Məhkəmə qərarları › İş №2(102)-2274/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2274/2024

11.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2274/2024 11.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: istehlak münasibətlərindən irəli gələn mübahisələr, təbii qazdan istifadə ilə bağlı mübahisələr, təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı istehlakçı hüquqlarının müdafiəsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-534/2024 nömrəli iş üzrə 4 mart 2024-cü il tarixli qətna məsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə iyun 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.

1. X1 adına ünvan 1 ünvanına quraşdırılmış qaz sayğacı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 13 dekabr 2022-ci il tarixli ******* saylı aktla dövlət yoxlamasına göndərilməsi səbəbi ilə çıxarılmışdır.

2. İstehlakçı İddiaçı barəsində tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 yanvar 2023-cü il tarixli ******* saylı aktdan görünür ki, sayğacın hesablama mexanizminin plastmas qapağının üzərinə vurulan zavod qurğuşun plombunun yuvası sınıqdır.

3. Abonent kodu **********20000 olan istehlakçı İddiaçı adına Bakı şəhəri, ünvan 2 ünvanına tərtib edil miş abonent saldosunda 2023- cü ilin yanvar ayı üçün 10679.04 manat məbləğində borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı istehlakçı hüquqlarının müdafiəsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsindəki 46 nömrəli evinə (abonent kodu: **********20000 olan) əsassız hesablanmış 10679,04 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanı qazla təmin edilmiş, istifadə edilən sərfiyyata uyğun qazın dəyərini ödəmişdir. Cavabdeh tərəfindən xx.xx.2023cü il tarixində təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Aktda iddiaçının sayğacın plastmas qapağını zədələdiyi bildirilmiş və buna görə iddiaçıdan dəymiş ziyan tələb edilmişdir. Həmin akt əsasında iddiaçıya 10679,04 manat borc yazılmışdır və həmin borcun ödənilməsi ondan tələb edilmişdir. Sayğaca dəymiş ziyana görə bu qədər borcun yazılması ağlabatan deyildir. Cavabdeh təşkilat tərəfindən hesablanmış borc iddiaçının abonent koduna əsassız olaraq işlənmişdir. Qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Küçədə quraşdılmış qaz sayğacına kimin müdaxilə etməsindən hər hansı məlumatı yoxdur

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-4709/2023 saylı iş üzrə 29 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Sahibə Hacıyeva) iddia tələbinin təmin edilərək Bakı şəhəri, ünvan 3 ünvanı üzrə qaz sərfinə görə İddi açı (abonent kodu: **********20000) hesablanmış 10679.04 (on min altı yüz yetmiş doqquz manat dörd qəpik) manat məbləğində borcun silinməsi; Cavabdehndən 122.04 (yüz iyirmi iki manat, dörd qəpik) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, təqdim edilmiş aktlar qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən mötəbər sübut kimi qəbul edilməməlidir.

8. Hazırkı iş üzrə tərtib edilmiş aktların heç birində iddiaçının iştirakı təmin edilməmiş, nə də aktın surəti ona təqdim edilməmişdir. Həmçinin, iş materiallarından tərtib edilmiş aktın surətinin sonradan hər hansı bir üsulla, o cümlədən poçt vasitəsilə iddiaçıya çatdırılması müəyyən edilməmişdir.

9. Məhkəmə hesab etmişdir ki, müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının (nümayəndəsinin) iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən törədilməsi ciddi şübhə doğurur. Cavabdehin nümayəndələri tərəfindən itirilmiş qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə nəinki iddiaçının, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansı miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. İddiaçının abonent hesabına borcun hesanlanmasına dair əsas cavabdeh qurum tərəfindən tərtib edilmiş akt olduğundan, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Odur ki, iddiaçının təqsiri (hərəkət və hərəkətsizliyi) nəticəsində zərərlərin dəyməsi cavabdeh tərəfindən sübuta yetirilmədiyindən əsaslılığı sübut olunmayan aktlar üzrə hesablanmış zərərlər də istehlakçı tərəfindən ödənilə bilməz.

10. Bununla yanaşı, laborator baxış zamanı, qüsurun necə və hansı şəraitdə aşkar olunması əsaslandırılmamış, bu zaman abonentin iştirakı təmin olunmamışdır. Həmçinin, cavabdeh tərəf keçən müddət ərzində iddiaçıya ziyanın ödənilməsi istiqamətində rəsmi xəbərdarlığın, bildirişin və s. bu kimi hər hansı sə nədin göndərilməsinə dair sübut təqdim edə bilməmişdir. Qaz sayğaclarının yoxlanılması nəticəsində aşkar olunan qüsurlar qabaqcadan heç bir hüquqi nəticə yarada bilməz, çünki, belə qüsurlar əksi sübuta yetirilməyənədək bilavasitə istehlakçı tərəfindən törədilməsi anlamına gələ bilməz. Beləliklə, cavabdeh tərtib olunmuş akta əsasən iddiaçıdan pul (dəymiş ziyan) tələb etsə də, iddiaçının həmin aktda göstərilən delikti (hüquqazidd, təqsirli əməli) törətməsinə dair məhkəməyə hər hansı sübut təqdim olunmamışdır.

11. Mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Məhkəmə baxışı zamanı isə, cavabdeh təşkilat tərtib olunmuş aktda göstərilən pozuntulara görə iddiaçının təqsirli, hüquqa zidd əməllərinin (hərəkətlərinin) olmasını ehtiva edən halları sübut edə bilməmişdir

12. Məhkəmə hesab etmişdir ki, sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 10679.04 manat məbləğində hesablanması ağlabatan deyildir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından qaz sayğacının zədələnməsində istehlakçının təqsirli olduğunu sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfin dən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçının yaşadığı evdə quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan itirilmiş qazın bərpasına görə hesablanmış borcun tələb etməsi qanunsuz və əsassızdır.

13. Məhkəmə öz mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.6, 4.7, 4.8, 4.9-cu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 119.1, 124.1, 448.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin əməkdaşları tərəfindən cavabdehin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçın ın özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacsız istifadə etməklə qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş və həmin faktlar yerindəcə cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-534/2024 nömrəli, 04 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X6 və X8) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2(011)-4709/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mülki işə apellyasiya qaydasında baxılarkən məhkəmə iclasında Cavabdeh nümayəndəsi bildirdi ki, hesablanan borc iddiaçının 2010- cu və 2011-ci illərdə az ödəniş etməsi ilə bağlı olmuşdur.

24. Cavabdeh məhkəməyə ünvanladığı məlumatda da göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən 10 679 manat 0.4 qəpik borcun yaranma səbəbləri araşdırılmamışdır. İş materiallarında mövcud olan abonent saldosunu araşdıraraq belə qənaətə gəlmək olar ki, İddiaçı 2012-ci ildə 454.50, 2013-cü ildə 272.80, 2014-cü ildə 446.50, 2015-ci ildə 587.40, 2016-cı ildə 442.30, 2017-ci ildə 258, 2018-ci ildə 464, 2019-cu ildə 756.20, 2020-ci ildə 424.60, 2021- ci ildə 288.20, 2022-ci ildə 797.75 manat ödəniş etməyinə baxmayaraq 2010-cu ildə cəmi 15 manat, 2011-ci ildə isə cəmi 62 manat ödəniş həyata keçirmişdir. Yuxarıda illər üzrə araşdırılan ödəniş intizamsızlığı bunu deməyə əsas verir ki, istehlakçı təbii qazdan qeyriqanuni olaraq istifadə etmişdir. Bunu əsas tutaraq apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir.

18. Cavabdeh məhkəməyə ünvanladığı məlumatda göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etdi ki, həqiqətin müəyyən edilməsi məqsədilə mülki iş üzrə mütəxəssis (ekspert) rəyi alınmalı və rəyin verilməsi Energetika Nazirliyinin Enerji X3 həvalə olunmalıdır. Çünki, sayğacın hesablama mexanizminin plastmas qapağının üzərinə vurulan zavod qurğuşun plombunun yuvası sınıq olmasına görə iddiaçıya hesablanan borcun həqiqiliyi məhz həmin qurum tərəfindən müəyyən edilməli idi.

19. Belə ki, İddiaçı məxsus ünvan 1 (abonent kodu **********20000) ünvanında olmuş qaz sayğacının üzərində hər hansı bir iz(lər) (qaynaq yeri, deşik, kəsik, qanun suz qoşulmaya xarakterik digər izlər və.s) mövcud olduğu təqdirdə, bu izlərin hansı fiziki təsirin (müdaxilənin) nəticəsində yaranması; qaz sayğacının hesablama mexanizminin plastmas qapağının üzərinə vurulan zavod qurğuşun plombunun yuvasının sınıq olmasına görə iddiaçıya hesablanan borcun məbləğinin: Cavabdeh məlumatları nəzərə alınmaqla həqiqi və düzgün olub-olmaması; Cavabdeh məlumatları nəzərə alınmaqla, yəni 2022-ci il də daxil olmaqla hər il ağlabatan məbləğdə ödəniş edildiyi halda, silinməsi tələb edilən borc hansı qaydada və nəyə əsasən hesablandığı; borcun məbləği yaxud ümumiyyətlə itirilmiş qazın dəyəri Nazirlər Kabinetinin yaxud Tarif Şurasının müəyyən etdiyi qaydalara uyğun hesablanmaqla nə qədər təşkil etməsinin müəyyən edilməsi bu sahədə xüsusi biliyə malik Energetika Nazirl iyinin Enerji X2 ixtisaslaşmış mütəxəssisi(ekspert) tərəfindən müəyyən edilə bilərdi.

20. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Bakı Filialının 3-15-2-1/2-114/2024 saylı, 24 yanvar 2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, ev 46 (Abonent kodu: **********20000) ünvanında istismarda olmuş G-6 markalı 609740 nömrəli mexaniki qaz sayğacına baxış keçirilməsi üçün Agentliyin Bakı filialı tərəfindən "Azəriqaz" İB-yə məktub ünvanlanmışdır. "Azəriqaz" İB-nin 16 yanvar 2024-cü il tarixli 14-2-2/2-223/2024 nömrəli cavab məktubunda G-6 markalı 609740 nömrəli qaz sayğacının balansdan silinərək utilizasiyaya göndərildiyi üçün texniki baxışın keçirilməsinin müm kün olmadığı qeyd olunmuşdur. İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, ev 46 (Abonent kodu: **********20000) ünvanında istismarda olmuş G-6 markalı 609740 nömrəli mexaniki qaz sayğacı "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixində dövlət yoxlamasına göndərilməsi üçün digər sayğacla əvəzlənmiş, bu barədə "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" ******* nömrəli akt tərtib olunmuşdur. Çıxarılaraq dövlət yoxlamasına göndərilmiş G-6 markalı 609740 nömrəli mexaniki qaz sayğacı "Azəriqaz" İB-nin laboratoriyasında yoxlanılmış, "Qaz sayğacının yoxlanılması barədə" tərtib olunmuş xx.xx.2023-cü ii tarixli 29/1710- İ 04972-1 nömrəli aktda "Sayğaca baxış keçirildi, sayğacın hesablama mexanizminin qoruyuc u plastmas qapağının üzərinə vurulan zavod qurğuşun plombunun yuvası sınıqdır, sayğacın daxilində əzik, cızıq izləri aşkar edildi, xətalar normadan artıqdır, sayğac istismara yararsızdır, qaz itkisi, müdaxilə" qeyd olunmuşdur. G-6 markalı 609740 nömrəli qaz sayğacına müdaxiləyə dair akt əsasında "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən qaz qurğularının maksimal saatlıq qaz sərfiyyatına görə sutkalıq 24 saat və hesabat müddəti 360 gün götürülməklə 88992 m3 həcmində, 10679,04 manat məbləğində dəymiş ziyan hesablanmış və 2023- cü ilin yanvar ayında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, ev 46 (Abonent kodu: **********20000) ünvanında yaşayan İddiaçı abonent hesabına daxil edilmişdir. "Azəriqaz" İB-nin qərardadda göstərilən məlumatları nəzərə alınmaqla İddiaçı abonent hesabına daxil edilmiş 10679,04 manat borc məbləğinin həqiqi və düzgün olması toplanmış materialların araşdırılması zamanı öz təsdiqini tapmamışdır. 2023-cü ilin iyul ayınadək istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş "Qazdan istifadə Qaydaları"na dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə müəyyən edilmişdir. Həmin dövrdə və hal-hazırda qüvvədə olan "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən, fi ziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, ev 46 (Abonent kodu: **********20000) ünvanında 2010-cu ilin aprel ayından 13 dekabr 2022- ci il tarixinədək dövr ərzində G-6 markalı 609740 nömrəli mexaniki qaz sayğacı istismarda olmuşdur. Abonentin saldosundan görünür ki, 2018, 2019, 2020, 2021 və 2022-ci ilin 13 dekabr tarixinədək (əvəzlənənə qədər) dövr üzrə ay ərzində birdəfə olmaqla "Azəriqaz" İBnin əməkdaşı tərəfindən G-6 markalı 609740 nömrəli mexaniki qaz sayğacına baxış keçirilərək sayğacın göstəricisi götürülmüş, göstərici kompüter bazas ına daxil edilmiş və əvvəlki göstəriciyə əsasən aylıq qaz sərfi müəyyən olunmuşdur. Buna görə də Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, ev 46 (Abonent kodu: **********20000) ünvanında istismarda olmuş G-6 markalı 609740 nömrəli mexaniki qaz sayğacına abonent tərəfindən müdaxilə edilməsi sübuta yetirilmədən 360 gün müddətinə dəymiş ziyan hesablanması "Qazdan istifadə Qaydaları"nın tələblərinə ziddir. Qeyd olunduğu kimi, istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmu ş "Qazdan istifadə Qaydalarına dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə müəyyən edilmişdir. Bu baxımdan istehlakçı tərəfindən sayğaca müdaxilə faktı sübuta yetirilərsə analogiya üzrə "Qazdan istifadə Qaydaları"nın 6.5-ci, 6.5-1-ci və 6.5-2-ci bəndlərinə əsaslanaraq, iddiaçının yaşayış evində hal-hazırda istifadə olunan 2 ədəd PQ-2 məişət tipli qaz plitəsinin maksimal saatlıq qaz sərfi 1,2 m3 (2 x 0,6 m3-1,2 m3 ), 3 ədəd PQ-3 məişət tipli qaz plitəsinin maksimal saatlıq qaz sərfi 2,7 m3 (3 x 0,9 m3 -2,7 m3 ), 2 ədəd qənaətli su qızdırıcısının maksimal saatlıq qaz sərfi 1,5 m3 (2x1,5 m3-3,0 m3 ), 2 ədəd 24 kw-luq Kombi tipli su qızdırıcısının maksimal saatlıq qaz sərfi 2,6 m3 (2 x 2,6 m3 - 5,2 m3 ), 3 ay istif adə dövrü nəzərə alınaraq qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: - 2 ədəd PQ-2 məişət tipli qaz plitəsi üçün - 2 x 0,6 m3x 6 saat x 90 gün - 648 m3; - 3 ədəd PQ-3 məişət tipli qaz plıtəsi üçün - 3 x 0,9 m3x 6 saat x 90 gün - 1458 m3; - 2 ədəd qənaətli su qızdırıcısı üçün - 2 x 1,5 m3 x 6 saat x 90 gün - 1620 m3; - 2 ədəd 24 kv-lıq Kombi tipli su qızdırıcısı üçün - 2 x 2,6 m3x 12 saat x 90 gün - 5616 m3; Ümumilikdə dəymiş ziyanın həcmi 648 m3 + 1458 m3+ 1620 m3+ 5616 m3- 9342 m3 təşkil edə bilər. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə" 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli Qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 1200 m3 (1200 m3d axil olmaqla) olan hissəsi üçün hər 1 m3 -i 0,12 manat, illik istehlak həcminin 1200 m3 -dən 2500 m3 -dək hissəsi üçün hər 1 m3 -i 0,20 manat, illik istehlak həcminin 2500 m3 -dən çox olan hissəsi üçün hər 1 m3 -i isə 0,25 manat qiymət təyin edildiyini nəzərə alaraq 9342 m3qaz həcminin 1200 m3 -i 0,12 manat (1200 x 0,12 - 144 manat), 1300 m3 -i 0,20 manat (1300 x 0,20 - 260 manat), qalan 6842 m3 -i isə 0,25 manat (6842 x 0,25 - 1710,50 manat) olmasını nəzərə alaraq cəmi 144 + 260 + 1710,50 - 2114,50 manat məbləğində vurulmuş zərər müəyyən edilə bilər.

21. Beləliklə, Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Bakı Filialının 3-15-2-1/2-114/2024 saylı, 24 yanvar 2024-cü il tarixli rəyi ilə təsdiq olunur ki, qaz sayğacının balansdan silinərək uti lizasiyaya göndərildiyi üçün mütəxəssis(ekspert) tərəfindən ona texniki baxışın keçirilməsi mümkün olmamışdır. Demək ki, Cavabdeh məhkəməyə ünvanladığı məlumatında birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən borcun yaranma səbəbləri araşdırılmadığını göstərsə də apellyasiya baxışı zamanı abonent hesabına daxil edilmiş 10679,04 manat borc məbləğinin həqiqi və düzgün olması mütəxəssis(ekspert) tərəfindən toplanmış materialların araşdırılması zamanı öz təsdiqini tapmamışdır.

22. Həqiqətən 2023-cü ilin iyul ayınadək istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kab inetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş "Qazdan istifadə Qaydaları"na dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə müəyyən edilmişdir. Həmin dövrdə və hal-hazırda qüvvədə olan "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Demək ki, iddiaçıya məxsus qaz sayğacı küçədə yerlşdiyindən fiziki şəxs olan iddiaçının adına olan qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcı olan cavabdeh daşıyırdı. Hətta bu belə olmasaydı belə, y enə də qaz sayğacının hesablama mexanizminin plastmas qapağının üzərinə vurulan zavod qurğuşun plombunun yuvasının sınıq olmasına görə iddiaçının məsuliyyəti müəyyən edilməlidir. Çünki, mexaniki qaz sayğacına abonent tərəfindən müdaxilə edilməsi sübuta yetirilmədən 360 gün müddətinə dəymiş ziyan hesablanması "Qazdan istifadə Qaydaları"nın tələblərinə ziddir.

23. Cavabdeh məhkəməyə ünvanladığı məlumatından, işdən və rəydən də görünür ki, 2018, 2019, 2020, 2021 və 2022-ci ilin 13 dekabr tarixinədək (sayğac əvəzlənənə qədər) dövr üzrə ay ərzində birdəfə olmaqla cavabdeh qurumun əməkdaşı tərəfindən G-6 markalı 609740 nömrəli mexaniki qaz sayğacına baxış keçirilərək sayğacın göstəricisi götürülmüş, göstərici kompüter bazasına daxil edilmiş və əvvəlki göstəriciyə əsasən aylıq qaz sərfi müəyyən o lunmuşdur. Cavabdehin mövqeyindən belə çıxır ki, iddiaçı tərəfindən qeyd olunan sayğac quraşdırılmamışdan əvvəl, yəni 2010 və 2011-ci ildə qaz istehlakına görə az vəsait ödəməsi, onun düşüncəsinə görə 2023-cü ilin yanvar ayında bir akt əsasında qeyd olunan məbləğdə borc hesablanması üçün əsas olmalıdır. Əlbətdə ki, bu ritorik sual kimi səslənsə də, cavabdeh tərəf bu cür dəlillərdən istifadə edərkən onun nə dərəcədə mötəbər olmasına və hansısa sübutlarla təsdiq olunduğuna dair də ciddi arqumentlər gətirməli idi.

24. Apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır ki, istehlakçı tərəfindən sayğaca müdaxilə faktı sübuta yetirilərsə analogiya üzrə "Qazdan istifadə Qaydaları"nın 6.5-ci, 6.5- 1-ci və 6.5-2-ci bəndlərinə əsaslanaraq, iddiaçının yaşayış evində hal-hazırda istifadə olunan 2 ə dəd PQ-2 məişət tipli qaz plitəsinin maksimal saatlıq qaz sərfi 1,2 m3 (2 x 0,6 m3-1,2 m3 ), 3 ədəd PQ-3 məişət tipli qaz plitəsinin maksimal saatlıq qaz sərfi 2,7 m3 (3 x 0,9 m3 -2,7 m3 ), 2 ədəd qənaətli su qızdırıcısının maksimal saatlıq qaz sərfi 1,5 m3 (2x1,5 m3-3,0 m3 ), 2 ədəd 24 kw-luq Kombi tipli su qızdırıcısının maksimal saatlıq qaz sərfi 2,6 m3 (2 x 2,6 m3 - 5,2 m3 ), 3 ay istifadə dövrü nəzərə alınaraq qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması iş üzrə verilmiş rəydə göstərilən qaydada aparıla bilər. Lakin istehlakçı olan iddiaçı tərəfindən ilk növbədə sayğaca müdaxilə faktı sübuta yetirilməlidir ki, bundan sonra analogiya üzrə "Qazdan istifadə Qaydaları"nın 6.5-ci, 6.5-1-ci və 6.5-2-ci bəndlərinə əsaslanaraq hesablama aparılsın. Demək ki, iddiaçının sayğaca mü daxilə etmə faktı sübuta yetirilməlidir. Bu halı, sübutetmə yükü isə, həm “Qazdan istifadə Qaydaları”na, həm də mülki prosessual qanunvericiliyin tələbinə əsasən cavabdehin üzərinə düşür. Ancaq cavabdeh iddia tələbinə etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Əksinə apellyasiya baxışında alınmış yuxarıda qeyd olunan rəylə də iddianın əsaslı olduğu təsdiq olundu.

25. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulamışdır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda deliktlərdən irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublik ası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 425.1, 442, 1096.1, 1096.2, 1097.1-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsınə, 13-cü maddəsinin 8-1 və 9-cu hissələrinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-ci maddəsinə, 18-ci maddəsinin 1-ci və 2-ci hissələrinə, 26-cı maddəsinə, Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3, 4.2, 4.8, 5.2 (25 iyun 2023-cü ilədək olan redaksiya), 5.6, 6.5-ci (25 iyun 2023-cü ilədək olan redaksiya) bəndlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 4 mart 2024-cü il tarixli2(103)-534/2024 saylı qətnaməsini ləğv edərək iddianın rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi əslində cavabdehə vurulmuş zərər olmasına baxmayaraq, məhkəmə iddia tələbini əsassız olaraq təmin etmişdir. Həmçinin zərər cavabdehin tərtib etdiyi aktlarla təsbit olunaraq öz təsdiqini tapsa belə məhkəmə iddianı təmin etmişdir. Təmin edilmiş iddia tələbi cavabdehə dəymiş zərərlə bağlı olduğundan qətnamələrin heç bir hüquqi əsası yoxdur.

29. İddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində Cavabdehə dəymiş maddi z ərər tam həcmdə ödənilməlidir. Lakin məhkəmələr iddia tələbini təmin etmişdir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, İddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin məhkəmələr bu halı nəzərə almamışdır. Əlavə olaraq qeyd etmək istəyirəm ki, sayğac əhali üçün nəzərədə tutulmasına baxmayaraq iddiaçı və ya abonent sənaye xarakterli işlər üçün istifadə etməsini məhkəmələr demək olaraq ki araşdırmamışdır. Bu hal özlüyündə isə sayğaca müdaxiləni demək olar ki, təsdiq etməkdədir.

30. Məhkəməyə təqdim edilmiş aktlar və şəkillər hadisənin həqiqiliyini o cümlədən zərərin reallığını əks etdirsə də, məhkəmələr demək olar ki, bu xüsusiatlara diqqət y etirməyərək qətnamə qəbul edilmişdir. Bununla yanaşı mülki işə əlavə edilmiş saldodan da görünür ki, istehlak edilmiş qaz həcmi, ödənilmiş pul məbləği reallıqdan tam uzaqdır. İddiaçı təbii qazdan qeyri qanuni istifadə etdiyinidən demək olar ki, heç bir ödəniş etməmişdir. Məhkəmələr mülki işi tədqiq edərkən istehlak olunmuş qaz həcmini və ya istehlak qaza görə ödənilmiş pul məbləğini tam olaraq müəyyən etməmişlər. Halbuki bu hallardan iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etdiyi açıq aşkar görünə bilərdi.Həmçinin onu da qeyd etmək istəyirəm ki, qanunvericilikdə hər bir tərəf öz tələblərini sübut etmək vəzifə kimi qeyd edilsə də, məhkəmə nə bu sübutları iddiaçıdan tələb etmiş, nə də ki tərəfimizdən təqdim edilmiş sübutlara diqqət yetirmişdir. Bu da o deməkdir ki, məhkəmə qətnaməsi he ç bir sübuta əsaslanmadan qəbul edilmişdir.

31. Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

33. Maddə 21.1 Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

34. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

35. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

36. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

37. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu

38. Maddə 6....

2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.

39. Maddə 13... 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzər də tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

9. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin t ələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

40. Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

41. Bənd 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

42. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

43. Bənd 5.2(25 iyun 2023-cü ilədək olan redaksiya). Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düz gün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

44. Bənd 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə).

45. Bənd 6.5(25 iyun 2023-cü ilədək olan redaksiya). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Mülki Prosessual Məcəllə

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 5

2. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

54. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

55. Maddə 418.3. P rosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Hazı rkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarının araşdırılması üçün tərəflərə lazım i şərait yaratdığından və onların dəlillərinə hüquqi qiymət verdiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.Kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

60. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh İB tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelly asiya Məhkəməsinin Mülki kollegiyasının 4 mart 2024-cü il tarixli, 2(103)534/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar