Məhkəmə qərarları › İş №2(102)-2288/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-2288/2025

03.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2288/2025 03.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı “ziynət və cehiz əşyalarının geri qaytarılması” tələbinə dair mülki iş üzrə QƏRARDADİ İş № 2(102)-2288/2025 (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, kassasiya şikayətinin verilməsi üçün dövlət rüsumu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı ziynət və cehiz əşyalarının geri qaytarılması tələbinə dair mülki iş üzrə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)2/2025 saylı, 12 mart 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:

1. İddiaçı Cavabdeh nikah dövründə iddiaçıya hədiyyə verilmiş həmin ziynət əşyalarının, eyni zamanda valideynləri tərəfindən ona verilmiş cehizin cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

2. Ordubad Rayon Məhkəməsinin (sədrlik edən hakim T.Z.Haqverdiyev) 04 iyul 2024cü il tarixli, e-2(080)-120/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh xx.xx.2022-ci il tarixdə söz hədiyyəsi olaraq verilmiş 1 ədəd qızıl üzük, 8 mart hədiyyəsi olaraq veri lmiş 1 ədəd qızıl boyunbağı, xx.xx.2022-ci il tarixdə nişan hədiyyəsi olaraq verilmiş 2 ədəd qızıl qolbaq və 1 ədəd qızıl boyunbağı, xx.xx.2022-ci il tarixdə verilmiş 1 ədəd qızıl qolbaq, xx.xx.2022-ci il tarixdə Ramazan bayramı hədiyyəsi olaraq verilmiş 1 ədəd brilyant qaşlı çiçək formalı qızıl sırğa, xx.xx.2022-ci il tarixdə Qurban bayramı hədiyyəsi olaraq verilmiş 1 ədəd brilyant qaşlı təkdaş üzük, xx.xx.2022-ci il tarixdə ad günü hədiyyəsi olaraq verilmiş 1 ədəd Bvlgari markalı ağ saat, xx.xx.2022-ci il tarixdə nikah hədiyyəsi olaraq verilmiş 1 ədəd brilyant qaşlı qızıl qolbaq, xx.xx.2022-ci il tarixdə toy hədiyyəsi olaraq verilmiş 1 ədəd ağ qızıl brilyant qaşlı dəst (dəstə 1 ədəd üzük, 1 cüt sırğa və klon ilə 1 ədəd boyunbağı daxildir), xx.xx.2022-ci il tarixdə verilmiş 1 ədəd qırmızı və ağ brilyant qaşlı dəst (dəstə 1 ədəd qolbaq, 1 ədəd üzük və 1 cüt sırğa daxildir), xx.xx.2022-ci il tarixdə hədiyyə olaraq verilmiş 1 ədəd qızıl boyunbağı, İddiaçı aid 1 cüt mirvari qaşlı qızıl sırğa, xx.xx.2023-cü il tarixdə hədiyyə olaraq verilmiş Apple markalı İphone 14 Pro Max smartfon, mətbəx mebeli, yataq dəsti, qarderob, tv stend, makyaj masası, 12 nəfərlik masa və stul, konsol, tv stend, 65 diaqonal televizor, 4 ədəd qonaq otağı çilçırağı, 6 ədəd kiçik yataq otağı çilçırağı, 2 ədəd mətbəx çilçırağı, yataq otağı, qonaq otağı və mətbəx pərdəsi, 1 ədəd 2x3 ölçülü xalça, aspirator, soyuducu, soba, mikrodalğalı soba, plitə, qabyuyan, paltaryuyan, mətbəx çanağı və kran, kiçik elektrikli mətbəx və ev əşyaları, qabqacaq və qazan dəstləri cehiz əşyalarının alınaraq İddiaçı verilməsi, İd diaçı tərəfindən iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi.qət edilmişdir.

3. Qətnamədən narazı qalan Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Ordubad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2(080)-120/2024 nömrəli qətnaməsinin qismən (zinət əşyalarının geri qaytarılması hissəsinin) ləğv edilməsini və həmin hissədə iddia tələbinin rədd edilməsinə dair yeni qərarın qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

4. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası 2(108)-2/2025 nömrəli mülki iş üzrə 12 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.K.Allahverdiyev(sədrlik edən və məruzəçi), S.M.Qarayev, M.D.Allahverdiyev) cavabdeh tərəfindən verilmiş аpеllyаsiyа şikаyəti qismən təmin еdilmiş, Ordubad Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, e-2(080)-120/2024 nömrəli qətnaməsi qismən – cavabdehdən xx.xx.2022-ci il tarixdə nişan hədiyyəsi olaraq verilmiş 2 ədəd qızıl qolbaq, xx.xx.2022-ci il tarixdə hədiyyə olaraq verilmiş 1 ədəd qızıl boyunbağı və İddiaçı aid 1 cüt mirvari qaşlı qızıl sırğanın alınıb İddiaçı verilməsi hissəsində ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş,iddia qismən təmin edilmiş və iddia xx.xx.2022-ci il tarixdə nişan hədiyyəsi olaraq verilmiş 2 ədəd qızıl qolbağ, xx.xx.2022-ci il tarixdə hədiyyə olaraq verilmiş 1 ədəd qızıl boyunbağı və İddiaçı aid 1 cüt mirvari qaşlı qızıl sırğaya aid hissədə rədd edilmiş, Ordubad Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, e-2(080)-120/2024 nömrəli qətnaməsinin qət etdi hissəsinin “xx.xx.202 2-ci il tarixdə söz hədiyyəsi olaraq verilmiş 1 ədəd qızıl üzük, 8 mart hədiyyəsi olaraq verilmiş 1 ədəd qızıl boyunbağı, xx.xx.2022-ci il tarixdə nişan hədiyyəsi olaraq verilmiş 1 ədəd qızıl boyunbağı, xx.xx.2022ci il tarixdə verilmiş 1 ədəd qızıl qolbağ, xx.xx.2022-ci il tarixdə Ramazan bayramı hədiyyəsi olaraq verilmiş 1 ədəd brilyant qaşlı çiçək formalı qızıl sırğa, xx.xx.2022-ci il tarixdə Qurban bayramı hədiyyəsi olaraq verilmiş 1 ədəd brilyant qaşlı təkdaş üzük, xx.xx.2022-ci il tarixdə ad günü hədiyyəsi olaraq verilmiş 1 ədəd Bvlgari markalı ağ saat, xx.xx.2022-ci il tarixdə nikah hədiyyəsi olaraq verilmiş 1 ədəd brilyant qaşlı qızıl qolbağ, xx.xx.2022-ci il tarixdə toy hədiyyəsi olaraq verilmiş 1 ədəd ağ qızıl brilyant qaşlı dəst (dəstə 1 ədəd üzük, 1 cüt sırğa və klon ilə 1 ədəd boyunbağı daxildir), xx.xx.2022-ci il tarixdə verilmiş 1 ədəd qırmızı və ağ brilyant qaşlı dəst (dəstə 1 ədəd qolbağ, 1 ədəd üzük və 1 cüt sırğa daxildir) sözləri göstərilən hissəsinin dəyişdirilməsi, cavabdehdən 412,50 manat dəyərində 1 ədəd Türkiyə istehsallı 585 əyarlı, üzərində 2 balaca və 1 böyük olmaqla ümumilikdə 3 top qaşdan ibarət çəkisi 3.75 qram olan qızıl üzük, 8 mart hədiyyəsi olaraq verilmiş 357,50 manat dəyərində 1 ədəd 585 əyarlı, üzərində çirkon qaşları olan çəkisi təxminən 3,25 qram olan qızıl boyunbağı, xx.xx.2022-ci il tarixdə nişan hədiyyəsi olaraq verilmiş 291,50 manat dəyərində 1 ədəd Türkiyə istehsalı 585 əyarlı, üzərində təxminən 4 çirkon qaşı olan çəkisi 2,65 qram olan qızıl boyunbağı, xx.xx.2022-ci il tarixdə verilmiş 1050,00 manat dəyərində 1 ədəd BƏƏ istehsalı 750 əyarlı, çəkisi təxminən 7,5 qram olan qızıl qolbağ, xx.xx.2022-ci il tarixdə Ramazan bayramı hədiyyəsi olaraq verilmiş 2495,00 manat dəyərində 1 cüt Bakı şəhərində hazırlanmış, çiçək formalı 750 əyarlı, ümumilikdə 105 ədəd brilyant qaşdan ibarət çəkisi 7,5 qram olan qızıl sırğa, xx.xx.2022-ci ildə Qurban bayramı hədiyyəsi olaraq verilmiş 7000 manat dəyərində əyarı 750 olan, 1 ədəd brilyant qaşlı təkdaş üzük, xx.xx.2022-ci ildə nikah hədiyyəsi olaraq verilmiş 970 manat dəyərində çəkisi 8 qram olan 1 ədəd mirvari qaşlı qızıl qolbağ, xx.xx.2022-ci il tarixdə toy hədiyyəsi olaraq verilmiş 5782,50 manat dəyərində 750 əyarlı, 425 sot karat çəkisi 15,5 qram olan 1 dəst ağ brilyant qaşlı qızıl (dəstə 1 ədəd üzük, 1 cüt sırğa və klon ilə 1 ədəd boyunbağı daxildir), xx.xx.2022-ci il tarixdə veri lmiş 6450,00 manat dəyərində əyarı 750, Bakı şəhəri istehsalı çəkisi 16 qram olan 1 ədəd ağ brilyant qaşlı dəstdən (dəstə 1 ədəd qolbağ,1 ədəd üzük və 1 cüt sırğa daxildir) ibarət olan qızıl-zinət əşyaları və 150 manat dəyərində 1 ədəd Bvlgari markalı ağ saat, qətnamə icra olunan vaxt həmin əşyalar naturada mövcud olmazsa onların ümumi dəyəri olan 24959 (iyirmi dörd min doqquz yüz əlli doqquz) manat alınıb iddiaçıya verilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

5. Qətnamədən narazı qalan Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ciil tarixli; 2(108)-2/2025 nömrəli qətn aməsinin qismən (ziynət əşyalarının geri qaytarılması hissəsində) ləğv edilməsini və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 6.Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 7.Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

8. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.

9. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apel lyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 10.408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə;

11. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu 12.8.1 və 8.1.3-cü maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 m anatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. 13.Maddə 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur.

14. Həmin Qanunun 1.1-ci maddəsinə görə dövlət rüsumu - dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razı lıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

15. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və müvafiq prosessual hərəkətlərin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. 16.İş materiallarından müəyyən olunur ki, kassasiya şikayəti verilərkən dövlət rüsumu az ödənilmişdir. 17.Belə ki, iş materialları ilə təsdiq edilir ki, İddiaçı Cavabdeh qarşı ziynət və cehiz əşyalarının geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh nikah dövründə iddiaçıya hədiyyə verilmiş həmin ziynət əşyalarının, eyni zamanda valideynləri tərəfindən ona verilmiş cehizin cavabdehdən alınıb iddiaçı ya verilməsi barədə xahiş etmişdir. Yəni iddia ərizəsi qiymətləndirilən iddia ərizəsidir. 18.Apellyasiya məhkəməsinin birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilməklə iddianı təmin etdiyi hissədə iddianın qiyməti 24959 (iyirmi dörd min doqquz yüz əlli doqquz) manat təşkil etmişdir. İş materiallarından məlum olur ki, iddianın qiyməti daha çoxdur.Lakin kassasiya şikayəti verilərkən qiymətləndirilməyən iddia ərizəsi kimi 50,60 manat dövlət rüsumu ödənilmişdir ki, bu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin tələblərinə uyğun deyil. 19.Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının MPM-in 112.1 və 112.1.2ci maddələrinə əsasən iddianın qiyməti əmlakın tələb edilməsi haqqındakı iddialarda tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir. 20.Beləliklə, kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməyərək Azərbaycan Respublikasının MPM-in 407.4-cü maddəsinin tələbinə tam əməl etməmişdir. 21.Şərh edilənlərə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi MPM-in 409-cu maddəsinin tələbinə zidd olaraq kassasiya şikayətini iş materialları ilə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərmişdir. 22.Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə qeyri-mümkün hesab edilməlidir. 23.Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmamasına görə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şika yətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. 24.Yuxarıda göstərilən hallarda kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti olduğuna görə, kassasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. 25.Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.2-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ciil tarixli; 2(108)-2/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar