədə əmək haqqı cədvəlləri aşkar edilmişdir. Əmək müqaviləsi və əmək kitabçası arxivdə mövcud deyil.
6. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş 14 mart 2023-cü il tarixli 3-35/2-1321/2023 saylı məktuba əsasən, "Azə rbaycan Respublikasının Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.1993-cü il tarixli 550 nömrəli Fərmanına əsasən Azerbaycan Respublikası Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin bazasında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi yaradılmışdır. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin ləğv edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 471 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında MənzilKommunal Təsərrüfatı Komitəsi ləğv edilmiş və onun funksiyaları Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsinə verilmişdir. "Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 1339 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi ləğv edilmiş və onun əsasında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yaradılmışdır.
7. Siyəzən Rayon Dövlət Arxivi tərəfindən verilmiş 23 noyabr 2023-cü il tarixli arxiv arayışına əsasən, X1 dəstəsi və Azərbaycan SSR Kənd-Tikintisi Nazirliyi 2№-li Azər-Kənd Tikinti Tresti 20№-li Səyyar Mexanikləşdirilmiş dəstəsi heç bir il üçün sənədlərini Siyəzən rayon Dövlət Arxivinə təhvil verməmişdir.
8. Şabran Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 184 saylı Siyəzən sovxozu üzrə arxiv çıxarışına əsas ən, İddiaçı 25 noyabr 1987-ci il tarixdən 8 saylı üzümçülük briqadasına baş fəhlə qəbul edilmiş, 02 aprel 1988-ci il tarixdən cavan üzüm bağına briqadir təyin edilmiş, 22 avqust 1988-ci il tarixdən işdən azad edilib axırıncı haqq hesabı verilmişdir.
9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İddiaçı şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MKnın 24 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 10 iyun 2022-ci il tarixli qərarına əsasən İddiaçı 14 mart 1977-ci ildən 1990-cı ilin iyul ayına kimi Azərbaycan SŞR Kommunal Təsərrüfatı Nazirliyinin İstehsalat və Komplektləşmə İdarəsinin Siyəzən istehsalat sexində işləməsi barədə hüquqi faktın müəyyən olunması tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416.1, 418.1 və 418.3-cü maddələrinə uyğun olmayan hesab edilmiş, müvafiq məhkəmə aktının icra edilməməsi və işə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılması qərara alınmışdır.
10. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 sentyabr 2022-ci il tarixli 13(102)-6(k)/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 24 iyun tarixli, 2(102)-1826/2020 nömrəli qərarı və onunla bağlı Sumqayıt Apelyasiya Məhkəməsinin MK-nı n 2019-cu il 3 dekabr tarixli, 2(105)-4138/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
11. Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 1983-cü il iyun ayından 1985-ci il aprel ayına qədər olmaqla 1 il 9 ay Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyində Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə fəhlə betonçu, 1985-ci il oktyabr ayından 1986-cı il aprel ayına qədər olmaqla 6 ay Azərbaycan SSR Dövlət Aqrar sənaye Komitəsi Abşeron Səyyar Mexanikləşmiş dəstənin fəhləsi, 1986cı il avqust ayından 1987-ci il aprel ayına qədər 7 ay olmaqla Azərbaycan SSR Dövlət Aqrar sənaye Komitəsi 20 nömrəli T/arası Səyyar Mexanikl əşmiş dəstədə dülgər, 1987-ci il noyabr ayından 1988-ci il avqust ayına qədər 8 ay olmaqla X4 baş fəhlə, 1988-ci il sentyabr ayından 1990-cı il iyun ayına qədər 1 il 9 ay olmaqla Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyində Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə fəhlə betonçu, 1990-cı il iyun ayından 1992-ci il noyabr ayına qədər 2 il 6 ay olmaqla Qaçqın Tikinti İdarəsinin Xızı rayonu üzrə 14 saylı Səyyar Mexanikləşmiş dəstədə dülgər və iş icraçısı işləməsinə dair hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Ərizə onunla əsaslandırılmışdır ki, "28 May" kolxozunun inzibati binasında baş vermiş yanğın zamanı ona məxsus əmək kitabçası məhv olmuşdur. Yanğının baş verməsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi nin X10 Xidmətinin Siyəzən rayon X8 tərəfindən verilmiş 11 fevral 2019cu il tarixli arayışla təsdiq olunmuşdur. İş stajının müəyyən edilməsi üçün aidiyyəti dövlət orqanlarına müraciəti isə müsbət həll olunmamışdır. Belə ki, Siyəzən rayon dövlət arxivinin 20 fevral 2019-cu il tarixli arayışında göstərilmişdir ki, İddiaçı işlədiyi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin İstehsalat və Komplektləşmə İdarəsinin Siyəzən istehsalat sexi tərəfindən dövlət arxivinə sənədlərin təhvil verilməməsi səbəbindən iş stajı barədə ona məlumat təqdim edilməsi mümkün olmamışdır. Odur ki, o, əmək fəaliyyətini təsdiq edən hüquqmüəyyənedici sənəd mövcud olmadığına görə, 14 mart 1977-ci ildən 1990-cı ilin iyul ayına kimi müxtəlif yerlərdə işləməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olunmuş Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 10 iyun 2022-ci il tarixli Qərarına əsasən İddiaçı 14 mart 1977-ci ildən 1990-cı ilin iyul ayına kimi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin İstehsalat və Komplektləşmə İdarəsinin Siyəzən istehsalat sexində işləməsi barədə hüquqi faktın müəyyən olunması tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416.1. 418.1 və 418.3-cü maddələrinə uyğun olmayan hesab edilmiş, müvafiq məhkəmə aktı icra edilməklə və işə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respubl ikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli qərarı ilə Ali Məhkəmənin qərarı və Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilməklə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkməsinin 2(105)-505/2023 saylı xx.xx.2023-cü il tarixli Qətnaməsinə əsasən 14 mart 1977-ci ildən 1990-cı ilin iyul ayına kimi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin İstehsalat və Komplektləşmə İdarəsinin Siyəzən istehsalat sexində dülgər işləməyinə dair tələbi 1984-1990-cı illərdə həmin idarədə işləməyinə dair hissədə təmin edilməmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, həmin hissədə onun işləməyi müvafiq sübutl arla təsdiqini tapmamışdır. Qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsində işə baxıldığı zaman o, müvafiq sübutları və şahidləri obyektiv səbəblərdən məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən bildirilmişdir ki, "Komitənin arxivində İddiaçı 1977-ci ilin mart ayından 1983-cü il daxil olmaqla Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin İstehsalat və Komplektləşdirmə İdarəsinin Siyəzən İstehsalat sexində işlədiyi barədə əmək haqqı cədvəlləri aşkar edilmişdir. Əmək müqaviləsi və əmək kitabçası arxivdə mövcud deyil. Beləliklə onun altı il iş stajı idarə tərəfindən təsdiq edilmişdir. Bundan başqa adları qeyd olunan idarələrdə işləmişdir: 1973-1977-ci illərdə və 19922001-ci illərdə işləməklə 12 il 2 ay 6 gün iş st ajımın olması Əmək Kitabçasına əsasən təsdiq edilmişdir. Mart 1977-ci ildən - iyun 1983-cü ilədək olmaqla 6 il 3 ay Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)505/2023 saylı xx.xx.2023-cü il tarixli Qətnaməsinə əsasən təsdiq olunmuşdur. İyun 1983cü ildən- aprel 1985-ci ilədək olmaqla 1 il 9 ay Azərbaycan Respublikası Meliorasia və Su Təsərrüfatı Nazirliyində Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə fəhlə betonçu; oktyabr 1985-ci ildən- aprel 1986-cı ilədək olmaqla 6 ay Azərbaycan SSR Dövlət Aqrar sənaye Komitəsi Abşeron Səyyar Mexanikləşmiş dəstənin fəhləsi; avqust 1986-cı ildən- aprel 1987-ci ilədək olmaqla 07 ay Azərbaycan SSR Dövlət Aqrar sənaye Komitəsi 20 Nömrəli T/arası Səyyar Mexanikləşmiş dəstədə dülgər; noyabr 1987-ci ildən avqust 1988-ci ilədək olmaqla 8 ay X5 baş fəhlə (sən ədlər Şabran rayon Arxivində saxlanılır); sentyabr 1988-ci ildən- iyun 1990-cı ilədək olmaqla 1 il 9 ay Azərbaycan Respublikası Meliorasia və Su Təsərrüfatı Nazirliyində Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə fəhlə betonçu; iyun 1990- noyabr 1992-ci ilədək olmaqla 2 il 6 ay Qaçqın Tikinti İdarəsinin Xızı rayonu üzrə 14 saylı Səyyar mexanikləşmiş dəstədə dülgər və iş icraçısı işləmişdir. Beləliklə mənim həmin illər üzrə iş stajı 23 il 8 ay və əlavə 9 il təşkil edir və bu onun əmək kitabçasında öz əksini tapmışdır. Buna baxmayaraq, əmək kitabçası yandığından həmin faktı sübut etmək imkanı xaricindədir.
13. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı ərizəyə qarşı etira zını məhkəmə təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, ərizəçinin tələbi “X5 baş fəhlə-1987-ci ilin noyabr ayından 1988-ci ilin avqust ayınadək işlədiyi illərin hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən olunmasına dair” olan hissədə təmin edilməməli, qalan hissədə isə Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinin tələblərinə uyğun olaraq baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il 3 №-li Qərarına əsasən: Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydas ı nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu sərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfind ən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublik ası MPMnin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının təhlilindən və Azərbaycan Respublikasının Ali Məhkəməsinin müvafiq qərarında əks olunmuş mövqedən aydın olur ki, ərizəçi ərizədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinin ona nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ala bil məməsini təsdiq edən sübutları göstərməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. İşin araşdırılmış hallarından müəyyən olur ki, ərizəçi məhkəməyə hüquqi əhəmiyyəti olan faktların müəyyən olunmasına dair ərizə ilə müraciət edərkən həmin faktları təsdiq edən lazımi sənədləri ala bilməməsini təsdiq edən sübutları təqdim etməmişdir. Əksinə ərizə üzrə tələbinin “X5 baş fəhlə-1987-ci ilin noyabr ayından 1888-ci ilin avqust ayınadək işlədiyi illərin hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən olunmasına dair” hissəsində arxiv sənədlərinin mövcud olmasını bildirmiş, həmin hal məhkəmə sorğusuna cavab olaraq əldə edilmiş Şabran rayon Dövlət Arxivinin 22 iyul 2024-cü il tarixli 28 nömrəli arayışı ilə də təsdiq olunmuşdur. Hesab edirlər ki, ərizəçinin "X5 baş fəhlə-1987-ci ilin noyabr ayından 1988- ci ilin avqust ayınadək işlədiyi illərin hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən olunmasına dair’’ olan hissədə müvafiq faktı təsdiq edən sənədlərin mövcud olması səbəbindən təmin edilməməli, qalan hissələrdə isə hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsini xahiş etdiyi hallan təsdiq edən lazımi sənədləri ala bilməməsini sübuta yetirən sənədləri ərizəyə əlavə etmədiyinə görə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə uyğun olaraq baxılmamış saxlanılmalıdır.
14. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 bildirmişdir ki, İddiaçı ilə bir yerdə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyində Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə işləmişdir. İddiaçı briqadir idi, onlar 2-3 il bir yerdə işləmişlər.
15. Məhkəmə icl asında şahid qismində dindirilən Şahid2 bildirmişdir ki, 1983-cü ildən 1985-ci ilə kimi İddiaçı ilə bir yerdə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyində Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə işləmişlər.
16. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 bildirmişdir ki, 1986-cı ildən 1989-cu ilə kimi Azərbaycan SSR Dövlət Aqrar sənaye Komitəsi 20 nömrəli Səyyar Mexanikləşmiş dəstədə işləmişdir. İddiaçı da Azərbaycan SSR Dövlət Aqrar sənaye Komitəsi 20 nömrəli Səyyar Mexanikləşmiş dəstədə dülgər işləmişdir.
17. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 bildirmişdir ki, o, 1984-cü ildən 1987-ci ilə kimi Azərbaycan SSR Dövlət Aqrar sənaye Komitəsi Abşeron Səyyar Mexanikləşmiş dəstədə sürücü işləmişdir. İddiaçı da Azərbaycan SSR Dövlət Aqrar səna ye Komitəsi Abşeron Səyyar Mexanikləşmiş dəstədə fəhlə işləmişdir.
18. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 bildirmişdir ki, 1985-ci ildən 1989-cu ilə kimi Azərbaycan SSR Dövlət Aqrar sənaye Komitəsi 20 nömrəli Səyyar Mexanikləşmiş dəstədə motorist işləmişdir. İddiaçı da Azərbaycan SSR Dövlət Aqrar sənaye Komitəsi 20 nömrəli Səyyar Mexanikləşmiş dəstədə dülgər işləmişdir. Eyvaz Səmədovla münasibətləri normal olmuşdur.
19. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 bildirmişdir ki, 1986-cı ildən 1987-ci ilə kimi Azərbaycan SSR Dövlət Aqrar sənaye Komitəsi 20 nömrəli T/arası Səyyar Mexanikləşmiş dəstədə süvaqçı işləmişdir. İddiaçı da Azərbaycan SSR Dövlət Aqrar sənaye Komitəsi 20 nömrəli Səyyar Mexanikləşmiş dəstədə dülgər işləmişdir.
20. Məhkəmə iclasında şahid qismind ə dindirilən X2 bildirmişdir ki, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyində Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə Eyvaz Səmədovla bir yerdə işləmişdir. Eyvaz Səmədov onlara briqadirlik etmişdir.
21. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid8 bildirmişdir ki, 1989-cu ildən 1991-ci ildə kimi Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyində Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə işləmişdir. 1986-cı ildə əsgər getmişdir. Eyvaz Səmədov əvvəl fəhlə sonra isə briqadir işləmişdir. Qaçqın Tikinti İdarəsinin Xızı rayonu üzrə 14 saylı Səyyar Mexanikləşmiş dəstədə də onunla işləmiş, lakin hansı tarixlərdə onunla işləməsi yadında qalmamışdır.
22. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid9 bildirmişdir ki, o, Qaçqın Tikinti İ darəsinin Xızı rayonu üzrə 14 saylı Səyyar Mexanikləşmiş dəstədə sürücü işləmişdir, Eyvaz Səmədovda onunla birlikdə işləmişdir. Eyvaz ondan qabaq işləmişdir. 1992-ci ilin əvvəllərində işə girmiş, 11 ay həmin müəssisədə işləmişdir.
23. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid10 bildirmişdir ki, 1991-ci ildən 1992-ci ilin noyabr ayına kimi Qaçqın Tikinti İdarəsinin Xızı rayonu üzrə 14 saylı Səyyar Mexanikləşmiş dəstədə betonçu işləmişdir. İddiaçı onların briqadiri olmuş və onlar birlikdə işləmişlər.
24. Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(031)-593/2024 nömrəli qərardadı ilə (hakim Könül Mirzəfərova) ərizəçi İddiaçı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə icraata ərizəçi İddiaçı xx.xx.1987-ci ildən xx.xx.1988-ci il tarixədək Şabran (keçmiş Dəvəçi) rayonu X5 baş fəhlə işləməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi hissəsində xitam verilməsi qərara alınmışdır.
25. Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(031)-593/2024 nömrəli qətnaməsi ilə (hakim Könül Mirzəfərova) ərizə qismən təmin edilmiş, ərizəçi İddiaçı 1984cü il ildən 1985-ci il aprel ayınadək Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyində Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə fəhlə betonçu işləməsi, 1985-ci il oktyabr ayından 1986-cı il aprel ayınadək Azərbaycan SSR Dövlət Aqrar sənaye Komitəsi Abşeron Səyyar Mexanikləşmiş dəstədə fəhlə işləməsi, 1986-cı il avqust ayından 1987-ci il aprel ayına qədər Azərbaycan SSR Dövlət Aqrar sənaye Komitəsi 20 nömrəli T/arası Səyyar Mexanikləşmiş dəstədə dülgə r işləməsi, xx.xx.1990-cı ildən xx.xx.1990-cı ilədək Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyində Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə fəhlə betonçu işləməsi, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək Qaçqın Tikinti İdarəsinin Xızı rayonu üzrə 14 saylı Səyyar Mexanikləşmiş dəstədə dülgər və iş icraçısı işləməsi faktının müəyyən edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
26. Şabran Rayon Məhkəməsinin 2(031)-593/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-593/2024 nömrəli qətnaməsinin nəticə hissəsinin 2-ci abzasında və təsviri-əsaslandırıcı (müəyyən etdi) hissəsinin 81-ci abzasında olan “xx.xx.1990-cı” sözləri “xx.xx.1989-cu” sözləri ilə əvəz olunmaqla qətnamədə olan yan lışlıq düzəldilmişdir.
27. Məhkəmə qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-505/2023 nömrəli qərarından görünür ki, İddiaçı tələb etdiyi 1977-ci ilin mart ayından 1983-cü il daxil olmaqla olan dövrə aid Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin İstehsalat və Komplektləşdirmə İdarəsinin Siyəzən İstehsalat sexində işləməsi arxiv sənədləri mövcud olduğundan müvafiq məhkəmə qərardadı ilə xitam verildiyindən ərizəçinin hazırda hüquqi əhəmiyyətli fakt kimi tələb etdiyi 1983-cü ilin iyun ayından 1985-ci ilin aprel ayına kimi olan dövrdə Azərbaycan Respublikası Meliorasiya və X11 Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşdirmə dəstədə işləməsi faktı 1983-cü ilin iyun ayından deyil 1984-cü ildən 1985-ci ilin aprel ayına kimi müəyyən edilməlidir. Ə rizəçi İddiaçı 1984-cü il tarixdən 1985-ci il aprel ayına qədər olmaqla 1 il 4 ay Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyində Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə fəhlə betonçu işləməsini şahidlər Şahid1 və Şahid2 məhkəmə iclasında verdikləri ifadələri ilə və eyni zamanda işə əlavə edilmiş əmək kitabçalarındakı qeydlərlə, 1985-ci il oktyabr ayından 1986-cı il aprel ayına kimi Azərbaycan SSR Dövlət Aqrar sənaye Komitəsi Abşeron Səyyar Mexanikləşmiş dəstənin fəhləsi işləməsini Şahid4 məhkəmə iclasında verdiyi ifadəsi ilə və eyni zamanda işə əlavə edilmiş əmək kitabçasındakı qeydlərlə, 1986-cı il avqust ayından 1987-ci il aprel ayına qədər 20 nömrəli Səyyar Mexanikləşmiş dəstədə dülgər işləməsini şahidlər Şahid3, Şahid5 və Şahid6 məhkəmə iclasında verdikləri ifadələri ilə və eyni zamanda işə əlavə edilmiş əmək kitabçalarındakı qeydlərlə öz təsdiqini tapmışdır. Lakin ərizəçi İddiaçı 1988-ci ilin noyabr ayından 1990-cı ilin iyun ayınadək olan dövr üzrə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyində Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə fəhlə betonçu işləməsini təsdiq etmək üçün məhkəmədə şahidlər X12 və Şahid8 dindirilmiş, Şahid7 ifadəsində xx.xx.1989-cu ildən 22 mart 1990-cı ilədək, Şahid8 isə xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilədək Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyində Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə işləməsinə dair dindirilmələrinə baxmayaraq məhkəmə yalnız xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı ilədək işləməsi faktını, iyun 1990-cı ildən noyabr 1992-ci ilədək Q açqın Tikinti İdarəsinin Xızı rayonu üzrə 14 saylı Səyyar Mexanikləşdirmə dəstədə dülgər və iş icraçısı işləməsini yalnız xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək olan dövr üçün Şahid9 izahatı və təsdiq edilmiş əmək kitabçası ilə təsdiq edilir. Eyni zamanda, Şahid8 ifadəsində İddiaçı onunla işlədiyini, lakin Səmədin hansı tarixdə işə girib və işdən çıxmasının yadında qalmadığını, ümumiyyətlə həmin dövrdən çox müddət keçdiyindən tarixlər barədə məlumat verə bilmədiyini qeyd etdiyindən, məhkəmə Şahid8 məhkəmə iclasında verdiyi ifadəsini qəbul etməmişdir. Ərizəçi 1988-ci ilin sentyabır ayından 1990-cı ilin iyun ayına kimi Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyində Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə fəhlə betonçu işləməsi faktını məhkəmə qaydasında tanımaq üçün müraciət etmiş, lakin, şahid kimi məhkəmə iclasında iştirak edən Qoçum Zahdov həmin müəssisədə xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək işlədiyindən İddiaçı tələbi yalnız xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək tanınmalıdır. Ərizəçi İddiaçı ərizəsində 1990-cı ilin iyun ayından 1992-ci ilinin noyabr ayınadək Qaçqın Tikinti İdarəsinin Xızı rayonu üzrə 14 saylı Səyyar Mexanikləşdirmə dəstədə dülgar və iş icraçısı işləməsini göstərmiş, lakin məhkəmə iclasında ifadə vermiş Şahid9 həmin müəssisədə xx.xx.1991-ci il tarixdə xx.xx.1992-ci il tarixədək işlədiyindən ərizəçinin tələbi yalnız xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək tanınmalıdır.
28. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12, 60, 71, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1, 307.2.11, 308, 309.1, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.2, 21.1, 30.1-ci maddələrinə, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019cu il tarixli, 3 saylı Qərarının 13.2, 13.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
29. Ərizəçi İddiaçı apellyasiya şikayəti verərək, Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-593/2024 nömrəli qətnaməsinin qismən ləğv edilməsi, onun xx.xx.1988-ci ildən xx.xx.1991-cı ilədək Azərbaycan Respublikası Meliorasia və X6 Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə fəhlə betonçu briqadir və xx.xx.1991ci ildən xx.xx.1992-ci il tarixədək Qaçqın Tikinti İdarəsinin Xızı rayonu üzrə 14 saylı Səyyar Mexanikləşmiş dəstədə dülgər və iş icraçısı işləməyinə dair hüquqi faktı tanınmasına dair iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə zəruri araşdırma aparmadan, tətbiq etməli olduğu hüquq normalarını tətbiq etmədən, şahidlər in ifadəsinə düzgün qiymət verməməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə 1988-ci ildən 1990-cı ilədək Azərbaycan Respublikası Meliorasia və X6 Sumqayıt 15 nömrəli Səyya Mexanikləşmiş dəstədə fəhlə betonçu işləməyinə dair qeyd etmişdir ki, “Eyni zamanda, Şahid8 ifadəsində İddiaçı onunla işlədiyini, lakin Səmədin hansı tarixdə işə girib və işdən çıxmasının yadında qalmadığını, ümumiyyətlə həmin dövrdən çox müddət keçdiyindən tarixlər barədə məlumat verə bilmədiyini qeyd etdiyindən, məhkəmə Şahid8 məhkəmə iclasında verdiyi ifadəsini qəbul etməmişdir”. Halbuki, Şahid1 əmək kitabasına əsasən xx.xx.1983-ci ildən xx.xx.1989-cu ilədək Azərbaycan Respublikası Meliorasia və X6 Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə onunla birlikdə fəhlə betonçu işlədiyi müəyyən olunur. Buna baxmayara q, məhkəmə həmin faktı xx.xx.1988-ci ildən deyil xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı ilədək işləməsi faktını tanımışdır ki, bu da düzgün deyil. Şahid8 əmək kitabasına əsasən xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilədək onunla işləyib. Sadəcə o ilkin ərizəsində texniki səhvə yol verərək 15 saylıda 1990–cı ilədək işlədiyini göstərmişdir. Əslində isə 1991-ci ilin aprelinədək işləmiş və Şahid8 bunu təsdiq edə bilər. Bunu əvvəlini Valeh, İlham təsdiq edə bilər və olar işdən çıxandan sonra o, hələ də sahə rəisi işləmidir. Türklərlə quraşdırma evlər tikmişlər. Hesab edir ki, qətnamə həmin hissədə dəyişdirilməli və onun xx.xx.1988-ci ildən xx.xx.1991-cı ilədək Azərbaycan Respublikası Meliorasia və Su Təsərrfüfatı Nazirliyində Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə fəhlə betonçu briqadi r və xx.xx.1991-ci ildən xx.xx.1992-ci il tarixədək Qaçqın Tikinti İdarəsinin Xızı rayonu üzrə 14 saylı Səyyar Mexanikləşmiş dəstədə dülgər və iş icraçısı işləməyimə dair hüquqi fakt tanınmalıdır. Hesab edir ki, sözü gedən şahidlər apellyasiya instansiyasında tərəfindən mübahisələndirilən hissədə yenidən dindirilməlidirlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 bildirmişdir ki, İddiaçı ilə bir yerdə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyində Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə işləmişdir. Səmədov Eyvazov briqadir idi, onlar 2-3 il bir yerdə işləmişlər. İş materiallarına əlavə edilmiş əmək kitabçasından görünür ki, Şahid1 xx.xx.1983-cü ildən xx.xx.1989-cu ilədək Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyində Sumqayıt 15 n ömrəli Səyyar Mexanikləşmiş dəstədə işləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid8 bildirmişdir ki, 1989-cu ildən 1991-ci ildə kimi Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyində Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə işləmişdir. 1986-cı ildə əsgər getmişdir. Eyvaz Səmədov əvvəl fəhlə sonra isə briqadir işləmişdir. Qaçqın Tikinti İdarəsinin Xızı rayonu üzrə 14 saylı Səyyar Mexanikləşmi dəstədə də onunla işləmiş, lakin hansı tarixlərdə onunla işləməsi yadında qalmamışdır. İş materiallarına əlavə edilmiş ******* saylı əmək kitabçasından görünür ki, Şahid8 xx.xx.1989cu ildən xx.xx.1991-ci ildə kimi Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyində Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə xx.xx.1991-ci ildən xx.xx.1991-ci i lədək Qaçqın Tikinti İdarəsinin Xızı rayonu üzrə 14 saylı Səyyar Mexanikləşmiş dəstədə işləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid9 bildirmişdir ki, o, Qaçqın Tikinti İdarəsinin Xızı rayonu üzrə 14 sayl Səyyar Mexanikləşmiş dəstədə sürücü işləmişdir, Eyvaz Səmədovda onunla birlikdə işləmişdir. Eyvaz ondan qabaq işləmişdir. 1992-ci ilin əvvəllərində işə girmiş, 11 ay həmin müəssisədə işləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid10 bildirmişdir ki, 1991-ci ildən 1992-ci ilin noyabr ayına kimi Qaçqın Tikinti İdarəsinin Xızı rayonu üzrə 14 saylı Səyyar Mexanikləşmiş dəstədə betonçu işləmişdir. İddiaçı onların briqadiri olmuş və onlar birlikdə işləmişlər. Göründüyü kimi birinci instansiya məhkəməsi iş üzrə mübahisələndirilən hissə üzrə səhv nəticəyə gəlmişdir.
31. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, ərizəçi ilə vaxtilə iş yoldaşı oldumuşdur. 1983-cü ilin iyulunda Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə işə girmiş, 1989-cu ilə qədər orada Səmədlə işləmiş, O, çıxanda Səməd hələ də orada işləyirdi. İşdən ayrılanda əmək kitabçasını götürmüşdür. Betonçu işləmiş, ərizəçi isə briqadir olub.
32. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid8 bildirdi ki, ərizəçi ilə vaxtilə iş yoldaşı oldub. Ərizəçi ilə Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə birgə işləmiş, təxminən 1989-1991-ci illərdə orada çalışmış, daha sonra Xızı rayonu üzrə 14 saylı Səyyar Mexanikləşmiş dəstədə də ərizəçi ilə işləmişdir. Müəssisədə fəhlə işləmişdir. Şahid1 tanımır. İşə girəndə Səməd müəssisədə ça lışırdı, ərizəçi həmin müəssisədə işdən ondan qabaq çıxmış, qısa müddət sonra onu da öz yanına işləməyə çağırıb. Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədən ayrıldığı tarixi xatırlamır. Əmək kitabçasını 1991-ci ildə işdən ayrılanda götürmüşdür.
33. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid9 bildirmişdir ki, ərizəçi ilə vaxtilə iş yoldaşı oldub. Qaçqın Tikinti İdarəsinin Xızı rayonu üzrə 14 saylı Səyyar Mexanikləşmiş dəstədə ərizəçi ilə birgə işləmiş, o, sürücü olmuş, orada qısa müddət çalışıb ayrılmışdır. O, işə girəndə və çıxanda ərizəçi orada işləyirdi, o, işə girəndə Şahid8 da orada işləyirdi.
34. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 aprel 2025-ci il tarixli, 2(105)-388/2025 nörməli qətnaməsi ilə (hakimlər-Afiq Hüseyzadə (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Səyyad Qafari) apellyasiya şikayəti təmin edilmiş, Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-593/2024 nömrəli qətnaməsi ərizəçinin xx.xx.1988-ci ildən xx.xx.1991-cı ilədək Azərbaycan Respublikası Meliorasia və Su Təsərrüfatı Nazirliyinin Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstəsində və xx.xx.1991-ci ildən xx.xx.1992-ci il tarixədək Daimi yaşayış yerlərini tərk etməyə məcbur olmuş şəxslərlə iş üzrə Azərbaycan Dövlət Komitəsinin 14 saylı Səyyar Mexanikləşmiş dəstəsində işləməsinə dair ərizənin təmin edilən və edilməyən hissələrində ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılmış, ərizə həmin hissədə tam təmin edilərək, ərizəçi İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1991-cı il tarixədək Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrü fatı Nazirliyinin Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstəsində, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək isə Daimi yaşayış yerlərini tərk etməyə məcbur olmuş şəxslərlə iş üzrə Azərbaycan Dövlət Komitəsinin 14 saylı Səyyar Mexanikləşmiş dəstəsində işləməsi faktı müəyyən edilmişdir.
35. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ərizəçi ərizəsində 1988-ci il sentyabr ayından 1990-cı il iyun ayına kimi Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə fəhlə betonçu, 1990-cı il iyun ayından 1992-ci il noyabr ayına qədər 2 il 6 ay olmaqla 14 saylı Səyyar Mexanikləşmiş dəstədə işləməsinə dair hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də apellyasiya şikayətində bir qədər tələbini dəyişərək, xx.xx.1988-ci ildən xx.xx.1991-cı iləd ək Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə, xx.xx.1991-ci ildən xx.xx.1992-ci il tarixədək isə 14 saylı Səyyar Mexanikləşmiş dəstədə işləməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi şikayətində tələbini dəyişməsini ilkin ərizəsində texniki səhvə yol verməsi ilə əlaqələndirmiş, məhkəmə kollegiyasının iclasında isə buna aydınlıq gətirərək, daha sonra Şahid8 əmək kitabçasında onun 1991-ci ildə işdən ayrıldığını görmüş, yalnız o zaman 1991-ci ildə Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə işdən çıxdığını xatırladığını bildirmişdir. Ərizəçinin bu arqumenti ağılabatan və inandırıcı olmaqla yanaşı, həmçinin məhkəmə araşdırması zamanı ərizəçinin dəqiqləşmiş tələbinin işin faktiki hallarına və dindirilmiş şahidlərin ifadələrinə uyğun olduğu müəyyən edilmişdir.
36. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinin tələbinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqi ilə əlaqədar işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir. Lakin, işə baxan birinci instansiya məhkəməsi ərizəçinin məhkəməyə təqdim etdiyi şahid ifadələri ilə tələbindəki qismən uyğunsuzluğu müəyyən etməklə ərizəçiyə prosessual hüquqlarının həyata keçirilməsinə köməklik göstərməli olduğu halda bunu etməmişdir.
37. Bundan başqa ərizəçinin apellyasiya şikayətindəki tələbi həcm etibarı ilə ərizəsindəki tələblə eynilik təş kil etmişdir. Belə ki, ərizəçi ərizəsində 1988-ci il sentyabr ayından 1990-cı il iyun ayına Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə, 1990cı il iyun ayından 1992-ci il noyabr ayına qədər isə 14 saylı Səyyar Mexanikləşmiş dəstədə işləməsi faktının müəyyən edilməsini xahiş etsə də, apellyasiya şikayətində 1988-ci il sentyabr ayından xx.xx.1991-cı ilədək Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə və xx.xx.1991-ci ildən xx.xx.1992-ci il tarixədək 14 saylı Səyyar Mexanikləşmiş dəstədə işləməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Buna görə də məhkəmə kollegiyası ərizəçinin apellyasiya şikayətindəki dəqiqləşmiş tələbini qəbul etmişdir.
38. Ərizəni yuxarıda qeyd olunan hissələrdə təmin etməyən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandımışdır ki, ərizəçi İd diaçı 1988-ci ilin noyabr ayından 1990-cı ilin iyun ayınadək olan dövr üzrə Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə fəhlə betonçu işləməsini təsdiq etmək üçün məhkəmədə şahidlər X12 və Şahid8 dindirilmiş, Şahid7 ifadəsində xx.xx.1989-cu ildən 22 mart 1990-cı ilədək, Şahid8 isə xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilədək Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə işləməsinə dair ifadə vermişdir. Eyni zamanda Şahid8 ifadəsində İddiaçı onunla işlədiyini, lakin Səmədin hansı tarixdə işə girib və işdən çıxmasının yadında qalmadığını, ümumiyyətlə həmin dövrdən çox müddət keçdiyindən tarixlər barədə məlumat verə bilmədiyini qeyd etdiyindən, məhkəmə Şahid8 ifadəsini qəbul etməmişdir. Şahid Qoçum Zaidov həmin müəssisədə xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək işlədiyindən, məhkəmə İddiaçı tələbinin yalnız xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək təmin edilməli olması qənaətinə gəlmişdir.
39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldyi həmin nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, ərizəçinin qeyd olunan müəssədə işləməsini şahidlər Şahid7 və Şahid8 ilə yanaşı, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 da təsdiq etmişdir. Lakin, birinci instansiya məhkəməsi onun ifadəsinə hər hansı bir hüquqi qiymət verməmişdir. Hərçənd ki, Şahid1 ifadəsində göstərmişdir ki, ərizəçi İddiaçı ilə Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə işləmişdir. Səmədov Eyvazov briqadir olmuş, onlar 2-3 il bir yerdə işləmişlər. İş materiallarında olan Şahid1 məxsus əmək kitabçasından isə görünür ki, o, xx.xx.1983-cü ildən xx.xx. 1989-cu ilədək Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə işləmişdir ki, qeyd olunan ifadə ilə də ərizəçinin xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə işləməsi təsdiq olunmuşdur.
40. Bundan başqa məhkəmə kollegiyasının iclasında təkrar olaraq şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 1989-1991-ci illərdə orada çalışmış Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə ərizəçi ilə birgə işləmiş, ərizəçi həmin müəssisədə ondan əvvəl işə girmiş, lakin işdən ondan qabaq çıxmış, qısa müddət sonra onu da başqa iş yerində öz yanına işləməyə çağırmışdır. Şahid8 məxsus əmək kitabçasından isə görünür ki, o, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ildə kimi Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə işləmişdir.
41. B undan başqa birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən Şahid9 bildirmişdir ki, ərizəçi 14 saylı Səyyar Mexanikləşmiş dəstədə ondan qabaq işləmişdir. Həmçinin, məhkəmə kollegiyasının iclasında təkrar olaraq şahid qismində dindirilmiş Şahid9 bildirmişdir ki, o, 14 saylı Səyyar Mexanikləşmiş dəstədə işə girəndə ərizəçi orada işləmişdir. Şahid9 məxsus əmək kitbaçasından isə görünür ki, o, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək həmin müəssisədə işləmişdir.
42. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, ərizəçinin xx.xx.1989-cu il tarixdən deyil, xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə işləməsi şahid ifadələri ilə təsdiq olunduğu halda birinci instansiya məhkəməsinin qeyd olunan tələb hi ssəsində ərizəni təmin etməməsi əsassız olmuşdur.
43. Bundan başqa birinci istansiya məhkəməsi ərizəçinin 14 saylı Səyyar Mexanikləşdirmə dəstədə 1992-ci il noyabr ayına kimi işləməsi faktının müəyyən edilməsini xahiş etsə də birinci instansiya məhkəməsi ərizəçinin xx.xx.1992-ci il tarixədək həmin müəssisədə işləməsi faktını müəyyən etmiş, gəldiyi nəticəni isə Şahid9 həmin müəssisədə xx.xx.1992-ci il tarixədək işləməsi ilə əsaslandırmışdır.
44. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə də razılaşmayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında qeyd olunmuşdur ki, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Lakin, birinci instansiya məhkəməsi ərizəçinin tələblərini dindirilmiş şahidlərin əmək kitabçasındakı iş stajı dövrü ilə məhdudlaşdıraraq qismən təmin etmişdir ki, məhkəmənin bu yanaşması düzgün olmamışdır.
45. Hərçənd ki, birinci instansiya məhkəməsi ərizəçinin iş üzrə dindirilmiş şahidlərlə eyni müəssisədə işlədiyini müəyyən etdiyi halda, ərizəçinin işlədiyi dövrü müəyyən edə bilməsi üçün ərizəçinin şahidlərdən əvvəl işə girməsi, onlardan sonra işdən çıxması kimi halları dəqiqləşdirməklə yanaşı, ərizəçinin də izahatının mötəbərliyini işin halları və işdə olan digər sübutlarla birlikdə qiymətləndirməlidir. Buna görə də məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin əlavə olaraq dindirilməsi zərurəti yaranmışdır. Məhkəmə kollegiyasının iclasında təkrarən dindirilən Şahid9 bildirmişdir ki, o 14 saylı Səyyar Mexanikləşmiş dəstədə işdən çıxanda ərizəçi orada işləməyi davam etdirmişdir. Şahid9 məxsus əmək kitabçasından isə görünür ki, o, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək həmin müəssisədə işləmişdir. İş materiallarında olan ərizəçiyə məxsus əmək kitabçasına əsasən isə o, 20 noyabr 1992-ci il tarixdə 28 May adına kolxozda işə qəbul olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək 14 saylı Səyyar Mexanikləşmiş dəstədə işləməsi faktının müəyyən edi lməsi tələbi əsaslı olmuşdur.
46. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.2, 21.1, 30.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4, 305.1.1, 307.2, 308, 309.1, 372.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
47. Maraqlı şəxs (vəkil- Nümayəndə4) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-388/2025 nömrəli qətnaməsinin iddia tələbinin təmin olunmuş h issəsində ləğv edilməsini və iddianın həmin hissədə təmin edilməməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.
48. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə məhkəmə iclasında iştirak etmiş şahidlərin verdiyi ifadələr qeyri-dəqiq, natamam və bir-biri ilə ziddiyətlər təşkil edə məlumatlardır. Bu hallar hazırkıiş apellyasiya instansiya məhkəməsinin icraatında olduğu zaman müəyyən olunmasına baxmayaraq işə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən səhv qiymətləndirilmiş və mötəbər sübut kimi ərizənin təmin olunması zamanı əsaslanılmışdır.
49. Məhkəmə kollegiyasının ərizəçinin xx.xx.1988-ci ildən işləməsi faktını bir şahidin ifadəsi ilə təsdiq etməsi qanunvericiliyə əsasən mümkün deyil. Belə ki, ərizəçinin həmin müəssisədə xx.xx.1988-ci ildən i şləməsi digər şahidlərin işlədiyi müddətlərlə üst-üstə düşmür. İş üzrə dindirilmiş Şahid7 xx.xx.1989-cu ildə və Şahid8 isə xx.xx.1989-cu ildə işə daxil olmuşdur.
50. Həmçinin müvafiq məhkəmə Qərarı ilə ərizəçinin 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədəxx.xx.1991-ci il tarixədək işləməsi faktı müəyyən edilmişdir. Lakin iş materiallarında olan şahidlərin əmək kitabçasında Şahid7xx.xx.1990-cı ildə və Şahid1 isə xx.xx.1989-cu ildə işdən azad olduğu barədə məlumat öz əksini tapmışdır.
51. Göründüyü kimi ərizəçi X3 Azərbaycan RespublikasıMeliorasia və Su Təsərrüfat Nazirliyinin Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstəsində işlədiyini iddia etdiyi müddət iş üzrə dindirilmiş şahidlərin işlədikləri müddət ilə üst-üstə düşmür. Eyni zamanda məhkəmə kollegiyasının müvafiq Qərarı ilə əsassız olar aq ərizəçinin xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Daimi yaşayış yerlərini tərk etməyə məcbur olmuş şəxslərlə iş üzrə Azərbaycan Dövlət Komitəsinin 14 saylı SəyyarMexanikləşmiş dəstəsində işləməsi faktı təsdiq edilmişdir. Belə ki, məhkəmə kollegiyası bildirmişdir ki, dindirilən Şahid9 14 saylı Səyyar Mexanikləşmiş dəstədə işdən çıxanda ərizəçi orada işləməyə davam etdirmişdir. Şahid9 məxsus əmək kitabçasından isə görünür ki, o, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək həmin müəssisədə işləmişdir. İş materiallarında olan ərizəçiyə məxsus əmək kitabçasına əsasən isə o, 20 noyabr 1992-ci il tarixdə 28 M a y adına kolxozda işə qəbul olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tar ixədək 14 saylı Səyyar Mexanikləşmiş dəstədə işləməsi faktının müəyyən edilməsi tələbi əsaslı olmuşdur.
52. Məhkəmə kollegiyasının mövqeyi ilə razılaşmayaraq bildirirlər ki, iş üzrə dindirilən Şahid9 işdən çıxanda ərizəçinin orada işləməyə davam etməsi ilə bağlı ifadəsi, eyni zamanda ərizəçinin xx.xx.1992-ci il tarixdən 28 May adına kolxozda işə qəbul olunması onun xx.xx.1992-ci il tarixədək 14 saylı SəyyarMexanikləşmiş dəstəsində işləməsi faktını təsdiq etməyə əsas vermir. Həmçinin hazırki iş üzrə videoçəkiliş vasitəsilə aparılan məhkəmə iclasında şahid qismində dindirilən Şahid8 ifadəsində ərizəçinin hansı tarixdə işə daxil olması, hansı tarixdə işdən azad olması barədə məlumatları xatırlamadığını bildirmişdir. Lakin qeyd olunan ziddiyyətli ifadəyə məhkəmə kollegiyası münasibət bildirm əmiş, əksinə həmin şahidin ifadəsini mötəbər sübut kimi qiymətləndirmişdir.
53. Yuxarıda qeyd olunanlara baxmayaraq, apellyasiya instasiyası məhkəməsi ərizəçinin tələbinin təmin olunması zamanı sadəcə olaraq qeyri-dəqiq, natamam və bir-biri ilə ziddiyətlər təşkil edən məlumatları özündə əks etdirən şahid ifadələrinə, eyni zamanda öz daxili inamına əsaslanmış bununla da sübutlara obyektiv, qərəzsiz, hərtərəfli yanaşmayaraq iş üzrə qərar qəbul etmişdir.
54. Hazırkı iş üzrə şifahi şahid ifadələrinin işin halları ilə uyğun gəlməməsi, eyni zamanda da iş üzrə bütün sübutların qanunvericiliyə uyğun olaraq qiymətləndirilməməsi hüquqları məhdudlaşdırır.
55. Kassasiya şikayəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı ü çün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarına, Azərbaycan Respublikasının MPM-in 62, 88-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
56. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu
57. Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığo rta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;
58. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
59. Maddə 30.1. 30.1. Əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşları nın əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
62. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
63. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
64. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 3 05.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında;
65. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların.
66. Maddə 308.Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
67. Maddə 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir.
68. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
69. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
70. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
71. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmas ı apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
72. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
73. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya insta nsiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
74. Hazırkı kassasiya şikayətinə əsasən qətnamə apellyasiya məhkəməsi tərəfindən iddianın təmin edilən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
75. Məhkəmə kollegiyası hesab edir ki,yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
76. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiy yətinə malik olan apellyasiya məhkəməsi yoxlanılan hissə üzrə işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin yoxlanılan hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
77. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
78. Ona görə də k assasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi apellyasiya məhkəməsi tərəfindən iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
79. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində olan DSMF PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-388/2025 nömrəli, 2 aprel 2025-ci il tarixli qətnaməsi apellyasiya məhkəməsi tərəfindən iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.