Məhkəmə qərarları › İş №2(102)-2267/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2267/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2267/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: prosessual müddətin bərpası barədə ərizə 25.06.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1447/2023 nömrəli, 30 aprel 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 47.000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.

2. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 64.000 manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Ş.Həxiyeva) xx.xx.2023-cü il tarixli, 2(060)1278/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1447/2023 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, birinci inst ansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı qətnamədən kassasiya şikayəti və müddətin bərpasına dair ərizə verərək bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçı barəsində Abşeron Rayon Məhkəməsi tərəfindən həmin tarixdə həbs qətimkan tədbiri seçilmiş və həbsin tarixi xx.xx.2023-cü il tarixdən yəni tutma tarixindən hesablamışdır. Yəni iddiaçı kassasiya şikayəti üçün qanunvericiliklə ona verilmiş müddətin bitməsinə 3 gün qalmış həbs olunmuş və həmin 2 ay bitənə qədər şikayət verə bilməməsi onun iradəsi üzündən asılı olmayan səbəbdən baş vermişdir.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il t arixli, 2(105)-1447/2023 nömrəli qərardadı ilə (hakimlər F.Məmmədov - sədrlik edən və məruzəçi, L.Rəhimli və İ.Dəmirov ibarət tərkibdə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1447/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair ərizə təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır.

7. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1447/2023 nömrəli qətnaməsi İddiaçı, eyni zamanda onun vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil1 elektron kabinetlərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə yerləşdirilmiş, lakin həmin qətnamədən verilmiş ka ssasiya şikayəti xx.xx.2024-cü il tarixdə apellyasiya instansiyası məhkəməsinin məhkəmə işlərinin elektron idarəetmə sisteminə yerləşdirmişdir. Yəni, kassasiya şikayətinin verilmə müddəti buraxılmışdır.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69-75-ci maddələrində nümayəndəlik institutunun prosessual hüquq və vəzifələri aydın şəkildə verilmişdir ki, həmin normaların məzmunundan da aydın olduğu kimi, nümayəndə şəxsin vermiş olduğu etibarnamə əsasında onun adından hərəkət etmək iqtidarında olur. Etibarnamə qüvvədə olduğu müddətdə nümayəndə şəxslə prosessual hərəkətləri həyata keçirə bilmək üçün eyni statusda olur. Nümayəndə məhkəmə aktını əldə etməsi barədə tərəfə vaxtında məlumat verməmişsə, bu hal məhkəmə aktının tərəfə çatdırılmaması hesab edilə, onun hüquqlarının pozuntu su kimi qiymətləndirilə bilməz. Çünki mülki prosessual qanunvericilik məhkəmə sənədlərinin çatdırılma qaydası və anlamı ilə bağlı aydın formada tənzimləmə həyata keçirmişdir ki, hazırki halda nümayəndənin cavabdehə məhkəmə aktını elektron kabinet vasitəsi ilə əldə etməsi barədə məlumat verməməsi prosessual qanunvericiliyin pozuntusuna əsas verə bilməz. Əks halda bu vəziyyət prosessual hüquq və vəzifələrdən sui-istifadəyə şərait yaratmış olardı ki, bu da yolverilməzdir.

9. Kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prоsessual müddətin üzrlü hesab edilməsi barədə iddiaçı tərəfin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası ilə bağlı vəsatətlərə baxılarkən yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara v ə vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır.

10. İddiaçı tərəf ərizəsində qeyd etmişdir ki, kassasiya şikayətinin verilməsi müddətinin ötürülməsi səbəbi İddiaçı məhkəmənin gedişi ilə vəkil vasitəsilə məlumat aldığından və “Elektron məhkəmə” informasiya sistemində elektron kabineti olmadığından işin gedişatını izləmək imkanı olmamış, xx.xx.2023-cü il tarixdə qətnamə qəbul edildiyindən məlumatı olmamış, həmçinin vəkili tərəfindən məlumatlandırılmamışdır.

11. Məhkəmə kollegiyası ərizənin qeyd olunan dəlilinə qiymət verərək qeyd edir ki, iddiaçı xx.xx.2021-ci il tarixdən “Elektron məhkəmə” informasiya sistemində mövcud kabinet istifadəçisidir, qeyd olunduğu kimi Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx. 2023-cü il tarixli, 2(105)-1447/2023 nömrəli qətnaməsi İddiaçı elektron kabinetinə apellyasiya instansiyası məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir.

12. Bundan əlavə iddiaçı məhkəmə iclaslarında vəkil və nümayəndə tərəfindən təmsil edilmişdir. Bu da iddiaçı tərəfin prosessual qanunvericilik normaları, qanunvericilikdə baş vermiş dəyişikliklər barədə məlumatlı olmasını və kassasiya şikayətinin MPM-in 405-ci maddəsində müəyyən olunmuş müddətdə verilməli olduğundan məlumatlı olduğunu təsdiq edir.

13. Bundan əlavə iddiaçı barəsində xx.xx.2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilməsinə və xx.xx.2024-cü il tarixdə barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edildiyinə istinad edərək şikayət verə bilmədiyini göstərir. Kollegiya qeyd etmişdir ki, qətnamənin surətinin iddiaçının və nümayəndəsinin elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilməsindən onun həbs edildiyi xx.xx.2023-cü il tarixədək 1 ay 27 gün keçmişdir ki, iddiaçının həmin müddət ərzində də kassasiya şikayəti vermək və yaxud şikayətin tərtib edilərək verilməsi üçün tapşırıq vermək imkanı olmuşdur.

14. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 269.10, 269.11, 270.1, 270.2, 324.1-6, 337.1-5, 340.1-2, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 372.6-7, 384.0.1, 402.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və kassasiya şikayətinin verilməsi üçün müddətin ötürülməsinin səbəbini üzrlü hesab edilərək bu müddətin bərpa edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmənin qərardadından da göründüyü kimi Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qətnaməsi xx.xx.2023-cü il tarixdə qəbul edilsə də məhkəmənin elektron sisteminə xx.xx.2020-cü il tarixdə yerləşdirilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı barəsində Abşeron Rayon Məhkəməsi tərəfindən həmin tarixdə həbs qətimkan tədbiri seçilmiş və həbsin tarixi xx.xx.2023-cü il tarixdən yəni tutulma tarixindən hesablanmışdır. Yəni İddiaçı kassasiya şikayəti üçün qanunvericiliklə ona verilmiş müddəti n bitməsinə 3 gün qalmış həbs olunmuş və həmin 2 ay bitənə qədər şikayət verə bilməməsi onun iradəsi üzündən asılı olmayan səbəbdən baş vermişdir. Belə ki, iş üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil2 bu üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(105)-1447/2023 nömrəli qətnaməsindən müddəti ötürmədən kassasiya şikayəti vermişdir. İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsindən verilmiş protestə xx.xx.2024-cü ildə baxıldıqdan dərhal sonra xx.xx.2024-cü il tarixdə məhkəmənin məlum qətnaməsinin ona təqdim edilməsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinə ərizə yazmış və həmin qətnamə ona xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Məhkəmə buraxılmış prosessual müddətin ötürülməsinin səbəbini üzrlü hesab edərsə m üddətin bərpa olunması barədə qərar qəbul edir. İddiaçının vəkili Vəkil2 tərəfindən kassasiya şikayəti ilə eyni vaxtda buraxılmış müddətin bərpa edilməsi barədə ərizə də verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

19. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

20. Maddə

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilə r: qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində.

21. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır.

22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçının şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Belə ki, ötürülmüş prosessual müddətin bərpasına dair ərizəyə baxan apellyasiya məhkəməsi iddiaçının dəlillərini müddətin bərpası üçün əsaslı və üzrlü səbəb saymamışdır. Məhkəmə, müddətin ötürülməsinin iddiaçının (və ya onun nümayəndəsinin/vəkilinin) iradəsindən asılı olmayan, onun tərəfindən onların dəf edilməsi mümkün olmayan hallardan irəli gəlməsini müəyyən etməmişdir.

27. Kollegiya bildirir ki, apellyasiya məhkəməsi tərəfindən ona təqdim olunan sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmu ş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

29. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, ötürülmü ş müddətin bərpasına dair ərizənin təmin edilməməsi qanuni və əsaslı olmuşdur, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.

30. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

31. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1447/2023 nömrəli, 30 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar