Məhkəmə qərarları › İş №2(102)-2283/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2283/2024

09.07.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2283/2024 09.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə zəruri yol və keçidin verilməsi, servitut) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsinə zəruri yol və keçidin verilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-206/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı2 tərəfi ndən verilmiş kassasiya şikayətinə 09 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 113 nömrəli qərarı ilə Zaqatala rayonu Maqov kəndində yerləşən 0.22 ha həyətyanı sahə iddiaçılar Qardaşov Məmmədseyid (Seyidməmməd) Ömər oğlunun, X6, X1 və digər subyektlər X2, X3 mülkiyyətlərinə verilmişdir

2. Həmin torpaq sahəsinin qonşuluğunda Cavabdeh qardaşı olan X9 mülkiyyətinə Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 113 nömrəli qərarı ilə verilmiş 0,34 ha torpaq sahəsi və atası olan X11 mülkiyyətinə Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı əsasında verilmiş 3408 kv.m. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi yerləşir.

3. X14 12 dekabr 2003-cü ildə və X17 28 mart 2004-cü ildə ölmüşlər.

4. X14 və X9 mülkiyyətində olan torpaq sahələrindən hazırda Cavabdeh istifadə edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala rayonu Maqov kəndi ərazisində yerləşən, X16 Komitəsinin Zaqatala rayon Şöbəsi tərəfindən verilmiş JN-219G KOD 40212018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunmuş 0,22 ha torpaq sahəsinə gediş-gəliş üçün cavabdehə məxsus torpaq sahəsindən zəruri yol və keçidin verilməsi, həmin yol üçün ayrılmış torpaq sahəsinin servitutla yüklənməsinə, servitutun dəyərinin məhkəmə tərəfindən müəyyənləşdiri lməsinə, servitutun daimi istifadə üçün nəzərdə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, onların Zaqatala rayonu Maqov kəndində yerləşən 0,22 ha torpaq sahələri vardır. Həmin torpaq sahəsinə JN-219G KOD 40212018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edirlər. Həmin torpaq sahəsinin ictimai yola çıxış üçün yolu yoxdur. Belə ki, həmin torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmadığı üçün və həmin torpaq sahəsinə ən yaxın cavabdehə məxsus torpaq sahəsindən keçmək uyğun olduğuna görə onlar indiyə kimi cavabdehə məxsus torpaq sahəsindən keçərək işləmişlər. Onlar həmin torpaq sahəsinə ictimai yola çıxışın olub-olmaması barədə Reyestr xidmətinə müraciət ünvanlamışlar və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli **********06 saylı cavab məktubu ilə bildirmişdir ki, həmin torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Bundan başqa, Zaqatala rayonu Maqov bələdiyyəsinin xx.xx.2022-ci il 32 saylı arayışı ilə bir daha təsdiq olunur ki, İddiaçı1 verilmiş 0,22 ha torpaq sahəsinə yol nəzərdə tutulmamış və həmin torpaq sahəsinin ictimai yola çıxışı yoxdur. Beləliklə, cavabdeh indiyə kimi işlədikləri yolu bağlamaqla onların torpaq sahəsinə gedən yolu bağlamış olur və belə olan halda onlar öz torpaqlarına gedib-gələ bilmirlər. Bununla da mülkiyyətl ərində olan torpaq sahəsindən istifadə və mülkiyyət hüquqları pozulmuşdur. Buna görə də, məhkəməyə müraciət etməli olmuşlar. Hesab edir ki, cavabdehə məxsus torpaq sahəsindən onların torpaqlarına zəruri yol verilməlidir ki, onlar öz mülkiyyətlərində istifadə edə bilsinlər. Əgər cavabdeh onlara verilən zəruri yol üçün haqq tələb edirsə bu haqq məhkəmə tərəfindən müəyyən edilsin.

7. Məhkəmə qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 04 aprel 2023-cü il tarixli 10/873 nömrəli ekspert rəyindən görünür ki, mülk iş materiallarında olan Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 və onların ailə üzvlərinin mülkiyyətində olan Zaqatala rayonu Maqov kəndində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsinə idarələrinin xidməti istifadəsində elektron məlumat bazasında öz əksini tapan kompleks yerquruluşu layihələrində və son uçot məlumatlarında da gediş-gəliş üçün ayrılmış ümumi istifadədə olan yol nəzərdə tutulmamışdır. Zaqatala rayonu Maqov kəndində yerləşən iddiaçıların və onların ailə üzvlərinin mülkiyyətində olan 0.22 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün ayrılmış ümumi istifadədə olan yol nəzərdə tutulmamışdır. JN-2119G seriyalı kod 40212018 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” də qeyd olunmuş 0.22 ha həyəty anı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş, mövcud olmayan, əvvəllər yol kimi istifadə edilmiş, iddiaçının tələb etdiyi yol ərazisi hüquqmüəyyənedici sənədlər əsasında X14 və X9 ailə üzvlərinin xüsusi mülkiyyətlərinə işlənilmişdir. JN-2119G seriyalı kod 40212018 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” də qeyd olunmuş 0.22 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmamışdırsa həmin yolun X11 mülkiyyətinə verilmiş 0.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hesabına verilməsi məsələsi idarələrinin səlahiyyətləri xaricindədir.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X22 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 23 yanvar 2023-cü il tarixdə verilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçılar X5, İddiaçı2 və İddiaçı3 və onların ailə üzvlərinin mülkiyyətində olan Zaqatala rayonu, Maqov kəndində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsinə idarələrinin xidməti istifadəsində elektron məlumat bazasında öz əksini tapan kompleks yerquruluşu layihələrində və son uçot məlumatlarında da gediş-gəliş üçün ayrılmış ümumi istifadədə olan yol nəzərdə tutulmamışdır. Zaqatala rayonu, Maqov kəndində yerləşən iddiaçıların və onların ailə üzvlərinin mülkiyyətində olan 0.22 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün ayrılmış ümumi istifadədə olan yol nəzərdə tutulmamışdır. JN-2119G seriyalı kodu 40212018 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” də qeyd olunmuş 0.22 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş, mövcud olmay an, əvvəllər yol kimi istifadə edilmiş, iddiaçının tələb etdiyi yol ərazisi hüquqmüəyyənedici sənədlər əsasında X14 və X9 ailə üzvlərinin xüsusi mülkiyyətlərinə işlənilmişdir. JN-2119G seriyalı kodu 40212018 olan “Torpağın mülkiyyətə veriməsinə dair şəhadətnamə” də qeyd olunmuş 0.22 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmamışdırsa həmin yolun X11 mülkiyyətinə verilmiş 0.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hesabına verilməsi məsələsi idarələrinin səlahiyyətləri xaricindədir.

9. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli, e-2(033)-86/2023 nömrəli qətnaməsi ilə iddia rədd olunmuş, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ekspertiza xərci iddiaçılar X8, İddiaçı3 və İddiaçı2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim Tural Həsənov).

10. Birinci instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətlərində olan Zaqatala rayonu Maqov kəndində yerləşən 0,22 ha torpaq sahəsinə gediş-gəliş üçün ayrılmış ümumi istifadədə olan yol nəzərdə tutulmasa da onların faktiki istifadə etdikləri və cavabdehin istifadəsində olan torpaq sahələrindən keçməyən gediş-gəliş yolu mövcuddur. Həmin yolun keçdiyi ərazi iddiaçıların qohumlarına məxsusdur və iddiaçıların həmin yoldan istifadəsini torpaq sahələrinin mülkiyyətçiləri tərəfindən məhdudlaşdırılması və ya həmin ərazidən istifadə edilməsinin qadağan edilməsi halı mü əyyən edilməmişdir.

11. Məhkəmə mülki qanunvericiliyə əsasən belə qənaətə gəlmişdir ki, ictimai yola keçidi olmayan torpaq sahəsinin mülkiyyətçisinə belə bir keçidin ayrılmasını qonşuluqda olan torpaq sahələrinin mülkiyyətçilərindən tələb etmək imkanı müəyyən olunmuşdur. Qanunvericilikdə eyni zamanda tələbin hansı qonşuya qarşı yönəlməsi ardıcıllığı da qanunverici tərəfindən dəqiq göstərilmişdir. Belə ki, mülki qanunvericiliyə əsasən zəruri keçidlə bağlı tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir.

12. Məhkəmə hesab etmişdir ki, iddiaçıların zəruri keçidlə bağlı tələbinin ilk növbədə mülkiyyətlərində olan torpaq sahəsinə faktiki keçid kimi (gediş-gəliş yolu kimi) istifadə edilən ke çidin (yolun) yerləşdiyi və iddiaçılarla qohumluq əlaqələrində olan torpaq sahələrinin mülkiyyətçilərinə qarşı yönəldilməsi daha yolveriləndir, nəinki həmin tələblə istifadəsində olan torpaq sahələrinin bir hissəsinin bataqlıq ərazi olduğundan həmin sahədən keçid kimi istifadə edilməsi daha çətin olan cavabdehə qarşı yönəldilməsi.

13. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, qanunverici tərəfindən keçidin ayrılması halında keçidin ayrılmasını tələb edən şəxs tərəfindən zəruri keçidin tam əvəzini ödəməli olduğu müəyyən edilmişdir.

14. Hazırki iş üzrə Zaqatala rayonu Maqov kəndində yerləşən mülkiyyətlərində olan 0,22 ha torpaq sahəsinə keçid tələb edən iddiaçılar keçid tələb etdikləri torpaq sahələrinin istifadəçisi olan cavabdehə ödəniləcək servitutun dəyərinin məhkəmə tərəfindən müəyyənləşdi rilməsini tələb etsələr də, onlar ağlabatan məbləğdə kompensasiya ödəməyə razı olmamış və tələb etdikləri keçid müqabilində 500 manat ödəyə biləcəklərini bildirmişlər. Cavabdeh bu təkliflə razılaşmamış, eyni zamanda mülki iş üzrə tərəflər keçidin dəyəri ilə bağlı sübut təqdim etməmişlər.

15. İddiaçıların kompensasiya qismində ödəyə biləcəklərini qeyd etdikləri məbləğdə kompensasiyanın keçidin tam əvəzi hesab edilə biləcəyinə dair sübut iddiaçılar tərəfindən təqdim edilmədiyini və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçıların kompensasiya qismində təklif etdikləri məbləğin zəruri keçid müqabilində cavabdehə ödənməsi cavabdehin mənafelərinə uyğun hesab edilə bilməz və keçid ayrılarkən tərəflərin hər birinin qarşılıqlı mənafeləri nəzərə alınmalı olduğundan iddia çının təklif etdiyi məbləğ müqabilində keçidin verilməsi yolverilməzdir.

16. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi iddiaçıların mülkiyyətində olan Zaqatala rayonu Maqov kəndində yerləşən 0,22 ha torpaq sahəsinə gediş-gəliş üçün cavabdehə məxsus torpaq sahəsindən zəruri yol və keçidin verilməsi hissəsində rədd edilməlidir.

17. Məhkəmə eyni zamanda, iddianın digər hissələrini yəni “yol üçün ayrılmış torpaq sahəsinin servitutla yüklənməsinə, servitutun dəyərinin məhkəmə tərəfindən müəyyənləşdirilməsinə, servitutun daimi istifadə üçün nəzərdə tutulması” hissələri üzrə araşdıraraq, hesab etmişdir ki, iddia tələbi qeyd edilən hissədə də əsassızdır. Buna görə də iddia tələbi həmin hissələrdə də rədd edilməlidir.

18. Belə ki, iddiaçıların “yol üçün ayrılmış torpaq sahəsini n servitutla yüklənməsinə, servitutun dəyərinin məhkəmə tərəfindən müəyyənləşdirilməsinə, servitutun daimi istifadə üçün nəzərdə tutulması” tələbi birinci, iddiaçıların mülkiyyətində olan Zaqatala rayonu Maqov kəndində yerləşən 0,22 ha torpaq sahəsinə gediş-gəliş üçün cavabdehə məxsus torpaq sahəsindən zəruri yol və keçidin verilməsindən sonra yaranan törəmə tələbdir. İddiaçıların mülkiyyətində olan torpaq sahəsinə cavabdehin istifadəsində olan torpaq sahələrindən zəruri keçid verilmədiyi halda və iddia tələbinin digər hissələrinin həmin hissə ilə əlaqəli olduğundan iddia tələbi digər hissələr olan “yol üçün ayrılmış torpaq sahəsinin servitutla yüklənməsinə, servitutun dəyərinin məhkəmə tərəfindən müəyyənləşdirilməsinə, servitutun daimi istifadə üçün nəzərdə tutulması” hissəsində də təmin edilməməlidir. Belə olan halda məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi ümumilikdə əsaslı hesab edilərək təmin edilə bilməz.

19. Məhkəmə onu da qeyd etmişdir ki, tərəflərin istifadə və sahiblik etdikləri torpaq sahələri ümumiyyətlə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Halbuki, qanunvericiliyin tələbinə əsasən servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir.

20. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddia tələbinin dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırmışdır.

21. Bi rinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin (bundan sonra – MM) 139.1, 152.1, 152.5, 175.1, 175.2, 175.3, 255.1, 255.2, 255.4, 256.1, 261.1, 261.2-ci Torpaq Məcəlləsinin 54-cü maddəsinin 3, 4, 5 və 6-cı hissələr və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.3, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. İddiaçı Hacıyeva X4 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(033)86/2023 saylı qətnaməsinin tam ləğv edilməsi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmələrin gedişatı məhkəmə iclaslarının vaxtı ekspert rəylərinin vaxtı barədə ona məlumat verilməmiş, məhkəmə iclaslarına o, dəvət olunmamışdır. Keçirilmiş ekspertiza rəylərindən onun xəbəri və məlumatı olmayıb. Ekspert rəyi ona təqdim olunmayıb. Mübahisə predmetinə, yəni torpaq sahəsinə ekspert və ya mütəxəssis tərəfindən baxış keçirilərək tədqiqat aparılan zaman ona məlumat verilməyib və onun iştirakı təmin olunmamışdır. Bundan başqa məhkəmə qətnamədə qeyd etmişdir ki, keçirilmiş ekspertizanın rəyinə əsasən həqiqətən də onun digər iddiaçılarla birgə mülkiyyətində olan 0,22 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün ayrılmış ümumi istifadədə olan yol nəzərdə tutulmamış, onların yol ərazi cavabdehin xüsusi mülkiyyətinə səhvən işlənmişdir. Daha sonra məhkəmə qeyd etmişdir ki, guya onlar həmin torpaq sahələrinə qohumlarına aid torpaq sahəsindən keçməklə isti fadə edirlər. Belə bir fakt və belə bir hal mövcud deyildir. Daha sonra ekspert rəyində qeyd olunmuşdur ki, tədqiqat obyektinə baxış keçirən ekspertlər və yaxud da mütəxəssislər cavabdehin qardaşı və atasının mülkiyyətində olan torpaq sahələrindən keçərək iddiaçılara məxsus torpaq sahəsinə həmin torpaq sahələrinin bir hissəsi bataqlıq olduğundan getmək mümkün olmamışdır. Məhkəmənin yazdığı fikir burada aydın deyildir. Belə ki, onların iddiası cavabdehlərə qarşıdır. Cavabdehin qardaşı və atasına qarşı deyildir. Məhkəmə tərəfindən ekspertiza və mütəxəssislər qarşısında yol kimi tələb etdiyi sahənin xüsusiyyətləri barədə sual qoyulmadığı halda həmin sahənin bir hissəsinin bataqlıq olduğu qeyd olunmuşdur. Məhkəmə tərəfindən ekspert və mütəxəssislərə belə bir sual verilmədiyi halda onların belə bir sual yaradaraq cavab yazması iddianın təmin olunmaması üçün ekspert və ya mütəxəssislər tərəfindən müdaxilə və ya maneələrin törədilməsi açıq aydın görünür. Məhkəmə daha sonra qeyd etmişdir ki, guya onların hal-hazırda həmin torpaq sahəsinə gediş-gəliş yolu mövcuddur. Bu yalan ifadədir. Onların mülkiyyətində olan 0,22 ha həyətyanı torpaq sahəsinə rəsmi olaraq və yaxud da qeyri-rəsmi olaraq hər hansı bir gediş-gəliş yolu yoxdur. Cavabdehlər isə mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş etmək üçün onlara icazə vermirlər. Servitutu müəyyənləşdirmək üçün tələb olunan keçid sahəsi üzrə torpaq sahəsinin ölçüsü və sahəsi müəyyən edilməli, müəyyən edilmiş həmin ərazinin, yəni keçidin yerləşdiyi torpagın qiymətləndirilməsi isə ƏMDK tərəfindən həyata keçirilməlidir. Belə ki, hal-hazırda ƏM DK hər bir şəxsə öz mülkiyyətində olan torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verərkən həmin torpaq sahəsinin dəyərinə dair arayışı məcburi şəkildə vətəndaşdan xidmət haqqını alaraq vətəndaşa təqdim edir. Deməli, ƏMDK hazırda tələb etdiyimiz keçid üçün nəzərdə tutulmuş torpaq sahəsinin ölçülərini, eyni zamanda qiymətini müəyyən edə bilər. O, da öz növbəsində bildirir ki, keçid üçün ayrılacaq ərazinin tam bazar qiymətini ödəyə bilər. Məhkəmə isə qətnamədə qeyd etmişdir ki, servitutun dəyərinin məhkəmə tərəfindən müəyyənləşdirilməsinə servitutun daimi istifadəsi üçün nəzərdə tutulması barədə iddiası əsassızdır.

24. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-206/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edil məmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir (hakimlər X18 (sədrlik edən və məruzəçi), X15 və X10).

25. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ilk dəlili olan məhkəmələrin gedişatı (məhkəmə iclaslarının vaxtı, ekspert rəylərinin vaxtı barədə məlumatın verilməməsi, məhkəmə iclaslarına dəvət olunmama, keçiril miş ekspertiza rəylərindən tərəfin xəbəri və məlumatının olmaması, ekspert rəyinin təqdim olunmaması, mübahisə predmetinə, yəni torpaq sahəsinə ekspert və ya mütəxəssis tərəfindən baxış keçirilərək tədqiqat aparılan zaman məlumatın verilməməsi və iştirakın təmin olunmaması) ilə bağlı onu qeyd etmişdir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, məhkəmə kollegiyası iş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, e-2(033)-958/2022 saylı məktubunu əsas gətirərək iş üzrə tədqiqat obyektinə baxışın keçirilməsi 6 dekabr 2022-ci il tarixə saat 10:00 təyin edilməsi ilə bağlı məlumatın iddiaçılara və cavabdehə göndərilməsi qənaətinə gəlmişdir. Belə ki, həmin məktubu İddiaçı2 26 noyabr 2022-ci il tarixdə xəbərnaməyə imza çəkərək qəbul etməsini məhkəmə kollegiyası d iqqətə çatdırmışdır.

27. Bundan başqa məhkəmə kollegiyası iş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 19 aprel 2023- cü il tarixli, e-2(033)-86/2023 saylı məhkəmə bildirişi ilə məhkəmə iclası 11 may 2023-cü il saat 15:30-a təyin edilməsi barədə iddiaçıya bildiriş göndərilməsini, eyni zamanda Zaqatala Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, e2(033)-86/2023 nömrəli protokolu ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 04 aprel 2023-cü il tarixli 10/873 nömrəli ekspert rəyinin Cavabdeh iştirakı ilə elan edildiyi qənaətinə gəlmişdir.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyini mötəbər sübut kimi qəbul etməsi ilə razılaşmış və rəyin mötəbərliliyini ş übhə altına alan hər hansı halın mövcud olmaması və bununla bağlı cavabdehin sübutlar təqdim etməməsi qənaətinə gəlmişdir.

29. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

30. Məhkəmə kollegiyası bununla bağlı həmçinin onu da qeyd etmişdir ki, ekspert rəyində torpaq sahəsinin bir hissəsinin bataqlıq olmasının qeyd edilməsi ekspert rəyində qoyulmuş suallardan kənara çıxma deyildir. Ona görə ki, cavabdehlərdən tələb edilən sahə iddiaçıların öz torpaq sahələrinə keçmək üçün yol kimi istifadə olunması məqsədilə servitut olaraq tələ b edilir.

31. Məhkəmə kollegiyası hazırki halda torpaq sahəsinin bir hissəsinin bataqlıqdan ibarət olması və bu səbəbdən həmin yola iddiaçıların torpaq sahəsinə gedib çıxmanın mümkün olmaması servitutun verilməsi məsələsinin həlli üçün əhəmiyyət daşıyan məsələ olduğunu diqqətə çatdıraraq, ekspertin qərardadda qarşısına qoyulmuş 4-cü suala, yəni torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmamışdırsa həmin yolun X11 mülkiyyətinə verilmiş 0,34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hesabına verilməsi mümkündürmü sualına aydınlıq gətirdiyini qənaətinə gəlmişdir.

32. Məhkəmə kollegiyası iddia tələbinə münasibətdə birinci instansiya məhkəməsinin iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətlərində olan Zaqatala rayonu Maqov kəndində yerləşən 0,22 ha torpaq sahəsinə gediş-gəliş üçü n ayrılmış ümumi istifadədə olan yol nəzərdə tutulmasa da onların faktiki istifadə etdikləri və cavabdehin istifadəsində olan torpaq sahələrindən keçməyən gediş-gəliş yolu mövcud olması və həmin yolun keçdiyi ərazi iddiaçıların qohumlarına məxsus olduğu və iddiaçıların həmin yoldan istifadəsini torpaq sahələrinin mülkiyyətçiləri tərəfindən məhdudlaşdırılması və ya həmin ərazidən istifadə edilməsinin qadağan edilməsi halının müəyyən olunmamasını düzgün hesab etmişdir.

33. Qeyd edilənlərə münasibətdə kollegiya hesab etmişdir ki, iddiaçıların zəruri keçidlə bağlı tələbinin ilk növbədə mülkiyyətlərində olan torpaq sahəsinə faktiki keçid kimi (gedişgəliş yolu kimi) istifadə edilən keçidin (yolun) yerləşdiyi və iddiaçılarla qohumluq əlaqələrində olan torpaq sahələrinin mülkiyyətçilərinə qarşı yö nəldilməsi daha yolveriləndir, nəinki həmin tələblə istifadəsində olan torpaq sahələrinin bir hissəsinin bataqlıq ərazi olduğundan həmin sahədən keçid kimi istifadə edilməsi daha çətin olan cavabdehə qarşı yönəldilməsi.

34. Məhkəmə kollegiyası iddianın digər hissələrini yəni “yol üçün ayrılmış torpaq sahəsinin servitutla yüklənməsinə, servitutun dəyərinin məhkəmə tərəfindən müəyyənləşdirilməsinə, servitutun daimi istifadə üçün nəzərdə tutulması” hissələri üzrə hesab etmişdir ki, iddia tələbi qeyd edilən hissədə də əsassızdır. Belə ki, iddiaçıların “yol üçün ayrılmış torpaq sahəsinin servitutla yüklənməsinə, servitutun dəyərinin məhkəmə tərəfindən müəyyənləşdirilməsinə, servitutun daimi istifadə üçün nəzərdə tutulması” tələbi birinci, iddiaçıların mülkiyyətində olan Zaqatala rayonu Maqov kə ndinsə yerləşən 0,22 ha torpaq sahəsinə gediş-gəliş üçün cavabdehə məxsus torpaq sahəsindən zəruri yol və keçidin verilməsindən sonra yaranan törəmə tələbdir. İddiaçıların mülkiyyətində olan torpaq sahəsinə cavabdehin istifadəsində olan torpaq sahələrindən zəruri keçid verilmədiyi halda və iddia tələbinin digər hissələrinin həmin hissə ilə əlaqəli olduğundan iddia tələbi digər hissələr olan “yol üçün ayrılmış torpaq sahəsinin servitutla yüklənməsinə, servitutun dəyərinin məhkəmə tərəfindən müəyyənləşdirilməsinə, servitutun daimi istifadə üçün nəzərdə tutulması” hissəsində də təmin edilməməlidir.

35. Apellyasiya şikayətinin servitutun qiymətinin müəyyən edilməsi ilə bağlı hissəsinə gəldikdə kollegiya qeyd etmişdir ki, Mülki Məcəllədə servitutun qiyməti deyil, Servitut üçün haqq institutu va rdır ki, həmin haqq da tərəflərin razılaşması ilə və ya məhkəmənin qərarı ilə müəyyən edilir. Həmin haqqın məqsədi servitut müəyyən edilən torpaq sahəsinin mülkiyyətçidən alqı-satqı ilə alınması deyil, özgə mülkiyyətində istifadə, özgəsinin öz mülkiyyəıtindən istifadəsini məhdudlaşdırma əvəzində kompensasiya olaraq müəyyən edilən məbləğdir. Həmin məbləğin müəyyən edilməsinin torpaq sahəsinin qiymətindən asılı edilməsi ağlabatan deyildir. Hazırki iş üzrə iddiaçılar tələb etdikləri servitutun əvəzində cavabdehə 500 manat məbləğ təklif etmiş, cavabdeh isə həmin kompensasiya məbləği ilə razı olmamışdır.

36. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, MM-nin 139.1, 152.1, 152.5, 175.1, 175.2, 175.3, 255.1, 255.2, 255.4, 256.1, 261.1, 261.2 -ci Torpaq Məcəlləsinin 54-cü maddəsinin 3, 4, 5 və 6-cı hissələr və MPM 14.2, 77.1, 107, 119.1, 217.3, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:

18. İddiaçı2 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(107)-206/2024 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsinə və işin təkrar baxılması üçün Şəki Apellyasiya məhkəməsinə göndərilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

19. İddiaçı kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, yol üçün keçidin ayrılması məcburi oldugu halda, məhkəmə bununla bağlı qanunvericiliyin tələbinə heç bir əhəmiyyət verməmişdir. Belə ki, 0.22 ha həyətyanı torpaq sahəsinə rəsmi olaraq keçid yoxdur, gələcəkdə iddiaçılar həmin həyətyanı torpaq sahəsində ev tikməyi planlaşdırırlar, lakin yol, keçid yoxdur. Belə olan halda iddiaçılar mülkiyyətlərində olan torpaq sahəsindən istifadə edə bilmirlər. Yol üçün keçidin ayrılacağı təqdirdə müəyyən edilmiş servitutla birlikdə, keçid kimi ayrılmış torpagın bazar dəyərini tam olaraq ödəyəcəklərini iddiaçılar bildirsə də məhkəmə işin bu halına qiymət verməmişdir. Bundan başqa ekspert torpaq sahəsinə baxış keçirməmişdir. İşdə olan ekspert rəyi ona təqdim edilmiş şəkillər və mütəxəsis rəyi əsasında verilmişdir. Bu barədə ekspert rəyində də qeyd olunmuşdur. Mütəxəsislər isə torpaq sahəsinə baxış keçirən zaman iddiaçılar orada iştirak etməmiş, torpaq sahəsinə iddiaçılar gediş-gəliş etməmişdir. Bundan başqa məhkəmədə müəyyən edilmi şdir ki, keçirilmiş ekspertizanın rəyinə əsasən həqiqətən də 0,22 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün ayrılmış və ümumi istifadədə olan yol nəzərdə tutulmamış, iddiaçılar üçün həmin əraziyə yol kimi istifadə olunan torpaq sahəsi cavabdehlərin xüsusi mülkiyyətinə səhvən işlənmişdir. Belə ki, mübahisəli torpaq sahəsinə əvvəldən gediş-gəliş yolu olmuş və hansısa məlum olmayan səbəblərdən həmin gediş-gəliş yolu cavabdehlərin mülkiyyətinə işlənmişdir. Məhkəmə isə torpaq sahəsinin bir hissəsinin bataqlıq olduğunu nəzərə alaraq iddianı rədd etmiş, eyni zamanda qətnamədə özünü bataqlıq ərazidən keçməklə çətinlik çəkəcəkləri istiqamətində iddiaçıların qayğısına qalmışdır. Bundan sonra məhkəmə qeyd etmişdir ki, servitutun müəyyən edilməsi yol və keçidin verilməsindən sonra yaranan törəmə t ələbdir. Törəmə tələb ilk tələbdən asılıdır. İlk tələb isə Mülki Məcəllədə nəzərdə tutulmuş qanuni tələbdir, belə ki, məhkəmə iddianı rədd etməklə torpaq sahəsinə gedişgəliş yolunun açılmamasını, iddiaçıları isə öz mülkiyyətlərindən lazımi qaydada istifadə etməmələri üçün şərait yaratmaqla hüquqlarını pozmuşdur.

20. Bundan başqa məhkəmə tədqiqat obyektinə yerində baxış keçirməyən ekspert rəyini əsas götürmüşdür. Xüsusi biliyə malik olmayan mütəxəsisin torpağın tərkibi barədə verdiyi rəyi əsas götürmüş və sübutları qərəzsiz araşdırmamışdır. Maddi hüquq normasına müvafiq olaraq sübutlara qiymət verməmişdir. Belə ki, qanunda yol üçün zəruri keçidin verilməsi imperativ norma olaraq göstərildiyi halda məhkəmə səlahiyyəti olmayan şəxsin verdiyi rəy üstün tutmuşdur.

21. Kassasiya şikayətinin hüqu qi əsası kimi Mülki Məcəllənin 139, 152, 175, 255,256, 261-ci və MPM 14, 78, 88-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

23. Maddə 13 (hissə 1). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

24. Maddə 29 (hissə 1). Hər kəsin mülkiyyət hüququ vardır.

25. Maddə 29 (hissə 2). Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi

26. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına al ınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

28. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşul arın və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

29. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

30. Maddə 158.3. Mülkiyyət hüququ ilə yanaşı servitutlar da əmlak hüquqları sayılır.

31. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazlar ın, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır

32. Maddə

239. Fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.

33. Maddə 255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiy yətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir.

34. Maddə 255.4. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər.

35. Maddə 255.8. Daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün m ənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya insta nsiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul e dilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnam əsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərinə, apellyasiya baxışı zamanı müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir.

45. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, oxşar dəlillərə artıq apellyasiya icraatında hüquqi qiymət verilmişdir. İddiaçının maddi hüquq normasının, yəni Mülki Məcəllənin 175.1 və 175.2-ci və 255-ci maddələrinin düzgün şərh edilməməsi ilə bağlı dəlilləri ilə razılaşmaq olmaz. Hazırki işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçıların əvvəllər cavabdehlərin mülkiyyətində olan torpaq sahəsindən istifadə etmələri və cavabdehlər tərəfindən mane yaradılması müəyyən olunmur. Qeyd edilməlidir ki, i ctimai yola keçidi olmayan torpaq sahəsinin mülkiyyətçisinə belə bir keçidin ayrılmasını qonşuluqda olan torpaq sahələrinin mülkiyyətçilərindən tələb etmək imkanı müəyyən olunmuşdur. Qanunvericilikdə eyni zamanda tələbin hansı qonşuya qarşı yönəlməsi ardıcıllığı da qanunverici tərəfindən dəqiq göstərilmişdir. Mülki qanunvericiliyə əsasən zəruri keçidlə bağlı tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir.

46. Qeyd edilənlərə münasibətdə məhkəmə hesab etmişdir ki, iddiaçıların zəruri keçidlə bağlı tələbinin ilk növbədə mülkiyyətlərində olan torpaq sahəsinə faktiki keçid kimi (gedişgəliş yolu kimi) istifadə edilən keçidin (yolun) yerləşdiyi və daha əlverişli torpaq sahələrinin mülkiyyət çilərinə qarşı yönəldilməsi daha yolveriləndir, nəinki həmin tələblə istifadəsində olan torpaq sahələrinin bir hissəsinin bataqlıq ərazi olduğundan həmin sahədən keçid kimi istifadə edilməsi daha çətin olan cavabdehə qarşı yönəldilməsi.

47. İddiaçının torpaq sahəsinə keçidin məhz cavabdehlərin torpaq sahəsindən müəyyən edilməli olmasına dair kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlil sübutların düzgün qiymətləndirilməməsi və işin hallarının araşdırılmaması ilə bağlıdır. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MP M-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası yeni sübut qəbul etmir.

48. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 fevral 2024-cü il tarixli, 2(107)-206/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar