Məhkəmə qərarları › İş №2(102)-2286/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2286/2020

09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2286/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, nümayəndəsi X1, vəkili X8 oğlunun və cavabdeh "Cavabdeh” MTK-nın vəkili ** oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-**/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim M.Bağı rova) xx.xx.2019-cu il tarixli, 2(009)2340/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh "Cavabdeh” MTK-ya qarşı “əmlakın verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Sarıyev, V.Həsənov, Ş.Məmmədova) xx.xx.2019-cu il tarixli, 2(103)-**/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-2340/2019 qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdeh "Cavabdeh” MMC-yə qarşı “evin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə mürac iət edərək, Cavabdeh "Cavabdeh” MTK-dan 143 kv.mlik evin alınıb ona verilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili X8 oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın reyestr nömrə **********3210301 saylı texniki pasportundan görünür ki, iddiaçının 0.0301 ha torpaq sahəsi olmuş və həmin torpaq sahəsinin 0.02712 ha sahəsi tikinti altında qalmışdır. Lakin cavabdeh MTK iddiaçını aldadaraq, müxtəlif təzyiqlər edərək iddiaçıya cəmi 220 kv.m-lik mənzili verməyi öhdəsinə götürmüşdür. Nə qədər ki, iddiaçının 0.0301 ha torpaq sahəsi vardırsa, MTK ona 30 1 kv.m və 20% əlavə olaraq 363 kv.m mənzil sahəsi verməli idi. Göründüyü kimi MTK iddiaçının hüquqlarını kobud surətdə pozmuş, iddiaçıya müxtəlif qollarla təzyiq və hədə-qorxular gəlmişdir. Beləliklə cavabdeh Azərbaycan Respublikası Torpaqların Dövlət Ehtiyacları üçün alınması haqqında Qanunun 7-ci maddəsinin tələblərini pozmuşdur. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-**/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı, nümayəndəsi X3 və vəkili X8 oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh "Cavabdeh” MTK-nın vəkil i ** oğlu kasasiya şikayətinə etiraz edərək şikyətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-**/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki,tədqiq olunmuş sübutlar əsasında müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx xxxx 2017-ci il tarixli 81 saylı sərəncamına əsasən Səbail rayonu ərazis ində yerləşən uzun müddətli istismar nəticəsində yararsız hala düşərək, hazırda qəzalı vəziyyətdə ola G.Əliyev küçəsi 9 ünvanda yerləşən 1,2 mərtəbəli yaşayış binalarının söküntüsünün Cavabdeh MTK tərəfindən yerinə yetirilməsi və həmin kooperativə sahəsi 3,89 ha olan ərazidə çox mərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə verilməsi, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılmasının Cavabdeh MTK-nın vəsaiti hes abına həyata keçirilməsi qərara alınmışdır. Həmçinin müəyyən olunmuşdur ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli müqavilələrə əsasən MTK ünvan 1 ünvanda MTK-nın tikilməkdə olan 17 mərtəbəli yaşayış kompleksinin B2-ci girişinin 7-cı mərtəbəsində yerləşən ümumi sahəsi 120,83 kv.metr olan 3 otaqlı 153 saylı mənzili və ünvan 1 ünvanda MTK-nın tikilməkdə olan 25 mərtəbəli yaşayış kompleksinin A1 girişinin 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 98,61 kv.metr olan 2 otaqlı mənzili İddiaçı təhvil verməyi, İddiaçı isə Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət-4 döngəsi ünvandakı yaşayış və qeyri yaşayış tikililərinin sökülməsi əvəzində verilən həmin mənzilləri qəbul etməyi öhdəsinə götürmüşdür. Eləcə də məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh MTK-nın verd iyi mənzillər tikilib təhvil verilənə qədər müvəqqəti kirayədə yaşamaq üçün İddiaçı hər ay 300 manat kirayə pulu verilməsi razılaşmişdir. Kirayə pulunun köçürülməsi üçün iddiaçı Azərbaycan Beynəlxalq Bankında şəxsi hesab açmış və bank rekvizitlərini MTK-nın mühasibatlığına təqdim etmişdir. 2019-cu ilin aprel ayında daxil olmaqla hər ay onun hesabına MTK 300 manat pul köçürmüşdür. Göründüyü kimi, müqavilələrə dair hüquqi proseslər barəsində iddiaçı və cavabdehin müqavilə tərəfi kimi azadlığı olmuşdur və bu, mülki qanunvericiliyin əsas prinsiplərindən olan “müqavilələr azadlığı” prinsipinin təbii nəticəsidir. “Müqavilə azadlığı” prinsipi çərçivəsində tərəflər tam sərbəst iradəsi ilə hərəkət etmiş, həmin müqavilələri bağlamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə ə sasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389-cu maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdiriliməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavi lə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Beləliklə apelyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Kasasiya kollegiyası apelyasiya kollegiyasının qənəti ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlillləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, həmin dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə yoxlanılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayə tinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə gorə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkə məsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)**/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar