Məhkəmə qərarları › İş №2(102)-2274/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-2274/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2274/2021 17.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X1rşı “müqavilə üzrə ödənilməli olan məbləğin, gecikdirməyə görə faizin və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilk və iddiaçı X3 cavabdeh İddiaçı qarşı “aldadılma yolu ilə bağlanmış əqdin etibarsız hesab edilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: kassasiyanın yolverilməzliyi, kassasiya şikayətinin hüququ olmayan şəxs tərəfindən imzalanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbaso v Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və vəkili Vəkil1, İlk iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) vəkili Vəkil2 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 oktyabr 2020-ci il tarixli, 2(105)-2575/2020 nömrəli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X3 adından vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli, 2(012)-752/2020 nömrəli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) İddiaçı iddiası qismən təmin edilərək, X2 ödəniş gününə Azərbaycan Respublikası Mər kəzi Bankının müəyyən etdiyi manatın məzənnəsi ilə 66500 ABŞ dolları əsas məbləğin, 5263 ABŞ dolları əldən çıxmış faydanın və ödənilmiş dövlət rüsumuna görə 20 manat məbləğində pulun tutularaq İddiaçı verilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 oktyabr 2020-ci il tarixli, 2(105)-2575/2020 nömrəli qətnaməsi ilə (hakim T.O.Quliyevin sədrliyi və məruzəsi ilə, hakimlər G.F.Tağızadədən və L.M.Məmmədovadan ibarət tərkibdə) ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X3 nümayəndəsi və vəkili Vəkil2 verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli, 2(012)752/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X3 adından Vəkil2 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 oktyabr 2020-ci il tarixli, 2(105)-2575/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 mart 2021-ci il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir. Lakin iş materiallarından müəyyən olunur ki, kassasiya şikayəti Azərbaycan Respublikası MPM-in tələblərinə zidd olaraq icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsu si icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Kassasiya şikayətindən müəyyən olunur ki, həmin şikayət 15 yanvar 2021-ci il tarixdə cavabdehin adından Vəkil2 tərəfindən verilmişdir. Lakin iş materiallarına əlavə olunmuş X3 Vəkil2 09 yanvar 2020-ci il tarixli etibarnamə ilə verilmiş səlahiyyətlərin müddəti 09 yanvar 2021-ci il tarixədək müəyyən olunmuşdur. Beləliklə müəyyən olunur ki, nümayəndə (vəkil) tərəfindən kassasiya şikayəti imzalanarkən etibarnamənin müddəti bitmiş və kassasiya şikayətinə yeni etibarnamə əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışa kassasiya şikayəti qaytarılır. MPM-in 408.2-ci madd əsinə əsasən bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Məcəllənin 417.1.7-ci maddəsinə əsasən kassasiya instansiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şika yəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, işin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Mülki kollegiyasının 10 mart 2021-ci il tarixli qərardadı ləğv edilərək, kassasiya şikayəti məhkəmə baxışından çıxarılmaqla geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2021-ci il tarixli, 2(102)-2274/2021 nömrəli qərardadı ləğv edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 oktyabr 2020-ci il tarixli, 2(105)-2575/2020 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X3 adından Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti kassasiya baxışından çıxarılaraq, qaytarılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar