Məhkəmə qərarları › İş №2(102)-227/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-227/2024

16.01.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-227/2024 16.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti və qeyrilərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (mənzilin sökülməsi ilə əlaqədar mənzilin yerləşdiyi ünvanda inşa olunacaq yaşayış binasında mənzillə təmin edilməsi və sair.) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhəri Cavabdeh1nə və “X11 Kompleksi” Mənzil-Tikinti Kooperativinə qarşı mənzilin sökülməsi ilə əlaqədar mənzilin yerləşdiyi ünvanda inşa olu nacaq yaşayış binasında mənzilin faktiki sahəsindən 30 faiz artıq sahəli mənzillə təmin edilməsi, mebel və əşyaların müvəqqəti saxlanması üçün əlverişli sahə ilə təmin edilməsi, mənzillə təmin olunanadək kirayə haqqının tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)5436/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 16 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2014-cü il tarixli sərəncamına əsasən, “X11 Kompleksi” MMC-nin xx.xx.2014-cü il tarixli müraciətini nəzərə alaraq Səbail rayonu, Xanlar və Q.Abbasov küçələrinin arasındakı, 58-59 saylı məhəllə də yerləşən istismar müddəti bitmiş yaşayış və qeyri-yaşayış tikililərin sökülərək, yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin cəmiyyətin istifadəsinə verilməsi, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən “X11 Kompleksi” MMC tərəfindən həll edilməsi qərara alınmışdır.

2. Bakı şəhəri, Səbail rayonu, X8 küçəsisində yerləşən 2 saylı evin, 75,20 kv.m. olan ümumi sahədən ibarət 19 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə X1 mülkiyyətindədir.

3. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi xx.xx.2022-ci il tarixli, xx/xx-06768 saylı məktubla Bakı şəhəri İcra Hakimiyyətinə müraciət edərək, Agentliyin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən ünvan 1 ünvanda yerşləşən 5 mərtəbəli yaşayış binasına keçirilmiş vizual texniki baxış zamanı texniki cəhətdən qəzalı vəziyyətə düşmüş həmin binanın istismar üçün təhlükəli vəziyyətdə olduğunu bildirmiş və bununla əlaqədar müvafiq tədbirlərin görülməsi barədə aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Səbail rayonu, Qurban Abbasov küçəsi, 2 saylı ünvanda yerləşən 5 mərtəbə yaşayış binasının Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 173 saylı sərəncamı ilə rayonun Xanlar və Qurban Abbasov küçələrinin arasındakı 58-59 saylı məhəllədə yaşayış binasının tikintisinin layihələndirilməsi üçün “X11 Kompleksi” MTK-nın istifadəsinə verilmiş torpaq sahəsinə düşdüyünü nəzərə alaraq gələcəkdə baş verə biləcək hər hansı bir bədbəxt hadisənin qarşısının alınması məqsədilə sözügedən ünvanla bağlı müvafiq qabaqlayıcı tədbirlərin görülməsini xahiş etmişdir.

4. İş üzrə Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ünvan 3 ünvanda yerləşən yaşayış binasının texniki vəziyyəti haqqında Aktın surətinə əsasən ünvan 1 ünvanda yerləşən zirzəmi, 5 mərtəbəli yaşayış binasına vizual baxış keçirilərkən məlum olmuşdur ki, Q.Abbasov küçəsi, 2 saylı ünvanda yerləşən yaşayış binası 4 girişli, zirzəmi, 5 mərtəbəli olub, 1935-ci ildə inşa edilmişdir. Bina relyefli ərazidə yerləşdiyindən zirzəmi mərtəbəsi yaşayış sahəsi kimi istismar edilir. Binanın planda qabarit ölç üləri 78.40 x 10.50 metrdir. Mərtəbəarası örtükləri ağac materialından, pilləkənləri isə yığma dəmir-beton elementlərdəndir. Damı yastı tipli olub yumşaq materiallarla örtülmüşdür. Bünövrə və antiseysmik kəmərlərə baxış keçirmək mümkün olmadı. Çoxmənzilli yaşayış binasında hal-hazırda yalnız 10 mənzil istismar edilir. Baxış zamanı yaşayış binasında aşağıda qeyd edilən qüsurlar müşahidə olundu: yaşayış binası fiziki cəhətdən köhnəlmişdir; binanın arxa fasad divarında müxtəlif ölçülü çatlar yaranmışdır; arxa fasad divarında atmosfer sularının təsirindən suvaq qatları və horgu məhlulları aşınmışdır; binanın ön fasad hissəsində son zamanlarda təmir işləri aparıldığından çat və aşınmalar müşahidə edilmədi; zirzəmi mərtəbəsində torpaq təmasda olan divarlarda suvaq qaltları aşınmış, daxili bəzək elementləri yararsız vəziyyətə düşmüşdür, bəzi girişlərdə atmosfer sularının ümumi sahələrə sızması nəticəsində dəmir betondan olan çətir elementlərinin beton mühafizə qatları aşınmış armaturlar isə ciddi şəkildə korroziyaya uğramışdır; binanın arxa fasad divarında sakinlər tərəfindən müxtəlif inşaat materiallarından olmaqla əlavə yaşayış sahələri inşa edilmişdir; binanın arxa fasad hissəsində yükdaşıyan və öz yükünü daşıyan mişarlanmış əhəng daşından hörülmüş divarlarda sakinlər tərəfindən gücləndirmə tədbirləri görülmədən müxtəlif ölçüdə boşluqlar açılmış və sonradan inşa edilmiş əlavə sahələrə keçid yaradılmışdır; binanın ön fasad hissəsində bəzi mövcud eyvanlar müxtəlif inşaat materialları ilə tikilərək genişləndirilmişdir; binanın əksər mənzillərində mərtəbəarası örtükləri sökülmüşdür; əksər mənzillərin qapı və pəncərələri sökülmüşdür; yuxarıda qeyd olunmuş bu qüsurlar (əlavə sahələr və yenidənqurma işləri) binanın əlavə yüklənməsinə və binanın yükgötürmə qabiliyyətinin azalmasına səbəb olmuşdur; yaşayış binası mövcud tikinti norma və qaydalarına cavab vermir; yaşayış binası memarlıq nöqteyi nəzərindən heç bir tarixi əhəmiyyət kəsb etmir. Yaşayış binasına keçirilən baxış zamanı mənzillərə daxildən baxış keçirilməsi üçün şərait yaradılmadı. ünvan 1 ünvanda yerləşən yaşayış binası texniki cəhətdən qəzalı vəziyyətdədir, istismar üçün təhlükəlidir. Yaşayış binasının yükdaşıyan konstruksiyalarında yaranmış hazırki texniki vəziyyətin təbii fəlakətlə əlaqəsi yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlərə qarşı i ddia ərizəsi və iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanında yerləşən faktiki sahəsi 164,33 kv.m. olan, 19 saylı mənzilin sökülməsinə görə cavabdeh “X11 Kompleksi” MTK tərəfindən İddiaçı Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 482 N-li Qərarı əsasında sökülmüş binanın yerində inşa olunacaq yaşayış binasında, sökülən mənzilin faktiki sahəsinə 30% əlavə olmaqla 213,63 kv.m. az olmayaraq sahəsi olan 4 otaqlı, təmirli mənzilin verilməsi, İddiaçı məxsus mebel və əşyaların müvəqqəti saxlanması üçün əlverişli sahə ilə təmin edilməsi, xx.xx.2022-ci ildən hesablamaqla yaşayış sahəsi İddiaçı təhvil verilənədək aylıq 2.500 manat kirayə haqqının, 2.000 manat oğurlanmış kondisionerlərin qiymətini, 500 manat daşınma xərcləri və 145 manat ödənilmiş m əhkəmə rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, cavabdehlərin əməllərində cinayət əlamətlərinin mövcudluğu barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

6. Məhkəmə iclasında izahatı alınmış iddiaçı iddia tələbini tam müdafiə edərək, izahatında göstərmişdir ki, MTK tərəfindən ona mənzilin hər kv.m. üçün 2100 manat təklif olunmuş, o, bu məbləğlə razılaşmamış, həmin MTK tərəfindən inşa edilən həmin ərazidə olan binada satılan mənzillərin 1 kv.m.-nin 5.000 manatdan yuxarı olmasını bildirmiş, hətta 3500 manat kompensasiya ilə razı olduğunu bildirmişdir. Sonuncu dəfə şirkət ona 2500 manat hər kv.m. üçün verə biləcəyini demiş, bu məbləğ isə onu qane etməmişdir.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1302/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia tələbi təmin edilməmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının qeydiyyatda olduğu mənzilin mülkiyyətçisi olmadığı təqdirdə hazırki tələblərlə çıxış etməyə subyektiv hüququnun olubolmamasına qiymət verilməlidir.

9. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının Bakı şəhəri, Q.Abbasov küçəsi, 2 saylı evin 19 saylı mənzilinin mülkiyyətçisi olmadığından, həmin mənzilin sökülməsi ilə bağlı yeni mənzillə təmin edilməsi, mənzillə təmin edilənədək kirayə haqqının alınması, əmlakların saxlanılması üçün əlverişli sahə ilə təmin edilməsi barədə tələblə çıxış etməyə subyektiv hüququ olmadığından, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçı tələbində yaşadığı mənzildən ona məxsus kondisionerlərin oğurlanmasını, mənzildən ona məxsus mebel və əşyalarının öz hesabına çıxarılmasını və buna görə 500 manat xərc çəkməsini göstərsə də, məhkəmə iclasında bu hallar öz təsdiqini tapmadığından iddia tələbi həmin hissələrdə də əsassız hesab edilməli və təmin edilməməlidir.

11. Məhkəmə iddiaçının cavabdehlərin əməllərində cinayət əlamətlərinin mövcudluğu barədə xüsusi qərardadla prokurora müraciət olunması barədə tələbi üzrə qeyd etmişdir ki, xüsusi qərardad çıxarılması Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən iddia ərizəsində tələb kimi deyil, vəsatət-xahiş kimi göstərilə bilər.

12. Azərbaycan Respublikası CPM-nin 204.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başl anması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər. Eyni Məcəllənin 205.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən hüquqi şəxsin (vəzifəli şəxsin) məlumatları məktub, yaxud təsdiq edilmiş teleqram, telefonoqram, radioqram, teleks və ya digər qəbul edilmiş müraciət formasında olmalıdır. Xüsusi qərardad öz hüquqi mahiyyətinə görə cinayət təqibini həyata keçirən orqana müraciət formasıdır və istər xüsusi qərardad müraciətinin, istər fiziki şəxsin müraciətinin nəticəsi kimi bu müraciətlərə AR CPM-nin 207-ci maddəsi qaydasında baxılaraq müvafiq qərar qəbul edilir. Məhkəmə qeyd etmişdir ki, xüsusi qərardad çıxarılmasından imtina olunması iddiaçının müstəqil şəkildə cinayət təq ibini həyata keçirən orqana AR CPM-nin 204-cü maddəsinə əsasən müraciət etməsi hüququnu istisna etmir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi PlenumununM.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 14.1, 152.1, 157.4-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılma sını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının əvəz edilməsi haqqında məsələ qaldırmamış, etibarnaməni görərək, iddiaçının əvəz edilməsinə məhkəmə zamanı əsas görməmişdir. Qətnamə maddi və prosessual hüquq normlarının pozulması ilə qəbul edilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5436/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim İkram Şirinov sədrliyi və məruzəsi ilə, hakimlər Elşən Kazımov və Namiq Cəfərov ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Səbail Rayon Məhkəməsinin e-2(009)1302/2023 nömrəli, xx.xx.2023-cü il tarixli tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı Bakı şəhəri, Q.Abbasov küçəsi, 2 saylı evin 19 saylı mənzilinin mülkiyyətçisi olmadığından, həmin mənzilin sökülməsi ilə bağlı yeni mənzillə təmin edilməsi, mənzillə təmin edilənədək kirayə haqqının alınması, əmlakların saxlanılması üçün əlverişli sahə ilə təmin edilməsi barədə tələblə çıxış etməyə subyektiv hüququ yoxdur.

18. Kollegiya qeyd etmişdir ki, apellyasiya qaydasında işə baxılarkən, iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi məsələsi müzakirə edilmiş, iddiaçı buna qəti olaraq etiraz etmiş, bu məsələ araşdırılarkən cavabdehin nümayəndəsi bildirmişdir ki, birinci instansiya məhkəməsində iddiaçıya onun əvəz olunmasını təklif edilmiş, lakin iddiaçı buna qəti etiraz etmişdir, birinci instansiya məhkəməsində bu məsələnin müzakirə olunması məhkəmə iclas protokolundan görünmür, bunula belə, məhkəmə kollegiyasında bu məsələ iddiaçıya ətraflı şəkildə, hətta oğlunun əsl tərəf -iddiaçı olaraq əvəz olunacağı halda, oğlu olmadan da işdə olan etibarnamə əsasında onun oğlunu təmsil etmək imkanına malik olması izah olunsa da, iddiaçı mənzilin özünə aid olduğunu, oğlunun ölkədə olmadığını bildirirək, yenə də israrla özünün əsl olan iddiaçı ilə əvəz edilməsinə etiraz etmiş, işdə olan etibarnamə ilə öz adından hazırkı iddianı verməkdə və mənzili də özü üçün tələb etməkdə səlahiyyətli olduğunu bildirmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri

21. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı (vəkili Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbibinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8, Mülki Prosessual Məcəlləsinin 50.2, 54, 385.1, 372.7-ci maddələrinə istinsad etməklə əsaslandırılmışdır.

23. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh1 kasasiya şikayətinə qarşı etiraz dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. göndərərək qətnamənin Tətbiq edilən hüquq Azərbaycan Respublikasinin Konstitusiyası

24. Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

25. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

26. Maddə 152.1. mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülki Prosessual Məcəllə

27. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlə r.

28. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 31. 54.2. İddi açı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 32. 54.4. Əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır;

38. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın;

39. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır;

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki ha llarına uyğun olmamasına istinad etməyə yol verilmir;

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır;

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır;

43. Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndə rə bilər;

44. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır;

45. Maddə 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir;

46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin;

47. Maddə 418.6. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın. Kassasiya baxışının hədləri

48. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında ol an, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı kassasiya şikayətində irəli sürülən dəlillər üzrə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müə yyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən əsaslı olaraq hesab etmişdir ki, onun hazırkı tələbini irəli sürmək üçün subyektiv hüququ yoxdur.

52. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya müvafiq instansiya məhkəmələrində məhz tələb üzrə hüquq sahibi olmadığı və mülkiyyətçinin iddiaya etibarnamə verməsinin onun öz adından tələb irəli sürməyə imkan vermədiyinin izah edilməsinə baxmayaraq iddiaçı məhz əsl olmayan iddiaçının əvəz edilməsinə razılıq verməmişdir. Məhz məhkəmələr irəli sürülmüş tələblər həddində işin baxılmasını davam et dirmişdir. 53. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranması ndan, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

54. Bu baxımdan kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı Bakı şəhəri, Q.Abbasov küçəsi, 2 saylı evin 19 saylı mənzilinin mülkiyyətçisi olmadığından, həmin mənzilin sökülməsi ilə bağlı yeni mənzillə təmin edilməsi, mənzillə təmin edilənədək kirayə haqqının alınması, əmlakların saxlanılması üçün əlverişli sahə ilə təmin edilməsi barədə tələblə çıxış edə bilməz.

55. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 oktyabr 2023-cü il tarixli, 2(103)-5436/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar