Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2289/2022 10.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Cavabdeh Məhdud Məauliyyətli Cəmiyyətinə qarşı ilk, cavabdeh 2 iddiaçı qarşı qarşılıqlı tələblər barədə iş üzrə QƏRARİ (Açar sözlər: MM-nin 452-ci maddəsinin tətbiqi təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, iddiaçı Cavabdeh MMC-yə qarşı “sahiblik hüququnun müdafiəsi, mənzilə köçürülmə” tələbinə dair ilk, cavabdeh2nın iddiaçına qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddialar barədə iş üzrə Bakı Apellyasiya M əhkəməsi Mülki kollegiyasının 2(103)-11728/2021 nömrəli, 08.12.2021-ci il tarixli qətnaməsindən iddiaçı iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 10.05.2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin Halları, iş üzrə məhkəmə icraatı
1. Tərəflər arasındakı mübahisə Cavabdeh MMC tərəfindən inşa edilən ünvan ünvanında, l blok, 12-ci mərtəbədə yerləşən, 1 otaqlı, sahəsi 50,82 kv.m. olan mənzillə bağlıdır.
2. Həmin mənzilə dair 21 iyul 2009-cu il tarixdə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən MMC mənzili İddiaçı təhvil verməyi, sonuncu isə mənzili qəbul etməyi və ümumi dəyəri olan 22869 manatı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür.
3. Bundan sonra həmin mənzilə dair 04.08.2009-cu il tarixdə Cavabdeh MMC ilə cavabdeh2 arasında digər alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən MMC mənzili cavabdeh2ya təhvil verməyi, sonuncu isə mənzili qəbul etməyi və ümumi dəyəri olan 20328 manatı ödəməyi öhdəsinə götürmüşdür.
4. Cavabdeh MMC-nin direktoru olmuş XXX tərəfindən eyni mənzillərin bir neçə şəxsə satılması (o cümlədən ünvan ünvanında, l blok, 12-ci mərtəbədə yerləşən, 1 otaqlı, sahəsi 50,82 kv.m. olan mənzilin 21 iyul 2009-cu il tarixli müqavilə ilə İddiaçı, 04.08.2009cu il tarixli müqavilə ilə cavabdeh2ya satılması) barədə çoxsaylı faktlar əsasında onun barəsində cinayət işi başlanmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin 29.07.2013- cü il tarixli hökmü ilə Cavabdeh MMC-nin direktoru olan XXX Azərbaycan Respublikası CM-nin 178.3.1 və 178.3.2-ci maddələri ilə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
5. Həmin hökmlə müəyyən olunmuşdur ki, X17 ünvanında inşa etdirdiyi binanın 1-ci blok 12-ci mərtəbəsində bir otaqlı 50,82 kv.metrlik nömrəsiz mənzili 21.07.2009-cu il tarixdə 258 saylı müqavilə ilə mühasib XXX vasitəsilə İddiaçı 22869 manata, 04.08.2009ci il tarixli 262 saylı müqavilə ilə X7 15350 manata sataraq onların ümumilikdə 38219 manat pullarını ələ keçirib təkrar dələduzluq etmişdir. Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh MMC-yə qarşıcavabdehin ünvan ünvanda tikdiyi yaşayış binasının 1-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 50,82 kv.m olan bir otaqlı mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilə köçürülmə, mənzilin boşaldılaraq on a təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, 21.07.2009-cu il tarixdə Cavabdeh MMC ilə alqı-satqı müqaviləsi bağlayaraq ünvan ünvanda l-ci blok 12-ci mərtəbədə l otaqlı sahəsi 50.82 kv.m olan mənzilin dəyərini ödəməklə, müqavilə əsasında almışdır. Təmir üçün də imkanı olmadığından binaya getməmişdir. Binada idarəçilikdə bir neçə sahib dəyişmişdir. Odur ki, mənzil hüquqlarının məhkəmə qaydasında müdafiə edilməsi üçün müraciət etməyə zərurət yaranmışdır.
8. İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, X5 cavabdeh qismində işə cəlb edilməklə, Cavabdeh MMC ilə cavabdeh2 arasında 04.08.2009-cu il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, Ca vabdeh MMC və cavabdeh2 tərəfindən Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanda tikdiyi yaşayış binasının 1-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 50,82 kv.m olan bir otaqlı mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. X2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçılə Cavabdeh MMC arasında bağlanmış 21.07.2009-cu il tarixli müqavilənin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, X10 ilə Cavabdeh MMC arasında bağlanmış 04.08.2009-cu il tarixli müqaviləyə əsasən ünvan ünvanında tikilən yaşayış binasının 1-ci blok 12-ci mərtəbəsindəki 1 otaqlı 50,82 kv.m mənzil hər kv.m 400 manat olmaqla cəmi 20.328 manata cavabdeh2ya satılmışdır. Alıcı mən zilin qiymətini tamamilə ödəmişdir. Onlar mənzili təmir etdirərək orada yaşayırlar. Mənzilin kommunal xidmət haqlarını da onlar ödəyirlər. Cavabdeh MMC-nin rəhbərlərinin qanunsuz əməlləri ilə bağlı aparılan istintaq zamanı o, cavabdeh2nın nümayəndəsi kimi AR DİN-ə şahid kimi dəvət almışdır. X15 mənzilin sənədlərini - müqavilə, ödəniş qəbzləri və s. tanış olduqdan və onu sorğu-sual etdikdən sonra bildirmişdir ki, onların mənzillə bağlı problem yoxdur və zərərçəkmiş şəxs kimi tanınmağına da ehtiyac yoxdur. 2019-cu il mayın 14-də ilk dəfə məhkəmə iclasında iştirak edərkən məlum olmuşdur ki, mənzil 2009-cu il 21 iyul tarixli başqa bir müqaviləyə əsasən guya iddiaçıya da satılmışdır. Onların müqaviləsindən 14 gün qabağa rəsmiləşdirilmiş müqavilədə mənzilin hər kv.m. qiyməti 450 manat göstərilmi şdir. Hesab edir ki, iddiaçı ilə MMC arasında bağlanmış müqavilə etibarsızdır. Mənzil almış şəxslər Cavabdeh MMC və "xxxx" MMC-yə qarşı iki dəfə məhkəməyə müraciət edərək satılmış mənzillərin və qeyri-yaşayış sahələrinə dair və mülkiyyət hüquqlarının tanınması, mənzillərin açarlarının təhvil verilməsi və maneələrin aradan qaldırılmasını tələb ediblər. Birinci dəfə Xətai Rayon Məhkəməsinin 25.04.2013-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. İkinci dəfə cavabdeh2nın olduğu iddiaçıların iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Xətai Rayon Məhkəməsinin 07.12.2012-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Səbəb bu olmuşdur ki, MMC-nin rəhbərliyi iddiaçıların hər birindən əlavə 2.000 manat pul istəmiş, sakinlər bu məbləği verməkdən imtina etdiyinə görə MMC-nin hüquqşünası rə hbərliyin göstərişi ilə iddia ərizəsinin qaytarılması barədə məhkəməyə ərizə vermişdir. Hər iki halda İddiaçı mənzil alanların tərkibində göstərilməmişdir. İddiaçı 10 il ərzində mənzillə bağlı heç bir orqana müraciət etməmişdir. "xxxx" MMC-nin tərtib etdiyi “ünvan ünvanında yerləşən 14 mərtəbəli yaşayış, 2 mərtəbəli qeyri-yaşayış binası sakinlərinin Siyahısı”nda da mübahisəli 80 saylı mənzilin sahibi kimi cavabdeh2 göstərilmişdir.İddiaçının məhkəməyə təqdim etdiyi mənzil alqı-satqı müqaviləsinin saxtalığı də onunla sübut olunur ki: a) mənzilin dəyərinin ödənilməsi barədə iddiaçının ödəniş qəbzində möhür yoxdur; b) binanın tikintisinin gedişində mənzillərin satış qiyməti adətən yüksələn xətlə gedir. İddiaçı guya mənzili bizdən 14 gün qabaq alıb, lakin onların müqaviləsində hər kv.m. qiyməti 400 manat, onun müqaviləsində isə 450 manat göstərilmişdir. Müqavilənin daha əvvəlki tarixə yazılması məhkəmə praktikasında daha əvvəl bağlanmış müqaviləyə üstünlük verilməsi ilə bağlıdır; c) Cavabdeh MMC-nin direktoru XXX həbs edildikdən sonra onun qohumu X16 da mənzil satışı ilə məşğul olmuşdur. Bununla bağlı mənzillərin bir neçə şəxsə satılması ilə bağlı çoxlu faktlar var və müxtəlif məhkəmələrin icraatında yüzlərlə mübahisələrə baxılmış və baxılmaqdadır; d) ilk iddia üzrə İddiaçı təqdim etdiyi sənədlərdə - müqavilə, arayış və qəbzdə XXX imzaları birbirindən fərqləndiyinə görə onların həqiqiliyi də şübhə doğurur. İlkin iddia üzrə iddia ərizələrində onların müqaviləsinin etibarsız sayılması tələb olunsa da, müqavilənin etibarsızlığının nədən ibarət olması, hansı qanuna, konkret olaraq h ansı maddəyə əsasən müqavilənin ləğv edilməli olması göstərilməmişdir.
11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4907/2012 saylı, 07.12.2012-ci il tarixli qərardadı ilə iddiaçılar X5 və qeyrilərinin cavabdeh "xxxx" MMC-yə qarşı ünvan ünvanında yerləşən yaşayış evində mənzillərin onlara təhvil verilməsi, maneələrin aradan qaldırılması, açarların onlara təhvil verilməsinin cavabdehə tapşırılması barədə iddia ərizələri geri qaytarılmışdır.
12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03.06.2019-cu il tarixli qərardadı əsasında təyin edilmiş sənədlərin məhkəmə-texniki ekspertizasının 17321/17322 saylı, 16.08.2019-cu il tarixli rəyindən görünür ki, təqdim edilmiş ünvan ünvanında yerləşən yaşayış evinin 1-ci blok, 12-ci mərtəbəsində, ümumi sahəsi 50,82 kv.metr olan 1 otaqdan ibarət mənzilə dai r Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış 21.07.2009-cu il tarixli 258 nömrəli müqavilədə, həmin şəxsə verilmiş 22.09.2010-cu il tarixli 1/30 nömrəli maliyyə arayışında, Cavabdeh MMC ilə X11 arasında bağlanmış 04.08.2009-cu il tarixli 262 nömrəli müqavilədə olan möhür əksləri relyef klişe vasitəsilə vurulmuşdur. Həmin möhür əksləri öz aralarında eynilik təşkil edirlər. Rəyin 3-cü bəndində göstərilən səbəblə əlaqədar olaraq qərardadda göstərilən müqavilələrin arxa tarixə tərtib edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır.
13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03.06.2019-cu il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının 17186 saylı, 20.08.2019-cu il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, X8 tərtib olunmuş 04.08.2009-cu i l tarixli 495 saylı, 12.10.2009-cu il tarixli 510 saylı, 29.10.2009-cu il tarixli 527 saylı, 21.11.2009-cu il tarixli 549 saylı kassa mədaxil orderlərinin qəbzlərində “Rəhbər” qrafalarındakı imzalar - eyni şəxs tərəfindən icra olunmuşdir. Ekspertizaya təqdim edilmiş, X6 adına tərtib edilmiş 15.03.2010-cu il tarixli 61 saylı, 19.05.2010-cu il tarixli 94 saylı, 13.06.2010-cu il tarixli 107 saylı, 02.07.2010-cu il tarixli 110 saylı, 15.07.2010-cu il tarixli 176 saylı, 13.09.2010-cu il tarixli nömrəsiz, 01.10.2010-cu il tarixli 238 saylı, 10.12.2010-cu il tarixli 311 saylı kassa mədaxil orderlərinin qəbzlərindəki “Rəhbər” qrafalarındakı imzalar eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş X8 tərtib olunmuş 04.08.2009-cu il tarixli 495 saylı, 12.10.2009-cu il tarixli 510 sa ylı, 29.10.2009-cu il tarixli 527 saylı, 21.11.2009-cu il tarixli 549 saylı kassa mədaxil orderlərinin qəbzlərində “Rəhbər” qrafalarındakı imzalar ilə X6 adına tərtib edilmiş 15.03.2010-cu il tarixli 61 saylı, 19.05.2010-cu il tarixli 94 saylı, 13.06.2010-cu il tarixli 107 saylı, 02.07.2010- cu il tarixli 110 saylı, 15.07.2010-cu il tarixli 176 saylı, 13.09.2010-cu il tarixli nömrəsiz, 01.10.2010-cu il tarixli 238 saylı, 10.12.2010-cu il tarixli 311 saylı kassa mədaxil orderlərinin qəbzlərindəki “Rəhbər” qrafalarındakı imzalar - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, ünvan ünvanda yerləşən yaşayış evinin 1-ci blok, 12-ci mərtəbəsində, ümumi sahəsi 50,82 kv.metr olan, 1 otaqdan ibarət mənzilə dair Cavabdeh MMC ilə X10 arasında olan 04.08.2009-cu il tarixli müqavilədə Cavabdeh MMC-nin direktoru:” qrafasında “XXX” yazıları qarşısındakı imza ilə nəticənin“1.1.” və “1.2.” bəndlərindəki imzalar öz aralarında - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, ünvan ünvanda yerləşən yaşayış evinin 1- ci blok, 12-ci mərtəbəsində, ümumi sahəs 50,82 kv.metr olan, 1 otaqdan ibarət mənzilə dair “XXX MMC” ilə İddiaçı arasında olan 21.07.2009-cu il tarixli 258 nömrəli müqavilədə Cavabdeh MMC-nin direktoru: “qrafasında “XXX” yazıları qarşısındakı imza ilə İddiaçı adına tərtib olunmuş 22.09.2010-cu il tarixli 1/3 nömrəli maliyyə arayışında “XXX” yazıları qarşısındakı imza – müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, ünvan ünvanda yerləşən yaşayış evinin 1-ci blok, 12-ci mərtəbəsində, ümumi sahəsi 50,8 2 kv.metr olan, 1 otaqdan ibarət mənzilə dair "xxxx" MMC ilə X10 arasında olan 04.08.2009-cu il tarixli müqavilədə Cavabdeh MMC-nin direktoru:” qrafasında “XXX” yazıları qarşısındakı imza, nəticənin “1.1.” və “1.2.” bəndlərindəki imzalar, ünvan ünvanda yerləşən yaşayış evinin 1-ci blok, 12ci mərtəbəsində, ümumi sahəs 50,82 kv.metr olan, 1 otaqdan ibarət mənzilə dair “XXX MMC” ilə İddiaçı arasında olan 21.07.2009-cu il tarixli 258 nömrəli müqavilədə Cavabdeh MMC-nin direktoru:” qrafasında “XXX” yazıları qarşısındakı imza İddiaçı adına tərtib olunmuş 22.09.2010-cu il tarixli 1/30 nömrəli maliyyə arayışında “XXX” yazıları qarşısındakı imza öz aralarında - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur.
14. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2900/2019 nömrəli 18.09.2019cu il tarixli qətn aməsi ilə (hakim N.Misirzadə) İddiaçı Cavabdeh MMC-yə və X7 qarşı cavabdehlər arasında 04.08.2009-cu il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh MMC və cavabdeh2 tərəfindən ünvanda tikdiyi yaşayış binasının 1-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 50,82 kv.m olan bir otaqlı mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə ilkin iddiası rədd edilmiş, Qarşılıqlı iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh MMC arasında 21 iyul 2009-cu il tarixdə bağlanmış 258 saylı müqavilə etibarsız sayılmış, 22869 (iyirmi iki min səkkiz yüz altmış doqquz) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
15. Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-129/2013 saylı, 29.07.2013-cü il tarixli hökmü ilə X13 Azərbaycan Respublikası CM-nin 178.3.1 və 178.3.2-ci maddələri ilə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən həmçinin görünür ki, XXX ünvanında inşa etdirdiyi binanın 1-ci blok 12-ci mərtəbəsində bir otaqlı 50,82 kv.metrlik nömrəsiz mənzili 21.07.2009-cu ildə 258 saylı müqavilə ilə mühasib XXX vasitəsilə X14 22.869 manata, 04.08.2009-il tarixli 262 saylı müqavilə ilə X7 15.350 manata sataraq onların ümumilikdə 38.219 manat pullarını ələ keçirib təkrar dələduzluq etmişdir.
16. Qeyd edilən hökmdən (hökmün 25-ci səhifəsi) görünür ki, məhkəməxəttşünaslıq ekspertizasının 22.08.2012-ci il tarixli 13275 saylı rəyiilə müəyyən olur ki, İddiaçı verilmiş 21.07.2009-cu il tarixli 258 saylı alqı-satqı müqaviləsində “direktor” qrafasındakı imza XXX tərəfindən icra olunmuşdur.
17. Yenə həmin hökmdən görünür ki, ekspertizaya təqdim edilmiş X9 verilmiş 311 saylı 10.12.2010-cu il tarixli kassa mədaxil orderində “baş mühasib” qrafasındakı imza, 176 saylı 15.07.2010-cu il tarixli kassa mədaxil orderində “baş mühasib” qrafasındakı imza, 110 saylı 02.07.2010-cu il tarixli kassa mədaxil orderində “baş mühasib” qrafasındakı imza, 107 saylı 13.06.2010-cu il tarixli kassa mədaxil orderində “baş mühasib” qrafasındakı imza, 94 saylı 19.05.2010-cu il tarixli kassa mədaxil orderində “baş mühasib” qrafasındakı imza,61 saylı 15.03.2010-cu il tarixli kassa mədaxil orderində “baş mühasib” qrafasındakı imza, 549 saylı 21.11.2009-cu il tarixli kassa mədaxil orderində “baş mühasib” qrafasında kı imza, 527 saylı 29.10.2009-cu il tarixli kassa mədaxil orderində “baş mühasib” qrafasındakı imza, 510 saylı 12.10.2009-cu il tarixli kassa mədaxil orderində “baş mühasib” qrafasındakı imza, 495 saylı 04.08.2009-cu il tarixli kassa mədaxil orderində “baş mühasib” qrafasındakı imza İddiaçı verilmiş 396 saylı 21.07.2009-cu il tarixli kassa mədaxil orderində “baş mühasib” qrafasında imza XXX tərəfindən icra olunmuşdur.
18. İddiaçı X4 nümayəndəsi və vəkili İbrahimxəlil Hüseynovun məhkəməyə ünvanladığı 12.09.2019-cu il tarixli ərizədən görünür ki, iddia müddətinin tətbiq edilərək, iddianın rədd edilməsini xahiş etmişdir.
19. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, mübahisə predmeti olan ünvan ünvanda tikdiyi yaşayış binasının 1-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 50,82 kv.m olan bir otaqlı m ənzillə bağlı 14 gün əvvəl, 21.07.2009-cu il tarixdə Cavabdeh MMC ilə İddiaçı arasında müqavilə bağlanmış olsa da, qeyd edilən mənzil Cavabdeh MMC ilə cavabdeh cavabdeh2 arasında 04.08.2009-cu il tarixdə müqavilə bağlandıqdan sonra, sonuncunun sahibliyində və istifadəsində olmuş, o cümlədən cavabdeh cavabdeh2 həmin mənzildə yaşamış və hazırda da yaşayır.
20. Məhkəmə araşdırılması zamanı həmçinin müəyyən olunmuşdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-129/2013 saylı cinayət işi üzrə hökmü 29.07.2013-cü il tarixdə qəbul edildiyindən İddiaçı mübahisəli mənzilin eyni zamanda başqa şəxsə də satılmasını ən azı 2013-cü ilin iyul ayından əvvəl bilmişdir. Məhkəmə bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrin in tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.
21. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab etmişdir ki, əqdin etibarsız hesab edilməsi məsələləri ilə əlaqədar iddia müddəti əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən başlandığından, İddiaçı əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 1 il müddətində, digər tələblərlə bağlı isə 6 il müddətində məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, qeyd edilən müqavilənin mövcudluğu İddiaçı ən azı 2013-cü ilin iyul ayından əvvəl (halbuki, həmin vaxtdan xeyli müddət əvvəl ona məlum olmuşdur) məlum olmasına baxmayaraq, hazırki ilkin iddia tələbi ilə 16.01.2019-cu il tarixdə, “müqavilənin etibarsız hesab edilməsi” barədə (iddia ərizəsinə əlavə) tələblə isə 14.05.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Bununla da, İddiaçı mövcud ilkin iddia tələbi (iddia ərizəsinə əlavə) üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür.
22. Məhkəmə eyni zamanda hesab etmişdir ki, mübahisəli mənzilə dair cavabdeh "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış müqavilə etibarsız hesab edildiyindən, ondan irəli gələn məsələlər həll edilərək, satıcının və alıcının hüquqi statusu ilkin vəziyyətə qaytarılmalı və iddiaçını n həmin mənzilə dair Cavabdeh MMC-yə ödədiyi pul vəsaiti ona qaytarılmalıdır.
23. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337, 347, 354, 373,375, Mülki Prosessual Məcəlləsinin 14, 77,217-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
24. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2900/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermişdir.
25. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Mübahisəli mənzil ilkin olaraq 21 iyul 2009-cu il tarixdə ona satıldığına görə mənzil ona təhvil verilməlidir.
26. Bakı Apellyasiya Məhkəmə si Mülki kollegiyasının 2(103)-13840/2019 nömrəli 10 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanov (sədrlik edən və məruzəçi), E.Nəbiyev və A.Hüseyn) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2900/2019 saylı mülki iş üzrə qəbul etdiyi 18 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İlk iddia qismən təmin edilmiş, ünvan ünvanında, l blok, 12-ci mərtəbədə yerləşən,1 otaqlı, sahəsi 50,82 kv.m olan mənzil cavabdeh X10 tərəfindən boşaldılaraq, İddiaçı təhvil verilməsi, İddiaçı həmin mənzilə istifadə və sahiblik hüququnun tanınması və onun həmin mənzilə köçürülməsi, ilk iddianın qalan hissədə qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.
27. Məhkəmə kollegiyası hesab etmişdir ki, mənzilə dair ik i müqavilə bağlanmışdır. Birinci müqavilə 21 iyul 2009-cu il tarixdə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh MMC həmin mənzili İddiaçı təhvil verməyi, sonuncu isə mənzili qəbul etməyi və ümumi dəyəri olan 22869 manatı Cavabdeh MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC tərəfindən verilmiş 22.09.2010-cu il tarixli arayışa əsasən İddiaçı tərəfindən həmin mənzilin dəyəri tam ödənilmişdir. İkinci müqavilə isə 04.08.2009-cu il tarixdə Cavabdeh MMC ilə X10 arasında bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh MMC həmin mənzili X7 təhvil verməyi, sonuncu isə mənzili qəbul etməyi və ümumi dəyəri olan 20328 manatı Cavabdeh MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə mahiyyət etibarı ilə podrat müqaviləsidir. Çünki Cavabdeh MMC mübahisəli mənzili inşa edərək i ddiaçıya təhvil verməyi, sonuncu isə həmin mənzilin dəyərinin ödənilməsini öz üzərinə götürmüşdür. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Qeyd olunan maddələrdən müəyyən olunur ki, podratçı özünün əldə etdiyi materiallardan hazırladığı və sifarişçiyə verilənədək özünə məxsus olan əşyanı sifarişçinin mülkiyyətinə verməlidir. Podrat müqaviləsi bağla nılan vaxt əmlak hazırlanmışdırsa alqı-satqı qaydaları tətbiq edilir. Həmin qaydaları tənzimləyən Mülki Məcəllənin 567-ci maddəsində isə təsbit olunmuşdur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qeyd olunan maddədən müəyyən olunur ki, satıcı özünə məxsus əşyanı alıcının mülkiyyətinə verməli, alıcı isə həmin əşyanı qəbul edib onun əvəzini ödəməlidir. Hazırkı işdə də iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək mənzilin ümumi dəyərini Cavabdeh MMC-yə ödəmişdir. Belə olan halda isə, o, həmin mənzilə istifadə və sahiblik hüquqlarının tanınmasını tələb etməkdə haqlıdır və ona görə də, həmin hissələrdə ilk iddia əsaslıdır.
28. Bundan baş qa kollegiya qeyd etmişdir ki, cavabdeh cavabdeh2nın mənzildən çıxarılması barədə ilk iddia tələblərinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) mübahisəli əmlakın mülkiyyətçisi olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Yalnız həmin şərtlərin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. Hazırkı işdə də qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, işin mübahisəsiz halına görə həmin mənzil cavabdeh cavabdeh2nın sahibliyindədir. Həmin sahiblik isə qanunsuzdur. Çünki mübahisəli mənzilə dair ilk öncə 21 iyul 2009-cu il tarixdə iddiaçı ilə müqavilə bağlanmış, daha sonra isə həmin müqavilə ləğv və ya etibarsız hesab edilmədən 04.08.2009-cu il tarixdə həmin mənzil cavabdeh cavabdeh2ya satılmışdır. Göründüyü kimi Cavabdeh MMC faktiki olaraq mülkiyyətində olmayan əşya (mənzil) barəsində sərəncam verməklə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla X10 ilə etibarsız, hazırkı halda isə əhəmiyyətsiz əqd bağlamışdır.
29. Apellyasiya məhkəməsi daha sonra bildirmişdir ki, Qarşılıqlı iddia isə aşağıdakılara görə əsassızdır. Belə ki, X10 mübahisəli mənzilə dair Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış müqaviləni mübahisələndirmişdir. X10 həmin mənzil üzərində hər hansı bir hüquqa sahib olmalıdır ki, həmin müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malik ol sun. Lakin yuxarıda qeyd olunanlara əsasən müəyyən olundu ki, Cavabdeh MMC ilə X10 arasında bağlanmış müqavilə özü-özlüyündə etibarsız (əhəmiyyətsiz) əqddir. Belə olan halda isə onun həmin mənzil üzərində hər hansı bir hüququ yoxdur.
30. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən MM-nin 139, 152, 337, 351,354, 373,385,398,452, 567, 752, MPM-nin 82-ci maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat
31. Cavabdeh cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)13840/2019 saylı 10 dekabr 2019 tarixli qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
32. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmiş, iş üzrə ziddiyətli nəticəyə gəlinmişdir. Apellyasiya məhkəməsi mübahisəyə hüquqi qiymət verərkən tərəflər arasında bağlanılmış müqavilələrin podrat müqaviləsi olduğunu qeyd etsə də, həmin müqaviləyə iddia müddətinin tətbiqinin yolverilməz olması barədə əsassız nəticəyə gəlmişdir. Halbuki, ilk iddiaçı mübahisəli mənzilin eyni zamanda başqa şəxsə satıldığından məlumatlı olmasına baxmayaraq bununla bağlı heç bir tələbi olmamış və 10 ildən sonra hazırki tələbini irəli sürmüşdür.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər G.Quliyev (sədrlik edən və məruzəçi), İ.Xələfov və Z.Əliyev) 2(102)-3955/2020 nömrəli 7 oktyabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti tə min edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
34. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş hökmlə Cavabdeh MMC-nin direktoru olan XXX eyni mənzili həm ilk idda üzrə iddaçıya, həm də qarşılıqlı iddia üzrə iddiaçıya satmaqla onlara məxsus pul vəsaitlərinin ələ keçirməklə dələduzluq etdiyi müəyyən edilmişdir. Yəni, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə tərəflər eyni statuslu zərərçəkmiş kimi tanınmışdır ki, həmin hökmlə də hər hansı tərəfin mübahisəli mənzilə münasibətdə üstün hüququ olması müəyyən edilmir. Bu halda, Cavabdeh MMC ilə qarşılıqlı iddiaçı arasında bağlanmış müqavilənin ə həmiyyətsiz əqd olması barədə gəlinən nəticə əsassızdır.
35. Məhkəmə öz mövqeyini əsaslandırarkən MM-nin 337, 452-ci maddələrə istinad etmişdir. Apellyasiya inmstansiyası məhkəməsində ikinci icraat
36. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-896/2021 nömrəli 17.02.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik edən və məruzəçi), E.Mehdiyev və Ş.Məmmədova) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli, 2(011)2900/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İlk iddia qismən təmin edilmiş, ünvan ünvanında 1-ci blok, 12-ci mərtəbədə yerləşən 1 otaqlı, sahəsi 50.82 kv.m olan mənzil cavabdeh X10 tərəfindən boşaldılaraq, İddiaçı təhvil verilm əsi, İddiaçı həmin mənzilə sahiblik və istifadə hüququ tanınması və o, həmin mənzilə köçürülməsi, İlk iddia qalan hissədə və qarşılıqlı iddia təmin edilmədən saxlanılması qət edilmişdir.
37. Apellyasiya məhkəməsi mənzilin ilk iddiaçıya təhvil verilməsi ilə bağlı hüquqi dəyərləndirməsi əvvəlki apelasiya icraatının dəyərləndirməsiilə eynilik təşkil etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, mənzil İddiaçı sifarişi və maliyyəsi ilə onun üçün inşa olunub, iqtisadi mənada onun əmlakıdır. Mənzilin X7 verilməsi İddiaçı əmlakının başqasına verilməsi kimi qiymətləndirilir. Bu cür münasibətləri Mülki Məcəllənin 452-ci maddəsi deyil, Cinayət Məcəlləsinin 178-ci maddəsi tənzimləyir. Göründüyü kimi, 2-ci müqaviləni bağlayaraq mənzili X7 verməkdə podratçının məqsədi daha çox qazanc əldə etmək ol muşdur.
38. Məhkəmə öz mövqeyini əsaslandırarkən MM-nin 337, 351, 373-cü maddələrə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsində ikinci icraat
39. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-896/2021 saylı 17.02.2021-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 kassasiya şikayəti vermişdir.
40. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi göstərilən nəticələrə gələrkən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Buna görə də kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, yenidən baxılması üçün həmin m əhkəməyə göndərilməlidir. Apelyasiya instansiyası məhkəməsi maddi hüquq normasının tətbiqi zamanı iş üzrə kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında ifadə olunmuş hüquqi mövqeləri nəzərə almamışdır. Beləki, Ali Məhkəmənin Mülki Kollegiyası hazirki iş üzrə 07 oktyabr 2020-ci il tarixli qərarında göstərmişdi ki, MMC ilə həm ilk iddia üzrə iddiaçı, həm də qarşılıqlı iddia üzrə iddiaçı arasında bağlanmış müqavilələr eyni formada, eyni məzmunda, alıcıların iradə ifadəsinə, əqdin məzmununa uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlanmışdır. Bununla bərabər, qanuni qüvvəyə minmiş hökmlə həm ilk iddia üzrə iddiaçı, həm də qarşılıqlı iddia üzrə iddiaçının eyni qaydada Cavabdeh MMC-nin direktoru olan XXX tərəfindən aldadılmaqla, müqavilə üzrə məbləğlərin ələ keçirilməsi müəyyən edil mişdir. İşin digər bir mübahisələndirilməyən halı ondan ibarətdir ki, yuxarıda qeyd edildiyi kimi, qanuni qüvvəyə minmiş hökmlə Cavabdeh MMC-nin direktoru olan XXX eyni mənzili həm ilk idda üzrə iddaçıya, həm də qarşılıqlı iddia üzrə iddiaçıya satmaqla onlara məxsus pul vəsaitlərinin ələ keçirməklə dələduzluq etdiyi müəyyən edilmişdir. Yəni, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə tərəflər eyni statuslu zərərçəkmiş kimi tanınmışdır ki, həmin hökmlə də hər- hansı tərəfin mübahisəli mənzilə münasibətdə üstün hüququ olması müəyyən edilmir. Bu halda, Cavabdeh MMC ilə qarşılıqlı iddiaçı arasında bağlanmış müqavilənin əhəmiyyətsiz əqd olması barədə gəlinən nəticə ümumiyyətlə əsassızdır.
41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər İ.Şəfiyev (sədrlik edən və məruz əçi), V.Həsənov və Ə.Əhmədov) 2(102)-4896/2021 nömrəli 28 sentyabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
42. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh MMC mübahisəli mənzili həm ilk iddia üzrə iddiaçıya, həm də qarşılıqlı iddia üzrə iddiaçıya təhvil vermək barədə öhdəlik götürmüşdür. Mülki Məcəllənin 452-ci maddəsi ilə fərdi-müəyyən əşyanı vermək öhdəliyinin icra edilməməsinin nəticələri müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınması nı və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Deməli, mənzilə mülkiyyət hüququnu əmlaka dair hüquq yaradan müqaviləni birinci bağlamış şəxs əldə edir. Eyni zamanda, əmlakın dəyərini ödəmiş şəxsin tələb hüququ əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Qeyd olunan hüquq normasında “mülkiyyət hüququ ilə verilmə” anlayışı əmlak üzərində sərəncam vermək hüququnu yaradan hüquqmüəyyənedici sənədə əsasən mülkiyyətə verilmə ilə bərabər, daşınmaz əmlakın dövlət reyestri ndə qeydə alınmayan sahiblik və istifadəyə verilməni də əhatə edir. Həmin maddənin tələblərinə görə mənzil qarşılıqlı iddiaçının sahibliyinə və istifadəsinə verildiyindən iddiaçının həmin mənzili tələb hüququ aradan qalxmış olur. Yuxarıda qeyd edildiyi kimi, mübahisəli mənzilin qarşılıqlı iddiaçının sahibliyinə və istifadəsinə verilməsi işin mübahisələndirilməyən halıdır. Bu halda həmin maddənin hazırki mübahisəyə aid olmaması barədə gəlinən nəticə də əsassızdır.
43. Bundan başqa məhkəmə qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi yenidən işə baxarkən tərəflərin arasında bağlanmış müqavilələri yenə də podrat müqaviləsi kimi qiymətləndirmiş, iddiaçı və cavabdeh2 müqavilə tərəfi kimi sifarişçi, "xxxx" MMC-nin isə podratçı olduğunu müəyyən etmişdir. Məhkəmənin qənaətinə görə işə yenid ən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
44. Kassasiya instansiyası məhkəməsinin mübahisə ilə bağlı mövqeyi belə olmuşdur: “...əvvəla tərəflərin arasında bağlanmış 21.07.2009-cu il və 04.08.2009-cu il tarixli müqavilələrdə tərəflər özlərini “alıcı” və “satici” qismində tanımışdır. Müqavilə subyektlerinin mülki dövriyyədə hansı sifətdə iştirak etməsi onların iradəsindən asılıdır və təbii ki, müqavilə əsasında yaratmaq istədikləri məhz “alicı” və “satıcı” olaraq münasibətlərə girdiyi, buna uyğun hüquq və vəzifələr müəyyən edən alqı-satqı müqaviləsi bağlaması şübhəsizdir. X10 ilə Cavabdeh MMC-nin arasında bağlanmış müqavilədə X1 əsasında mənzilin tikilib ona təhvil veriləcəyi qeyd olunmayıb. Əksinə müqavilənin 1-ci bəndində qeyd olunmuşdur ki, “alıcı”, “XXX" MMC-nin ünvanda tikəcəyi yaşayış binasının 1-ci blok 12-ci mərtəbəsindən 1 otaqlı mənzil almaq üçün “satıcı”ya müraciət edir və tərəflər arasında bu müqavilə bağlanır. Göründüyü kimi tərəflərin iradəsi aralarında alqısatqı müqaviləsi bağlanmasına yönəlmişdir. Bu halda həmin müqavilənin alqı-satqı müqaviləsi deyil, podrat müqaviləsi kimi qiymətləndirilməsi barədə gəlinən nəticə, Mülki Məcəllənin 404-cü maddəsində müəyyən olun muş müqavilənin təfsiri qaydalarına əsaslanmalıdır. Belə ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adatlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (Mülki Məcəllənin 404.1 ve 404.2-ci maddələri). Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir (Mülki Məcəllənin 404.3-404.5-ci maddələri). Məhkəmə təcrübəsində analoji mübahisələr məhz Mülki Məcəllənin 452-ci maddəsinin müddəaları əsasında həll olunur...” Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
45. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-11728/2021 nömrəli, 08.12.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsin in 2(011)-2900/2019 saylı iş üzrə 18 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
46. Apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyasının maddi hüququn tətbiqi ilə bağlı göstərişlərini icra edərək mübahisəyə hüquqi dəyərləndirməni həmin qərarda qeyd olunan qaydada aparmış, mübahisəli mənzilin fərdi-müəyyən əşya kimi cavabdehə təhvil verilməsini, onun mənzili təmir edərək uzun illərdir orada yaşamasını nəzərə alaraq 1-ci instansiyaməhkəməsinin mübahisə ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır.
47. Məhkəmə öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 337, 347, 373, 452ci maddələrə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakıçılarının izahatları Kassasiya şikayətini n dəlilləri
48. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11728/2021 saylı 08.12.2021-ci il tarixli qətnaməsindən iddiaçı (vəkil İddiaçı) tərəfindən kassasiya şikayəti verilmişdir.
49. Kassator şikayətində bildirmişdir ki, işdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-129/2013-cü il tarixli, 29.07.2013-cü ildə Hökmündə istinad edilən Məhkəmə xəttşünaslıq ekspertizasının 22.08.2012-ci il tarixli, 13275 saylı rəyində müəyyən olunur ki, iddiaçı iddiaçına verilmiş 21.07.2009-cu il tarixli 258 saylı alqı-satqı müqaviləsində direktor qrafasındakı imza "xxxx" MMC-nin qanunu təsisçi və direktoru mərhum XXX tərəfindən icra olunmuşdur. Eyni zamanda hökmdən görünür ki, keçirilmiş xəttşünaslıq ekspertiza rəyində iddiaçına verilmiş kassa mədaxil orderlərində baş mühasib qarşısında qoyulan imzaların Cavabdeh MMC- nin baş mühasibi olmuş, XXX tərəfindən icra olunmuşdur. "xxxx" MMC ilə İddiaçı arasında müqavilə mühüm şərtlər yerinə yetirildiyindən 21.07.2009-cu il tarixli müqavilə AR MM-nin 405-ci maddəsinə əsasən, bağlanmış sayılır. Digər mühüm şərt müqavilənin predmeti olan Cavabdeh MMC-nin inşa etdiyi, ünvan ünvanda tikdiyi yaşayış binasının birinci blok 12-ci mərtəbəsində sahəsi 50,82 kv.m olan mənzil boş olmuş, yüklü olmadan qanunu sahib ilkin alıcı İddiaçı keçmişdir. Bu hüquqi əhəmiyyətli hal iddiaçının əldə etdiyi əmlaka münasibətdə kifayət qədər üstün hüquqlu olduğunu təsdiq edir. Belə ki, X3 tarixdə həmin mənzilə 04.08.2009cu il tarixdə müqavilə bağlananda mübahisələndirilən mənzilin sahibi və istifadəçisi Cavabdeh MMC deyil, İddiaçı olmuşdur. Belə alınır ki, C avabdeh MMC İddiaçı satılmış mənzil məhz cavabdeh2 təkrar satdığına görə dələduzluq cinayətinin tərkibini yaratmışdır. Məhkəmə qiymət verərkən iddiaçı qanunla qorunan hüquqlarını pozmuşdur. Mənzil cavabdeh2 təhvil verilməmiş, o, mənzili özbaşına zəbt etmişdir. Bu isə MM-nin 452-ci maddəsinin tərkibini yaratmır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
50. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
51. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.
52. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
53. Maddə 452 Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Azərbaycan Resp ublikası Mülki Prosessual Məcəlləsi
54. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
57. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
60. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
61. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəli lləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
62. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
63. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
64. Hazırk ı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
65. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
66. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, məhkəmələr cavabdehin iddiasını əsaslı hesab edərkən ona əsaslanmışlar ki, iddiaçı cavabdehin müqaviləsinin mübahisələndirmək üçün qanunla müəyyən edilən iddia müddəti ötürmüş və fərdimüəyyən əşya cavabdehə təhvil verilmiş, cavabdeh mənzili təmir edərək uzun illərdir orada yaşayır. 1-ci instansiya məhkəməsi də cavabdehin iddiasını təmin edərkən istinad etdiyi əsaslardan biri mənzilin cavabdehə təhvil verilməsi olmuşdur.
67. Sonuncu dəfə işə baxan apellyasiya məhkəməsi kassasiya məhkəməsinin göstərişlərinə uyğun olaraq mübahisəyə MM-nin 452-ci maddəsini tətbiq etmişdir. Həmin normaya görə fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
68. Mənzilin hal-hazırda cavabdehin istifadəsində olması işin mübahisəsiz halıdır. Kassasiya instansiyası məhkəməsi sonuncu dəfə Apelyasiya məhkəməsinin qətnaməsini ləğv edər ək qeyd etmişdir ki, analoji mübahisələrin MM-nin 452-ci maddəsinə uyğun həll edilməsi təcrübəsi nəzərə alınmalıdır.
69. İddiaçı cavabdehin mənzilə sahiblənməsinin qanunsuz olması halını sübuta yetirə bilməmişdir.
70. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
71. Kassasiya şikayətində cavabdehlə bağlanmış müqavilənin etibarsızəhəmiyyətsiz müqavilə olmasına dair dəlillərlə bağlı qeyd olunur ki, h əmin məsələ artıq əvvəlki icraatda dəfələrlə araşdırılmış, bu məsələ ilə bağlı kassasiya isntansiyası məhkəməsi mövqe bildirmiş və cavabdehlə bağlanmış müqavilənin əhəmiyyətsiz əqd olması ilə razılaşmamışdır. 72. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətna mədə göstərilən hallar işin materiallarına uyğun olsun.
73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
74. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı iddiaçınun kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11728/2021 nömrəli, 08.12.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən s axlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.