Məhkəmə qərarları › İş №2(102)-2269/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2269/2022

23.05.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2269/2022 23.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və təzminat ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7962/2021 nömrəli 17 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıd akıları müəyyən etdi: İşin halları

1. Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli 2134 nömrəli əmrin İddiaçı aid olan hissəsinə əsasən Cavabdeh MMC-nin 3 saylı Poçt Filialının 132 saylı Poçt şöbəsinin əməliyyatçısı İddiaçı “Töhmət” verilmiş, xidməti fəaliyyətində təkrar nöqsana yol verəcəyi halda barəsində daha ciddi intizam tənbehi görüləcəyi onun nəzərinə çatdırılmışdır. Əsas: struktur bölmələrlə iş və nəzarət departamentinin xx.xx.2019-cu il tarixli SİBİND 17-17 2100 nömrəli məlumatı və aidiyyəti izahat.

2. Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli 1567 nömrəli əmrin İddiaçı aid olan hissəsinə əsasən Əmək Məcəlləsi və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməsinə səhlənkar yanaşaraq xidməti fəaliyyətləri zamanı Mərkəzi Bank tərəfindən qəbul edilən “Azər baycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 3.3-cü maddəsini pozduğuna görə Cavabdeh MMC-nin 3 saylı 132 Poçt Filialının əməliyyatçısı İddiaçı “Töhmət” verilmiş, xidməti fəaliyyətində təkrar nöqsana yol verəcəyi halda barəsində daha ciddi intizam tənbehi görüləcəyi onun nəzərinə çatdırılmışdır. Əsas: risklərin idarə edilməsi departamentinin direktoru O.Şirəliyevin xx.xx.2020-ci il tarixli RİED 18-18-01-05 nömrəli məktubu və aidiyyəti izahatlar.

3. Cavabdeh MMC-nin Risklərin idarə edilməsi Departamentinin direktoru tərəfindən Cavabdeh MMC-nin Baş Direktora ünvanlanmış xx.xx.2020-ci il tarixli RİED 18-18-01-51 nömrəli məktubuna əsasən Cavabdeh MMC-yə tabeli poçt şöbələrində xarici valyuta vəsaitlərini bank hesabı açmadan Az ərbaycan Respublikasından kənara köçürmə əməliyyatlarının qaydalara uyğun aparılması risklərin idarə edilməsi departamentinin əməkdaşları tərəfindən sistem üzərindən yoxlanılır. Aparılan monitorinqlər zamanı 3 saylı poçt filialının 132 saylı poçt şöbəsində xx.xx.2020-ci il tarixdə “Zolotaya Korona” sistemində X6 adından 2 halda hər biri 1000 ABŞ dolları olmaqla cəmi 2000 ABŞ dolları məbləğində (694310962, 4********), cari ay ərzində isə 13 halda hər biri 1000 ABŞ dolları olmaqla 13000 ABŞ dolları məbləğində vəsaitin Gürcüstan Respublikasındakı ayrı-ayrı şəxslərə göndərildiyi aşkar edilmişdir. Əməliyyatın icraçısı 132 saylı poçt şöbəsinin əməliyyatçısı İddiaçı alınmış izahatda o, təkrarlanmış nöqsanlı əməliyyatların şöbədə gərgin iş şəraitinin olması səbəbindən yarandığını bildirmişdir. Bun dan sonra 132 saylı poçt şöbəsində cari ilin noyabr ayı ərzində beynəlxalq pul köçürmələri sistemi vasitəsi ilə icra edilmiş bütün əməliyyatlar sistem üzərindən yoxlanılmış və bir sıra ciddi nöqsanlar aşkar edilmişdir. Belə ki, cari ilin noyabr ayı ərzində X4 adından 11 halda cəmi 10500 ABŞ dolları, X5 adından 13 halda cəmi 11345 ABŞ dolları, X2 adından 12 halda cəmi 12000 ABŞ dolları məbləğində vəsaitlər Azərbaycan Respublikasından kənara göndərilmişdir. Qeyd olunan əməliyyatların icraçısı İddiaçı səhlənkarlığı nəticəsində “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması qaydalar”ı kobud şəkildə pozulmuşdur. Qeyd olunanlarla bağlı 132 saylı poçt şöbəsinin müdiri X1 alınmış izahatda o bir daha bel ə hallarla yol verməyəcəklərini bildirmişdir.

4. Cavabdeh MMC tərəfindən Cavabdeh MMC-nin 3 saylı X8 İttifaqı Komitəsinin sədrinə, surəti 3 saylı Poçt Filialının rəisinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubuna əsasən Cavabdeh MMC-nin 3 saylı Poçt Filialının 132 saylı Poçt şöbəsinin əməliyyatçısı İddiaçı xidməti fəaliyyətində “Zolotaya Korona” beynəlxalq pul köçürməsi zamanı “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalar”ının tələblərini kobud şəkildə pozaraq ciddi nöqsanlara yol verdiyi aşkar edilmişdir. Belə ki, İddiaçı yol verdiyi eyni nöqsana görə onun barəsində görülmüş müvafiq intizam tənbehi tədbirindən nəticə çıxarmayaraq, xidməti fəaliyyətində analoji nöqsanlara yol vermə kdə davam etmişdir. Xidməti fəaliyyətində dəfələrlə yol verdiyi nöqsanlar İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına hüquqi əsas yaradır. Qeyd olunanları nəzərə alaraq İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına dair filialın Həmkarlar İttifaqı Komitəsinin rəyini bildirməsini xahiş etmişlər.

5. Cavabdeh MMC-nin 3 saylı Poçt Filialı tərəfindən Cavabdeh MMC-nin Baş direktorunun müavininə ünvanlanan xx.xx.2020-ci il tarixli məktubuna əsasən 132 saylı PŞ-nin əməliyyatçısı İddiaçı yol verdiyi nöqsana görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi məsələsi ilə əlaqədar Həmkarlar İttifaqı Komitəsinin iclasını məlum pandemiyaya görə yetərsayla keçirmək mümkü n olmadığı üçün rəy bildirməsi mümkün olmamışdır. 6. 07.12.2020-ci il tarixli akta əsasən Həmkarların saat 13.00 başlayacaq iclasına İddiaçı dəfət edilmiş, gələcəyini bildirsə də, iclasa gəlmədiyi üçün iclas baş tutmamışdır.

7. Cavabdeh MMC-nin 3 saylı Poçt Filialının və HİK-nın birgə iclasının 39 nömrəli, xx.xx.2020-ci il tarixli protokoluna əsasən 3 saylı Poçt Filialının 132 saylı Poçt Şöbəsinin əməliyyatçısı İddiaçı işdə yol verdiyi ciddi qanun pozuntularını nəzərə alaraq onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmasına müsbət münasibət bildirmişlər.

8. İddiaçı əmək kitabçasına əsasən o, xx.xx.2011-ci il tarixdə Cavabdeh MMC-nin 3 saylı PF-nin 48 saylı PŞ-nə müqavilə yolu ilə əməliyyatçı vəzifəsinə qəbul edilmiş, xx.xx.2012-ci il tar ixdə həmin şöbədə Vİ dərəcəli poçtalyon ştatına (poçtalyon analıq məzuniyyətində H.Mustafayevanın yerinə) keçirilmiş, xx.xx.2013-cü il tarixdə 92 sayl Poçt şöbəsinə 4-cü dərəcəli əməliyyatçı vəzifəsində keçirilmiş, xx.xx.2016-cı il tarixdə həmin filialın 132 saylı Poçt şöbəsinə əməliyyatçı keçirilmiş, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (öhdəlikləri yerinə yetirmədiyinə görə) əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi və sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin (bundan sonra – cavabdeh) ona qarşı törətdiyi hərəkətləri ilə məhdudlaşdırılan əmək fəaliy yəti bərpa edilməsi, tutduğu vəzifəyə bərpa olunması, qanunazidd hərəkətləri üzündən ona dəymiş mənəvi zərərə görə 3000 manat məbləğində mənəvi təzminatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, təxminən 10 ildir ki, poçt sahəsində əmək fəaliyyəti ilə məşğul olmuşdur. 2016-cı ilədək heç bir problem yaranmadan 92 saylı poçt şöbəsində işləyirdi. 2016-cı ildə Emin Kərimli 3 saylı poçt filialına rəis təyin olunduqdan sonra onu məcburi şəkildə, ağlada-ağlada, səhhətinin buna imkan verməməsinə baxmayaraq, 132 saylı poçt şöbəsinə gətirmişdir. Mövcud şərait (pandemiya) başlayandan vəziyyət daha da ağırlaşmış, iş şəraiti gərginləşməyə başlamışdır. Kollektivdə əksər işçilərin yaşı 60-dan yuxarı olduğu üçün i şə çıxmaları məhdudlaşdırılmışdır. Pandemiya şəraitində 190 manat müavinətlərin istirahətsiz ödəniş etmişdir. Çox vaxt iş rejimindən artıq işləməsinə, hətta şənbə və bazar günləri də qanunsuz işə çıxarılmalarına baxmayaraq, bunların müqabilində əmək haqqı ödənilmirdi. Hətta iş o həddə çatmışdı ki, onlar nahar etməyə imkan tapmamışlar. O, dörd ildir ki, məzuniyyətsiz işləmişdir. MMC-nin baş direktoru Emin Əfəndiyev tərəfindən xx.xx.2020-ci il tarixdə yaşadığı mənzilinə eyni tarixli məktub yollayaraq, onun xx.xx.2020-ci il tarixədək tutduğu vəzifədən azad ediləcəyi bildirilmişdir. xx.xx.2020-ci il tarixdə isə E.Əfəndiyevin 2192 nömrəli əmrinə əsasən onun tutduğu vəzifəyə eyni tarixdən xitam verilmişdir. İşdən azad olunması ilə bağlı müvafiq əmri tələb etsə də, qanuni müraciətləri cavabsız qa lmışdır, əmrin surəti ona rəsmi şəkildə təqdim edilməmişdir, yalnız əmrin fotoşəklini çəkmək imkanı olmuşdur. Mövcud problemlə bağlı adiyyatı qurumlara müraciət etsə də, müraciətləri cavabsız qalmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, vəzifədən azad edilərkən ona tutduğu və ixtisar edilən vəzifəyə uyğun başqa iş ilə təmin olunacağına təminat verilsə də, bu günədək hər hansı bir işlə təmin olunmamışdır. Onun həyat yoldaşı sürücü işləməklə çox az maaş alır. Onun da haqsız yerə işdən çıxarılması ailəsinin büdcəsinə güclü təsir etmişdir. Hazırda onun oğlu həqiqi hərbi xidmətdədir. Müharibə dövründə bacısının oğlu torpaqların azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş və Azərbaycan Respublikasının Prezidentinin sərəncamı əsasında “Vətən uğrunda” medalla və “Xidmətə görə” 3-cü dərəcəli ordenlə təltif edilmişdir. Cavabdehin ona qarşı edilmiş qeyri-qanuni və qanuna zidd hərəkətləri nəticəsində əsəb keçirmişdir. Bunun nəticəsidir ki, səhhətində ciddi problemlər yaranmışdır. Cavabdeh qanuna zidd hərəkətləri ilə ona mənəvi zərər yetirmişdir.

11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Ş.Abdullayev) (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-1146/2021 nömrəli 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi səhvlər hüquq pozuntusu hesab olduğu üçün və əvvəllər – 2019 və 2020-ci illərdə iddiaçı onun barəsində tətbiq edilmiş intizam tənbehindən sonra təkrarən eyni xarakterli hüquq pozunt usuna yol verdiyi üçün, cavabdehin iddiaçı barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə intizam tənbehini tətdiq etməsi tam qanuni və əsaslıdır.

13. Məhkəmə hesab etmişdir ki, iddiaçı pozulmuş hesab etdiyi əmək hüquqlarının bərpası ilə bağlı 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmədiyi üçün və həmin müddətin üzrlü hesab edilməsi ilə bağlı gətirdiyi dəlillər üzrlü hal kimi qəbul edilə bilmədiyindən, onun xx.xx.2020-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə tələbi bu əsasla da əsassız hesab edilməli və təmin edilməməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 70, 71.2, 72, 76, 80 və 296-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

15. İddiaçı qeyd olunan qətnamədən apellya siya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv olunması, iddia tələbinə uyğun yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və A.Tanrıverdiyev) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7962/2021 nömrəli 17 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəfindən aşkar edilmiş hallar qanun pozuntusu hesab edilir və bu səbəbdən cavabdeh həmin qanun pozuntusu ilə bağlı işəgötürən kimi iddiaçı ba rəsində intizam tənbehi tətbiq etməkdə tam haqlı olmuşdur. İddiaçının işdən azad edilməsi ilə bağlı həmkarlar təşkilatının qabaqcadan razılığı verilmiş və bununla bağlı hər hansı qanun pozuntusuna yol verilməmişdir.

18. Kollegiya hesab etmişdir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddianın verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq müddəti ötürmüşdür. Müəyyən olunmuşdur ki, cavabdehin 10 dekabr 2020-ci il tarixli əmrə müvafiq olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, iddiaçı bundan həmin vaxtdan xəbərdar olsa da, məhkəməyə qanunla müəyyən olunmuş 1 aylıq müddəti ötürməklə, xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə müraciət etmiş, həmin müddətin üzrlü hesab edilməsi ilə əlaqədar əsaslı dəlil təqdim edə bilməmişdir. Kollegiya rayon məhkəmə sinin mövqeyi ilə razılaşaraq, həmçinin hesab etmişdir ki, iddiaçının işə bərpa edilməsi barədə tələbi əsassız hesab olunduğu üçün, iddia tələbi dəymiş mənəvi zərərə görə 3000 manat məbləğində mənəvi təzminatın ödənilməsi hissəsində də əsassızdır və təmin edilməməlidir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 70, 71.2, 72, 76, 80 və 296-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunlu olmaqla onunla əsaslandırılmışdır ki, işə ba xarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir.

22. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 24, 25, 26 və 127-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78, 79, 80, 81, 88 və 167-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Cavabdeh (vəkil X7) kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, kassasiya şikayətinin təmin edilməməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

24. Maddə

10. Əmək müqav iləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur.

25. Maddə 70 «ç». İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfmdən həmin əsasla ləğv edilə bilər.

26. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

27. Maddə 72 «e». Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

28. Maddə 76.1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci madəllərində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

29. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin «b» və «ç» bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfinndən əmək müqaviləsinin ləğv edilməsi müəssisənin həmkar lar təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir.

30. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

33. Maddə 76.2. Bu məluma tlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia t ələbindən kənara çıxa bilər.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək iş ə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

41. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir k i, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 44. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu nun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

45. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

47. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7962/2021 nömrəli 17 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə m

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar