Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2275/2019 09.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, ərizəçi X1, cavabdehin vəkili X3 katibliyiilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinə qarşı şəxsin himayədə olma faktının müəyyən ediməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 27 sentyabr 2018-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azər baycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Tovuz rayon Məhkəməsinin 05 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Mustafayev ) Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinə qarşı şəxsin himayədə olma faktının müəyyən ediməsi tələbinə dair ərizəsi rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən L.Süleymanov, hakimlər İ.Şəfiyev və A.Bayramov) Tovuz rayon Məhkəməsinin 05 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilmiş, ərizə qismən təmin edilmiş, 1924-cü ildə anadan olmuş X4 01 yanvar 1994-cü il tarixdən 10 fevral 2005-ci il tarixədək olan dövrdə Ərizəçi himayəsində (öhdəsində) olması faktı müəyyən edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsi kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 27 sentyabr 2018-ci il tarix li qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Ərizəçi şəxsin himayədə olma faktının müəyyən olunmasına dair ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, 1924-cü ildə anadan olmuş X4 01 avqust 1993-cü il tarixdən 10 fevral 2005-ci il tarixədək olan dövrdə onun himayəsində (öhdəsində) olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1924-cü ildə anadan olmuş X7 onun bibisidir. X1 dul qadın olmuş, oğlu şəhid olmuş, öz evində tək yaşamışdır. X1nın heç kimi olmadığından o, 01 avqust 1993-cü il tarixdən 10 fevral 2005-ci il tarixədək bibisi X1 ilə bir yerdə yaşamaqla, ona qulluq etmiş, həmin dövrdə bibisi onun himayəsində və öhdəsində olmuşdur. X1 10 fevral 2005-ci il tarixdə vəfat etmiş, onun dəfn xərclərini də özü çəkmişdir. Onun əmək qabiliyyəti yoxdur, 2018-ci ilin mart ayında ikinci qrup əlillik təyin edilmişdir.'Əlilliklə bağlı pensiya almaq üçün maraqlı şəxsə müraciət etmiş, lakin onun yetərli sosial stajının olmaması əsası ilə müvafiq orqan ona pensiya təyin edilməsindəq imtina etmişdir Ona görə də, bibisi X5 qulluq etdiyi dövrun onun sosial stajına daxil edilməsi üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Çünki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Belə ki, işin hallarından göründüyü kimi, ərizəçi özünün hər hansı bir şəxsin öhdəsində olması faktının deyil, başqa bir şəxsin (bibisinin) onun öhdəsində olması faktının müəyyən edilməsini tələb edir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.2-ci maddəsində göstərilir ki,məhkəmə şəxsin öhdədə olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddənin məzmunundan göründüyü kimi qanunverici şəxsin öhdədə olması faktının müəyyən edilməsinin məhkəmə qaydasında mümkün olmasını göstərməklə yanaşı digə r şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktının deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. Beləliklə, iş materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi mübahisəyə maddi hüquq normasını düzgün tətbiq etməməklə prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şə xs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinin kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2275/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2275/2019
09.08.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver