Məhkəmə qərarları › İş №2(102)-228/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-228/2021

01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-228/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun, hesablanmış faizlərin ödənilməsi, tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, ekspert rəyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiya sının xx xxxxxx 2020-ci il tarixli, 2(103)3505/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: xx xxxxxx 2011-ci il tarixli 01 saylı kredit müqaviləsi ilə İddiaçı ASC-nin “xxx” filialı tərəfindən Cavabdeh illik 25 faiz ödəmək şərti ilə 24 ay müddətinə 12000 manat məbləğində kredit verilmiş, kreditin təminatı olaraq Cavabdeh mülkiyyətində olan “xxxS320” markalı minik avtomobili bank qarşısında ipoteka ilə yüklü etmişdir. Cavabdeh yuxarıda qeyd olunan krediti qəbul etmiş, lakin müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş xx xxxxxx 2018- ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx xxxxxx 2011-ci il tarixli 01 saylı kredit müqaviləsi üzrə banka xx xxxxxx 2018-ci il tarixinə əsas borc 1347 manat, müqavilənin bitdiyi tarixinə faiz borcu 388 manat, müqavilənin bitdiyi tarixdən 5%-lə hesablanmış borcu 331 manat, sistem üzrə xx xxxxxx 2018-ci il tarixinə faiz borcu 1075 manat təşkil edir. İş üzrə birinci instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 13334 saylı rəyinə əsasən Cavabdeh İddiaçı ASC-yə olan borcu xx xxxxxx 2013-cü il tarixə (müqavilənin bitdiyi tarixə) əsas borc üzrə 3858,33 manat, faiz borcu üzrə 380,47 manat, xx xxxxxx 2018-ci il tarixə (bütün müddət ərzində həyata keçirdiyi ödənişlər nəzərə alınmaqla) əsas borc üzrə 406,82 manat, faiz borcu üzrə 64,92 manat müəyyən edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Ləğv prosesində olan İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1347 manat əsas, kredit müqaviləsi üzrə xx xxxxxx 2018-ci il tarixinə hesablanmış 1075 manat faiz, ümumilikdə 2422 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub, iddiaçının hesabına ödənilməsi, tələbin girov qoyulmuş Cavabdeh mülkiyyətində olan “xxx S320” minik markalı, buraxılış ili 2001-ci il olan, banWDB2201651A180636, **-KB-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Cavabdeh xəbərdarlıq edilmişdir, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(007)859/2019 nömrəli qətnaməsi ilə (hakim B.N.Qasımov) iddia qismən təmin edilmiş, Cavabdeh 406,82 manat əsas, kredit müqaviləsi üzrə xx xxxxxx 2018-ci il tarixinə hesablanmış 64,92 manat faiz, ümumilikdə 471,74 manat borcun və 5,84 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaç ı ASC-nin hesabına ödənilməsi, borcun ödənilməsi üçün Cavabdeh mülkiyyətində olan avtomaşına tutmanın yönəldilməsi, 2001-ci il buraxılışlı, “xxxS320” minik markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı, WDB2201651A180636 ban, **********5330 mühərrik nömrəli, qara metal rəngli avtomaşının açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, kredit borcunun tam ödənildikdən sonra satışdan qalan məbləğin Cavabdeh qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən, məhkəmə mühasibatlıq ekspertizası ilə müəyyən olunmuş borc ondan tutularaq iddiaçıya ödənilməli, borcun ödənilməsi üçün tələb ipoteka qoyulmuş avtomobil ə yönəldilməlidir. b) Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı Ləğv prosesində olan İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vasitəsi ilə apelyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(007)-859/2019 nömrəli qətnaməsinin qismən, yəni cavabdehdən xx xxxxxx 2011-ci il tarixli kredit müqaviləsi üzrə 406,82 manat əsas borc, 64,92 manat faiz borcunun tutulması hissəsində ləğv edilməsi və həmin hissədə iddianın tam təmin edilərək 1347 manat əsas borcun, 1075 manat faiz borcunun, cəmi 2422 manat məbləğində borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-3505/2020 nömrəli qətnaməsi ilə (hakim E.C.Kazımovun sədrliy i və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovdan və İ.Ə. Kərimlidən ibarət tərkibdə) apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(007)859/2019 nömrəli qətnaməsi iddiaçının apelyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsində tələb edilən borcun düzgünlüyünün yoxlanılması üçün xüsusi biliyə malik olan ekspertin köməyindən istifadə edilmişdir. Ekspert də iş materialına əlavə edilmiş iddiaçının təqdim etdiyi sübutlardan istifadə etməklə rəy vermişdir. Apelyasiya baxışı zamanı alınmış ekspert rəyinin əsaslılığı hər hansı bir şübhə doğurmur və rəyin mötəbər sübut kimi qəbul edilməməsi üçün əsaslar tapmamışdır. Buna görə də, birinci instansiya məhkəməsi iddianın əsas və faiz borcunun məbləğini tələb edilən həcmdə deyil, məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmiş məbləğdə təmin edərkən düzgün nəticəyə gəlmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri İddiaçı Ləğv prosesində olan İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-3505/2020 nömrəli qətnaməsində dəyişdirilərək, cavabdehdən əsas borcu məbləğinin 1347 manat, faiz borcu məbləğinin 1075 manat müəyyən edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasas iya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsas və faiz borcunun azaldılması hissəsində qanunsuz və əsassız olduğuna görə ləğv edilərək, borcu tam təmin edilməlidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və vəkili məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Kasasiya baxışının hədləri: Azərbaycan Res publikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Birinci inst ansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bu səbəbdən apelyasiyası məhkəməsi qətnaməni iddiaçının şikayəti üzrə iddianın təmin olunmayan hissəsində yoxlamışdır. Kasasiya şikayətini də iddiaçı eyni dəlillərlə bağlı verdiyindən kasasiya baxışının hədlərini apelyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydas ında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsin i tələb edir.... Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutla ra, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüq uq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarını araşdıran məhkəmələr səlahiyyətləri çərçivəsində işdə olan sübutları qiymətləndirmiş və Azərbaycan Respublikası MPM-in 88 və 103-cü maddələrinə əsasən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim olunmuş rəyi mötəbər sübut qismində qəbul etmiş, əsaslı olaraq tutulan əsas və faiz borcunun məbləğini tələb edilən həcmdə deyil, məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə müəyyə n edilmiş məbləğdə təmin etmişdir. Belə ki, məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İş üzrə keçirilmiş ekspert rəyi və iddiaçının tələbi arasında borcun hesablanmasında fərq olsa da, rəyin təsviri hissəsindən müəyyən olunur ki, ekspertiza iş materiallarında olan iddiaçı tərəfindən təqdim olunmuş çıxarış məlumatları və kredit müqaviləsinin şərtlərinə uyğun keçirilmişdir. Həmçinin müəyyən olunur ki, borc “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbay can Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən ilkin olaraq müqavilənin bitdiyi tarixə hesablanmış, sonrakı dövr üçün isə faiz borcu illik 5 faizlə hesablanmaqla, edilmiş ödənişlər çıxılmışdır. Qeyd olunmalıdır ki, iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən də, müqavilənin bitdiyi tarixə faiz borcu ekspert rəyində həmin tarix üçün hesablanmış məbləğə yaxın, 388 manat müəyyən olunmuş, lakin iddiada Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarı nəzərə alınmadan sistem üzrə xx xxxxxx 2018-ci il tarixə olan borcun tutulması məhkəmədən xahiş edilmişdir. Beləliklə, məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin f aktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-3505/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Elşad Şamayev Hakimlər: Elşanə Vəliyeva Aqil Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar