Məhkəmə qərarları › İş №2(102)-2268/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2268/2025

29.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2268/2025 29.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, xxx oğlu, X16, X12, X31, X32, X13, X8, X3, X14 (hüquqi varisləri: X26, X15, X27, X17, X8, X18, X19 və X35 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələb, kassasiya instansiyası məhkəməsinin göstərişləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma və vurulmuş ziyan” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)672/2025 nömrəli 10 aprel 2025-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 29 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Masallı Rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998- ci il tarixli, 42 nömrəli qərarı ilə xxx oğlunun mülkiyyətinə ünvan 1ndə 0.06 hektar fərdi yaşayış evinin tikilisi üçün torpaq sahəsi verilmişdir.

2. Masallı Rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 42 nömrəli qərarı ilə X20 mülkiyyətinə ünvan 1ndə 0.06 hektar fərdi yaşayış evinin tikilisi üçün torpaq sahəsi verilmişdir. 3. xx.xx.1999-cu il tarixli “Dövlət əmlakının fiziki və hüquqi şəxslərə satılması barədə” Şəhadətnaməyə əsasən, ünvan 1ndə yerləşən 1 nömrəli Çay fabriki X16, X12, X31, İddiaçı, X32, X13, X8, X3, X14 tərəfindən satın alınmışdır.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Cəlilabad Ərazi Şöbəsinin məsləhətçiləri xxx və İddiaçı tərəfindən tərtib edilmiş 19 may 2021-ci il tarixli akta əsasən, ünvan 1ndə araşdırma aparılarkən kəndin mərkəzi hissəsində ünvan 1 yolunun sol tərəfində yerləşən 1 saylı Çay fabrikinə məxsus olan dövlət mülkiyyətində olan torpaq sahəsinin mişar daşlarından inşa edilmiş hasar vasitəsi ilə əhatəyə alındığı aşkar edilmişdir. Araşdırma zamanı hasar daxilində JN-636A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə xxx oğlunun (0.06 ha) və JN-637A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X20 (0.06 ha) mülkiyyətlərində olan cəmi 0.12 ha torpaq sahəsinin (2739 m2) 1589 m2 hissəsi 1 saylı Çay fabrikinin Baş Planına əsasən dövlət mülkiyyətində olan torpaq sahəsi olduğu qeyd edilmişdir. Torpaq sahəsində piyada keçidləri üçün bir mişar daşı hündürlüyündə hörgü işləri aparılmışdır. Sorğu zamanı dövlət mülkiyyətində olan torpaq sahəsinin Bakı şəhər sakini Cavabdeh tərəfindən hasara alındığı məlum olmuşdur.

5. Masallı rayon İcra Hakimiyyəti Başçısının Bədəlan kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən, xxx X30 rayonu Bədəlan kəndində qeydiyyatda deyil, ərazinin təsərrüfatbaşı kitabında Cavabdeh Bədəlan ərazisində həyətyanı torpaq sah əsi və mülkü yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi (iddia tələbinin dəyişdiriləməsi barədə ərizə) ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Masallı rayonu, Bədəlan kəndində yerləşən 1 nömrəli Çay fabrikinin sökülmüş çəpərlərinin (dəmir barmaqlı və beton çəpərlərin) əvvəlki yerlərinə bərpa edilməklə, onların yerlərində aparılmış (maneələrin) tikintinin sökülməsi vəzifəsinin Cavabdeh (bundan sonra “cavabdeh”) həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasında dövlət mülkiyyətlərin özəlləşdirilməsi ilə əlaqədar Masallı rayonun Bədəlan kəndində yerləşən 1 saylı Çay fabrikini qanuni əsaslarla özəl ləşdirmişdir. Həmin əmlaka dair şəhadətnamə və texniki pasport hazırlanmış və mülkiyyətçi kimi xx.xx.1999-cu il tarixində alıcının (iddiaçının) mülkiyyəti kimi qeydiyyata alınmışdır. Özəlləşdirilən mülkiyyətin altında və ətrafında olan torpaq sahələrinin üstündə yerləşən torpağın müəyyən sahəsi və obyektə məxsus yardımçı tikililər, metal hasarlar, su hovuzu və 27 ədəd müxtəlif ağacları kəsərək, cavabdeh torpağı qanunsuz zəbt edilmişdir. Həmin torpaq sahəsində ev tikilməyə başlanmışdır. Bununla da, cavabdeh özbaşınalıq edərək, iddiaçının mülkiyyətinə ziyan vurmaqla, qeyd edilən torpaq sahəsini zəbt etmiş və hazırda orada tikinti işləri aparır. Bununla da cavabdeh iddiaçıya 85000 min manat ziyan vurmuşdur. Qanunvericiliyə uyğun olaraq fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyət hüququ əsasında ona məxsus olmasına baxmayaraq, obyektlərin altında və ətrafında olan torpaq sahəsi sənəd üzrə 32823.8 kv.m olmaqla dövlət mülkiyyətindədir. Lakin həmin torpaq sahələri istifadə olunmasına baxmayaraq, bu vaxta kimi həmin torpaq sahəsini cavabdeh zəbt etdiyinə görə iddiaçı oranı özəlləşdirə bilmir. Həmin torpaq sahəsində yerləşən binaya və qurğuya mülkiyyət hüququ keçərkən torpaq sahəsinə hüquqlar binanı, qurğunu əldə edənə keçir. Buna görə də, həmin torpaqlara əmlak hüquqları sayılır. Cavabdeh 15 ədəd daş (panel) hasarı, 65 metr (1350 x 02) dəmir məhəccəri, 10 x 10 ölçüdə su hovuzunu, yeməkxana binasını sökmüş, 27 ədəd müxtəlif ağacları qırmış, 0.16 hektara yaxın əmlakı qeyri-qanuni zəbt etmişdir. 8. "xxxx" MMC- nin 14 mart 2022-ci il tarixli 01-103/21 saylı ekspert rəyinə əsasən, mübahisə predmeti olan ünvan 1ndə yerləşən 1 saylı Çay fabriki və onun istifadəsinə verilmiş torpaq sahəsinin və ünvan 1ndə yerləşən 1 saylı Çay fabrikinin yaxınlığında aparılan mübahisəli tikinti işlərinə yerində baxış keçirilməklə koordinatları müəyyən olunmuşdur. Aparılmış araşdırmalara əsasən qeyd olunan tikinti işlərinin ünvan 1ndə yerləşən 1 saylı Çay fabrikinin istifadəsinə verilmiş torpaq sahəsinin ərazisində aparılmadığı və 1 saylı Çay fabrikinin istifadəsinə verilmiş ərazidə daş hasar inşa edilməklə və ya digər hər hansı formada zəbt olunmamışdır. ünvan 1ndə yerləşən 1 saylı Çay fabrikinin istifadəsinə verilmiş torpaq sahəsinin ərazisində aparılması müəyyən olunmadığı üçün qərardadın dördüncü sualı üzrə tədqiqa t aparılmamışdır.

9. Məhkəmə Ekspertizası Mərkəzinin 31 mart 2022-ci il tarixli 10/874 saylı ekspert rəyinə əsasən, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 01-103/21 nömrəli mütəxəssis rəyinə uyğun olaraq ünvan 1ndə yerləşən 1 saylı Çay fabriki və onun istifadəsinə verilmiş torpaq sahəsinin və ünvan 1ndə yerləşən 1 saylı Çay fabrikinin yaxınlığında aparılan mübahisəli tikinti işlərinə yerində baxış keçirilməklə koordinatları müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən qeyd olunan tikinti işlərinin ünvan 1ndə yerləşən 1 saylı Çay fabrikinin istifadəsinə verilmiş torpaq sahəsinin ərazisində aparılmadığı və 1 saylı Çay fabrikinin istifadəsinə verilmiş torpaq ərazi daş hasar inşa edilməklə və ya digər hər hansı formada zəbt olunmadığı müəyyən edilir. Bu səbəbdən də qərardadın dördüncü sualı ü zrə tədqiqat aparılmamışdır.

10. Məhkəmə Ekspertizası Mərkəzinin 15 noyabr 2022-ci il tarixli 10/5208-9/5724 saylı ekspert rəyinə əsasən, hazırda yerində mövcud olan (iddiaçı tərəfindən təqdim olunan) mişar daşından inşa edilmiş hasarın təqribən 48 metr hissəsinin ünvan 1ndə yerləşən 1 saylı Çay Fabrikinin iş materiallarına əlavə edilmiş baş planında Xİ nömrə ilə qeyd edilmiş metal hasara, 66 metr hissəsinin isə baş planda X nömrə ilə qeyd edilmiş dəmir-beton hasara uyğun gəldiyi müəyyən edilir. Ekspertiza təyini haqqında qərardadda və iş materialında göstərilən, fotoşəkilləri təqdim edilmiş beton panellərin və dəmir çərçivə hasarın orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3170 manatdır (48 m etr uzunluğunda dəmir barmaqlıqdan hasar-2400 manat, 66 metr uzunluğunda beton panel hasar (təxminən 11 ədəd) 770 manat).

11. Masallı Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli 2(050)-2/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin olunmuş, cavabdehdən vurduğu ziyana görə 3170 manat pulun alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutulmuşdur. (hakim Zeynal Zeynalov)

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş ekspert rəyləri ilə iddianın torpaq sahəsindən çıxarılma hissəsinə münasibətdə iddiaçının mübahisəli torpaq sahəsinə subyektiv hüququ olmadığından və mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olduğundan iddia qismən yəni vurulmuş ziyanın ödənilməsi hissədə əsaslıdır. Belə ki, iş üzrə rəyə əsasən cavabdeh tərəfindən inşa edilmiş tikili ünvan 1ndə yerləşən 1 saylı Çay Fabrikinin torpaq sahəsinin ərazi hüdudları daxilində inşa edilməmişdir. Həmçinin iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair torpaq sahəsindən çıxarma, tikintilərin sökülməsinə dair məhkəməyə əlavə heç bir sübut təqdim etməmişdir. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, iddia qeyd edilən hissədə torpaq sahəsindən çıxarma, tikintilərin sökülməsinə dair hissədə təmin edilməməlidir.

13. Birinci instansiya məhkəməsi iddiaçının cavabdehdən maddi ziyan tələbinə münasibətdə qeyd etmişdir ki, cavabdehin hüquqazidd əməli nəticəsində iddiaçını n mülkiyyətinə ziyan dəyməsi işin halları və işdə olan sübutlarla müəyyən edilmişdir. İddiaçıya dəymiş maddi ziyan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 15 noyabr 2022-ci il tarixli, 10/5208-9/5724 saylı ekspert rəyi ilə sübut edilmişdir. Odur ki, iddia maddi ziyan hissədə qismən, yəni 3170 manat məbləğində təmin edilməlidir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 29, Mülki Məcəlləsinin 6, 152.1, 157.2, 170.2, 21.1, 21.2, 1096, 1097.1, Mülki Prosessual Məcəllənin 77.1, 88, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə iş üzrə təyin edilmiş ekspertizanın qərarı ilə razılaşmayan cavabdehin nümayəndəsinin vəsatətini qəbul etmiş və cavabdehin tələb etdiyi özəl ekspertiza təyin edərək natamam rəy alınaraq həmin rəyi əsaslandırmışdır. Ekspertin qarşısına qoyulan suallara cavab verilməmişdir. Bu barədə məhkəmə iclasında yazılı vəsatət verilmiş, məhkəmə vəsatəti qəbul etmiş və həmin vəsatətə sonrakı proseslərdə hüquqi qiymət verəcəyini elan etmişdir. Lakin məhkəmə verilən vəsatəti müzakirə etməmiş, vəsatətin nəticəsi ilə bağlı heç bir qərardad qəbul etməmişdir. Habelə iddiaçı MPM-in 53-cü maddəsinin tələbinə uyğun olaraq iddianın dəqiqləşdir ilməsi barədə ərizə ilə müraciət etmiş, iddianın predmetini dəyişərək sökülmüş çəpərlərin (dəmir barmaqlı və beton çəpərlərin) əvvəlki yerlərinə bərpa edilməklə bərabər, onların yerlərində aparılmış (maneələrin) tikintinin sökülməsini xahiş etsə də, məhkəmə həmin ərizəni ümumiyyətlə nəzərə almamışdır.

17. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin istinad etdiyi xx.xx.2021-ci il tarixli akt heç bir həqiqəti özündə əks etdirmir. Belə ki, həmin akta əsasən guya ünvan 1ndə JN-637A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0.06 ha torpaq sahəsi vardır. Lakin cavabdehin belə bir torpaq sah əsi olmayıb və hazırda yoxdur, nə də mübahisəli torpaq sahəsindəki tikilinin cavabdehə heç bir aidiyyəti yoxdur. Bunu iş materiallarında torpaq sahəsinin cavabdehə aidiyyətinə dair heç bir şəhadətnamənin və digər sənədin olmaması təsdiq edir. Məhkəmə isə nəinki buna əhəmiyyət verməmiş, əksinə qətnamədə qeyd edir ki, “İş materiallarında olan JN-637A Kod 80505018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998ci il tarixli 42 nömrəli qərarı ilə Cavabdeh ünvan 1ndə 0.06 hektar fərdi yaşayış evinin tikilisi üçün torpaq sahəsi verilmişdir”. Lakin mülki işin materiallarında belə şəhadətnamə yoxdur.

19. Apellyasiya baxışında iş üzrə tikinti texniki ekspertizası təyin edilmişdir.

20. Məhkəmə Ekspertizası Mərkəzinin 0 2 aprel 2024-cü il tarixli 3-16-16/2-10/683 saylı ekspert rəyinə əsasən, birinci sual üzrə-mübahisələndirilən 0.2738 ha torpaq sahəsinin daşınmaz dövlət əmlakının 2010-cu il Baş planında 1 saylı Çay fabrikinin ərazisi kimi dövlət mülkiyyətində saxlanılmış müvafiq olaraq 2.9 ha torpaq sahəsinin hüdudları daxilində 2021-ci il Baş planında 1 saylı Çay fabrikinin ərazisi kimi dövlət mülkiyyətində saxlanılmış 2.765 ha torpaq sahəsinin isə hüdudlarından kənarda yerləşməsi müəyyən edilmişdir. Mübahisələndirilən torpaq sahəsinin daxilində **********58 reyestr №li çıxarışla X20 mülkiyyətinə 0.0629 ha torpaq sahəsi və **********75 reyestr №li çıxarışla X20 mülkiyyətinə 0.0610 ha torpaq sahəsi verilmişdir. İkinci sual üzrə-Mişar daşı ilə hasarlanmış fiziki sərhədlər daxilində iddiaçının iddia etdiyi ərazi kimi plana alınmış 0.2738 hektaradək həyətyanı torpaq sahələrinin giriş dəmir qapısı bağlı olduğundan onun hüdudları daxilində yerləşən mövcud tikililəri plana almaq mümkün olmamışdır. Tədqiqat obyektinə əvvəlki ekspertiza baxışı zamanı müəyyən olunanlar əsasında müqayisəli tədqiqat aparılmış və ünvan 1ndə yerləşən 1 saylı Çay fabrikinin iş materiallarına əlavə edilmiş baş planı ilə baxış zamanı təqdim edilənləri müqayisə etdikdə təqdim olunmuş hasarlı ərazinin təqribən 48 metr hissəsinin Xİ nömrə ilə qeyd edilmiş metal hasara, 66 metr hissəsinin isə baş planda X nömrə ilə qeyd edilmiş dəmir-beton hasara uyğun gəldiyi müəyyən edilmişdir. Mübahisələndirilən sahədə texniki pasportda qeyd olunan metal hasarın, dəmir-beton hasarın hansı dövrdə mövcud olmasını, torpaq sahəsində yerləşən dəmir barmaqlıqlar və beton çəpərlərin sökülüb-sökülməməsini, sökülmüş olduğu halda, kim tərəfindən sökülməsinin müəyyən edilməsi məsələsi məhkəmə tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının predmetindən kənar olmaqla hüquqi xarakterli məsələdir.

21. Apellyasiya baxışında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssisləri X21 və X49 (14 iyun 2024cü il tarixli və 12 iyul 2024-cü il tarixli) bildirmişlər ki, mübahisəli ərazinin kənar döngə koordinatlarını vurmuşlar və vurulan koordinatlar texniki pasportla müqayisələndirilmişdir. 2.90-nın koordinatları vurulsa da, ərazidəki 0.27 ha torpaq sahəsinə girə bilmədikləri üçün oranın kimə məxsus olduğunu müəyyən edə bilməmişlər. Cavabdehin istifadəsində olduğu deyilən ərazi yə girə bilməmiş, ölçü işləri apara bilməmişlər. Beton hasar və dəmir barmaqlıqları görə bilməmişlər. Əgər həmin tikililər mövcud olmuşsa da, qıraqda yerləşir. Mübahisəli əraziyə dəfələrlə getməklərinə baxmayaraq, orada dəmir barmaqlıqların və panelin yerini müəyyən etmək mümkün olmamışdır. Hasar tikintinin tərkib hissəsidir və mühafizə xarakteri daşıyır. Hasarın yerində 4 metr uzunluğunda qanunsuz olaraq yeni hasar çəkilmişdir. 0.27 ha torpaq sahəsinə girib-çıxa bilmirlər.

22. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-60/2024 saylı, 16 avqust 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli 2(050)-2/2023 s aylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin təmin edilməsi, ünvan 1ndə yerləşən 1 nömrəli Çay fabrikinə aid sökülmüş dəmir barmaqlı və beton çəpərlərin əvvəlki yerlərinə bərpa edilməsi və onların yerlərində aparılmış (maneələr) tikililərin sökülməsi qət edilmişdir. (hakimlər Pərviz Əhmədov (sədrlik edən və məruzəçi), Tale Kərimov, Cahid İmanov)

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 15 noyabr 2022-ci il tarixli 10/5208-9/5724 saylı ekspert rəyinə əsasən hazırda yerində mövcud olan (iddiaçı tərəfindən təqdim olunan) mişar daşından inşa edilmiş hasarın təqribən 48 metr hissəsinin ünvan 1ndə yerləşən 1 saylı Çay Fabrikinin iş materiallarına əlavə edilmiş baş planında Xİ nömrə ilə qeyd edilmiş metal hasara, 66 metr hissəsinin isə baş planda X nömrə ilə qeyd edilmiş dəmir-beton hasara uyğun gəldiyi müəyyən edilir.

24. Bundan başqa, Məhkəmə Ekspertizası Mərkəzinin digər - 02 aprel 2024-cü il tarixli 316-16/2-10/683 saylı rəyinə görə mübahisələndirilən 0.2738 ha torpaq sahəsinin Daşınmaz dövlət əmlakının 2010-cu il Baş planında 1 saylı Çay fabrikinin ərazisi kimi dövlət mülkiyyətində saxlanılmış müvafiq olaraq 2.9 ha torpaq sahəsinin hüdudları daxilində 2021-ci il Baş planında 1 saylı Çay fabrikinin ərazisi kimi dövlət mülkiyyətində saxlanılmış 2.765 ha torpaq sahəsinin isə hüdudlarından kənarda yerləşməsi müəyyən edilmişdir. Mübahisələndirilən torpaq sahəsinin daxilində **********58 reyestr №li çıxarışla X20 mülkiyyətinə 0.0629 ha torpaq sahəsi və **********75 reyestr №li çıxarışla X20 mülkiyy ətinə 0.0610 ha torpaq sahəsi verilmişdir. Mişar daşı ilə hasarlanmış fiziki sənədlər daxilində iddiaçının iddia etdiyi ərazi kimi plana alınmış 0.2738 hektradək həyətyanı torpaq sahələrinin giriş dəmir qapısı bağlı olduğundan onun hüdudları daxilində yerləşən mövcud tikililəri plana almaq mümkün olmamışdır. Tədqiqat obyektinə əvvəlki ekspertiza baxışı zamanı müəyyən olunanlar əsasında müqayisəli tədqiqat aparılmış və ünvan 1ndə yerləşən 1 saylı Çay fabrikinin iş materiallarına əlavə edilmiş baş planı ilə baxış zamanı təqdim edilənləri müqayisə etdikdə təqdim olunmuş hasarlı ərazinin təqribən 48 metr hissəsi Xİ nömrə ilə qeyd edilmiş metal hasara, 66 metr hissəsinin isə baş planda X nömrə ilə qeyd edilmiş dəmir-beton hasara uyğun gəldiyi müəyyən edilmişdir.

25. Apellyasiya instansiyası məh kəməsi rəylərə, mütəxəssislərin izahatına, iş materialında olan fotoşəkillərə və Əmlak Məsələləri Dövlət Xidmətinin iddiaçıya olan cavab məktublarına əsasən çəpərlərin (dəmir barmaqlı və beton çəpərlərin) iddiaçının mülkiyyəti olaraq mövcud olmasını, hazırda isə onların yerlərində yeni tikililərin aparılmasını müəyyən etdiyini göstərək, iddiaçının hazırkı tələblə bağlı subyektiv hüququ üzrə diqqətə çatdırmışdır ki, xx.xx.1999-cu il tarixli 012387 nömrəli Şəhadətnaməyə əsasən X9, X5, X22, İddiaçı, X23, X6, X4, X1, X7 ünvan 1ndə 1 nömrəli Çay fabrikinə dair sahiblik hüququ təsdiqlənmişdir. Habelə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 18 may 2022-ci il tarixli Məktubuna əsasən (İ cild, səh. 201) iddia tələbində göstərilən qurğular iddiaçın ın (və digər mülkiyyətçilərin) xüsusi mülkiyyətindədir.

26. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, işə əlavə edilmiş 19 may 2021-ci il tarixli Akta (İ cild, səh, 6) əsasən ünvan 1ndə araşdırılma aparılarkən kəndin mərkəzi hissəsində ünvan 1 yolunun sol tərəfində yerləşən 1 saylı Çay fabrikinə məxsus olan dövlət mülkiyyətində olan torpaq sahəsinin mişar daşlarından inşa edilmiş hasar vasitəsi ilə əhatəyə alındığı aşkar edilmişdir. Araşdırma zamanı hasar daxilində JN636A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə xxx oğlunun (0.06 ha) və JN-637A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Cavabdeh (0.06 ha) mülkiyyətlərində olan cəmi 0.12 ha torpaq sahəsinin (2739 m2) 1589 m2 hissəsi 1 saylı Çay fabrikinin Baş Planına əsasən dövlət mülkiyyə tində olan torpaq sahəsi olduğu qeyd edilmişdir. Torpaq sahəsində piyada keçidləri üçün bir mişar daşı hündürlüyündə hörgü işləri aparılmışdır. Sorğu zamanı dövət mülkiyyətində olan torpaq sahəsinin Bakı şəhər sakini Cavabdeh tərəfindən hasara alındığı məlum olmuşdur.

27. Bundan başqa, Masallı Rayon Məhkəməsinin iddianı təmin tədbiri çərçivəsində qəbul edilmiş 21 iyun 2021-ci il tarixli qərardadının icrası zamanı Masallı rayon İcra və Probasiya şöbəsinin 22 iyun 2021-ci il tarixli Aktından da (İ cild, səh. 41) aşkar olur ki, rayon polis şöbəsinin əməkdaşları və icra məmuru tərəfindən mübahisəli ərazidə olarkən Cavabdeh ilə əlaqə saxlanılmış, sonuncu Bakı şəhərində olduğundan icra yerinə gələ bilmədiyini və yekun məhkəmə aktı qəbul edilənədək tikinti işlərini dayandıracağını bildirmişdir. 2

8. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Əfqan xxx və Vüqar xxx (cavabdehin yaxın qohumları) tərəfindən mübahisəli ərazidə yerləşən torpaq sahələrinə çıxarışları əldə edilməsi formal xarakter daşımaqla hazırkı iş üzrə Cavabdeh mülki məsuliyyətdən azad etmir və bu yalnız tələbin təmin edilməsindən yayınmaq üçün həyata keçirilən hüquqi əməliyyatdır. Qeyd edilən hal özlüyündə hüquqdan sui-istifadə etmək vasitəsilə hazırkı tələb üzrə illərlə davam edən məhkəmə mübahisəsini yeni müstəviyə daşımaq məqsədi güdür. Həmçinin hazırkı tələbə əvvəllər baxılması barədə cavabdehin dəlilləri də real olmamaqla, hazırkı iş üzrə preyudisial deyildir.

29. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Çay fabrikinin yerləşdiyi torpaq sahəsindən oranı zə bt edən istənilən şəxsə qarşı torpaq sahəsindən çıxarma barədə yeni tələb irəli sürməsi də hazırkı tələbə mahiyyəti üzrə baxılaraq iddiaçının mülkiyyətinə yönəlik qəsd üzrə müvafiq hüquqi qiymətin verilməsinə hər hansı təsir göstərmir.

30. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 6, 152.1, 157.2, 157.4, 170.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

31. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

32. Kassasiya şikayəti Mülki Məcəllənin 152.1, 157.2, 157.4, 170.2-ci, MPM-nin 220.4, 390-cı maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, nə işin halları, nə də iş üzr ə keçirilmiş ekspertiza rəyləri ilə cavabdehin heç bir təqsiri müəyyən olunmur. Belə ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən iddiaya cavab verməli olmayan şəxsə qarşı verilmişdir. Məhkəmə təqsirkarı, hüquqa zidd əməli və zərərçəkmiş şəxsi müəyyən etməli olduğu halda zərərin özünü və zərərvuranın kimliyini müəyyən etməmişdir. Belə ki, iddia tələbi məhkəməyə verildiyi gündən cavabdeh həmin iş üzrə cavabdeh olmadığını və heç kimə zərər vurmadığını yazılı və şifahi formalarda bildirmişdir. Məhkəmənin istinad etdiyi xx.xx.2021-ci il tarixli aktı heç bir həqiqəti özündə əks etdirmir. Həmin akta əsasən guya cavabdehin ünvan 1ndə JN-637A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0.06 ha torpaq sahəsi vardır. Lakin, bir daha qeyd edir ki, nə cavabdehin belə bir torpaq sahə si olmayıb, hazırda da yoxdur, nə də mübahisəli torpaq sahəsindəki tikilinin cavabdehə heç bir aidiyyəti yoxdur. Bunu iş materiallarında torpaq sahəsinin cavabdehin aidiyyətinə dair heç bir şəhadətnamənin və digər sənədin olmaması təsdiq edir. Məhkəmə isə nəinki buna əhəmiyyət verməmişdir, əksinə qətnamədə qeyd etmişdir ki, “İş materiallarında olan JN-637A, Kod 80505018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 42 nömrəli qərarı ilə Cavabdeh ünvan 1ndə 0.06 hektar fərdi yaşayış evinin tikilisi üçün torpaq sahəsi verilmişdir” (qətnamənin 6-cı vərəqi, 2-ci abzas). “Beləliklə, kollegiya hesab edir ki, Əfqan xxx və Vüqar xxx (cavabdehin yaxın qohumları) tərəfindən mübahisəli ərazidə yerləşən torpaq sahələrinə çıxarışların əldə edilməsi formal xarakter daşımaqla hazırkı iş üzrə Cavabdeh mülki məsuliyyətdən azad etmir və bu yalnız tələbin təmin edilməsindən yayınmaq üçün həyata keçirilən hüquqi əməliyyatdır.” (qətnamənin 10-cu vərəqi, 2-ci abzas) Mülki işin materiallarında belə şəhadətnamə yoxdur. Yaxın qohumlarının mülkiyyətində hansısa əmlakların olması ilə bağlı o, heç bir məsuliyyət daşıya bilməz. Bundan başqa, məhkəmənin istinad etdiyi akta əsasən mübahisəli torpaq sahəsində tikinti işlərinin cavabdeh tərəfindən aparılmasını sorğu əsasında müəyyən edildiyi qeyd olunmuşdur. Həmin sorğunun isə həqiqəti nə dərəcədə əks etdirdiyi məhkəmə tərəfindən araşdırılmamışdır. Sorğunu kim, harada, kimlərin arasında keçirib məlum deyil. Lakin aydın məsələdir ki, torpaq sahəsinin statusu v ə orada aparılan tikinti işləri sorğu deyil müvafiq sübut və sənədlərlə müəyyən olunmalıdır. Həmin akta əsasən aktı tərtib edən şəxslərin aktda qeyd olunan halları necə müəyyən etmələri qeyri-müəyyəndir. Çünki akt iddiaçının qanunsuz təsirləri nəticəsində heç bir əsas və dəlil olmadan iş üzrə maraqlı şəxslərin iştirakı ilə tərtib olunmuşdur. Hazırkı iddia tələbi üzrə 2021-ci ilin iyun ayının sonlarında məhkəmədən cavabdehə bildiriş verilərkən o, həmin iş üzrə cavabdeh olmadığını və ümumiyyətlə bu işlərin ona aidiyyəti olmaması barədə xx.xx.2021-ci il tarixli ərizə ilə Masallı Rayon Məhkəməsinə müraciət etmiş və ərizəsi xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Həmin ərizə mülki işin materiallarında da vardır. Bununla yanaşı, iş üzrə əsl cavabdeh xxx oğlu Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(050)-2202/2021 saylı iddianın təmini tədbirinə dair qərardadından xx.xx.2021-ci il tarixdə poçt vasitəsilə şikayət vermiş və həmin şikayətində bildirmişdir ki, “Həmin mübahisələrin hazırkı iddia tələbində adı cavabdeh kimi qeyd olunan Cavabdeh heç bir aidiyyəti yoxdur. Qeyd olunan mübahisəli ərazidə aparılan tikinti işləri mənim (Saday Nəsirov) tərəfimdən aparılır. Onu da qeyd edirəm ki, tikinti işləri apardığım sahə mənim mülkiyyətimdədir və buna dair mülkiyyət hüququna dair şəhadətnaməm vardır.” Saday Nəsirov həmin şikayətinə həm də Masallı rayon Bədəlan kənd sakinlərinin iştirakı ilə xx.xx.2021-ci ildə tərtib olunmuş aktı da əlavə etmişdir. Həmin akta əsasən “həqiqətən Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyov küçəsində qeydiyyatda olan və yaşayan xxx X30 rayon u Bədəlan kəndində yaşamır, onun həmin kənddə hər hansı daşınar və daşınmaz əmlakı yoxdur və bu kənddə onun tərəfindən hər hansı tikinti işləri aparılmır. Masallı rayonu, Bədəlan kəndində yerləşən keçmiş 1 saylı Çay Fabrikasının yaxınlığındakı torpaq sahəsində aparılan tikinti işləri xxx oğlu tərəfindən onun özünə məxsus mülkiyyətində olan torpaq sahəsində yerinə yetirilir”. Məhkəmə qətnamə qəbul edərkən məhkəmə iclasında müəyyən olunmayan hallara istinad edərək qərar qəbul etmiş, yalnız iddiaçının izahatına istinad edərək iddianı təmin etmişdir.

33. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 21 yanvar 2025-ci il tarixli, 2(102)-126/2025 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxıl ması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

34. Kassasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur: işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə iddiaçı ünvan 1ndə yerləşən 1 nömrəli Çay fabrikinin mülkiyyətçilərindən biridir. İddiaçı cavabdehin tərəfindən qanunsuz olaraq (mülki hüquq pozuntusu) 1 nömrəli Çay fabrikinin dəmir barmaqlıqlardan və betondan olan hasarının söküldüyünü və yerində başqa tikili inşa edildiyini iddia edərək həmin tikililərin sökülməsini və hasarın bərpa edilməsini (MM-nin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin naturada ödənilməsi) xahiş etmişdir; - göründüyü kimi, tələbin qanuni əsasını MM-nin 157.4-cü maddəsi ilə yanaşı, eyni zamanda 1096, 1097-ci maddələri təşkil etdiyi halda apellyasiya instansiyası məhkəməsi qətnamədə bu normalara istinad etməmişdir. Halbuki MPM-nin 217.1-ci maddəsinə əsasən, məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün məhkəmələr tərəfindən işin faktiki halları ilə yanaşı hüquqi əsası da düzgün müəyyən edilməlidir; - hazırkı halda iddia tələbinin əsaslı olduğunun müəyyən edilməsi üçün iddiaçı tərəfindən sübutlar əsasında aşağıdakılar təsdiq edilməli idi: 1 nömrəli Çay fabrikinin istifadəsində qalmış torpaq sahəsinin dəmir və ya daşdan hasarının mövcud olduğu, bu hasarın sökülərək yerində digər tikili inşa edildiyi, hasarın sökülməsinin cavabdeh tərəfindən və ya onun göstərişi ilə icra edildiyi; - apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən təqdim edilən sübutlar əsasında cavabdehə qarşı tələbin əsaslı olduğuna dair nəticəyə gələrkən sübutların məzmununu qətnamədə təhrif edilməklə qeyd etmişdir; - qətnamədə iş materiallarına əlavə edilmiş 19 may 2021-ci il tarixli aktın məzmununa və JN-637A Kod 80505018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Cavabdeh ünvan 1ndə 0,06 hektar torpaq sahəsi məxsus olduğu qeyd edilsə də, hər iki sənəddə qeyd edilən torpaq sahəsinin cavabdehin deyil, X20 mülkiyyətində olduğu qeyd edilir; - apelyasiya instansiyası məhkəməsi qeyd edilən sənədlərə və Masalı rayon İcra və Probasiya Şöbəsinin iş üzrə qəbul edilmiş iddianı təmin etmə tədbiri ilə bağlı qərardadın icrası barədə akta əsaslanaraq fabrikin yaxınlığında hər hansı torpaq sahəsi və fərdi yaşayış evi olmayan cavabdehin qanunsuz söküntü və tikinti işləri aparılmasında təqsirli olduğuna, Əfqan xxx və Vüqar xxx adlı şəxslərin isə cavabdehlə qohumluq mü nasibəti olduğundan həmin ərazidəki torpaq sahələri üzərində mülkiyyət hüquqlarının formal olduğuna dair nəticəyə gəlmişdir; - MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmənin bu mövqeyi və iddiaçının sübut qismində təqdim etdiyi 19 may 2021-ci il tarixli aktda qeyd edilən məlumatın həqiqətə uyğunluğu yalnız digər mötəbər sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilərdi; - nəzərə alınmalıdır ki, MM-nin 1097.1-ci maddəsində mülki hüquq pozuntusu (delikt) nəticəsində əmlaka vurulmuş zərərin məhz zərərvuran tərəfindən ödənilməli olduğu müəyyən edilmiş, zərərin əvəzini ödəmək vəzifəsinin zərəri vurmayan şəxsin öhdəsinə qoyulması yalnız qanunla müəyyən edildiyi halda mümkün hesab edilmişdir; - apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri üzrə ümumiyyətlə hər hansı araşdırma aparılmamış, cavabdehin iş materiallarında hasarın söküntüsünün və ərazidəki tikinti işlərinin onu tərəfindən aparılmadığını təsdiq edən sübutlarla bağlı dəlillərinə (iş üzrə qəbul edilmiş iddianı təmin etmə tədbiri barədə qərardaddan xxx oğlu tərəfindən verilmiş şikayəti, “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Masallı RPŞ-nin İB-nin xx.xx.2020-ci il tarixli qərarındakı ifadələr, üçüncü şəxslərin izahatları və s) hüquqi qiymət verilməmişdir. Halbuki MPM-nin 220.4-cü maddəsinin tələbinə əsasən qətnamədə məhkəmənin qəbul etdiyi sübutlarla yanaşı, bu və ya digər sübutu rədd etmək üçün gətirdiyi dəlillər də mütləq şəkildə qeyd edilməlidir. Əks halda “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-c ı maddəsində öz əksini tapmış “ədalətli məhkəmə araşdırması” prinsipi pozulmuş olur. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

35. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-672/2025 nömrəli, 10 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - Cavabdeh vurduğu ziyana görə 3170 (üç min bir yüz yetmiş) manat pulun alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi Cavabdeh vurduğu ziyana görə 3170 (üç min bir yüz yetmiş) manat pulun alınaraq İddiaçı verilməsi hissəsində təmin edilməmişdir. (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Aytə n Novruzova, Tofiq Heydərov)

36. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, məhkəmə iş üzrə təyin edilmiş ekspertizanın qərarı ilə razılaşmayan cavabdehin nümayəndəsinin vəsatətini qəbul etmiş və cavabdehin tələb etdiyi özəl ekspertiza təyin edərək natamam rəy alınaraq həmin rəyi əsaslandırmışdır. Ekspertin qarşısına qoyulan suallara cavab verilməmiş, natamam mütəxəssis rəyinə əsaslanaraq rəyin verilməsi mübahisələndirilmişdir. Bu barədə məhkəmə iclasında yazılı vəsatətlə müraciət etmişdir. Məhkəmə vəsatəti qəbul etmiş və həmin vəsatətə sonrakı proseslərdə hüquqi qiymət verəcəyini elan etmişdir. Lakin məhkəmə verilən vəsatəti müzakirə etməmiş, vəsatətin nəticəsi ilə bağlı heç bir qərardad qəbu l etməmişdir. Habelə MPM-in 53-cü maddəsinin tələbinə uyğun olaraq iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etmiş, iddianın predmetini dəyişdirərək sökülmüş çəpərlərin (dəmir barmaqlı və beton çəpərlərin) əvvəlki yerlərinə bərpa edilməklə bərabər, onların yerlərində aparılmış (maneələrin) tikintinin sökülməsini xahiş etsə də, məhkəmə həmin ərizəni ümumiyyətlə nəzərə almamışdır.

37. Apellyasiya instansiyası məhkəməsi iddiaçının əlavə ekspertiza keçirilməsi ilə bağlı vəsatətinə münasibət bildirərək qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Göründüyü kimi qanunverici mülki iş üzrə ekspertiza təyin edilib-edilməməsini məhkəmənin üzərinə bir vəzifə olaraq qoymamışdır. Onu hüquq kimi tanımışdır. Hazırkı işdə isə əlavə ekspertiza təyin edilməsinə hər hansı bir əsas yoxdur. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən bir neçə dəfə ekspertiza təyin edilmişdir.

38. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinin bu dəlili birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməz.

39. İddiaçı apellyasiya şikayətində MPM-in 53-cü maddəsinin tələbi nə uyğun olaraq iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etdiyini, lakin həmin ərizənin ümumiyyətlə nəzərə alınmamasını qeyd etmişdir. MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

40. İş materiallarında olan (səh. 267) Masallı Rayon Məhkəməsinin 27 yanvar 2023cü il tarixli məhkəmə iclasının protokolundan aydın olur ki, birinci instansiya məhkəməsi iddia predmetinin dəyişdirilməsi barədə ərizəyə münasibət bildirmişdir. Birinci instansiya məhkəməsi iddia predmetinin dəyişdirilməsi barədə ərizəyə münasibət bildirərək qeyd etmişdir ki, iddia predmetinin dəyişdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun deyildir. Belə ki, iddiaçı bu hərəkətlərin, yəni iddia predmetinin dəyişdirilməsinin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşa qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamış və bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı iddianın predmetinin dəyişdirilməsi barədə ərizəsində sökülmüş çəpərlərin (dəmir barmaqlı və beton çəpərlərin) əvvəlki yerlərinə bərpa edilmək lə bərabər, onların yerlərində aparılmış (maneələrin) tikintisinin sökülməsi tələbi ilə iddia predmetinin dəyişdirilməsi tələbi ilə dəqiqləşdirilməli və hazırki tələb ilə əlaqədar qətnamə çıxarılmasını xahiş etdiyi üçün ərizə MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun deyildir. Ona görə də, işin baxılması verilmiş tələb üzrə davam etdirilməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən MPM-nin 53cü maddəsinə əsasən verdiyi iddia predmetinin dəyişdirilməsi barədə ərizəsinə münasibət bildirilmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri bu hissədə də əsassızdır.

41. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə göstərmişdir ki, iddia tələbinin əsaslı olduğunun müəyyən edilməsi üçün iddiaçı tərəfindən sübutlar əsasında aşağıdakılar təsdiq edilməli idi: 1 nömrəli Çay fabrikinin istifadəsində qalmış torpaq sahəsinin dəmir və ya daşdan hasarının mövcud olduğu, bu hasarın sökülərək yerində digər tikili inşa edildiyi, hasarın sökülməsinin cavabdeh tərəfindən və ya onun göstərişi ilə icra edildiyi müəyyən edilmiş olsun. İş materiallarında hasarın sökülməsinin cavabdeh tərəfindən və ya onun göstərişi ilə icra edildiyinə dair hər hansı bir sübut növü yoxdur. Həmçinin iddiaçı tərəf məhkəmə iclasında tikililərin məhz cavabdeh tərəfindən sökülməsini təsdiq edən hər hansı bir sübut növünün (videogörüntü, şahid ifadəsi və s. kimi ) olmadığını qeyd etmişdir.

42. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, birinci instansiya məhkəməsi qətnaməsində ünvan 1ndə yerləşən 0,06 hektar torpaq sahəsi Cavabdeh mülkiyyətində olduğunu qeyd etsə də, iş materiallarına əlavə edilmiş 19 may 2021-ci il tarixli aktın məzmununa və JN-637A Kod 80505018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən ünvan 1ndə 0,06 hektar torpaq sahəsi X20 mülkiyyətində olduğu qeyd etsə də, qeyd edilən torpaq sahəsinin Cavabdeh mülkiyyətində olması nəticəsinə gəlməklə səhvə yol vermişdir. Həmçinin 19 may 2021-ci il tarixli aktda qeyd edilmişdir ki, sorğu zamanı dövlət mülkiyyətində olan torpaq sahəsinin Bakı şəhər sakini Cavabdeh tərəfindən hasara alındığı məlum olmuşdur.

43. Apellyasiya instansiyası məhkəməsinin mövqyinə görə 19 may 2021-ci il tarixli akta əsasən iddianın təmin edilməsi qeyri-mümkündür. Belə ki, sorğuların kim tərəfindən və kimlər arasında aparıldığı qeyri-müəyyəndir. Qeyd edilən məlumatın həqiqətə uyğunluğu yalnız digər mötəbər sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilərdi.

44. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsini göstərişlərinə uyğun olaraq iş materiallarında olan xx.xx.2020-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı və iş üzrə qəbul edilmiş iddianı təmin etmə tədbiri barədə qərardaddan xxx oğlu tərəfindən verilmiş şikayəti tədqiq edərək müəyyən etmişdir ki, İddiaçı DİN-in 102 XZM-nə və Masallı RPŞ-in Boradigah PB-yə ərizə ilə müraciət edərək həmkəndlisi Saday Nəsirovun qanunsuz olaraq ağacları budamasını, Çay fakrikinin hasarlarını sökməyə cəhd etməsini, sonuncunun mübahisə yaradaraq onu təqqir etməsini göstərmişdir. Araşdırma zamanı İddiaçı, xxx oğlu, X2, X10, X24 və X40 i zahat vermişdirlər. İddiaçı izahat verərək bildirmişdir ki, İlqar Əssədov tərəfindən qanunsuz zəbt edilmiş torpaq sahəsinin qarşısında daş beton hasarlar olmuş, həmin yer söküldükdən sonra torpaq sahəsi zəbt olunmuşdur. xxx oğlu izahatında bildirmişdir ki, həyətyanı sahəsinin qarşısında beton hasar olmuşdur. Həyətyanı sahəsinə yol açmaq məqsədilə həmin hasarı sökmüş, bir neçə ağacın qollarını budamışdır. X2 izahatında qeyd etmişdir ki, Saday Nəsirovun göstərişi ilə həmin ağacların bəzi budaqlarını budamışdır. X40 izahat verərək bildirmişdir ki, Bədəlan kəndində Hakim Eynullazadənin, Əfqan xxxun və Saday Nəsirovun torpaq sahələrində tikinti işləri ilə məşğul olmuşdur. 13 oktyabr 2020-ci il tarixdən 18 oktyabr 2020-ci il tarixədək olan müddətdə araşdırmalar zamanı müəyyən olunmuşdur ki, xxx oğlu torpağın mülkiyyətə verilməsinə dair JN636A nömrəli, X28 verilən JN637A nömrəli və X29 verilən JN331A nömrəli şəhadətnamələr üzrə öz ərazisi kimi tanınan ünvan 1ndə 1 saylı Çay Fakbirinin olduğu ərazidə yerləşən özünə məxsus olan qanuni torpaq sahəsinin qarşısında Əfqan xxxun razılığı ilə sonuncunun qarşısında olan və mülkiyyəti hesab edilən daş-beton hasarları sökmüş, ağacları budamışdır.

45. Apellyasiya instansiyası məhkəməsi həmçinin iş üzrə qəbul edilmiş iddianı təmin etmə tədbiri barədə Masallı Rayon Məhkəməsinin xx.xx.2021 tarixli, 2(050)-2202/2021 saylı qərardaddan xxx oğlu tərəfindən verilmiş şikayəti tədqiq edərək müəyyən etmişdir ki, iddianı təmin etmə tədbiri barədə Masallı Rayon Məhkəməsinin xx.xx.2021 tarixli, 2(050)2202/2021 saylı qərardaddan verilmiş şikayətdə xxx oğlu bildirmişdir ki, mübahisələrin hazırki iddia tələbində adı cavabdeh kimi qeyd olunan Cavabdeh heç bir aiddiyyatı yoxdur. Qeyd olunan mübahisəli ərazidə tikinti işləri onun tərəfindən aparılır. Tikinti işlərinin aparıldığı sahə onun mülkiyyətindədir və buna dair mülkiyyət hüququna dair şəhadətnamə vardır. Göründüyü kimi xx.xx.2020-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar və iş üzrə qəbul edilmiş iddianı təmin etmə tədbiri barədə Masallı Rayon Məhkəməsinin xx.xx.2021 tarixli, 2(050)-2202/2021 saylı qərardaddan xxx oğlu tərəfindən verilmiş şikayətlə müəyyən edilir ki, iddia ərizəsində qeyd edilən hallar Cavabdeh tərəfindən törədilməmişdir.

46. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, iddiaçının apellyasiya şikayətin in dəlilləri əsassız olmaqla iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmir.

47. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətini qismən əsaslı sayaraq göstərmişdir ki, birinci instansiya məhkəməsi maddi ziyanla bağlı gəldiyi nəticəni Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 15 noyabr 2022-ci il tarixli, 10/5208-9/5724 saylı ekspert rəyi və 19 may 2021-ci il tarixli aktla əsaslandırmışdır.

48. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddia tələbinin Cavabdeh ziyana görə 3170 (üç min bir yüz yetmiş) manat pulun alınaraq İddiaçı verilməsi hissəsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırm asını təmin etməmiş, iş materiallarında olan sübutları və Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır.

49. Apellyasiya instansiyası məhkəməsi diqqətə çatdımışdır ki, iş üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 noyabr 2022-ci il tarixli, 10/5208- 9/5724 saylı ekspert rəyi iddiaçıya dəymiş zərərin məbləğini müəyyən etmişdir. Birinci instansiya məhkəməsi həmin ekspert rəyinə əsasən iddianı maddi ziyana aid hissədə təmin etməkdə haqlı olmamışdır. Belə ki, hasarın sökülməsinin cavabdeh tərəfindən və ya onun göstərişi ilə icra edildiyi, yəni zərərin cavabdehin təqsiri səbəbi ilə dəydiyi sübut olunduğu halda Cavabdeh vurduğu ziyana görə 3170 manat pul alınaraq İddiaçı verilə bilərdi. Lakin işin bu halı iddiaçı tərəfindən sübut olunmamışdır. Bu da onu deməyə əsas verm işdir ki, iddiaçının Cavabdeh ziyana görə 3170 manat pul tələbi əsaslı deyildir. 19 may 2021-ci il tarixli akta gəldikdə, həmin aktın sübut kimi qəbuledilməzliyinə yuxarıda qiymət verilmişdir.

50. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki Cavabdeh ziyana görə 3170 (üç min bir yüz yetmiş) manat pulun alınaraq İddiaçı verilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun deyildir.

51. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 157.4, 1096.1, 1096.2, 1097.1, 1115-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

52. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

53. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsi məhkəməyə 21 iyun 2021-ci il tarixdə (MPM-in əvvəlki redaksiyası qüvvədə olduğu zaman, yəni MPM-yə dəyişiklik edilməzdən əvvəl verilmiş) daxil olmuş və həmin icraat çərçivəsində 16 yanvar 2023-cü il tarixdə İddiaçı MPM-in 53-cü maddəsinin tələbinə uyğun olaraq məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddianın predmetinin dəyişdirilməsini - sökülmüş çəpərlərin (dəmir barmaqlı və beton çəpərlərin) əvvəlki yerlərinə bərpa edilməklə bərabər, onların yerlərində aparılmış (maneələrin) tikintisinin sökülməsini xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi iddiaç ının yeni (dəyişdirilmiş) tələbini nəzərə almadan köhnə tələb üzrə qətnamə çıxarmışdır. Bu hal iddiaçının apellyasiya şikayətinin dəlillərində də öz əksini tapmışdır. Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən məhkəmə iddianın əsasını dəyişməyə məhkəmə baxışı gedişində əmələ gəldiyini nəzərə almamışdır. Ondan aslı olmayan səbəbi - ekspertin qeyri-dəqiq rəyinə əsasən əmələ gəldiyindən iddia tələbimin predmetini dəyişdirilməsi tələbini sökülmüş hasarların yerindəcə bərpa edilməsi tələbi ilə əvəz edilməsi ilə dəyişdirilməsini müzakirə etməmişdir. Azərbaycan Respublikası qanunlarına əsasən hüquq münasibətləri yarandığı zaman qüvvədə olan hüquq norması tətbiq olunur. Apellyasiya instansiyası məhkəməsinin hazırkı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş iddianın dəqiqləşdirilməsi barə də ərizə göstərmiş olduğu mövqeyi tamamilə yanlışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 15 noyabr 2022-ci il tarixli 10/5208-9/5724 saylı ekspert rəyinə əsasən hazırda yerində mövcud olan (iddiaçı tərəfindən təqdim olunan) mişar daşından inşa edilmiş hasarın təqribən 48 metr hissəsinin ünvan 1ndə yerləşən 1 saylı Çay Fabrikinin iş materiallarına əlavə edilmiş baş planında qeyd edilmiş metal hasara, 66 metr hissəsinin isə baş planda X nömrə ilə qeyd edilmiş dəmir-beton hasara uyğun gəldiyi müəyyən edilir. Məhkəmə Ekspertizası Mərkəzinin digər - 02 aprel 2024- cü il tarixli 3-1616/2-10/683 saylırəyinə görə mübahisələndirilən 0.2738 ha torpaq sahəsinin Daşınmaz dövlət əmlakının 2010-cu il Baş planında 1 saylı Çay fabrikinin ərazisi kimi dövlət mülkiyyətində saxlanılmış müvafiq olaraq 2.9 ha tor paq sahəsinin hüdudları daxilində 2021-ci il Baş planında 1 saylı Çay fabrikinin ərazisi kimi dövlət mülkiyyətində saxlanılmış 2.765 ha torpaq sahəsinin isə hüdudlarından kənarda yerləşməsi müəyyən edilmişdir. Mişar daşı ilə hasarlanmış fiziki sənədlər daxilində iddiaçının iddia etdiyi ərazi kimi plana alınmış 0.2738 hektaradək həyətyanı torpaq sahələrinin giriş dəmir qapısı bağlı olduğundan onun hüdudları daxilində yerləşən mövcud tikililəri plana almaq mümkün olmamışdır. Tədqiqat obyektinə əvvəlki ekspertiza baxışı zamanı müəyyən olunanlar əsasında müqayisəli tədqiqat aparılmış və ünvan 1ndə yerləşən 1 saylı Çay fabrikinin iş materiallarına əlavə edilmiş baş planı ilə baxış zamanı təqdim edilənləri müqayisə etdikdə təqdim olunmuş hasarlı ərazinin təqribən 48 metr hissəsi Xİ nömrə ilə qey d edilmiş metal hasara, 66 metr hissəsinin isə baş planda X nömrə ilə qeyd edilmiş dəmir-beton hasara uyğun gəldiyi müəyyən edilmişdir. İddiaçının hazırkı tələblə bağlı subyektiv hüququ üzrə nəzərə çatdırılmalıdır ki, xx.xx.1999-cu il tarixli 012387 N-li Şəhadətnaməyə əsasən X9, X5, X22, İddiaçı, X23, X6, X4, X1, X7 ünvan 1ndə 1 nömrəli Çay fabrikinə dair sahiblik hüququ təsdiqlənmişdir. Habelə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 18 may 2022-ci il tarixli Məktubundan (İ cild, səh. 201) müəyyən edilmişdir ki, iddia tələbində göstərilən qurğular iddiaçının (və digər mülkiyyətçilərin) xüsusi mülkiyyətindədir. Masallı Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli iddianı təmin tədbiri çərçivəsində qəbul edilmiş qərardadın icrası zamanı xx.x x.2021ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli Masallı rayon İcra və Probasiya şöbəsinin Aktından da aşkar olur ki, rayon Polis Şöbəsinin əməkdaşları və icra məmuru tərəfindən mübahisəli ərazidə olarkən xx.xx.2021-ci il tarixdə Cavabdeh ilə əlaqə saxlanılmış, Cavabdeh Bakı şəhərində yaşadığından (olduğundan) icra yerinə gələ bilmədiyini qeyd etmişdir. Daha sonra borcluya hüquq və vəzifələri izah olunmuş və tikinti işlərinin yekun məhkəmə aktı qəbul edilənədək tikinti işlərini dayandırması bildirilmişdir. Borclu məhkəmənin icra vərəqəsinə hörmətlə yanaşdığını və tərəfindən verilən göstərişlə aparılan tikinti işlərinin dayandırılması üçün göstəriş verildi. Yenidən xx.xx.2021-ci il tarixdə mübahisəli ərazidə olarkən borclu (cavabdeh) Cavabd eh ilə əlaqə saxlanılmış, Cavabdeh Bakı şəhərində qeydiyyatda olmaqla yaşadığını bildirmiş və icra yerində iştirak edə bilməyəcəyini qeyd etmişdir və tikinti işlərinin aparılmayacağını bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin əməkdaşlarının və iddiaçının iştirakı ilə tərtib olunmuş 19 may 2021-ci il tarixli aktdan görünmüşdür ki, Masallı rayon Bədəlan kəndinin mərkəzi hissəsində Ərkivan- Boradigah yolunun sol tərəfində yerləşən 1 saylı Çay fabrikinə məxsus Dövlət mülkiyyətində olan torpaq sahəsinin mişar daşlarından inşa edilmiş hasar vasitəsi ilə əhatəyə alındığını aşkar etmişlər. Araşdırma zamanı hasar daxilində JN 636A saylı torp ağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə xxx oğlunun (0.06 ha) və JN 637A saylı şəhadətnamə ilə X20 (0.06 ha) mülkiyyətlərində olan cəmi 0.12 ha torpaq sahəsi daxil olmaqla 2789 m 2 torpaq sahəsi vadır. Həmin torpaq sahəsinin (2789 m 2 ) 1589 m 2 hissəsi 1 saylı Çay fabrikinin Baş planına əsasən Dövlət mülkiyyətində olan torpaq sahəsidir. Torpaq sahəsində piyada keçidləri üçün bir mişar daşı hündürlüyündə hörgü işləri aparılmışdır. Sorğu zamanı dövlət mülkiyyətində olan torpaq sahəsinin Bakı şəhər sakini Cavabdeh tərəfindən hasarlandığı məlum oldu. Apellyasiya instansiyası məhkəməsi hasarın sökülməsinin cavabdeh tərəfindən və ya onun göstərişi ilə icra edildiyinə dair hər hansı bir sübut növünün olmadığını qeyd edir. X52 və Vüqar xxx (cavabdehin yaxın qohumları) tərəfindən mübahi səli ərazidə yerləşən torpaq sahələrinə çıxarışları əldə edilməsi formal xarakter daşımaqla hazırkı iş üzrə Cavabdeh mülki məsuliyyətdən azad etmir və bu, yalnız tələbin təmin edilməsindən yayınmaq üçün həyata keçirilən hüquqi əməliyyatdır. Qeyd edilən hal özlüyündə hüquqdan sui-istifadə etmək vasitəsilə hazırkı tələb üzrə illərlə davam edən məhkəmə mübahisəsini yeni müstəviyə daşımaq məqsədi güdür. Həmçinin hazırkı tələbə əvvəllər baxılması barədə cavabdehin dəlilləri də real olmamaqla, hazırkı iş üzrə preyudisial deyildir. Saday Nəsirov həmin aktı imzayalıb və söküntünün İlqarın tapşırığı ilə dayandırıldığını qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsində işə baxılan zaman keçirilən məhkəmə iclasında Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsini iş üzrə sübut olar aq təqdim etmiş olsa da, lakin hakim sübutu qəbul etməkdən imtina etmişdir. Həmin qətnamə hazırkı iş üzrə birinci instansiya məhkəməsində qətnamə qəbul edildikdən sonra qəbul edilmiş və iş üzrə yeni sübut olduğundan məhkəmə tərəfindən qəbul edilmiş iş materiallarına əlavə olunaraq qətnamə qəbul olunan zaman hüquqi qiymət verilməli idi. Lakin hakim həmin sübutunu qəbul etməyərək qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Mübahisəli ərazidə vətəndaşların xüsusi mülkiyyətindən əlavə olaraq 1437 kv metr torpaq sahəsi Çay fabrikinə məxsusdur. Birdə ki, cavabdeh həmin torpaq sahəsini zəbt etməmişdirsə sonradan niyə həmin torpaq sahəsinin öz oğlunun adına rəsmiləşdirərək onun mülkiyyətinə vermişdir. Eləcə də Şirvan Apellyasiya Məhkəməsində keçirilən sonuncu baxış iclaslarının birində m əhkəmə kollegiyası cavabdehin razılığı ilə iddiaçıya dəymiş ziyanın əvəzi kimi 5000 (beş min) manat pul təklif etmiş, o isə bu təkliflə razılaşmamışdır. Bu da onu deməyə bir daha əsas verir ki, iddiaçının iddia tələbi tam olaraq əsaslıdır. Bir daha sübut olunur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə tam əsassız olmuş, iddiaçının hüquqlarının pozulması ilə qəbul edilmiş, əsaslı olan bir iddia tələbi rədd edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

54. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115. Zərərin ə vəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətna mə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

55. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən e dilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

57. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayətləri üzrə qanuni nəticəyə gəlmişdir.

60. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 3650-ci bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır.

61. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq neqator (mülkiyyətdən istifadəyə maneənin aradan qaldırılması) və deliktdən yaranan zərər tələbidir.

62. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi hə min hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

63. Qeyd edilən normanın tələbinə görə bu iddianın təmin edilməsinin əsas şərti ondan ibarətdir ki, əşyanı götürmədən mülkiyyətə qəsd və ya başqa maneələr olmalı, bunlar mülkiyətçiyə öz mülkiyyətindən istifadəyə imkan verməməlidir.

64. İşdən görünür ki, apellyasiya instansiya məhkəməsi torpaq sahəsinə cavabdeh tərəfindən hər hansı maneə törədilməsini müəyyən etməmiş, ümumiyyətlə həmin şəxsin işdə cavabdehliyi istisna edilmiş, onun həmin ərazidə hər hansı torpaq sahəsinin olması və orada tikinti işləri aparması müəyyən edilməmişdir. Belə olan halda, Mülki Məcəllənin 157.4-cü maddəsinin dispozitiv şərti mövcud olmadığından iddianın rədd edilməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq düzgün olmuşdur.

65. Həmçinin zərərl ə bağlı iddia tələbi də iddianın birinci hissəsi ilə bağlı olduğu və həmin iddia da təmin olunmadığı üçün cavabdehin iddiaçıya zərər vurmasının istisna edilməsi barədə gəlinən nəticə də Mülki Məcəllənin 1096-cı maddəsinin tələbləri baxımından əsaslı olmuşdur.

66. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, tələb üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, nəhayət, hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə əməl edərək, qanuni və əsaslı qətnamə qəbul etmişdir.

67. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

68. Kassasiya şikayəti nin dəlillərinə gəldikdə, bu dəlillər əsasən iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Məhz həmin dəlillərin də bir qisminə müvafiq olaraq təkrar baxış zamanı apellyasiya instansiyası məhkəməsi qiymət verməklə, onları qəbul etməyib. Üstəlik, bu dəlillər kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə əvvəlki qərarında göstərilənlər baxımından da əsaslı sayıla bilməz.

69. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

70. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-672/2025 nömrəli 10 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar