Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2279/2024 01.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Rəhmanova (Məcidova) Xəyalə Rəşid qızına (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X23, X5, X10, X12, X19, X6) qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən məcburi qaydada çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Rəhmanova (Məcidova) Xəyalə Rəşid qızına (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X23, X5, X10, X12, X19, X6 cəlb edilməklə) qarşı “mənzildən çıxarılma” tələbinə dair idd iası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1165/24 nömrəli, 04 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 01 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı Əflatun Rəhmanov və cavabdeh Xəyalə Rəhmanova (Məcidova) xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2012-ci il təvəllüdlü X9 adlı uşaqları doğulmuşdur.
2. Daşınmaz əmlakın alğı-satqısına dair xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Aydın Məmmədov küçəsində yerləşən 70 saylı fərdi yaşa yış evinin paylı mülkiyyət üzrə satıcıya məxsus hissəsi X14 tərəfindən İddiaçı 30.000 manata satılmışdır.
3. İddiaçı cavabdeh Xəyalə Rəhmanovanın (Məcidova) keçmiş qaynanasıdır.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Aydın Məmmədov küçəsində yerləşən 70 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X15 (xx.xx.2006-cı il tarixdən - 2/36 hissə), X2 (9/36 hissə), X4 (2/36 hissə), X7 (6/36), X11 (2/36 hissə), X3 (3/36 hissə), İddiaçı (xx.xx.2015-ci il tarixdən - 12/36 hissə) adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli fərdi yaşayış evinin texniki pasportun surətindən görünür ki, İddiaçı və başqalarına məxsus Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 70 saylı fərdi yaşayış evi 1953/1960-cı illərdə tikilmiş, 2 mərtəbədən, 8 yaşayış otaqlardan ibarətdir, ümumi sahəsi 183,56 kv.m., yaşayış sahəsi 117,99 kv.m., köməkçi sahəsi 65,57 kv.m., tikinti altı sahəsi 247,67 kv.m. təşkil etmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2227/2021 nömrəli, 04 iyun 2021-ci il tarixli qətnaməsi ilə X16 ilə X17 arasında xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqın da akt qeydləri kitabında 398 nömrəli ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş anaları Xəyalə Rəhmanovanın yanında qalması, iddiaçı Əflatun Rəhmanovdan uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay, hər uşağa görə 175 manat olmaqla, cəmi 525 manat sabit pul məbləğində alimentin xx.xx.2021-ci il tarixdən hesablanmaqla tutularaq cavabdeh Xəyalə Rəhmanovaya verilməsi, qətnamənin alimentlə bağlı hissələri dərhal icra olunması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Rəhmanova (Məcidova) Xəyalə Rəşid qızına (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin və övladları xx.xx.2007-ci il təvəllüdlü Selcan Rəhmanovanın, xx.xx.2011-ci il təvəllüdlü Cihad Rəhmanovun və xx.xx.2012-ci il təvəllüdlü Xədicə Rəhmanovanın ona məxsus fərdi yaşayış evindən çıxarılmaqla evə daxil olmasına yaranan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, nikah pozulduqdan sonra oğlu mənzili tərk edərək, Türkiyə Respublikasına köçmüşdür. Keçmiş həyat yoldaşı cavabdeh və övladları ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilində qeydiyyatda olmadan yaşamaqla, onun mənzilinə daxil olmasına maneələr törətməklə mülkiyyət hüququndan məhrum ediblər. Yuxarıda göstərilənlər cavabdeh və övladlarının mənzildən çıxarılmaqla mənzilinə daxil olmasına yaranan maneələrin aradan qaldırılması üçün məhkəmə müdaxiləsi zərurəti yaranm ışdır. Cavabdehlə mübahisəli mənzilin mülkiyyətçisi arasında rəsmi ailə münasibətləri olmadığından cavabdehin ailə qanunvericiliyi əsasında yaşayış sahəsində iddiaçının ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ yaranmamışdır. Həmçinin cavabdehin mübahisəli mənzil üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli mənzilin mülkiyyətçisi ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, mənzildən istifadə etmək hüququnun olmasının heç bir hüquqi əsas olmamışdır. Cavabdehin mübahisəli mənzildən istifadə hüququ olmadığından, həmçinin hazırkı mülkiyyətçinin razılığı olmadığından, onun mənzildən müəyyən müddətə istifadə etmək hüququ da yaranmamışdır.
9. Məhkəmə iclasında iddiaçı iddia tələbini tam müdafiə edərək təmin edilmə sini məhkəmədən xahiş etmiş, həmçinin izahatında göstərmişdir ki, cavabdeh onun keçmiş gəlinidir, oğlundan boşanıb, oğlu burada yaşamır. Gəlini evində qeydiyyatsız yaşayır. O, evini satıb gəlininə və nəvələrinə normal ev almaq istəyir. İddiaçı eyni zamanda göstərmişdir ki, mübahisəli evin pulunu o, vermişdir. Belə ki, Vişnyovkada baba mülkü satılmış və satışdan əldə olunan pul vəsaiti mübahisəli evin alınmasına verilmişdir. Evi oğlu almamışdır.
10. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçının oğlu Əflatunla nikahda olan dövründə hazırki ev alınmış, evin pulunu Əflatun vermişdir, formal surətdə anasının adına rəsmiləşdirilmişdir. Hətta Əflatun onunla nikahını birinci uşaqdan sonra rəsmiləşdirmişdir. Onun əvvəlcədən planları olmuş, kifayət qədə r pul qazanmış, vəsaiti olmuş, lakin aldığı avtomaşın, əmlakları digər şəxslərin adlarına rəsmiləşdirmişdir. Artıq uzun müddətdir ki, Əflatun onlara hər hansı bir yardım etməmiş, külli miqdarda aliment borcu yaranmışdır.
11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(009)-1867/2023 nömrəli, 17 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia təmin edilmiş, Xəyalə Rəhmanovanın (Məcidova) övladları Selcan Rəhmanova, Cihad Rəhmanov və Xədicə Rəhmanova ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Aydın Məmmədov küçəsində yerləşən 70 saylı evdən çıxarılması, iddiaçının mülkiyyətində olan evə daxil olmasına yaranan maneələrin aradan qaldırılması qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının oğlu ilə cavabdeh xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olsalar da və 2015-ci ildən mübahisəli mənzildə qeydiyyatda olmadan yaşasa da, o, ailə üzvü kimi mənzilə istifadə hüququ əldə etməmişdir. Belə ki, Konstitusiya Məhkəməsinin qərarında formalaşmış hüquqi mövqeyindən və mənzil qanunvericiliyin tələblərinə əsasən cavabdehin mübahisəli mənzilə istifadə hüququnun yaranması üçün, o evin mülkiyyətçisinin ailə üzvü olmalıdır, cavabdeh evin mülkiyyətçisi olan iddiaçıya münasibətdə onun ailə üzvü olmadığından (gəlin ailə üzvü hesab olunmadığından) və onun həmin evə istifadə hüquqları yaranmadığından, qaldırılan iddia əsaslı hesab edilməlidir. Belə ki, cavabdehin mübahisəli evə hər hansı istifadə hüquqlarının olmaması müəyyən edildiyindən, iddiaçı mülkiyyətində olan evdə cavabdehin yaşayış yeri üzrə qeydiyyata alınmadan uşaqları ilə yaşamalarına və həmin evdən istifadə etmələrinə etiraz etdiyindən, cavabdehin mülkiyyətçinin iradəsinə zidd mübahisəli mənzildə yaşaması iddiaçının mülkiyyətçi kimi Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qorunan hüquqlarını həyata keçirilməsini məhdudlaşdırdığından, bu hal iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.
13. Məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Aydın Məmmədov küçəsində yerləşən 70 saylı evdə heç bir hüquqi əsas olmadan yaşaması müəyyən edildiyindən, iddia tələbi cavabdehə münasibətdə əsaslı hesab edilməli və təmin olunmamalıdır.
14. Məhkəmə hesab etmişdir ki, iddia tələbi cavabdehin övladlarının mübahisəli e vdən çıxarılması hissəsində də təmin edilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə uşaqların anaları Xəyalə Rəhmanovanın yanında qalmaları müəyyən edilmişdir.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, uşaqların yaşayış yeri valideynlərindən birinin yaşayış yeri sayıldığından, həmçinin məhkəmə qətnaməsi ilə uşaqların cavabdehin yanında saxlanılmaları müəyyən edildiyindən, eyni zamanda ananın mübahisəli mənzilə istifadə hüququnun olmaması müəyyən edildiyindən, iddia tələbi uşaqlara münasibətdə də təmin edilməlidir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2, 152.1, 157.2, 157.4-cü, Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.3, 30.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarlarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
17. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın t əmin edilən hissəsində ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını tam araşdırmadan qətnamə qəbul etmişdir. İddiaçının hansı hüquqlarının təsdiq olunması müəyyən edilməmişdir. Məhkəmə heç bir faktı əsaslandırmadan və onun sübutlarını araşdırmadan qətnamə çıxarmışdır. Göründüyü kimi məhkəmə qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, yalnız işin materiallarından görünür ki, məhkəmə ancaq qarşı tərəfin təqdim edə bilmədikləri və sübuta yetirə bilmədikləri dəlilər əsasında qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsi qanunvericiliyi səhv tətbiq etməklə və lazımi əsaslandırılmadan qəbul edilmiş, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin mülki işdə tələb qanunvericiliyə və işin faktiki hallarına uyğun olmamasına baxmayaraq, tələbin mövcud qanunvericiliyə uyğun olmaması qətnamədə öz əksini tapmamış, maddi hüquq normaları düzgün tətbiq olunmamış, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut olunmamışdır. Qətnamə qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutla rla təsdiq edilmişdir. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun deyildir. Məhkəmə işə baxarkən çəkişmə prinsipini pozmuşdur. İddiaçı iddia etmişdir ki, əmlak ona atasından vərəsəlik yolu ilə keçən əmlakı satmaqla alıb. Amma iddiaçı həmin əmlakı neçənci ildə satdığını və neçənci ildə mübahisəli mənzili aldığını sübut edə bilməmişdir. Bundan əlavə satılan və alınan mənzillərin arasındaki fərqin kim tərəfindən ödənildiyini də sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi iddianı tam araşdırmamışdır.
19. Apellyasiya icraatı zamanı Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Aydın Məmmədov küçəsində yerləşən 70 saylı fərdi yaşayış evinin digər mülkiyyətçiləri X23, X5, X10, X12, Aniskin Viktor X1 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-1165/2024 nömrəli, 04 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Azad İmanov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır. Apel lyasiya şikayətinin faktiki münasibətlərə müvafiq hüquqi əsası olmayan dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
22. Məhkəmə qeyd etmişdir ki, hazırki mülki münasibətlər üzrə cavabdehin əldə etdiyi hüquqlar müəyyən edilməmiş və fərdi yaşayış evinin mülkiyyətdə olması, cavabdehin mülkiyyətçiyə münasibətdə hüquqlarının yaranmadığı, apellyasiya dəlilləri üzrə nikah münasibətləri üzrə hər hansı hüquqi nəticələrin hazırki münasibətlərə təsir göstərmədiyi müəyyən edilir. Apellyator tərəfindən iddiaçı ilə münasibətlər zamanı yaşayış sahəsindən istifadə hüquqlarının yaranmasının sübuta yetirilməməsi bir daha apellyasiya şikayətində qeyd edilənləri istisna edir. İddiaçı tərəfindən əmlakın əldə edilməsi üzrə cavabdehin dəlilləri sonuncunun istifadə hüquqlarının ya ranmasına əsas olmadığından bu dəlillərin qeyd edilən tələb həddində müzakirəsinə zərurət müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən:
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
23. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 139-158, 228-ci, Mənzil Məcəlləsinin 30-34ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına, “Azərbaycan Re spublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarlarına və Mülki Prosessual Məcəllənin 76, 77, 80, 82.1, 106.2, 217.4, 385-390-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
24. Qətnamədən cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
25. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya məhkəməsi iş üzrə sübutları düzgün qiymətləndirməmiş, iş üçün əhəmiyyətli olan halları düzgün müəyyən etməmiş, tərəflərin hansı hüquqi münasibətdə olmalarını müəyyən etməmiş, maddi qanunvericiliyi düzgün tətbiq etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
26. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlə tin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
27. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
28. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
29. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüquq u onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
31. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şə rtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
32. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
33. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
34. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qayda sında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
35. Maddə 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər.
36. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.
37. Maddə 228.5. Yaşay ış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi.
38. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
39. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
40. Maddə 30.3. Əgər yaşayış sahəsini n mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar.
41. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin e tməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
42. Maddə 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir.
43. Maddə 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır.
44. Maddə 30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarı.
45. Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə ü zvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı.
46. Məhkəmə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsas ən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
49. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə ü çün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
53. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edi lməsini yoxlayır.
56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
57. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
58. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
59. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apell yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
60. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olun muşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
62. Məhkəmə kollegiyası kassasiya şikayətinin mübahisəli mənzilin nikah müddətində əldə edilməsi, mənzildən bir paylı mülkiyyətçi kimi məhrum edilməsi barədə dəlilinə münasibət bildirirək qeyd edir ki, cavabdeh tərəfindən şikayətdə qeyd olunan həmin hal hazırki iş üzrə qarşılıqlı iddia verilməklə, yaxud ayrıca qaydada mübahisələndirilmədiyinə görə kassasiya şikayətinin həmin dəlili əsassızdır.
63. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillə rində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsass ız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
64. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
65. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətna mənin ləğv edilməsi üçün əsas ola bilməz.
66. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
67. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1165/24 nömrəli, 04 mart 20 24-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.