Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2276/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı “adın mərkəzi kredit reyestrindən çıxarılması və avtomobilin ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əsas öhdəlik üzrə iddia müddəti keçdikdən sonra girov predmetinin yüklülükdən azad edilməsi, iddia müddəti keçmiş borc barədə məlumatın mərkəzləşdirilmiş kredit reyestrindən silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bak ı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 2(103)10483/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 29 dekabr 2012-ci il tarixli kredit müqaviləsi ilə Cavabdeh ASC tərəfindən İddiaçı 18 ay müddətinə illik 26% ödəmək şərti ilə 4060 manat məbləğində kredit verilmiş və kreditin təminatı olaraq həmin tarixli girov müqaviləsi ilə İddiaçı mülkiyyətində olan “Opel Vectra” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobili ipoteka ilə yüklü etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi X1 cavabde h İddiaçı qarşı “kredit müqaviləsi üzrə yaranmış borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası iddia müddətinin keçməsi əsası ilə rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 13 avqust 2020-ci il tarixli qətnaməsi ilə isə iddiaçı Ləğv prosesində olan Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. "xxxx" MMC-dən verilən 04 avqust 2021-ci il tarixli çıxarışa əsasən İddiaçı Ləğv prosesində olan Cavabdeh ASC-yə 29 dekabr 2012-ci il tarixli kredit müqaviləsinə əsasən kredit hesabı üzrə kreditin qalıq məbləği üzrə 3164,34 manat, faiz məbləği üzrə 0,00 manat məbləğində borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Bir inci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının Ləğv prosesində olan Cavabdeh ASC-yə 29 dekabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi və “Opel Vectra” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin girovdan azad edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli qətnaməsi ilə Ləğv prosesində olan Cavabdeh ASC-nin İddiaçı qarşı iddiası rədd olunmasına baxmayaraq, cavabdeh ipoteka predmeti olmuş avtomobil üzərindən yüklülüyün götürülməsi və adının mərkəzi kredit reyestrindən çıxarılması barədə iddiaçının tələbinə məhəl qoyulmur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(006)4816/2021 nömrəli qətnaməsi ilə (hakim C.C.Musayeva) iddia təmin edilərək, İddiaçı Ləğv prosesində olan Cavabdeh ASC-yə 29 dekabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi və “Opel Vectra” markalı, **-NC-*** dövlət nişanlı avtomobilin ipoteka yüklülüyündən azad edilməsi vəzifəsinin Ləğv prosesində olan Cavabdeh ASC-yə həvalə edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425.2-ci maddələrinə, “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4, 10.4.8-ci maddələrinə, “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydalarının 61-6.4-cü bəndlərinə, "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə istinad edərək qeyd etmişdir ki, cavabdeh tərəf kredit müqaviləsi üzrə iddiaçının banka borclu olmasına baxmayaraq kredit məbləğinin qaytarılması üçün mülki prosessual qanunvericiliyə uyğun olaraq vaxtında müvafiq hərəkətləri yerinə yetirmədiyindən iddia müddətini ötürmüşdür. Lakin cavabdeh müvafiq məlumatı "xxxx" MMC-yə verməmiş, halbuki banklar, o cümlədən lisenziyası ləğv edilən və ləğvetmə prosesində olan banklar tərəfindən fiziki və hüquqi şəxs olan borcalanların istənilən valyutada hər bir krediti, həmçinin, fiziki şəxs olan borcalanların kredit kartları üzrə istənilən valyutada hər bir krediti, kredit müqaviləsi üzrə öhdəliyin olmaması haqqında Büroya məlumat verməlidir. Həmçinin məhkəmə Mülki Məcəllənin 296, 270.1, 294.1.1-ci maddələrini tətbiq etməklə hesab etmişdir ki, iddiaçının “Opel Vectra” markalı, **-NC-*** dövlət nişanlı avtomobilə dair ödənilməmiş öhdəliyi olmadığından, həmin öhdəliyin təminatı kimi əmlakın üzərinə qoyulmuş yüklülüyün qalması yolverilməzdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(006)-4816/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi bar ədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 2(103)-10483/2021 nömrəli qətnaməsi ilə (hakim Q.A.Əsgərovun sədrliyi və məruzəsi ilə, hakimlər N.A.İmanovdan və V.N.Sadıqovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(006)4816/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində qeyd etdiyi hallarla bağlı hər hansı sübutu apellyasiya şikayətinə əlavə etməmiş və apellyasiya şikayətində göstərilən halları sübuta yetirə bilməmişdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2(103)-10483/2021 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 399.3, 399.4, 551.1, 554.3-cü, “İpoteka haqqında” Qanunun 48-ci maddələrinin tələbləri pozulmuş, kredit müqaviləsi üzrə tələbin 10 il ərzində qüvvədə olması nəzərə alınmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli qətnaməsi ilə əsas öhdəliyə və təminat öhdəliyinə xitam verilməsi barədə məlumat qeyd edilməmişdir. Kredit müqaviləsi üzrə borcun məhkəmə qadasında tələb olunmasının qeyri-mümkünlüyü öhdəliyə xitam verilməsi üçün əsas deyildir. Həmçinin apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 88 və 217-ci maddələrini pozaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Kassator apellyasiya ins tansiyası məhkəməsinin qətnaməsini tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 294.1.1-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumun un 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, iddiaçı iki tələblə məhkəməyə müraciət etmişdir: 1. iddiaçı ilə cavabdeh bank arasında bağ lanmış kredit müqaviləsi üzrə iddiaçının borcunun olmaması barədə məlumatın mərkəzləşdirilmiş kredit reyestrinə verilməsi, 2. girov qoyulmuş avtomobilin yüklülükdən azad edilməsi. Hər iki tələbinin əsasında bu hal qoyulmuşdur ki, bankın hazırki iddia üzrə iddiaçıya qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi məhkəmə tərəfindən rədd olunmuş və həmin qətnamə qüvvəyə minmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə bankın iddiası rədd olunduğundan, iddiaçının banka ödənilməmiş öhdəliyi qalmamış və hər iki tələb təmin olunmalıdır. Apellyasiya məhkəməsi isə həmin mövqe ilə razılaşmışdır. Gəlinən nəticə ilə razılaşmayaraq, məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiyası məhkəmələri bankın iddiasının rədd olunması əsasını nəzərə almamışlar. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia borcalanın bank qarşısında öhdəliyinin olmaması əsası ilə deyil, bank tərəfindən iddia müddəti ötürülməklə iddia verməsi əsası ilə rədd olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddəti tətbiq edilərək, iddia rədd olunduqda borclunun kreditora qarşı öhdəliyə xitam verilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Belə ki, öhdəliyə xitam verilməsi əsasları Azərbaycan Respublikası MM-in 527.1-ci maddəsi ilə nəzərdə tutulmuşdur. Həmin maddədə isə iddia müddətinin keçməsi və ya qeyd olunan əsasla iddianın rədd edilməsi öhdəliyə xitam verilməsi üçün əsas kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Re spublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli qərarında iddia müddəti və kəsici müddət arasındakı əsas fərqləri izah edərkən qeyd etmişdir ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyil dir, iddia müddətinin keçməsi özözlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır.... İddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. Göründüyü kimi, qanunvericilik iddia müddətinin məhkəmə tərəfindən tətbiq edilməsini öhdəliyə xitam verilməsi üçün əsas kimi nəzərdə tutmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmələr iddianın birinci tələbini təmin edərkən “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydalarının 61-6.4-cü bəndlərinə, "xxxx"na (Büro) məlumatların təqd im edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə istinad etsələr də nəzərə almamışlar ki, həmin normativ hüquqi aktlarla kredit təşkilatının borcalana qarşı verdiyi iddianın nəticəsi barədə kredit reyestrinə məlumatın verilməsi öhdəliyi nəzərdə tutulmamışdır. Həmçinin “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsində məlumat təchizatçılarının kredit bürosuna təqdim etməli olan məlumatların siyahısı qeyd olunmuşdur ki, onların arasında müqavilə üzrə borcun yaranması və ödənilməsi (əsas borcun və faizlərin) tarixləri, borc üzrə aparılmış ödənişlər; vaxtı keçmiş borc məbləği (əsas borc və/və ya faizlərin tam və ya bir hissəsinin ödənilməsi müqavilədə nəzərdə tutulmuş müddətdən 30 təqvim günündən artıq gecikdirilmiş borc); borc öhdəliyinin təminatı; balansdan silinmiş ümidsiz borc və s. daxildir. Lakin məhkəmənin qətnaməsi ilə iddia müddətinin tətbiqi nəticəsində tutulmasından imtina olunmuş borclar barədə məlumatın kredit bürosuna təqdim edilməsi həmin maddə ilə nəzərdə tutulmamışdır. İddianın ikinci tələbi üzrə isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 11 fevral 2022-ci il tarixli Qərarında həmin məsələyə konkret olaraq münasibət bildirmiş və qeyd etmişdir ki, girov (ipoteka) hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əmlak hüququ olaraq müddətsiz xarakter daşıyır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilikdən çıxış edərək belə qənaətə gəlmişdir ki, əsas tələb üzrə iddia müddəti keçdiyi halda əlavə t ələb olaraq ipotekaya məcburi tutma yönəldilə bilməsə də, ipotekaya xitam verilmir və ipoteka predmetinin yüklülüyü davam edir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya məhkəməsi tərəfindən qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmənin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 2(103)-10483/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2276/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2276/2022
11.05.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver