Məhkəmə qərarları › İş №2(102)-2285/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2285/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2285/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2nə və Cavabdeh3 qarşı “keçirilmiş hərracın və onun yekununa dair protokolun etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X13 oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2892/2020 nömrəli iş üzrə 29 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Yasamal rayon Məhkəməsinin 2(004)-13891/2016 saylı 24.11.2016-cı il tarxli icra vərəqəsinə əsasən cavabdeh İddiaçı X2 xeyrinə iki uşağın saxlanması üçün hər bir uşağa 100 manat olmaqla, 200 manat aliment tutulmalıdır. Cavabdeh2 sifarişinə əsasən borclu İddiaçı mülkiyyətində olan X saylı sahəsinin bir hissəsi “xxxx” MMC-nin 06.01.2018-ci il tarixli qiymətləndirmə rəyinə əsasən, 13200 manat dəyərində ilkin qiymətləndirmişdir. Cavabdeh2 icra məmuru Xun Cavabdeh1 MMC-yə ünvanladığı 01.08.2019-cu il tarixli sifarişinə əsasən, X saylı sahəsinin bir hissəsi 02 ay ərzində hərracın keçirilməsi xah iş edilmişdir. X saylı sahəsinin bir hissəsinə dair hərracı həyata keçirən Cavabdeh1 MMC tərəfindən 06 sentyabr 2019-cu il tarixdə saat 11:00-da ünvan 2 ünvanında Cavabdeh2 icra məmuru Xun, Cavabdeh1 MMC- nin direktoru X10 və “Cavabdeh1” MMC-nin protokol bölməsinin rəhbəri X4 iştirakları ilə Cavabdeh1 MMC tərəfindən hərrac təşkil edilmiş və İddiaçı məxsus X saylı sahəsinin bir hissəsi (0,06 ha torpaq sahəsi) 13200 manat qiymətləndirilməklə Cavabdeh3 satılmışdır. İcra məmuru tərəfindən İddiaçı 07.10.2013-cü il tarixdən 19.04.2017-ci il tarixədək aliment borcunun tələb edilməsinə dair hərəkətlərin qanuniliyi İddiaçı tərəfindən mübahisələndirilmiş və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-297/2019 saylı 11.10.2019-cu il tarixli qərardadı ilə İddiaçı Yasamal Rayon İcra Şöbəsinin icra mə muru Xun hərəkətlərindən verdiyi şikayət ərizəsi təmin edilmiş və Yasamal Rayon icra Şöbəsinin icra məmuru Xun hərəkətləri qanunsuz hesab edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 19.11.2019-cu il tarixli qərardadı ilə həmin qərardaddan verilmiş şikayət təmin edilməmiş və qərardad dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Cavabdeh2nə 05.03.2019-cu il tarixli ərizə ünvanlayaraq, məhkəmə mübahisəsi olduğu üçün “İcra haqqında” Qanunun 17.1.4-cü və 18.1.4-cü maddəsinə əsasən icra sənədi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2nə və Cavabdeh3 qarşı “keçirilmiş hərracın və onun yekununa dair protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı məxsus X saylı sahəsinin bir hissəsi 0,06 ha torpaq sahəsinin açıq hərracda satılmasına dair keçirilən hərracın və hərracın nəticəsi olaraq Cavabdeh1 MMC-nin tərtib etdiyi 06 sentyabr 2019-cu il tarixli 115 saylı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Məmmədov X3 Aynurə Qabil qızı ilə 2002-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 21.05.2006-cı il tarixdə Hüseyn və Həsən adlı övladları doğulmuşdur. Daha sonra nikah məhkəmə qaydasında pozulmuş, uşaqlar anaları Məmmədova (Novruzova) Aynurə Qabil qızının himayəsində saxlanılmış və ondan uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat alimentin alınaraq Məmmədova (Novruzova) Aynu rə Qabil qızına ödənilməsi qət edilmişdir. Lakin bir müddət keçdikdən sonra Məmmədova (Novruzova) Aynurə Qabil qızı ilə aralarında olan münasibət yenidən bərpa olmuş və birlikdə yaşamağa başlamışlar. 07.10.2013-cü il tarixdə X6 müvafiq ərizə ilə müraciət edərək, barışdıqları üçün icra vərəqəsinin icra edilmədən məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Yasamal rayon İcra Şöbəsinin 07.10.2013-cü il tarixli qərarı ilə icra sənədi icra edilmədən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə geri qaytarılmışdır. Müəyyən müddət sonra ailədə yenidən münaqişələr baş qaldırdığından, A.Q.Novruzova yenidən məhkəməyə müraciət edərək, aliment tutulması barədə icraatın təzələnməsini xahiş etmişdir. Yasamal rayon İcra şöbəsinin 22.08.2017-ci il tarixli qərarı ilə sözügedən iş üzrə icraata yenidən başlanılmı şdır. Buna baxmayaraq, Yasamal rayon İcra Şöbəsi əsassız olaraq ondan 07.10.2013-cü il tarixdən 19.04.2017-ci il tarixədək aliment borcunun ödənilməsini xahiş etmişdir. İddiaçı müvafiq şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 07.10.2013-cü il tarixdən 19.04.2017-ci il tarixədək X7 və X8 görə İddiaçı tələb olunan aliment borcuna dair Cavabdeh2 icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Bundan sonra müvafiq ərizə ilə Cavabdeh2 icra məmuru Xa müraciət edilərək, sözügedən işə mahiyyəti üzrə baxılıb qurtarılanadək, icraatında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-5140/2012 saylı 28.12.2012-ci il tarixli icra sənədi üzrə icraatın dayandırlmasına dair qərar qəbul edilməsi xahiş etmişdir. Lakin müraciətinə Cavabdeh2 icra məmur u tərəfindən hər hansı bir cavab verilməmişdir. Bundan əlavə, konkret olaraq 06 sentyabr 2019-cu il tarixdə günorta saatlarında Cavabdeh2nə çağırılmış və orada olarkən bildirilmişdir ki, həmin gün saat 11-də hərrac keçirilərək, mülkiyyətində olan X saylı sahəsinin bir hissəsi 0,06 ha torpaq sahəsi açıq hərracda Cavabdeh3 satılmışdır. Hesab edir ki, keçirilmiş hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilməmişdir. Belə ki, əvvəla hərracın keçirilməsi barədə ona hər hansı bir məlumat verilməmişdir. İkincisi isə, müvafiq şikayətlə Yasamal Rayon Məhkəməsinə icra məmurunun hərəkətlərindən şikayət edərək, 07.10.2013-cü il tarixdən 19.04.2017-ci il tarixədək ondan tələb olunan aliment borcunun qanunsuz olmasını mübahisələndirmişdir. Həmin şikayətə baxılıb qurtaranadək icra sənədi üzrə icraatı n və icra hərəkətlərinin dayandırılmalı olmasına baxmayaraq, nəinki icra hərəkətləri davam etdirilmiş, habelə ondan xəbərsiz ona məxsus əmlak qiymətləndirilərək, hərrac vasitəsilə satılmışdır. Cavabdeh1 MMC 17 oktyabr 2019-cu il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçıya hərracın keçirilmə vaxtı və yeri barədə 16 avqust 2019-cu il tarixli bildiriş poçt vasitəsi ilə borclunun qeydiyyatda olduğu, icra vərəqəsində qeyd olunan və iddiaçının özünün iddia ərizəsində də qeyd etdiyi ünvana göndərilmişdir. Həmçinin 16 avqust 2019-cu il tarixdə “Kaspi” qəzetində keçirilən hərracla bağlı elan yerləşdirilmişdir. Buna görə də, iddiaçının hazırki tələb üzrə hərracın keçirilməməsi ilə bağlı iddia tələbi əsassızdır. Cavabdeh2ndən hərrac proses inin dayandırılması ilə bağlı Cavabdeh1 MMC-yə hər hansı bir sənəd daxil olmamışdır. Həmçinin etiraz ərizəsində bildirmişdir ki, Cavabdeh1 MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş və qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Fərid Əyyubov) 20 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh2 icra məmuru Xun Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim etdiyi 20.12.2019-cu il tarixli arayışa əsasən, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)5140/2012 saylı, 28.12.2012-ci il tarixli icra vərəqəsinə əsasən aliment tutulması 10.08.2012-ci il tarixdən hesablanır. Buna görə də, 10.08.2012-ci il tarixdən 10.10.2013-cü il tarixədək alime nt borcu 2800 manatdır. 07.10.2013-cü il tarixdən 19.04.2017-ci il tarixədək olan dövr üçün Yasamal Rayon Məhkəməsinin 8(004)-297/2019 saylı 11.10.2019-cu il tarixli qərardadına əsasən aliment hesablanmamışdır. 19.04.2017-ci il tarixdən 04.06.2018-ci il tarixədək aliment borcu 2800 manat təşkil edir. Beləliklə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5140/2012 saylı, 28.12.2012-ci il tarixli icra vərəqəsinə əsasən 04.06.2018-ci il tarixədək aliment borcu cəmi 5600 manatdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3353/2018 saylı, 23.04.2018-ci il tarixli icra vərəqəsinə əsasən, 04.06.2018-ci il tarixdən 01.08.2019-cu il tarixədək aliment borcu 4312 manat təşkil edir. Beləliklə, hər iki icra sənədi üzrə cəmi borcu 9912 manat təşkil edir. Borclu tərəfindən 4480 manat ödəniş edili b. Qeyd olunan icra sənədləri üzrə İddiaçı hərrac sifarişinə qədər yəni 01.08.2019-cu il tarixə kimi aliment borcu cəmi 5432 manat təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Cavabdeh2 icra məmuru Xun 07 oktyabr 2013cü il tarixli qərarı ilə 2(004)-5140/2012 saylı, 28 dekabr 2012-ci il tarixli icra sənədi üzrə X1nın ərizəsinə əsasən icra sənədi icra edilmədən məhkəməyə geri qaytarılmışdır. X1 yenidən ərizə ilə icra şöbəsinə müraciət edərək iş üzrə icraata baxılmasını xahiş etmişdir və icra məmurunun 22 avqust 2017-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata yenidən başlamışdır. Lakin icra sənədinin icra edilmədən məhkəməyə geri qaytarılması barədə qərar olmasına baxmayaraq 07.10.2013-cü il tarixdən 19.04.2017-ci il tarixədək aliment borcu tələb edilmişdir. İddiaçı bu hərəkətləri məhkəmə qaydasında mübahisələndirmiş və icra məmurundan mübahisə olduğu üçün icra üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Daha sonra İddiaçı 13.200 manat aliment borcu hesablanaraq ona məxsus X saylı sahəsinin bir hissəsinə dair hərracı həyata keçirilməsi barədə sifariş verilmiş və həmin əmlak Cavabdeh3 satılmışdır. İcra məmurunun həyata keçirdiyi icra hərəkətləri Yasamal Rayon Məhkəməsinin 8(004)-297/2019 saylı 11.10.2019-cu il tarixli qanuni qüvvəsini almış qərardadı ilə qanunsuz hesab edilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, İddiaçı iddia tələbi təmin edilərək ona məxsus X saylı sahənin bir hissəsi 0,06 ha torpaq sahəsinin açıq hərracda satılmasına dair "Cavab deh1" MMC-nin tərtib etdiyi 06 sentyabr 2019-cu il tarixli 115 saylı hərracın yekunları barədə protokol etibarsız hesab edilməlidir. Əvvəla iddiaçıdan əsassız olaraq aliment borcu tələb edilmiş və bu borc məbləğinin də daxil olduğu məbləğə uyğun icra məmuru tərəfindən sifariş verilmişdir. Cavabdeh3 vəkili icra hərəkətlərinin qanunsuz hesab edilməsinə baxmayaraq iddiaçının yenə də borcunun olmasına istinad etmişdir. Məhkəmə cavabdehin bu mövqeyini qəbul etmir. Əvvəla 2013-cü ildən 2017-ci ilədək borcun hesablanmalı olmaması məhkəmə qərarı ilə təsdiq olunmuşdur. Əgər bu məbləğ çıxılsa idi, onda borc məbləği əhəmiyyətli dərəcədə azalardı və icra məmuru tərəfindən həmin məbləğin ödənilməsi borcluya təklif olunsaydı, o məbləğin ödənilib-ödənilməməsi artıq iddiaçı tərəfin mülahizəsindən asılı olardı ki, yalnız bundan sonra icra məmuru məcburi icra hərəkətləri həyata keçirməli idi. Həmçinin cavabdehin vəkilinin digər dəlili-iddiaçının hərrac barədə məlumatlı olması da iş materialları ilə öz təsdiqini tapmır. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh3 apelyasiya şikayəti verərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)5902/2019 saylı mülki iş üzrə 20 dekabr 2019-cu il tarixli qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Emin Mehdiyev - sədrlik edən və məruzəçi, Şərafə t Məmmədova və Xəyal Sarıyev) 2(103)-2892/2020 nömrəli iş üzrə 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh3 apelyasiya şikayəti təmin edilərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5902/2019 saylı mülki iş üzrə 20 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi rədd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə əlaqədar olaraq qeyd etmişdir ki, icra məmuru alimentin ödənilməsi icraatı çərçivəsində qeyd edilən əmlakın açıq hərracda satılması istiqamətində tədbirlərə başlamış, əmlakın qiymətləndirilməsi üçün sifariş məktubu göndərmiş, ilkin satış qiyməti ilə əmlakın satılması üçün açıq hərrac təyin edilmiş, hərracın keçirilməsinə dair qəzetdə məlumat dərc edilmiş, eləcə də qeydiyyat ünvanı üzrə İddiaçı bildirişlər göndərilmişdir. 06.09.2019-ci il tarixdə keçirilmiş hərracda sözügedən əmlak ilkin satış qiyməti ilə Cavabdeh3 satılaraq hərracın nəticələri haqqında eyni tarixli 115 saylı protokol tərtib olunmuşdur. Nəticədə isə işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, əmlakın hərracdan satılması bu barədə qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, İddiaçı mübahisəli əmlak barədə hərracın qanun pozuntuları ilə keçirilmiş olduğuna və yekun protokolun etibarsız hesab edilməsinə dair arqumentləri də öz təsdiqini tapmır. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasını n Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, MM-in 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərə fli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Göründüyü kimi, keçirilən hərracla bağlı həm bildiriş, həm də kütləvi informasiya vasitələrində məlumat dərc edilməklə, tərəflər məlumatlı olmuşlar. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini “İcra haqqında” Qanunun 61.1, 61.2, 45.6, 61.1, 61.2, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3, 8, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.1, 415.2-ci maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)2892/2020 nömrəl i iş üzrə 29 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 23.04.2018ci il tarixli, 2(004)-3353/2018 saylı icra vərəqəsinə əsasən İddiaçı tutulacaq alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 154 (bir yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat məbləğində müəyyən edilmişdir. Sözügedən icra vərəqi üzrə icra işi icra məmuru Xun (hərracı sifariş vermiş icra məmuru) deyil, başqa bir icra məmurunun icraatında olmuşdur. Deməli hazırkı halda hesablana biləcək aliment borcu 04.06.2018-ci il t arixədək, yəni Yasamal Rayon Məhkəməsinin 23.04.2018-ci il tarixli, 2(004)-3353/2018 saylı icra vərəqəsinin verildiyi tarixədək hesablana bilərdi. Apellyasiya məhkəməsinin qətnaməsində də qeyd edildiyi kimi həmin tarixədək aliment borcunun məbləği 5600 (beş min altı yüz) manat təşkil etmişdir ki, borclu İddiaçı tərəfindən 4480 manat ödəniş edilmişdir. Ümumiyyətlə hərrac keçirilərkən iddiaçı 07.10.2013-cü il tarixdən 19.04.2017-ci il tarixədək ondan tələb olunan aliment borcuna dair Cavabdeh2 hərracı sifariş etmiş icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsini mübahisələndirmiş, Yasamal Rayon Məhkəməsinin 8(004)~297/2019 saylı, 11 oktyabr 2019-cu il tarixli qərardadı ilə şikayəti təmin edilmişdir. Həmin qərardaddan verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin MK-nın 8( 103)703/20 19 saylı, 19.11.2019-cu il tarixli qərardadı ilə təmin edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 18.1.4-cü maddəsinə əsasən icra məmuru nəinki icra sənədi üzrə icraatı dayandırmış, borcluya məlumat verilmədən (yaşadığı ünvana hərracın keçirilmə yeri və vaxtı barədə məlumat verilməməsi iş materialları ilə də təsdiqim tapır) qanunsuz olaraq hərracın keçirilməsini həyata keçirmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi işin göstərilən hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəllənin 415.2-ci və 416-cı maddələri düzgün tətbiq edilməmişdir. Cavabdeh3 Oqtay oğlu kassasiya şikayətinə dair yazılı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2892/2020 nömrəli iş üzrə 29 sentyabr 2020-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmiş və göstərmişdir ki, hərraca dair bildirişlər borclunun ünvanına göndərilmiş, kütləvi informasiya vasitələrində hərrac barədə elan çap edilməklə, hərrac təşkilati hərracın keçirilməsi barədə qaydalara tam əməl etmişdir. Borclunun qeydiyyatda olan ünvanına bildiriş göndərilmiş, lakin ünvan bağlı olduğundan məktub geri qaytarılmışdır. Hazırki işdə də iddiaçı həmin ünvanını göstərmişdir. İddiaçı bu ünvanda bütün məhkəmə sənədlərini aldığı halda, hərrac barədə bildirişi almaması sula doğurur. Qarşı tərəf ünvanının dəyişməsi barədə məlumat vermədiyindən məlum olan ünvana bildirişin göndərilməsi onun məlumatlandırılması üçün kifayətdir. Həmçinin iddiaçının istinad etdiyi icra məmurunun hərəkətlərinin qanunsuz hesa b edilməsi barədə qərardad hərrac keçirildikdən sonra qəbul edilmişdir və buna görə də, hərracın etibarsız hesab edilməsi üçün əsas ola bilməz. O, hərracda daşınmaz əmlakı əldə edən vicdanlı alıcıdır. İddiaçı ilə icra məmuru arasında məhkəmə çəkişmələrindən məlumatlı olmamışdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, hərrac keçirilən günə iddiaçının aliment borcu olmuşdur və əgər torpaq sahəsinin satılması nəticəsində tələbkara ödənilən məbləğ aliment borcundan çoxdursa bu zaman iddiaçı artıq ödənilmiş aliment məbləğini geri tələb edə bilər. Bu hal hərracın etibarsızlığına əsas vermir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o, cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyə nləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. “İcra haqqında” Qanunun Maddə 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Maddə 61.1. Borclun un əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. Maddə 61.2. İxtisaslaşdırılmış müəssisələr hərracı”icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Maddə 62.1.”İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Maddə 62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiya sına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarı: Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə

416. Kassasiya ins tansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Kassasiy a instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apely asiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı keçirilmiş hərracı iki əsasla mübahisələndirir, birincisi hərrac barədə məlumatının olmaması; ikincisi isə, borcun məbləğinin düzgün hesablanmamasına görə icra məmurunun hərəkətlərini məhkəmə qaydasında mübahisələndirdiyinə görə icra icraatının dayandırılması üçün əsaslar olduğu halda, icra hərəkətlərinin davam etdirilərək hərracın keçirilməsi. Birinci əsasla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeydiyyatda olduğu ünvana hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi vaxtı ilə bağlı müvafiq bildiriş göndərilmişdir, iddiaçı həmin ünvanda yaşamaması, ünvanını dəyişməsi barədə məhkəməyə heç bir sübut verməmişdir. Hazırki iş üzrə də iddia ə rizəsində həmin ünvanı göstərmişdir. Bu isə onu deməyə əsas verir ki, hərrac təşkilatı öz vəzifəsini icra edərək, bildiriş göndərmişdir, həmin ünvanda iddiaçının bildirişi hər hansı səbəbdən qəbul etməməsi isə hərrac təşkilatının məsuliyyətini yarada bilməz. Həmçinin bu məsələ ilə bağlı “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarında müəyyən edilən hüquqi mövqe ondan ibarətdir ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə b irtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Hərracın etibarsızlığı üçün iddiaçının istinad etdiyi ikinci əsasla bağlı məhkəmə kollegiyası qeyd edir ki, icra məmuru tərəfindən tutulmalı olan alimentin məbləğinin düzgün hesablanmaması, həmçinin icra hərəkətlərinin dayandırılması barədə ərizəyə münasibət bildirilməməsi hərracın etibarsız hesab edilməsinə əsas verən hal deyil. Belə ki, hərrac keçirilən günədək hərracın keçirilməsinə mane olan hər hansı halın mövcud olması barədə icra məmuru və ya hazırki iş üzrə iddiaçı tərəfindən hərrac təşkilatına məlumatın verilməsi halı məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Buna görə də, qeyd edilən iradlar icra məmuruna yönəlməli olan iradlardır və hərrac təşkilatı bu hallara görə hər hansı cavabdehlik daşımır. Buna görə də, hərrac təşkilatı tərəfindən Mülki Məcəllə ilə müəyyən edilmiş qaydaların pozulması halı iş üzrə müəyyən edilmədiyindən Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən hərracın etibarsız hesab edilməsinə əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Bu səbəbdən, kassasiya şikayəti t əmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2892/2020 nömrəli iş üzrə 29 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar