Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2268/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, vəkili Vəkil2, cavabdehin vəkili Vəkil1 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 19 oktyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı-nin və vəkili Vəkil2 kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.M.Mehdiyev) iddia tələbi qismən tə min edilərək, Cavabdeh 10645,95 manat dəymiş maddi ziyan əvəzinin və 30 manat ödənilmiş dövlət rüsumu əvəzinin tutularaq İddiaçı-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2018-ci il tarixli, 2(107)-2255/2018-saylı qətnaməsi ilə (hakimlər M.Hüseynov sədrlik edən, məruzəçi, R.Əliyev və İ.Şükürov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək iş üzrə Şəki Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmiş, həmin qətnamə ilə Cavabdeh tutalaraq İddiaçı-yə verilməli olan pul vəsaiti 2768,14 (iki min yeddi yüz doxsan manat on dörd qəpik) manat məbləğində (dəymiş ziyanın əvəzi 2760,14 manat və 08 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla) müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10660 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu əvəzinin tutularaq xeyrinə ödənilməsi barədə qətnamə və cavabdehin əməlində cinayət faktının olması barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı-ti və vəkili Vəkil2 kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, cavabdehin şəxsən imza etməklə şirkətdən mallan qəbul etməsinə dair qaiməfakturalarm əsilləri təqdim edilmişdir. Lakin qətnamədə həmin qaimələrə toxunulmamış və hüquqi qiymət verilməmişdir. Həmin qaimələrdə Cavabdeh şəxsi imz ası ilə malların qəbul edildiyi və həmin tarixlərə cavadehin nə qədər borcunun qalması qeyd edilmişdir. Məhkəmə icraatı zamanı təqdim eddən həmin qaimələrə hüquqi qiymət verilməməsi, ümumiyyətlə həmin qaimələrin qətnamədə öz əksini tapmaması kifayət qədər müəmmalı vəziyyət yaratmışdır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin MK-nın 19 oktyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilərək, iddia tələbinin tam təmin edilməsini xahiş edrilər. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, cavabdehin vəkili Vəkil1 isə kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini Şəki Apellyasiya Məhkəməsinin MK-nın 19 oktyabr 2018-ci il tarixli q ətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 19 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin göndərilməlidir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normaların düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin iddiaçının məhkəməyə təqdim etdiyi kontragent hesabatına əsasən bu nəticəyə gəlmişdir ki, İddiaçı tərəfindən Cavabdeh sonuncunun həmin MMC-nin satış təmsilçisi işlədiyi müddətdə cəmi 26777,74 manat dəyərində istehsal məhsulu təhvil verilmiş, cavabdeh bu məhsulları ticarət obyektlərinə satmış, həmin obyektlərdən 18378,80 manat satış pulunu yığıb MMC-yə ödəmiş, habelə MMC-yə 5623,90 manat dəyərində satılmayan məhsul qaytarmışdır. Belə olduqda cavabdehin borcu 2775,04 (26777,74-18378,80-5623,90) manat təşkil edir. Kontragent hesabatında iddiaçının “Digər” (digər əməliyyatlar) adı altında göstərdiyi və cavabdehin borcuna aid etdiyi 7885,81 manat məbləğin hansı xərclər olduğu aydın deyildir. İddiaçının nümayəndəsi də məhkəmə kollegiyasının iclasında 7885,81 manat məbləğində “digər əməliyyatlar”ın nədən ibarət olmasını izah edə və həmin əməliyyatları (xərcləri) təsdiqləyən sübutları təqdim edə bilməmişdir. Cavabdeh də qeyd edilən “digər əməliyyatlar” dedikdə nəyin nəzərdə tutulması barədə təsəvvürünün olmadığını bildirmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq məhz iddiaçı kontragent hesabatında “digər əməliyyatlar” adı altında göstərdiyi və cavabdehin borcuna aid etdiyi 7885,81 manat məbləğin hansı xərclər olduğunu və nədən (hansı əməliyyatlardan) yarandığını, bunun hansı sübutlarla (maliyyə sənədləri ilə) təsdiq olunduğunu əsaslandırmal ı idi, lakin iddiaçının nümayəndəsi həmin halları əsaslandıra və müvafiq sübutlar təqdim edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmaş halları ilə gəldiyi digər nəticəyə əsasən isə birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilmiş məbləğindən 7885,81 manat əsassız hesablanmış borc çıxılmalı və fərqi təşkil edən məbləğ (2760,14 manat) cavabdehin borcu kimi üzərində saxlanmalıdır. Apellyasiya instansiyası məhkəməsi nəticələrin maddi əsası kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-cu maddəsinin, 205-ci maddəsinin İİ hissəsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, b eləliklə də, gəldiyi nəticəsi maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Belə ki, işin materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 01 fevral 2013-cü il tarixdə əmək müqaviləsi bağlanaraq Cavabdeh İddiaçı-nə satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir. Eyni zamanda, 01 fevral 2013-cü il tarixdə İddiaçı ilə Cavabdeh arasında tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. Əmək müqaviləsinə uyğun olaraq Cavabdeh satış təmsilçisi olduğu bölgədə satış məntəqələrinə İddiaçı tərəfindən istehsal olunan məhsulları satış üçün paylamaq və həmin məhsulların satışından əldə olunan pulları yığıb MMC-yə təhvil vermək həvalə olunmuşdur. İşin materiallarından həmçinin görünür ki, Cavabdeh İddiaçı-nin satış təmsilçisi vəzifə sində 01 may 2014-cü il tarixədək işləmiş və MMC tərəfindən həmin tarixdə onunla bağlanmış əmək müqaviləsinə öz ərizəsinə əsasən xitam verilmişdir. Bundan sonra İddiaçı Cavabdeh 10660 manat məbləğində satış pulu borcunun qalmasını iddia edərək həmin pulun ödənilməsi üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddianı qəbul etməyərək onun iddiaçı təşkilata borcunun olmadığını, satış məntəqələrindən bəzilərinin İddiaçı-yə borclarının qaldığını, həmin mağazalar tərəfindən satış pullarının ona verilmədiyini, bu səbəbdən qalan borca görə özünü cavabdeh hesab etmədiyini bildirmiş, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Beləliklə muüəyyən edilmişdir ki, tərəflər arasında əmək hüquq münasibətləri mövcud olmuş və bu münasibətlərdə iddiaçı “işəgötürən”, c avabdeh isə “işçi” statusunda olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu madəsinin 1-ci hissəsinin a) bəndinə əsasən, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyalarının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işə götürənlə yazılı müqavilə bağlandıqda işçi vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 205-ci maddəsinin 2-ci hissəsinə əsasən, əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraci əti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İş materiallarında olan 01 fevral 2013-cü il tarixdə «İddiaçı” MMC ilə Cavabdeh arasında imzalanmış tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh İddiaçı-dən tam məsuliyyətlə ona etibar edilmiş maddi dəyərlilərin qorunmasını, ona etibar edilən dəyərlilərə və habelə edilmiş işlərə qayğı ilə yanaşmaq, heç bir halda İddiaçı-yə ziyan gətirməmək, vaxtında İddiaçı-nin rəhbərliyini ona aid olan maddi dəyərlilərin təhlükəsizliyi barədə məlumatlandırmaq və lazımi hallarda təhlükəli vəziyyətin yaranma səbəblərini öyrənmək, ona həvalə edilmiş maddi dəyərlilərin invertarlaşmasında iştirak etmək vəzifəsini öz üzərinə götürür. İş materiallarında olan 13 dekabr 2012-ci ildən 05 fevral 2018-ci il tarixədək dövrü əhatə e dən kontragent hesabatından görünür ki, İddiaçı tərəfindən fəaliyyət göstərdiyi müddətdə Cavabdeh 26777,74 manat məbləğində istehsal məhsulu təhvil verilmiş, həmin məhsulları iaşə obyektlərinə satmış, 5639,90 manat məbləğində istehsal məhsulunu geri qaytarmış, 7885,81 manat məbləğində digər əməliyyatlar aparılmış, nəticədə 10660,85 manat məbləğində borcu qalmışdır. Eyni zamanda, həmin hesabatda Cavabdeh işə başlamadığı 20 dekabr 2012-ci il üçün onun hesabında 14,9 manat borcunun olduğu göstərilmişdir. İş materiallarında olan Cavabdeh İddiaçı-nə yazdığı 08 dekabr 2014-cü il tarixli izahatından görünür ki, o, kontragent hesabatında qalıq məbləğin 13060 manat olmasına imza etsə də, lakin şirkətlə onun hesabatında 1200 manat məbləğində fərq olduğunu, bu borcun hissə-hissə ödənilməsini öz boy nuna götürdüyünü bildirmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 13.11.2014-cü il tarixli və 25.05.2016-cı il tarixli məktublarda qeyd olunur ki, «Cəmiyyət (yəni MMC) tərəfindən müştərilərdə (satış məntəqələrində) qalmış borcların ödənilməsi ilə bağlı müştərilərə müraciət edildikdə onlar bildirirlər ki, qalan borc məbləğləri satış təmsilçisi Cavabdeh tam ödənilmişdir. Fəaliyyət göstərdiyiniz ərazi üzrə müştərilərin dediyindən belə nəticəyə gəlmək olar ki, Siz Cəmiyyətə məxsus pulları müştərilərdən alıb Cəmiyyətin kassasina təhvil verməmisiniz və beləliklə, Cəmiyyətin külli miqdarda pullarını mənimsəmisiniz... İşlədiyiniz müddətdə fəaliyyət göstərdiyiniz Şəki zonası üzrə müştərilərlə dəfələrlə aparılmış üzləşmələrə dair tərtib edilmiş üzləşmə aktlarını bəzi müş tərilərlə əlbir olaraq aktın nəticələrini saxtalaşdırmaqla Cəmiyyətə məxsus mənimsədiyiniz pul vəsaitlərini ört-basdır etməklə Sizinlə bağlanmış 01 fevral 2013-cü il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilənin şərtlərini kobud surətdə pozmusunuz... Beləliklə, Siz bu əməllərinizlə Cəmiyyət rəhbərliyinin və ərazidə fəaliyyət göstərən müştərilərin etibarından sui-istifadə edərək, onları aldadaraq 13460,87 manatlıq (ikinci məktubda - 11660,85 manatlıq) malların dəyərini alıb Cəmiyyətin kassasına ödəməyərək mənimsəmisiniz» Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının məhkəməyə təqdim etdiyi kontragent hesabatına əsasən kontragent hesabatında “Digər” (digər əməliyyatlar) qrafasında göstərilən 7885,81 manat məbləğin cavabdehin borcuna hesablanmasını əsa ssız sayılması, eləcə də, kontragent hesabatında 01.02.2013-cü il tarixədək, yəni cavabdehlə əmək müqaviləsi bağlanmamışdan əvvəl yaranmış 14,90 manat borcun da onun hesabına aid edilməsi düzgün olmaması kimi nəticələrinə gələrkən təqdim edilmiş sübutlara və tərəflərin izahatlarına lazımi hüquqi qiymət verməmişdir. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquq i faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh İddiaçı-nə yazdığı 08 dekabr 2014-cü il tarixli izahatında cavabdehin 1200 manat fərqli ilə 13.060 manat məbləğində borcunun olmasını etiraf etməsini, birinci instansiya məhkəməsində verdiyi izahatında iddiaçıya olan borcunun 6000 manat civarında olması barədə izahatına, iddiaçının iddia tələbinin əsası kimi sübut əhəmiyyətli hesab etdiyi qaimələrə, Cavabdeh birinci instansiya məhkəməsində İddiaçı-yə 6000 manat civarında borcu olmasını demədiyini, qətnamədə onun izahatının təhrif edildiyini bildirsə də, onun qanunvericiliyə uyğun qaydada məhkəmə iclas protokoluna müvafiq qeydlər verməməsinə ümumiyyətlə qiymət verməmişdir. Həmçinin kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının izahatlarına əsasən özü tərəfindən hesabat aparılaraq cavabdehin borcu 2775,04 (26777,74-18378,80-5623,90) manat təşkil etməsi kimi nəticəyə gələrkən hazırki iş üzrə xüsusi bilik tələb edildiyindən iş üzrə mütəxə ssis rəyinin alınması və ekspertizanın keçirilməsinin zəruriliyini müzakirə etməmişdir. Halbuki, iş materiallarında olan, iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş qaimələrdə cavabdehin Cavabdeh malları qəbul etməsi və həmin tarixlərə nə qədər borcunun olması qeyd edilmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə məhz cavabdeh tərəfin iddiaya etirazın əsası kimi istinad edilən halları üzrə, onun mənayefinə uyğun hüquqi qiymət verməyə çalışsa da, təqdim edilmiş qaimələrə nəinki hüquqi qiymət verməmiş, hətta onlarla bağlı cavabdehin münasibətini belə aydınlaşdırmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində göstərilənlərə qeyd edilən Plenum qərarının tələbləri baxımından müfəssəl hüquqi qiymət verməyərək iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, iddiaçının iddiasının əsası kimi, cavabdeh tərəfin isə iddiaya etirazlarına dair istinad etdikləri hallara düzgün hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qəzərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiy i qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, iddiaçının iddia tələbinin əsası kimi, cavabdehin isə iddiaya olan etirazının əsas kimi istinad etdikləri hallara və sübutlara lazımi hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol verməklə düzgün hüquqi nəticəyə gəlmədiyindən qəbul etdiyi qətnaməsi qanuni, əsaslı sayıla bilmədiyi üçün ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğu üçün ləğv edilməli olsa da, kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sü butlar kifayət qədər olmadığı üçün və iş üzrə apellyasiya qaydasında müəyyən araşdırmalar aparılması zərurəti olduğundan hazırki iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, ən əsası isə araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh apellyasiya şikayətində onun üzərinə hesablanmış borcla razı olmaması, həmin borc məbləğinin onun məsuliyyətsiz davranışının nəticəsin də yaranmamasını göstərsə də, apellyasiya instansiyası məhkəməsinin dəymiş ziyanın əvəzi olaraq ondan iddiaçının xeyrinə 2760,14 manat tutulmasına dair apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verməməsi də diqqətə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı-nin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 19 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2268/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2268/2019
10.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver