Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-228/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Baladadaş oğluna qarşı ilkin, Cavabdeh Baladadaş oğlunun İddiaçı, X11, Bakı şəhəri 32 saylı Notariat Ofisi, Bakı şəhəri 6 saylı Notariat ofisi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qarşılıqlı iddiası üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma, uydurma əqd, yalan əqd) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh Baladadaş oğluna qarşı “mənzildən çıxarılma” tələbinə dair ilkin, iddiaçı Cavabdeh Baladadaş oğlunun cavabdeh lər İddiaçı, X11, Bakı şəhəri 32 saylı Notariat Ofisi, Bakı şəhəri 6 saylı Notariat ofisi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4563/2024 nömrəli 23 sentyabr 2024-cü il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh Baladadaş oğlu ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 211 nömrəli müqaviləyə əsasən, sifarişçi müqavilədə göstərilmiş məbləği podratçıya tam ödəməklə Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2, m ərtəbə 13, ümumi sahəsi 119,52 kv.metr olan izolə olunmuş 149 saylı 3 otaqlı mənzilin tikintisi podratçıya həvalə edir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən sifarişçi sifariş verdiyi, ümumi sahəsi 119,52 kv.m olan mənzilin sahəsinin hər kv.m üçün 500 manat olmaqla, cəmi 59.760 manat ödəməyi öhdəsinə götürmüşdür. 2. "xxxx" MMC-nin xx.xx.2015-ci il tarixli maliyyə arayışına əsasən mənzilin dəyəri Cavabdeh Baladadaş oğlu tərəfindən tam ödənilmişdir, onun "xxxx" MMC-yə borcu yoxdur.
3. Cavabdeh Baladadaş oğlu "xxxx" MMC-yə notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizə ünvanlayaraq bildirmişdir ki, xx.xx.2013-cü il tarixli 211 nömrəli müqaviləyə əsasən Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2, mərtəbə 13, ümumi sahəsi 1 19,52 kv.metr olan izolə olunmuş 149 saylı 3 otaqlı mənzildən və pay haqqından imtina edir və adına olan müqavilənin istənilən şəxsin adına dəyişdirilməsinə və satılmasına etirazı yoxdur. Gələcəkdə "xxxx" MMC-yə qarşı heç bir iddia və maddi tələbi olmayacaq.
4. X11 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli 583 nömrəli müqaviləyə əsasən, sifarişçi müqavilədə göstərilmiş məbləği podratçıya tam ödəməklə Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2, mərtəbə 13, ümumi sahəsi 119,52 kv.metr olan izolə olunmuş 149 saylı 3 otaqlı mənzilin tikintisi podratçıya həvalə edir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən sifarişçi sifariş verdiyi, ümumi sahəsi 119,52 kv.m olan mənzilin sahəsinin hər kv.mi üçün 500 manat olmaqla, cəmi 59.76 0 manat ödəməyi öhdəsinə götürmüşdür. 5. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən mənzilin dəyəri üzrə X4 "xxxx" MMC-yə borcu yoxdur.
6. X11 "xxxx" MMC-yə notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizə ünvanlayaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixli 583 nömrəli müqaviləyə əsasən Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2, mərtəbə 13, ümumi sahəsi 119,52 kv.metr olan izolə olunmuş 149 saylı 3 otaqlı mənzildən və pay haqqından imtina edir və adına olan müqavilənin istənilən şəxsin adına dəyişdirilməsinə və satılmasına etirazı yoxdur. Gələcəkdə "xxxx" MMC-yə qarşı heç bir iddia və maddi tələbi olmayacaq.
7. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 584 nömrəli müqavil əyə əsasən sifarişçi müqavilədə göstərilmiş məbləği podratçıya tam ödəməklə Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2, mərtəbə 13, ümumi sahəsi 119,52 kv.metr olan izolə olunmuş 149 saylı 3 otaqlı mənzilin tikintisi podratçıya həvalə edir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən sifarişçi sifariş verdiyi, ümumi sahəsi 119,52 kv.m olan mənzilin sahəsinin hər kv.mi üçün 500 manat olmaqla, cəmi 59.760 manat ödəməyi öhdəsinə götürmüşdür. 8. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən mənzilin dəyəri üzrə İddiaçı "xxxx" MMC-yə borcu yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Cavabdeh Baladadaş oğluna qarşı “mənzildən çıxarılma” tələbinə dair ilkin iddia ərizəsi i lə məhkəməyə müraciət edərək Cavabdeh Baladadaş oğlunun və onun ailə üzvlərinin ona məxsus olan ünvan 1 ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2, mərtəbə 13, ümumi sahəsi 119,52 kv.metr olan izolə olunmuş 149 saylı 3 otaqlı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2, mərtəbə 13, ümumi sahəsi 119,52 kv.metr olan izolə olunmuş 149 saylı 3 otaqlı mənzil xx.xx.2024-cü il tarixli 584 nömrəli müqavilə ilə ona məxsusdur. Mənzilin dəyəri tərəfindən tam şəkildə ödənilmiş və bu barədə ona maliyyə arayışı verilmişdir. Cavabdeh mənzilin ondan əvvəlki sahibi olmuşdur. O, mənzildən çıxmamış, ailəsi ilə birlikdə həmin mənzildə yaşamışdır. Dəfələrlə ona müraciət ed ərək, mənzildən çıxmasını tələb etmişdir.
11. Cavabdeh Baladadaş oğlu cavabdehlər İddiaçı, X11, Bakı şəhəri 32 saylı Notariat Ofisi, Bakı şəhəri 6 saylı Notariat ofisi və "xxxx" MMC-yə qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2 mərtəbə 13, ümumi sahəsi 119,52 kv.m olan izalə olunmuş 3 otaqdan ibarət 149 saylı mənzil barəsində X11 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin və həmin mənzil barəsində İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli 584 nömrəli müqavilənin etibarsız hesab edilməsi, mənzilə dair müqavilənin adına bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli, 211 nömrəli müqaviləyə əsasən, ünvan 2 ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2 mərtəbə 13, ümumi sahəsi 119,52 kv.m olan izalə olunmuş 3 otaqdan ibarət 149 saylı mənzilin tikintisi “Podratçı”ya həvalə edilmişdir. Mənzilin dəyəri 59.760 manat müəyyən edilmişdir. Ödənişlər hər ay tərəfindən edilmiş və mənzilin dəyəri tam şəkildə ödənmişdir. Borcunun olmaması ilə bağlı "xxxx" MMC tərəfindən xx.xx.2015-ci il tarixdə maliyyə arayışı verilmişdir. Cavabdeh X11, o, və Rəsul şərikli olaraq işləmiş və onların cavabdeh Araza 35.000 manat məbləğində borcu yaranmışdır. Həmin borcun qaytarılması zəmanəti olaraq, cavabdeh X11 ondan pay haqqını tam şəkildə ödədiyi mənzildən pay hüququndan imtina etməyini tələb etmişdir. O, isə məcburiyyət qarşısında qalaraq xx.xx.2024-cü ildə Bakı şəhəri 6 saylı notariat kontorunda mənzildən və pay haqqından imtina etdirmişdir. Lakin bu imtinanı məhz cavabdehə ödəyəcəyi borcun qarşılığı kimi müvəqqəti olaraq etmişdir. Qeyd olunan imtina ərizəsindən sonra, cavabdeh X11 ilə "xxxx" MMC-yə getmiş, X11 3000 manat şirkətə ödəniş etməklə "xxxx" MMC-lə həmin mənzil barəsində müqavilə bağlamışdır. Daha sonra, borc ödənmədiyinə görə cavabdeh X11 xx.xx.2024-cü ildə müqavilə və mənzilə olan pay hüququndan imtina etmişdir. Bundan sonra isə həmin mənzil barəsində xx.xx.2024-cü ildə cavabdeh İddiaçı ilə 584 nömrəli müqavilə bağlanmışdır. İddiaçı verilmiş maliyyə arayışından da açıq-aydın görünür ki, o, şirkətə mənzilin dəyərini ödəməmişdir. Ona görə də verilən arayışda onun mənzilin dəyərini tam şəkildə ödəməsi deyil, borcunun olmadığı qeyd edilmişdir.
13. Birinci instansiya məhkəməsində şahid X6 ifadəsində bildirmişdir ki, o, Elçin və Vəlinin yaxın dostudur. Elçin mənzil axtarırdı. Vəli ona zəng edərək, belə bir mənzilin satıldığını dedi. Onlar ofisə yaxınlaşmış, mənzilin sahibinin Yusifin olduğunu orada öyrənmişlər, sadəcə rəsmiləşdirilmənin bibisi oğlu Arazın adına edildiyi qeyd edilmişdir. Elçin pulu tamamlamış və alqı-satqı etməyə getmişlər. Pul sellofan paketdə idi və Elçin pulu stolun üstünə qoymuşdur. Pulu Yusif, Araz və Rəsul saydılar. Daha sonra oradan getmişlər. O, bir neçə dəfə Yusifə zəng vuraraq, mənzili tərk etməsini istəmişdir.
14. Birinci instansiya məhkəməsində X3 ifadəsində göstərmişdir ki, vasitəçi kimi fəaliyyət göstərir. Alğı-satq ı olan gün Rəsul adlı şəxs onun ofisinə yaxınlaşaraq mənzil satmaq istədiklərini demişdir. Ondan mənzilin kimin olduğunu soruşduqda, o, qohumunun, yəni bibisi oğlunun olduğunu demişdir. Saat 16:00-17:00 radələrində ofisdə yığışmışlar və orada Yusifi də görmüşdür. Sənədlərlə bağlı problem ola biləcəyindən narahat olduğundan bu məsələni dəqiqləşdirmişdir. İddiaçı pulu ofisə gətirmiş və Rəsul, Yusif və Araz pulu saymışlar. Elçin Yusifdən mənzili nə vaxt boşaldacağını soruşdu, o, isə körpə uşağının olduğunu demiş, Elçin ona evi boşaltması üçün 40 gün vermişdir. Sədrlik edənin sualına cavab olaraq bildirir ki, Yusif borcunun olduğunu və mənzili təcili satdığını dedi. Borcunu ödədikdən sonra özünə ev alacaqdı. Rəsul satdıqları evin bibisi oğlunun olduğunu demişdir. Onlar şirkətdə öyrənmişlər ki, mənzil Arazın adına olmuşdur.
15. Birinci instansiya məhkəməsində X1 ifadəsində göstərdi ki, bir neçə ay bundan öncə Babək adlı tanışı ona belə bir mənzilin satışa çıxarıldığını bildirdi. Mənzilin çıxarışı olmadığından tapdığı müştərilərə mənzil maraqlı gəlmədi. O, Abbasa zəng vurmuş və mənzil barədə məlumat vermiş, mənzilin sahibinin Yusif olduğunu bilmişdir. Mənzilin qohumunun adına olduğunu və imtina ərizəsi yazacağını demişdir. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, mənzilin qiymətinin 150.000 manat olduğunu Rəsul və Yusif dedilər. Elçinə mənzilin videosunu o göstərmişdir. Elçin Yusifə uşağının qırxı çıxdıqdan sonra mənzildən çıxacağını demişdir.
16. Birinci instansiya məhkəməsində şahid X7 ifadəsində göstərdi ki, Rəsul səhər saatlarında ofisə gələrək bibisi oğlunun mənzilin i satmaq istədiklərini demişdir. O, də mənzilin şəkillərini müştərilərə göndərmişlər. Vəli müştəri olaraq Elçin müəllimi tapdığını demişdir. Yusif dedi ki, mənzil onundur və mənzil qohumunun adınadır. İddiaçı 150000 manat pulu vermişdir. Onlar da orada idilər, pulu sayıb götürdüklərini görmüşdür. O, axıra kimi orada idi və əziyyət haqqını götürdü. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, əziyyət haqqını ona Yusif verdi. Yusif maşın sürürdü, Rəsula ona pul verməsini dedi, o da paketdən ona pulu verdi.
17. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)2532/2024 nömrəli qətnaməsi ilə (hakim G.V.Babazadə) ilkin iddia tələbi təmin edilmiş, Cavabdeh Baladadaş oğlunun ailə üzvləri ilə birlikdə ona məxsus ünvan 3 ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2, m ərtəbə 13, ümumi sahəsi 119,52 kv.m olan izolə olunmuş 149 saylı 3 otaqlı mənzildən çıxarılması, ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 manat məbləğində pulun Cavabdeh Baladadaş oğlundan tutularaq İddiaçı ödənilməsi, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Baladadaş oğlunun ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, X11, Bakı şəhəri 32 saylı Notariat Ofisi, Bakı şəhəri 6 saylı Notariat ofisi və "xxxx" MMC-yə qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir..
18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli 584 nömrəli müqavilə üzrə ünvan 1 ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2, mərtəbə 13, ümumi sahəsi 119,52 kv.metr olan izolə olunmuş 149 saylı 3 otaqlı mənzil hal-hazırda qanuni əsaslarla İddiaçı məxsus olduğundan Cavabdeh Baladadaş oğlunun həmin mənzildə yaşamağı İddiaçı mənzilə sahiblik və istifadə hüquqlarını pozmuşdur. Məhkəmə odur ki belə nəticəyə gəlmişdir ki, ilkin iddia tələbi təmin edilərək Cavabdeh Baladadaş oğlu ailə üzvləri ilə birlikdə ona məxsus ünvan 1 ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2, mərtəbə 13, ümumi sahəsi 119,52 kv.m olan izolə olunmuş 149 saylı 3 otaqlı mənzildən çıxarılmalıdırlar.
19. Birinci instansiya məhkəməsi qarşılıqlı iddiaya münasibətdə qeyd etmişdir ki, ünvan 4 ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2 mərtəbə 13, ümumi sahəsi 119,52 kv.m olan izalə olunmuş 3 otaqdan ibarət 149 saylı mənzil barəsində X11 ilə Evro Stroy- S MMC arasında bağlanmış 13 yanvar 2024-cü il tarixli müqavilənin və həmin mənzil barəsində İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 8 fevral 2024-cü il tarixli 584 nömrəli müqavilənin etibarsız hesab edilməsi üçün və sözügedən mənzilə dair müqavilənin qarşılıqlı iddiaçı Cavabdeh adına bərpa edilməsi üçün əsaslar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.5, 152.1, 152.5, 157.2, 337.1-ci, Mənzil Məcəlləsinin 112.1-ci maddələrinə, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azə rbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 107, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsi və ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh X11 ona borcunun olduğundan istifadə edərək mənzilinə dair "xxxx" MMC ilə müqavilə bağlamış, daha sonra isə həmin mənzili İddiaç ı satmışdır. Həmin mənzilə dair cavabdehlər tərəfindən müqavilə bağlanmasını həm də o da təsdiq edir ki, mənzil müqavilə üzrə Araz Əsgərova, daha sonra isə Elçin Salamova keçməsinə baxmayaraq mənzildə o, və ailəsi yaşayır. Əgər Arazla "xxxx" MMC arasında bağlanmış müqavilə real olsa idi, o zaman onu həmin evdən Araz çıxarmalı idi. Bu isə ona dəlalət etmişdir ki, Araz Əsgərov heç bir ödəniş etmədən "xxxx" MMC ilə görünüş üçün müqavilə bağlamışdır. İddiaçının mübahisəli mənzilə iddia etməyə əsas verən yeganə sənədi müqavilə olmuşdur. Lakin iddiaçının mənzilə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Məhkəmə yalnış olaraq isə iddiaçını mülkiyyətçi hesab etmiş və onun subyektiv hüququnun olması qənaətinə gəlmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, müqavilələrin etibarsız hesab edilməsi üçün və sözügedən mənzilə dair müqavilənin onun adına bərpa edilməsi üçün əsaslar məhkəmə araşdırması zamanı müəyyən edilmədi. Lakin məhkəmə hansı əsas və sübutla bu qənaətə gəldiyini qeyd etməmişdir. Halbuki, məhkəmə iclasında izahat verən cavabdeh X11 izahatında mənzilin borc əvəzi olaraq onun adına keçirildiyini etiraf etmişdir. Lakin məhkəmə bu nüansa qiymət verməmişdir.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4563/2024 nömrəli, 23 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər M.Ə.Rüstəmli (sədrlik edən və məruzəçi), V.N.Sadıqov və A.Ə.İsgəndərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Cavabdeh Balada daş oğluna aid edilməsi qət edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdən müəyyən olunur ki, mübahisəli mənzil "xxxx" MMC tərəfindən xx.xx.2013-cü il tarixli 211 nömrəli müqavilə üzrə Cavabdeh Baladadaş oğlunun adına rəsmiləşdirilmiş və sonradan o, notarial qaydada təsdiq edilmiş ərizə ilə həmin mənzildən və pay haqqından imtina edərək və adına olan müqavilənin istənilən şəxsin adına dəyişdirilməsinə və satılmasına etirazı olmadığını bildirmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixli 583 nömrəli müqaviləyə əsasən sözügedən mənzil X4 adına rəsmiləşdirilmiş, sonradan o, ərizə ilə həmin mənzildən və pay haqqından imtina etmişdir. Daha sonra xx.xx.2024-cü il tarixli 584 nömrəli müqavilə üzrə mübahisəli mənzil İddiaçı adına rəsmiləşdirilmişdir. Hal-hazırda mənzildə Cavabdeh Baladadaş oğlu və onun ailə üzvləri yaşayır.
25. Məhkəmə kollegiyası müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiaya münasibətdə qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Baladadaş oğlu tələbini belə əsaslandırır ki, Araz Əsgərov, o və Rəsul adlı şəxs şərikli olaraq işləmiş və Araza 35.000 manat məbləğində borcu yaranmış və borcun qaytarılması zəmanəti olaraq Araz Əsgərov ondan dəyərini ödədiyi mənzilə görə pay hüququndan imtina etməyi tələb etmiş, imtinanın müvəqqəti olaraq etmiş, Araz Əsgərov isə ona borcunun olduğundan istifadə edərək onun mənzilinə dair "xxxx" MMC ilə müqavilə bağlamışdır.
26. Birinci instansiya məhkəməsində X11 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, mənzilə görə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərə findən ödənilmiş 150.000 manat məbləğdən Cavabdeh ona 37.000 manat vermiş, qalan pulu özü götürmüşdür Hətta 3.000 manat Yusifdən borc istəmiş, o isə verə bilməyəcəyini demişdir. Mənzili Yusif borc əvəzi olaraq onun adına keçirmişdir.
27. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Baladadaş oğlu isə suallara cavab olaraq bildirmişdir ki, o, İddiaçı tərəfindən verilmiş pulun 150.000 manat olduğunu bilmiş, pul Rəsul və Araza verilmiş, ona pul verilməmişdir.
28. İş üzrə şahid qismində ifadə vermiş şəxslər isə təsdiq etmişlər ki, İddiaçı tərəfindən mənzilə görə 150.000 manat ödənilmiş, pulu Yusif, Araz və Rəsul saymışlar. X1 həmçinin bildirmişdir ki, mənzilin qiymətinin 150.000 manat olduğunu Rəsul və Yusif ona bildirmiş, X7 isə bildirmişdir ki, ona mənzilin pulundan Yusif tərəfindən əziyyət haqqı da verilmişdir. X9 isə bildirmişdir ki, Elçin Yusifə körpə uşağı olduğu üçün mənzilin boşaldılması üçün 40 gün vaxt vermişdir.
29. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab etmişdir ki, şahidlərin mənzilə görə İddiaçı tərəfindən 150.000 manat məbləğində vəsaitin ödənildiyi həm qarşılıqlı iddia üzrə iddiaçı, həm də X11 tərəfindən təsdiq edilmişdir. Odur ki, iş üzrə ifadə vermiş şahidlərin mübahisənin qarşılıqlı iddia üzrə cavabdehin xeyrinə həll olunmasında maraqlarının olması barədə apellyasiya şikayətinin dəlilini məhkəmə kollegiyası əsaslı hesab etməmişdir.
30. Yuxarıda şərh olunanlara əsaslanaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Baladadaş oğlu ilə X11 arasında olan borc münasibətlərinin təminatı olaraq mənzil xx.xx.2024-cü il tarixli, 583 nömrəli müqaviləyə əsasən sonuncunun adına rəsmiləşdirilsə də, sonradan mənzil xx.xx.2024-cü il tarixli, 584 nömrəli müqavilə ilə İddiaçı adına "xxxx" MMC tərəfindən rəsmiləşdirilərkən Cavabdeh Baladadaş oğlu bu rəsmiləşdirmədən məlumatlı olmuş, həmin rəsmiləşdirmədə iştirak etmiş və buna etiraz etməmiş, İddiaçı tərəfindən mənzilə görə ödənilmiş 150.000 manat məbləğində pulu almış, həmin puldan X8 olan borcunu ödəmişdir. Hazırda qarşılıqlı iddia üzrə iddiaçının mübahisəli mənzildə yaşamağa davam etməsi isə onun mənzilə görə ödəniş etmiş İddiaçı uşağının dünyaya gəlməsi ilə bağlı mənzilin boşaldılması üçün müəyyən vaxt istəməsi ilə bağlı olmuşdur.
31. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.
32. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, hazırda qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələrin mübahisələndirilməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.
33. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilkin iddianın təmin edilməsi barədə də düzgün nəticəyə gəlmişdir.
34. İlkin iddia üzrə iddiaçı tərəfindən mənzilin dəyəri cavabdehə ödənildiyindən, mənzili inşa edən MMC tərəfindən mənzilə dair xx.xx.2024-cü il tarixli müqavilə iddiaçının adına rəsmiləşdiyindən, mənzilə dai r bu müqavilədən irəli gələn hüquq gələcəkdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması gözlənildiyindən iddiaçının həmin mənzilə mülkiyyət hüququnu əldə etmək üçün “qanuni gözləntisi” mövcuddur.
35. Şərh olunanlara əsasən məhkəməsi kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas ola bilməz.
36. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 152.1, 157.2, 324.1, 337.1, 337.3, 337.4, 340.1, 351.1, 351.2, 351.3, 351.4, 351.5, 389.1, 390.1, 425.1,560.1, 752.1-ci maddələrinə, “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarlarına və MPM-in 14.2, 77.1, 88, 217.3, 217.4, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
37. İlk iddia üzrə cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-4563/2024 saylı qətnaməsini tamamilə ləğv edilməsini və iş materiallarının yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
38. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 146, 152, 178, 337, 339, 340-cı, MPM-in 9, 77, 88, 217-ci maddəsinə istinad edilməklə belə əsaslandırılmışdır ki, Məhkəmə qətnaməsində qeyd etmişdir ki, hazırda qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələrin mübahisələndirilməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Lakin göstərilən mövqe tamamilə yanlışdır. Belə ki, cavabdeh X11, o və Rəsul şərikli olaraq işləmiş və onların cavabdeh Araza 35 000 manat məbləğində borcları yaranmışdır. Həmin borcun qaytarılması zəmanəti olaraq, cavabdeh X11 ondan pay haqqını tam şəkildə ödədiyi mənzildən pay hüququndan imtina etməyi tələb etmişdir. Məcburiyyət qarşısında qalaraq 13 yanvar 2024-cü ild ə Bakı şəhəri 6 saylı notariat kontorunda ünvan 4 ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2 mərtəbə 13, ümumi sahəsi 119,52 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət 149 saylı mənzildən və pay haqqımdan imtina etmişdir. Lakin bu imtinanı məhz cavabdehə ödəyəcəkləri borcun qarşılığı kimi müvəqqəti olaraq etmişdir. Qeyd olunan imtina ərizəsindən sonra, cavabdeh X11 ilə "xxxx" MMC-yə getmişlər, X11 3000 manat şirkətə ödəniş etməklə "xxxx"MMC-lə həmin mənzil barəsində müqavilə bağlamışdır. Daha sonra, borc ödənmədiyinə görə cavabdeh X11 8 fevral 2024-cü ildə müqavilə və mənzilə olan pay hüququndan imtina etmişdir. Bundan sonra isə həmin mənzil barəsində 08 fevral 2024-cü ildə cavabdeh İddiaçı ilə 584 nömrəli müqavilə bağlanmışdır. Hazırda isə İddiaçı onun yaşadığı mənzildən çıxarılmağı ilə bağlı məhkəmədə iddia qaldırıb. İddiaçı verilmiş maliyyə arayışından da açıq-aydın görünür ki, o şirkətə mənzilin dəyərini ödəməyib. Ona görə ona verilən arayışda onun mənzilin dəyərini tam şəkildə ödəməsi deyil, borcunun olmadığı qeyd edilmişdir. Lakin məhkəmə qətnamədə əsasssız olaraq heç bir sübut olmadan İddiaçı mənzilə görə ödənişi tam ödəməsi qənaətinə gəlmişdir.
39. Cavabdeh X11 ona borcunun olduğundan istifadə edərək mənzilinə dair "xxxx" MMC ilə müqavilə bağlamış, daha sonra isə həmin mənzili İddiaçı satmışdır. Həmin mənzilə dair cavabdehlər tərəfindən müqavilə bağlanmasını həm də o da təsdiq edir ki, mənzil müqavilə üzrə Araz Əsgərova, daha sonra isə Elçin Salamova keçməsinə baxmayaraq mənzildə o və ailəsi yaşayır. Əgər Arazla "xxxx" MMC arasında bağlanmış müqavilə real olsa idi, o zaman onu həmin evdən Araz çıxarmalı idi. Bu isə ona dəlalət edir ki, Araz Əsgərov heç bir ödəniş etmədən "xxxx" MMC ilə görünüş üçün müqavilə bağlamışdır.
40. İddiaçının mübahisəli mənzilə iddia etməyə əsas verən yeganə sənədi müqavilədir. Lakin iddiaçının mənzilə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İ instansiya məhkəməsi yanlış olaraq isə iddiaçını mülkiyyətçi hesab etmiş və onun subyektiv hüququnun olması qənaətinə gəlmişdir. Apellyasiya Məhkəməsi isə bu arqumentlərinə heç bir münasibət bildirməmişdir.
41. Məhkəmə belə qənaətə gəlmişdir ki, İddiaçı mənzilə görə verdiyi 150 000 manat pulu almışdır.Lakin bu mövqe tamamilə yanlışdır. Lakin məhkəmə hansı əsas və sübutla bu qənaətə gəldiyini qeyd etməmişdir.
42. Məhkəmə tərəfindən iddiaçının təqdim etdiyi sənədlərə düzgün hüquqi qiymət verilməmiş, şahid ifadələri mötəbər sübut kimi qəbul edilmişdir. Şahid ifadələri bu mübahisədə mötəbər hesab edilə bilməz. Ona görə ki, şahidlər iddiaçı ilə yaxın dostluq münasibətlərində olan şəxslərdir və onlar mübahisənin iddiaçının xeyrinə həll olunmasında maraqlı olan şəxslərdir.
43. Məhkəmə yalnız iddiaçının heç nə ilə təsdiq edilməyən izahatlarını əsas götürmüşdür.Məhkəmə tərəfindən tərəflərin bərabərliyi və çəkişmə prinsipinə riayət edilməmişdir. Məhkəməyə tərəflərindən teleqram göndərilməsinə baxmayaraq, məhkəmə işə onların iştirakları olmadan baxmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
44. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
45. Maddə 5.3. Mülki hüquq mün asibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
46. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
47. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
48. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
49. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
50. Maddə 337.3 Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbs ayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
51. Maddə 337.4 Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
52. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
53. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.
54. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir.
55. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.
56. Maddə 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhəl ərin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar.
57. Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın.
58. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
59. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə
60. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, y əni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
61. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
62. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarı
63. Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər. Dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özün də ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021ci il tarixli Qərarı:
64. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin i lk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
65. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
66. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
67. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
68. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
69. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
70. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
71. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
72. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
73. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
74. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
75. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
76. Hazırkı kassasiya şikayətində qətnamə ilk iddia üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
77. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münas ibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
78. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkəmə tərəfindən tərəflərin bərabərliyi və çəkişmə prinsipinə riayət edilmədiyi, məhkəməyə tərəflərindən teleqram göndərilməsinə baxmayaraq, məhkəmənin işə onların iştirakları olmadan baxdığı barədə dəlili ilə əlaqədar qeyd edir ki, dəlil əsaslı deyil.Belə ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə 23 sentyabr 2024-cü il tarixli məhkəmə iclasının protokolu ilə təsdiq edilir ki, X2 nümayəndəsi Nümayəndə2 məhkə mə iclasının təxirə salınması barədə teleqramı müzakirə olunmuş və və əsaslandırılmaqla işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.Ona görə də həmin d
79. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
80. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərin ə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
81. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
82. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Baladadaş oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 sentyabr 2024-cü il tarixli 2(103)-4563/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.