Məhkəmə qərarları › İş №2(102)-2287/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2287/2023

06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2287/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, iddianın yazılı qaydada etiraf edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması” tələbinə dair mülki iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-8/2023 nömrəli, 01 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 6 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı X2 (bundan sonra “iddiaçı”) 11 dekabr 2020-ci il tarixdə, ev alqı-satqı mərkəzinin Kredit Müqaviləsinə əsasən Cavabdeh (bundan sonra “cavabdeh”) 12000 manat məbləğində pul vermişdir.

2. Eyni zamanda iddiaçı 2021-ci ilin yanvar-avqust ayları üzrə də hər ay 500 manat cavabdehə pul vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi (tələbin artırılması barədə ərizə) ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 15430 (on beş min dörd yüz otuz) manat borc məbləğinin, vəkilə ödədiyi 400 manat və dövlət rüsumu üçün ödədiyi 137 (bir yüz otuz yeddi) manatın, ümumilikdə 15967 (on beş min doqquz yüz altmış yeddi) manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırılıb ki, iddiaçı cavabdehlə 2020-ci ildən münasibətlərinin olduğunu, əvvəllər birlikdə makler işlədiklərini, ev almaq fikrinin olduğunu cavabdehin bildiyini, “Mirhüseynin ona boş evinin olduğunu, istəyirsənsə köç gəl ailənlə yaşa, əlindəki pulu ver mən qoyum banka iki il müddətinə, bankdan gələn faizləri götürərəm, sən də kirayə pulu verməzsən və iki ilin tamamında mənə verdiyin pulu tam şəkildə olaraq bankdan çəkib özünə qaytararam, sən də bu müddətdə istədiyin evi tapıb alarsan dediyini”, yaxını kimin Mirhüseynin fikrinin ağlabatan olduğunu, iki il ərzində kirayə vermədən yaşayıb pul qazanıb yaxşı ev alacağını düşünüb əlində olan 12000 manatı 11 dekabr 2020-ci il tarixdə Mirhüseynə verilməsi barədə aralarında kredit müqaviləsi imzalanmışdır.

5. İddiaçı əl avə olaraq 7 ay ərzində, ümumilikdə 6000 manat pulu da banka qoyması üçün cavabdehə vermiş, cavabdeh də həmin pulu aldıqca öz xətti və imzası ilə təsdiqləmişdir. Beləliklə, iddiaçı cavabdehin evində qaldığı müddətdə 16000 manatı saxlamaq və banka qoymaq üçün cavabdehə vermiş

6. Sonuncu dəfə 03 avqust 2021-ci il tarixdə cavabdehə pul verərkən iddiaçı Naxçıvandan ev almaq istəmədiyini, Bakı şəhərində yaşamaq istədiyini deyib cavabdehdən pulunu bankdan çəkib gətirməsini xahiş etmişdir. Cavabdeh əvvəl 04 sentyabr 2021-ci il tarixdə 16000 manatı çəkib verəcəyini bildirmişdir. Həmin tarixdə zəng etdikdə cavabdeh “Kapital Bank”la danışdığını, 10 sentyabr 2021-ci il tarixdə pulu götürəcəyini demişdir.

7. İddiaçı sentyabrın 10-da oğlu Şəmsəddin ilə birlikdə cavabdehlə görüşdükdə, cavabdeh iki il ta mam olmamış pulu bankdan götürməyin mümkün olmadığını, 18 iyun 2022-ci il tarixdə pulu tam şəkildə götürə biləcəyini bildirərək, 10000 manatı götürüb verə biləcəyini, lakin 6000 manatın batacağını, 6000 manatın batmağındansa, iddiaçının 9 ay səbr etməsini, 18 iyun 2022-ci il tarixdə 16000 manatı tam olaraq bankdan çəkib verəcəyini bildirmişdir.

8. İddiaçı 2022-ci ilin yanvar ayından ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş, “AzərTürk Bank”a olan borcundan 3 ayını cavabdehdən ödəməsini xahiş etmişdir. Cavabdeh 190 manatdan 3 ay ərzində ümumilikdə 570 manatı ödəmişdir. Cavabdehin iddiaçıya olan borcu 15430 manat olmuşdur.

9. İddiaçı 19 iyun 2022-ci il tarixdə Naxçıvana gəlib cavabdehlə görüşdükdə, sonuncu pulu indi verə bilməyəcəyini bildirmişdir. Cavabdeh evi 72000 manata satmaq istədiyini, iddiaçı isə bu məbləğə ev almaq imkanının olmadığını demişdir.

10. Cavabdeh pulun onda olmasını həmişə etiraf etmiş, telefon danışıqlarında olan səs qeydlərində bu fakt təsdiqini tapmışdır. Borc müqaviləsinin təsdiqi üçün notariusa müraciət etsələr də notariusun bu faktı təsdiq edə bilmədiklərindən sənədləşmə aparılmamışdır.

11. İddiaçı cavabdehin mənzilində pulsuz qalmayıb, onun verdiyi puldan gələn faiz gəlirini cavabdeh mənzilin kirayə haqqı üçün götürəcəyini bildirmişdir.

12. Cavabdeh birinci instansiya məhkəməsini hazırlıq iclasında 15430 manat iddia tələbini etiraf etməsi barədə ərizə vermişdir.

13. Cavabdeh sonradan iddianı qəbul etməyərək göstərib ki, iddiaçı ilə tanışlıqları var, özünə məxsus təmirsiz mənzilini 65000 manata satdığını iddiaçıya bildirmişdir. Lakin həmin mənzili 55000 manata satmağa razılaşıblar. İddiaçı ona 10000 manatı verib, bankdan da 15000 manat götürüb verəcəyini, ayda 500 manat olmaqla mənzilin pulunu ödəyəcəyini bildirmişdir. 2020-ci ilin iyul ayında iddiaçı ona 8000 manat, sonra 2000 manat, sonra da bir il ərzində ayda 500 manat vermişdir. İddiaçı mənzili almaq istədiyi üçün cavabdeh mənzili təmir etdirmiş, hətta iddiaçı mənzildə yaşadığı müddətdə qonşu evi suya verərək maddi ziyan vurmuşdur. İddiaçıdan aldığı pulu Yalçın adlı ev tikən və təmir edən şəxsə vermiş, lakin ala bilməmişdir. İddiaçı ona pulu iş görməsi üçün vermiş, o da həmin pulu başqasına vermişdir. İddiaçıdan aldığı pulu qaytarmaq niyyətinin olmayıb. İddiaçının təqdim etdiyi sübut beh sənədidir.

14. Birinci instansiya məhkəməsində şahid X2 izahatında bildirmişdir ki, cavabde h onun atasıyla birlikdə işləmişdir. Cavabdeh özünə məxsus evdə onların kirayə pulu vermədən yaşamasını təklif edərək, əllərində olan pulu ona verməyi və həmin puldan faiz götürəcəyini bildirmişdir. Atası cavabdehin təklifi ilə razilaşaraq 12000 manat pulu ona vermiş, ayda da 500 manat verəcəyini demişdir. İddiaçı 12000 manat pulu cavabdehə özü tək verib, sonradan aralarında münasibət yaxı olmadığından, sənədləşmə cavabdehlə onun arasında olmuşdur.

15. Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(078)-758/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 15430 (on beş min dörd yüz otuz) manat məbləğində pul, məhkəmə məsrəfi olan 400 (dörd yüz) manat məbləğində vəkil xərci və 137 (yüz otuz yeddi) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 15967 (on beş min do qquz yüz altmış yeddi) manat məbləğində pulun alınaraq İddiaçı qaytarılması qət edilmişdir. (hakim Qabil Məmmədov)

16. Birinci instansiya məhkəməsi müəyyən edib ki, 11 dekabr 2020-ci il tarixli, 0077 nömrəli Ev alqı-satqı mərkəzinin Kredit Müqaviləsinə əsasən, cavabdehə 12000 manat məbləğində pul və aylar üzrə 4000 manat ödənmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında pulu aldığını bildirmişdir. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim olunan sübutların həqiqiliyi cavabdeh tərəfindən təsdiq edilmişdir. Həmçinin 04/306 nömrəli 23 iyun 2022-ci il tarixli hüquqi yardım üzrə xidmət müqaviləsinə və 005325 nömrəli qəbzin surətinə əsasən iddiaçı vəkilin yardımına görə 400 manat ödəmişdir

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385, 442, 448.2. 739.1, 7 39.2-ci, Mülki-Prosessual Məcəllənin 14.2, 77.1 və 121-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdeh apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarına hüquq normalarına zidd olaraq qanunsuz və əsassızdir. Birinci instansiya məhkəməsi işə qeyri-obyektiv və bir tərəfli baxaraq, işin faktiki hallarını araşdırmamış və düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçı tərəflər arasında şifahi olaraq bağlanmış müqavilənin tələblərinə riayət etməmişdir. Məhkəmə tərəfindən iddiaçının onun evində yaşadığı müddətlər nəzərə alınmamışdır. Əgər nəzərə alınsaydı o, e vini iddiaçı alsın deyə təmir etdirmişdir. Onun özünün evi təmir etdirmək fikri olmamışdır. Məhz evi təmir etdirdiyinə görə o, maddi ziyana düşmüşdür. İş məhkəmə tərəfindən araşdırılarkən həmin hallar nəzərə alınmamışdır; - iddiaçı tərəfindən ona həmin pul vəsaiti iş görülməsi üçün verilmişdir. Həmin pulun geri qaytarılması barədə aralarında razılıq olmamışdır; - məhkəmənin sübut təqdim etməməyi barədə gəldiyi nəticə prosessual hüquq normasının pozulmasıdır.

20. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)8/2023 nömrəli, 1 fevral 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(078)-758/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. (hakimlər Sə nan Qarayev (sədrlik edən və məruzəçi), Əli Allahverdiyev, Mehman Allahverdiyev)

21. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən iddiaçının onun evində yaşadığı müddətlərin nəzərə alınmaması, onun evini iddiaçı alsın deyə təmir etdirməsi, onun evi təmir etdirmək fikrinin olmaması, məhz evi təmir etdirdiyinə görə onun maddi ziyana düşməsi, işin həmin hallarının nəzərə alınmaması dəlillərinə münasibətdə qeyd etmişdir ki, bu dəlillər yeni iddia tələbinin predmeti olmuş və hazırkı iddianın predmeti ilə bağlı deyildir. Cavabdeh maddi ziyanla bağlı birinci instansiya məhkəməsində iddiaçıya qarşı ayrı iddia və ya qarşılıqlı iddia tələbi verməmişdir. Hazırki mülki işin predmetini iddiaçının cavabdehə qarşı pul tələbi təşkil etdiyindən cavabdeh in apellyasiya şikayətində qeyd etdiyi bu hal iddianın predmetinə daxil olmamış və apellyasiya qaydasında müzakirə olunaraq qiymət verilə bilməz. Lakin cavabdeh maddi zərər çəkməsi ilə bağlı iddia tələbi ilə birinci instansiya məhkəməsində iddia qaldıraraq çəkdiyi xərclərin ödənilməsini tələb etmək hüququna malikdir.

22. Həmçinin apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin apellyasiya məhkəməsində mülki işin icraatı zamanı keçirilmiş məhkəmə baxışı iclaslarındakı izahatlarından aydın olur ki, apellyasiya şikayətində qeyd olunan və iddiaçıya təklif olunan ev cavabdeh tərəfindən başqa şəxsə satılmış, əldə olunan pul vəsaiti ilə cavabdeh özünə şəxsi avtomobil almış və digər şəxsi ehtiyaclarına sərf etmişdir. Eyni zamanda Naxçıvan Şəhər Məhkəməsinə ünvanlanan 27 iyul 2022-c i il tarixli ərizədə cavabdeh iddiaçının ona qarşı 15430 manat pul tələbinə dair iddiasını qəbul etmiş, apellyasiya baxışı zamanı da cavabdeh iddiaçıya borcunun olduğunu etiraf etmiş, lakin iddiaçının istəyi ilə evini təmir etdiyindən onun da ziyana düşdüyünü bildirmişdir. Cavabdeh həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrində verdiyi izahatlarında 2 ədəd audioyazının ona aid olduğunu qeyd etmişdir.

23. Cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən ona pul vəsaitinin iş görülməsi üçün verildiyini, razılaşmaya əsasən həmin pulun geri qaytarılmasının nəzərdə tutulmadığını qeyd etsə də, bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində işə qeyriobyektiv və birtərəfli baxılması, işin fakti ki hallarının araşdırılmaması və tələbə düzgün hüquqi qiymət verilməməsi barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh birinci instansiya məhkəməsində mülki işin icraatı zamanı iddia tələbinə nəinki etiraz etmiş, əksinə, onu qəbul etmişdir. Birinci instansiya məhkəməsində mülki işin araşdırılması ilə bağlı hər hansı vəsatət verməmiş, iddianın rədd edilməsi üçün hər hansı sübut təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti apellyasiya şikayətini dəlillərinə uyğun əsaslandırılmışdır. (bax:19-cu bənd) b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasi ya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.2. borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər işt irakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün ə həmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

30. Məhkəmə kollegiyası hüquq un inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib, apellyasiya şikayətinin dəlilləri nə tam qiymət verib.

33. İşin müəyyən edilmiş hallarına görə 11 dekabr 2020-ci il tarixli, 0077 nömrəli Ev alqı-satqı mərkəzinin Kredit Müqaviləsinə əsasən, cavabdehə 12000 manat məbləğində pul və aylar üzrə 4000 manat ödənmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında da pulu aldığını bildirmişdir.

34. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyasının gəldiyi nəticəni yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələbi baxımından düzgün hesab edir.

35. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: C avabdeh kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)8/2023 nömrəli, 01 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar