Məhkəmə qərarları › İş №2(102)-2285/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2285/2020

09.06.2020 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2285/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili V1 oğlunun və Cavabdeh1 vəkili N oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim V.Quliyev) xx.xx.2019-cu il tarixli, 2 (005)-F/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “müqavilənin bağlanması” tələbinə dair iddiası qismən təmin edilərək, birgə nikah dövründə əldə edilmiş V1 saylı mənzilin sökülərək əvəzində verilməsi nəzərdə tutulan mənzilə dair İddiaçı və Cavabdeh1 ilə müqavilənin bağlanması öhdəliyinin Cavabdeh2 MMC-nin üzərinə qoyulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Sarıyev, V.Həsənov, Ş.Məmmədova) xx.xx.2019-cu il tarixli, 2(103)-*/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 nümayəndəsi və vəkili N oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-F/2019 qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh1 iş üzrə Bakı Apel lyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “müqavilənin bağlanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri V1 saylı mənzilin sökülərək əvəzində verilməsi nəzərdə tutulan binanın A bloku, yaşayışın 10-cu mərtəbəsi, 3 otaqlı, 87.2 kv.m, 50 nömrəli tam təmirli mənzilinə hər ikisi ilə İddiaçı ilə cavabdehlərdən Cavabdeh1 ilə müqavilənin bağlanılması öhdəliyinin digər Cavabdeh2 MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili N oğlu kasasiya şikayəti ni onunla əsaslandırmışlar ki, tərəflrə arasında olan nikah xx.xx.2014-cü ildə ləğv edilmişdir. Birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi haqqında tələbə üç illik iddia müddəti tətbiq edilir. İddiaçı tərəfindən birgə nikah dövründə əldə edilmiş əmlak hesab etdiyi V1 saylı mənzilə dair iddia müddəti ötürüldüyü üçün həmin əmlaka dair hər hansı tələbin qəbul edilməsi yolverilməzdir. Hazırki mübahisə zamanı məhkəmə tərəfindən daşınmaz əmlaka dair iddia müddəti və ya hüququn pozulmasına dair məsələlərə toxunulmaqla məsələnin mahiyyətindən kənara çıxılmışdır. Bu səbəbdən də iddia ərizəsinə Ailə Məcəlləsinin 36.9-cu maddəsinin tətbiq edilməsi məqsədəuyğundur. Məhkəmənin istinad etdiyi Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından da göründüyü kimi iddia müddətinə dair birinci instansiya məhkəməsində ərizə verilməmişdir. Lakin hazırki mübahisə zamanı birinci instansiya məhkəməsində iddiaya etiraz bilidirilərək iddiam müddətinin pozulması məhkəmənin nəzərəinə çatdırılmışdır. Apelyasiya məhkəməsi iddiaçının öz hüquqlarının pozulmasını Nərimanov Rayon Məhkəməsinin 2(005)-391/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin qanuni qüvvəsini almasından sonra məlum olduğunu qeyd etmişdir. Lakin qeyd edilməlidir ki, tərəflrə arasında olan nikah xx.xx.2014-cü ildə pozulmuşdur. Belə olan təqdirdə şəxs birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və payların müəyyən edilməsi hüququnun olduğunu bilməli idi. Bundan başqa, apelyasiya məhkəməsi iddia müddətinin tətbiq edilməsi üçün əsas olmadığını qeyd etmişdir. Belə ki, qətnamədə iddianın birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi deyil, əmlaka dair müqavilənin bağlanması öhdəliyinin Cavabdeh2 MMC-nin üzərinə qoyulması oldğu qeyd edilmişdir. Hər bir halda mübahisə predmeti birgə nikah dövründə əldə edilmiş əmlak olduğu üçün ona dair hüquqların tələb edilməsinə iddia müddəti şamil edilməlidir. Bundan başqa, Cavabdeh2 MMC ilə müqavilə bağlanmasına dair öhdəlik qoyulmuş, lakin şərtlərə dair heç bir göstəriş qeyd edilməmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*/2019 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nin səlahi yyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili N oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili V1 oğlu kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışd ır ki,Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-391/2018 nömrəli, xx xxx 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 və “Cavabdeh2.” MMC arasında ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə dair bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli, 35 saylı müqavilə etibarsız hesab edilmiş, həmin qətnamə qanuni qüvvəsini almışdır. Müvafiq qətnamədə ünvan 1, 8 saylı mənzildə iddiaçının mülkiyyət payının (konkret pay rəsmi olaraq müəyyən olunmasa da) olduğu və Cavabdeh1 özünün də bu mənzilə mülkiyyət payının (konkret pay rəsmi olaraq müəyyən olunmasa da) olmasına baxmayaraq, onun digər mülkiyyətçinin razılığı olmadan həmin mənzil üzərində təkbaşına və sərbəst sərəncam vermək hüququna malik olmadığı qeyd olunmuşdur. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin məcburiliyini və bir mülki iş üzrə qanu ni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmədiyini və yenidən sübut edilmədiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, V1 saylı mənzil iddiaçı Cavabdeh1 ilə İddiaçı paylı mülkiyyətində olduğundan "Cavabdeh2” MMC-nin üzərinə həmin mənzilin sökülərək əvəzində verilməsi nəzərdə tutulan mənzilə dair Cavabdeh1 ilə yanaşı İddiaçı ilə də müqavilənin bağlanması öhdəliyinin qoyulması ilə bağlı iddia hissəsində təmin edilməlidir. Kassasiya kollegiyası apellyasiya kollegiyasının qeyd edilən mövqeyi ilə razılaşmayaraq bildirir ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-391/2018 nömrəli, xx xxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 və “Cavabd eh2.” MMC arasında ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə dair bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli, 35 saylı müqavilə etibarsız hesab edilmişdir. Cavabdeh1 və “Cavabdeh2.” MMC arasında ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə dair bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli, 35 saylı müqavilə etibarsız hesab edildiyi halda cavabdehlər arasında qeyd edilən mənzillə bağlı hər hansı müqavilənin bağlanmış olmasından, bununla bağlı iddiaçının hüquqlarının pozulmuş olmasından söhbət gedə bilməz. Müqavilə bağlanması isə tərəflərin sərbəst iradə ifadəsinin təzahürüdür. İş materiallarından da görünür ki, iddiaçı tərəf göstərilən mənzillə bağlı “Cavabdeh2.” MMC ilə onun arasında müqavilə bağlanması üçün MMC-yə məhkəmədənkənar müraciət etməmiş, MMC-nin hüquqlarına zidd olaraq onun üzərinə vəz ifə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Halbuki iddiaçının bu hüququ itirilməmiş və ya məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməs i, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Azərbaycan Respublikasının MPM-nin 24.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya d igər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 82.3cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, apelyasiya instansiyası məhkəməsi iş üzrə tam, hərtərəfli araşdırma aparmamış, iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermiş, ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Kasasiya kollegiyası hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula bi ləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.4-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası MPM-in 417.2-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cümaddəsinəəsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Beləliklə kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, apelya siya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamə ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)*/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “müqavilənin bağlanması” tələbinə dair iddiası təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar