Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2280/2024 11.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma, istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia üzrə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 mart 2024-cü il tarixli, 2(103)-1753/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında y azılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh (bundan sonra – cavabdeh) X6 xx.xx.2015-ci il tarixdə nikaha daxil olmuş, xx.xx.2017-ci il tarixdə Sofiya və xx.xx.2019-cu il tarixdə Tamerlan adlı övladları doğulmuşdur.
2. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehin qayınatasıdır.
3. Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 18, 133 №-li mənzil xx.xx.1999- cu il tarixdən iddiaçının mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iki azyaşlı övladı X5 və X3 ilə birlikdə iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 18, 133 №-li mənzilə (bundan sonra – mübahisəli mənzil) dair istifadə hü quqlarına xitam verilməsi, cehiz əşyaları ilə birlikdə mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini belə əsaslandırmişdır ki, adıçəkilən mənzil 184870 №-li xx.xx.1999-cu il tarixli Qeydiyyat Vəsiqəsi əsasında İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh iddiaçının oğlu X6 xx.xx.2015-ci il tarixdə nikaha daxil olaraq cehiz əşyaları ilə birlikdə həmin mənzilə köçmüş, xx.xx.2017-ci il tarixdə Sofiya və xx.xx.2019-cu il tarixdə Tamerlan adlı övladları doğulmuşdur. Hazırda nikahın pozulması, uşaqların anasının yanında qalması və aliment tələbinə dair iddia ərizəsi Sabunçu rayon məhkəməsinin icraatındadır. Cavabdeh iki azyaşlı övladı X5 və X3 ilə birlikdə xx.xx.2017-ci il tarixdən və hal-hazırda həmin mənzildə qeydiyyatdadırlar və yaşayırlar. Könüll ü şəkildə mənzildən qeydiyyatdan çıxmaqları və əşyaları ilə birlikdə mənzili tərk etməkləri barədə çoxsaylı təklifləri öz həllini tapmamışdır. Cavabehlərin həmin mənzildə qeydiyyatda qalmaqları iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir.
6. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddia ərizəsinə etiraz vermiş, etirazını belə əsaslandırmışdır ki, Mənzilin bütün kommunal xərcləri də cavabdeh tərəfindən ödənilir. İddiaçı tərəfindən ərizədə göstərildiyi kimi, cavabdehə mənzildən qeydiyyatdan çıxması və əşyaları ilə birlikdə mənzili tərk etməsi barədə hər hansı təkliflər edilməmişdir. Cavabdeh nikahın pozulması, uşaqların anasının yanında qalması və aliment tələbinə dair iddia ərizəsi Sabunçu rayon məhkəməsinə müraciət etsə də, həmin mübahisə davam edilir və yekun qərar qəbul ed ilməmişdir. Cavabdeh mübahisəli mənzilə köçməmişdən əvvəl mənzil yaşayış üçün tamamilə yararsız vəziyyətdə olmuşdur. Belə ki, İddiaçı cavabdehin valideynlərinə bildirmişdir ki, iddiaçının oğlu və Cavabdeh toydan sonra həmin mənzildə yaşayacaklar. Lakin, toya 40 gün qalmış müddətdə iddiaçı ailəsi ilə birlikdə həmin mənzili tamamilə boşaldaraq həmin əraziyə yaxın yeni tikilən fərdi yaşayış evlərinə köçmüşlər və bu günə kimi orada yaşayırlar. Cavabdehin atası cehiz gətirmək istəyərkən mənzilin tamamilə yararsız olduğunu görüb İddiaçı bu barədə bildirmiş, iddiaçı isə mənzili təmir etməkdən imtina etmişdir. Bu səbəbdən də Cavabdeh atası məcbur olub 2015-ci ilin avqust-sentyabr ayılarında mənzili öz vəsaiti hesabına təmir etdirmişdir. Buna dair müvafiq sübutlar da vardır. Mənzilin təmirinə təxmi nən 30000 manat vəsait xərclənmişdir. Cavabdeh müvafiq mənzilə 2015-ci ildə, yəni həm 1 sentyabr 2000-ci ildən etibarən qüvvədə olan Mülki Məcəllə, həm də 1 oktyabr 2009-cu ildən etibarən qüvvədə olan Mənzil Məcəlləsi qüvvədə olduqları vaxtda köçmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarın 2-ci bəndinə görə, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyin dən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur”. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1ci maddəsinə əsasən, “Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdu rsa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə, “Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq dig ər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər”. Hesab edirlər ki, Cavabdeh və onun azyaşlı övladlarının mübahisəli mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları kompensasiya ödənilmədən mümkün deyil. Ona görə də, İddiaçı iddia tələblərinin əsassız olduğundan rədd edilməsini xahiş edirlər.
7. Məhkəmə iclasında şahid qismində ifadə verən X2 bildirmişdir ki, o, ev təmiri üzrə ustadır, Lalənin atası Tofiq müəllimin tanışıdır, məhz Tofiq məllimin sifarişi əsasında adıçəkilən mənzilin təmirini həyata keçirtmişdir, mənzil yeni evlənmiş insanlar üçün yaşayışa yararlı vəziyyətdə olmamışdır, inşaat ma teriallarını Tofiq müəllim, bəzən özü alırdı, təmirə xərclənən pulun məbləğini deyə bilməmişdir.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-6034/2023 saylı işi üzrə 5 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddia qismən təmin edilmiş, cavabdehin iki azyaşlı övladı – X5 və X3 ilə birlikdə iddiaçının xüsusi mülkiyyətində olan mübahisəli mənzildən cehiz əşyaları ilə birlikdə çıxarılmaları, iddianın qalan hissədə rədd edilməsi qət edilmiş, qətnamənin Cavabdeh iki azyaşlı övladı X5 və X3 ilə birlikdə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 18, 133 №-li mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olduğu qeyd edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququ yaranmamış, o, sadəcə mülkiyyətçinin razılığı ilə orada yaşamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, yaranmamış hüquqa xitam verilməsi yolverilməzdir və iddia həmin hissədə rədd edilməlidir.
10. Məhkəmə hesab etmişdir ki, cavabdehin atası tərəfindən mənzili təmir etdirilməsi kompensasiya üçün deyil, təmirə xərclənən pulun alınması barədə iddianın verilməsi üçün əsasdır.
11. Məhkəmə hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, «İnsan Hüquqlarının və X1 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 164.1, 164.2, 165.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-ci maddələrinə istinadən əsaslandırmışdır. b) Apellyasi ya instansiyası məhkəməsində icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini pozaraq iş üzrə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, Cavabdeh xx.xx.2015-ci il tarixdən Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 18, 133 saylı mənzilə köçmüş və hazırda övladları - xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X4 ilə birlikdə qeyd edilən ü nvanda qeydiyyatdadırlar və orada yaşayırlar. Mənzilin bütün kommunal xərcləri də cavabdeh tərəfindən ödənilir. İddiaçı tərəfindən ərizədə göstərildiyi kimi cavabdehə mənzildən qeydiyyatdan çıxması və əşyaları ilə birlikdə mənzili tərk etməsi barədə hər hansı təkliflər edilməmişdir. Cavabdeh nikahın pozulması, uşaqların anasının yanında qalması və alimeni tələbinə dair iddia ərizəsi Sabunçu rayon məhkəməsinə müraciət etsə də, həmin mübahisə davam etdirilir və yekun qərar qəbul edilməmişdir. İddia ərizəsinə təqdim etdikləri etirazda da qeyd edilmişdir ki, Cavabdeh mübahisəli mənzilə köçməmişdən əvvəl mənzil yaşayış üçün tamamilə yararsız vəziyyətdə olmuşdur (mənzilin şəkilləri əlavə edilmişdir). Belə ki, İddiaçı cavabdehin valideynlərinə bildirmişdir ki, iddiaçının oğlu və Cavabdeh toydan s onra həmin mənzildə yaşayacaklar. Lakin, toya 40 gün qalmış müddətdə iddiaçı ailəsi ilə birlikdə həmin mənzili tamamilə boşaldaraq həmin əraziyə yaxın yeni tikilən fərdi yaşayış evlərinə köçmüşlər və bu günə kimi orada yaşayırlar. Cavabdehin atası cehiz gətirmək istəyərkən mənzilin tamamilə yararsız olduğunu görüb İddiaçı bu barədə bildirmiş, iddiaçı isə mənzili təmir etməkdən imtina etmişdir. Bu səbəbdən də Cavabdeh atası məcbur olub 2015-ci ilin avqust-sentyabr ayılarında mənzili öz vəsaiti hesabına təmir etdirmişdir. Buna dair müvafiq sübutlar da vardır. Mənzilin təmirinə təxminən 30000 manat vəsait xərclənmişdir. Cavabdeh mənzilə 2015ci ildə, yəni həm 1 sentyabr 2000-ci ildən etibarən qüvvədə olan Mülki Məcəllə, həm də 1 oktyabr 2009-cu ildən etibarən qüvvədə olan Mənzil Məcəlləsi qüvv ədə olduqlar vaxtda köçmüşdür. Cavabdeh və onun azyaşlı övladlarının mübahisəli mənzilə olan istıfadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları kompensasiya ödənilmədən mümkün deyil. Məhkəmənin mövqeyi tamamilə əsassızdır, İddiaçı mübahisəli mənzilinə cavabdeh L.Rüstəmova onun gəlini kimi, yəni ailə üzvü olaraq köçürülmüş və həmin mənzilə həmin vaxtdan istifadə hüququ yaranmışdır. Məhkəmə bu faktları nəzərə almamış və AR Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələblərini pozmuşdur. Yuxarıda qeyd edilən qanunvericiliyin pozulmasına dair dəlillər göstərir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbləri üzrə hərtərəfli, tam və obyektiv tədqiq aparılmamış və iş üzrə qanunsuz qərar qəbul edilmişdir. Məhkəmənin gəldiyi nəticələr işin həqiqi hallarına uygun gəlmir. Məhkəmə nin işdə olan sübutları təhlil etmədən, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, məhkəmə qətnaməsi çıxarılan dövrdə nikah münasibətlərinin pozulması barədə yekun qərarın qəbul edilmədiyini bildirmişdir. İddiaçının istifadə hüququna xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etməsini onun tərəfindən cavabdehin istifadə hüququn olmasının etirafı hesab etdiklərini qeyd etmişdir. Tərəflər arasında nikahın pozulduğunu və barışığın mümkün olmayacağını bildirməklə, birinci instansiya məhkəməsinin qərarını əsassız hesab etdiklərini, qeyd edilən halların nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 iddiaçının oğlu evləndikdən sonra onun ailəsi ilə sözügedən mənzildə yaşamalarına razılıq verdiyini, indi isə mülkiyyət hüquqları pozulduğundan cavabdehin istifadə hüququna xitam verilməsini istədiyini, ümumiyyətlə tələbin istifadə hüququna xitam verilməsini hissəsinin məhkəmə tərəfindən təmin edilmədiyini, yalnız mənzildən çıxarılma hissəsində iddia tələbinin təmin edildiyini qeyd etmiş, barışığın mümkün olmayacağını və nikahın pozulmasına dair məhkəmə qə tnaməsinin qəbul edildiyini bildirmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1753/2024 nömrəli iş üzrə 4 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), A.N.İmanov və M.A.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, qeyd etmişdir ki, hazırkı mülki münasibətlər üzrə cavabdehin əldə etdiyi hüquqlar müəyyən edilməmiş və fərdi yaşayış evinin mülkiyy ətdə olması, cavabdehin mülkiyyətçiyə münasibətdə hüquqlarının yaranmadığı, apellyasiya dəlilləri üzrə nikah münasibətləri üzrə hər hansı hüquqi nəticələrin hazırkı münasibətlərə təsir göstərmədiyi müəyyən edilmişdir. Apellyator tərəfindən iddiaçı ilə münasibətlər zamanı yaşayış sahəsindən istifadə hüquqlarının yaranmasının sübuta yetirilməməsi bir daha apellyasiya şikayətində qeyd edilənləri istisna etmişdir. İddiaçının cavabdehin istifadə hüququna xitam verilməsi barədə iddiasında qeyd edildiyi ibarələrin mövcudluğu bu hüququn mövcudluğunu müəyyən edən qanunla müəyyən edilmiş təsəvvürlərin dəyişməsinə xidmət edə bilməz.
18. Təmir xərcləri ilə bağlı qeyd edilmişdir ki, cavabdeh bu əsasla hər hansı tələb irəli sürmədiyindən, habelə bu əsaslar istifadə hüquqlarının yaranmasına əsas olmadığı ndan bu dəlillərin müzakirəsinə zərurət müəyyən edilməmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin münasibətlərə müvafiq təfsir edildiyi təqdirdə belə, cavabdehin hüquqları müəyyən edilmir. Belə ki, tərəflər arasında qohumluq münasibətləri və yaşayış sahəsindən istifadə üçün razılaşma rəsmiləşdirilməmiş, habelə cavabdeh yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər sırasına daxil deyildir
20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.3, 146.1, 228-ci maddələrinə, Azərbaycan Respublikasının MPM-in 80, 81-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Mə hkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1753/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin rədd edilməsi barədə qərar verilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyasının mövqeyi qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh xx.xx.2015- ci il tarixdən Bakışəhəri, Bakıxanov qəsəbəsi, S ülh küçəsi, ev 18, 133 saylı mənzilə köçmüş və hazırda övladları - xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X4 ilə birlikdə qeyd edilən ünvanda qeydiyyatdadırlar və orada yaşayırlar. Mənzilin b ütün kommunal xərcləri də cavabdeh tərəfindən ödənilir. İddiaçı tərəfindən ərizədə göstərildiyi kimi cavabdehə mənzildən qeydiyyatdan çıxması və əşyaları ilə birlikdə mənzili tərk etməsi barədə hər hansı təkliflər edilməmişdir. Cavabdeh mübahisəli mənzilə köçməmişdən əvvəl mənzil yaşayış üçün tamamilə yararsız vəziyyətdə olmuşdur (mənzilin şəkilləri işə əlavə edilmişdir). Belə ki, İddiaçı cavabdehin valideynlərinə bildirmişdir ki, iddiaçının oğlu və Cavabdeh toydan sonra həmin mənzildə yaşayacaqlar. Lakin, toya 40 gün qalmış müddətdə iddiaçı ailəsi ilə birlikdə həmin mənzili tamamilə boşaldaraq həmin əraziyə yaxın yeni tikilən fərdi yaşayış evlərinə köçmüşlər və bu günə kimi orada yaşayırlar. Cavabdehin atası cehiz gətirmək istəyərkən mənzilin tamamilə yararsız olduğunu görüb İddiaçı bu ba rədə bildirmiş, iddiaçı isə mənzili təmir etməkdən imtina etmişdir. Bu səbəbdən də Cavabdeh atası məcbur olub 2015- ci ilin avqust-sentyabr ayılarında mənzili öz vəsaiti hesabına təmir etdirmişdir. Buna dair müvafiq sübutlar da vardır. Mənzilin təmirinə təxminən 30000 manat vəsait xərclənmişdir. Cavabdeh mənzilə 2015-ci ildə, yəni həm 1sentyabr 2000-ci ildən etibarən qüvvədə olan Mülki Məcəllə, həm də 1oktyabr 2009-cu ildən etibarən qüvvədə olan Mənzil Məcəlləsi qüvvədə olduqları vaxtda köçmüşdür.
23. İddiaçı mübahisəli mənzilinə Cavabdeh onun gəlini kimi, yəni ailə üzvü olaraq köçürülmüş və həmin mənzilə həmin vaxtdan istifadə hüququ yaranmışdır. İddiaçının tələbi də istifadə hüquqa xitam verilməsi ilə bağlıdır, yəni iddiaçı özü də təsdiq edir ki, cavabdehin mənzilə istifadə hüququ yaranm ışdır. Hesab edirlər ki, Cavabdeh və onun azyaşlı övladlarının mübahisəli mənzilə olan istıfadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları kompensasiya ödənilmədən mümkün deyil. Məhkəmə kollegiyası isə İddiaçı iddia tələblərinin əsassız olmasına baxmayaraq birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməmiş və qeyd etdikləri qanunvericiliyin normalarının tələblərini pozmuşdur.
24. Bakı Apellyasiya məhkəməsi qeyd edilən normaların tələblərini pozaraq, işi hərtərəfli, tam və obyektiv tədqiq etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iddiaçının irəli sürdüyü tələblərin əsası kimi istinad olunmuş halların heç bir şəkildə sübuta yetirilmədiyi nəzərə alınmamış və nəticədə qanunsuz və əsassız qətnamə qəbuletmişdir.
25. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014- cü il tarixli Qərarına, Azərbaycan Respublikasının MPMin 9.1, 9.3, 14.1, 14.2, 88-ci maddələrinə istinad edilmişdir.. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçi rilir.
28. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
29. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
30. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi h aqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
31. Maddə 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğısatqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər.
32. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmi ş öhdəlik verdiyi hal istisna təşkil edir.
33. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azə rbaycan Respublikasının Mənzil Məcəlləsi
34. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
35. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını tə min etməyə borcludurlar.
36. Maddə 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar.
37. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyət i və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
38. Maddə 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququ n saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir.
39. Maddə 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır.
40. Maddə 30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli Qərarı 41.
1. Azərbaycan Respu blikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
2. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərb aycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. qeyd olunmalıdır.
45. Maddə
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra h əmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cüml ədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətlərində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaratdığından və onların dəlillərinə hüquqi qiymət verdiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsa s təşkil etmir.
56. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 mart 2024-cü il tarixli 2(103)-1753/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.