Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2285/2023 12.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X8 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-269/2023 nömrəli iş üzrə 06 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aş ağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikasının təhsil nazirinin xx.xx.2021-ci il tarixli XXX nömrəli əmrində Astara Rayon Təhsil Şöbəsindən Təhsil Nazirliyinə daxil olmuş məktubda rayonun XXX kənd tam orta məktəbinin direktoru İddiaçı sosial şəbəkələrdə qeyri-əxlaqi videogörüntülərinin yayıldığı, bununla əlaqədar Astara Rayon Təhsil Şöbəsinin İlk həmkarlar ittifaqı komitəsi tərəfindən məktəb direktorları ilə bağlanmış əmək müqavilələrinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən ləğvi barədə qərar qəbul edildiyi bildirilmişdir. Göstərilən hərəkətlərə yol verməklə adları qeyd olunan məktəb direktoru "X9 Qaydalarının 2.1.3-cü (Müəllim peşəkar fəaliyyəti və şəxsi nümunəsi ilə təhsilalanların, valideynlərin, cəmiyyətin təhsil siste minə, təhsil müəssisəsinə və təhsil işçilərinə inamını artırmalı və möhkəmləndirməlidir), 2.1.7-ci (Müəllim peşə nüfuzunu möhkəmləndirməyə, müəllim adını, şərəf və ləyaqətini uca tutmağa borcludur), 3.8-ci (Müəllim pedaqoji etika və əxlaq normalarına riayət edir, müəllim nüfuzunu yüksək tutur, ziyalılıq nümunəsi göstərir) bəndlərinin tələblərini pozmuşdur. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-cı maddəsinin "ç" bəndinə əsasən Astara rayonu XXX kənd tam orta məktəbinin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi “X9 Qaydaları”nın tələblərini pozduğuna görə xx.xx.2021-cı il tarixdən ləğv edilmişdir.
2. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləs inin 70-cı maddəsinin "ç" bəndinə əsasən xx.xx.2021-ci il tarixdə xitam verildiyi göstərilmişdir.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli XXX nömrəli ekspert rəyinə görə, ekspertizaya təqdim olunmuş 1 ədəd fləş yaddaş kartında qeydə alınmış “video-**********” və “video-**********” adlı videoyazılar animasiya kinosu və ya kompüter animasiyası yolu ilə əldə olunmamışdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd fləş yaddaş kartında qeydə alınmış “video-**********” və “video-**********” adlı videoyazılarda tədqiqi hissədə qeyd olunan montaj əlamətləri müəyyən olundu. Videoyazılarda qeydə alınmış montaj əlamətləri yazılış vaxtı aparılmış dəyişikliklərin deyil, əvvəlcədən emal olunmuş arxa fondakı görüntülərin sonradan əsas fondakı görüntü lərlə mikşerlənməsi (əlavə olunaraq yenidən yazılması) və əldə olunmuş videoyazının mikşerlənmədən sonra təkrar emal olunması (kəsilməsi, fraqmentlər ardıcıllığının pozulması) nəticəsində yaranmışdır. Videoyazılar ilkin olmadığından və videoyazıların qeydə alındığı yazı qurğusu ekspertizaya təqdim olunmadığından digər montaj əlamətlərinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.
4. Məhkəmə portret ekspertizasının 21 fevral 2022-ci il tarixli XXX nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 2(005)-XXX/2022 nömrəli mülki işin (1 cilddə) 29-cu vərəqinə tikilmiş 01 ədəd flaşkartda olan videogörüntüdən çıxarılmış fotoşəkillərdə əks olunmuş kişi cinsli şəxsin xarici görünüş elementləri (alın, yanaqları, gözləri, göz yarıqları, göz qapaqları, burnu, qaşları qulaq seyvanı, ç ənəsi və.s) tam və aydın əks olunduğundan müqayisəli tədqiqat üçün yararlıdır. Lakin 21 yanvar 2022-ci il tarixdə verilmiş X2 fasda eksperimental fotoşəkillərinin təqdim edilməsi barədə vəsatət təmin edilmədiyindən videogörüntüdən çıxarılmış fotoşəkillərdə əks olunmuş kişi cinsli şəxsin müqayisəli tədqiqatı aparılmadı.
5. Məhkəmə fonoskopik ekspertizasının xx.xx.2022-ci il tarixli XXX nömrəli rəyinə görə, ekspertizaya təqdim olunmuş 1 ədəd fləş yaddaş kartında qeydə alınmış "video**********" və "video**********" adlı videoyazılardakı kadrlarda ön fonda görünən kişi cinsinə məxsus şəxs tərəfindən alt köynəyin soyunulması, şalvarın aşağı çəkilməsi səhnələrinin olduğu hissələrdə kadrdaxili montaj əlamətlərinin olub-olmadığını müəyyən etmək mümkün olmadı.
6. Məhkəmə portret ekspertizasının x x.xx.2022-ci il tarixli XXX nömrəli rəyinə əsasən, tədqiqata təqdim edilmiş, fleşkartda əks olunmuş görüntüdən çıxarılmış fotoşəkildə və təqdim edilmiş İddiaçı 2 (iki) ədəd eksperimental fotoşəkillərdə eyni bir şəxs əks olunmuşdur.
7. Apellyasiya instansiyası məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli məktubu ilə Məhkəmə Ekspertizası Mərkəzinə məhkəmə fonoskopik ekspertizasının xx.xx.2022-ci il tarixli XXX nömrəli rəyi ilə faktiki olaraq rəy verməkdən imtina edilməsi ilə bağlı irad bildirilmiş və ekspertiza təyin edilməsi haqqında qərardad icra edilməsi üçün mülki iş yenidən həmin Mərkəzə göndərilmişdir.
8. Məhkəmə fonoskopik ekspertizanın xx.xx.2022-ci il tarixli XXX nömrəli rəyinə görə, ekspertizaya təqdim olunmuş 1 ədəd fləş yaddaş kartında qeydə alınmış "video-**********" və "video**** ******" adlı videoyazılardakı kadrlarda ön fonda görünən kişi cinsinə məxsus şəxs tərəfindən alt köynəyin soyunulması, şalvarın aşağı çəkilməsi kimi görüntülərin real vizual hadisələrin qeydə alınması nəticəsində və ya kadrdaxili montaj nəticəsində əldə olunub-olunmamasını müəyyən etmək mümkün olmadı. Yəni, ekspertizaya təqdim olunmuş 1 ədəd fləş yaddaş kartında qeydə alınmış "video-**********" və "videol631558342" adlı videoyazılarda olan hərəkətlər (alt köynəyin soyunulması, şalvarın aşağı çəkilməsi) həqiqətən orada göstərilən kişi cinsli şəxs, yəni onun özü tərəfindən və iradəsi ilə və ya orada göstərilən kişi cinsli şəxs tərəfindən deyil, yəni onun özü tərəfindən yox, iradəsinə zidd hansısa texniki vasitənin (qurğuların) köməyi ilə quraşdırılıbquraşdırılmadığını müəyyən etmək mümkün ol madı. Qərardadda qoyulmuş "Ekspertizaya təqdim olunmuş 1 ədəd fləş yaddaş kartında qeydə alınmış "video-**********" və "video **********" adlı videoyazılarda olan kişi cinsinə aid görüntülər iddiaçı X5 aid görüntülərdirmi?" sualı üzrə MEM-də tədqiqat aparılmış, 17 oktyabr 2022-ci il tarixli XXX №li ekspert rəyi verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli XXX nömrəli əmrini onunla bağlı hissədə etibarsız hesab edilməklə, onun Astara rayon XXX kənd ümumi orta məktəbin direktoru və müəllimi vəzifəsinə bərpa olunmağı və buraxılmış məcburi iş günlərinə görə ona əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İdd ianın əsaslarına görə, əmək müqaviləsinin ləğv edilməsi üçün ‘‘X9 qaydalarının 2.1.3-cü, 2.1.7-ci və 3.8-ci bəndlərinin tələblərinin pozulması ilə əlaqələndirilmişdir. Adıçəkilən əmrdən sonra ona Astara rayonu XXX kənd ümumi orta məktəbinin müəllimi kimi işləməyə də icazə verilməmişdir. xx.xx.2021-ci il tarixdə gecə saat 23 radələrində onun feysbuk profilinə XXX adlı feysbuk profilindən dostluq gəlmişdir. Həmin şəxsin feysbuk dostluğunda olan bir neçə ziyalı şəxsin feysbuk dostluğunda olduğunu bilib dostluğunu təsdiq etmişdir. Bu şəxs sonra yazmışdır ki, onunla görüntülü danışmaq istəyir. Bundan sonra görüntülü zəng etmiş, zəngi qəbul etdikdə görmüşdür ki, paltarsız qadın ehtiraslı hərəkətlər edir. Kompüter mütəxəssisləri sonradan dedilər ki, qarşı tərəfdə qadın yox, kompüter cizgiləri ilə hazırlanan müqəvva - animasiya olub. Bunu gördükdən sonra dərhal telefonunu söndürmüş və bir neçə dəqiqədən sonra yandırmışdır. Bu dəfə yazdı ki, “mən sənin üçün yanıram, ölürəm, mənim hərəkətlərimə qarşılıq ver”. Telefonu yenidən söndürüb və yandırmışdır. Bu hal bir neçə dəfə təkrarlanmış və dördüncü dəfə yazmışdır ki, “mənə qarşılıq ver, sən kişi deyilsən, sən geysən”. Bu sözlərindən sonra qismən qarşılıq vermişdir. Qismən qarşılıq verməkdə məqsədi videogörüntünü analiz etməyi olmuşdur. Qadının uzanmış vəziyyətdə qeyri-etik hərəkətlər etməklə yanaşı, eyni zamanda yazı yazması mümkünsüz idi. Bu da belə nəticəyə gəlməyə əsas verir ki, ona yazılı mesajlar göndərən şəxs ona montaj edilən videogörtintüləri hazırlayan və göndərən şəxs imiş. Bundan sonra XXX adlı feysbuk profilindən ona qısa bir video gəlmişdir. Orada o və qadın zənn etdiyi müqəvva görünür. Montaj nəticəsində orada cürbəcür görüntülər yaradılmışdır. Bu videonun ardınca ona türk dilində danışan bir kişi səs yazısı göndərmişdir. Bu səs yazısında bildirilirdi ki, əgər bu videonun yayılmasını istəmirsə 4.500 ABŞ dolları pul göndərsin, yoxsa videonu bütün sosial şəbəkələrdə yayacaqlar. Həmin feysbuk profililini qara siyahıya atmışdır ki, daha zəng edə və yaza bilməsin. Bundan sonra +359 89 *** ** ** nömrəsindən vatsap nömrəsinə zəng gəlmişdir. Zəng edən yenə də həmin şəxs idi və 4.500 ABŞ dolları pul istədi. O, pul verməkdən imtina etmişdir. Bundan sonra telefonunu söndürmüş və həmin nömrəni qara siyahıya atmışdır. Bütün bunlardan sonra başa düşmüşdür ki, baş verənlər ona qarşı əvvəlcədən hazırlanmış şantajdır və məqsəd şantaj etməklə hədə-qorxu ilə pul almaqdır. Ona görə də bu barədə Dövlət Təhlükəsizlik Xidmətinə ərizə ilə müraciət etmişdir. Bu qurumdan ona verilən məlumata görə, hazırda fakt üzrə cinayət işi başlanmış, onun əməlində hüquq pozuntusu yoxdur və o, iş üzrə zərəçəkən kimi tanınmışdır. Həmçinin, qanunvericilik şəxsin razılılığı olmadan foto və ya video çəkiliş, yaxud onların kütləvi informasiya vasitəsində yayılmasını qadağan edir. Eyni şantaj əməli Astara rayon XXX kənd tam orta məktəbinin direktoru X6 qarşı da edilmiş və eyni əmrlə o da direktor və müəllim vəzifəsindən azad edilmişdir. Eyni şantaj əməli Respublikanın bir çox ziyalılarına qarşı da törədilmişdir. Həmin hadisədən 10 gün sonra Astara Rayon Təhsil Şöbəsinin müdiri onu Təhsil Şöbəsinə çağırmış və adıçəkilən vidieogörüntün ü göstərərk demiş ki, bu videogörüntü Təhsil Nazirliyinə çatıb və işdən azad olunmalıdır. Bundan sonra dərhal xx.xx.2021-ci il tarixdə Astara Rayon Təhsil Şöbəsinin Həmkarlar təşkilatının iclası olmuş, iclasda tələb etmiş ki, videogörüntü montaj və şantaj xarakterli olduğu üçün araşdırılsın. Lakin iclasda tələbinə reaksiya verilməmiş və məsələ hərtərəfli araşdırılıb müzakirələr aparılmadan işdən azad edilməsinə dair müvafiq tədbirlər görülməsi barədə əvvəlcədən hazırlanan qərar oxunmuşdur. Elə həmin gün də işdən kənarlaşmış və məktəbi ondan təhvil almışlar. Əslində ona qarşı əvvəlcədən kibercinayətkarlıq yolu ilə hazırlanmış şantaja - cinayət əməlinə yol verilmiş və o, bu şantaj əməlində zərərçəkmiş şəxsdir. Belə bir vəziyyətdə Azərbaycan Respublikası Təhsil Nazirliyi onu nəinki müdafiə et miş, əksinə ona qarşı edilən bu şantaj əməli əsasında cəzalandıraraq, bağlanmış əmək müqaviləsini ləğv etmişdir. Bu Əmrin verilməsi üçün gətirilən “X9 qaydaları”nın 2.1.3.- cü, 2.1.7.-ci və 3.8-ci bəndlərinin pozulması arqumenti də onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi üçün əsas hesab edilə bilməz. İndiki halda əmək müqaviləsi üzrə əmək funksiyasını və öhdəliklərini layiqincə yerinə yetirmişdir. 25 illik pedaqoji fəaliyyətində rayon mərkəzindən 30 km uzaqlıqda, ucqar dağ kəndində müəllim işlədiyi və direktoru olduğu Astara rayonunun XXX kənd ümumi orta məktəbi dəfələrlə X15 tərəfindən keçirilən imtahanlarda rayon birincisi olmuşdur. Hətta dərs keçdiyi şagirdlər X10 keçirdiyi imtahanlarda 100 faizlik nəticələr göstərmiş və təhsill ərini ali məktəblərdə davam etdirmişlər. İşlədiyi 25 ildə heç bir intizam tənbehi almamış, uzun illər rayonda keçirilən dövlət tədbirlərinin aparıcısı olmuş, məktəbin müəllim və şagird kollektivinin böyük hörmətini qazanmışdır. Bütün valideynlər və məktəb kollektivi onun işdə qalmağına görə Təhsil nazirinə rəsmi müraciətlər göndərimişlər.
11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-XXX/2022 nömrəli iş üzrə 11 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli XXX nömrəli əmrinin iddiaçıya münasibətdə ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa olunması və məcburi işburaxmaya görə orta əmək haqqının ona hesablanıb ödənilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 446 (300+146) manat məb ləğdə pulun cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayətinin dəlillərinə görə, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı sosial şəbəkədə "XXX" adlı istifadəçi ilə tanış olmuş və onunla bir neçə gün mesajlaşdıqdan sonra videobağlantı yaratmışdır. Bağlantı zamanı qarşı tərəf iddiaçının soyunmasını təmin edərək onun videosunu çəkmiş və çəkilişi onun özünə göndərmişdir. İddiaçı izahatında bildirmişdir ki, sonradan qarşı tərəf ondan pul tələ b etmiş və tərəflər razılığa gəlmədiyindən qarşı tərəf videonu paylaşmışdır. Astara Rayon Təhsil Şöbəsindən nazirliyə daxil olan sənədlərdən görünür ki, iddiaçının sosial şəbəkələrdə qeyri-əxlaqi videogörüntülərinin yayıldığı, bununla əlaqədar TŞ-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən onunla bağlanmış əmək müqaviləsinə ƏMnin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilməsinə razılıq verdiyi məlum olmuşdur. Astara Rayon Təhsil Şöbəsi tərəfindən nazirliyə təqdim olunmuş sənədlər araşdırılmş və Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2021-ci il tarixli, XXX nömrəli əmri ilə X1 Etik Davranış Qaydalarını kobud şəkildə pozduğuna görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən direktor kimi bağlanmış əmək müqaviləsinə xitam verilməklə işdən azad edilmişdir. Məhkəmə iş üzrə eks pertiza təyin etmiş və 10 fevral 2022-ci il tarixli XXX nömrəli ekspert rəyinin məzmunundan görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd flaş yaddaş kartında qeydə alınmış "video-**********" və video-**********" adlı videoyazılar animasiya kinosu və ya kompüter animasiya yolu ilə əldə olunmamışdır. Videoyazılar görüntülərdə qeydə alınan 1 və 2 saylı görüntülərin mikşerlənməsi yolu ilə əldə olunmuşdur. Videoyazıların qeydə alındığı yazı qurğusu təqdim olunmadığından digər dəyişikliklərin olub-olmamasını müəyyən etmək mümkün olmadı. Baxmayaraq ki, videoçəklişin 1-ci hissəsində (1-ci görüntüdə olan iddiaçı) edilən hərəkətlərin iddiaçıya məxsus olması ilk baxışdan müşahidə olunsa da, lakin iddiaçı məhkəmə iclasında həmin hərəkətlərin də montaj olduğunu bildirmişdir. Məhkəmə işin faktiki hall arına hüquqi qiymət verməmiş və qətnamədə yalnız əmrin əmək qanunvericiliyinə uyğun olmamasına, videogörüntünün montaj olduğuna əsaslanaraq qərar qəbul etmişdir. İşə baxan məhkəmə qətnamədə yalnız ƏM-nin 70-ci maddəsinin ç bəndinə istinad etməklə kifayətlənmiş, lakin işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən ƏM-nin hansı maddəsinin tələblərinin pozulmasına dair münasibət bildirməmişdir. Belə ki, məhkəmə X9 qaydalarına əməl etməsinin direktorun əmək funksiyasına daxil olubolmadığını aydınlaşdırmamış və nəticədə əsassız olaraq iddia tələbini təmin etmişdir. ƏMin 57.1-ci maddəsinə əsasən, işəgötürən işçinin əmək funksiyasının - əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidməti n dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Həmin maddənin 2-ci maddəsində qeyd edilir ki, əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş X4 əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir. XXX X4 əsasən X9 qaydalarına əməl olunması direktorun əmək funksiyalarından biri kimi təsbit olunmuşdur. Ekspert rəyinin məzmunundan görünür ki, arxa fonda kadr dəyişməsi əvvəlcədən hazırlanmış videoyazıda aparılmış, sonra isə əsas fondakı görüntülərin qeydə alındığı videoyazı ilə mikşerlənməsi yolu ilə yeni videoyazı əldə olunmuşdur. Videoyazılar ilkin olmadığından və videoyazıların qeydə alındığı yazı, qurğusu ekspertizaya təqdim olunmadığından digər montaj əlamətlərinin olub-olmamasını müəyyən etmək mümkün olm adı. İşə baxan məhkəmə ekspert rəyinə düzgün hüquqi qiymət verməmiş və rəyi iddiaçının xeyrinə şərh etmişdir. Belə ki, eksperl rəyindən məlum olur ki, sosial şəbəkələrdə yayılan iddiaçıya məxsus videogörüntünün arxa fonu sonradan montaj edilərək yayılmışdır. Lakin videogörüntünün ilk fonundakı (1-ci görüntüdəki) şəxs və onun qeyri-əxlaqi hərəkətlərin iddiaçıya məxsus olması görüntüdə təsdiq edilir. Lakin məhkəmə videogörüntünün hər iki fonunun montaj olması qənaətinə gələrək nəticədə iddia tələbini təmin etmişdir. Hesab edir ki, videogörüntünün ikinci hissəsi montaj olsa da, lakin görüntünün birinci hissəsi montaj deyildir. İşə baxan məhkəmə qeyd olunanlara əhəmiyyət verməyərək ümumiyyətlə çəkilişi montaj hesab edərək iddia tələbini təmin etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki Ko llegiyasının 2(103)-269/2023 nömrəli iş üzrə 06 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 346 (üç yüz qırx altı) manatın cavabdehdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən də bütün cəhdlərə baxmayaraq təqdim edilmiş fləş kartdakı videoyazıların real vizual hadisələrin qeydə alınması nəticəsində və ya kadrdaxili montaj nəticəsində əldə olunub-olunmamasını müəyyən et mək mümkün olmadı.Yəni, bu məsələlər xüsusi bilik tələb edən hallara aid olduğundan həmin videoyazılarda olan hərəkətlər (alt köynəyin soyunulması, şalvarın aşağı çəkilməsi) həqiqətən iddiaçının özü tərəfindən və iradəsi ilə və ya onun tərəfindən deyil, yəni onun özü tərəfindən yox, iradəsinə zidd hansısa texniki vasitənin (qurğuların) köməyi ilə quraşdırılıb-quraşdırılmadığını ekspertiza rəyləri ilə də müəyyən etmək mümkün olmadı. Deməli, ilk növbədə iddiaçının "X9 Qaydalarının yuxarıda qeyd olunan tələblərini pozduğu təsdiq olunmalıdır ki, bundan sonra həmin hərəkətlərin Əmək Məcəlləsinin 70-cı maddəsinin "ç" bəndinə əsasən əmək müqaviləsinin ləğvi üçün əsas yaradıb-yaratmaması yoxlanılsın və müəyyən edilsin. Əks yanaşma iddiaçının əmək hüquqlarının kobud pozuntusuna səbəb ola bilər ki, bu da yolverilməz sayılır. Çünki, cavabdeh tərəfindən təqdim edilən videoyazılardakı hərəkətlərin iddiaçı tərəfindən iradəsinə uyğun edilməsi sübuta yetirilmədiyindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması da açıq-aşkar təsdiq olunmur. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır. Hazırki iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması əsası ilə ləğv etsə də, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməm əsinə əsas olan halın(etik qaydaların pozulması) həqiqi olması ekspert rəylərinə əsasən özü ziddiyyətlidir və həqiqətən baş verdiyi birmənalı təsdiq olunmur. Bu cür vəziyyətdə təsdiq olunmamış həmin hala görə iddiaçı ilə əmək müqaviləsini sözügedən əsasla ləğv edilməsi də əlbətdə ki, haqlı olmamışdır. Ən azından ona görə ki, cavabdeh tərəfindən iddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə dair heç bir fakt təqdim edilməmiş, əksinə iş materialında Astara rayonu XXX kənd ictimaiyyətinin 50-dən çox sakini iddiaçının müəllim və direktor kimi fəaliyyətini yüksək qiymətləndirərək real əsası olmayan səbəb və bəhanələr ucbatından əmək müqaviləsinə xitam verilməsini nəzərə alıb onun işə bərpa olunmasını xahiş ediblər. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, cavabdeh tərəfindən təqdim edilən videoyazılardakı hərəkətlərin həqiqətən iddiaçı tərəfindən edilməsi təsdiq olunmadığından, bu cür hərəkətlərin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsinə əsas olub-olmamasının ətraflı araşdırılmasına və hüquqi qiymət verilməsinə zərurət və əsas yoxdur. Çünki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan intizam xətasını törətdiyinə əsas hesab edilə bilən faktın həqiqiliyi özü təkzib olunur.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.
17. Kassasiya şikayətinin dəlillərinə görə, direktorun əmək funksiyası - daxili intizam qaydalarına və X9 qaydalarına riayət olunmasına məsuliyyət daşıyır. Belə ki, müəllimlərin (direktorun) etik davranış qaydalarına əməl etməsi bilavasitə müəllimlərin əmək funksiyasına daxildir. İşə baxan məhkəmə qətnamədə yalnız Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad etməklə kifayətlənmiş, lakin işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən ƏM-in hansı maddəsinin tələblərinin pozulmasına dair münasibət bildirməmişdir. Belə ki, məhkəmə X9 qaydalarına əməl etməsinin direktorun əmək funksiyasına daxil olub-olmadığını aydınlaşdırmamış və nəticədə əsassız olaraq iddia tələbini təmin etmişdir. İşə baxan məhkəmə ekspert rəyinə düzgün hüquqi qiymət verməmiş və rəyi iddiaçının xeyrinə şərh etmişdir. Məhk əmə işin faktiki hallarına hüquqi qiymət verməmiş və qətnamədə yalnız ekspert rəyini əsaslı hesab edərək nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı iddiaçının etirazının dəlilləri iddianın və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına uyğun olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
32. Şəxsi toxunulmazlıq hüququ İ. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır; İİ. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır; İİİ. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, s axlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz; Maddə
35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 20. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Mad də
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir; Maddə
8. Şəxsi həyata və ailə həyatına hörmət hüququ
1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir;
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata k eçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.
21. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə
11. İşəgötürənin əsas hüquqları
1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; Maddə
68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; Maddə
70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifəl ərini kobud şəkildə pozduqda; Maddə
71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər
2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; Maddə
74. Tə rəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları
2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər; Maddə
186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək; Maddə
300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddəl ərində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdi m etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır; Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq ol unur və digər sübutlarla yanaşı qiymətləndirilir; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; Maddə 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübu t olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instans iyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı kassasiya şikayətində irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
25. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kolle giyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara, o cümlədən aparılmış tədqiqatların təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilən və m ötəbər sayılmamaları üçün hər hansı əsas işdən müəyyən edilməyən ekspert rəylərinə hüquqi qiymət verilmişdir.
28. Kassasiya şikayətinə gəldikdə, şikayətin dəlilləri işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir.
29. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
30. Göstərilənlərə əsasən və M PM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-269/2023 nömrəli iş üzrə 06 fevral 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.