Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2282/2023 12.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Astara rayon X5- Uşaq Bağçasına qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Astara rayon X5 - Uşaq Bağçasına qarşı işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-268/2023 nömrəli iş üzrə 31 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat q aydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Astara rayon X5 - Uşaq Bağçasının müdirinin xx.xx.2021-ci il tarixli XX nömrəli əmrinə görə, həmin uşaq bağçasının tərbiyəçisi İddiaçı 13 avqust 2021-ci il tarixdən 04 oktyabr 2021-ci il tarixədək heç bir üzrlü səbəb göstərmədən işə çıxmadığına görə Azərbayacan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir.
2. XXX nömrəli əmək kitabçasının notarial təsdiqli surətinə əsasən, İddiaçı ərizəsinə əsasən xx.xx.1990- ci il tarixli 128 nömrəli əmrlə Astara rayon X5 - Uşaq Bağçasında müvəqqəti olaraq tərbiyəçi təyin edilmiş və 04 oktyabr 2021-ci il tarixli XX nömrəli əmrlə Azərbayacan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir; İŞ ÜZRƏ QƏBUL EDİLMİ Ş MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 4 oktyabr 2021-ci il tarixli XX nömrəli əmrinin ləğv edilməsi, özünün əvvəlki iş yerinə bərpa olunması və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddianın əsaslarına görə, iddiaçı əmək məzuniyyəti dövründə müalicə almaq üçün Rusiya Federasiyasına getmişdir. Həmin müddətdə müalicə alan zaman xəstələnmiş, məzuniyyət müddəti bitdiyi və xəstəxanada müalicəsi davam etdiyi üçün dərhal, yəni 1 oktyabr 2021-ci ildə körpələr evinin müdirinə teleqram vasitəsi ilə məlumat vermişdir. Bundan əlavə, xəstə olmağı barədə xəstəxanadan arayışlar da almışdır. Həmin arayışlardan biri 10 avqust 2021-ci ild ən 25 avqust 2021-ci ilədək müddətədir. Digər arayış 26 avqust 2021-ci ildən 25 sentyabr 2021-ci ildək olan müddətədir. Müalicəsi bitdikdən sonra dəhal geri qayıtmaq istəmiş, lakin pandemiya səbəbindən geri qayıtmaq üçün dövlət sərhədini keçə bilməmiş, bu səbəbdən qısa bir müddət Rusiya Fedrasiyasında sərhəddə qalmışdır. Bütün bunlar barəsində də iş yerini məlumatlandırmış və xahiş etmişdir ki, bu halları nəzərə alıb ona kömək etsinlər. İşə götürən bütün bunları nəzərə almamış və onu işdən azad etmişdir. Eyni zamanda, onun işdən çıxarılması barədə əmrin surətində işəgötürənin möhürü yoxdur. Bundan əlavə, işə götürən əmrin sürətini və əmək kitabçasını ona təqdim etməmiş, onun təkidli tələblərindən sonra əmək kitabçasını 4 may 2022-ci ildə poçt vasitəsi ilə ona göndərmişlər. Həmçinin son haq q-hesab da ona verilməmişdir.
5. Astara Rayon Məhkəməsinin 2(018)-888/2022 nömrəli iş üzrə 14 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Z.İbrahimov) iddia təmin edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
6. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.
7. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-268/23 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər T.Heydərov (sədrlik edən və məruzəçi), T.Kərimov, C.İmanov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir.
8. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... iddiaçıXXX körpələr e vi Uşaq baxçasında tərbiyyəçi işləyən İddiaçı 01 iyul 2021-ci il tarixdən iş ilinə görə 42 təqvim gününə növbəti əmək məzuniyyətinə buraxılmış, və işə başlama tarixi xx.xx.2021-ci il tarixidir. Lakin İddiaçı verilmiş həkim arayışından müəyyən olunur ki, o, XXX ünvanında 10.08.21-ci il tarixdən 25.08.21-ci il tarixə kimi və 26.08.21-ci il tarixdən 25.09.21-ci il tarixə kimi həqiqətən ambulator qaydada müalicə almışdır. İkincisi iddiaçının adına verilmiş həkim arayışında aldığı müalicə ambulator qaydada müalicə kimi qeyd edilsə də, həmin xəstəliyin onun əmək qabiliyyətini müvəqqəti itirilməsi qeyd edilməmişdir. Üçüncüsü İddiaçı verilmiş həkim arayışında xəstəliyin müddəti müvafiq olaraq 10.08.21-ci il tarixdən 25.08.21-ci il tarixə və 26.08.21-ci il tarixdən 25.09.21-ci il tarixə kimi müəy yən edilmiş, İddiaçı isə sağaldıqdan sonra da xx.xx.2021-ci il tarixdən 04 oktyabr 2021-ci il tarixə kimi heç bir üzürlü səbəb olmadan işə çıxmamış və o,XXX körpələr evi Uşaq baxçasının müdiri tərəfindən 04 oktyabr 2021-ci il tarixli əmrlə işdən azad olunmuşdur. Dördüncüsü iddiaçı X4 kənd körpələr evi Uşaq baxçasının müdiri tərəfindən 04 oktyabr 2021-ci il tarixli əmrlə işdən azad olunmasına baxmayaraq, o, 23 iyun 2022-ci il tarixdə yəni səkkiz ay sonra işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İddiaçı gecikmə ilə məhkəməyə müraciət etməsini onunla əsaslandırmışdır ki, Rusiya Federasiyasında pandemiya ilə əlaqədar ölkəyə gələ bilməmişdir. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində qeyd olunur ki, bu m addənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsində qeyd edilir ki, hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı işdən azad edildiyi gündən işə bərpa edilməsi üçün aidiyyəti üzrə müraciət etmək hüququ yaranmışdır. Lakin iddiaçı Rusiya Federasiyasında pandemiya ilə əlaqədar ölkəyə gələ bilməməsini qeyd etməsi həqiqəti əks etdirmir. Çünki pandemiya olsaydı onda iddiaçı 2021-ci ilin avqust ayında da Rusiya Federasiyasına necə gedə bilərdi. İddiaçı ölkədən getməsi və ölkəyə qayıtmasını müəyyən edən pasport qeydlərindən müəyyən olunur ki, o, xx.xx.2021-ci ildə ölkəndən çıxmış, xx.xx.2021-cildə ölkəyə qayıtmışdır. Daha sonra isə xx.xx.2022-ci il tarixdə ölkədən çıxmış və xx.xx.2022-ci ildə ölkəyə qayıtmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, iddiaçının iddia tələbini əsaslandırmaq üçün istinad etdiyi arqumentlər inandırıcı hesab oluna bilməz. Bundan başqa qanunverici fərdi əmək mübahisəsi barədə müraciətə mahiyyəti üzrə baxılmasını müddətin bərpası ilə əlaqələndirir. Bu deməyə əsas verir ki, məhkəmə əmək mübahisələri üzrə buraxılmış iddia müddət ini bərpa etmədən işə mahiyyəti üzrə baxa bilməzdi. Hətta cavabdeh İddiaçı işə bərpa məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə etirazında da, qeyd etmişdir. məzuniyyət günləri başa çatdıqdan sonra işçi işə çıxmalıdır. İşçi səbəb göstərmədən işdən kənarda qala bilməz. Əgər işçi xəstəliyi ilə əlaqədar xəstəxanaya müraciət edirsə xəstəliyi həkim tərəfindən təyin olunduqdan sonra işçiyə işə çıxmama ilə bağlı xəstəlik vərəqəsi açılır. Xəstəliyi bitəndən sonra həmin xəstəlik vərəqəni iş yerinə təqdim etməli və ilk həmkarlar təşkilatında müzakirə olunmalıdır. İşçi yaxın qohumu vəfat etdikdə ona 3 iş günü, toyu olduqda 5 iş günü, işçinin uşağı dünyaya gəldikdə ataya 3 iş günü ilk həmkarlar təşkilatinda müzakirə olunmaqla icazə verilə bilər. Bu da öz əksini Azərbaycan Təhsil İşçil əri X2 2021-2023-cü illər üçün təsdiq etdiyi Kollektiv sazişin 6.1.6.cı maddəsində öz əksini tapmışdır. Əmək Məcəlləsi üzrə işçi barəsində qərar verilərkən 1 ay ərzində barəsində verilən qərar barədə aidiyatı orqanlara və ya məhkəməyə müraciət etmək hüququ vardır. Lakin İddiaçı barəsində verilən qərardan (xx.xx.2021-ci il) 8 ay keçməsinə baxmayaraq işçi işə qayıtma barədə məhkəməyə müraciət edir və özü də faktiki Azərbaycan Respublikası ərazisində yaşamır.... Göründüyü kimi cavabdehin iddia tələbinə etirazında qeyd etdiyi İddiaçı “Əmək Məcəlləsi üzrə işçi barəsində qərar verilərkən 1 ay ərzində barəsində verilən qərar barədə aidiyatı orqanlara və ya məhkəməyə müraciət etmək hüququ vardır. İddiaçı iddia müddətini keçirib qeyd etməsi” məhkəməni vadar edirdi ki, tərəflərin hər birinə münas ibətdə iddia müddəti ilə bağlı müvafiq sübutların məhkəməyə təqdim edilməsini təklif etsin. Lakin məhkəmə bu barədə nə iddiaçıdan nə də cavabdehdən müvafiq sübutların məhkəməyə təqdim edilməsini təklif etməmiş, iddiaçı isə bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, yalnız iddiasında işə çıxmamasını məzuniyyətdə olduğu dövrdə xəstə olması ilə əsaslandırmışdır. Tərəflər apellyasiya icraatı zamanı məhkəmə baxışı iclasında iştirak etmədiyindən qeyd olunan halların aydınlaşdırılması mümkün olmamışdır. Cavabdeh haqlı olaraq apellyasiya şikayətinin dəlillərində də, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə baxmayaraq, iddiaçının iddia müddətini ötürməsinə baxmayaraq, iddia müddətini tətbiq etmədən iddianı təmin etməklə qanunsuz qətanmə qəbul etdiyini qeyd edir.”
9. Apellyasiya i nstansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə, Əmək Məcəlləsinin 2.1, 7.2, 42.1, 42.2, 44.1, 68.1, 70, 71, 72, 80, 294, 296-cı, Mülki Məcəlləsinin 375.1, 375.2-ci maddələrinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
10. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
11. Kassasiya şikayətinin dəlillərinə görə, işəgötürən qanunvericiliyin tələbini pozaraq, əmrin surətini və əmək kitabçasını yalnız iddiaçının tələbindən sonra xx.xx.2022ci il tarixdə poçt vasitəsilə ona göndərmiş, son haqq-hesab isə hələ də verilməm işdir. Kassasiya şikayətinin digər dəlilinə görə, iddiaçı əmrin surətini və əmək kitabçasını xx.xx.2022-ci il tarixdə aldığı üçün, onun məhkəməyə müraciət etmək hüququ da həmin tarixdən yaranmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi yanlış qənaətə gələrək iddiaçının işdən azad olunduğu günü onun hüququnun pozulduğu gün olaraq qiymətləndirmişdir. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı hər hansı ərizə təqdim olunmasa da, məhkəmə kollegiyası iddiaçının etirazını və apellyasiya şikayətini əsas götürərək, qanunvericiliyin tələbini pozmuşdur. Belə ki, qanunvericilik iddia müddətinin tətbiqinə yalnız mübahisə tərəfinin ərizəsi əsasında baxılmasını tələb edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ E DİLƏN HÜQUQ
13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 14. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir;
15. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə
11. İşəgötürənin əsas hüquqları
1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; Maddə
68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; Maddə
70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sa dalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə
71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər
2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əs aslandırmalıdır; Maddə
72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; Maddə
74. Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları
2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya ra zılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər; Maddə
186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqın ın 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək; Maddə
294. Fərdi əmək mübahisələrinə baxan orqanlar
1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır; Maddə
296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər;
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) v erildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür;
6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər; Maddə
300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilm iş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun poz ulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır; Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün q abaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayət ində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəmə sinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarları “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərar: “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.... Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq su byektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı).” “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərar: “... məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizə nin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.”
19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli Qərarı: “Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı kassasiya şikayətində irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
22. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası h esab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüşdür.
25. İlk olaraq, əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarını n ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Əmək münasibətlərinin bir tərəfi olan fiziki şəxs, yəni işçi əmək qanunvericiliyinin tələblərinə və intizam qaydalarına tabe olmalı və əmək müqaviləsi üzrə şərtləşdirilmiş əmək funksiyalarını yerinə yetirməlidir. Münasibətlərin digər subyekti olan işəgötürən isə işçiyə müvafiq işi təqdim etməli, onun sağlam və təhlükəsiz əmək şəraitində işləməsini təmin etməli və əməyinin qarşılığını ödəməlidir. Qanunverici fərdi əmək mübahisələrinə baxılmasının məhkəməyə qədər və məhkəmə qaydasını müəyyən etmiş, həmçinin fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxılmasının yalnız kollektiv müqavilələrdə nəzərdə tutulduğu təqdirdə mümkün hesab etmişdir. Eyni zamanda, Əmək Məcəlləsinin 296-cı maddəsində əmək mübahisələrinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı tətbiq olunan iddia müddətləri nəzərdə tutulmuşdur.
26. Bu kontekstdə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.
27. Belə ki, iddiaçının adına verilmiş həkim arayışında aldığı müalicə ambulator qaydada müalicə kimi qeyd edilmiş, həmin xəstəliyin onun əmək qabiliyyətinin müvəqqəti itirilməsi qeyd edilməmişdir. İddiaçıya verilmiş həkim arayışında xəstəliyin müddəti müvafiq olaraq 10.08.21-ci il tarixdən 25.08.21-ci il tarixə və 26.08.21-ci il tarixdən 25.09.21-ci il tarixə kimi müəyyən edilmiş, lakin iddiaçı sağaldıqdan sonra da xx.xx.2021-ci il tarixdən 04 oktyabr 2021-ci il tarixə kimi heç bir üzrlü səbəb olmadan işə çıxmamı ş, 04 oktyabr 2021-ci il tarixli əmrlə işdən azad olunmasına baxmayaraq, 23 iyun 2022-ci il tarixdə, yəni 8 ay sonra məhkəmədə iddia qaldırmışdır. İddiaçı xx.xx.2021-ci ildə ölkədən çıxmış, xx.xx.2021-cildə ölkəyə qayıtmış, daha sonra xx.xx.2022-ci il tarixdə ölkədən çıxmış və xx.xx.2022-ci ildə ölkəyə qayıtmışdır. Bundan başqa, qanunverici fərdi əmək mübahisəsi barədə müraciətə mahiyyəti üzrə baxılmasını müddətin bərpası ilə əlaqələndirir. Cavabdehin iddiaya etirazında qeyd etdiyi “Əmək Məcəlləsi üzrə işçi barəsində qərar verilərkən 1 ay ərzində barəsində verilən qərar barədə aidiyatı orqanlara və ya məhkəməyə müraciət etmək hüququ vardır. Lakin... 8 ay keçməsinə baxmayaraq... məhkəməyə müraciət edir” məzmunda iddia müddətinin tətbiqi barədə yazılı xahişindən sonra da iddiaçı bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin, iddiaçı işə çıxmamasını xəstəliyi ilə əlaqələndirsə də, ona işə çıxmama ilə bağlı xəstəlik vərəqəsi açılmamış, xəstəlik dövrü bitdikdən sonra da heç bir üzrlü səbəb olmadan işə çıxmamışdır. Bu isə işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
28. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
29. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-268/2023 nömrəli iş üzrə 31 yan var 2022-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.