Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2287/2024 26.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X21, Cavabdeh2, Cavabdeh12, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21, Cavabdeh22, Cavabdeh23, Cavabdeh24, X7, X3, Cavabdeh26, Cavabdeh27, Cavabdeh28, Cavabdeh29, Cavabdeh30, Cavabdeh31, Cavabdeh32, Cavabdeh33, Cavabdeh34, Cavabdeh35, Cavabdeh36, Cavabdeh37, X10, X11, Cavabdeh40, X27, Cavabdeh42 iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-457/2024 nömrəli, 7 mart 2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh13, Cavabdeh2, Cavabdeh34, X1, Cavabdeh36, Cavabdeh4, Cavabdeh31, Cavabdeh18, X33, X37, Cavabdeh40 və Cavabdeh16 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə aşağıdakıları müəyyən etmişlər: baxan məhkəmələr işin hallarını araşdıraraq 2. xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarına əsasən Cavabde h1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh13, Cavabdeh18, Cavabdeh22, Cavabdeh24, Cavabdeh26, Cavabdeh31, Cavabdeh34, Cavabdeh36, Cavabdeh40 X6 “Göytəpə” sərhəd dəstəsinin (2003 nömrəli hərbi hissənin) hərbi şəhərciyində yerləşən xidməti mənzilləri qısa müddət ərzində təhvil vermələri barədə xəbərdar edilmişlər;
3. İddiaçı tərəfindən göndərilmiş teleqramlara əsasən X37 və Cavabdeh42 X6 “Göytəpə” sərhəd dəstəsinin (2003 nömrəli hərbi hissənin) hərbi şəhərciyində yerləşən xidməti mənzilləri qısa müddət ərzində təhvil vermələri barədə xəbərdar edilmişlər; 4. xx.xx.2022-ci il tarixli akta əsasən X6 “Göytəpə” sərhəd dəstəsinin (2003 nömrəli hərbi hissənin) hərbi şəhərciyində yerləşən bina 4 mənzil 36 ünvanında yaşamış sabiq hərbi qulluqçu ehtiyatda olan ma yor Cavabdeh26, bina 3 mənzil 38 ünvanında yaşamış sabiq hərbi qulluqçu ehtiyatda olan mayor Cavabdeh40, bina 3 mənzil 18 ünvanında yaşamış sabiq hərbi qulluqçu ehtiyatda olan mayor X22, bina 2 mənzil 38 ünvanında yaşamış sabiq hərbi qulluqçu ehtiyadda olan mayor Cavabdeh42 mənzillərində yaşayışın mövcudluğunun müəyyənləşdirilməsi məqsədilə aparılmış yoxlama zamanı mənzillərin giriş qapılarının bağlı olması və adı çəkilən sabiq hərbi qulluqçuların uzun müddət qeyd olunan mənzillərdə yaşamadığı müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia həcmini dəqiqləşdirmək və artırmaq məqsədilə ərizələr verərək aşağıda göstərilən xidməti mənzillərin əşyaları ilə birlikdə boşaldılmasını və təhvil verilməsini xahiş etmişdir: 1) Cavabdeh1, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X34 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 2, mənzil 20; 2) Cavabdeh2, Cavabdeh12 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 2, mənzil 29; 3) Cavabdeh3 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 2, mənzil 30; 4) Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 onlarla birlikdə yaşayan Cavabdeh4 Dünyamal oğlunun yetkinlik yaşına çatmayan nəvələri X4 və X28 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 2, mənzil 37; 5) Cavabdeh13, Cavabdeh14 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 3, mənzil 40; 6) Cavabdeh15 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 3, mənzil 48; 7) Cavabdeh16, Cavabdeh17 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 4, mənzil 1; 8) Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21 onlarla birlikdə yaşayan Cavabdeh19 yetkinlik yaşına çatmayan nəvələri X29, X23 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 4, mənzil 4; 9) Cavabdeh22, Cavabdeh23, onlarla birlikdə yaşayan Cavabdeh22 yetkinlik yaşına çatmayan nəvəsi X41 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 4, mənzil 8; 10) Cavabdeh24, Cavabdeh25, X12 onlarla birlikdə yaşayan Cavabdeh24 yetkinlik yaşına çatmayan qızları X2 və X13 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 4, mənzil 34; 11) Cavabdeh26, Cavabdeh 27, Əzimov Cavabdeh28, Cavabdeh29, Cavabdeh30 onlarla birlikdə yaşayan Cavabdeh26 yetkinlik yaşına çatmayan nəvələri X46 və X38 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 4, mənzil 36; 12) Cavabdeh31, Cavabdeh32, Cavabdeh33 onlarla birlikdə yaşayan Cavabdeh31 yetkinlik yaşına çatmayan oğlu X56 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 4, mənzil 38; 13) Cavabdeh34, Cavabdeh35 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 2, mənzil 27; 14) Cavabdeh36, Cavabdeh37, X15, X16 onlarla birlikdə yaşayan Cavabdeh36 yetkinlik yaşına çatmayan qızları X24, X25 və yetkinlik yaşına çatmayan oğlu X35 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 4, mənzil 49; 15) Cavabdeh40 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 3, mənzil 38; 16) smayılov Abas Əbil oğlu tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 3, mənzil 18; 17) Cavabdeh42 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 2, mənzil 38.
6. İddiaçının nümayəndəsi X53 iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, “Göytəpə” sərhəd dəstəsinin (2003 nömrəli hərbi hissəsinin) qapalı hərbi şəhərciyində sabiq hərbi qulluqçular (mənzilləri qapalı şəraitdə saxlayıb başqa ünvanda yaşayan sabiq hərbi qulluqçular daxil olmaqla) və onların həmin mənzillərdə yaşayan ailə üzvləri tərəfindən xidməti mənzillərin uzun müddət ərzində təhvil verilməməsi müəyyən olunmuşdur. xx.xx.2022-ci il tarixdə yaradılmış komissiya tərkibi ndə hərbi hissənin qapalı şəhərciyində olan xidməti mənzillərə hərbi hissəyə yeni təyin olunmuş hərbi qulluqçuların və onların ailə üzvlərinin xidməti mənzillərlə təmin olunması məqsədilə növbəti yoxlama keçirilmişdir. Yoxlama zamanı Silahlı Qüvvələrin ehtiyatına buraxılmış sabiq hərbi qulluqçular tərəfindən giriş qapısı bağlı və uzun müddət yaşayış olmayan 4 xidməti mənzil müəyyən olunmuşdur. Faktla bağlı videoçəkiliş aparılmış və akt tərtib olumuşdur. Daha sonra qapalı hərbi şəhərcikdə əlavə 14 xidməti mənzilin isə ehtiyata buraxılmış sabiq hərbi qulluqçular (vəfat etmiş hərbi qulluqçuların ailə üzvləri) tərəfindən hal-hazıradək təhvil verilməməsi və həmin mənzillərdə yaşayışın olması aşkar olunmuşdur. Hərbi hissənin rəhbərliyi və mənzil-məişət komissiyası tərəfindən mənzillərin təhvil v erilməsi ilə əlaqədar sabiq hərbi qulluqçulara və onların ailə üzvlərinə dəfələrlə şifahi xəbərdarlıq olunmasına baxmayaraq, o cümlədən qeyd olunan halın “Göytəpə” sərhəd dəstəsində hal-hazırda xidmət edən və yeni təyin olunmuş hərbi qulluqçuların və onların ailə üzvlərinin yerləşdirilməsinə və mənzil-məişət şəraitinə mənfi təsir göstərməsinə dair izahedici söhbətlərin aparılmasına baxmayaraq bu mənzillərin boşaldılması hər dəfə müxtəlif bəhanələr gətirərək mümkün olmamış və hal-hazıradək davam etməkdədir. Ümumilikdə təhvil verilməyən 18 xidməti mənzilin (onlardan 4-ü bağlı) hazırda yaşayan sakinləri hərbi hissənin inzibati binasına dəvət olunaraq yazılı şəkildə xəbərdarlıq olunmuş və xidməti mənzillərin qısa müddət ərzində (yeddi gün) boşaldılması üçün vaxt verilmişdir. Giriş qapısı bağlı və uzun müddət yaşayış olmayan xidməti mənzillərə münasibətdə həmin mənzillərdə vaxtilə yaşamış sabiq hərbi qulluqçuların yaşayış yeri üzrə qeydiyyatda olduqları ünvanlara müvafiq teleqramlar göndərilərək qısa müddət ərzində xidməti mənzilləri boşaltmaları barədə xəbərdarlıq edilmişdir. Hal-hazırda isə sabiq hərbi qulluqçular və onların ailə üzvləri tərəfindən xidməti mənzillərin təhvil verilməməsi hazırda xidmət edən və yeni təyin olunmuş hərbi qulluqçular və onların ailə üzvlərinin mənzillə təmin olunmamasına səbəb olur ki, nəticədə bu hal mənfi presedent yaradır. Qeyd olunan halların aradan qaldırılması və sabiq hərbi qulluqçular və onların ailə üzvlərinə Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin humanist addımlarının müsbət nəticə vermədiyini nəzərə alaraq həmin xidməti mənzillərin boşal dılması və təhvil verilməsi məqsədilə məhkəmə orqanlarına müraciət edilməsi zərurəti yaranmışdır.
7. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, ehtiyatda olan hərbi qulluqçulardan bəzilərinə xidmət illərinə, bəzilərinə yaşa, bəzilərinə isə sağlamlıqlarına görə hərbi xidmətdən ehtiyata buraxılmışlar. Onların bəziləri müharibə veteranıdır. Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayon Göytəpə şəhərində yerləşən N saylı hərbi hissəsində xidmət etdiyi müddətdə həmin hərbi hissənin şəhərciyində ona xidməti mənzil verilmişdir. Ehtiyata buraxıldıqdan sonra isə səlahiyyətli orqanlar tərəfindən mənzillə təmin edilmədiyi üçün həmin hərbi şəhərcikdə olan xidməti mənzildə yaşamağa davam etmişlər. DSX-nin Cəlilabad rayon Göytəpə şəhərində yerləşən N saylı hərbi hissə k omandiri tərəfindən hazırda yaşadığı xidməti mənzilin boşaldılması və təhvil verilməsinin tələb edilməsi qanunvericiliyə ziddir.
8. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh15, Cavabdeh17, Cavabdeh18, Cavabdeh24, Cavabdeh36, Cavabdeh40, Cavabdeh22, X56, Cavabdeh34 Cavabdeh1 izahatına uyğun izahat vermiş və iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər.
9. Cəlilabad Rayon Məhkəməsinin 3 mart 2023-cü il tarixli, 2(073)-180/2023 nömrəli qətnaməsi ilə (hakim Q.Paşayev) iddia təmin olunmuş, cavabdehlərə verilmiş xidməti mənzillərin(həmin şəxslərin şəxsi əşyaları ilə birlikdə)boşaldılması və iddiaçıya təhvil verilməsi, cavabdehlərdən 100 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi hüquqi mövq eyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinin İ hissələrinə, Mülki Məcəlləsinin 119.1, 152, 155.1,157.2, Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, Mənzil Məcəlləsinin 6.0.1, 9.2.2, “Hərbi qulluqçularının statusu haqqında” Qanunun 1, 12-ci maddənin İ və İİ hissələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdehlər Cavabdeh13, Cavabdeh2, Cavabdeh34, X1, Cavabdeh36, Cavabdeh4, Cavabdeh31, Cavabdeh18, X33, Cavabdeh41, Cavabdeh40 və Cavabdeh16 apellyasiya şikayəti verərək Qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdirlər.
12. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaların ın pozulması ilə qəbul edilmişdir. DSXnin Cəlilabad rayon, Göytəpə şəhərində yerləşən N saylı hərbi hissəsində xidmət etdikləri müddətdə həmin hərbi hissənin şəhərciyində onlara xidməti mənzil verilmiş, еhtiyata buraxıldıqdan sonra isə səlahiyyətli orqanlar tərəfindən mənzillə təmin edilmədikləri üçün həmin hərbi şəhərcikdə olan xidməti mənzildə yaşamağa davam etmişlər. Qanunvericiliyə əsasən hərbi qulluqçular ehtiyata buraxılmazdan öncə, yəni ehtiyata buraxılmağına 3 ay qalmış müvafiq icra hakimiyyəti orqanına (rayon icra hakimiyyətinə) mənzillə və ya mənzil verilmədikdə Nazirlər Kabinetinin qərarına və “Hərbi qulluqçuların statusu” haqqında Qanuna uyğun olaraq kirayə pulu ilə təmin edilməli idilər. Lakin iddiaçı bununla bağlı hər hansı bir tədbir görməmiş, əksinə hərəkətsizlik göstərmidi r. Qanuna əsasən bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yəni qanunvericiliyə əsasən ilk öncə təmin edilməli daha sonra xidməti mənzillər təhvil verilməlidir. DSX-nin Cəlilabad rayon, Göytəpə şəhərində yerləşən N saylı hərbi hissə komandiri tərəfindən hazırda yaşadıqları xidməti mənzillərin boşaldılması və təhvil verilməsinin tələb edilməsi mövcud qanunvericiliyə ziddir. Bu da onların Konstitusiya ilə nəzərdə tutulmuş hüquqlarının kobud surətdə pozulmasıdır. İnsan hüquqlarının pozulması kobud pozuntu hesab edilir. Konstitusiya ilə nəzərdə tutulmuş hüquqlarının pozulması həm konstitusiyaya, həm mövcud qanunvericiliyə, həm də beynəlxalq qanunlarа ziddir.
13. Cavabdeh40 əlavə olaraq gö stərmişdir ki, əvvəllər xidmətdə olduğu dövrlərdə qeyd edilən hərbi şəhərcikdə xidməti mənzillə təmin olunaraq həmin şəhərcikdə yaşamışlar. 15 ildir ki, xidmətini başa vurmuşdur. Hazırda 2010-cu ildən ailəsi ilə Bakı şəhəri, Hövsan qəsəbəsində yaşayırlar. Bakıda işlədiyini, hər yay şəhərcikdəki xidməti evə gəlib orada qaldıqlarını bildirmişdir.
14. Cavabdeh31 əlavə olaraq göstərmişdir ki, hazırda pensiyaya çıxmış, lakin yenə də vaxtilə ona verilmiş xidməti mənzildə yaşayır. Cəlilabadda ev tikdirmişdir. Lakin evin hələ bəzi işləri qalmışdır. Şəhərcikdə 15-ə yaxın təmirsiz ev vardır. Həmin evlərin təmir edilib yeni hərbi qulluqçulara verilə biləcəyini qeyd etmişdir.
15. Cavabdeh18 da izahatına əlavə olaraq göstərmişdir ki, qeyd edilən şəhərcikdə yaşayır. Yaşadıqları ev xidməti mənzil kimi vaxtilə atasına verilmişdir. Hazırda atası vəfat etmişdir. O, özü 2003-cü ildən orada yaşayırmış. Fövqəladə Hallar Nazirliyinin yerli bölməsində işləyirmiş.
16. İddiaçının nümayəndəsi X42 və X30 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirmiş və apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.
17. Şirvan Apellyasiya Məhkəməsinin 7 mart 2024-cü il tarixli, 2(106)-457/2024 nömrəli qətnaməsi ilə (hakimlər C.İmanov - sədrlik edən və məruzəçi, T.Kərimov və S.Mayılov) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cəlilabad Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(073)-180/2023 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. 1
8. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəlmiş olduğu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
19. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinin İ hissələrinə, Mülki Məcəlləsinin 152, 155.1, 157.2, Mənz il Məcəlləsinin 6.0.1, 9.2.2, 91.2, 91.3, 92, 103.1, 103.2, 103.3, Mülki Prosessual Məcəlləsinin 217.2, “Hərbi qulluqçuların statusu” haqqında Qanunun 1, 12-ci maddənin İ və İİ hissələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:
20. Cavabdehlər – Cavabdeh13, Cavabdeh2, Cavabdeh34, X1, Cavabdeh36, X5, Cavabdeh31, Cavabdeh18, X33, Cavabdeh41, Cavabdeh40, Cavabdeh16 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsinə və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin yol verdiyi qanun pozuntularına nəinki düzgün hüquqi qiymət verməmiş buraxılmış kobud qanun pozuntularını eyni ilə təkrarlayaraq qanunsuz qətnaməni qüvvədə saxlamışdır. Halbuki həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyasında cavabdehlər geniş şəkildə hüquqi müstəvidə əsaslandırılmış dəlillər gətirmiş, lakin buna baxmayaraq həmin dəlillərə münasibət bildirilməmiş, hüquqi faktlara əsaslanmadan həqiqətə nail olunması və iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün kifayət qədər araşdırma aparmamışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəlmiş olduğu nəticə ilə razılaşdığını, apellyasiya şikayətində göstərilənlərin əsassız olduğunu, formal mülahizələrdən ibarət olmaqla iş materialları və ya digər sübutlarla təsdiq edilmədiyini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsas lı olduğunu, mübahisənin mahiyyəti üzrə düzgün həll edildiyini qeyd etsə də, bunu heç bir hüquq norması ilə əsaslandırmadan əsl həqiqətə göz yummuşdur.
22. Cavabdehlər kassasiya şikayətini Azərbaycan Respublikasının Konstitusiyasının 12, 13, 33, Mənzil Məcəlləsinin 9.2.2-ci maddələrinə, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanuna istinad edərək əsaslandırmışdır Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
24. Maddə 60, hissə
1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X26 X20:
25. Maddə 6, hissə.
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun
26. Maddə 12, hissə
1. Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək x idmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Hərbi təhsil müəssisələrinin ailəli kursantları ailə yataqxanalarında yerləşdirilir, belə yataqxanalar olmadıqda isə onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kompensasiyanın məbləği hərbi qulluqçular (hərbi təhsil müəssisələrinin ailəli kursantları) üçün ayda iyirmi səkkiz manatdan, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin əl li faizindən az olmayaraq müəyyən edilir. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) üçün yaşayış sahələrinin, o cümlədən xidməti mənzillərin tikintisi bu məqsədlər üçün hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir.
27. Maddə 12, hissə
2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüquq u vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şə rtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. “Sərhəd mühafizə orqanları haqqında” Azərbaycan Respublikası Qanunu:
28. Maddə
39. Sərhəd mühafizə orqanlarının hərbi qulluqçuların Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə, “hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sərhəd mühafizə orqanlarının mənzil fondundan ayrılan mənzil sahəsi ilə təmin edilirlər. Sərhəd mühafizə orqanları ilə əlaqəsini itirmiş şəxslər hərbi şəhərciklərdən, o cümlədən xidməti mənzillərdən müvafiq icra hakimiyyəti orqanının tələbi əsasında köçürülür. xx.xx.2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
29. Maddə
105. Aşağıdakılar digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər: müharibə əlilləri və hərbi qulluqçular sırasından olub SSRİ-ni müdafiə edərkən yaxud d igər hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində yaxud cəbhədə olmaqla əlaqədar xəstəliyə tutulma nəticəsində əlil olmuş digər şəxslər; döyüşən ordunun tərkibində olmuş Böyük Vətən müharibəsi iştirakçıları; SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş və ya xəbərsiz itkin düşmüş hərbi qulluqçuların və partizanların ailələri; hərbi qulluqçuların ailələri; SSRİ Daxili İşlər Nazirliyi orqanlarının sıravi və rəis heyətindən olan, xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində əlil olmuş şəxslər; xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər; vəzifəsi ilə əlaqədar yaşayış sahəsi almış, vəzifədən azad edilmiş, lakin həmi n sahəni verən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsməmiş şəxslər; müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi ilə əlaqədar yaxud işçilərin sayının və ya ştatının ixtisar edilməsi nəticəsində işdən çıxmış şəxslər; qocalığa görə pensiyaçılar; fərdi pensiyaçılar; xidməti yaşayış sahəsi verilmiş və ölmüş işçinin ailə üzvləri; İ və İİ qrup əmək əlilləri, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər hərbi qulluqçular və onlara bərabər tutulan şəxslər sırasından İ və İİ qrup əlillər; yalqız şəxslər və onlarla birlikdə yaşayan həddi-büluğa çatmamış uşaqlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
30. Maddə 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaş lar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır.
31. Maddə 102.2. Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.1. hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; 102.2.2. yaşa görə pensiyaçılar; 102.2.3. xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; 102.2.4. işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, peşə xəstəliyinə tutulma nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nətic əsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular.
32. Maddə 102.3. Bu Məcəllənin 102.2-ci maddəsində göstərilən vətəndaşlara müvafiq yaşayış məntəqəsinin hüdudları daxilində və ya onların yazılı razılığına əsasən digər yaşayış məntəqəsində yerləşən yaşayış sahələri verilir.
33. Maddə 102.4. Bu Məcəllənin 101.2-ci maddəsində nəzərdə tutulmuş hallarda digər yaşayış sahələri verilməklə vətəndaşların xidməti yaşayış sahələrindən və ya yataqxanalarda yaşayış sahələrindən çıxarılması müvafiq yaşayış sahələrini verən əvvəlki mülkiyyətçi və ya dövlət (bələdiyyə) orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Baxı lan işdə iddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti “Göytəpə” sərhəd dəstəsinin (2003 nömrəli hərbi hissəsinin) qapalı hərbi şəhərciyində sabiq hərbi qulluqçular və onların həmin mənzillərdə yaşayan ailə üzvləri tərəfindən xidməti mənzillərin uzun müddət ərzində təhvil verilmədiyinə istinad edərək cavabdehlər tərəfindən xidməti mənzillərin əşyaları ilə birlikdə boşaldılması və təhvil verilməsini tələb edir.
42. Cavabdehlər isə iddiaya etiraz edərək bildirirlər ki, ehtiyata buraxıldıqdan sonra səlahiyyətli orqanlar tərəfindən mənzillə təmin edilmədikləri üçün hərbi şəhərcikdə olan xidməti mənzildə yaşamağa davam etmişlər. Belə olan halda yaşadıqları xidməti mənzilin boşaldılması və təhvil verilməsinin tələb olunması qanunvericiliyə ziddir.
43. İddianı təmin edən birinci instan siya məhkəməsi qətnaməsində bəzi qanun normalarına istinad etsə də, iddianın hər bir cavabdehə münasibətdə konkret olaraq hansı maddi hüquq normasına görə əsaslı olmasını göstərməmiş, cavabdehlərin etirazlarına ümumiyyətlə hüquqi qiymət verməmişdir.
44. Apelyasiya instansiyası məhkəməsi bu nöqsanı aradan qaldırmamış, cavabdehlərin “evlə təmin edilməmələri” barədə etirazını qeyd etsə də, həmin etirazın hansı səbəbdən əsaslı olmadığını göstərmədən ümumi ifadələrlə birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlamışdır.
45. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
46. Mübahisənin düzgün həlli üçün tərəflər arasındakı mübahisəli hüquq münasibtələrinə hansı hüquq normalarının tətbiq edilməsinin müəyyən edil məsi, həmin normalarla iddianın faktiki əsasları və cavabdehlərin etirazları arasında uyğunluğun (uyğunsuzluğun) yoxlanılması və bu araşdırmanın nəticəsindən asılı olaraq hər bir mənzilə aid tələbə yekun hüquqi qiymət verilməsi vacibdir.
47. Məlum olduğu kimi, məhkəmə iddia tələbləri üzrə hüquqi dəyərləndirmə apararkən iddiaya uyğun gələn qanuni əsası tapmalı, ona bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olub-olmadığını yoxlamalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və işin müəyyən olunmuş faktiki halları müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir.
48. Mülki Prosessual Məcəllənin 2 17.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 49. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən, hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında n başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. u hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. 50. “Sərhəd mühafizə orqanları haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə əsasən, sərhəd mühafizə orqanlarının hərbi qulluqçuların Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə, “hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sərhəd mühafizə orqanlarının mənzil fondundan ayrılan mən zil sahəsi ilə təmin edilirlər. Sərhəd mühafizə orqanları ilə əlaqəsini itirmiş şəxslər hərbi şəhərciklərdən, o cümlədən xidməti mənzillərdən müvafiq icra hakimiyyəti orqanının tələbi əsasında köçürülür. 51. xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 105-ci maddəsinə əsasən, hərbi qulluqçuların ailələri; xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər; vəzifəsi ilə əlaqədar yaşayış sahəsi almış, vəzifədən azad edilmiş, lakin həmin sahəni verən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsməmiş şəxslər digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər.
52. Qüvvədə olan Mənzil Məcəlləsinin 102.2-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə mü qavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri.
53. Baxılan işdə iddianın əsaslılığı hər bir mənzil üzrə cavabdeh(lər)ə münasibətdə, eləcə də onların dəlillərinə hüquqi qiymət verilmək lə yuxarıda göstərilən və digər aidiyyəti maddi hüquq normalarının dispozisiya şərtləri əsasında yoxlanılmamış, məhkəmələrin gəldikləri nəticə əsaslandırılmamışdır. Belə olan halda məhkəmələrin hansı hüquqi dəyərləndirmə ilə cavabdehlərin etirazlarını rədd, iddianı təmin etdiklərini müəyyənləşdirmək mümkün olmur.
54. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəy yənləşdirə bilsin.
55. Məhkəmə kollegiyası vurğulayır ki, mübahisəyə yuxarıda göstərilən şəkildə hüquqi qiymət vermədən, aidiyyəti maddi hüquq normalarını yoxlamadan, sadəcə mübahisəli faktiki halları və bəzi qanunvericilik normalarını sadalayaraq iddianın həlli barədə qənaəti əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.
56. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X26 X9 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir ( § 24-25).
57. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).
58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalam aqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).
59. Qeyd olunanlara əsasən kassasiya kollegiyası bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
60. Təkrar apellyasiya baxışında tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutet mə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilibedilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.
61. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-457/2024 nömrəli, 7 mart 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qə