Məhkəmə qərarları › İş №2(102)-2283/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2283/2022

25.05.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2283/2022 25.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" MMC-nin Nəsimi Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və XXXna qarşı iş üzrə QƏRARİ İş № 2(102)-2283/2022 Açar sözlər: mülkiyyətə müdaxilənin ədalətli kompensasiyası Bakı şəhəri, 25 may 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğludan (məruzəçi), Xələfov İlqar Rəhim oğlundan və Hüseynov Abiddin Qafar oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mü lki kollegiyasının 03 dekabr 2021-ci il tarixli, 2(103)-10183/2021 nömrəli qətnaməsindən cavabdeh XXX tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 41 saylı MənzilKommunal İstismar Sahəsi tərəfindən verilən 24 sentyabr 2020-ci il tarixli 274 saylı arayışa əsasən XXX Bakı şəhəri, Şamil Əzizbəyov küçəsi, 119 saylı evin 16 saylı mənzilində yaşayır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli çıxarışlara əsasən, ünvan 1 ünvandakı qeyri-yaşayış sahəsi, habelə həmin ünvanda yerlə şən 16 saylı mənzil xüsusi xüsusi mülkiyyət hüququ ilə XXXnun adına qeydə alınmışdır.

3. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 37 nömrəli, xx.xx.2010-cu il tarixli sərəncamın surətinə, habelə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş, Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin xx.xx.2002-ci il tarixli texniki pasportuna əsasən, XXXna məxsus mənzilin ümumi sahəsi 171.3 kv.m. (4 otaq) olmuşdur.

4. Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi “Azərdövləttikintilayihə” DLİ-nin xx.xx.2017-ci il tarixli aktının surətinə əsasən, Bakı şəhəri Nəsimi rayonu Şamil Əzizbəyov küçəsi 119 ünvanında yerləşən yaşayış evləri mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir, yaşayış evləri və qeyri-yaşayış sahələri məhdud işlək vəziyyətdədir. Yaşayış evlərində təmir bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir.

5. Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 280 nömrəli, xx.xx.2017-ci il tarixli sərəncamı ilə Şamil Əzizbəyov küçəsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən ünvan 2 ünvanında fa ktiki sahəsi 62,5 kv.m olan 3 otaqlı 7 nömrəli mənzilin sökülməsi, mülkiyyətçisi Cavabdeh1, həmçinin həmin mənzildə qeydiyyatda olan ailə üzvləri ilə birlikdə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 mənzildən çıxarılması, İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 75 kv.metr təmirli mənzilin Cavabdeh1 xüsusi mülkiyyətinə verilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 117-nin sökülməsi, mülkiyyətçi Cavabdeh7 ailə üzvü Cavabdeh8 ilə birlikdə həmin mənzildən çıxarılması, İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 60 kv.metr təmirli mənzilin Cavabdeh7 xüsusi mülkiyyətinə verilməsi, ünvan 3 ünvanında yerləşən mənzilin sökülməsi, mülkiyyətçisi XXXnun mənzildən çıxarılmasını və İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 114 kv.metr təmirli mənzil XXXnun xüsusi mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi XXXna münasibətdə onunla əsaslandırılmışdır ki, XXX ünvan 3 ünvanında faktiki sahəsi 95 kv.m mənzilin mülkiyyətçisidir. Qeyd olunan ünvanlardakı tikililər ötən əsrin əvvəllərində tikilmiş və uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüşdür. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarı ilə Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nəsimi rayonu üzrə 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 qəzalı vəziyyətdə olan yaşayış binasının sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılması qərara alınmışdır. Sözügedən Qərarın 1-ci bəndinə əsasən 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tkintisi üçün sökülməsi nəzərdə tutulan qe yri-yaşayış və yaşayış evlərinin ərazisindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Nəsimi rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Həmin Qərarın 1.3-cü bəndinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə ötürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün köçürülən sakinlərə lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasından müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun olaraq Dövlət Proqramının yerinə yeti rilməsi və sözügedən normativ aktın icrasının təmin edilməsi məqsədilə Nəsimi RİH başçısının 03 noyabr 2018ci il tarixli 280 saylı sərəncamı ilə 3-cü Kərpiçni və 4-cü Kərpiçni küçələrində yerləşən mövcud yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisinin lahiyələndirməsi üçün torpaq sahəsinin icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Qeyd olunmuş sərəncama əsasən İddiaçı MMC ilə müqavilə bağlanmışdır. Müqavilənin öhdəliyinə əsasən şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərindəki mənzilərdə yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədər həmin sakinlərə istifadələrində (mülkiyyətində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni tam təmirli abad yaşayış sahələrinin (mənzilərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 300-500 manat miqdarında kirayə haqqlarının verilməsi və digər xidmətlərin göstərilməsi İddiaçı MMC-yə həvalə edilmişdir. İddiaçı MMC tərəfindən bu istiqamətdə böyük işlər görülmüş, sözügedən ərazidəki sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqları verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülmüşdür. Lakin cavabdehlər onlara edilən ədalətli təkliflərə baxmayaraq qeyri-real (yalnız pul) kompensasiyaların verilməsini tələb edərək icrası mümkün olmayan şərtlər irəli sürməkdə davam edirlər. Nəticə etibarı ilə həmin ərazidən köçürülmüş onlarla ailənin hüquqlarının pozulması davam edir və İddiaçı MMC Nəsimi Rayon İcra Hakimiyyəti qarşısında öz öhdəliyini yerinə yetirə bilmir. Azərbaycan Respublikası Fövqəla də Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 12 yanvar 2017-ci il tarixli, 34/00074 nömrəli tapşırığına əsasən “Azərdövləttikintilayihə” İnstitutunun mütəxəssisləri həmin ünvanlarda yerləşən yaşayış evlərinə vizual texniki baxış keçirərək 03 mart 2018-ci il tarixli müvafiq akt tərtib etmişlər. Tərtib edilmiş akta əsasən həmin ünvanlarda yerləşən binanın dam konstruksiyaları, eyvanlar və ağac materiallarından olan mərtəbəarası örtüklərin aşınaraq tökülməsi armaturların ciddi korroziyaya uğramasına səbəb olmuşdur. Mərtəbəarası örtükləri ağac materiallarından olan konstruksiyaları yararsız vəziyyətdədir. Dam örtüyü istismar nəticəsində yararsız hala düşmüş, yağan atmosfer sularının sızması nəticəsində binanın pilləkən qəfəsələrinin daxili tavan və divarlarında rütubət izləri, beton mühafiz ə qatının tökülməsi müşahidə olunur. Yaşayış binası məhdud işlək vəziyyətdədir. Bina ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. İddiaçı tərəfindən müvafiq akt alındıqdan sonra 41 saylı MKİS vasitəsi ilə cavabdehlərlə əlaqə saxlanılıb və real vəziyət, yəni onlara məxsus mənzillərin qəzalı vəziyyətdə olması barədə dəfələrlə məlumat verilmişdir. Lakin cavabdehlər yaşadıqları mənzillərdən çıxmaqdan imtina etməklə külli miqdarda kompensasiya tələb etmiş və qəzalı vəziyyətdə olan mənzillərindən çıxmayaraq öz həyatlarını təhlükəyə atmışlar.

8. İddiaçı MMC iddia tələbini dəqiqləşdirmək barədə ərizə ilə müraciət edərək ünvan 3 ünvanında yerləşən 110 kv.m mənzilin sökülməsi, mülkiyyətçi XXXnun mənzildən çıxarılması, İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 132 kv.m. təmirli mənzilin XXXnun xüsusi mülkiyyətinə verilməsini xahiş etmişdir.

9. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(006)898/2021 nömrəli qətnaməsi ilə (hakim S.R.Mustafayeva) Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyli və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən ünvan 4 ünvanında yerləşən sahəsi 110 kv.metr olan mənzilin sökülməsi, mülkiyyətçisi XXXnun mənzildən çıxarılması, İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilmək lə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 132 kv.metr təmirli mənzil XXXnun xüsusi mülkiyyətinə verilməsi qət edilmişdir. Həmin qətnamə ilə digər cavabdehlərə qarşı iddialar da həll edilmişdir.

10. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.3cü maddəsinə və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddələrinə istinad edərək hesab etmişdir ki, mübahisəli mənzillərin yerləşdiyi məhəllədə istismar müddəti bitmiş, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması işin mübahisəsiz halıdır. Həmçinin istismar müddəti keçmiş, qəzalı mənzildə cavabdehlərin yaşamağa davam etməsi onlar ın və ailə üzvlərinin həyat və sağlamlıqlarına ciddi təhlükə olmaqla yanaşı, cavabdehlərin MMC-nin təklifini qəbul edərək yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh X4 apellyasiya şikayəti verərək, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(006)-898/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın həmin hissədə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. XXX apellyasiya baxışında qarşılıqlı iddia verərək aşağıdakı tələbləri irəli sürmüşdür: 1.ünvan 5 ünvanda İddiaçıMMC-nin onun xəbəri olmadan özbaşına olaraq sökdüyü X3 məxsus 3 mərtəbəli, ümumi sahəsi 171.3 kv.m. olan fərdi yaşay ış evi və 39.1 kv.m. qeyri-yaşayış sahəsi İddiaçı MMC tərəfindən əvvəlki görkəminə gətirilərək bərpa edilməsi;

2. Ona vurulan mənəvi zərərə, keçirdiyi psixoloji sarsıntılara görə 100 000 (bir yüz min) manat məbləğində mənəvi zərərin ödənilməsi;

3. Evinin təmirinə xərclədiyi 137000 ( bir yüz otuz yeddi min) manat məbləğində pul yaşayış evinin aşağı hissəsində təmirli şəraiti olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar əldən çıxmış faydaya görə 2017-ci il üçün 10 ay x 650 = 6500 manat, 2018-ci il üçün, 2019-cü il üçün, 2020-ci il üçün, 2021-ci il üçün, 48 ay x 650 =31200 (cəmi olaraq 37700 manat), oğlunun kirayə haqqı cəmi: bunlardan 2018, 2019, 2020 və 2021-ci il üçün 48 ay x 650 = 31200 manat, ev sökülərkən içəridə qalmış əmlakların məhv edilməsi nəticəsində ona vurulmuş maddi ziyanın dəyəri isə 45000 manat məbləğindədir. Maddi zərərə və əldən çıxmış faydaya əsasən ümumilikdə 282100 ( iki yüz səksən iki min bir yüz) manat məbləğində ödənilməsi.

13. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Fizuli Salmanov, ünvan 4 ünvanında əvvəl bir otaqlı, sonradan iki otaqlı mənzil alaraq birləşdirmiş, əsaslı təmir işləri görərək evi 3 mərtəbəyədək qaldırmış, təmir etmiş və 220 kv.m ölçüdə istifadəsində saxlamışdır. Binanın aşağı mərtəbəsində qapısı küçəyə açılan 40 kv.m ölçülü qeyri-yaşayış sahəsi də mülkiyyətində olmuşdur. Lakin 2018-ci ildən başlamaqla tikinti şirkətinin nümayəndələri ərazini yaşanmaz vəziyyətə gətirmiş, oğlu Elsevər Salmanov kirayəyə köçərək maddi ziyana uğramışdır. İddiaçı şirkət ilkin olaraq ərazinin işıqlarının söndürülməsinə nail olmuş, son radan qazın fasilələrlə verilməsi, ətraf məhəllədə söküntünün aparılması nəticəsində evdə yaşamaq mümkünsüz vəziyyətə gəlmişdir. Ərazidə narkomanlar, kriminal meyilli şəxslər yığılması, evdə oğurluq hadisəsinin baş verməsi ilə nəticələnmişdir. Nəticədə o, ailəsi ilə evdən köçüb getməyə məcbur olmuşdur. Onun mübahisəli evə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydə alınmış və ona müvafiq çıxarışlar verilmişdir. 2002-ci ildə və 2017-ci ildə tərtib edilmiş sənədlərlə müəyyən edilmişdir ki, onun üç mərtəbəli evinin ümumi sahəsi 171.3 kv.m.+ 39.1 kv.m-dən ibarətdir. Mərtəbələrarası meydançanın sahəsi isə 49 kv. metr olmuşdur.

14. Məhkəmə kollegiyası Fizuli Salmanovun birinci instansiya məhkəməsində iştirakının təmin olunmamasına, qarşılıqlı tələb ilk tələbin qarşılıqlı öd ənilməsinə yönəlməsinə, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırmasına, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqənin olmasına və onlara birlikdə baxılması mübahisənin daha tez və düzgün baxmaqla nəticələnməsinə istinad edərək qarşılıqlı iddia ərizəsini icraata qəbul etmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 dekabr 2021-ci il tarixli, 2(103)10183/2021 nömrəli qətnaməsi ilə (hakimlər V.Ə. İbayevin (sədrlik edən və məruzəçi),M.A. Məmmədov və R.M. Həsənov) cavabdeh XXX tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş,Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(006)-898/2021 nömrəli qətnaməsi ləğv edilməsi,İddiaçı MMC-nin iddia tələbi təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyli və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən ünvan 4 ünvanında yerləşən sahəsi 110 kv.metr olan mənzil və 39.1 kv.m qeyri-yaşayış sahəsi sökülməsi, mülkiyyətçisi XXX mənzil və qeyri-yaşayış sahəsindən çıxarılması, İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 132 kv.metr təmirli mənzil və 40 kv. metr təmirli qeyri-yaşayış sahəsinin XXXnun xüsusi mülkiyyətinə verilməsi, XXXnun qarşılıqlı iddiası isə qismən təmin edilərək,İddiaçıMMC-dən mənəvi ziyana görə 10.000 (on min) manat tutularaq XXXna ödənil məsi və qarşılıqlı iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən çəkişmə prinsipi ilə əlaqədar yol verilmiş prosessual pozuntuları nəzərə alaraq hesab etmişdir ki, apellyasiya şikayətinin Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-898/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə dəlili əsaslıdır və həmin qətnamə ləğv olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsində Cavabdeh9 iştirakı təmin olunmamaqla o, cavabdeh kimi məhkəmə prosesində dəlillərini irəli sürmək, sübutlar təqdim etmək, qarşılıqlı iddia irəli sürmək və s. hüquqlarından məhrum olmuşdur. Apellyasiya şikayətində daha sonra göstərilir ki, işə əlavə edilmiş 2017-ci ilə aid olan FHN-nin və digər məzmunlu ekspertiz a rəyləri reallığı əks etdirmir və ümumi xarakterlidir. Əlavə olaraq məhkəmə kollegiysı qeyd edir ki, hazırda ünvan 5 ünvanda XXXna seriya RX № ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarışa əsasən mülkiyyət hüququ ilə məxsus olan 39.1 kv.m. qeyri-yaşayış sahəsi, seriya RX № ******* saylı xx.xx.2017-ci il tarixli çıxarışa əsasən mülkiyyət hüququ ilə məxsus olan 50 kv.m. mənzil sökülmüşdür. İddiaçıMMC həmin sökülmüş qeyri-yaşayış sahəsi və mənzilin əvəzinə həmin yerdə yeni tikiləcək binada 132 kv.metrlik mənzil və 40 kv. metrlik qeyri-yaşayış sahəsinin verilməsini təklif edir. Məhkəmə kollegiyası hesab edir ki, "xxxx" MMC tərəfindən Cavabdeh9 mülkiyyətində olan yaşayış və qeyriyaşayış sahələrinə münasibətdə edilən təklif mütənasib və ədalətlidir.

17. Apellyasiya instansiya məhkəməsi öz mö vqeyini Tikinti Məcəlləsinin 3.0.20-ci,4.1,4.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarına,Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarına və Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsini n təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndi ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

18. Cavabdeh XXX kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 dekabr 2021-ci il tarixli, 2(103)-10183/2021 nömrəli qətnaməsinin ləğv edilərək, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə istinad edilməklə, onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, mövcud mübahisəli işdə isə Cavabdeh9 mülkiyyəti qəzalı olmamışdır və külli miqdarda vəsait qoyaraq gözəl təmir etdirmişdi.Hər cürə şəraiti olan üç mərtəbəli, 220 m2 yaxın yaşayış və qeyri yaşayış sahəsi idi. İş üzrə verilmiş rəylər isə reallığı əks etdirmir və ümumi xarakterlidir. Rəylərdə ümumi olaraq 1 mərtəbəli və 2 mərtəbəli evlər barəsində qeyd edilsədə kassatorun 3 mərtəbəli evi barəsində söhbət belə açılmamaqdadır. Konkret olaraq mülkiyyətçinin əmlakının xarakterisitikasını əks etdirən hallar qeyd olunamışdır. Həmçinin rəylərə əlavə olunan şəkillərdə kassatorun evinin şəkili, kassatorun mülkiyyəti əla vəziyyətdə olduğundan əlavə edilməmiş və 3 mərtəbəli ev barəsində isə rəyə rast gəlinməməkdədir.Qeyd olunanlar kontekstində işin halla rını nəzərdən keçirdikdə aydın olur ki, mübahisəli binanın qəza vəziyyətində olması barədə hər hansı məhkəmə qərarı mövcud deyil. İşdə toplanmış mütəxəssis rəyi, ekspertiza rəyi mötəbər deyildir, ümumi məzmunludur və konkret onun əmlakımın xarakteristikasını əks etdirmir. Hazırda əmlakımın yerləşdiyi yerdə aktiv tikinti işləri gedir. Baxmayaraq ki, nə məhkəmə, nə də icra orqanı tərəfindən mənə heç bir rəsmi bildiriş, xəbərdarlıq və s. göndərilmədən qətnamə qəbul edilib və 3 mərtəbəli evi sökülüb.

20. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəllənin 16,17,18,50,175-ci maddələrinə və 425.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8, 77.1, 88, 175 -ci maddələrinə istinad edərək əsaslandırmışdır.

21. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışd ır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

22. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər.

23. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

24. Mad də 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

25. Maddə Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

26. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin s ahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

27. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

28. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkəts izlikdir).

29. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

30. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

31. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

32. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:

38. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materia llarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

40. Mübahisə, iddiaçıya məxsus yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqları və onların itirilməsi ilə bağlı olduğu üçün mülkiyyət hüququ və ona müdaxilə imkanları, bu çərçivədə tərəflərin və dövlətin öhdəlikləri nəzərdən keçirilməlidir.

41. Belə ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Döv lət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər (§ 22-23).

42. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. 43. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Həmin Qanunun 3.1-3.5-ci maddələrinə görə, Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqları və azadlıqlarını məhdudlaşdıran qanunda məhdudlaşdırılan hüquq və ya azadlıq, habelə Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddə si göstərilməlidir. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİİ hissəsində göstərilən əsaslarla yanaşı, insan hüquqları və azadlıqları digər insanların hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə təminat verilməsi və onların müdafiə edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər.

44. Mülki Məcəlləyə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzr ə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi lə tələb edə bilər (§ 25-27).

45. Eyni zamanda üzərində mülkiyyət hüququ olan əşya qanunsuz hərəkət nəticəsində məhv edilmişsə şəxsə dəyən zərərin əvəzi mülki hüquq pozuntusu (delikt) normaları çərçivəsində tam ödənilməlidir.

46. Məlum olduğu kimi, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (§ 28-31).

47. Göründüyü kimi, mülkiyyət hüququ, Azərbaycan Respublikasında konstitusio n səviyyədə tanınan və qorunan bir dəyər hesab olunur. Eyni zamanda bu hüquq mütləq olmayıb, qanunda nəzərdə tutulmuş hallarda onun məhdudlaşdırılması imkanı da vardır. Yuxarıda sadalanan normalarda mülkiyyət hüququnun məhdudlaşdırılması əsasları aydın şəkildə göstərilmişdir. Məhdudlaşdırılmanın həmin müddəalar çərçivəsində yolverilən sayılması üçün mülkiyyət hüququna müdaxilənin varlığı, müdaxilənin qanunda nəzərdə tutulması, qanuni məqsəd daşıması (cəmiyyətin maraqlarına xidmət etməsi) və haqq qazandırıla bilən (zəruri və mütənasib) olması vacibdir.

48. Hazırkı işdə tikinti şirkətinin sökülməsini tələb etdiyi, ünvan 1 ünvandakı qeyri-yaşayış sahəsi, habelə həmin ünvanda yerləşən 16 saylı mənzilin üzərində Cavabdeh9 mülkiyyət hüququnun qeydə alınması Azərbaycan Respublikası Əmlak Məsələlə ri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli çıxarışlarla təsdiqlənir.

49. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş digər hallarından görünür ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi “Azərdövləttikintilayihə” DLİ-nin xx.xx.2017-ci il tarixli aktının surətinə əsasən, Bakı şəhəri Nəsimi rayonu Şamil Əzizbəyov küçəsi 119 ünvanında yerləşən yaşayış evləri mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir, yaşayış evləri və qeyri-yaşayış sahələri məhdud işlək vəziyyətdədir.

50. Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 280 nömrəli, xx.xx.2017-ci il tarixli sərəncamı ilə Şamil Əzizbəyov küçəsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Həmin şirkət sərəncamın icrası çərçivəsində müvafiq tədbirlər görmüş, Cavabdeh9 məxsus sahələr sökülmüşdür. Qeyd olunanlar, müdaxilənin varlığına dəlalət edir.

51. Kollegiya nəzərə alır ki, mülkiyyət hüququna müdaxilənin mümkünlüyü yuxarıda göstərilən normativ hüquqi aktlarda nəzərdə tutulmuşdur. Həmin aktlarda xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olması, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə, cəmiyyətin maraqları naminə, qanunla nəzərdə tutulmuş şərtlər çərçivəsində mülkiyyət hüququnun məhdudlaşdırılması, şəxsin bu hüquqdan məhkəmə qərarı ilə məhrum edilməsinin mümkünlüyü açıqca təsbit olunmuşdur. O cümlədən qəza vəziyyətində olan və bərpası mümkün olmayan binaların yerində yenilərinin inşa edilməklə mülkiyyət hüququnun kompensasiyası mümkündür.

52. Bununla belə, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi kimi tədbirlər, orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması kimi qanuni məqsədlər daşısa belə, mülkiyyət hüququnun kompensasiyası ədalətli (mütənasib) olmalıdır. Ədalətli kompensasiya dedikdə, müdaxilə ilə hüququ pozulan şəxsin düşdüyü bütün zərərlərin tam şəkildə qarşılanması başa düşülür.

53. Hazırkı işə mahiyyəti üzrə baxmış apellyasiya məhkəməsi qətnaməsində qa rşılıqlı iddiaçıya dəyən zərərin tam olaraq kompensasiya edildiyini əsaslandıra bilməmişdir.

54. Məlum olduğu kimi, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (§ 24).

55. Baxılan işdə qarşılıqlı iddiaçıya məxsus olan qeyri yaşayış sahəsi yuxarıda qeyd edilən çıxarışa əsasən 39.1 kv.m.-dir. Mənzilin sahəsi isə dövlət reyestrindən verilmiş çıxarışda 50 kv.m. göstərilsə də, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 37 nömrəli, xx.xx.2010-cu il tarixli sərəncamın surətindən, habelə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X1 v ə Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş, Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin xx.xx.2002-ci il tarixli texniki pasportundan görünür ki, XXXna məxsus mənzilin ümumi sahəsi 171.3 kv.m. (4 otaq) olmuşdur.

56. Kollegiya hesab edir ki, qarşılıqlı iddiaçıya dəyən zərərin kompensasiyası müəyyən edilərkən ona məxsus mənzilin qeyd edilən rəsmi sənədlərdəki sahəsi nəzərə alınmalıdır.

57. Ona görə ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası qanununun 7.2 və 7.3.2-ci maddlərinə əsasən, alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaql a, həmçinin bu Qanunun 11-ci maddəsinin müddəalarına əməl etmək şərti ilə siyahıya alma dövründə yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslər də alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər.

58. Göründüyü kimi, hətta torpaqların dövlət ehtiyacları üçün alınması halında, yazılı sənədlərlə təsdiqlənən, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə hüquqları olan şəxslər kompensasiya almaq hüququna malikdirlərsə, özəl və ya digər ehtiyacdan irəli gələn söküntü (köçürmə) halında şəxsin yuxarıda qeyd edilən sərəncam və texniki psportla təsdiqlənən yaşayış sahəsinin tam həcminə görə kompensasiya almaq hüququ şübhəsizdir.

59. Buna baxmayaraq apellyasiya məhkəməsi qarşılıqlı idd iaçıya məxsus 171.3 kv.m. mənzilin sökülməsi əvəzində ona həmin ünvanda inşa ediləcək binada 20% əlavə ilə 132 kv.metr mənzilin verilməsini qət etmişdir. Belə olan halda, qarşılıqlı iddiaçıya məxsus mənzilin sahəsinə dair dövlət orqanlarının verdiyi sənədlərdəki sahə ilə ona verilən sahə arasındakı fərqin kompensasiya edilməməsinin səbəbi lazımi şəkildə əsaslandırılmamışdır.

60. Bundan əlavə, mülkiyyətçinin mənzildən məhrum olması nəticəsində yaranan ziyan aylıq 500 manat kirayə haqqı ilə əvəzləşdirilsə də, qeyri-yaşayış sahəsinə münasibətdə əldən çıxmış faydanın kompensasiya edilməsi barədə Cavabdeh9 tələblərinə müvafiq hüquqi qiymət verilməmişdir.

61. Halbuki, kompensasiyanın həcmi müəyyənləşdirilərkən şəxsin mülkiyyət hüququ pozulmasaydı, onun adi mülki dövriyyə şəraitində əldə edəcəy i gəlirlər (o cümlədən, tikinti şirkətinin mülkiyyətçinin razılığını almadan onun öz əmlakından təyinatı üzrə istifadəsini mümkünsüz etdiyi andan eyni sahənin ona verildiyi vaxtadək əldən çıxmış faydası), çəkdiyi və çəkməli olduğu xərclər obyektiv şəkildə qiymətləndirilməklə qərar verilməlidir.

62. Qeyd edilənlər Cavabdeh9 məxsus daşınmaz əşyaların sökülməsinin əvəzi kimi ona verilən sahə və pul kompensasiyasının mütənasib və ədalətli olmadığına dəlalət edir.

63. Odur ki, bu xarakterli mübahisəyə baxan məhkəmə məsələyə formal yanaşmamalı, əvəzləşdirilən sahələri təyinatı, istifadə imkanları, mülkiyyətçinin mülki dövriyyədə məhrum olduğu dəyərlər, iqtisadi (əmlak) mənafeləri ətraflı araşdırılmalı, verilən kompensasiya ilə bunların mütənasib şəkildə qarşılanması obyektiv şəkildə qiymətləndir ilməli və qətnamədə əsaslandırılmalıdır.

64. Göstərilənlərə əsasən Kollegiya bu qənaətə gəlir ki, apellyasiya məhkəməsi qarşılıqlı iddiaçıya ödənilən kompensasiyanın ədalətliliyi ilə bağlı tam və hərtərəfli təhlil aparmamış, işdəki sübutları düzgün qiymətləndirməmiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara, tərəflərin qarşılıqlı münasibətinə və aidiyyəti hüquq normalarına uyğun əsaslandırmamışdır. Bununla da iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır.

65. Kollegiya hesab edir ki, həm ilkin, həm də qarşılıqlı iddianın həlli, ədalətli kompensasiyanın həllindən asılı olduğu üçün qətnamə bütövlükdə ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

66. Göstə rilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10183/2021 nömrəli iş üzrə 03 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar