Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2277/2024 30.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARI Açar sözlər: mənzilə köçürülmə, mənzildən istifadə hüququnun yaranma əsasları Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehə qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2435/2024 nömrəli, 29 aprel 2024- cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, a şağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimyyəti başçısının xx.xx.2013-cü il tarixli, 589 nömrəli sərəncamı ilə Nurəddin Süleymanov küçəsi 1 saylı ünvanında yerləşən ümumi sahəsi 46,5 kv.m. olmaqla 1 mərtəbəli fərdi yaşayış evinin (bundan sonra mübahisəli ev) təqdim olunmuş layihəyə uyğun mövcud istifadə vəziyyətində X4 adına sənədləşdirilməsinə icazə verilmişdir.
2. X3 və alıcı Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış, notarial qaydada təsdiq edilmiş fərdi yaşayış evinin alqı-satqısına dair ilkin müqaviləyə əsasən, tərəflər mübahisəli evin 20.000 manata Cavabdeh xx.xx.2025-ci il tarixə kimi satılması barədə razılığa gəliblər. X1 əvəzinə X24 tərəfindən imzalanmışdır. Müqavilənin 4-cü bəndində alıcının mənzilə görə 20.000 manat pulu ödəməsi, satıcının həmin məbləği qəbul etməsi əksini tapıb. 3. xx.xx.2017-ci il tarixli etibarnamə ilə etibar edən X25 Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 59 nömrəli sərəncamına əsasən adına olan mübahisəli evi etibar edənin adına sənədləşdirib – özəlləşdirməyi və digər səlahiyyətləri xx.xx.2067-ci il tarixinədək X14 etibar etmişdir.
4. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 164 nömrəli sərəncamı ilə Nərimanov RİH-in nəzdində fəaliyyət göstərən mənzil-məişət məsələləri üzrə ictimai komissiyanın 1 sentyabr 2020-ci il tarixli rəyinin təsdiq edilməsi, mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinin X15 adına sənədləşdirilməsi haqqında Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli, 59 №-li sərəncamının ləğv e dilməsi, fərdi yaşayış evinin mövcud vəziyyətdə sənədləşdirilməsi haqqında Nərimanov RİH başçısının xx.xx.2013-cü il tarixli 589 №-li sərəncamının dəyişdirilməsi, mübahisəli fərdi yaşayış evinin təqdim edilmiş layihəyə uyğun mövcud istifadə vəziyyətində vətəndaş Cavabdeh adına sənədləşdirilməsi qərara alınmış, sözügedən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması üçün Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə müraciət edilməsi Cavabdeh tövsiyə edilmişdir.
5. Sərəncamdan görünür ki, daşınmaz əmlakın ilkin sahibi X4 xx.xx.2017-ci il tarixli ərizəsi əsasında həmin fərdi yaşayış evi Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli, 59 nömrəli sərəncamı ilə X1 7 adına sənədləşdirilmişdir. Daşınmaz əmlakın sahibi K.R.Nemətullayev tərəfindən notarial qaydada verilmiş etibarnamələr və evin alğısatqısına dair ilkin müqavilə mübahisəyə səbəb olmuş, tərəflər arasında daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə əlaqədar cinayət əməlləri aşkarlandıqdan sonra mübahisə hüquq müstəvisinə çıxarılmış, X18 barəsində onun dələduzluq əməli törətdiyinə görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi açılmış və Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir.
6. İddiaçı Cavabdeh İddiaçı qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 kv.m olan fərdi yaşayış evinə köçürülməsinə və cavabdeh İddi açı ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 kv.m olan fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)548/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh İddiaçı mübahisəli mənzildən çıxarılması, həmin fərdi yaşayış sahəsinin boşaldılaraq iddiaçı Cavabdeh təhvil verilməsi qət edilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)7618/2021 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-548/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Azərbaycan Respublikası Ali Məhkəməsin in Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-1060/2022 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-7618/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-3333/2022 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh iddiadan imtinası qəbul edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-548/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir.
11. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)3059/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçı Cavabdeh X8 qarşı mənzilə köçürülmə tələ binə dair iddiası təmin edilmiş, iddiaçının mübahisəli mənzilə köçürülməsi qət edilmişdir. 12. 14.11.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın surətindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)3059/2022 nömrəli icra sənədi üzrə aparılmış icra tədbirləri nəticəsində tələbkar Cavabdeh sözügedən mənzilə köçürülmüş, həmin mənzilin giriş-çıxış açarları tələbkara təhvil verilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Həmin akta əsasən, icra yerində olan X12 mənzilin açarlarını təhvil vermiş və şəxsi əşyalarını götürərək mənzili tərk etmişdir.
13. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)4223/2022 nömrəli qətnaməsi ilə İddiaçı (Cavabdeh müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb ed ilməklə) cavabdeh X8 qarşı dəymiş maddi ziyanın ödənilməsi və mənzildən məcburi çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir. Həmin mülki işdə İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 kv.m olan fərdi yaşayış evinin 1 otağını X2 vermiş, lakin sonuncu ona kirayə haqqını ödəmir evi boşaltmır.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-2140/2023 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 4223/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iddianın rədd olunmasını belə əsaslandırmışdır ki, iddiaçının mübahisəli evə dair hər hansı hüquq müəyyənedi ci sənədi, eləcə də “gözlənti” hüququ mövcud deyil. 15.
17. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3285/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mübahisəli evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X26 2017-ci il tarixdə 25.000 manat pul qarşılığında Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 59 nömrəli sərəncamı əsasında adında olan mübahisəli fərdi yaşayış evini xx.xx.2017-ci il tarixdə X9na 50 il ərzində etibarnamə verərək satmışdır. İddiaçı X20 25.000 manat pulu özü ödəmişdir. X9 ilə həmin ünvanda yaşamışlar. X6 bir ay müddətinə kirayə vermişdir. Cavabdeh həmin evə saxta 164 saylı sərəncam əsasında çıxarış çıxardaraq kirayəyə verdiyi evdə yaşayan X11 tərəf tutaraq məhkəməyə müraciət etməklə onun evdən çıxarılması barədə qətnamə çıxarılmışdır. Qeyd edilən fərdi yaşayış evində iddiaçının özünə və qızı E. Bayramovaya məxsus əşyaları mövcuddur. Faktiki olaraq yaşayış yerlərindən məhrum olmuşlar, başqa yaşayış yerləri yoxdur və kirayədə yaşayırlar. Həmin evin daşınmaz əmlakın dövlət reyestrində heç bir qeydiyyatı yoxdur. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və cavabdeh tər əfindən yaşayış sahəsi kimi istifadə olunur. Nərimanov rayon Bələdiyyəsindən ‘'Azərişıq” ASC-yə təqdim edilmək üçün alınmış arayışda da qızı E.Bayramovanın qeyd edilən ünvanda qeydiyyatda olmaqla yaşadığı göstərilmişdir. Sözügedən evə görə kommunal xərcləri özü ödəmişdir. Göründüyü kimi özü və qızı yuxarıda qeyd olunan fərdi yaşayış evində yaşamışlar və yaşadıqları yerdən məhrum edilmişlər.
18. Cavabdeh iddia tələbinə qarşı etiraz verərək bildirmişdir ki, iddiaçı qeyd etdiyi ünvanda yaşamır, qeydiyyatda deyildir və kommunal xərclərini cavabdeh özü ödəyir. Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinmiş və həbs edilmiş X5 fərdi yaşayış evini dələduzluq yolu ilə ələ keçirmiş, eyni mənzili Afiz, Yeganə, Azad adlı şəxslərə satmış, Afiz başqa ölkənin vətəndaşı olduğu üçü n istintaq dövründə qaçıb getmiş, Yeganə, Azad güclü stress keçirmiş, hər ikisi vəfat etmiş və həmin mənzilin əlindən çıxmaması üçün xx.xx.2017-ci il tarixdə vətəndaş Emilya Bayramovaya etibarnamə vermişdir. X18 №100060439 cinayət işi üzrə "İttiham aktı”nın 98-ci səhifəsində iddiaçı öz ifadəsində qeyd olunan faktları etiraf edib. X18 həbsxanada vəfat etdiyini biləndən sonra iddiaçı yuxarıda qeyd olunan mənzilə dair iddialar irəli sürməyə başlamış və heç bir subyektiv hüquqa malik olmadan mənzili zəbt etmişdir. Bundan əlavə, iddiaçının və onun qızı E.Bayramovanın (etibarnamə əsasında) yuxarıda qeyd olunan mənzilə dair heç bir subyektiv hüquqları olmayıb. X25 xx.xx.2021-ci il tarixdə həbsxanada vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 365.1.7-ci maddəsinə görə etibarnamə ni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması etibarnaməyə xitam verilməsi üçün əsasdır.
19. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-481/2024 nömrəli, 24 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddia təmin edilməmişdir.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə edilmiş sübutlardan görünür ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə dair hər hansı hüquqmüəyyənedici sənədi, hüququ mövcud olmamışdır. Belə ki, iddiaçının istinad etdiyi 27 oktyabr 2017-ci il tarixli etibarnamənin surətindən göründüyü kimi mübahisələndirilən mənzilə dair X25 tərəfindən iddiaçının qızı - hazırk i iş üzrə tərəf olmayan X14 50 il müddətinə etibarnamə verilmişdir. Məhkəmə qeyd edib ki, bu etibarnamə mənzilin mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmasına əsas olmamaqla, mənzilə dair hüququn etibarnaməli idarəçiyə keçməsinə də səbəb olmur.
21. Həmçinin iddiaçı evə görə X22 25.000 manat pul verdiyini bildirsə də, iş materiallarından göründüyü kimi, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 164 nömrəli sərəncamına əsasən mübahisəli evin X18 adına sənədləşdirilməsi haqqında Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli 59 №-li sərəncamı ləğv edilmiş, X25 evin qanuni sahibi olmamışdır. Bununla yanaşı iş materiallarında olan xx.xx.2020-ci il tarixli ittiham aktından görünür ki, X18 barəsində onun dələduzluq əməli törətdiyinə görə Azərbaycan Respu blikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi açılmışdır.
22. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehin mübahisəli fərdi yaşayış evinə dair gözlənti hüququ vardır. Belə ki, xx.xx.2017ci il tarixli notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsinə əsasən fərdi yaşayış evi cavabdehə satılmışdır. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimyyəti başçısının 164 nömrəli sərəncamına əsasən isə həmin fərdi yaşayış evinin cavabdehin adına sənədləşdirilməsi qərara alınmaqla, onun daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması üçün müvafiq orqana müraciət etməsi tövsiyə edilmişdir.
23. Bununla yanaşı, Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3059/2022 saylı xx.xx.2022-ci il tarix li qanuni qüvvəyə minmiş qətnaməsi ilə hazırki iş üzrə cavabdehin mübahisəli fərdi yaşayış evinə köçürülməsi qət edilmiş, qətnamə icra edilərək cavabdeh həmin evə köçürülmüşdür. Bu barədə tərtib edilmiş aktdan da görünür ki, icra yerində olan X12 mənzilin açarlarını təhvil vermiş və şəxsi əşyalarını götürərək mənzili tərk etmişdir. İddiaçının mübahisəli mənzildə yaşaması faktı aşkar olunmamışdır.
24. Məhkəmə qeyd etmişdir ki, şəxsin mənzilə köçürülmə barədə tələbinin əsaslılığı, onun həmin daşınmaz əmlaka əmlak hüquqlarının mövcud olması ilə əlaqəlidir. Lakin iş materiallarında iddiaçının mübahisəli fərdi yaşayış evinə dair əmlak hüququnun olmasına əsas verən mötəbər sübutlar mövcud deyildir və məhkəmə araşdırması zamanı da belə bir hal müəyyən edilməmişdir. Əksinə, məhkəmə araşdırması z amanı mənzilin notariat qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdehə satılması, habelə cavabdehin məhkəmə qətnaməsi əsasında mübahisəli mənzilə köçürülməsi müəyyən edilir.
25. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh mübahisəli evə sahiblik hüququna malik olmaqla yanaşı, o, xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmin evə köçürüldüyündən, iddiaçının isə mübahisəli evə dair hər hansı bir hüququ müəyyən olunmadığından, mübahisəli fərdi yaşayış evinə köçürülməyə dair iddia tələbi əsassızdır.
26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 25, 43-cü maddələrinə, Mülki Məcəlləsinin 11.1, 158.1.2-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Əhmədovanın Azərbaycana qarşı” iş üzrə Qərarına, Mülki-Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 124.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
27. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra –apellyasiya instansiya məhkəməsi) 2(103)-2435/2024 nömrəli, 29 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Vahid Sadıqov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
29. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı Nazənin Rzayeva ya 25.000 manat pul qarşısında mübahisəli evə qızı Emiliya Bayramovaya 50 il ərzində etibarnamə verərək satıldığını, onun qızı ilə həmin ünvanda yaşadığını, həmin evdə onlara məxsus əşyaların olduğunu bildirsə də, iş materiallarında olan X19 təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə ittiham aktının surətindən görünür ki, iddiaçı aşağıdakı məzmunda ifadə vermişdir: “..... Nazənim ona bildirmişdir ki, onun Səfərəliyeva küçəsində evi vardır və həmin evin bir qədər təmirə ehtiyacı olmasını və evin damından yağışlı havada su danmasını bildirmiş, ona N.Süleymanov küçəsində olan evdə qalmağı təklif etmişdir. O, imtina etmiş və yalnız əşyalarının evdə xarab olmaması üçün həmin evə yığılmasına razılıq vermişdir. İlk dəfə Nazənim ilə birlikdə təxminən 3-4 il bundan əvvəl həmin evə g etmiş və Nazənim üzərində olan mənzilin giriş qapısını açıb onu içəridə olan şəraitlə tanış etmişdir. O, evin şəraitsiz olmaqla yaşamaq üçün əlverişsiz olmasını görmüş və əşyalarını yığmaq üçün ona lazım olduğunu bildirmiş, buna görə Nazənim ona həmin evin giriş qapısının 1 ədəd açarını vermişdir. O, əşyalarını yığmaq üçün həmin evə getmiş və onun evdə cəmi 3-4 bağlama əşyası olmuşdur. Həmin əşyaları çay, ayaqqabı, paltar, köhnəlmiş geyim paltarları, qab-qacaq olmuşdur. O, Nazənimlə 2 dəfə həmin evdə olmuş və cəmi həmin evdə 3-4 dəfə olmuşdur ki, onun bir dəfəsində Cəlilabaddan müalicə üçün Bakı şəhərinə gəlmiş qızının səhhəti pis olmasına görə yataqxanaya qalxması qeyri-mümkün olduğundan həmin evdə bir neçə saat qalmışdır. Həmin evdə o 3-4 dəfə gecə qalmış və qızı da 2-3 dəfə rayondan gəl ən zaman və ya Bakı şəhərində olduğu zaman gecələmişdir. Həmin evi ona hər hansı bir şəxs satmamış və evə görə o Nazənim Rzayevaya hər hansı bir məbləğdə pul verməmiş, evə dair hər hansı iddia və tələbi olmamış və onun evdə hər hansı haqqı olmamışdır. Əgər evə görə Nazənim Rzayeva və ya hər hansı bir şəxsə pul vermiş olsaydı, özü dərhal HMO-na ərizə ilə müraciət edərdi. Həmin evə görə ona hər hansı miqdarda maddi ziyan dəyməmişdir. Evdə hazırda Nazənim Rzayeva tərəfindən ona verilmiş köhnə geyinilmiş pal-paltar və ayaqqabı bağlamaları olmuş və həmin əşyalar da yenə Nazənimə məxsus olmuş, evdə hər hansı şəxsi əşyası olmamışdır.
30. Bundan əlavə, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi əsasında hazırki iş üzrə cavabdehin mübahisəli fərdi yaş ayış evinə köçürülməsi zamanı icra məmuru tərəfindən tərtib edilmiş aktdan da görünür ki, icra yerində olan X12 mənzilin açarlarını təhvil vermiş və şəxsi əşyalarını götürərək mənzili tərk etmişdir. İddiaçının mübahisəli mənzildə yaşaması faktı aşkar olunmamışdır.
31. Həmçinin məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçı X26 tərəfindən mübahisəli evə dair onun X9na 50 il müddətinə etibarnamə verildiyinə istinad etsə də, həmin etibarnamənin məzmunundan görünür ki, N.Rzayeva tərəfindən E.Bayramovaya mübahisəli evin etibar edənin adına sənədləşdirilməsi və digər səlahiyyətlər verilmişdir. N.Rzayeva xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən mülki qanunvericiliyin yuxarıda istinad olunan tələblərinə əsasən etibarnamənin qüvvəsinə də xitam verilmişdir.
32. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 157.8, 158.1.2, 365.1.7-ci, Mülki-Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 217.3 və 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
33. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, qətnaməni tamamilə ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
34. İddiaçı kassasiya şikayətini iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandıraraq qeyd etmişdir ki, özü və qızı yuxarıda qeyd olunan fərdi yaşayış evində yaşamışlar və yaşadıqları yerdən məhrum edilmişlər. Apellyasiya məhkəməsinin gəldiyi nəticə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə eynilik təşkilik edir. Bu anlaşılan deyil. İ ş materiallarına əlavə edilmiş sübutlardan bir daha aydın olur ki, iddiaçı və onun qızı həmin ünvanda yaşamışlar.
35. İddiaçı şikayətini Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü, MülkiProsessual Məcəllənin 14, 76.1, 217, 217.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Konstitusiyası
37. Maddə
13. Mülkiyyət I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
38. Maddə
29. Mülkiyyət hüququ İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərənc am vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
39. Maddə
43. Mənzil hüququ Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
40. Maddə 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.
41. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
42. Maddə 365.1.7. Etibarnaməni vermiş fiziki şəxsin ölməsi nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
43. Maddə
2. Mənzil hüququnun əsasları 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelər ini pozmamalıdırlar.
44. Maddə
8. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları 8.0. Mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: 8.0.1. qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; 8.0.2. mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; 8.0.3. mənzil hüquq və vəzifələr ini müəyyən edən məhkəmə qərarları; 8.0.4. qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; 8.0.5. mənzil-tikinti kooperativində üzvlük; 8.0.6. mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi.
45. Maddə
9. Mənzil hüquqlarının müdafiəsi 9.1. Mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir.
46. Maddə
30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), h abelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
50. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir;
51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişik lik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
54. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası hesab edi r ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Belə ki, irəli sürülmüş tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
58. Baxılan i şdə də məhkəmələr iddiaçının mübahisəli yaşayış sahəsindən istifadəsinin hüquqi əsaslarını yoxlamış və müəyyən etmişdir ki, cavabdehin yaşayış sahəsindən istifadə hüququ yoxdur.
59. Məhkəmə kollegiyası məhkəmələrin gəldiyi bu nəticə ilə razılaşır.
60. Belə ki, tərəflər arasında yaranmış hüquq münasibətləri yaşayış sahəsindən istifadə hüququ ilə bağlı yaranan mübahisədir.
61. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
62. Bu baxımdan, iddiaçının bildirdiyi faktik hallara əsasən iddia tələbi 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəala rı əsasında həll olunmalıdır.
63. Nəzərə alınmalıdır ki, hər bir fakt deyil, yalnız qanunun hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişdirilməsi və xitam edilməsinə səbəb olan hal kimi tanıdığı faktlar hüquqi faktlar hesab olunur. Bu baxımdan iddiaçının sözügedən yaşayış sahəsindən istifadə hüququnun tanınması barədə iddia tələbi o halda təmin oluna bilər ki, məhz qanunda bilavasitə göstərilmiş hüquqi faktlar mövcud olsun. Lakin iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə hüququnun yaranmasına əsas olan, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş hər hansı əsas müəyyən edilməmişdir.
64. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
65. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə l azımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
67. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2435/2024 nömrəli, 29 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.