Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2276/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: yaxın qohumun ölməsi, mənəvi zərərin əvəzinin ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2512/2024 nömrəli, 24 aprel 2 024-cü il tarixli qətnaməsindən cavabdeh “Azneft” İB (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 25 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı atası X3 Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh H.Z.Tağıyev adına Neft-qazçıxarma İdarəsinin quyuların əsaslı və yeraltı təmiri sahəsinin quyularının əsaslı və yeraltı təmiri üzrə böyük ustası vəzifəsində işləmişdir.
2. Əsəd Əliyev 02 sentyabr 2018-ci il tarixdə işlədiyi H.Z.Tağıyev adına Neftqazçıxarma İdarəsinin Buzovna sahəsinin 2-ci mədəninin 1368 saylı quyusunda yaranmış qəzanın, yəni qazma kəmərinin pərçimlənməsinin aradan qaldırılması üçün istismar kəmərinin 1984 metrlik sıxılmış hissəsinin düzləndirici alət vasitəsi ilə genişləndirmə əməliyyatını apararkən, sıçrayışla düzləndirici quyunun sıxılmış hissəsindən azad olunmuş və boşalma nəticəsində kanatın ölü ucu Əsəd Əliyevin boyun nahiyəsinə ilişərək qaldırıb yerə çırparaq ona həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vurmaqla nəticələnən xəsarətlər yetirmiş, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
3. Ölüm haqqında xx.xx.2018-ci il tarixli, AZ-İ972446 saylı şəhdətnamədə qeyd olunmuşdur ki, X3 xx.xx.2018-ci il tarixdə boyunun arteriya və venalarının zədələnməsi səbəbindən vəfat etmişdir.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-187/2019 nömrəli, 29 avqust 2019-ci il tarixli hökmü ilə, hadisənin baş verdiyi vaxt Cavabdeh H.Z.Tağıyev adına Neftqazçıxarma İdarəsinin quyuların əsaslı və yeraltı təmiri sahəsinin rəisi vəzifəsində işləmiş X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-01473/2019 nömrəli, xx.xx.2019cu il tarixli qərarı ilə Xətai Rayon Məhkəməsinin hökmü dəyişdirilmiş və Əliqismət Nağıyevin cəzası 3 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, cəza çəkmə müddətinin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə (bundan sonra cavabdeh və ya İstehsalat Birliyi) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə mürac iət edərək, məruz qaldığı mənəvi zərərin əvəzi olaraq cavabdehdən 60.000 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi əsaslandırılmışdır ki, atası Əsəd Əliyev yaranmış qəzanın aradan qaldırılması üçün tal kanatına artıq yük vermiş və bu məqsədlə kənarda yerləşdirilmiş hidravlik çəki indikatoruna baxmaq üçün yaxınlaşaraq tal kanatın ölü ucunun yaxınlığında dayanmış, həmin vaxt sıçrayışla düzləndirici quyunun sıxılmış hissəsindən azad olunmuş və boşalma nəticəsində kanatın ölü ucu atasının boyun nahiyəsinə ilişərək qaldırıb yerə çırparaq ona həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malik və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəli olan kəskin qanitirmə ilə müşaiyət olunan boyunun yumşaq tox umalarının, əzələlərin, arteriya və venalarının əzilibcırılması, qırtlağın cırılıb ayrılması, boyun fəqərələrinin qəlpəli, yerdəyişən sınıqları, onurğa beyinin zədələnməsi və İİ-İİİ boyun fəqərəsinin bağ aparatının qırılması və ayrılması fonunda boyunun ön-sağ və sol yan səthinin dərin əzilmiş-cırılmış yarası, sağlamlığın uzun müddət pozulmasına səbəb olmaqla sağlamlığa az ağır dərəcəli zərərvurma əlamətlərinə malik və ölümlə səbəbli əlaqəli olan döş sümüyü dəstəsinin qapalı, az yerdəyişən sınığı, sol İİİ, İV, V, Vİ, Vİİ və sağ V, Vİ, Vİİ, Vİİİ qabırğaların orta körpücük xətt üzrə qapalı az yerdəyişən sınıqları, sol dirsək sümüyünün açıq, qəlpəli sınığı, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül dərəcəli zərərvurma əlamətlərinə malik təpə nahiyəsinin, döş qəfəs inin və sol saidin əzilmiş yaraları, boyunun sağ yan səthinin qançırı və döş qəfəsinin sıyrıqları kimi xəsarətlər yetirmiş, nəticədə atası aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Bu hadisə ilə bağlı Əliqismət Nağıyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Baş vermiş hadisə nəticəsində atasının faciəvi surətdə vəfat etməsindən sonra sanki həyatı sönmüş, keçirdiyi ruhi sarsıntı, iztirab indiyədək davam edir. Həmişə sevincini, kədərini atası ilə bölüşmüşdür. O, vəfat edəndən sonra isə onu görməkdən, ünsiyyətdə olmaqdan, sevincli anlar yaşamaqdan məhrum olmuşdur. Atanı itirmək ona unudulması mümkün olmayan, davamlı əzab və iztirab verir. Hadisə nəticəsində keçirdiyi mə nəvi iztirab və sarsıntıların ağırlıq dərəcəsi ölçüyə gəlməz. Atasının həlak olmasına səbəb olaraq onu bu yaşda atasız qoyan cavabdeh mənəvi hüzurunu pozmuşdur. Cavabdehin işçisinin təqsiri ilə baş vermiş cinayət hadisəsi nəticəsində onun fıziki mənəvi əzab çəkməyi şübhəsizdir. Mənəvi ziyanın ölçüsü şəxsi məsələ olduğundan ziyanın vurulma məbləğini bu iztirabı ancaq yaşayan şəxs təyin edə bilər. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq vurulmuş mənəvi zərərin əvəzi olaraq 60.000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi iztirablarının yumşaldılmasına bəlkə səbəb olar.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(009)-275/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Şəhla Süleymanova) iddia qismən təmin edilərək, c avabdehdən 40.000 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının atasının iş yerində baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etməsi işin sübuta yetirilmiş halıdır. Bununla bağlı İstehsalat Birliyinin işçisi Əliqismət Nağıyev Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Deməli, hazırkı işdə zərərçəkənin atasının ölümünün cavabdeh təşkilatın işçisinin qanunsuz hərəkəti nəticəsində baş verməsi, həmin hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. Atasının hadisə nəticəsində vəfat etməsinin iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüd olma qla faktdır. Çünki işdə belə zərərin vurulmasını istisna edən halları məhkəmə müəyyən etməmişdir. Baş vermiş hadisədən artıq 5 il keçməsi onu qəti surədə deməyə əsas verir ki, iddiaçının hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırkı vaxtda keçirdiyi stressin səviyyəsi eyni ola bilməz. Ona görə də məhkəmə mənəvi zərərin məbləğini 40.000 manat müəyyən etmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, hazırkı işdən isə müəyyən olunur ki, baş vermiş hadisədən artıq 5 il keçməsi onu qəti surədə deməyə əsas verir ki, iddiaçının hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırkı vaxtda keçirdiyi stressin səviyyəsi eyni ola bilməz. Ona görə də iddia tələbinin iddiaçının qeyd etdiyi formada, tam həcmdə təmin olunmas ı əsasları hazırda mövcud deyildir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6. 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1099.2, 1114.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəm əsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
11. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən də görünür ki, Əliqismət Nağıyevin öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi, səhlənkarlığa yol verməsi nəticəsində fiziki şəxs vəfat etmişdir. İstehsalat Birliyi tərəfindən nə cinayət, nə də mülki hüquq pozuntusu törədilmədiyindən, hazırkı iddia tələbi cavabdehdən deyil, Əliqismət Nağıyevdən tələb edilə bilər. Həmçinin, Əsəd Əliyevin vəfat etməsindən 6 ilə yaxın müddət keçməsi, mənəvi zərərin təsirinin artıq olmamasıdır. Mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz. Bu mənada birinci instansiya məhkəməsinin müəyyənləşdirdiyi mənəvi ziyan məbləği həmin meyara cavab vermir. Bundan əlavə, hazırki iş üzrə 40.000 manat məbləğində mənəvi zərərin əvəzi olaraq cavabdehdən tutulması qanuni və əsaslı deyildir. Belə ki, mövcud məhkəmə təcrübəsindən də görünür ki, digər işlər üzrə mənəvi zərərin məbləği hazırki iş üzrə tutulmuş məbləğdən qat-qat aşağıdır.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-2512/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, mənəvi zərərin necə meydana gəldiyi qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiq olunur. MPM-in 82.4cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Hadisə nəticəsində atasını qəfildən, faciəli surətdə, Əliqismət Nağıyevin öz xidməti vəzifəsinə lazımi qaydada yerinə yetirməməsi, səhlənkarlığa yol verməsi nəticəsində itirmiş iddiaçının mənəvi zərərə məruz qaldığını təsdiq etmək üçün başqa hər hansı sübuta ehtiyac yoxdur.
15. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, apellyasiya şikayətinin əsas dəlillərindən biri odur ki, İstehsalat Birliyi tərəfindən nə cinayət, nə də mülki hüquq pozuntusu törədilməmişdir və bu baxımdan o, hazırkı iddia tələbi üzrə cavabdeh ola bilməz. İddiaçı tələbini cinayət məsuliyyətinə cəlb edilmiş Əliqismət Nağıyevdən tələb edilə bilər. Məhkəmə kollegiyası bu dəlili əsassız saymış və qeyd etmişdir ki, mərhum Əsəd Əliyev və hadisənin baş verməsində təqsirli sayılmış Əliqismət Nağıyev cavabdeh təşkilatın işçiləri olmuş və bu hal işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilmir. Yəni, bu işin mübahisələndirilməyən halıdır. Mülki Məcəllənin 1099.1-ci maddəsinə görə isə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, qanun özü birbaşa Əliqismət Nağıyevin vurduğu zərərin əvəzini ödəmək vəzifəsini onun çalışdığı müəssisənin, yəni hazırkı halda İstehsalat Birliyinin üzərinə qoymuşdur.
16. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən və mənəvi zərərin məbləği 40.000 manat həddində müəyyən edilərkən həm hadisədən sonra keçən müddət, həm iddiaçı ilə mərhumun qohumluq münasibəti, yəni iddiaçının onun oğlu olması və həm də onun məruz qaldığı iztirab və məhrumiyyət nəzərə alınmışdır. Məhkəmə kollegiyası mübahisənin xarakterini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq hesab etmişdir ki, mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə 40.000 manat pulun tutulması ağlabatan və ədalətlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı saymışdır.
17. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1099.2, 1114.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respubli kası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 82.4 və 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
18. Qətnamədən cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyaysı məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğyun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmırlar. Belə ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə edilməsinə yönələ bilməz. Belə ki, mövcud məhkəmə təcrübəsindən də görünür ki, digər işlər üzrə mənəvi zərərin məbləği hazırki iş üzrə tutulmuş məbləğdən qat-qat aşağıdır. Həmçinin, Əsəd Əliyevin vəfat etməsindən 6 ilə yaxın müddət keçməsi, mənəvi zərərin təsirinin artıq olmamasıdır. Belə ki, qeyd edilən maddələrin tələbləri məhkəmələr tərəfindən pozulmuşdur. Bununla belə, zərərin əvəzini zərər vurmuş şəxs ödəməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-187/2019 nömrəli, xx.xx.2019-cu il tarixli hökmündən də görünür ki, Əliqismət Nağıyev öz xidməti vəzifəsinə lazımi qaydada yerinə yetirməməsi, səhlənkarlığa yol verməsi nəticəsində fiziki şəxs vəfat etmişdir. İstehsalat Birliyi tərəfindən nə cinayət, nə də mülki hüquq pozuntusu olmadığından, hazırki iddia tələbi cavabdehdən deyil, Əliqismət Nağıyevdən tələb edilə bilər. Bundan əlavə, hesab edirik ki, hazırki iş üzrə 40.000 manat məbləğində mənəvi zərərin əvəzi olaraq cavabdehdən tutulması qanuni və əsaslı deyi ldir. Belə ki, mövcud məhkəmə təcrübəsindən də görünür ki, digər işlər üzrə mənəvi zərərin məbləği hazırki iş üzrə tutulmuş məbləğdən qat-qat aşağıdır. Mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə edilməsinə yönələ bilməz. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
20. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutul masın.
22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
23. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
24. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
25. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habe lə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
26. Maddə 1097.2. Mülki hüquq pozuntusunu (delikti) törətmiş şəxs zərərin onun təqsiri üzündən vurulmadığını sübuta yetirərsə, zərərin əvəzini ödəməkdən azad edilir.
27. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
28. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, b u zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarı.
29. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair va cib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mülki Məcəllənin 23-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarı.
30. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və sair amillər nəzərə alınmalıdır. Həmin qərarda qeyd edilmişdir ki, mənəvi təzminatı tələb etm ək hüququ olan şəxslərin dairəsinə ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərrüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarı.
31. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vu rulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verə bilər... Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
32. Maddə 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qayd ada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
35. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübu tun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
45. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadınıqismən ləğv edə və yatamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
46. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:
47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsin in mövqeyi:
49. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə apellyasiya instansiya məhkəməsinin mübahisə ilə bağlı mənəvi zərərinin məbləğinin müəyyən edilməsi hissəsində gəldiyi nəticə ilə razılaşmır.
50. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilən hallarından aydın olur ki, iddiaçının atası Əsəd Əliyev 02 sentyabr 2018-ci il tarixdə işlədiyi H.Z.Tağıyev adına Neftqazçıxarma İdarəsinin Buzovna sahəsinin 2-ci mədəninin 1368 saylı quyusunda yaranmış qəzanın, yəni qazma kəmərinin pərçimlənməsinin aradan qaldırılması üçün istismar kəmərinin 1984 metrlik sıxılmış hissəsinin düzləndirici alət vasitəsi ilə genişləndirmə əməliyyatını apararkən, sıçrayışla düzləndirici quyunun sıxılmış hissəsindən azad olunmuş və boşalma nəticəsində kanatın ölü ucu Əsəd Əliyevin boyun nahiyəsinə ilişərək qa ldırıb yerə çırparaq ona həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vurmaqla nəticələnən xəsarətlər yetirmiş, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-187/2019 nömrəli, 29 avqust 2019-ci il tarixli hökmü ilə, hadisənin baş verdiyi vaxt Cavabdeh H.Z.Tağıyev adına Neftqazçıxarma İdarəsinin quyuların əsaslı və yeraltı təmiri sahəsinin rəisi vəzifəsində işləmiş Əliqismət Nağıyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-01473/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə Xətai Rayon Məhkəməsinin hökmü dəyişdirilərək Əliqismət Nağıyev in cəzası 3 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir.
51. İddiaçı 13 dekabr 2023-cü il tarixdə məhkəməyə müraciət edərək atasını qəfildən, faciəli surətdə, cavabdehin işçisinin öz xidməti vəzifəsinə lazımi qaydada yerinə yetirməməsi, səhlənkarlığa yol verməsi nəticəsində itirməsini, bununla da mənəvi sarsıntılara məruz qaldığını qeyd edərək, məruz qaldığı mənəvi zərərin əvəzi olaraq cavabdehdən 60.000 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
52. Apellyasiya instansiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq məhkəmənin qətnaməsini dəyişdirmədən saxlayarkən, mənəvi zərərin necə meydana gəldiyinin qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiq olunm asını, MPM-in 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmünün bu hərəkətlərin olubolmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcbur olmasını, hadisə nəticəsində iddiaçının atasını qəfildən, faciəli surətdə, Əliqismət Nağıyevin öz xidməti vəzifəsinə lazımi qaydada yerinə yetirməməsi, səhlənkarlığa yol verməsi nəticəsində itirməsini qeyd edərək, iddiaçının mənəvi zərərə məruz qaldığını təsdiq etmək üçün başqa hər hansı sübuta ehtiyac olmamasına əsaslanmışdır.
53. Apellyasiya instansiya məhkəməsi həmçinin, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən və mənəvi zərərin məbləği 40.000 manat həddində müəyyən edilərkən, həm hadisədən sonra keçən müddət, həm iddiaçı ilə mərhumun qohumlu q münasibəti, yəni iddiaçının onun oğlu olması və həm də onun məruz qaldığı iztirab və məhrumiyyətin nəzərə alınmasını, mübahisənin xarakterini, tərəflərin əmlak vəziyyətini nəzərə aldığını qeyd etməklə hesab etmişdir ki, mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə 40.000 manat pulun tutulması ağlabatan və ədalətlidir.
54. Kassasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya instansiya məhkəməsi iddiaçının hadisə nəticəsində atasını qəfildən, faciəli surətdə, Əliqismət Nağıyevin öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi, səhlənkarlığa yol verməsi nəticəsində itirməsi, bununla da mənəvi zərərə məruz qalması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərkən haqlı olsa da, mənəvi zərərin məbləğinin 40.000 manat həddində müəyyən edilməsi barədə b irinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, düzgün qətnamə qəbul etməmişdir.
55. Qeyd olunmalıdır ki, iddiaçının hadisə nəticəsində atasını qəfildən, faciəli surətdə itirməsi və bununla da mənəvi zərərə məruz qalması danılmazdır. Belə ki, iddiaçı həmin hadisə nəticəsində faciəvi surətdə vəfat etmiş, ailə başçısı olan atasının mənəvi dəstəyindən, həmçinin təminatından məhrum olmuş, uzun müddət ruhi sarsıntı keçirmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında da izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxs i qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
56. Məhkəmə kollegiyası eyni zamanda cavabdehin kassasiya şikayətinin İstehsalat Birliyi tərəfindən nə cinayət, nə də mülki hüquq pozuntusu olmaması, hazırki iddia tələbinin İstehsalat Birliyindən deyil, Əliqismət Nağıyevdən tələb edilməli olması barədə dəlilləri ilə razılaşmayaraq qey d edir ki, zərərin əvəzini zərər vurmuş şəxsin özünün ödəməli olması ilə bağlı mövqe əsaslı hesab edilə bilməz. Çünki, iddiaçı hazırkı tələbini işəgötürənə qarşı yönəltməklə mümkün qanuni seçim imkanlarından birini seçmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir.
57. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi mənəvi zərərin məbləğinin 40.000 manat həddində müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşarkən, iddiaçının atası Əsəd Əliyevin 02 sentyabr 2018-ci il tarixdə faciəli şəkildə vəfat etməsi ilə bağlı iddiaçı ilə yanaşı mərhumun digər ailə üzvlərinin də mənəvi zərərə məruz qalmalarını, həmin şəxslərin də gələcəkdə onlara dəymiş mənəvi zərərin ödənilməsi tələbi ilə hazırki cavabdehə qarşı məhkəməyə müraciət etmələri ehtimalını diqqətdən qaçırmış, bununla da mərhumun ailə üzvlərinə dəymiş mənəvi zərərin ümumi məbləğini ailə üzvlərinin sayına uyğun müəyyən etməməklə, cavabdehin maddi vəziyyətini nəzərə almamışdır.
58. Məhkəmə kollegiyası onu da qeyd edir ki, 02 sentyabr 2018-ci il tarixdə mərhum Əsəd Əliyevin iş yerində vəfat etməsi ilə əlaqədar baş vermiş faciə nəticəsində ailənin hər bir üzvünün (övladların atasını, arvadın ərini itirməsi) həmin itki ilə bağlı mənəvi sarsıntı keçirməsi əsası ilə ayrı-ayrılıqda cavabdehə qarşı qeyd edilən məzmunda iddialarla müraciət etməsi onların hüququ olsa da, bu xarakterli işlərə baxılarkən dəymiş mənəvi zərərin ümumi məbləğinin müəyyən edilməsi, bu halda həmçinin cavabdehin maddi vəziyyətinin nəzərə alınması zəruridir.
59. Məhkəmə kollegiyası hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında göstərildiyi kimi mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınmasının zəruriliyi və hər bir konkret halda b elə zərərin ödənilməsi ilə bağlı xüsusatların məhkəmənin mülahizəsinə görə müəyyən olunması nəzərdə tutulsa da, məhkəmələr mənəvi zərərin məbləği hissəsində düzgün nəticəyə gəlməmişlər. Çünki, təmin edilən məbləğin vurulmuş mənəvi zərərin həcminə uyğunluğu kifayət qədər əsaslandırılmamış, mərhumun ölümü nəticəsində mənəvi zərərə məruz qalmış digər ailə üzvlərinin də mövcud olması ehtimalı, eyni zamanda cavabdehin maliyyə vəziyyəti nəzərə alınmamışdır.
60. Yuxarıda göstərilən halı araşdırmadan və qiymətləndirmədən apellyasiya instansiyası məhkəməsinin mənəvi zərərin məbləğinin 40.000 manat həddində müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlaması barədə gəldiyi nəticə tam və əsaslı deyildir.
61. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Re spublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
62. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməl i, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
63. Məhkəmə kollegiya belə qənaətə gəlir ki, yuxarıda qeyd olunan hissədə apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə həmin hissədə düzgün həllni tapmamışdır.
64. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bunun la da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.
65. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
66. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzə rdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.
67. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadığından, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə iddianın qismən təmin olunması barədə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.
68. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.
69. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.
70. Göstərilənlərə əsasən və Azərbaycan Respubli kası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2512/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.