Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2279/2022 26.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 fevral 2022-ci il tarixli, 2(103)6076/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 26 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci, apellyasi ya və kassasiya instansiyası məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsində olan tikilidən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri ünvan 1 ünvanda yerləşən 2 otaq və 1 mətbəxdən ibarət özbaşına tikilidən (evdən) çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin (hakim Rəşad Mustafayev) 14 noyabr 2019-cu il tarixli, 2(094)-432/2019 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh Bakı şəhəri Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, döngə 5, 6 saylı evin, 6 saylı mənzilində yerləşən iki otaq, bir mətbəxdən ibarət özbaşına tikilidən (evdən) çıxarılması qət edilmişdir.
3. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir.
4. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2020-ci il tarixli, 2(103)2021/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. Həmin qətnamədən narazı qalan Cavabdeh Çinqiz qızı kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2021-ci il tarixli, 2(102)-664/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kol legiyasının 26 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2021-ci il tarixli, 2(103)-6076/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 14.11.2019-cu il tarixli, 2(094)-432/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
8. Qətnamə Cavabdeh qızna 08.09.2021-ci il tarixdə verilmiş və cavabdeh həmin qətnamədən 06.11.2021-ci il tarixdə kassasiya şikayəti vermişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 noyabr 2021-ci il tarixli, 2(103)-6076/2021 saylı qərardadı ilə kassasiya şikayəti yeni qüvvəyə minmiş Mülki Prosessual Məcəllənin normalarının tələblərinə cav ab vermədiyindən geri qaytarılmışdır.
10. Cavabdeh həmin qərardadın dəlilləri ilə razılaşmayaraq qərardaddan kassasiya şikayəti vermişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2021-ci il tarixli, 2(103)-6076/2021 saylı qərardadı ilə kassasiya şikayəti yeni qüvvəyə minmiş MPM-nin normalarının tələblərinə cavab vermədiyindən geri qaytarılmışdır.
12. Bundan sonra cavabdehin vəkili Vəkil1 Bakı Apellyasiya Məhkəməsinin 02 avqust 2021 il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətini yenidən tərtib edərək, elektron kabinet vasitəsilə vermiş və şikayətə ərizə əlavə edərək, qanunla müəyyən olunmuş prosessual müddətin buraxılmasının üzrlü hesab edilərək, bərpa edilməsini xahiş etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 fevral 2022-ci il tarixli, 2(103)-6076/2021 saylı qərardadı ilə (hakimlər R.M.Həsənov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) cavabdehin vəkili Vəkil1 Bakı Apellyasiya Məhkəməsinin 02.08.2021 il tarixli, 2(103)-6076/2021 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi və kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iş materiallarında olan poçt qəbzindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2021-ci il tarixli qətnaməsi 08 sentyabr 2021-ci il tarixdə cavabdehə təqdim olunmuşdur. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti yeni qüvvəyə minmiş MPM-nin normalarının tələblərinə cavab vermədiyindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 noyabr 2021-ci il tarixli, 2(103)-6076/2021 saylı qərardadı ilə geri qaytarılsa da, kassasiya şikayəti nöqsanlar aradan qaldırılmaqla yenidən tərtib edilməmişdir. Cavabdeh qeyd olunan qərardaddan kassasiya şikayəti vermiş, lakin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2021-ci il tarixli, 2(103)-6076/2021 saylı qərardadı ilə kassasiya şikayəti yeni qüvvəyə minmiş MPM-nin normalarının tələblərinə cavab vermədiyindən geri qaytarılmışdır. İş materiallarında olan poçt qəbzindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2021-ci il tarixli, 2(103)-6076/2021 saylı qərardadı 31 dekabr 2021-ci il tarixində cavabdeh tərəfindən imza edilməklə rəsmi qaydada qəbul edilmişdir. Cavabdeh in yenidən tərtib edərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2021-ci il tarixli, 2(103)-6076/2021 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti elektron kabinet vasitəsilə 31 yanvar 2022-ci il tarixində daxil olmuşdur. Göründüyü kimi, hazırki iş üzrə kassasiya şikayəti yeni qüvvəyə minmiş MPM-nin normalarının tələblərinə cavab vermədiyindən geri qaytarılsa da, nöqsanlar aradan qaldırılmaqla ağlabatan müddətdə təqdim olunmamışdır. Hazırkı işin halları ilə müəyyən edilir ki, iddiaçı kassasiya şikayətini qətnaməni rəsmi qaydada aldıqdan 4 ay 23 gün sonra vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Qərardadın dəlilləri ilə razılaşmayan Cavabdeh vəkili Vəkil1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Bakı Apellyasiya Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(103)-6076/2021 saylı qərardadının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)6076/2021 saylı 02.08.2021-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən kassasiya şikayəti qanunda nəzərdə tutulan 2 aylıq müddət ötürülmədən verilmişdir. Bundan sonrakı dövrlərdə isə qərardadlardan şikayətlərə baxıldığı üçün kassatorun yenidən ümumi qaydada müraciət etməsi mümkün olmamışdır. Yəni kassator bütün prosessual qaydalara riayət etməklə ümumi qaydada təkrar kassasiya şikayəti versə də apellyasiya instansiyası qanunsuz və əsassız olaraq, işin məhkəmə baxış ında olduğu və kassatorun məcburi gözləməli olduğu müddəti də hesablayaraq, 4 ay 23 gün gecikməni ağlabatan müddətin ötürülməsi kimi hesab etmişdir. Odur ki, buraxılmış müddət 4 ay 23 gün deyil sonuncu qərardadın alındığı vaxtdan və 10 günlük şikayət vermə müddəti nəzərə alınmaqla hesablanmalıdır ki, bu da ağlabatan müddətdən az bir müddət edir. Odur ki, buraxılmış müddət kassatordan asılı olmayan səbəblərdən ötürülmüşdür. Məhkəmə nəzərə almamışdır ki, Cavabdeh elektron kabineti yoxdur və onun məhkəmənın çıxardığı elektron qərarlardan xəbəri olmamışdır. Bundan başqa apellyasiya instansiyasının kassasiya şikayətinin geri qaytarılması barədə qərardadı qüvvəyə minsə də, kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər o cümlədən vəkil orderi, dövlət rüsumu barədə qəbz və digər sənədlər apelya siya instansiyası tərəfindən rəsmi qaydada cavabdehə geri qaytarılmamışdır. Cavabdehin məhkəməyə nöqsanları aradan qaldırmaqla yenidən ümumi qaydada müraciət etmək hüququ olsa da, məhkəmənin yol verdiyi sözü gedən pozuntu nəticəsində cavabdeh bu hüquqdan məhrum edilmiş və kassasiya şikayətini sənədləri geri qəbul etmədən vermək məcburiyyətində qalmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c)Prosessual məsələlər
18. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.
19. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barə də əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Kassasiya baxışının hədləri
20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
21. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). 22.İş üzrə cavabdeh olan kassator apellyasiya instansiyası məhkəməsinin qərardadının tam ləğvini xahiş etdiyindən, həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə
133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə
135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci mad dələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə
405. Kassasiya şikayəti vermə müddəti
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin cavabdeh tərəfindən verilmiş qətnamədən kassasiya ş ikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizənin rədd edilməsi barədə gəldiyi nəticə əsassızdır.
25. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsini n təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
26. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 405.0.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmiş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində verilə bilməsi müəyyən olunur.
27. Bu normadan göründü yü kimi, kassasiya şikayəti vermə müddətinin axımı, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır və iki ay davam edir. Müddətlərin hesablanması qaydalarını müəyyən edən MPM-nin 128.3-cü maddəsinə görə, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
28. İş materialları ilə müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2021-ci il tarixli qətnaməsi 08 sentyabr 2021-ci il tarixdə cavabdehə rəsmi qaydada təqdim olunmuşdur. Cavabdeh tərəfindən həmin qətnamədən vaxtında kassasiya şikayəti verilmiş, kassasiya şikayəti yeni qüvvəyə minmiş Mülki Prosessual Məcəllənin normalarının tələblərinə cavab verməməsi əsası ilə 12 noyabr 2021-ci il tari xli qərardadla geri qaytarılmış, habelə cavabdeh həmin qərardaddan da kassasiya şikayəti vermiş və eyni əsasla onun şikayəti 20 dekabr 2021-ci il tarixli qərardadla geri qaytarılmışdır.
29. MPM-nin 129.3-cü maddəsində görə edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.
30. Bu baxımdan, vaxtında verilmiş kassasiya şikayəti forma və məzmun tələblərinə riayət olunmaması səbəbindən geri qaytarıldığı halda, proses iştirakçısının lazimi intizamlıq göstərib, yol verilmiş nöqsanları aradan qaldırıb yenidən müraciət etməsi üçün ağlabatan müddətə eht iyac olur. Buna görə də təkrar kassasiya şikayətinin müddətlə bağlı mümkünlüyü araşdırılan zamanı ağlabatan müddət meyarından (işin mürəkkəbliyi, şikayətin ancaq vəkil tərəfindən tərtib olunması zəruriliyi və s.) istifadə olunmalıdır. Baxılan işdə cavabdehin müntəzəm olaraq kassasiya şikayətləri ilə müraciət etməsi, bu zaman uzun zaman fasilələrinə yol verməməsi, cavabdehin qətnamədən kassasiya şikayəti verməkdə israrlı olması, onun məhkəmə müdafiəsi hüququndan sonuna qədər istifadə etmək niyyətinin olması açıq-aşkardır.
31. Nəzərə alınmalıdır ki, müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsə lə ilə əlaqədar MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
32. Məhkəmə kollegiyası hesab edir ki, işin halları (cavabdehin qətnaməni vaxtında mübahisələndirməsi, forma tələblərinə əməl olunmadığına görə ikinci dəfə kassasiya şikayəti qaytarıldıqdan bir ay müddətində yenidən kassasiya şikayətini və müddətin bərpa olunması barədə ərizəni vəkil vasitəsi ilə hazırlaması, vəkilin elektron kabineti ilə göndərməsi) cavabdehin kassasiya şikayətini vermək üçün ağlabatan məsuliyyət çərçivəsində hərəkət etməməsi barədə nəticəyə gəlməyə əsas vermir.
33. Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli X1 Hüquqları Məhkəməsinin «Delkurun Belçikaya qarşı işi üzrə» qərarına istinadla qeyd etmişdir ki, «ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir». Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin göstərmişdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin b ütün mərhələlərinə aiddir.
34. Məhkəmə kollegiyası hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin MPM-nin 133-cü maddəsinə istinad edərək cavabdehin prosessual müddətin bərpasına dair vəsatətini təmin etməyərək, kassasiya şikayətinin geri qaytarılmasına dair qərardad qəbul edərkən bu hallar nəzərə alınmamışdır. Ona görə də qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
35. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 fevral 2022-ci il tarixli, 2(103)6076/2021 saylı qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın