Məhkəmə qərarları › İş №2(102)-2274/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2274/2020

03.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2274/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Ərizəçinin vəkili X11 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(104)3398/2019 nömrəli qərardadından X6 və vəkili X13 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Gəncə şəhəri Kəpəz Ra yon Qeydiyyat Şöbəsinə qarşı ərizə ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizənin dəqiqləşməsinə dair ərizə ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, 63A-da yaşamış xxx və xxx qızının nənəsi Güllü Seyfulla qızının bacısı və onun həyat yoldaşı (əri) olduqlarına görə qohumluq əlaqələri faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(043)2408/2018 nömrəli qətnaməsi ilə ərizənin təmin edilməsi, Ərizəçinin atası X9 anası X5 bacısı xxx qızının və əri xxx oğlu ilə qohumluq münasibətlərində olması faktının müəyyən olunması qət edilmişdir. Qətnamədən narazı qalan X6 işdə iştirak etməyə cəlb edilməyən, lakin hüquq və vəzifələrinə toxunan şəxs kimi apellyasiya şikayəti vermiş və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(043)-2408/2018 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(043)2408/2018 nömrəli qərardadı ilə (hakim C.T.Tağıyev) X4 məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermək səlahiyyətinin olmaması əsası ilə apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Həmin Məhkəmənin xx xxxx 2019-cu il tarixli qərardadı ilə G.Ə.Zeynalovanın şikayəti təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(104)-3124/2019 nömrəli qərardadı ilə (hakimlər A.V.Bayramov - sədrlik edən və məruzəçi, L.S.Süleymanov və F.Ə.Mehtiyev) G.Ə.Zeynalovanın şikayəti təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli və xx xxxx 2019-cu il tarixli qərardadlarının ləğv edilməsi və X4 Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(043)2408/2018 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin apellyasiya icraatına qəbul edilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(104)-3398/2019 nömrəli qərardadı ilə apellyasiya şikayətinə baxılması mümkün hesab edilmiş və baxışa təyin edilmişdir. Lakin, həmin Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakimlər Ə.İ.Məmmədov - sədrlik edən və məruzəçi, R.Ş.Muradov və Ş.M.Əliyeva) Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2408/2018 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsindən X6 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. X2 Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadından kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, Ərizəçi xxx oğlunun qohumu olması, G.Ə.Zeynalovanın da sonuncunun qohumu olmasını istisna etmir. Ərizəçi ilə G.Ə.Zeynalova və atası Ələkbər Zeynalov arasında çoxsaylı məhkəmə mübahisələri olmuşdur. xxx oğlunun ölməsi faktını müəyyən edən məhkəmənin qanuni qüvvədə olan qərarı yalnız ölüm faktının müəyyən edilməsi haqdadır və şikayətçinin xxx oğlu ilə qohum olmasını heç c ür inkar etmir. Apellyasiya instansiyası məhkəməsi isə yalnız xxx oğlunun ölməsi faktına dair məhkəmə qərarı əsasında verilmiş ölüm şəhadətnaməsini kassatorun həmin şəxslə qohum olmadığının sübutu kimi qəbul edərək, ədalət mühakiməsinin vətəndaş kimi ona verdiyi imkanlardan istifadəsinin qarşını almışdır. Ərizəçi vəkili X3 şikayətinə etiraz edərək, təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxs Gəncə şəhəri Kəpəz Rayon Qeydiyyat Şöbəsi və kassator X6, habelə vəkilləri heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya insta nsiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. X4 apellyasiya şikayətini qeyri-mümkün hesab edən apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-3124/2019 saylı mülki iş üzrə xx xxxx 2019-cu il tarixli qərardadı ilə X4 Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(043)-2408/2018 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin apellyasiya icraatına qəbul edilməsi barədə qərar qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi X4 xxx oğlu ilə qohumlu q əlaqələrinin olduğunu müəyyən etmişdir. Belə ki, apellyasiya şikayətinə əlavə edilmiş, İranın Əhər şəhəri Sofia kəndinin kənd sakinləri tərəfindən tərtib olunmuş xx xxx 2015-ci il tarixli sənədin tərcüməsiylə təsdiq olunmuş surətindən görünür ki, xxx oğlu 80 il əvvəl İranın Əhər şəhərinə mühacir kimi gəlmiş, kəndin sakini olmuş və həmin kənddə vəfat etmişdir. xxx oğlunun övladı olmamış və ən yaxın qohumu Ələkbər Zeynalov olmuşdur. İşə isə apellyasiya qaydasında baxılarkən, ərizəçi tərəfindən iş materiallarına əlavə olunmuş, ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, xxx oğlu 1958-ci ildə Gəncə şəhərində ölmüşdür. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İranda tərtib edilmiş sənəd X4 xxx oğlu ilə qohumluq əlaqələrinin olduğunu təsdiq edən mötəbər sübut növü kimi qəb ul edilə bilməz. Beləliklə də, apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğun olmadığı müəyyən edildiyindən, yəni X2 şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2408/2019 saylı iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərkən buna səlahiyyəti olmadığından apellyasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. İş materiallarından müəyyən olunur ki, X6 məhz Azərbaycan Respublikası MPM-in 357.2-ci maddəsini əsas götürərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)2408/2019 saylı iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsi ərizəçinin istinad etdiyi, qohumu olduğu iddia olunan xxx oğlu adlı şəxsin və apellyasiya şikayətində istinad edilən eyni adlı şəxsin müxtəlif yerlərdə ölməsinə dair təqdim olunmuş sənədləri əsas götürərək, Gülnarə Zeynalovanın apellyasiya şikayəti vermək səlahiyyətində olmaması qənaətinə gəlmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, Ərizəçi və X6 (habelə yaxın qohumları) arasında xxx oğlunun və Nurcahan Paşa qızının müddətsiz istifadələrinə verilmiş Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, 63A ünvanında yerləşən mülklə bağlı məhkəmə mübahisələri mövcuddur. O cümlədən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2413 nömrəli qətnaməsi ilə X7 (Ərizəçi qardaşı) iddiası təmin edilərək, Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 63A saylı ünvanda yerləşən 15,2 kv.m., 16,7 kv.m. iki yaşayış otağı, 25,1 kv.m. örtülü eyvan olan “A” literli yaşayış sahəsinə və 15,5 kv.m. yaşayış otağı, 6,6 kv.m. mətbəxi və 3,2 kv.m. hamamı olan “B” literli yaşayış sahəsinə X7 mülkiyyət hüququnun tanınması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(104)-1573/2013 nömrəli qətnaməsindən hüquqlarına toxunan şəxs X8 (kassator Gülnarə Zeynalovanın atası) apellyasiya şikayəti təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2-413 nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X14rşı “mülkiyyət hüqununun tanınması” tələbinə dair iddiası təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(102)-937/2014 nömrəli qərarı ilə iddiaçı X1 şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(104)-1573/2013 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin iş materiallarından müəyyən olunur ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(043)-818/2019 nömrəli qətnaməsi ilə iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X14rşı iddiası təmin edilmiş, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, 63A ünvanda yerləşən mülkə Ərizəçi vərəsə tanınması və mülkə: Tikili “A”-da 2 ədəd yataq otağı, 15,2 kv.m., 16,1 kv.m., 25,1 kv.m. örtülü eyvan və bir zirzəmi 10,8 kv.m.; Tikili “B”-də isə bir ədəd 15,5 kv.m. yaşayış otağı, bir ədəd 3,2 kv.m. hamam, bi r ədəd 6,6 kv.m. mətbəxə mülkiyyət hüququnun tanınması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(104)-2989/2019 saylı qətnaməsi ilə çıxarılan qətnamə maraqlarına toxunan şəxs X4 apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(043)-818/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ərizəçi ilə kassator arasında xxx oğlunun adına qeydə alınmış mülkə hüquqları ilə bağlı mübahisə olduğundan, tərəflərin təqdim etdikləri sənədlərdə xxx oğlunun ölüm yerinin müxtəlif olmasına istinad etməklə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli nömrəli qətnaməsinin G.Ə.Zeynalovanın hüquq və vəzifələrinə toxunmamasına dair apellyasiya ins tansiyası məhkəməsinin qənaəti əsassız olmuşdur. Eyni zamanda Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə X4 Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(043)2408/2018 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin apellyasiya icraatına qəbul edilməsi qərara alındığından və həmin Məhkəmənin xx xxxx 2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayətinə baxılması mümkün hesab edilərək baxışa təyin edildiyindən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasi ya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan X6 və vəkili X13 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(104)-3398/2019 nömrəli qərardadı ləğv edilsin və iş apellyasiya şikayətinə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Elşad Şamayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar