Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2272/2025 29.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: torpaq münasibətlərdən irəli gələn münasibətlər; torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması (özbaşına tutulmuş torpaqların qaytarılması). Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin onlara təhvil verilməsi” təl əbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin 8 aprel 2025-ci il tarixli, 2(104)-790/2025 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2007-ci il tarixli notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsinə əsasən, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 1,6101 ha torpaq sahəsi Mehdiyev Arif Əli oğlu, İddiaçı1 Muxtar qızı, İddiaçı2, İddiaçı3, X2, İddiaçı5 tərəfindən 30000 manata Cavabdeh satılmışdır (Torpağın mülkiyyət hüququna dair dövlət aktı JN-178 saylı 50407038 nömrəli). Həmin tarixdən torpaq sahəsi Cavabdeh sahibliyində və istifadəsindədir.
2. Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 1,6101 ha torpaq sahəsinə dair Mehdiyev Arif Əli o ğlunun, İddiaçı1 Muxtar qızının, İddiaçı2, İddiaçı3, X1 və İddiaçı5 ümumi mülkiyyəti olmasına dair 25 sentyabr 2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, xx.xx.2007-ci il tarixli, 4Ə-04-425 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini, cavabdehin onlara və mərhum atası Mehdiyev Arif Əli oğluna məxsus 1,6101 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin onlara təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir ra yon, Qapanlı kəndində onlara və mərhum atasına məxsus 1,6101 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini mərhum atası müvəqqəti olaraq cavabdehin istifadəsinə vermişdir. Onlar mübahisəli torpaq sahəsinə dair 25 sentyabr 2023-cü ildə çıxarış əldə etmişlər. Onlar torpağı özləri becərmək qərarına gəldiyi üçün cavabdehdən torpağı geri qaytarmağı tələb etdikdə, cavabdeh müxtəlif bəhanələr gətirərək guya torpağı cavabdehə satdıqlarını bildirmiş və torpağı qaytarmaq istəmir. Halbuki, onlar notariat kontoruna gedib heç bir alqı-satqı müqaviləsinə qol çəkməmişlər, heç kimdən pul almamışlar. Ona görə də, cavabdeh məhkəmə qaydası ilə onlara məxsus 1,6101 ha torpaq sahəsindən məcburi çıxarılmalı və torpaq onlara təhvil verilməlidir. Qeyd edilənlərə əsasən cavabdehin onlara və mərhum atası Mehdiy ev Arif Əli oğluna məxsus 1,6101 ha torpaq sahəsindən çıxardılması və torpaq sahəsinin onlara təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. 5. 8 oktyabr 2024-cü il tarixli, 4/1381 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyinə əsasən 4Ə-04-425 nömrəli notariat işinin xx.xx.2007-ci il tarixli müqavilədə imzalar İddiaçı1 Muxtar qızı, İddiaçı2, İddiaçı3 və İddiaçı5 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş Ə-04-425 nömrəli notariat işinin 2-ci vərəqində olan xx.xx.2007-ci il tarixli müqavilədə “İmzalar” qrafasında “5” rəqəminin qarşısındakı imzaMehdiyeva (“Məmmədova” Gülnar Arif qızı tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır.
6. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1052/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı Şəmkir rayon Dövlət Notariat Kontorunda 4Ə-04-425 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2007-ci il alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin iddiaçılara təhvil verilməsi tələbinə dair iddianın rədd olunması qət edilmişdir (hakim H. Məhəmmədi).
7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfin həmin alqı-satqı müqaviləsinə imza etməməsi və torpaq sahəsini satmaq niyyətlərinin olmaması barədə bildirdiklərini hesab etməmişdir. Belə ki, iddiaçı tərəfin sözügedən mübahisəli alqı-satqı müqaviləsinə imza etməməsi və torpa q sahəsini satmaq niyyətlərinin olmaması barədə bildirdiklərini inandırıcı hesab etməmiş, iddiaçı tərəf məhkəmə iclası zamanı istinad etdiyi dəlilləri təsdiq edən sübutlar təqdim etməmişdir. Həmçinin iş materiallarında olan sənədlərlə də onların aldadılmalarına imkan verən hallar iş materiallarında təsdiqini tapmamışdır. Eləcə də, mübahisələndirilən əqd notariat kontorunda bağlanmışdır, iddiaçılar öz iradəsini sərbəst ifadə etmək yolu ilə alqı-satqı müqaviləsini notariusun yanında şəxsən imzalamışlar. Belə olan halda iddiaçıların alqı-satqı müqaviləsinin məzmunundan xəbərdar olmamaları məhkəmə tərəfindən inandırıcı hesab edilməmişdir.
8. Məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etmişdir ki, Şəmkir rayonu, Qapanlı kəndi ərazisində yerləşən 1,6101 ha torpaq sahəsi Mehd iyev Arif Əli oğlunun və onun övladları - İddiaçı1 Muxtar qızının, İddiaçı2, İddiaçı3, X1 və İddiaçı5 mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsi yuxarıda adı çəkilən şəxslər tərəfindən Cavabdeh satılmışdır.
9. Həmçinin, xx.xx.2024-cü il tarixli, 4/1381 nömrəli ekspert rəyinə əsasən, xx.xx.2007-ci il tarixli, 4Ə-04-425 nömrəli notariat işindəki alqı-satqı müqaviləsindəki imzaların İddiaçı1 Muxtar qızına, İddiaçı2, İddiaçı3 və İddiaçı5 məxsus olduğu müəyyən edilmişdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 334 və 407.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı5 apellyasiya şikayəti verərək, birinci instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar Cavabdeh Şəmkir rayonu Qapanlı kəndində yerləşən torpaqlarını satmamışlar. Onlar notariat kontoruna gedib ona torpaq satılmamışdır. Mərhum ataları Arif müvəqqəti olaraq 1,6101 ha torpaq sahəsini müvəqqəti cavabdehə vermişdir. Hal-hazırda onlar torpaq sahəsinə dair 2023-cü ildə çıxarış almışlar. Əgər həqiqətən də, onlar cavabdehə torpaq satsaydılar, cavabdeh torpağa dair adına çıxarış alardı. O, bunu etməmişdir. Bu isə bir daha onu sübut etmişdir ki, məhkəmə onların iddiasını rədd edərkən düzgün nəticəyə gəlməmişdir. Məhkəmə iddialarını rədd edərkən işdə olan cavabdehin təqdim etdiyi alqı-satqı müqavi ləsinə istinad etmişdir. Halbuki, onlar notariat kontoruna gedib alqı-satqı müqaviləsi bağlamamışlar. Məhkəmənin bu müqaviləyə istinad edib iddiaçıların iddiasını rədd etməsinin hüquqi əsası yoxdur. Çünki torpaq sahəsi onların mülkiyyətindədir. Məhkəmə iddialarını rədd edərkən mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırmışdır. Hal-hazırda torpağı onlar əkib becərir. Bu fakt bir daha torpağın onlara məxsus olduğunu sübut edir.
13. Məhkəmə iclasında iddiaçı, həmçinin digər iddiaçıların nümayəndəsi İddiaçı5 apellyasiya şikayətini müdafiə edərək eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, onlar cavabdehə torpaq sahəsi satmamışlar. DƏDKR publik hüquqi şəxs torpaqları ölçüb onlara vermişdir. Əgər onların sənədlərində problem olsa idi, notariat orqanı onlara sənəd verməzdi.
14. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, mübahisəli torpaq sahəsini 18 ildir ki, satın almışdır. Başqa torpaq sahələri olduğu üçün düşünmüşdür ki, hamısına bir yerdə çıxarış əldə etsin. 2007-ci ildən torpaq sahəsi onun istifadəsində olmuşdur. O, iddiaçıların 1,68 ha torpaq sahəsini satın almışdır. Qalan digər torpaq sahələri iddiaçıların özlərinə məxsusdur.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin tə min edilməməsini, qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi notariat qaydasında rəsmiləşdirilmişdir. Hətta cavabdeh iddiaçılar ilə notariat orqanına birlikdə getmişlər. Həmin vaxt alqı-satqı müqaviləsi elektron sistemə yüklənmədiyi üçün iddiaçılara çıxarış verilərkən DƏDKR publik hüquqi şəxsi müraciət zamanı müqavilə məlumatları sistemdə mövcud olmadığından nəzərə alınmamışdır.
16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-790/2025 nömrəli, 8 aprel 2025-ci il tarixli qətnaməsi ilə İddiaçı5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1052/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxla nılması qət edilmişdir (hakimlər M. Mustafayev (sədrlik edən və məruzəçi), F. Mehdiyev və L. Süleymanov).
17. Apellyasiya məhkəməsi rayon məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, daşınmaz əmlakın **********82 saylı reyestr nömrəsi ilə qeydiyyatda olan Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 1,6101 ha torpaq sahəsi Mehdiyev Arif Əli oğlunun, İddiaçı1 Muxtar qızının, İddiaçı2, İddiaçı3, X1 və İddiaçı5 ümumi birgə mülkiyyətinə verilmişdir. Lakin həmin torpaq sahəsi göstərilən şəxslər tərəfindən Cavabdeh 4 dekabr 2007-ci il tarixdə, 4Ə-04-425 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Həmin müqavilə qüvvədədir. Onun etibarsız hesab edilməsi və ya ləğv olunması ilə bağlı iddiaçılar tərəfindən məhkəmə kollegi yasına heç bir mötəbər sübut təqdim edilməmişdir. Həmçinin qeyd edilən hal Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyi ilə təsdiqlənmişdir.
18. Məhkəmə 8 oktyabr 2024-cü il tarixli 4/1381 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin ekspert 4 dekabr 2007-ci il tarixli müqavilədə “İmzalar” qrafasında “5” rəqəminin qarşısındakı imza-Mehdiyeva (Məmmədova) Gülnar Arif qızı tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmaması ilə bağlı qeyd etmişdir ki, həmin hissədə tədqiq olunan imzada qrafik materialların azlığı, cizgilərin sadəliyi, imzanın bütövlükdə quruluşunun sadə olması müqayisə vaxtı qəti bir rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyatını seçib ayırmağa imk an vermədiyinə görə mümkün olmamışdır. Lakin hətta həmin imza Mehdiyeva (Məmmədova) Gülnar Arif qızına məxsus olmasa belə, 2007-ci ildən mübahisəli torpaq sahəsinin cavabdehin istifadəsində olmasını və həmin torpaq sahəsinin istifadə edilməsinə Mehdiyeva (Məmmədova) Gülnar Arif qızının etiraz etməməsini nəzərə alsaq, onun həmin əqdi bəyənməsi və bu baxımdan əqdin etibarlı hesab edilməsi nəticəsinə gəlinmişdir. Belə ki, F.Nəcəfovanın şikayəti üzrə “Ali Məhkəmənin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərənc am verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi, digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin Səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyən edilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ g əlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın vaxtından asılı olmayaraq, o, əqdin bağlandığı andan etibarən əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə, əqdin bəyənilməsi birtərəfli əqd hesab olunur və onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşya sı kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasl arı ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrə əsaslanmamalı, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidirlər.
19. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ və İİ hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1, 146.1, 152.1, 334.1, 334.2, 389.2, 394 və 567-ci, Mülki Prosessual Məcəlləsinin 4.1, 77.1, 81, 88, 217.3, 372.1, 372.6, 372.7, 384.0.1 və 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qar şı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı5 (həmçinin digər iddiaçıların etibarnamə üzrə nümayəndəsi kimi çıxış edir) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və müəyyən olunmuş sübutlar əsasında iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. İddiaçı kassasiya şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1 və 152-ci maddələrinə istinad edərək onunla əsaslandırmışdır ki, cavabdehin mübahisəli torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən heç bir mötəbər sübutu yoxdur. Torpağın çıxarışı onların adlarına verilmişdir. Məhkəmə apellyasiya şikayətini rədd edərkən nəzərə almamışdır ki, cavabdeh indiyə kimi adına torpağa dair çıxarış almamışdır. İddiaçılar notariusa gedib alq ı-satqı müqaviləsinə qol çəkməmişlər. Əgər onlar cavabdehə torpağı satmış olsaydılar, cavabdeh keçmiş müddət ərzində torpağa dair adına çıxarış alardı. Mərhum atası torpaq sahəsini müvəqqəti istifadə üçün cavabdehə vermişdir. Belə olan halda iddianın rədd edilməsinin hüquqi əsası yoxdur.
22. Məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətini rədd edərkən MPM-nin 103-cü maddəsinin tələblərini pozmuşdur. Belə ki, ekspert rəyi məhkəmə üçün məcburi deyil. Lakin məhkəmə işə baxış zamanı ekspert rəylərini məcburi sübut kimi qiymətləndirməmişdir. Məhkəmə ekspert təyin edərkən notariusa getməməklə bağlı iddiaçıların təqdim etdiyi digər sübutları da tam nəzərə almadan qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
24. Maddə 13, hissə İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
25. Maddə 29, hissə İ. Hər kəsin mülkiyyət hüququ vardır.
26. Maddə 29, hissə İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi
27. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsd iqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
28. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
29. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
31. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
32. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.
33. Maddə 334.2. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir.
34. Maddə 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.
35. Maddə
394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.
36. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlam aq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilmişdir, ona görə də qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hal ları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 kassasiya şikayətinin dəlilləri ilk iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.
47. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
48. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-790/2025 nömrəli iş üzrə 8 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.