Məhkəmə qərarları › İş №2(102)-2275/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2275/2022

23.05.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2275/2022 23.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" X18 cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Bank ASC-yə qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11896/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. ASC "xxxx" Bankının xx.xx.2020-ci il tarixli, XB-K1/018 nömrəli əmrinə əsasən Bankın "20 yanvar" filialının Müştəri xidməti şöbəsinin "Hüquqi şəxslərə xidmət üzrə aparıcı mütəxəssis"i İddiaçı əmək müqaviləsinə 21 yanvar 2020-ci il (son iş günü) tarixindən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları A) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh ASC "xxxx" Banka qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir

3. İddia ərizəsi onunla əsaslandırmışdır ki, o, əmək fəaliyyətinə 2007-ci ildə “Finca Azərbaijan” BOKT-da Maliyyə operatoru vəzifəsində başlamışdır. 2008-ci ildə «Unibank» KB-da işə qəbul olunmuş və 2012-ci ildə həmin bankdan “Fiziki şəxslərə xidmət üzrə aparıcı mütəxəssis” olaraq özərizəsinə əsasən işdən çıxmışdır. 27 noyabr 2012-ci il tarixli əmək müqaviləsi ilə ASC “Xalq" Bankının” “20 Yanvar” filialının Müştəri xidməti şöbəsinin “Fiziki şəxslərə xidmət üzrə mütəxəssis” vəzifəsinə işə qəbul edilmişdir. 2017-ci ildə ştatdan kənar daxili əmrə əsasən həmçinin “Hüquqi şəxslərə xidmət üzrə mütəxəsisi” vəzifəsi ona həvalə edilmiş. 2017-ci ilin avqust ayındı bankın daxili vəzifə dəyişi kliyi üçün keçirdiyi imtahandan 89 faiz nəticə göstərərək “Fiziki şəxslərə xidmət üzrə aparıcı mütəxəssis” vəzifəsinə keçirilmişdir. 2019-cu il noyabr ayında bankın verdiyi digər əmrə əsasən ştat cədvəlinə uyğun olaraq “Hüquqi şəxslərə xidmət üzrə aparıcı mütəxəssis” vəzifəsinə keçirilmişdir. 12 ilə yaxın bank sektorunda, o cümlədən, ASC «Xalq Bankı»nda çalışdığı 7 ildən artıq müddət ərzində əmək müqaviləsi üzrə əmək funsiyaları ilə yanaşı, rəhbərliyin ona həvalə etdiyi tapşırıqları da lazımınca və vicdanla yerinə yetirmiş, əmək və icra intizamına ciddi riayət etmiş, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamışdır. Buna baxmayaraq 31 yanvar 2020-ci il tarixdə iş yerində əmək funksiyalarını yerinə yetirdiyi zaman bankın kadrlar şöbəsindən ona zəng vuraraq bildirmişlər k i, onun elektron poçt ünvanına göndərdikləri “öz istəyimlə işdən çıxmağımla” bağlı ərizəni imzalasın. Bununla bağlı olaraq işlədiyi filialın direktoruna müraciət etmişdir. Filial direktoru ona bildirmişdir ki, o, təsis etdiyi hüquqi şəxsin bank hesabı onların filialında açılmışdır. O, bunun əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmadığını və bank hesabı açılarkən filial direktoruna məlumat verdiyini və onun icazəsi ilə bank hesabı açıldığını, hazırda bank hesabını bağlaya, başqa bankda aça və ya hüquqi şəxsin rəhbərliyini başqa şəxslərə həvalə edə biləcəyini bildirmişdir. Lakin kadrlar şöbəsinin rəisi ərizəni imzalamayacağı təqdirdə maddə ilə işdən çıxaracaqlarını və bundan sonra başqa işə düzələ bilməyəciyi ilə təhdid etmişdir. O, yenə onlara ərizəni imza etməyəcəyini və bankın rəhb ərliyi ilə görüşmək istədiyini bildirsə də, heç bir nəticə verməmişdir. Bundan sonra bankın baş ofisindən gələn əməkdaşlar ona işdən azad edildiyini bildirərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli, XB-K1/018 nömrəli əmri ona təqdim etmişdirlər. Hesab edir ki, xx.xx.2020-ci il tarixli, XB-K1/018 nömrəli əmr əsasız və qanunvericiliyin tələblərinə zidd olduğu üçün ləğv edilməlidir. Belə ki, sözügedən əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə istinad edilmişdir. Həmin maddəyə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Beləliklə müəyyən edilmişdir ki, işçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən, işdən azad olunması üçün işəgötürən işçi tərəfindən hansı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini pozmasını, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsinin hansı bəndində göstərilən kobud pozuntuya yol verməsini müəyyən etməli və əmrdə həmin halları qeyd etməklə Əmək Məcəlləsinin müvafiq normalarına istinad etməlidir. Lakin onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrində əmək funksiyalarının və ya əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə, yaxud vəzifələrinin kobud şəkildə pozulmasına istinad olunmamışdır. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə isə müəssisənin hüquqi ünvanı göstərilməmiş, işəgötürəni n adı, atasının adı tam göstərilməmiş, əmək müqaviləsinin ləğv edilməsinin əsası ümumiyyətlə qeyd olunmamışdır. Əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas kimi heç bir rəsmi sənəd göstərilməmişdir. Göründüyü kimi, onunla olan əmək müqaviləsinin ləğvi barədə əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə müvafiq tərtib olunmamışdır. Cavabdehlə aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri ismə nəticə verməmiş, ona görə də məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim T.Axundov, iş № 2(004)-2215/2021) iddia təmin edilmişdir.

5. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı 27 noyabr 2012-ci il tarixli əmək müqaviləsi ilə ASC "xxxx" Bankının "20 yanvar" filialının Müştəri xidməti şöbəsinin "Fiziki şəxslərə xidmət üzrə mütəxəssis" vəzifəsinə işə qəbul edilmiş, 2017-ci ilin avqustunda «Fiziki şəxslərə xidmət üzrə aparıcı mütəxəssis" vəzifəsinə, 2019-cu il noyabr ayında bankın verdiyi digər əmrə əsasən ştat cədvəlinə uyğun olaraq "Hüquqi şəxslərə xidmət üzrə aparıcı mütəxəssis" vəzifəsinə keçirilmişdir. İşlədiyi müddətdə iddiaçı təsis etdiyi hüquqi şəxsin ("xxxx" MMC-nin) bank hesabını işlədiyi filialda açmış, bu barədə filial rəhbərliyi məlumatlı olmuş, (sonuncu xx.xx.2020-ci il tarixdə qeydə alınmış izahatında bu faktı etiraf etmişdir) xx.xx.2020-ci il tarixli, XB-K1/018 nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçıya verilən xx.xx.2020-ci il tarixli, XBK1/018 nömrəli əmrin surətində əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmişdir. Cavabdehin nümayəndəsinin isə məhkəmə baxışında təqdim etdiyi xx.xx.2020-ci il tarixli, XB-K1/018 nömrəli əmrin məzmun cəhətdən fərqli olan digər surətindən görünür ki, bu əmrdə əmrin verilməsinə əsas kimi İddiaçı fəaliyyətindəki nöqsanlar haqqında xx.xx.2020-ci il tarixli akt göstərilmişdir. Göründüyü kimi, İddiaçı əmək müqaviləsinə xitam verilməsinə dair iki fərqli məzmunlu əmr vardır. Cavabdehin nümayəndəsi eyni şəxs haqqında iki fərqli məzmunlu əmrin deyil, bir əmr olmasına dair fikrinə məhkəmə tənqidi yanaşır və qeyd edir ki, Əmək Məcəlləsinin 83-cü və 189-cu maddələrinin tələb inə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin surəti sonuncu iş günü işçiyə verilərkən verilən əmrin surəti həmin əmrin mövcud əslinin surətini əks etdirməli idi.

7. İddiaçıya verilən əmrin surəti ilə cavabdehin təqdim etdiyi əmrin əsli məzmun baxımından eynilik təşkil etmir. İddiaçı da cavabdeh tərəfindən onun əmək hüquqlarının pozulmasını məhz ona təqdim edilən əmrin surətində aşkar etdiyi nöqsanlarla əsaslandırmışdır. Məhkəmə cavabdehin nümayəndəsi tərəfindən təqdim edilən əmrin surətində əmrin verilməsinə əsasın göstərilməsini sonradan əmrə edilən əlavə kimi qiymətləndirir, eləcə də, iddiaçı barədə eyni tarixli iki fərqli məzmunlu əmr verilməsi faktının mövcud olmasını və bu halın da qanunvericiliyə uyğun olmamasını qeyd etməklə iddiaçıya verilən əmrin surəti ndə onun verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər, eləcə də, müəssisənin hüquqi ünvanı, işəgötürənin adı, atasının adı tam göstərilmədiyi üçün bunların Əmək Məcəlləsinin 84.2-ci maddəsinin tələbləri baxımından sözügedən əmrin etibarsız sayılması üçün əsaslar olması qənaətinə gəlir.

8. Cavabdehin təqdim etdiyi əmrin surətinə sonradan əlavə edilmiş əmrin verilməsinin əsası kimi göstərilən xx.xx.2020-ci il tarixli aktın məzmununa da məhkəmə hüquqi qiymət verərək tənqidi yanaşır və bu aktın da iddiaçı ilə olan əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi üçün hüquqi əsas olmaması qənaətinə gəlir.

9. Belə ki, aktı imzalayan ASC "xxxx" Bankının “20 Yanvar” filialının Müştəri xidməti şöbəsinin hüquqi şəxslərə xidmət üz rə mütəxəssisi X2, Filialın Müştəri Xidməti şöbəsinin fiziki şəxslərə xidmət üzrə mütəxəssisi X5, Filialın Kredit şöbəsinin hüquqi şəxslərin kreditləşməsi üzrə mütəxəssisi X1 Ramilə Arif qızının Bankın müştərilərinə şəxsi şirkəti olan "xxxx" MMC-nin məhsullarını təklif etməsi və bununla bağlı mobil telefon danışıqlarına həddən artıq çox yol verməsinə dair həm aktda, həm də aktı imzaladıqları tarixdə də verdikləri izahatlarında da, bu halın nə vaxtdan baş verməsini, dəfələrlə təkrarlanmasını və ya mütəmadi olmasını göstərə bilməmişlər. ASC "xxxx" Bankının «20 Yanvar» filialının direktoru X13 izahatının məzmunu əsasən filialının təhlükəsizlik işlərinə məsul olan əməkdaşlarının bildirməsinə əsaslanır. Filialın təhlükəsizlik inspektoru X3 izahatında İddiaçı korporativ email ilə 21 yanvar 2020- ci il tarixində müxtəlif saatlarda şirkətin işləri ilə əlaqədar yazışmalar aparması və sənədlər göndərməsi, 24 yanvar və 30 yanvar 2020-ci il tarixlərində İddiaçı mobil telefonla uzun müddətli və tez-tez danışmağını əks etdirən videogörüntüləri yazdıqlarına əlavə etsə də, cavabdehin nümayəndəsi bu videogörüntüləri məhkəməyə təqdim etməmiş və bu görüntülərlə bağlı təmsil etdiyi təşkilatda hər hansı müvafiq araşdırma aparılmamasını göstərmişdir.

10. Əgər belə bir halın mövcud olduğu təqdirdə iddiaçının bu əməllərində özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi kimi hallarına dərhal, yəni bu hal müəyyən edilən kimi, münasibət bildirilməli və bunun qarşısının alınması üçün əmək qanunvericiliyində nəzərdə tutulmuş müvafiq təsir (intizam) tədbirləri görül məli idi. Lakin cavabdeh tərəfin təqdim etdiyi sənədlərdə (İ.M.Bəkirovun məktubu, Q.Ə.Məmmədovun izahatı) iddiaçının belə bir hala xx.xx.2020-ci il tarixdən əvvəlki hansı tarixlərdə yol verməsi görünsə də, cavabdeh tərəf bunun bağlı faktın müəyyən edildiyi tarixlərdə iddiaçıya münsibətdə tədbir görülməməsinin səbəblərini izah edə bilməmişdir

11. ASC "xxxx" Bankının Təhlükəsizlik İdarəsinin rəisi X4 da xidməti məlumatının məzmunu ASC "xxxx" Bankının "20 yanvar" filialının aparıcı təhlükəsizlik inspektoru X9 xidməti məktubunda göstərilən məlumatlar əsasında qurulsa da, sonuncunun məktubunun məzmunundan fərqli olaraq İ.M.Bəkirovun xidməti məktubunda iddiaçının şəxsi şirkəti ilə əlaqədar etdiyi hərəkətlər daha qabarıq və ətraflı qeyd edilmişdir. Məsələn, Z.Ə.Tumasov məktubunda İddiaçı şəxsi iş i ilə əlaqədar çox tez-tez mobil telefonla danışmasını göstərsə də, İ.M.Bəkirov məktubunda iddiaçının mobil telefon danışıqlarına həddən artıq çox yol verməsini göstərmişdir. Z.Ə.Tumasov məktubunda iddiaçını şəxsi şirkəti olan "xxxx" MMCnin məhsullarının marketinqi və satışı ilə məşğul olmasını göstərsə də, İ.M.Bəkirov onun iş vaxtı ərzində Bankın müştərilərinə təsisçisi və direktoru olduğu "xxxx" MMC-nin xidmətlərini (ölkədaxili və ölkəxarici otellərin rezervasiyası, biletlərin satışı, tur paketlərin təşkili və s.) təklif etməsini qeyd edir. Beləliklə də, İ.M.Bəkirovun Z.Ə.Tumasovun xidməti məktubunda göstərilənlərdən əlavə qeyd etdiyi məlumatların hansı mənbədən götürülməsinə dair cavabdehin nümayəndəsi heç bir sübut təqdim etməmiş və iddiaçı barəsində verilən əmrin əsası kimi həmin xidm əti məktubların göstərilməməsinin səbəblərini də izah edə bilməmişdir. Halbuki, filial işçilərinin tərtib etdikləri aktın məzmununda göstərilənlər iddiaçı barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinin tətbiqi üçün yetərli əsas olmamaqla, onun əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə dair filialın tabe olduğu cavabdeh ASC "xxxx" X10 mövqeyi deyildir.

12. Cavabdeh tərəfindən eyni tarixli xidməti məktublar və tərtib edilmiş akt əsasında hər hansı daxili araşdırma aparılmasına dair heç bir sübut təqdim edilməmişdir. Əksinə, cavabdehin nümayəndəsi izahatında göstərmişdir ki, telefon danışıqlarını əldə etmək mümkün olmadığı üçün öncədən iddiaçının şəxsi telefonu ilə kiminlə danışdığını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də bu barədə araşdırılma olmadan işçinin əmək müqaviləsinə xitam vermişdir.

13. Məhkəmə cavabdehin nümayəndəsinin qanunda işçi barəsində öncə hansı intizam tənbeh tədbirinin tətbiq edilməsi ardıcıllığı barədə göstərişi olmaması səbəbdən də işəgötürən birbaşa 70-ci maddəsinin «ç» bəndi ilə işçinin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı izahatında göstərilənlərə də tənqidi yanaşaraq eyni zamanda qeyd edir ki, cavabdehin təqdim etdiyi əmrin surətində əmrin verilməsinə əsas kimi qeyd edilən akt yalnız filial əməkdaşlarının imzaladıqları aktdır və işəgötürən tərəfindən xidməti məktublar əsasında hər hansı daxili araşdırma aparılmadan iddiaçı barəsində eyni tarixdə (xx.xx.2020)-ci il tarixdə həm akt, həm də xidməti məktublar tərtib edilməklə ona ən ağır intizam tənbehi verməklə cavabdeh tərəfindən 186-c ı maddəsinin 3-cü hissəsinin və 311-ci maddəsinin tələbləri də pozulmuşdur

14. Belə ki, həmin normalara əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

15. Eləcə də, işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində n əzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. ASC "xxxx" Bankının "20 yanvar" filialının aparıcı təhlükəsizlik inspektoru X14 tərəfindən Bankın Təhlükəsizlik İdarəsinin rəisi İ.M.Bəkirova ünvanladığı, xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış xidməti məktubunda göstərilənlər, eləcə də, ASC "xxxx" Bankının «20 Yanvar» filialının təhlükəsizlik inspektoru X3 xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmiş izahatı ilə iddiaçının təqdim etdiyi Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin rəisi müavinin "xxxx" MMC-yə ünvanladığı vergi ödəyicisinin fəaliyyətinin dayandırılması (yəni MMC-nin həmin dövrdə ümumiyyətlə fəaliyyət gösdərməməsi) barədə məktubunda göstərilənlərin tam ziddiyyət təşkil etməsinə əsaslanır. Belə ki, Z.Ə.Tumasovun xidməti məktubunda İddiaçı cari ilin yan var ayının əvvəlindən etibarən iş vaxtı ərzində şəxsi şirkəti olan "xxxx" MMC-nin məhsullarının marketinqi və satışı ilə məşğul olması, Q.Ə.Məmmədovun isə izahatında 21 yanvar 2020-ci il tarixində müxtəlif saatlarda özündən şirkətinin işləri ilə əlaqədar yazışmalar aparmaqla sənədlər göndərməsi, 24 yanvar və 30 yanvar 2020-ci il tarixlərində İddiaçı mobil telefonla uzun müddətli və tez-tez danışması göstərilsə də, Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin rəisi müavinin "xxxx" MMC-yə ünvanladığı məktubunda xx.xx.2019-cu il tarixli ərizəyə əsasən MMC-nin fəaliyyəti xx.xx.2024-cü il tarixinədək dayandırılması qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, 2020-ci ilin yanvar ayında fəaliyyəti dayandırılmış MMC-nin məhsullarının marketinqini və ya reklamının aparılması, bununla b ağlı yazışmalar aparmaqla telefon danışıqlarının aparılması ağlabatan olmamaqla həm də inandıcırı deyildir. "xxxx" MMC-nin fəaliyyətinin dayandırılması və işdən azad edildikdən sonra, yəni, xx.xx.2020-ci ildən bərpa edilməsi həmçinin məhkəməyə təqdim edilmiş həmin MMC ilə bağlı onlayn kargüzarlıq sənədlərinin surətləri ilə də təsdiq edilir. Məhkəmə daha sonra hesab edir ki, göstərilən faktın mövcudluğu iddiaçının təsisçisi və direktoru olduğu "xxxx" MMC-nin məhsullarının marketinqi və satışı ilə məşğul olmasına, Bankın müştərisinə Bank xidmətlərini deyil, şəxsi biznesinin məhsulunu satmağına dair eyni tarixdə, yəni, xx.xx.2020-ci il tarixdə tərtib edilmiş həm aktın, həm izahatların, həm də xidməti məktubların məzmunlarının həqiqətə uyğun olmamasını bir daha təsdiq edir. Məhkəmə həmçinin bu faktla da bağlı cavabdeh tərəfin istinad etdiyi sənədlərdə İddiaçı şəxsi işi ilə əlaqədar çox tez-tez mobil telefonla danışması (telefon danışıqlarına həddən artıq çox yol verməsi) ilə bağlı göstərilənlərin də həqiqətə uyğun olmamasını qeyd edir və hesab edir ki, iddiaçının rəhbəri olduğu MMC ilə bağlı filialda işlədiyi iş vaxtı ərzində, marketinq xidmətləri ilə məşğul olması, özü də bu xidmətlərini Bankın müştərilərinə təqdim etməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından bununla bağlı cavabdeh tərəfin bu halların həqiqətən də mövcud olmasına dair təqdim edilən sənədlər (akt, izahatlar və xidməti məktublar) tutarlı və mötəbər sübutlar kimi və iddianın əsassız olmasını təsdiqi kimi qiymətləndirilə bilməz.

16. Məhkəmə İddiaçı təsisçisi və direktoru olduğu "xxxx" MMC-nin hes abının işlədiyi Bankın filialında açılması ilə bağlı qeyd edir ki, ASC "xxxx" Bankının «20 Yanvar» filialının direktoru X13 xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmiş izahatında iddiaçının özünə məxsus olan (təsisçisi və direktoru özü olan) "xxxx" MMC-ni yaratması barədə ona məlumat verməsini etiraf etmişdir.

17. Məhkəmə qeyd edir ki, İddiaçı özünə məxsus olan MMC-nin işlədiyi filialda hesab açdırması faktında hər hansı ciddi qanun pozuntusu olmamaqla, işin materiallarından göründüyü kimi filial rəhbərliyinin də, buna etirazı olmamışdır. Həmçinin də, məhkəmə qeyd edirki, bu hal iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitamının əsası kimi göstərilməmişdir.

18. Məhkəmə həmçinin iddiaçının Bankın müştərilərinə şəxsi şirkəti olan "xxxx" MMC-nin məhsullarını təklif etməsi və mobil telefon da nışıqlarına həddən artıq çox yol verməsi ilə bağlı izahat verməkdən imtina etməsi ilə əlaqədar tərtib edilmiş xx.xx.2020-ci il tarixli akta da, hüquqi qiymət verərək hesab edir ki, bu halın möcudluğu belə onun barəsində «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» intizam tənbeh növünün verilməsi üçün tam kifayət olmamamaqla yanaşı, buna əsasda ola bilməzdi.

19. Belə ki, iddiaçının cavabdehə münasibətdə Əmək Məcəlləsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirməməsi və ya hüquqlarından suiistifadə etməsi, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etməməsi, işlədiyi dövr ərzində barəsində hər hansı intizam tənbehinin olması, əmək fəaliyyəti zamanı isə yol verdiyi kobud səhvlərinin olması, hüquq pozuntuları nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirməsi hallarının olması öz təsdiqini tapmamışdır

20. Məhkəmə daha sonra qeyd edir ki, bunun əksi olan halda belə cavabdeh iddiaçının şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, qüvvədə olan intizam tənbehinin olmamasını nəzərə alaraq ona digər intizam tənbehinin verilməsinin mümkünlüyünü müzakirə etmək hüququndan istifadə edə bilərdi.

21. Belə ki, daxil olan məlumatlar əsasında araşdırma aparmadan, işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərin ə hər hansı formada ziyan dəyməsi tutarlı və mötəbər sübutlarla təsdiq olmadan ona həmin Məcəllənin 186-cı maddəsində nəzərdə tutulan ən ağır inzibati tənbeh növlərindən biri olan «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» kimi intizam tənbeh növünü verilməsi gələcəkdə işçinin eyni və ya digər sahələrdə əmək fəaliyyətini davam etdirməsi üçün ciddi əngəl yaradan amillərdən biridir.

22. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11 (b bəndi), 68.1, 68.2, 70 (ç bəndi), 71.2, 71.3, 72 (e bəndi), 83, 84, 186, 187.1, 188 və 189cu maddələrinə istinad edərək əsaslandırmışdır. B) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

23. Qətnamədən Cavabdeh ASC "xxxx" Bank apelyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-22 15/20 saylı, 19 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 03 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli, iş № 2(103)-544/2021) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

26. Belə ki, iddiaçı ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərinin pozması əsa sı ilə əmək müqaviləsinin ləğv edilməsi üçün onun ilk növbədə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi müəyyənləşməli, iddiaçı bu hallara yol versə belə, məhz bunun nəticəsində mütləq müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir.

27. Lakin cavabdeh tərəfindən iddiaçının ümumiyyətlə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə dair, məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir.

28. Məhkəmə iclasında cavabdeh ASC "xxxx" Bankın nümayəndəsi və vəkili vəsatət verərək, iddiaçının işdən azad edilməsinin səb əbi iş vaxtı ərzində xidməti vəzifəsi və əmək funksiyaları ilə əlaqədar olmayan tez-tez mobil telefonla danışması olduğundan mobil operatorlardan İddiaçı istifadəsində olan mobil telefon nömrələri və həmin nömrələrdən 2019-cu ilin dekabr - 2020-ci ilin yanvar ayları üzrə edilən zənglər və göndərilmiş SMS-lər barədə məlumatlar tələb edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli 2(103)-6785/20 saylı qərardadı ilə İddiaçı adına mobil telefon nömrələrinin olub-olmaması, əgər vardırsa həmin nömrələrdən 2019-cu ilin dekabr ayının 1dən, 2020-ci ilin yanvar ayının 31-dək olan dövr ərzində edilən zənglər və göndərilmiş SMS-lər barədə məlumatlar "xxxx" MMC-dən, "xxxx" MMC-dən, "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülmüş, lakin vəsatətdə göstərilənlər öz təsdiqin i tapmamışdır.

29. İddiaçının həqiqətən də iş vaxtı ərzində, fəaliyyəti dayandırılmış "xxxx" MMC-nin məhsullarını bankın müştərilərinə təklif etmiş yaxud satmışdırsa, cavabdeh bu barədə məhkəməyə daha mötəbər sübut təqdim edə bilərdi. (Məsələn, cavabdehin iddia etdiyi halları təsdiq edən bankın təhlükəsizlik kameralarına düşmüş audio və videoyazılar, konkret olaraq MMC-nin məhsulları təklif edilmiş yaxud bunu almış hansısa bankın əməkdaşı olmayan şəxsin məlumatları, izahatı və bunu təsdiq edən sənəd (bilet, otellərin rezervasiyası, tur paketlərə dair sənədlər və.s.) Təbii ki, bankın sıravi əməkdaşları öz işlərini itirməkdən qorxduqları üçün hansısa təsir altında iddiaçının barəsində bu cür izahat verə, yaxud onların iştirakı ilə akt tərtib edilə bilər. Bu izahatlar və aktlar bankın mənafey inə uyğun olsa da mötəbər qəbul edilə bilməz. Çünki birtərəfli olmaqla, yalnız bankın maraqlarına uyğun əldə edilmiş sübutlar hesab olunur. Ona görə bu cür sübutlar mötəbər olmadığı üçün iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün də heç bir halda əsas ola bilməzdi.

30. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirdiyi hissədə nəticə etibarı ilə düzgün olduğundan yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. C) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

31. Apellyasiya instansiyası məhkəməsinin qətnaməs indən cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, şikayətin təmin olunmasını, iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

32. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 04 oktyabr 2021-ci il tarixli, 2(102)-4187/2021 nömrəli qərarı ilə (hakimlər: E.Vəliyeva, A.Abbasov və E.Şamayev) cavabdehin kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsi mülki kollegiyasının 03 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

33. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərlə bağlı tam araşdırma aparmamış, təqdim edilən sübutlara Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 88-ci maddəsi baxımından düzgün qiymət verməmiş və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

34. Apellyasiya instansiya məhkəməsinin Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci və 2-ci hissəsinə istinad edərək, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmrin qanunvericiliyin tələbinə uyğun olaraq əsaslandırılmaması, məcburi məzmun və forma tələblərinə riayət edilməməsi barədə qeyd edilənləri məhkəmə kollegiyası əsassız hesab edir.

35. Belə ki, məhkəmə nəzərə almamışdır ki, tətbiq etdiyi Əmək Məcəlləsinin 84.1-ci maddəsində sadalanan məlumatların göstərilmədiyi əmrin məhkəmə tərəfindən etibarsız hesab edilməsi heç də imperativ norma deyil. Əmək Məcəlləsinin 84.2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

36. Hazırkı halda işəgötürənin əmrində onun hüquqi ünvanının, iddiaçının atasının adının göstərilməməsinin iddiaçının hüquqlarını hansı tərzdə pozduğu və bunun iddiaçı üçün hansı neqativ hallara səbəb olması və nəhayət, mahiyyətcə həmin əmrin verilməsinə əsas olan halları aradan qaldıra biləcəyini məhkəmə qətnaməsində əsaslandırmamışdır. Əmək Məcəlləsinin 84.1-ci maddəsində nəzərdə tutulmuş əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlərə gəldikdə isə, işəgötürən tərəfindən məhkəməyə iddiaçıya irad tutulan hallar barədə müvafiq aktlar və sübutlar əla və edilmişdir.

37. Buna görə də, məhkəmə kollegiyası kassasiya şikayəti Əmək Məcəlləsinin imperativ norma olmayan 84.2-ci maddəsinin düzgün tətbiq edilməməsi barədə dəlillərini əsaslı hesab etmişdir.

38. Məhkəmə kollegiyası həmçinin yol verilən pozuntuların iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə ilə xitam verilməsi üçün əsas olmadığı barədə də məhkəmənin gəldiyi nəticəni əsaslı hesab etməmişdir..

39. Cavabdeh iddiaçının iş vaxtı ərzində müştərilərə işəgötürənin fəaliyyəti ilə əlaqədar xidmətlər göstərmək əvəzinə, onlara öz şəxsi şirkəti olan "xxxx" MMC-nin məhsullarını təklif etməsi, bununla da bir tərəfdən iş vaxtının itirilməsinə, digər tərəfdən müştərilərin Banka olan etimadının azalmasına səbəb olan hərəkətlərə yol verməsinə, yəni iddiaçının əmək müq aviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə görə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən xitam vermişdir.

40. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 70 və 72-ci maddələrinin dispozitiv şərtində əmək fəaliyyəti zamanı yol verilən kobud səhvlər dedikdə əmək funksiyalarının icrasında yol verilən nöqsanları da özündə ehtiva etməsinə apellyasiya instansiyası məhkəməsi düzgün qiymət verməmişdir.

41. Həmçinin məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən işdə olan sübutların qiymətləndirilməsi zamanı prossesual hüquq normaları düzgün tətbiq edilməmişdir.

42. Belə ki, işdə olan xidməti məktublardakı məzmun fərqinə istinad edilməklə, Bankın müxtəlif vəzifələrdə işləyən çoxsaylı işçilərinin izahatlarının “yalnız bankın maraqlarına uyğun əldə edilmiş sübutlar” kimi qiymətləndirməsi, bankın sıravi əməkdaşlarını öz işlərini itirməkdən qorxduqları üçün hansısa təsir altında iddiaçının barəsində bu cür izahat verə yaxud onların iştirakı ilə akt tərtib edilə bilməsinin mümkün olması kimi şəxsi mülahizəyə istinad etməklə cavabdehin təqdim etdiyi akt və izahatları mötəbər sübut kimi qəbul etməməsi sübutların qiymətləndirilməsi və sübutetmə yükünün bölüşdürülməsinə dair prosessual qanunvericiliyin prinsipləri ilə uzlaşmamışdır.

43. Eyni zamanda, apellyasiya məhkəməsi iddiaçının işdən azad edilməsinin səbəbi iş vaxtı ərzində xidməti vəzifəsi və əmək funksiyaları ilə əlaqədar olmayan tez-tez mobil telefonla danışması olduğundan mobil operatorlardan İddiaçı istifad əsində olan mobil telefon nömrələri və həmin nömrələrdən 2019-cu ilin dekabr - 2020-ci ilin yanvar ayları üzrə edilən zənglər və göndərilmiş SMS-lər barədə məlumatları cavabdehin vəsatəti əsasında tələb edərək almış, lakin həmin məlumatlar əsasında məhkəmənin hansı faktları müəyyən etdiyini göstərmədən, ümumi ifadə ilə vəsatətdə göstərilənlərin öz təsdiqini tapmadığını qətnamədə qeyd etməklə kifayətlənmişdir. D) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

44. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 2(103)-11896/2021 nömrəli qətnaməsi ilə (hakimlər: F.Babayev, X.Mərdanova və V.Sadıqov) cavabdehin apelyasiya şikayəti təmin edilərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd olunm uşdur.

45. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, tətbiq etdiyi Əmək Məcəlləsinin 84.1-ci maddəsində sadalanan məlumatların göstərilmədiyi əmrin məhkəmə tərəfindən etibarsız hesab edilməsi heç də imperativ norma deyil. Əmək Məcəlləsinin 84.2ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

46. Hazırkı halda işəgötürənin əmrində onun hüquqi ünvanının, iddiaçının atasının adının göstərilməməsinin iddiaçının hüquqlarını hansı tərzdə pozduğu və bunun iddiaçı üçün hansı neqativ hallara səbəb olması və nəhayət, mahiyyətcə həm in əmrin verilməsinə əsas olan halları aradan qaldıra biləcəyini məhkəmə qətnaməsində əsaslandırmamışdır. Əmək Məcəlləsinin 84.1-ci maddəsində nəzərdə tutulmuş əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlərə gəldikdə isə, işəgötürən tərəfindən məhkəməyə iddiaçıya irad tutulan hallar barədə müvafiq aktlar və sübutlar əlavə edilmişdir

47. Məhkəmə kollegiyası həmçinin yol verilən pozuntuların iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə ilə xitam verilməsi üçün əsas olmadığı barədə də birinci instansiya məhkəmənin gəldiyi nəticəni əsaslı hesab etməmişdir.

48. İ.M.Bəkirovun xidməti məktubunda iddiaçının şəxsi şirkəti ilə əlaqədar etdiyi hərəkətlər filial işçilərinin verdiyi izahatlarla bir daha t əsdiq olunur. İ.M.Bəkirov da aparılmış araşdırma zamanı müəyyən olunmuş halları öz xidməti məktubunda qeyd etmişdir.

49. Həmçinin, birinci instansiya məhkəməsinin qətnaməsində göstərildiyi kimi hər iki xidməti məktubun məzmunlarının eyni olmaması həmin xidməti məktubların əsassız olması qənaətinə gəlməyə əsas vermir.

50. Qeyd olunanlar kontekstində kollegiyanın qənaəti bundan ibarətdir ki, cavabdeh təşkilatın mübahisələndirilən əmri qanunvericiliyə uyğun olmaqla, onun ləğv edilməsi üçün əsas mövcud deyildir, birinci intansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı səhv nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

51. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellya siya Məhkəməsinin mülki kollegiyasının 15 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin ediləsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

52. İddiaçı kassasiya şikayətini iddia ərizəsində və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən hallara uyğun əsaslandırmış, hesab etmişdir ki, apellyasiya məhkəməsinin qətnaməsi Əmək Məcəllənin 84-ci, 70-ci maddəsinin ç) bəndi, 71.2 və 71.3-cü maddələri, Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 88, 217.1, 217.3 və 420-ci maddələrinin tələblərinin pozulması ilə çıxarılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

53. Cavabdeh ASC "xxxx" Bank kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 dekabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

54. Maddə 70 ç) bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən əmək müqaviləsinin ləğv edə bilər.

55. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yer ində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

56. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

57. Maddə 84.1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (p eşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

58. Maddə 84.2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

59. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

60. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

61. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya baxışının hədləri

62. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymət ləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

63. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv olunmasını xahiş etsə də, dəlilləri iddianın təmin olunan hissəsi ilə bağlıdır. Kassasiya şikayətinin dəlillərinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı iddia tələbinin təmin olunan hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

64. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəf indən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

65. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsində və aşağı instansiya məhkəmələrində işə baxılan zaman iddiaçı tərəfindən irəli sürülmüş dəlillərlə eyüni məzmunludur, həmin dəlillərə və iddiaçı tərəfindən təqdim edilmiş sübutlara apellyasiya instansiya məhkəməsi tərəfindən obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış, bundan sonra isə tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiym ətləndirmə ilə razılaşır.

66. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 15 dekabr 2021-ci il tarixli tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11896/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar