Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2267/2022 23.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək mübahisələri, işə bərpa) Hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh publik hüquqi şəxsə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10426/2021 nömrəli, 15 noyabr 2021- ci il tarixli qətnaməsindən cavabdeh Səhiyyə Nazirliyi Cavabdeh publik hüquqi şəxs tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X4nin xx.xx.2015-ci il tarixli 15 nömrəli əmri ilə İddiaçı “Dərmanların keyfiyyətinə nəzarət” şöbəsinə provizor vəzifəsinə, xx.xx.2016-cı il tarixli, 63 nömrəli əmrlə Əczaçılıq subyektləri ilə iş şöbəsinə müfəttiş vəzifəsinə, xx.xx.2016-cı il tarixli, 163 nömrəli əmrlə Dərman vasitələrinin qeydiyyatıekspertiza şöbəsinə mütəxəssis vəzifəsinə, xx.xx.2016-cı il tarixli, 204 nömrəli əmrlə Əczaçılıq subyektləri ilə iş şöbəsinə müfəttiş vəzifəsinə, xx.xx.2017-ci il tarixli, 219 nömrəli əmək müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixli, 42-k nömrəli əmrlə Dərman vasitələrinin idxalı ekspertizası şöbəsinə mütəxəssis vəzifəsinə, xx.xx.2019-cu il tarixli, 105 nömrəli əmrlə Dərman vasitələrinin idxal ekspertizası şöbəsinə mütəxəssis vəzifəsinə, xx.xx.2021ci il tarixli, 42 nömrəli əmrlə Dərman və tibb vasitələrinin idxal-ixracı şöbəsinə mütəxəssis (tibb üzrə) vəzifəsinə təyin edilmişdir. 2. xx.xx.2021-ci il tarixdə Dərman və tibb vasitələrinin idxal-ixracı şöbəsinin müdiri yazılı şəkildə xidməti məruzə ilə müraciət edərək, şöbənin tibb mütəxəssisi İddiaçı xx.xx.2021-ci il tarixdə Almaniyanın “BAYER” şirkətinin istehsalı olan “Yarina tablet N21” dərman vasitələrinin istifadə təlimatını cırıb zibil qutusuna ataraq dərman vasitəsinin təlimat vərəqində problem olduğunu qeyd edərək, bazaya problemli dərman vasitəsi kimi qeyd etdiyini, belə halların tez-tez olduğunu, iş vaxtı şöbənin digər işçiləri ilə yersiz mübahisələr etdiyini, təhqiramiz ifadələr işlətdiyini bildirmiş və müvafiq tədbir görülməsini xahiş etmişdir. 3. xx.xx.2021-ci il tarixli “İzahatdan imtina barədə” Akta görə xidməti araşdırılma aparılmış və baş vermiş hadisəyə münasibət bildirilməsi məqsədilə İddiaçı xx.xx.2021-ci il tarixdə, saat 11:30 radələrində işlədiyi şöbənin müdirinin otağına dəvət edilmişdir. İddiaçı xidməti məruzədə yazılanlarla tanış olmuş, izahat verməkdən imtina etmiş, əsəbi tərzdə otağı tərk etmişdir.
4. Səhiyyə Nazirliyi Cavabdehn direktoru Dərman və tibb vasitələrinin idxal-ixrac şöbəsinin mütəxəssisi (tibb üzrə) İddiaçı barəsində toplanmış materialları və Həmkarlar İttifaqı Komitəsinin qərarını nəzərə alaraq, Əmək Məc əlləsinin 70, 72, 77 və 80-ci maddələrini və Cavabdeh nizamnaməsinin 5.5.12-ci bəndini rəhbər tutaraq, xx.xx.2021-ci il tarixli 163-k nömrəli əmri ilə Cavabdeh Dərman və tibb vasitələrinin idxal-ixrac şöbəsinin mütəxəssisi (tibb üzrə) İddiaçı ilə bağlanmış 219D nömrəli əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozduqda) xx.xx.2021-ci il tarixdən ləğv edilmişdir. İşçi ilə xx.xx.2021-ci il tarixdə son haqq-hesab aparılmış, o cümlədən istifadə edilməmiş məzuniyyət günləri üçün (xx.xx.2020-2021-ci iş ili üçün 30 gün, xx.xx.2021-2022-ci iş ili üçün 7 gün) 37 gün pul əvəzi ödənilmişdir. Əmri n verilməsinə əsas: xidməti məruzə, aktlar, qərar və izahatlar olmuşdur.
5. İddiaçı əmək müqaviləsinə xitam verilməsini əsassız hesab edərək, hazırki məhkəmə mübahisəsini başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Səhiyyə Nazirliyi Cavabdeh publik hüquqi şəxsə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Səhiyyə Nazirliyi Cavabdehn direktorunun xx.xx.2021-ci il tarixli 163-k nömrəli əmrinin ləğv edilməsi, onun əvvəlki işinə - Cavabdehn Dərman və tibb vasitələrinin idxal-ixrac şöbəsinin mütəxəssisi (tibb üzrə) vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi baradə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddi açı tələbini onunla əsaslandırmışdır ki, o, 30 ildən artıq bir müddətdir ki, tibb (əczaçılıq) sahəsində çalışır. Keçirilən attestasiyadan ən yüksək bal toplamışdır. Əmək fəaliyyəti dövründə əmək funksiyasını yüksək səviyyədə icra etmiş, bu günə qədər heç bir nöqsana yol verməmiş, heç bir inzibati tənbeh almamışdır. Həmçinin, rus, türk, ingilis və latın dillərini öyrənmişdir. Buna baxmayaraq, əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verilmişdir. İş üzrə ona təqdim edilmiş Aktda hər hansı bir əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsindən söhbət getmir və gedə də bilməz, çünki belə bir hal verməmişdir. Həmin Aktda insident barədə qeyd edilmişdir. Lakin insident adlanacaq və Əmək Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə səbəb ola biləcək hadisə də baş verməmişdir. Baş vermiş hadisə ona qarşı uydurma haldır. Ömrünün 30 ildən çoxunu bu sahəyə sərf etmiş, hətta bu sahədə qanun layihəsinin hazırlanmasında da iştirak etmişdir. Hazırda uydurma insident yaratmaqla onun neçə illik kariyerasına bu cür əsasla son qoyulmasını heç cür qəbul edə bilmir. xx.xx.2021-ci il tarixə kimi işində heç bir problemi olmamışdır. Onun vəzifə təlimatı müfəttişlərdən dərmanları alıb, sistemə daxil etmək, dərman qutularının və istifadə təlimatlarının Səhiyyə nazirinin müavininin imzası ilə təsdiq olunmuş təlimatda göstərilən qaydada vahid nümunəyə əsasən təsdiq edilmiş qablaşdırılmaya uyğunluğunu yoxlayır. O, qutuların üzərində uyğunluğa dair qeyd aparır, tarix yazaraq qutuların üzərinə “ + “ və ya “ - ” işarəsi qoyur, əlavə olaraq siyahıda dərmanların qarşı sında qeydiyyat aparır. X7 dərmanları digər müfəttişdən təhvil alır, dərmanların tamlığını və təlimata uyğun olub-olmamasını, bir sözlə dərmanların sayını və tamlığını yoxlayır. Dərman qaydalara uyğun olarsa analitik bazaya daxil edir və bundan sonra ona verir. xx.xx.2021-ci il tarixdə Almaniyanın “BAYER” şirkətinin istehsalı olan “Yarina tablet N 21” dərman vasitələri gəlmişdir. Dərman qutusunun içərisində təlimata uyğun olaraq Azərbaycan dilində tərtib edilmiş istifadə təlimatı olmamışdır, o, qutusunun üzərində “ - “ işarəsi qoymuş və bazaya qeyd etməsi üçün Fəxriyəyə Həmidovaya vermişdir. Fəxriyyə Həmidova ona bildirmişdir ki, dərman qutusunun içərisində içlik olmuşdur. Yəqin torbanın içərisində qalıb. Lakin torbanın içərisində başqa əzilmiş və cırılmış təlimat vərəqələri olmuşdur. Bir neçə dəfə belə hadisələr olub ki, o qutunun üzərində “ + ” işarəsi, Fəxriyyə isə “ - “ işarəsi qeyd etmişdir. Almaniyanın “BAYER” şirkətinin istehsalı olan “Yarina tablet N21” dərman vasitəsinin təlimatını Fəxriyyə Həmidova onun otağında olan zibil qutusundan tapıb gətirərək, şöbə müdiri Sərvinaz Tağıyevaya vermişdir. Fəxriyyə Həmidovaya işi o, özü öyrətmişdir, münasibətləri yaxşı olmuşdur. O, Fəxriyyən həmişə sülhə dəvət etmişdir. Soyuducunun açarı həmişə onda olmuşdur. O, başqa dərmanları yoxlayarkən Fəxriyyə onun otağını axtarmış və surətçıxaran aparatın yanında olan zibil qutusunda təlimat vərəqəsini cırılmış şəkildə tapıb gətirmişdir. Fəxriyyə təlimatı şöbə müdirinə vermiş və şöbə müdiri ondan niyə görə təlimatı cırdığını soruşmuşdur. O, isə təlimatı cırmadığını və təlimatı Fəxriyyəni n özünün cırıb atmış ola biləcəyini demişdir. Bundan sonra ondan izahat tələb edilmişdir. Lakin o, hüquqşünas çağırmağı tələb etmiş və izahat verməmişdir. İzahatı öz otağında yazıb verəcəyini desə də, ona icazə verilməmişdir. Bu səbəbdən izahat yazmamışdır. xx.xx.2021-ci il tarixdə ona öz ərisəsi ilə işdən çıxması, əks halda əmrlə işdən çıxardılacağı bildirilmişdir. xx.xx.2021-ci il tarixdə işdən çıxanda onun çantası yoxlanılmış, səbəb olaraq dərman itməsi bildirilmişdir. Şöbə müdiri Sərfinaz Tağıyeva, həmçinin həmkarlar ittifaqı təşkilatının sədridir və ona qarşı qərəzli olub. O, direktor müavininin qəbulunda olmuş, lakin onun işi düzgün araşdırılmamışdır. xx.xx.2021-ci il tarixdə Eldar müəllim ona ərizəsini yazaraq işdən çıxmasını bildirmişdir. Həmin gün saat 14:40-da iclasa dəvət etmişl ər. O, təxminən 5-6 dəqiqə ərzində HİK-nin iclasında olmuşdur. İclasda direktor müavini onu işdən çıxartmaq istədiklərini bildirmişdir.
8. X1 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, Cavabdehn İdxal-ixrac şöbəsinin mütəxəssisi vəzifəsində işləyir və iddiaçını tanıyır. O, xx.xx.2021-ci il tarixdə “BAYER” şirkətinin istehsalı olan “Yarina tablet N 21” dərman vasitəsini bazaya daxil edərkən, onun istehsalçısını qeydiyyat bazası və içlik vərəqəsi ilə müqayisə etmək üçün qutunun tamlığını pozaraq içlik vərəqəsini götürərək baxmışdır. Hətta həmin dərmanın içində içlik vərəqəsi ilə yanaşı ayrıca blisteri qoymaq üçün rəngli və sərt ciblik olmuşdur. İstehsalçını dəqiqləşdirdikdən sonra böyük ölçüdə olan içlik vərəqəsini səliqə ilə qatlayıb cibliklə birlikdə qutuya qoymuşdur. Digər dərm anları da yoxlayıb bazaya daxil etdikdən sonra həmişə olduğu kimi qablaşma və içliyini yoxlamaq üçün bunlara baxan mütəxəssisə, yəni İddiaçı vermişdir. Onun bazaya daxil etdiyi dərmanları digər otaqda əyləşən mütəxəssis İddiaçı yoxlayır. Bir neçə saat keçdikdən sonra İddiaçı dərman torbalarını ona qaytarmışdır. Bundan sonra o, baxılan qablaşma içliklərində problem varsa onları yenidən həmin analiz nömrəsi ilə bazaya əlavə etmişdir. Bu zaman o, “Yarina tablet N 21” dərman vasitəsinin üzərində içlik vərəqəsinin ümumiyyətlə içərisində olmadığı barədə yazını görmüş və problem olaraq onu bazaya əlavə etmişdir. Sonra bunu dəqiqləşdirmək, yəni içlik səbəbinin məhz bu olduğunu bilmək üçün gedib İddiaçı özündən soruşmuşdur. İddiaçı qutunun içində içlik olmadığını, yalnız blister olduğunu bildirmişd ir. O, İddiaçı şəxsən qutunu açıb baxdığını və içliyi yenidən qutuya qoyduğunu demişdir. İddiaçı ona kobud cavab vermiş və içliyi onun özünün harasa atdığını, işləyə bilmədiyini və sair demişdir. O, işin sonunda problemli dərmanlarla birlikdə bu dərmanı da şöbə müdirinin otağını aparmışdır. Qeydiyyatla bağlı problemləri şöbə müdiri ilə təhlil etmiş, şöbə müdiri qablaşma və içlik problemlərini təhlil etmək üçün otağına çağırmışdır. Şöbə müdiri “Yarina tablet N21” dərmanının probleminin nədən ibarət olduğunu soruşduqda, İddiaçı həmin dərmanın içliyinin ümumiyyətlə olmadığını bildirmişdir. O, içliyi gördüyünü bildirdiyi üçün şöbə müdiri Sərfinaz Tağıyeva təəcüblənmişdir. O, özünə əmin olduğu üçün İddiaçı otağına getmişdir. Həmin vaxt digər işçi Vüsalə Məmmədova da otaqda olmuşdur. O, Vüsaləyə dərmanın içlik vərəqəsinin yerində olmadığını bildirmiş və İddiaçı stolunun üstünə göz gəzdirmişdir. Lakin stolun üstündə içliyi görməmişdir. Bundan sonra X9 Ələkbərovanın zibil qabının hansı olduğunu soruşmuşdur. Çünki İddiaçı əvvəllər də bir neçə dəfə dərmanları, sənədləri və içlikləri otağında saxlamış və ya digər dərman torbalarının içindən tapılmışdır. Vüsalə Məmmədova stolun yanındakı zibil qabının İddiaçı məxsus olduğunu bildirdi. Bundan sonra o, zibil qabına xırdalanmış və əzilmiş içlik vərəqini və cibliyi aşkar etmişdir. Onları zibil qabından çıxartmış və ovcuna yığaraq şöbə müdirinin otağına aparmış və ona göstərmişdir. Vüsalə Məmmədova da bunu görmüş və təəccüblənmişdir. Sərfinaz Tağıyeva çırılmış içliyi və cibliyi gördükdə cox əsəbiləşmiş və İddiaçı izahat yazmasını istəmişdir. İddiaçı həyacanlı şəkildə səsinin tonunu qaldıraraq, qadına yaraşmayan tərzdə nalayiq sözlərlə özünü təmizə çıxartmağa çalışmış və bunları guya onun cırıb zibil qabına atdığını bildirmişdir. Digər otaqda olan işçi onun ümumiyyətlə İddiaçı otağına digər vaxtlarda girmədiyini və doğrudan da, qırıntıları onun zibil qabından götürdüyünü təsdiq edir. İddiaçı əvvəlki aylarda və illərdə onunla və digər işçilərlə xoşagəlməz hadisələr baş vermişdir. O, hamıya qarşı təhqirli sözlər işlətmiş, hamını savadsız saymış, şübhə ilə davranmış və özünü hamıdan savadlı hesab etmişdir.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(004)4928/2021 nömrəli qətnaməsi ilə (hakim V.Hacıyev) iddia rədd edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əsas vəzifələrindən biri də, müfət tişlər tərəfindən təqdim edilmiş dərman nümunələrini qəbul edərək, onların dövlət qeydiyyatında olub-olmadığını, qablaşdırmanın təsdiq edilmiş qablaşmaya uyğunluğunu və istifadə təlimatlarının Azərbaycan dilində olub-olmadığını yoxlayaraq bazaya daxil etməkdən ibarət olmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixdə Almaniyanın “BAYER” şirkətinin istehsalı olan “Yarina tablet N 21” dərman vasitələrinin istifadə təlimatını cırıb zibil qutusuna ataraq, dərman vasitələrinin idxalı zamanı ekspertizanın aparılması üçün vacib olan sənədi məhv etməklə, dərman vasitəsinin təlimat vərəqində problem olduğunu qeyd edərək, bazaya problemli dərman vasitəsi kimi qeyd edilməsi üçün Fəxriyyə Həmidovaya vermişdir. İşin bu halı şöbə müdiri Sərfinaz Tağıyevanın xidməti məruzəsi və yazılı izahatı, xx.xx.2021-ci il t arixli akt, xx.xx.2021-ci il tarixli akt, mütəxəssislər Vüsalə Məmmədova və Fəxriyyə Həmidovanın yazılı izahatları və digər sübutlarla öz təsdiqini tapır. Yəni, iddiaçı onunla bağlanmış əmək müqaviləsinin müəyyən etdiyi əmək funksiyasını (rəhbərlik tərəfindən təsdiq olunmuş vəzifə təlimatına uyğun) dəqiq və vicdanla yerinə yetirməmiş, əmək funksiyalarını yerinə yetirərkən ona təqdim olunmuş sənədlərin tamlığını təmin etməmiş və qorumamış, dərman vasitələrinin idxalı zamanı ekspertizanın aparılması üçün vacib olan sənədi məhv etməklə, Almaniyanın “Bayer” şirkətinin istehsalı olan “Yarina tablet N21” dərman vasitələrinin ölkəyə gətirilməsinin qarşısının alınmasına səbəb ola biləcək hərəkəti etməklə, “Daxili intizam qaydalarının” 2.1 və 2.5-ci bəndlərinin tələblərinə zidd olaraq işəgötürəni n mənafeyinə xələl gətirmişdir. Bu isə işəgötürənə iddiaçının əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etməyə əsas vermişdir.
11. Məhkəmə iş üzrə gəldiyi nəticəni Əmək Məcəlləsinin 186-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndi, 70-ci maddəsinin “ç” bəndi, 71-ci maddəsinin 2-ci hissəsi və 310-cu maddəsinə istinad etməklə əsaslandırmışdır.
12. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış, işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, o əmək müqaviləsi üzrə öhdəliklərini pozmamışdır. O, hər hansı bir dərman təlimat içliyini cırmamış, o, heç təlimat kağızını görməmişdir. Eləcə də, içlik deyilən təlimat kağızının onun tərəfindən bilavasitə cırılıb zibil qutusuna atılmasını heç kəs görməmişdir, bu faktı təsdiq edən hər hasnı sübut omamışdır, İzahat verən şəxslər belə onun təərfindən hər hansı bir kağız içliyin(təlimatın) cırılmasını və ya onu zibil qutusuna atılmasını gördüklərini deməmişlər. Təlimat icliyinin onun tərfindən cırılması ilə bağlı məhkəmənin qənaəti ancaq ehtimalrara əsaslanır. Əzilmiş-cırılmış kağızların zibil qutusuna atılmasına gəldikdə isə bunu hər kəs edə və həmin zibil qutusuna ata bilərdi (çünki iddiaçının iş otağın qapısı daim açıq olur və orada ümumi zibil qutusu mövcuddur). Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər V.İbayev - sədrlik edən və məruzəçi, Ş.Məhərrəmova və R.Həsənov) 2(103)-10426/2021 nömrəli, 15 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməklə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(004)-4928/2021 nömrəli qətnaməsinin ləğv olunmuş, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia əsaslıdır və onun rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün deyildir.
15. Belə ki, iddiaçının tələbi cavabdehlə (işəgötürənlə) bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli, 163-k nömrəli əmrin ləğv edilərək Cavabdeh Dərman və tibb vasitələrinin idxal-ixrac şöbəsinin mütəxəs sisi (tibb üzrə) vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədədir.
16. Apellyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, hazırki işdə Əmək Məcəlləsinin sadalanan normaları pozulmuş, İddiaçı tərəfindən əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, əmək vəzifələrinin kobud pozuntusu öz təsdiqini tapmamışdır.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv olunması üçün işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması o halda əmək müqaviləsinin ləğvinə səbəb ola bilər ki, bu hərəkətlər səbəbindən müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun və bu hal əmrdə əsaslandırılmış olsun. Mübahisə predmeti olan əmrdə bu cür əsaslandırma yoxdur. Bu hal əmrin ləğvedilməsi üçün müstəqil əsasdır.
18. Məhkəmə həmçinin qeyd etmişdir ki, Dərman və tibb vasitələrinin idxal-ixracı şöbəsi müdirinin xx.xx.2021-ci il tarixli yazılı xidməti məruzəsi, ondan sonrakı tərixə xx.xx.2021-ci il tarixə tərtib edilmiş “İzahatdan imtina barədə” Aktdan sonra qeydə alınması həmin sənədlərin sonradan tərtib olunmasına və bununla da həmin sübutların mötəbərliliyinə şübhə yaradır.
19. Məhkəmə iclasında cavabdeh Azərbaycan R espublikası Səhiyyə Nazirliyi Cavabdeh nümayəndəsi X5 iddiaçının dəfələrlə əmək funksiyalarını pozduğunu bildirsə də, bu pozuntunun, yəni əmək funksiyasının pozulmasının məhz nədən ibarət olmasını açıqlamamışdır.
20. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia təmin edilməlidir.
21. Apellyasiya kollegiyası iş üzrə gəldiyi nəticəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 72, 80 və 300-cü maddəsinin 1-ci bəndinə istinad etməklə əsaslandırmışdır.
22. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kas sasiya şikayətinin dəlilləri
23. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətini belə əsaslandırmışdır ki, iddiaçı tərəf iddia ərizəsində göstərilən xüsusatları sübut edə bilməmişdir. İddiaçı qeyd olunan cırılmış dərman vasitəsinin istifadə təlimatının ona məxsus zibil qutusundan çıxmadığını sübut edə bilməmiş, bu barədə onun tərəfindən izahat yazılması tələb olunsa da, belə izahat verməkdən imtina etmişdir. İddiaçının vəzifə təlimatına zidd hərəkətləri digər əməkdaşlar tərəfindən izahatlarla öz təsdiqini tapmışdır. “Bayer” şirkəti dünyanın şöhrətli və keyfiyyətli dərman vasitələrinin istehsalçısıdır. Eyni dərman vasitəsi bütövlüyü p ozulmadan dünyanın bir çox ölkəsinə idxal olunur. Bütün ölkələrə maneəsiz daxil olan dərman vasitəsinin ölkəmizə idxal edilməsindən imtina edilməsi əhalinin dərman vasitələri ilə təminatının qarşısını ala və qıtlıq yarada bilər. Apellyasiya məhkəməsi tərəfindən işdə olan sənədlərə iddiaçının maraqlarına uyğun qiymət verilərək iş birtərəfli aparılmış, cavabdeh tərəfindən işdən çıxarılma əmri qanuni tələblərə söykənməsinə baxmayaraq apellyasiya məhkəməsi tərəfindən qanunun tələbi kobud şəkildə pozulmuşdur. Məhkəmə işəgötürənin pozulmuş hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymədiyini qeyd etmişdir. Halbuki, iş materiallarından görünür ki, iddiaçı işçilərlə davranış qaydalarını bir neçə dəfə pozaraq daim icra intizamının normal ahəngini pozmuşdur.
24. Kassasiya şikayətində Əmək Məcəlləsinin 70, 71, 186 və 310-ci, Mülki Prosessual Məcəllənin 14.1, 14.2 və 77.1-ci maddələrinə istinad edilmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı iddiaçının vəkili və nümayəndəsi Vəkil1 etirazı daxil olmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, bu hadisə iddiaçının işdən çıxarılması üçün bəhanədir. O, hər hansı bir dərman içliyi çırmamışdır. O heç, iddia edilən təlimat kağızını da görməmişdir. O, sadəcə içliyi görməmiş və bu barədə qeyd etmişdir. İçliyin iddiaçı tərəfindən cırılması heç nə ilə sübut olunmur. İzahatı alınan şəxslərin heç biri iddiaçının içliyi cırmasını və ya onu zibil qutusuna atmasını gördüklərini deməmişlər. İş üzrə sənədlərin tədqiqi bir daha göstərir ki, təlimat içliyinin iddiaçı tərəfindən cırılmas ı ilə bağlı qənaət ancaq bir ehtimaldır. Həmçinin, təlimat içliyinin cırılması iddiaçıya heç nə vermirdi. Bütün məhkəmə instansiyalarında cavabdehdən işəgötürnə ziyan dəyməsi ilə bağlı sübutlar istənilsə də, heç bir sübut təqdim edilməmişdir. Kassasiya şikayətində “şahid ifadələri ilə isbat edilmişdir” yazılması yanlışdır və əsassızdır. Aktda imzası olan X6 da izahatında qeyd etmişdir ki, onun sözügedən insident barədə məlumatı yoxdur. Bu da bir daha təsdiq edir ki, aktda yazılanlar uydurmadır.
26. İddiaçı kassasiya şikayətinə etiraz verərək şikayətin əsassız, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuni və əsasl olduğunu göstərərək təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Əmək Məcəlləsi:
27. Maddə 70-in “ç” bəndi. İşçi özünün əmək funk siyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər.
28. Maddə 72. a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizə si qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
29. Maddə 80-nin 1-ci hissəsi. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstə rilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
30. Maddə 80-nin 2-ci hissəsi. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
31. Maddə 300-ün 1-ci hissəsi. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7 0, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
32. Maddə 14.2. Məhkəmə yaln ız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olu nmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırki kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)10426/2021 nömrəli, 15 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməklə, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
43. İşdən görünür ki, a pellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edərkən göstərmişdir ki, İddiaçı tərəfindən əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və əmək vəzifələrinin kobud pozuntusu öz təsdiqini tapmamış, onun hərəkətləri nəticəsində işəgötürənin, habelə əmək kollektivinin mənafelərinə hər hansı formada ziyan dəyməsi işəgötürənin əmrində əsaslandırılmamış, ümumiyyətlə işçinin əmək funksiyalarını pozmasının nədən ibarət olmasını açıqlanmamış, iddiaçının hərəkətlərində əmək qanunvericiliyində göstərilən əmək müqaviləsinin ləğv olunması əsasları müəyyən edilməmişdir. Bununla da əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi, 72-ci maddəsi və 300-cü maddəsinin 1-ci hissəsinin tələbləri pozulmuşdur.
44. Apellyasiya məhkəməsi gə ldiyi İddiaçı tərəfindən əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinin sübuta yetirilməməsi qənaətinə gələrkən yalnız iddiaçının izahatında göstərilən hallara istinad etmiş, lakin cavabdeh tərəfindən təqdim olunmuş iddiaçının xx.xx.2021-ci il tarixdə Almaniyanın “BAYER” şirkətinin istehsalı olan dərman vasitələrinin istifadə təlimatını cırıb zibil qutusuna atması barədə 11 iyun 2021-ci il tarixli aktı, həmin aktı tərtib etmiş şəxslərin işəgötürənə verdikləri izahatları və şahid kimi dindirilən X2 ifadəsini, Dərman və tibb vasitələrinin idxal-ixracı şöbəsinin müdirinin xx.xx.2021-ci il tarixli yazılı xidməti məruzəsi, iddiaçı tərəfin izahatı və digər sübutları qəbul etməməsini əsaslandırmamışdır.
45. İddiaçının özü də xx.xx.2021-ci il tarixdə Almaniyan ın “BAYER” şirkətinin istehsalı olan dərman vasitələrinin istifadə təlimatını cırılmış vəziyyətdə onun istifadə etdiyi zibil qutusundan aşkar edildiyini inkar etməmiş, lakin həmin istifadə təlimatının onun tərəfindən cırılmadığını göstərmişdir.
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəflərin təqdim etdikləri sübutlara tam və hərtərəfli baxmamış, bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir ki, həmin prosessual hüquq pozuntuları da düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir.
47. İddiaçının hərəkətləri nəticəsində işəgötürənin, habelə əmək kollektivinin mənafelərinə hər hansı formada ziyan dəyməsnin əsaslandırılmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin qənaətə gələn apellyasiya məhkəməsi cavabdeh Səhiyy ə Nazirliyi Cavabdehn fəaliyyəti Azərbaycan Respublikasına idxal olunan dərman vasitələrənin keyfiyyəti, effktivliliyi və təhlükəsizliyi ilə bağlı olmasını, iddiaçının isə həmin müəssisədə məsuliyyətli işdə işləməsini, onun tərəfindən buraxılan hər hansı səhvin insan həyatına təhlükə yarada biləcəyini və müvafiq olaraq işəgötürən müəssisənin qanuni mənafeyinə cəddi xələl gətirəcəyəni diqqətdən qaçımış, iddiaçı tərəfindən törədilən qanun pozuntusunun səhv deyil, qəsdən törədilməsini nəzərə almamışdır.
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəflərin təqdim etdikləri sübutlara tam və hərtərəfli baxmamış, bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir ki, həmin prosessual hüquq pozuntuları da düzgün olmayan qətnamənin çıxarılması ilə nə ticələnmişdir.
49. İddiaçının hərəkətləri nəticəsində işəgötürənin, habelə əmək kollektivinin mənafelərinə hər hansı formada ziyan dəyməsnin əsaslandırılmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin qənaətə gələn apellyasiya məhkəməsi cavabdeh Səhiyyə Nazirliyi Cavabdehn fəaliyyəti Azərbaycan Respublikasına idxal olunan dərman vasitələrənin keyfiyyəti, effktivliliyi və təhlükəsizliyi ilə bağlı olmasını, iddiaçının isə həmin müəssisədə məsuliyyətli işdə işləməsini, onun tərəfindən buraxılan hər hansı səhvin insan həyatına təhlükə yarada biləcəyini və müvafiq olaraq işəgötürən müəssisənin qanuni mənafeyinə cəddi xələl gətirəcəyəni diqqətdən qaçımış, iddiaçı tərəfindən törədilən qanun pozuntusunun səhv deyil, qəsdən törədilməsini nəzərə almamışdır.
50. Beləliklə, məhkəmə kollegiyas ı hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviri-əsaslandırıcı hisssəsində göstərilənləri nəzərə alaraq qanuni və əsaslı qətnamə qəbul etməlidir.
51. MPM-nin 417.1 və 417.1.3-cü maddələrinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
52. Həmin Mə cəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
53. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10426/2021 nömrəli, 15 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.