Məhkəmə qərarları › İş №2(102)-2274/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2274/2022

12.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2274/2022 12.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə iş üzrə QƏRARİ (Açar sözlər: apelyasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1647/2022 nömrəli iş üzrə 19 yanvar 2022-ci il tarixli qərardadından maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 12 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı ic raat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-1709 saylı, 26 iyul 2005-ci il tarixli qətnaməsi ilə (hakim Hilal Xəlilov) ərizə təmin edilərək, X3, Vnın, X6 və X10 ölüm faktlarının, mərhumlarla Ərizəçi arasında qohumluq münasibətinin və Ərizəçi tərəfindən mərhumlardan miras qalmış E saylı evin vərəsə kimi qəbul etməsi faktlarının müəyyən edilməsi qət edilmişdir. Qətnamə maraqlarına toxunan X2 müddətin bərpası barədə ərizə və apelyasiya şikayəti ilə müraciət edərək, qətnamədən şikayət vermə müddəti bərpa edilməklə işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsin i, apelyasiya kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək ərizənin baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 09.04.2021-ci il tarixli ölüm haqqında şəhadətnamə ilə X1 08.04.2021-ci ildə ölməsi müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1709/2005 saylı, 18 iyun 2021-ci il tarixli qərardadı ilə (hakim Anar İbadzadə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1709/2005 saylı, 26 iyul 2005-ci il tarixli qətnaməsi ilə maraqlarına toxunan şəxs X1 hüquq varisi (vərəsəsi) müəyyən edilənədək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Maraqlarına toxunan şəxs X1 hüquq varisi qismində Maraqlı şəxs müddətin bərpası barədə ərizə və apelyasiya şikayəti ilə müraciət edərək, qətnamədən şikayət vermə müddəti bərpa edilməklə işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini, apelyasiya kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək ərizənin baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1709/2005 saylı, 30 iyul 2021-ci il tarixli qərardadı ilə (hakim Anar İbadzadə) iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1709/2005 saylı, 05 noyabr 2021-ci il tarixli qərardadı ilə (hakim Anar İbadzadə) maraqlarına toxunan şəxs Maraqlı şəxs ərizəsinin təmin edilməsi və onun tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21709 saylı, 26 iyul 2005-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi qərara alınmışdı r. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şeyda Məhərrəmova sədrlik edən və məruzəçi, Rəşad Həsənov, Məmməd Məmmədov) 2(103)-1647/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qərardadı ilə Ərizəçi “hüquqi faktların müəyyən edilməsi” barədə ərizəsinə dair mülki üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2005-ci il tarixli 2(006)-1709/2005 saylı qətnaməsindən qətnamə ilə maraqlarına toxunan şəxs qismində Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi və apelyasiya şikayətinin Maraqlı şəxs geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırımışdır ki, iş ma teriallarında X1 qətnamə ilə ölüm faktı müəyyən edilmiş X10 qızı olması barədə doğum haqqında şəhadətnamə və ya digər mötəbər sübutlar əlavə edilməmişdir. Birinci instansiya məhkəməsi isə yanlış olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2005-ci il tarixli, 2-1709/2005 saylı qətnaməsinin X1 vərəsəsi Maraqlı şəxs hüquq və vəzifələrinə toxunmasının açıq-aşkar mülki iş materialları ilə təsdiq olunmasına istinad etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə qəbul edilmiş qətnamənin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunması müəyyən edilmədiyindən onun tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı i ştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Maraqlı şəxs (vəkili Vəkil) kasasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və apelyasiya şikayəti üzrə apelyasiyanın mümkün hesab edilməsi barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardadda qeyd olunur ki, X1 qətnamə ilə ölüm faktı müəyyən edilmiş X10 qızı olması barədə doğum haqqında şəhadətnamə və ya digər mötəbər sübutlar iş materiallarına əlavə edilməmişdir. Halbuki, həmin sübutların hamısı birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Bundan əlavə, birinci instansiya məhkəməsinə də təqdim olunmuş Səbail Rayon Məhkəməsinin 14 dekabr 2007ci il tarixli 2-215\07 saylı qətnaməsindən də görünür ki, həmin qətnamə ilə X1 atası X4 1946-cı ildə Bakı şəhərində vəfa t etməsi faktı müəyyən olunmuşdur. Həmçinin birinci instansiya məhkəməsinə təqdim olunmuş doğum haqqında şəhadətnamələrdən və digər sənədlərdən də görünür ki, X2 qətnamə ilə ölüm faktı müəyyən edilmiş X10 qızıdır, Maraqlı şəxs isə X1 nəvəsi və vərəsəsidir. Məhz bütün bu sənədlər təqdim edildikdən sonra Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli 2(006)1709/2005 saylı qərardadı ilə ərizənin təmin edilməsi və qətnamə ilə maraqlarına toxunan şəxs kimi Maraqlı şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2005-ci il tarixli, 2-1709/2005 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi qərara alınmışdır. Ona görə də hesab edir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən məsələyə formal şəkildə yanaşılmaqla apelyasiyanın mü mkünlüyü məsələsinə düzgün hüquqi qiymət verilməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərə k işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qərardad tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəm ənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Maddə 363.1.1. Apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə

402. Apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kasasiya şikayəti verilə bilər. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kolegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kassator kasasiya şikayətində X1 mərhum X4 qızı olmasını təsdiq edən məhkəmə qətnaməsinin və Rya məxsus doğum haqqında şəhadətnamənin birinci instansiya məhkəməsinə sübut kimi təqdim edildiyini, iş materiallarına əlavə edildiyini göstərsə də, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, istinad edilən sübutlar kasasiya şikayətinə əlavə edilsə də, birinci instansiya məh kəməsinə təqdim edilməmişdir. Həmin sənədlər hazırda kasasiya şikayətinə əlavə edilmişdir. Apelyasiya kollegiyası da haqlı olaraq iş materiallarında müvafiq sübutları aşkar etmədiyi üçün hazırda mübahisələndirilən qərardadı qəbul etmişdir və qərardad qəbul edilərkən hər hansı prosessual pozuntuya yol verməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qərardadın ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Bununla belə izah edilməlidir ki, hazırki qərardadın mövcudluğu kasasiya şikayətinə əlavə edilmiş sübutlar əsasında yenidən birinci instansiya məhkəməsinə mane olmur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin 19.01.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1647/2022 nömrəli iş üzrə 19 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar