Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2271/2019 02.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim Z.Quliyev, iş № 2(046)-xx/18) iddiаçı İddiaçı ASC-nin Cavabdeh qarşı “dövlət ehtiyacları üçün alınm anın təsirinə məruz qalan torpaq sahəsinin məcburi qaydada kompensasiya ödənilməklə alınması”tələbinə dair iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Hüseynov-sədrlik edən və məruzəçi, R.Əliyev və İ.Şükürov, iş № 2(107)xx/18) İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək,Göyçay Rayon Məhkəməsinin xx xxx 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ASC kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. İşin halları: İddiаçı İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alın manın təsirinə məruz qalan hissəsinin məcburi qaydada 2437 manat kompensasiya ödənilməklə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, regionların, həmçinin Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı dövlət proqramlarında içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı genişmiqyaslı tədbirlər öz əksini tapıb və artıq onların böyük bir hissəsi reallaşdırılıb. “Göyçay şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi vətəndaşların layiqli həyat şəraitinin təmin olunması vəyaşayış səviyyəsinin yaxşılaşdırılması məqsədilə dövlət başçısı tərəfindən həyata keçirilən islahatlar sırasında ən mötəbər layihələrdən biridir. Cavabdeh tərəfindən Göyçay Rayon Məhkəməsində İd diaçı ASC-yə qarşı “özbaşına tikililərin sökülməsi və mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair” iddia qaldırılmış və iddia tələbi təmin edilmişdir. Məhkəmə araşdırması zamanı Göyçay rayon İcra Hakimiyyəti tərəfindən “Göyçay Sukanal” TSC-nin daimi istifadəsinə verilmiş torpaq sahəsinin Cavabdeh mülkiyyətində olduğu İddiaçı ASC-yə yalnız o zaman məlum olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2016-cı il tarixli 2(102)-xx/16 saylı qərarı qanuni qüvvəsini almış və Göyçay rayon İcra Şöbəsinin 19.05.2016-cı il tarixli 1669xx/2016 saylı icra sənədi ilə məhkəmə qərarı icraya yönəldilmişdir. ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən Göyçay rayonunun Potu kəndi ərazisində yerləşən 1,92 ha torpaq sahəsinin, hab elə xx xxx 2008-ci il tarixdə mülkiyyətinə verilmiş reyestr nömrəsi **********38, qeydiyyat nömrəsi ********** olan 0,05 ha və reyestr nömrəsi **********39, qeydiyyat nömrəsi ********** olan 0,05 ha həyətyanı torpaq sahələrinin Cavabdeh məxsus olması mübahisə doğurmur və bu, onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən verilmiş çıxarışlarla da təsdiq olunur. Lakin mübahisəli torpaq sahəsində tikilmiş su anbarı strateji əhəmiyyətli obyekt olduğundan onun sökülməsi dövlət əhəmiyyətli layihənin həyata keçirilməsinə mane olur. “Göyçay şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində görülən işlərin əhəmiyyəti ondan ibarətdir ki, artezian quyularının yanındakı (Potu kəndindəki) anbarlardan şəhərin şi mal hissəsindəki dağ yüksəkliyində inşa olunacaq su anbarlarına içməli su ötürülərək, nəticədə paylayıcı kəmərlərlə şəhərin bütün ərazilərinə suyun nəqlini təmin etmək mümkün olacaq. “Azərbaycan Respublikasında kiçik şəhərlərin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” layihəsinin ilkin olaraq Göyçay, Naxçıvan və Ağdaş şəhərlərində həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə “X3” 30 milyon, Azərbaycan höküməti isə 9,9 milyon dollar vəsait ayırmışdır. xx xxx 2007ci il tarixli “Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrası ilə bağlı yeni su anbarının tikintisi üçün torpaq sahəsinin ayrılması barədə” Göyçay rayonu Potu kəndində tərtib olunan Aktdan görünür ki, “X3” ilə Azərbaycan höküməti arasında bağlanmış müqaviləyə əs asən Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qururulması layihəsinin icrası ilə əlaqədar yeni su anbarının tikintisi üçün torpaq sahəsinin ayrılması ilə bağlı Potu bələdiyyəsi ərazisinə baxış keçirilmişdir. Bu məqsədlə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12.4-cü maddəsinə əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanuna uyğun olaraq sözügedən layihənin icrası ilə bağlı hazırda mübahisə doğuran ərazilərin “Göyçay Sukanal” TSC-nin daimi istifadəsinə verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Göyçay rayon İcra Hakimiyyəti başçısının xx xxx 2007-ci il tarixli 231 nömrəli Sərəncamına əsasən Potu bələdiyyəsi ərazisində su anbarının tikintisi üçün 0,88 ha, artezian quyularının tikintisi üçün isə 0,54 ha, Şəhadət bələdiyyəsi ərazisindən çirkab suları n təmizləyici qurğularının tikintisi üçün 10 ha torpaq sahəsi ayrılaraq “Göyçay Sukanal” TSC-nin daimi istifadəsinə verilmişdir. Belə vəziyyətdə Cavabdeh məxsus torpaq sahələrinin də dövlət ehtiyacları üçün məcburi qaydada kompensasiya ödənilməklə alınması zəruridir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2017-ci il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etdi və kassa siya şikayətində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdi. Cavabdehin nümayəndəsi X1 Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinəəsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, Vəkil izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli vəŞəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədə n saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın əsassız olması ilə bağlı gəldiyi nəticə ilə razılaşıb həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Göyçay rayonu Potu kəndində 1,92 ha və 0,05 ha ölçülərində torpaq sahələri mülkiyyət hüququ əsasında cavabdehə məxsusdur. İddiaçı tərəfindən cavabdehə qeyd edilən torpaq sahələrinin dövlət zərurəti ilə əlaqədar kompensasiya ödənilməklə alınması barədə dəfələrlə təkliflər edilsə də, bununla bağlı heç bir razılıq əldə olunmamışdır. İddiaçının cavabdehə təklif etdiyi kompensasiyanın məbləği 2437 manat təşkil etmişdir. Halbuki, “Respublika Xammal və Əmtəə” Birjası “xxxx” MMC-nin 25.12.2017-ci il tarixli 115 və 141 sayl ı rəylərinə əsasən Cavabdeh məxsus olan Göyçay rayonu Potu kəndində yerləşən 1,92 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qiyməti 28 800 manat, 0,05 ha həyətyanı torpaq sahəsinin qiyməti isə 22 000 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi həmçinin müəyyən etmişdir ki, hazırkı iş üzrə iddiaçı olan İddiaçı ASC “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə əməl etmədən Cavabdeh məxsus torpaq sahəsini özbaşına zəbt etmiş, ondan qanunsuz istifadə edərək orada su anbarı və başqa tikililər inşa etmişdir. Cavabdeh tərəfindən Göyçay Rayon Məhkəməsində İddiaçı ASC-yə qarşı “özbaşına tikililərin sökülməsi və mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iddia qaldırılmış, həmin iddia təmin olunmuş və qətnamə qanuni qüvvəyə mindikdən sonra iddiaçı mübahisəni kompensasiya ödəməklə həll etmək qərarına gəlmiş, bu məqsədlə məhkəmədə mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olan cavabdehə qarşı hazırkı iddia tələbini irəli sürmüşdür. İddiaçı mübahisəli torpaq sahəsinin məcburi alınması üçün cavabdehə 2437 manat məbləğində kompensasiya təklif etmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən kompensasiya kimi cavabdehə təklif olunan pul məbləğini ağlabatan və ədalətli hesab etməyərək iddianı rədd etmişdir. Məhkəmənin qənaətinə görə təklif edilən kompensasiya məbləği mübahisəli torpaq sahəsinin real bazar qiymətinə qətiyyən uyğun gəlmir və cavabdeh həmin məbləğlə razılaşmamaqda haqlıdır. İddiaçının apellyasiya şikayəti əsasında işə baxan apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi işin faktik i halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 157.9-ci, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, 15, 19.3, 20, 23, 29, 52, 55, 59, 68-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.9-cu maddəsinə görə, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi oby ektlərinin tikilməsi məqsədi ilə alınır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Nazirlər Kabinetinin) qərarı ilə müəyyən edilir. Həmin qərarla alan orqan müəyyən edilir və torpağın alınması barədə qərarın qəbul edilməsinə hazırlıq başlanılır. Həmin Qanunun 15-ci maddəsinə müvafiq olaraq, torpaqları dövlət ehtiyacları üçün alan orqan torpağın alınması təklifi ilə bağlı ictimai iclaslar keçirməli, həmin iclaslarda başqa məsələrlə yanaşı, alınmanın təsirinə məruz qalan şəxsləri ödəniləcək kompensasiyanın növləri, habelə kompensasiyanın müəyyən edilməsi və ödənilməsi qayda və üsulları haqqında məlum atlandırmalıdır. Həmin Qanunun 19.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının torpağın alınması haqqında qərarı ilə alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaradılır. Həmin Qanunun 20-ci maddəsinə görə, alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır... Torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir... Alan orqan torpağın alınmas ı haqqında qərarın və həmin qərarın hüquqi qüvvəsinə dair arayışın surətini alınmanın təsirinə məruz qalan şəxslərin diqqətinə çatdırmaq vəzifəsi daşıyır. Həmin Qanunun 23-cü maddəsinə əsasən, torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə bu maddədə nəzərdə tutulan tədbirləri həyata keçirir, o cümlədən, alınan hər bir torpaq və digər əmlakın qiymətləndirilməsi məqsədləri üçün qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə yolu ilə müstəqil qiymətləndirici cəlb edir; müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri... təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca gös tərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir və s. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən, torpağın və ya onun müəyyən hissəsinin müvafiq layihə üçün alınmasının zəruri olmadığını iddia edən, habelə ödənilən kompensasiyanın məbləği ilə razı olmayan alınmanın təsirinə məruz qalan şəxs qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 52.5-ci maddəsinə əsasən, tərəflər, yaxud onların nümayəndələri kompensasiyanın ödənilməsi haqqında razılığa gəldikdə və həmin razılıq yazılı formada hazırlanıb bütün tərəflər tərəfindən imzalandıqda kompensasiyanın ödənilməsi həmin müqavilə bağlandıqdan və imzalandıqdan sonra istənilən vaxt təsdiq olunmaq üçün məhkəməyə təqdim oluna bilər və bu zaman kompensasiyanın ödə nilməsinin məhkəmə tərəfindən təsdiqi heç bir məhkəmə araşdırılması aparılmadan həyata keçirilir. Həmin Qanunun 52.6-cı maddəsinə görə, alınmanın təsirinə məruz qalan hər hansı şəxs alan orqanın və ya qrupun, habelə onların vəzifəli şəxslərinin torpağın alınması ilə əlaqədar hüququn verilməsi və ya kompensasiyanın ödənilməsi, yaxud köçürülmə və digər məsələlərlə bağlı müvafiq olaraq qərarlarından, hərəkətlərindən (hərəkətsizliyindən) yuxarı orqana və (və ya) məhkəməyə şikayət verə bilər. Həmin Qanunun 55.1-ci maddəsinə əsasən, bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: (55.1.1) bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; (55.1.2) torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üç ün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. Həmin Qanunun 55.2-ci maddəsinə görə, bu Qanunun 55.1-ci maddəsində göstərilən qiymətləndirmə üsullarından hər ikisi tətbiq edilə biləcəyi hallarda ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün torpağın daha yüksək qiymətini verən üsul tətbiq edilir. Həmin Qanunun 58-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə eht imal olunan qiyməti deməkdir.Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir.Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar qiyməti mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. Həmin Qanunun 65-ci maddəsinə müvafiq olaraq, kompensasiya itirilmiş torpaqla müqayisə ediləcək keyfiyyətə və ölçüyə malik olan torpaq sahəsinin verilməsi və ya torpaq və digər kapital itkisinə görə müəyyən edilmiş məbləğdə birdəfəlik pul ödənişi formasında ödənilə bilər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətidir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyə tidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı e tirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə toplanmış sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymətləndirilərkən yuxarıd a göstərilən tələblərə əməl edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Şəki Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən və qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli, 2(107)-xx/18 s aylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2271/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2271/2019
02.04.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver