Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2272/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: torpaq sahəsinin naturada bölünməsi Açar sözlər: birgə əmlak, paylı mülkiyyət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassator İddiaçı iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq m əhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı ilə X3 xx xxxxx 1983-cü İl tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, tərəflər arasındakı nikah xx xxxxxx 2007-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 05 saylı qərarına əsasən xx.xx.2001-ci ildə 0,36 və 0,24 ha olmaqla iki hissədən ibarət 0,60 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi tərəflərin birgə mülkiyyətinə verilmişdir. Quba Rayon Məhkəməsinin xx xxxx 2007-ci il tarixli qətnaməsinə əsasən, torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında verilmiş 0,60 ha torpaq sahəsinin tərəflər arasında bölünməsi, 0,20 ha torpaq sahəsinə X2, 0,40 ha torpaq sahəsinə isə İddiaçı mülkiyyət hüququnun müəyyən edilməsi qət edilmişdi r. 0.20 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi xx.xx.2015-ci ildən Cavabdeh adına daşınmaz əmlakın reyestrində qeydə alınmışdır. Birinci instansiya məhkəməsində icraat xx xxxx 2019-cu il tarixdə XXXqızına qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN-403 saylı, 30301004 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktındakı sxemlər üzrə 403 nömrə ilə işarələnmiş 0,36 ha torpaq sahəsinin bütövlükdə, eləcə də, 403L nömrə ilə işarələnmiş 0.24 ha torpaq sahəsindən 0.04 ha hissənin naturada ayrılaraq ona verilməsi, qalan 0,20 ha torpaq sahəsinin cavabdehə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmin 0,60 ha torpaq sahəsinin 0,40 hektarına onun, 0,20 hektarına isə cavabd ehin payı müəyyən olunmuşdur. Həmin torpaq sahəsinin 0,36 hektarı dövlət aktında meyvə bağı kimi göstərilsə də, həmin sahədə heç bir meyvə ağacı yoxdur, həmin sahə digər 0,24 ha sahə kimi boş, əkin sahəsi olaraq istifadə olunur. Qətnamə əsasında müəyyən olunmuş payları naturada faktiki olaraq ayrılmadığından, o, öz payına müstəqil olaraq reyestrdən çıxarış ala bilmir və öz payı üzərində müstəqil sərəncam vermə hüququ məhdudlaşmışdır. Uzun illərdir ki, həmin torpaq sahəsinin dövlət aktındakı sxem üzrə 403 nömrə ilə qeyd olunmuş 0,36 ha torpaq sahəsindən bütövlükdə o, istifadə edir, ona görə də həmin 0,36 ha torpaq sahəsinin naturada bölgü aparılarkən ona verilməsi, 403L nömrə ilə işarələnmiş 0,24 ha torpaq sahəsinin 0,20 ha hissəsinin cavabdehə verilməsi, qalan 0,04 ha torpaq sahəsinin ona verilməsi məqsədəmüvafiqdir. Həmin ərazilərin başqa formada bölgüsü nə ona, nə də cavabdehə sərfəli deyildir. Əks təqdirdə, həmin torpaq sahələrindən müstəqil istifadə etmələrində narazılıq və maneələr yaranacaqdır. Cavabdehlə könüllü olaraq həmin paylarının naturadan ayrılmasına razılığa gəlmək mümkün deyil. İş üzrə alınmış xx xxx 2020-ci il tarixli məhkəmə-tikinti texniki ekspertizasının rəyinə əsasən, JN-403 saylı, 30301004 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə tərəflərin mülkiyyətinə verilmiş 0.60 ha pay torpaq sahəsinin koordinatları ilə faktiki istifadə olunan torpaq sahələrinin koordinatları arasında fərq vardır. Bu səbəbdən, İddiaçı və Cavabdeh payının naturada və ümumi mülkiyyət hüququndakı paya uyğun bölgüsü mümkün deyildir. Quba Rayon Məhkəməsinin 2(027)-160/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.T.Həsənov) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, mülki iş üzrə təyin edilmiş mütəxəssis və ekspertiza rəylərindən müəyyən olunur ki, mübahisəli torpaq sahəsində iddiaçıya məxsus payın naturada ayrılması texniki cəhətdən mümkün deyildir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirmiş, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış və həmçinin göstərmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyil, məhkəmə mübahisənin mahiyyəti üzrə hər hansı bi r araşdırma aparmamış, maddi və prosessual hüquq normalarını pozmuşdur. Cavabdeh iddiaçının xəbəri olmadan notariat qaydasında təsdiq olunan və imzalanmış bölgü sxemini qanunsuz əldə edərək DƏDRX-in 05 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim etməklə 0,36 bağ sahəsindən qanunsuz 0,20 hektarına çıxarış əldə etmişdir. İddiaçıya məxsus payı olan bağdan ona çatacaq məhsul yığaraq faydalanır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2447/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.R.Abasov, S.A.Qafari, T.Q.Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, iş üzrə alınmış mütəxəssis rəyi və məhkəmə tikinti-texnika ekspertiz asının rəyi ilə müəyyən olunmuşdur ki, dövlət aktı ilə tərəflərin mülkiyyətində olan 0.60 ha pay torpaq sahələrinin koordinatları ilə faktiki istifadə olunan torpaq sahələrinin koordinatları arasında fərq vardır. Bu səbəbdən tərəflərin payının naturada və ümumi mülkiyyət hüququndakı paya uyğun bölgüsü mümkün deyildir. Qeyd olunan torpaq sahəsi kiçik ölçülü pay torpaq sahəsi olduğundan payçılar arasında bərabər hissələrə bölünməsi torpağın öz məqsədli və təsərrüfat təyinatına görə səmərəsiz istifadəçiliyinə, eləcə də əlavə servitut (torpaqdan məhdud istifadə) hüquqlarının yaranmasına zəmin yaradacaqdır. Bu səbəbdən də iş üzrə qeyd olunan torpaq sahəsi təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməyən torpaqlar olduğundan bölgü aparılması və torpaq sahəsinin nat urada müəyyən edilməsi mümkün olmamışdır. Bundan başqa, cavabdeh hələ 2015-ci ildə ona ayrılmış 0,20 ha torpaq sahəsinə dair hüquqlarını dövlət qeydiyyatına aldırmış, həmin torpaq sahəsinə dair onun adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Başqa sözlə, mübahisəli torpaq sahəsinin artıq naturada bölgüsü aparılmışdır. Dövlət reyestrində aparılmış həmin qeydiyyat, torpaq sahəsinin planı və ölçüsü hazırda qüvvədədir. Həmçinin iddiaçıya izah edilmişdir ki, hazırki əsasla verilmiş iddia tələbinin təmin edilməməsi, onun yenidən məhkəməyə müraciət edib, Quba şəhəri ərazisində 0.20 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə dair cavabdehin daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci ildə aparılmış mülkiyyət hüququnun qeydiyyatını və həmin tarixli torpaq sahəsinin planı və ö lçüsünü mübahisələndirmək hüququnu istisna etmir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı həmin qətnamədən verdiyi kassasiya şikayətində qənamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və şikayətini iddia ərizəsi və apellyasiya şikayətinə uyğun əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclasında kassator vəkilsiz iştirak etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə məlumatlandırılmış cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasın a və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi nin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, tərəflər birgə nikahda olduqları müddətdə onların birgə mülkiyyətinə 0,60 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir, həmin torpaq sahəsi 0,36 ha və 0,24 ha olmaqla iki hissədən ibarətdir. Eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə qeyd edilən torpaq sahəsinə iddiaçının 0,40 ha hissədə, cavabdehin 0,20 ha hissədə payı müəyyən edilmişdir. Bununla bərabər, həmin torpaq sahəsindən 0,20 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi cavabdehin adına dövlət reyestrində qeydə alınmışdır. Hazırda iddiaçı onun payının müəyyən edildiyi 0,40 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd əldə edə bilmədiyinə isti nad edərək, torpaq sahəsindən payının naturada ayrılmasını tələb edir. Mülki Məcəllənin 220-ci maddəsi ilə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinin naturada bölünməsinin mümkünlüyünü müəyyən etmək məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, həmin ekspertiza rəyində torpaq sahəsinin tərəflərin paylarına uyğun bölünməsinin texniki cəhətdən mümkün olmadığı göstərilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə mötəbər sübut hesab edilə bilməyən həmin ekspert rəyinə istinad edərək, torpaq sahəsinin tərəflərin paylarına uyğun bölünməsinin texniki cəhətdən mümkün olmaması əsası ilə iddianı rədd etmişdir. Əvvəla, paylı mülkiyyətdə olan daşınmaz əmlakın real bölgüsünün mümkünsüzlüyü onu ehtiva edir ki, paylara uyğun bölünməsi əmlaka zərər vuracaq, bundan sonra təyinatı üzrə istifadəsi qeyri-mümkün olacaq. Bu baxımdan, üzərində heç bir əlavə tikili olmayan torpaq sahəsinə münasibətdə real bölgünün mümkünsüzlüyü barədə ekspert rəyi özü-özlüyündə əsassızdır. Digər tərəfdən, əmlakdakı paylara uyğun real bölgünün həyata keçiri lməsinə dair ekspert qarşısına qoyulmuş sual, ümumiyyətlə mübahisənin həlli üçün əhəmiyyət kəsb etmir. Çünki, məhkəmə tərəfindən diqqət yetirilməli daha vacib bir məqam ondan ibarətdir ki, torpaq sahəsinin real bölgüsü həyata keçirilməsə də, cavabdeh artıq ona ayrılmış sahəyə dair hüquqmüəyyənedici sənəd almışdır. Bu halda, xüsusi mülkiyyətdə olan hissəsi də daxil olmaqla torpaq sahəsinin yenidən tərəflər arasında real bölgüsünün həyata keçirilməsi yolverilməzdir. Torpaq Məcəlləsinin 65-ci maddəsi ilə torpaq sahəsinin planı, torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi adlanır. Həmin maddədə təsbit edilmişdir ki, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüy ü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.http://frameworks.eqanun.az/46/f_46942.html Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilat lar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. Cavabdehin mübahisəli torpaq sahəsinin 0,20 ha hissəsinə xüsusi mülkiyyət hüququnun dövlət reyestrində təsdiqləndiyi halda, həmin torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməklə, planı və ölçüsünün də tərtib edilməsi d ə mübahisəsizdir. Belə olan halda isə, məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinin cavabdehin payına uyğun hissədə verilmiş hüquqmüəyyənedici sənəd üzrə yeri müəyyən edilməli və bundan sonra iddia tələbinin qanuniliyinə qiymət verilməli idi. Lakin apellyasiya məhkəməsi işin qeyd edilən hallarına yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə, iş üzrə qanuni və əsaslı hesab edilməyən qətnamə qəbul etmişdir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Q ərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2272/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2272/2021
31.03.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver