Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2283/2023 12.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: səs-küy, vibrasiya və elektromaqnit radiyasiya çirklənməsinə səbəb olan texniki avadanlıqların istifadəsinin qadağan edilməsi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu, X16 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı səs-küy, vibrasiya və elektromaqnit radiyasiya çirklənməsinə səbəb olan texniki avadanlıqların istifadəsinin qadağan edilməsi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-58/2023 nömrəli, 07 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə 12 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi hər birinə ½ pay olmaqla ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarış əsasında X5, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarış ilə Cavabdeh adlarına dövlət qeydiyyatına alınmışdır və hazırda onların mülkiyyətlərindədir. Həmin qeyri-yaşayış sahəsində “Pizza İnn” adlı restoran fəaliyyət göstərir.
2. İddiaçı mübahisəli binanın 4-cü mərtəbəsində yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsin də icraat
3. İddiaçı Cavabdeh qarşı səs-küy, vibrasiya və elektromaqnit radiyasiya çirklənməsinə səbəb olan texniki avadanlıqların istifadəsinin qadağan edilməsi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsində edilmiş layihə smetaya uyğun olmayan icazəsiz tikinti konstruktiv dəyişikliklərin bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılması, texniki normalara uyğun quraşdırılmayan, vibrasiya və səs-küy çirklənmələrinə səbəb olan texniki avadanlıqların və soyuducu kameraların istifadəsinin qadağan edilməsi, həmçinin dəymiş maddi ziyanın əvəzi olaraq 10000 manat, xidmət haqqı üçün ödənilmiş 300 manat, mənəvi zərərin əvəzi olaraq 10000 manat və 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçının yaşadığı mənzil binanın 4-cü mərtəbəsində yerləşir və həmin binanın 1-ci mərtəbəsində cavabdehə məxsus ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsində “Pizza İnn” adlı restoran fəaliyyət göstərir. Həmin qeyri-yaşayış sahəsində heç bir texniki şərt, müvafiq icazə olmadan özbaşına quraşdırılmış soyuducu kameralar və digər avadanlıqlar yüksək səs-küyə və vibrasiyaya səbəb olur. İddiaçı 2 ilə yaxın müddətdir ki, öz mənzilində həmin səs-küy səbəbindən yaşaya bilmir. Bu barədə müvafiq orqanlara müraciət etməsinə baxmayaraq məsələ bugünədək öz həllini tapmamışdır.
5. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/3920 №- li rəyindən görünür ki, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə aid texniki pasportun məlumatları ilə faktiki vəziyyət müqayisə olduğu zaman əlavə tikililərin olmadığı və texniki pasportun məlumatlarına uyğun olduğu müəyyən edilmişdir. Rəydə eyni zamanda qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsi 21 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə aid xolodilnik və kondisionerlərin kompressor, radiatorları və havalandırma sistemi ümumi həyətin daxilindən quraşdırılmasına baxmayaraq iddiaçının mənzilindən istifadə imkanlarına məhdudiyyət yaratmadığı müəyyən edilmişdir.
6. Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemioloji Mərkəzi” X32 xx.xx.2021-ci il tarixli rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Yusif Məmməd əliyev küçəsi 21 ünvanda yerləşən qeyri-yaşayış sahəsində yerləşən “Pizza İnn” restoranında soyuducu kameralar binanın zirzəmi mərtəbəsində yerləşir. İddiaçı yaşadığı mənzilin yataq otağında səsin səviyyəsi 39,6 DBA (norma 40 DBA), vibrasiyanın səviyyədi 62 DB (norma 77 DB), qonaq otağında səsin səviyyəsi 38,1 DBA (norma 40 DBA), vibrasiyanın səviyyəsi 70 DB (norma 77 DB) olmuşdur.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 aprel 2021-ci il tarixli, 2(009)-64/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti texniki ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 manat vəsaitin İddiaçı tutu lub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
8. Məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemioloji Mərkəzi” X32 rəylərinə əsaslanaraq məhkəmə hesab etmişdir ki, iddiaçının iddia tələbində qeyd etdiyi hallar öz təsdiqini tapmadığından iddia tələbi əsassız sayılmalı və təmin edilməməlidir.
9. İddia tələbinin 10000 manat maddi və 10000 manat mənəvi ziyana gör pulun alınaraq ona verilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia tələbinin bu hissəsi bilavasitə iddia tələbinin “cavabdehə məxsus qeyri-yaşayış sahəsində səs-küy, vibrasiya və elektromaqnit radiasiya çirklənməsinə səbəb olan texniki avadanlıqların istifadəsinin qadağan edilməsi” hissəsi ilə bağlı olduğundan və iddia tələbi qeyd olunan hissədə təmin edilmədiyindən tələb bu hissədə də əsassızdır və təmin olunmamalıdır
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1 və 560.1-ci, Mənzil Məcəlləsinin 24.1, 27.1 və 27.5-ci, Mülki Prosessual Məcəlləsinin 119-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə keçirilmiş ekspertizalar səthi və qeyri-obyektivdir, həqiqətdə müəyyən olunan hallar sənədlərdə öz əksini tapmamışdır. Lakin əfsuslar olsun ki, məhkəmə bu barədə verdiyi qeydlər ini nəzərə almamışdır. Həmçinin məhkəmə ekspertizasının 10/3920 nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyi məhkəməyə daxil olduqda və icraat təzələndikdə o, vəsatət verərək əlavə ekspertizanın keçirilməsini xahiş etmişdir. Vəsatətdə xahişini əsaslandıraraq, “Pizza İnn” fəaliyyət göstərdiyi bütün yerin müəyyən olunması ilə yanaşı ünvanda olan bütün avadanlıqlarının texniki pasportlarına uyğun olaraq həmin avadanlıqların maksimal gücünün ölçülməsi məqsədilə onları işə salmaqla, onlara təkrar baxış keçirilməsini xahiş etmişdir. Çünki baxış zamanı onların istifadəsi zamanı texniki xüsusiyyətlərə uyğun olaraq tam gücü həddində çalışdırılmamışdır. Həmçinin ekspertin qarşısında sahədə olan avadınlaqlırın elektromaqnit şüaların verilməsi halları da öyrənilməsi haqqında sual qoyulmamışdır. Cava bdehə məxsus sahə tarixən yaşayış sahəsi olmuş, lakin naməlum şəraitdə və naməlum sənədlər əsasında mənzil qeyri-yaşayış sahəsinə çevirilmişdir. Orada bir sıra əsaslı kostruktiv dəyişikliklər aparılmış, ümumi 1 mərtəbəli mənzil qeyriyaşayış sahəsinə çevirilərək müvafiq arakəsmələr yaradılaraq 2 mərtəbəli sahəyə çevirilmişdir. Məhz bu hallar da nə ekspert, nə də ki, işə baxan Məhkəmə tərəfindən ümumiyyətlə araşdırılmamışdır. Hesab edir ki, qanuna müvafiq qaydada işə baxan hakim tərəfindən yerində müayinə keçirilməli idi. Qətnamədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2021-ci il tarixli 04-22/7/514-2021 nömrəli cavab məktubuna əsaslandırılır. Halbuki, ekspertiza zamanı mənzilində keçirilmiş labarator müayinələr zamanı ölçmə cihazların göstərdiyi nəticəl ər ondan gizlədilmiş və yekunda xx.xx.2021-ci il tarixli, 36 nömrəli “Səs vəTitrəmənin Müayinə Protokolu”nda göstərilən nəticələr həqiqətə uyğun deyildi. Necə olur ki, ondakı olan proqram vasitəsilə mənzilində ölçü apararkən səs və vibrasiya nəticələri rəydə göstərilən nəticələrdən xeyli dərəcədə yüksəkdi? Həmçinin yuxarıda qeyd etdiyi kimi, cavabdehə məxsus olan sahədə neqativ hallara gətirib-çıxardan avadanlıqlar hansı güclə işlədilməsi belə müəyyən olunmamışdır. Burada sual yaranır, niyə bu ölçü işləri yalnız onun mənzilində aparılmışdı? Niyə narahatçılığına səbəb gətirən sahədə həmin işlər aprılmamışdı? Məgər sahədə çalışan işçilərin və ətrafda olan digər şəxslərin sağlamlığı və təhlükəsizliyinin qorunubsaxlanılması hamı üçün şamil olunmur? Ancaq gördükləri kimi, sadə və primitiv qayda da, formal olaraq, tədqiqat aparılmış və nəticə etibarı ilə iddianın təmin olunmamasına səbəb olmuşdur. Lakin buna baxmayaraq, özünə məxsus və yeganə yaşayış yeri olan bu mənzildə onun həyatı yənə də rahat və təhlükəsiz olmayıb. Belə ki, onsuzda kiçik ölçüdə olan yaşayış otağında yaşaya, asudə və istirahət vaxtını normal qaydada keçirə bilmir. Onu narahat edən səs və vibrasiya həftənin bəzi günlərin gecə saatlarında olur. Bu da onu çox narahat edir. Bu da yolverilməzdir. Maraqlısı odur ki, nə məhkəməni, nə də AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertini cavabdehə məxsus olan sahənin iaşə obyektinin kimi istifadəsinə dair müvafiq icra hakimiyyəti orqanlarının müvafiq razılığın (icazənin) verilib-verilməməsi, eləcə də vaxtılə yaşayış sahəsi olan daşınmaz obyektin qeyr i-yaşayış sahəsinə çevirilməsinin tarixçəsi və sairə kimi faktların möcvduluğu maraqlandırmayıb. Halbuki, hələ işdə iştirak edən Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin hər hansı bir sahənin iaşə obyekti kimi fəaliyyət göstərməsinə dair müvafiq razılıq verilməlidir. Bütün bunlar iddianın araşdırılmasını istiqamətini səhv yolla aparılmasına səbəb olmuşdur. Səs və titrəmənin müayinə protokolunda nəticələri müəyyən edən cihazların yararlıq sertifikatları, həmin cihazların istifadə olunan zaman yararlıq və lazımi keyfiyyətə malik olması belə hər hansı bir sənəddə qeyd olunmayıb. Bu da yuxarıda göstərdiyi qeyd və şübhələrini əsaslı edir. Bunda başqa mübahisə predmeti olan sahəyə baxış keçirilən zaman sahəyə aid olan bütün otaqlara baxış keçirilməmişdir. Buna səbəb isə cavabdehin eksperti və onları oraya buraxmaması səbəbi olmuşdur. Bu da yolverilməzdir. Sahəyə daxil olarkən nəinki qeyriyaşayış sahəsinin mənzərəsi açılır, ümumiyyətlə nəhəng bir istehsalat müəssisəsinə, mini fabrikaya daxil olmasının şahidi olursan. Amma bütün bunlar nə eksperti, nə də işə baxan hakimi və epedimiologiya mərkəzinin mütəxəssisləri maraqlandırmamışdır. Yaşayış binlarında istehsalat müəssisələrinin yaradılması yol verilməzdir. Onlar yalnız yaşayış sahələrindən ayrıca bir yerdə yaradılmalıdı. Digər mülkiyyətçilərin narahatçılığına gətiribçıxartmalı deyildir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6895/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, xx.xx.2022-ci ildə cavabdeh tərəfin tədqiqa t obyektinə baxış keçirilməsi üçün qeyriyaşayış sahəsinə buraxmaması əsası ilə ekspertizanın keçirilməsindən imtina edilmişdir. Qərardad icra olunması üçün Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş, xx.xx.2022-ci il tarixdə 10/1076 saylı ekspert rəyi verilmişdir. Həmin rəydən müəyyən edilir ki, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin daxilində olan soyducular Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci tarixli texniki pasportun sərhədləri daxilində və həmin qeyri-yaşayış sahəsinə aid avadanlıqlar (havalandırma) texniki pasportun sərhədlərindən kənarda yerləşdiyi müəyyən olunmuşdur. Eləcə də, həmin texniki avadanlıqların iddiaçıya məxsus yaşayış evinə birləşən ventilyasiya və şaxta bacalarına qoşulması müəyyən olunmamışdır. ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə aid texniki avadanlıqlar (soyuducular, kondisionerlər, radiator, havalandırma sistemi və mövcud olan digər avadanlıqlar) işlək vəziyyətdə tam gücü ilə yoxlanılaraq iddiaçıya məxsus olan yaşayış sahəsinə gətirə biləcək mənfi təsir göstərib-göstərməməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X26 xx.xx.2022-ci il tarixli xx-xx/2003-2022 saylı məktubunda cavablandırılmadığı üçün qərardadın birinci və ikinci sualının ikinci səviyyəsi üzrə tədqiqat aparılmamışdır.
14. Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X26 xx.xx.2022-ci il tarixli xx-xx/2003-2022 saylı məktubundan görünür ki, İddiaçı Anatoliyevnanın mənz ilində səs-küy və vibrasiyanın ölçülməsi barədə "Respublika Gigiyena və Eptdemiologiya Mərkəzi" PHŞ-nə daxil olmuş xx.xx.2022-ci il tarixli iş №2(103)-315/2022 saylı məktub mütəxəssislər tərəfindən yerində araşdırılmışdır. Məktubda göstərilən zamanda xx.xx.2021-ci il tarixli 2(103)-6895/2021 saylı qərardadın icrası ilə əlaqər, mütəxəssislər tərəfindən İddiaçı mənzilində səs-küyün ölçülməsi məqsədi ilə, onun mənzilinə gedilmiş, lakin iddiaçı qərardadın icrasına şərait yaratmamış, ölçmələrin aparılması üçün mənzilin qapısını açmamışdır. Mənzildən kənarda, giriş hissədə ölçmələrin aparılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normalarının icrasının təmin edilməsi barədə 13 fevral 2009 -cu il tarixli 52 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq, yaşayış evlərinə bitişik ərazilərinə nəzarət Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə olunub və Səhiyyə Nazirliyinin səlahiyyətləri çərçivəsində deyil. Göstərilənləri nəzərə alaraq, ekspertizanın keçirilməsi mümkün olmamışdır.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-315/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, xx.xx.2022-ci ildə cavabdeh tərəfin tədqiqat obyektinə gəlməməsi əsası ilə ekspertizanın keçirilməsindən imtina edilmişdir.
16. Məhkəmə kollegiyası tərəfindən xx.xx.2023-cü ildə İddiaçı və onun vəkili X20, Cavabdeh qardaşı X12, üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyen a və Epidemiologiya Mərkəzi” X26 nümayəndələri X3 və X4, üçüncü şəxs Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X9, üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X6, Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X7 iştirakları ilə ünvan 2 ünvanda yerləşən “Pizza İNN” qeyri-yaşayış sahəsinin mətbəxinin yerləşdiyi əraziyə ümumi həyətdən daxil olarkən girişin sol tərəfində iddiaçının iddia etdiyi aqreqatların yerləşdiyi yerin bağlı olduğu müəyyən edilmiş, məhkəmə kollegiyasının təkidi ilə qapı açılmış, həmin tikilinin daxilində hər hansı qurğunun və yaxud avadanlığın mövcud olmadığı müəyyən edilmişdir. Həmin tikilinin daxilində mobil aksesuarların və dəftərxana ləvazimatlarının olduğu müəyyən olunmuşdur. Da ha sonra “Pizza İNN” qeyri-yaşayış sahəsinin mətbəxinə məhkəmə kollegiyası proses iştirakçıları və ekspertlə birlikdə daxil olmuş, həmin mətbəxdə manqal, soyuducu, havadartan və xəmirqarışdıran avadanlıqların olduğu müəyyən olunmuşdur. Mətbəxin zirzəmisində su matoru mövcud olmuş, mətbəxdən kənardan yuxarı qalxarkən ikinci mərtəbədə havatəmizləyən qurğunun mühərriki mövcud olmuş, mətbəxin və “Pizza İNN” restoranının havalandırılması məqsədilə quraşdırılmış boruların binanın üzərindən çölə çıxdığı müəyyən olunmuşdur. Həmin boruların binanın şaxtasına birləşməsi müşahidə olunmamışdır. Həmin texniki avadanlıqlar əvvəlcə işlək vəziyyətdə, daha sonra söndürülmüş vəziyyətdə iddiaçıya məxsus mənzildə vibrasiya və titrəmə mütəxəssislər tərəfindən xüsusi vasitələrlə ölçülmüşdür.
17. Tədqiqat obyekt inin yerində müayinəsinin nəticəsi olaraq təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X26 xx.xx.2023-cü il tarixli 04-16/206-2023 saylı məktubundan görünür ki, şikayət olunan avadanlıqların hamısının sönülü halında iddiaçının mənzilində qonaq otağında vibrasiya 67 DB, yataq otağında 69 DB (yol verilən səviyyə 77 DB), daimi səsin orta səviyyəsi qonaq otağında 32 dBA, yataq otağında 33 dBA (yol verilən səviyyə 40 dBA)-dır. Avadanlıqların işlək halında isə, mənzilin qonaq otağında vibrasiya 69 DB, yataq otağında 70 DB, daimi səsin orta səviyyəsi qonaq otağında 34 dBA, yataq otağında 37 dBA-dır.
18. Məhkəmə kollegiyasının sorğusuna əsasən əldə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 01 saylı Bakı Ərazi İdarəsinin xx.xx.202 1-ci il tarixli **********95 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi haqqında məlumat verilməsi barədə sorğuya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, X10 məxsus olmuş ümumi sahəsi 163.7 kv.m təşkil edən ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi onunla X13 və Cavabdeh arasında bağlanmış 54 saylı NO-nun 4ə-326 reyestr nömrəli, xx.xx.2020- ci il tarixli alğı-satqı müqaviləsinə əsasən hər birinə ü/s-81.85 kv.m olmaqla ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarış əsasında X5, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarış ilə Cavabdeh adlarına qeydiyyata alınmışdır və hazırda mülkiyyətlərindədir.
19. Məhkəmə kollegiyasının iclasın da iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X26 nümayəndələri X8 izahat verərək tərəflərindən məhkəmə kollegiyasının iştirakı ilə xx.xx.2023-cü il tarixdə tədqiqat olunan obyektdə ölçmə işləri aparıldığını və şikayət olunan avadanlıqların hamısının söndürülmüş halında iddiaçının mənzilində qonaq otağında vibrasiya 67 DB, yataq otağında 69 DB (yol verilən səviyyə 77 DB), daimi səsin orta səviyyəsi qonaq otağında 32 dBA, yataq otağında 33 dBA (yol verilən səviyyə 40 dBA)-dır. Avadanlıqların işlək halında isə, mənzilin qonaq otağında vibrasiya 69 DB, yataq otağında 70 DB, daimi səsin orta səviyyəsi qonaq otağında 34 dBA, yataq otağında 37 dBA olduğunun müəyyən olunduğunu, qeyd olunan rəqəmlərin norma daxilində olduğunu bildirmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X21 izahat verərək xx.xx.2022ci il tarixdə məhkəmə kollegiyasının iştirakı ilə yerli müayinə iclası zamanı onun iştirakı ilə “Pizza İNN” ictimai iaşə obyektinə baxış keçirildiyini, baxış zamanı qida obyektinin əsas sahəsində havalandırma sisteminin, soyuducu kameranın, pizza sobasının və kondisonerin təchiz olunduğu, yardımçı sahələrdə soyuducu, soyuducu kameraların və su filtrasiyası qurğusunun təchiz olunduğu, avadanlıqlardan soyuducu, dondurucu kameralar və kondisonerlər olduğunun tərəfindən müşahidə edildiyini göstərmişdir.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirl iyinin nümayəndəsi X17 izahat verərək göstərmişdir ki, iddiaçı səs-küyün və titrəmənin səviyəssinin ölçülməsi evdənkənar hissələrdə onların səlahiyyətlərinə aiddir. Lakin iddiaçı həmin ölçülmə işlərinin aparılmasına razılıq vermədiyindən tədqiqat aparılmamışdır.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X18 izahat verərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə məhkəmə kollegiyasının iştirakı ilə yerli müayinə iclası zamanı tədqiqat obyektinə baxış keçirilən zaman iddiaçı tərəfin iddia etdiyi bütün ərazilərə, qapıların açılmadığı iddia edilən bütün otaqlara baxış keçirilmiş və avadanlıqdan həm işlək, həm də söndürülmüş vəziyyətdə iddiaçının evində mütəxəssislər tərəfindən ölçmə işləri aparılmış və iddiaçının evində olan s əs-küyün və vibrasiyanın norma daxilində olduğu müəyyən edilmişdir. Qeyriyaşayış sahəsində manqal, soyuducu, havadartan və xəmirqarışdıran avadanlıqların olduğu, mətbəxin zirzəmisində su matoru, mətbəxdən kənardan yuxarı qalxarkən ikinci mərtəbədə havatəmizləyən qurğunun mühərrikinin olduğunu, mətbəxin və “Pizza İNN” restoranının havalandırılması məqsədilə quraşdırılmış boruların binanın üzərindən çölə çıxdığını və başqa bir avadanlıqların olmadığını təsdiq etmişdir.
23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-58/2023 nömrəli, 07 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – X22 (sədrlik edən və məruzəçi), X11 və X19) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarix li, 2(009)64/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsalandırmışdır ki, birinci instansiya məhkəməsinin “cavabdehə məxsus qeyri-yaşayış sahəsində səs-küy, vibrasiya və elektromaqnit radiasiya çirklənməsinə səbəb olan texniki avadanlıqların istifadəsinin qadağan edilməsi” hissəsinin əsassız olması və iddianın bu hissəsinin əsassız olması ilə İddia tələbinin 10000 manat maddi və 10000 manat mənəvi ziyana görə pulun alınaraq iddiaçıya verilməsi hissəsinin də əsassız olmasına dair gəldiyi nəticəni qanuni və əsaslıdır. Belə ki, İddiaçı və onun vəkili X20, Cavabdeh qardaşı X1, üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X26 nümayəndələri X3 və X4, üçüncü şəxs Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X9, üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X6, Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X7 iştirakları ilə xx.xx.2023-cü ildə yerində müayinə zamanı “Pizza İnn” fəaliyyət göstərdiyi bütün yerlər müəyyən olunaraq ilə yanaşı ünvanda olan bütün avadanlıqlarının maksimal gücünün ölçülməsi məqsədilə onları işə salmaqla, onlara təkrar baxış keçirilməsi, həmin texniki avadanlıqlar əvvəlcə işlək vəziyyətdə, daha sonra söndürülmüş vəziyyətdə iddiaçıya məxsus mənzildə vibrasiya və titrəmə mütəxəssislər tərəfindən xüsusi vasitələrlə ölçülməsi zamanı səsin orta səviyyəsinin müəyyən edilmişdir ki, cavabdeh tərəfindən istifadə edilən sözügedən avadanlıqlar istə r işlək, istərsə də söndürülmüş vəziyyətdə iddiaçını heç bir formada narahat etmir və etməsi də mümkünsüzdür. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən iddiaçının yaşadığı mənzil binanın 4-cü mərtəbəsində, “Pizza İnn” adlı restoranın mətbəxi isə birinci mərtəbədə yerləşir və həmin binanın 1-ci mərtəbəsində fəaliyyət göstərməsini, başqa sözlə sahələr arasındakı az olmayan məsafəni də nəzərə almışdır.
25. Apellyasiya məhkəməsi daha sonra həm iddia tələbinin, həm də apellyasiya şikayətinin ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsində edilmiş layihə smetaya uyğun olmayan icazəsiz tikinti konstruktiv dəyişikliklərin bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılması ilə bağlı dəlillərinə qiymət verərək qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hüquq və mənafeyini pozan hərəkətləri n mövcudluğu öz təsdiqini tapmadığı üçün cavabdehin istifasində olan tikinti və sahələrə dair hər hansı formada iddia qaldırmağa iddiaçının subyektiv hüququ olmamışdır.
26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2, 171.1, 560.1-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24.1, 27.1 və 27.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 80, 88, 101.3, 103.1, 106.1, 107, 119, 206.1, 217.1, 217.3, 218.1 və 218.3-cü madələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
28. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, X2 iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 65 №-li məktubunda qeyd olunur ki, tədqiq olunan ünvanda olarkək, mübahisələndirdiyiniz obyektlərə, o cümlədən X15 məxsus qeyri-yaşayış sahəsinə və ona aid qurğu və avadanlıqlara Mərkəzin əməkdaşlarına məhdud şəraitdə baxış imkanı yaradılmışdır. Belə ki, əməkdaşların tədqiq olunan olunan obyektlərə daxil olması, tam şəkildə baxış keçirilməsi və bəzi sahələrdə yerləşən qurğu və avadanlıqların tam gücü ilə işlək vəziyyətə gətirilməsi üçün şərait yaradılmamışdır. Bu səbəbdən də, müraciətinizdə qoyulan məsələlərin həlli mümkün deyil. Göründüyükimi iddiaçının iddia tələbinin əsasını təşkil edən amillərin araşdırılmasına cavabdeh tərəfindən hər c ür maneələr yaradılmış, məhkəmələr isə bu hala səthi yanaşaraq nəzərə almamışlar. Halbuki qeyd olunan hallar nəin ki, iddiaçının hətta iddiaçı ilə bəbarər həmin binada yaşayan digər insanların sağlamlığı üçün təhlükə yaradır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və to rpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
31. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.
32. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Mənzil Məcəlləsi
33. Maddə 24.1 Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır.
34. Maddə 27.1 Bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir.
35. Maddə 27.5 Yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış şəxs, əgər bu vətəndaşların hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına təhlükə yaradırsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin tə qdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 4 07.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
45. Maddə 418.3. Pr osessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Haz ırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə ko llegiyası qeyd edir ki, həmin dəlillər işə məhkəmələr tərəfindən baxılan zaman və apellyasiya şikayətində də irəli sürülmüşdür, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun huquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. Odur ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-58/2023 nömrəli iş üzrə 07 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.