Məhkəmə qərarları › İş №2(102)-2265/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2265/2020

18.06.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2265/2020 18.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X2 və X4 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(104)3189/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Qazax Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.Ə.Musayev, iş № 2(023)-421/2019) iddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan N saylı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi i lə (hakimlər: F.Ə.Mehtiyev, A.V.Bayramov və Ə.İ.Məmmədov) cavabdehlərin apelyasiya şikayəti təmin edilməmiş, Qazax Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı xx xxxxxx 2003-cü il tarixdə Cavabdeh1la faktiki nikaha girmiş, xx xxxxxx 2005-ci il tarixdə nikahları rəsmiləşdirilmiş, birgə nikahdan 2004, 2007-ci illərdə iki uşaqları olmuşdur. Ailə qurduqdan sonra İddiaçı cavabdehlərin razılığı ilə onların yaşadığı evə köçmüş, 2018-ci ildə məhkəmə qətnaməsinə əsasən onun Cavabdeh1la olan nikahı pozulmuş, uşaqlar atalarının yanında saxlanılmışdır. 2019-cu ilin fevral ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli evdə təxminən 16 il müddət ərzində yaşayıb ora qeydiyyata alınmasını, lakin cavabdehlərin onun h əmin evdə yaşamasına imkan verməmələrini əsas göstərməklə xx xxxxxxx 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 123-cü maddələrinin tələbinə müvafiq olaraq həmin evə köçürülməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə cavabdehlər kasasiya şikayəti verərək iddiaçının könüllü olaraq yaşadıqları evdən getməsini, münasibətlərinin kəskinləşməsi səbəbindən birgə yaşamalarının mümkün olmamasını, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmala rına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Mübahisəli yaşayış sahəsindən istifadə hüququna dair münasibətlər tərəflər arasında xx xxxxxxx 2009-cu il tarixə kimi yarandığından, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 217-ci m addəsinə müvafiq olaraq həmin dövrə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına əsaslanmaqla mübahisəni həll etmişdir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İddiaçı mübahisəli evdə cavabdehlərlə birgə təsərrüfat aparmaqla yaşayıb onların ailəsinin üzvü kimi yaşayış sahəsinə hüquq və vəzifələr əldə etdiyindən məhkəmə iddianı əsaslı sayaraq təmin etmişdir. Mübahisəli ev mülkiyyət hüququnun subyekti olmamaqla tərəflər ondan eyni hüquqla istifadə etdiklərindən və cavabdehlərin iddiaçının həmin evdə yaşamasına maneə olmaları başqa rəsmi yaşayış yeri olmayan iddiaçının Azərbaycan Res publikası Konstitusiyasının 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnu pozduğundan, kollegiya onun mübahisəli yaşayış sahəsinə köçürülməsinin qanuni olmasına dair apelyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar