Məhkəmə qərarları › İş №2(102)-2288/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2288/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2288/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər:apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 dekabr 2022-ci il tarixli, 2(103)8296/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 40.972 ABŞ dolları əsas borc, 5.738 ABŞ dolları faiz borcu, 7.318 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 53.848 dolları pul vəsaitinin tutulması, Cavabdeh mülkiyyətində olan "xxxx" ASC-nə ipotekaya qoyulmuş ** GM *** dövlət qeydiyyat nişanlı “Dodge Charger” markalı minik avtomobilin açıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 fevral 2014-cü il tarixli, 2(011)251/2014 saylı qətnaməsi ilə iddia qismən t əmin edilərək, 03 oktyabr 2012-ci il tarixli, 0668 saylı kredit müqavilisi üzrə 40.972 ABŞ dolları əsas, 5.738 ABŞ dolları faiz borcunun, 1.000 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 47.710 ABŞ dolları kredit borcunun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan AZ **-GM-*** dövlət qeydiyyat nişanlı “Dodge Charger” markalı minik avtomobilinə yönəldilərək açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin hesabına kredit borcunun icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla "xxxx" ASC-nin xeyrinə ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.

3. Cavabdeh iş üzrə Bakı Şəhəri, Xətai Rayon Məhkəməsinin 12 fevral 2014-cü il tarixli, 2(011)-251/2014 saylı qətnaməsindən 27 fevral 2015-ci il tarixdə apellyasiya şikayəti verərək, buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 mart 2015-ci il tarixli, 2(011)-251/2014 saylı qərardadı ilə müddətin bərpası barədə ərizə təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

5. Cavabdeh həmin qərərdaddan apellyasiya şikayəti və apellyasiya şikayətinin verilmə müddətinin buraxılmamış hesab edilməsi ilə bağlı ərizə verərək, apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 may 2015-ci il tarixli, 2(103)3579/2015 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsi nin 19 mart 2015-ci il tarixli, 2/011)-251/2014 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. Bundan sonra Cavabdeh nümayəndəsi və vəkili Vəkil iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 fevral 2014-cü il tarixli, 2(011)-251/2014 saylı qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmamış hesab edilməsi barədə 24 oktyabr 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, müddətin buraxılmamış hesab edilməklə, apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(011)251/2014 saylı qərardadı ilə iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 fevral 2014-cü il tarixli, 2(011)-251/2014 saylı qətnaməsin dən Cavabdeh nümayəndəsi və vəkili Vəkil verdiyi apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilərək, apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 dekabr 2022-ci il tarixli, 2(103)-8296/2022 saylı qərardadı ilə apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, və şikayətin mülki işlər birlikdə Bakı Şəhəri, Xətai Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır.

10. Eyni zamanda həmin qərardadla Cavabdeh izah edilmişdir ki, müddət bərpasının təmin edilməməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 may 2015ci il tarixli qərardadını qanunla müəyyən edilmiş qaydada mübahisələndirə bilər.

11. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Cavabdeh tərəfin dən iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 fevral 2014-cü il tarixli, 2(011)-251/2014 saylı qətnaməsindən apellyasiya şikayətinin müddəti ötürülməklə verilmiş, onun müddətin bərpası ilə bağlı 27 fevral 2015-ci il tarixli ərizəsi Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 19 mart 2015-ci il tarixli, 2(011)-251/2014 saylı qərardadı ilə təmin edilməmiş, həmin qərardaddan verdiyi şikayət Bakı Apellyasiya Məhkamasi Mülki kollegiyasının 12 may 2015-ci il tarixli, 2(103)-3579/2015 saylı qərardadı ilə təmin edilməmişdir.

12. Məhkəmə kollegiyası hesab etmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 noyabr 2022-ci tarixli 2(011)-251/2014 saylı qərardadı iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 fevral 2014-cü il tarixli, 2(011)-251/2014 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiyanın mümkün hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, Cavabdeh tərəfindən müddətin heç bir üzürlü səbəb olmadan ötürməsinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 mart 2015-ci il tarixli, 2(011)-251/2014 saylı qərardadı və həmin qərardadın dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 may 2015-ci il tarixli qərardadı ilə qiymət verilmişdir. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh X (Vəkil X) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, mülki işin birinci instansiya məhkəməsinin 12 fevral 2014-cü il tarixli, 2(011)-251/2014 saylı qətnaməsindən ve rdiyi apellyasiya şikayətinə mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

14. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Cavabdeh apellyasiya şikayəti vermə müddətini üzrlü hesab edərək bərpa etsə də, apellyasiya instansiya məhkəməsi qarşı tərəfin hər hansı bir şikayəti, etirazı olmamasına baxmayaraq birinci instansiya məhkəməsinin müddətin bərpası ilə bağlı qəbul etdiyi məhkəmə aktını ləğv etmiş, apellyasiya şikayətini heç bir hüquqi əsas gətirmədən qeyri mümkün hesab etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlillləri

15. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları

16. Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

17. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir;

18. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olmas ı daxildir;

19. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kassasiya baxışının hədləri

20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Hazırda apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyindən, qərardad tam yoxlanıldı. Kassasiya instansiy ası məhkəməsinin hüquqi mövqeyi

22. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

23. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəl illəri ilə razılaşmır.

24. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Cavabdeh iş üzrə Bakı Şəhəri, Xətai Rayon Məhkəməsinin 12 fevral 2014cü il tarixli, 2(011 )-251/2014 saylı qətnaməsindən 27 fevral 2015-ci il tarixdə apellyasiya şikayəti verərək, buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə müraciət etmişdir.

25. Ərizə onunla əsaslandırılmışdır ki, qeyd olunan məhkəmə qərarı yaşadığı ünvan üzrə ailə üzvlərinə rəsmi qaydada təqdim olunsa da, eyni ünvanda yaşamadığından, adı çəkilən məhkəmə qərarı barəsində məlumat almağı mümkün olmamışdır. Yalnız Xətai Rayon İcra Şöbəsinin 04 fevral 2015-ci il tarixli avtomobilin qiymətləndirilməsinə dair məktubunu alan zaman adı çəkilən məhkəmə qərarı barədə məlumat almışdır.

26. Bakı Şəhəri, Xətai Rayon Məhkəməsinin 19 mart 2015-ci il tarixli, 2(011)251/2014 saylı qərardadı ilə müddətin bərpası barədə ərizə təmin edilməmişdir.

27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 may 2015-ci il tarixli, 2(103)3579/2015 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, iş üzrə Bakı Şəhəri, Xətai Rayon Məhkəməsinin 19 mart 2015-ci il tarixli, 2(011 )-251/2014 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

28. Göründüyü kimi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 may 2015-ci il tarixli, 2(103)- 3579/2015 saylı qərardadının olmasına baxmayaraq, Cavabdeh nümayəndəsi və vəkili Vəkil təkrar iş üzrə Bakı Şəhəri, Xətai Rayon Məhkəməsinin 12 fevral 2014-cü il tarixli, 2(011)-251/2014 saylı qətnaməsindən apellyasiya şikayə ti və apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmamış hesab edilməsi barədə 24 oktyabr 2022-ci il tarixdə ərizə ilə yenidən məhkəməyə müraciət etmiş, məhkəmə 14 noyabr 2022-ci il tarixdə yuxarıda qeyd olunan məlum qərarı qəbul etmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən halları nəzərə alaraq qeyd etmişdir ki, Cavabdeh tərəfindən iş üzrə Bakı Şəhəri, Xətai Rayon Məhkəməsinin 12 fevral 2014-cü il tarixli, 2(011)-251/2014 saylı qətnaməsindən apellyasiya şikayətinin müddəti ötürülməklə verilmiş, onun müddətin bərpası ilə bağlı 27 fevral 2015-ci il tarixli ərizəsi Bakı Şəhəri, Xətai Rayon Məhkəməsinin 19 mart 2015-ci il tarixli, 2(011)-251/2014 saylı qərardadı ilə təmin edilməmiş, həmin qərardaddan verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiy asının 12 may 2015-ci il tarixli, 2(103)-3579/2015 saylı qərardadı ilə təmin edilməmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə Bakı Şəhəri, Xətai Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(011)-251/2014 saylı qərardadı Bakı Şəhəri, Xətai Rayon Məhkəməsinin 12 fevral 2014-cü il tarixli, 2(011)-251/2014 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiyanın mümkün hesab edilməsi üçün əsas ola bilməz.

31. Belə ki, Cavabdeh tərəfindən müddətin heç bir üzürlü səbəb olmadan ötürməsinə Bakı Şəhəri, Xətai Rayon Məhkəməsinin 19 mart 2015-ci il tarixli, 2(011)-251/2014 saylı qərardadı və həmin qərardadın dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 may 2015-ci il tarixli, 2(103)-3579/2015 saylı qərardadı ilə qiym ət verilmişdir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

33. Həmin Məcəllənin 363.1.3-cü maddəsinəəsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

34. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

35. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılışıb, yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, Cavabdeh apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar olmadığından, apellyasiya instansiyası məhkəməsi onun apellyasiya şikayəti üzrə apellyasiyanı qeyri-mümkün hesab etməklə düzgün nəticəyə gəlmiş, yuxarıa sadalanan maddələrin tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 dekabr 2022-ci il tarixli, 2(103)-8296/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə mi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar