Məhkəmə qərarları › İş №2(102)-227/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-227/2022

31.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-227/2022 31.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-227/22 (Açar sözlər: mülkiyyətdə olan mənzildən cavabdehlərin çıxarılması, mülkiyyət hüququnun müdafiəsi, vindikasiya iddiası) Bakı şəhəri, 31 yanvar 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “yaşayış sah əsinin boşaldılması və iddiaçıya təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-159/2021 nömrəli, 01 iyul 2021- ci il tarixli qətnaməsindən Cavabdeh4 kassasiya şikayətinə 31 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. DƏDRX-in 02 aprel 2018-ci il tarixli Seriya RX ******* nömrəli Çıxarışa əsasən ünvan 1 İddiaçı mülkiyyətindədir.

2. Cavabdehlər həmin mənzildə qeydiyyatda olmasalar da mənzildə yaşayırlar. Mübahisə də bununla bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 ünvan 1-dən çıxarılmaları, həmin mənzilin boşa ldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı Bakı şəhəri 11 saylı notariat kontorunda təsdiq edilmiş 03 dekabr 2016-cı il tarixli AN-İ0591514 saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 120,7 kv.m. olan mənzili dəyəri 100.000 manat olmaqla X4 almışdır. Həmin alqı-satqı müqaviləsi əsasında iddiaçı Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 02 aprel 2018-ci il tarixli Seriya RX ******* nömrəli Çıxarış almışdır.

5. Alqı-satqı müqaviləsinin 16-cı bəndinə əsasən sözügedən mənzildə heç kim qeydiyyatda olmamışdır. Müqavilə “Alıcı” qismində iddiaçı tərəfindən və eyni zamanda “Satıcı” qismində X5 etibarnamə üzrə nümayəndəsi Cavabdeh5 tərəfindən imzalanmışdır. Müqavilə tərəflər arasında imzalandıqdan sonra hüquqi qüvvəsini almışdır. İddiaçı mənzili alandan sonra həmin mənzilə köçməmişdir.

6. Hazırda mənzilə ehtiyacı olduğu üçün iddiaçı ailəsi ilə birlikdə mənzilə köçməyi qərara almışdır. Lakin həmin mənzildə qeydiyyatda olmadan başqa şəxslər yaşadığı üçün ora köçə bilmir.

7. Belə ki, iddiaçının mülkiyyətində olan mənzildə onun əvvəlki mülkiyyətçisi olmuş X5 yaxın qohumları Cavabdeh5, onun həyat yoldaşı Cavabdeh2 və onların ailə üzvləri – Cavabdeh3 və oğlu Cavabdeh4 yaşayırlar.

8. İddiaçı bir neçə dəfə həmin ünvana gedib Cavabdeh5 mənzilin boşaldılmasını və ona təhvil verilməsini bildirsə də, o, buna məhəl qoymamış, nə özü, nə də ailəsi həmin mənzili boşaldıb iddiaçıya təhvil verməmişlər.

9. İddiaçı tələbinin hüquqi əsası kimi Mül ki Məcəllənin 152 və 157.4-cü maddələrinə istinad etmişdir.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6052/2019 nömrəli, 15 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılmaları və yaşayış sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. (hakim Nigar Nəbizadə)

11. Birinci instansiya məhkəməsi iş materiallarında olan AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə və DƏDRX-in RX Seriyalı, ******* nömrəli Çıxarışına əsasən müəyyən edib ki, iddiaçı ünvan 3-i X2 alımış, mənzil iddiaçının mülkiyyətindədir. Notariat işində olan arayışa və "Elektron notariat" X1 Çıxarışa əsasən satılarkən həmin mənzildə qeydiyyatda heç kim olmamışdır.

12. Birinci instansiya məhkəməsi məhkəmə hesab edib ki, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 ünvan 3 ünvanında hal-hazırda qanuni əsas olmadan yaşamaları iş materialları ilə təsdiq edildiyindən, iddia tələbi təmin edilməlidir.

13. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 152, 157.2 və 165ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdehlər apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş ediblər.

15. Apellyasiya şikayətinin dəlilləri: - cavavdehlər qeyd edilən mənzildə yaşayırlar. Qətnamədən məhkəmədən gələn məktub vasitəsilə xəbərdar olublar; - mənzil X6 məxsusdur. Mənzilin mülkiyyətçisi olmuş Svetlana Salmanovanın mənzilin satılmasından xəbəri yoxdur; - Cavabdeh5la iddiaçının anası Məmmədo va Pərvanə tapdıq qızı qoumdurlar. Cavabdeh5la iddiaçının anası arasında borc münasibətləri olub. Əvvəllər də Cavabdeh5 iddiaçının anasından faizlə borc almışdır; - 2016-cı ilin payızında Cavabdeh5 yenə də pul lazım olmuş, iddiaçını anasından 50 min ABŞ dolları borc almışdır. Bu dəfə iddiaçını ansı borcun müqabilində mənzili formal alqı-satqısını təklif etmişdir. Cavabdeh5 da məcbur qalıb ailə üzvlərindən xəbərsiz öz iradəsindən asılı olmayaraq anası Svetlana Salmanovanın mənzilin iddiaçıya formal olaraq satmışdır; - müqavilənin bağlanmasında məqsəd borcun təminatı olmuşdur. Sonradan Cavabdeh5 borcunu qaytara bilmədiyi üçün iddiaçı bu iddianı qaldırmışdır. İddiaçı alqısatqı müqaviləsindən sui-istifadə edir; - buna görə də X7 həmin müqavilənin etibarsızlığı ilə bağlı Binəqədi rayon Məhkəməs ində iddia qaldırıb.

16. Cavabdehlər apellyasiya instansiyasına ərizə verərək, X5 müqavilənin etibarsızlığı ilə bağlı iddiasının həll edilməsinədək işin icraatının dayandırılmasını xahiş etmişlər.

17. Apellyasiya instansiyası X5 müqavilənin etibarsızlığı ilə bağlı iddiasının məhkəmədə baxılıb yekun qərar qəbul edilməsindək hazırki işin icraatını dayandırıb.

18. X5 alqı-satqı müqaviləsinin etibarsızlığı barədə iddiası rədd edilmişdir.

19. İddiaçı apellyaisya məhkəməsinə ərizə verərək, Cavabdeh5 vəfat etməsi səbəbindən ona qarşı iddiadan imtina etmişdir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-159/2021 nömrəli, 01 iyul 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)6052/2019 saylı, 15 avqust 2019-cu il tarixli qətnaməsi Cavabdeh5 münasibətdə ləğv edilmiş, Cavabdeh5 münasibətdə iş üzə icraata xitam verilməsi qərara alınmışdır.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-159/2021 nömrəli, 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6052/2019 saylı, 15 avqust 2019-cu il tarixli qətnaməsi – cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Şeyda Məhərrəmova (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Vəfaddin İbayev)

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, Svetlana Salmanova və Cavabdeh5 Binəqədi rayon Məhkəməsində müba hisəli mənzilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s. tələbinə dair iddia qaldırmışlar, həmin iddia Bakı Apellyasiya Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli qətnaməsi təmin edilməmişdir. X7 tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı S.Salmanovanın verdiyi kassasiya şikayətindən imtinası qəbul edilmiş və kassasiya icraatına xitam verilmişdir.

23. Birinci instansiya məhkəməsi tərəfindən işə cavabdehlərin iştirakı olmadan baxılması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi vurğulayıb ki, cavabdehlərə müvafiq bildirişlər göndərilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh4 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

25. Kassasiya şikayətinin dəlilləri: - iddiaçı ilə mənzilin alqı-satqı müqaviləsi formal xarakter daşıyıb; - məhkəmə yaşayış sahəsinin boşaldılmasını qət etsə də, mənzildə kimlərin yaşamasını dəqiqləşdirməmişdir ki, bu da mənzildə yaşayan şəxslərin hüquqlarını pozur. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Mülki Prosessual Məcəl lənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.

28. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdehlər, o cümlədən kassator və onun vəkili məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllə Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələ rin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə v ə qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

30. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası həmin məhkəmə aktını tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansi yası məhkəməsi tərəfindən tam qiymət verilib.

33. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

34. İddia tələbi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus yaşayış sahəsindən cavabdehlərin çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədədir.

35. İşin müəyyən edilən halları da ondan ibarətdir ki, ünvan 3-i alqı-satqı müqaviləsi əsasında iddiaçı almış və ev hazırda mülkiyyət hüquq ilə iddiaçının adına qeydə alınıb.

36. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə yuxarıda qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtləri hazırki işin müəyyən edilmiş halları ilə üst-üstə düşür.

37. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.

38. İddiaçı ilə mənzilin alqı-satqı müqaviləsinin formal xarakter daşıması, məhkəmə yaşayış sahəsinin boşaldılmasını qət etsə də, mənzi ldə kimlərin yaşamasını dəqiqləşdirməməsi barədə kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, mənzilin alqı-satqı müqaviləsinin formal xarakter daşımasına həmin müqavilənin etibarsızlığı barədə iddiaya baxılarkən qiymət verilib və həmin iddia rədd edilib. Bunu apellyasiya məhkəməsi də öz qətnaməsində göstərib. Bundan başqa, işə baxan məhkəmələr yalnız mənzilin boşaldılmasını deyil, mənzildən çıxarılmalı olan şəxsləri konkret göstərməklə mənzildə kimlərin yaşamasını da dəqiqləşdiriblər.

39. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhk əmə kollegiyası Qərara aldı: Cavabdeh4 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-159/2021 nömrəli, 01 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar