Məhkəmə qərarları › İş №2(102)-2271/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2271/2024

23.07.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2271/2024 23.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “Tibb Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X4ə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinin müddətinin qurtarması (ƏM-in 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X4ə qarşı “əmrin ləğv edilməsi, əmək müqaviləsinin müddətsiz hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1529/2024 nömrəli, 7 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh ilə iddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı 22 fevral 2023-cü il tarixdə “TƏBİB”-in tabeliyində olan Gəncə Şəhər Birləşmiş X3 Şəxsinin direktorun inzibati məsələlər üzrə müavini vəzifəsinə qəbul edilərək onunla əmək müqaviləsi 3 ay müddətinədək bağlanmışdır. Əmək müqaviləsinin 9-cu bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir.

2. Cavabdehn PHŞ-6/3-1-1287/2023 saylı xx.xx.2023-cü il tarixli əmrinə əsasən Gəncə Şəhər Birləşmiş X3 şəxsin direktorun inzibati məsələlər üzrə müavini İddiaçı 23 avqust 2023-cü il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış 22 fevral 2023-cü il tarixli 323 saylı əmək müqaviləsinə xitam verilməsi, əmrin icrası və son haqqhesabın qanunvericiliyinə uyğun şəkildə hesablanıb ödənilməsinin təmin edilməsi "Gəncə Şəhər Birləşmiş Xəstəxanası" X4 direktoruna tapşırılması əmr edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin icraçı direktorunun vəzifəsini müvəqqəti icra edən X2 onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 23 avqust 2023-cü il tarixli PHŞ-6/3-1-1287/2023 nömrəli əmrinin ləğv edilməsi, cavabdeh ilə onun arasında bağlanmış 22 fevra l 2023-cü il tarixli əmək müqaviləsinin müddətsiz hesab edilməsi, onun əvvəlki vəzifəsinə, yəni “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X4 direktorunun inzibati məsələlər üzrə müavini vəzifəsinə işə yenidən bərpa olunmağı, işə bərpa olunduğu günədək məcburi işburaxma müddətinə görə əmək haqqının və əmək haqqına hesablanan əlavələrin ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddia ərizəsi işin faktiki hallarına uyğun onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş vəzifənin icrası əvvəlcədən daimi xarakterli olduğu bəlli olduğundan onunla müddətli əmək müqaviləsi deyil, müddətsiz əmək müqaviləsi bağlanmalı idi. Çünki müddətli əmək müqaviləsinin bağlanması üçün əsas şərt - işin və ya göstərilən xidmətin daimi xarakterə malik ol mamasıdır. Bu halda isə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə onun gördüyü işin daimi xarakterə malik olması istisna edilməmiş və bu hal əvvəldən cavabdehə bəlli olmuşdur. Hər bir halda müddətli əmək müqaviləsi bağlanması işçini işəgötürəndən asılı edən və işçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönəlmiş haldır. Bununla yanaşı işlədiyi müddət ərzində əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını vicdanla yerinə yetirmiş, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmiş, müdiriyyətin işlə əlaqədar tələblərini yerinə yetirmişdir. 3 aylıq müddət başa çatdıqdan sonra da o, işinə davam etmişdir. Lakin 23 avqust 2023-cü il tarixində işə gələrkən rəhbərlik tərəfindən bildirilmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bu barədə ona əvvəlcədən hər hansı bir xəbərdarlıq edilməmişdir. Yalnız bundan sonra ona məlum olmuşdur ki, cavabdehin icraçı direktorunun vəzifəsini müvəqqəti icra edən X2 23 avqust 2023-cü il tarixli PHŞ-6/3-1-1287/2023 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilən zaman isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə, yəni əmək müqaviləsinin müddətinin qurtarmasına istinad edilmişdir. Təyin olunduğu “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X4 direktorunun inzibati məsələlər üzrə müavini vəzifəsi üzrə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu üçün onunla bağlanmış əmək müqaviləsi hər hansı bir müd dət müəyyən edilmədən bağlanmalı olduğundan TƏBİB-in icraçı direktorunun vəzifəsini müvəqqəti icra edən X1 əmri tamamilə qanunsuz bir əmr olmuşdur. Bu səbəbdən də həmin əmr ləğv olunmalı və onunla bağlanmış 22 fevral 2023cü il tarixli əmək müqaviləsi müddətsiz hesab edilməlidir.

5. Cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə uyğun olaraq 22 fevral 2023-cü il tarixli PHŞ-6/3-1-194/2023 saylı əmək müqaviləsinə xitam ver ilməsi barədə əmri ilə “TƏBİB”-in tabeliyində olan Gəncə Şəhər Birləşmiş X3 Şəxsin direktorun inzibati məsələlər üzrə müavini əmək müqaviləsinə müddəti qurtardığına görə xx.xx.2023-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-4834/2023 nömrəli iş üzrə 19 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz olduğunu və onun qanunla qorunan hüquq və mənafelərinin kobud şəkildə pozduğunu bildirsə də, bununla əlaqədar məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Əksinə m əhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlardan görünmüşdür ki, iddiaçı ilə bağlanılmış 22 fevral 2023-cü il tarixli əmək müqaviləsi müddətli əmək müqaviləsi olmuş, həmin müqavilə 3 ay müddətinə bağlanılmış, müddət qurtardıqda əmək münasibətləri davam etdirilmiş, əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış, növbəti 3 ayın tamamında isə müqavilənin müddəti yekunlaşmış, bundan sonra əmək münasibətləri davam etdirilməmiş və müddət bitdikdən sonra xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinə xitam verilməsi qaydalarına əməl olunmaqla xitam verilmişdi r.

8. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45.1, 45.1, 47-ci maddənin “f” bəndi, 68.1, 68.2-ci maddənin “b” bəndi, 73.1, 76-cı, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra başqa şəxsin həmin vəzifəyə təyin edilməsi onun təyin edildiyi vəzifənin daimi xarakterli olduğunu bir daha təsdiq etmişdir. O, işlədiyi müddət ərzində əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funks iyalarını vicdanla yerinə yetirmiş, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmiş, müdiriyyətin işlə əlaqədar tələblərini yerinə yetirmişdir. Bundan başqa məhkəmə sözügedən qətnaməni həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən formalaşdırılmış hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması ilə çıxmışdır. Belə ki, iddia ərizəsində oxşar işlərlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyini əks etdirən bir neçə qərar əlavə olunmasına baxmayaraq məhkəmə qeyd edilən hala da ümumiyyətlə hər hansı bir əhəmiyyət verməmişdir. Eyni məna və məzmunlu, eyni əhəmiyyətli, işin faktiki halları eyni olan işlər üzrə məhkəmələrin, bəlkə də elə eyni hakimin müxtəlif qərarlar çıxarması hüquqi müəyyənlik prinsiplərini də çox kobud surətdə poz muşdur. Onunla ilkin olaraq bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsi 3 ay müddətinə bağlandığına görə həmin 3 ay sınaq müddəti kimi qəbul olunsa belə sonradan müqavilənin müddəti uzadılmasaydı, onda bunu sınaq müdddəti kimi qəbul etmək olardı. Hazırda isə sonradan daha 3 ay müddətinə müqavilə uzadılmışdır ki, bunu da sınaq müddəti kimi qəbul etmək olmaz. Belə olan halda isə müqavilə müddətli deyil, müddətsiz hesab edilməli idi. Məhkəmə bu fakta da hər hansı bir əhəmiyyət verməmişdir. Hələ xx.xx.2023-cü il tarixində “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X4 direktorunun inzibati məsələlər üzrə müavini vəzifəsinə başqa şəxsin təyin olub-olmaması barədə sorğu verilsə də, sorğuya cavab yalnız qətnamə çıxarıldıqdan sonra verilmişdir. Hətta bu barədə məhkəmə tərəfindən verilmiş sorğuya da cavab verilməmişdir. Sorğunun verilməsində məqsəd isə tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş vəzifənin icrasının əvvəlcədən daimi xarakterli olub-olmamasını müəyyən etmək olmuşdur.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1529/2024 nömrəli mülki iş üzrə 7 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının əmək funksiyaları çərçivəsində yerinə yetirdiyi iş şərtlərinə görə daimi xarakterə malik olduğu həm iddiaçı, həm də cavabdeh üçün qa baqcadan bəlli olan bir hal olmuş, buna baxmayaraq, onları, xüsusilə də iddiaçını müddətli əmək müqaviləsinin bağlanmasından çəkindirməmişdir. Bu səbəbdən iddiaçının əmək funksiyaları Əmək Məcəlləsinin 47-ci maddəsinin “a-ə”, “g” və “ğ” bəndlərində sadalanan hallara uyğun gəlməmişdir. Həmin maddənin “f” bəndinə əsasən isə qanunverici əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, məhz tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında bağlanmış müqavilələri sadalanan hallara aid edir. Belə ki, tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45-ci və 4 7-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müddətli müqavilənin qanuniliyinə qiymət verilərkən müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır. İddiaçı 19 ildən artıq müddət ərzində (xx.xx.2001-ci il tarixdən - xx.xx.2020-ci il tarixədək (sonuncu iş günü xx.xx.2020ci il tarixi) Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun ayrı-ayrı regional şöbələrində müxtəlif vəzifələrdə çalışmışdır. Onun xx.xx.2020-ci il tarixdən – xx.xx.2023-cü il tarixədək hər hansı şəxslə əmək münasibətlərində olduğu müəyyən e dilməmişdir. İddiaçı ilə cavabdeh arasında əmək münasibətləri yalnız xx.xx.2023-cü il tarixdə, müddətli əmək müqaviləsinin bağlanması ilə yaranmışdır. Bununla belə bu müqavilədən əvvəl iddiaçı öz əmək fəaliyyətinin hər hansı dövründə cavabdehlə əmək münasibətlərində olmamış, hər hansı müqavilə bağlamamış, ümumiyyətlə 3 ilə yaxın müddət ərzində rəsmi əmək münasibətlərində olmamışdır.

14. Məhkəmə kollegiyası bildirmişdir ki, xx.xx.2023-cü il tarixdən əvvəl hər hansı formada cavabdehlə əmək münasibətlərində olmamış, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi məhz tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında 3 ay müddətinə bağlanmış, bundan sonra daha 3 ay müddətinə uzadılmış və həmin müddətin sonunda əmək münasibətlərinə xitam verilmişdir. Nəticədə əmək münasibətləri cəmi 6 ay davam etmiş, həmin müddət ərzində tərəflərin hər hansı biri, xüsusilə də iddiaçı əmək müqaviləsinin müddətsiz bağlanması tələbini irəli sürməmişdir. Tərəflərin münasibətlərinin xarakterinin xx.xx.2023-cü il tarixli əmrin qəbul edilməsinə təsir etməsi, o cümlədən fəaliyyəti dövründə cavabdehin iddiaçıya münasibətdə qərəzli mövqe sərgiləməsi müəyyən edilməmişdir. xx.xx.2023-cü il tarixli əmrin məhz cavabdehin sərbəst iradə ifadəsinin olmaması, cavabdehin bu əmri qəbul etməkdə hüquq bərabərliyi prinsipini pozmaq niyyətində olması, hər hansı başqa məqsəd güdməsi də aşkar edilməmişdir. Bununla belə iş üçün diqqətəlayiq olan bütün hallar da nəzərə alınmaqla, göstərilən xidmətlərin daimi xarakterə malik olması, iddiaçın fəaliyyət göstərdiyi 6 ay ərzində intizam məs uliyyətinə cəlb edilməməsi, habelə digər bu kimi dəlillər hər hansı formada apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz.

15. Məhkəmə kollegiyası iddiaçının bir sıra qərar və qətnamələrə istinad etməsi ilə bağlı qeyd etmişdir ki, həmin qərarlar işəgötürənin təşkilatı-hüquqi formasının dəyişməsi nəticəsində işçi ilə əmək müqaviləsinə xitam verilməsi və yeni yaranmış qurumda işçinin eyni və ya oxşar vəzifəyə qəbul edilməməsi, o cümlədən müddətsiz əmək müqaviləsinin müddətli əmək müqaviləsinə dəyişdirilməsi və sair bu kimi hallarla bağlı olmuşdur. Bu səbəbdən həmin işlər üzrə nümayiş etdirilmiş mövqeyin hüquqi nəticə etibarı ilə hazırkı mübahisəyə hər hansı aidiyyəti olmamışdır.

16. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 43-cü maddəsinin İİ hissəsinin “d ” bəndinə, 45.1, 47-ci maddəsinin “f” bəndinə, 68-ci maddəsinin “b” bəndinə, 73.1, 83.1, 300-cü maddəsinin İ bəndinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.1, 217.3, 217.4, 384.0.1-ci maddələrinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam olaraq təmin o lunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən məhkəməyə müqavilədə nəzərdə tutulmuş vəzifənin icrasının əvvəlcədən daimi xarakterli olduğu cavabdehə bəlli olduğu halda nəyə görə tərəflər arasında müddətsiz deyil, müddətli əmək müqaviləsinin bağlandığını sübut edən hər hansı dəlil təqdim olunmamışdır. Buna baxmayaraq məhkəmə kollegiyası tamamilə qanunsuz və əsassız olaraq müddətli əmək müqaviləsinin bağlanmasında hər hansı bir qanun pozuntunun olmadığını qeyd edərək birinci instansiya məhkəməsinin qanunsuz qətnaməsini qüvvədə saxlamışdır. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə müqavilədə nəzərdə tutulmuş vəzifənin icrasının əvvəlcədən daimi xarakterli olduğu cavabdehə bəlli olsa belə müddətli müqaviləsinin bağla nmasında hər hansı bir qanun pozuntusu olmamışdır. Lakin məhkəmə kollegiyası öz qətnaməsində hansı əsasa və hansı sübuta istinad edərək belə bir qənaətə gəldiyini, belə bir sübutun olmadığı təqdirdə nə üçün ondan istifadə etdiyini əsaslandıra bilməmişdir.

19. Kassator şikayətini Azərbaycan Respublikasının 45, 47, 51-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.1, 418.6-cı maddələrinə, «C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 iyun 2014-cü il tarixli və “Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiy asının 16 iyul 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 7 mart 2016-cı il tarixli qərarlarına, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2024-cü il tarixli qərarına istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

21. Maddə 43. (hissə İİ bənd “d”) Əmək müq aviləsinin müddəti əmək müqaviləsində mütləq göstərilməlidir.

22. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

23. Maddə 47. (bənd “f”) Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.

24. Maddə 68. (bənd “b”) Əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də əmək müqaviləsinin müddətinin qurtarmasıdır.

25. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləy ə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

26. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

27. Maddə 300. (hissə İ) Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və k assasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd e dilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

39. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 4 07.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

40. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq norma sının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 mart 2024-cü il tarixli 2(103)1529/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar