Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-229/2025 17.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İbrahimova Aygyul Yaşar qızının və İddiaçı1 Cavabdeh qarşı “yaşayış sahəsindən istifadəyə yaradılmış maneələrin qanunsuz hesab edilməklə aradan qaldırılması, giriş qapısı açarlarının təqdim edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadəyə maneələrin aradan qaldırılması, hüquqdan sui-istifadə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkə məsinin Mülki kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2(103)4797/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Abşeron rayonu S.Əliyev adına Südlük Maldarlıq üzrə X10 Təsərrüfatı Müəssisəsinin 17 fevral 2000-ci il tarixli əmri ilə, Abşeron Rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli 25 nömrəli qərarına əsasən Sovxozda işləyən fəhlə və mütəxəssislərə fərdi yaşayış evlərinin tikinti üçün ayrılmış asudə həyətyanı torpaq fondundan Vəliyeva (Zeynalova) Könül Füzuli qızına 0,01 hektar torpaq sahəsi fərdi evin tikintisi üçün ayrılmışdır.
2. Cavabdeh 18 may 2018-ci ildə 50 il müddətinə verilmiş etibar naməyə əsasən X2 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən və faktiki istifadəsində olan 100 kv.m torpaq sahəsi ilə bağlı satmaq, bağışlamaq, özgəninkiləşdirmək, təyinatını dəyişmək və sair kimi hərəkətləri etməyi etibar etmişdir. Etibarnaməyə 19 oktyabr 2023-cü il tarixdə xitam verilmişdir.
3. Cavabdeh etibar edən X5 vasitəsi ilə 14 fevral 2019-cu il tarixli etibarnamə ilə İbrahimova Aygyul Yaşar qızına Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən və faktiki istifadəsində olan 100 kv.m torpaq sahəsi ilə bağlı satmaq, bağışlamaq, özgəninkiləşdirmək, təyinatını dəyişmək və sair kimi hərəkətləri etməyi etibar etmişdir. Etibarnaməyə 19 oktyabr 2023-cü il tarixdə xitam verilmişdir.
4. X5 31 mart 2023-cü il tarixdə v əfat etmişdir.
5. İbrahimova Aygyul Yaşar qızı X1 nəvəsidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İbrahimova Aygyul Yaşar qızı və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, R.Rza küçəsində yerləşən 4 saylı, 3 otaqlı yaşayış sahəsindən istifadəyə yaranan maneələrin qanunsuz hesab edilməklə, həmin maneələrin aradan qaldırılması, giriş qapısının açarlarının (surətlərinin) təqdim edilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.
7. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh 18 may 2018-ci il tarixdə Ramana Südçülük sovxozunda yerləşən 100 kv.metrlik torpaq sahəsini və üzərində olan yaşayış evini 20.0 00 manata satmış, bu barədə mərhum X2 Bakı şəhəri 39 saylı Notariat ofisində 50 il müddətinə baş etibarnamə vermişdir. İddiaçı Özbəkistan vətəndaşı olduğu üçün həmin vaxt etibarnamə ona deyil, daimi qeydiyyat yeri olduğu üçün nənəsinin adına verilmişdir. Etibarnamə verilən gün iddiaçı da Hövsan qəsəbəsində notariusda olmuşdur. Cavabdehə həmin pulu 2 dəfəyə - 17000 manatı 2018-ci ilin aprel ayında Bakı şəhəri, Bakıxanov qəsəbəsində yaşayan iddiaçının dayısının evində, qalan 3000 manatını isə mübahisəli evdə, etibarnamə verilən gün vermişlər. Cavabdeh həmin vaxt torpağa dair bir sənədin surətini təqdim edərək bildirmişdir ki, sənədin əslini çatdıracaqdır. Həmin gün notariusda təsdiq olunmuş bir ərizə də vermişdir ki, bu evə, torpağa dair onun heç bir mübahisəsi olmayacaq, əgər olarsa məsuliy yət daşıyacaqdır. Torpaq sahəsinin üzərində 3 otaq, mətbəx və həyətdə yarıtikililər mövcuddur. 18 may 2018-ci il tarixdən iddiaçı nənəsi və anası ilə həmin evdə birgə yaşamışlar. Sonradan nənəsi onun qeydiyyata alınması üçün Dövlət Miqrasiya Xidmətinə ərizə ilə müraciət etmiş və o, müvəqqəti qeydiyyata alınmışdır. Nənəsi 19 fevral 2019-cu ildə, anasının 40 mərasimindən sonra onun adına verilmiş etibarnamə üzrə səlahiyyətlərin ona verilməsinə dair etibarnamə vermişdir. 18 avqust 2022-ci il tarixdə iddiaçı İbrahimova Aygyul Yaşar qızı digər İddiaçı1 Sühel oğlu ilə ailə qurmuş və həmin gündən 19 oktyabr 2023-cü il tarixədək, yəni cavabdeh tərəfindən evin dəmir qapısının qıfılının (kilidi) sındırılaraq zəbt edildiyi günədək həmin ünvanda birgə yaşamışlar. Həmin gün iddiaçılar (ər-arvad) Asta ra rayonu, Təngərüd kəndində olduqları zaman cavabdeh ərazidə işləyən vasitəçi vasitəsilə X1 (nənənin) vəfat etdiyi barədə məlumat əldə etmiş və iddiaçıların əmlaklarının yerləşdiyi evi zəbt etmiş, 39 saylı notariat ofisinə gedərək etibarnaməyə xitam vermişdir. Qonşular tərəfindən onlara məlumat verildiyindən, iddiaçılar dərhal DİN-in 102 xidmətinə zəng etmişlər. Xidmətin göstərişi ilə Bakı şəhəri Sabunçu rayonu Polis İdarəsinin 12-ci Polis bölməsində izahat alınmış və məhkəməyə müraciət edilməsi bildirilmişdir. Cavabdeh sonuncu dəfə zənglə bildirmişdir ki, 5000 manat verərlərsə, evdən çıxıb gedə bilər. Məhkəməyə məlum edilmişdir ki, evin və evin içərisində olan əşyaların özgəninkiləşdirilməsi istisna edilmir. Qonşular bildirmişlər ki, hər gün vasitəçi gəlib-gedir, evi satmaq istəyirlər. Y aşadıqları küçə sakinlərinin əksəriyyəti məhkəmədə bu faktları təsdiqləyə bilərlər. Mübahisənin məhkəmədən kənar həlli mümkün olmamışdır.
8. Birinci instansiya məhkəməsində cavabdeh iddia tələbinə etiraz edərək göstərmişdir ki, 2005-ci ildə evin yerləşdiyi torpaq sahəsi ona ayrılmışdır. O, ev satmağı barədə vasitəçi Oqtay Əhmədova demişdir. Onun vasitəsilə evi mərhum Manya xanıma satmış, ona etibarnamə vermişdir. O, qarşı tərəfi tanımır, evi satmaq üçün notariusa gedəndə orada o, onun qonşusu, iki nəfər yaşlı qadın, vasitəçi Oqtay Əhmədov və başqa vasitəçilər olmuşlar. İddiaçının dayısının evində ona 17000 manat vermişlər, həmin pulu verəndən sonra, o, iddiaçıların evdə qalmalarına razılıq vermişdir. O, 17000 manatı evi satmaq məqsədilə qəbul etmiş, həmin pulun 2000 manatını vasitəçi Oqtay Əhmədova vermişdir. Qarşı tərəfin qalan 3000 manatı vermələri müqabilində evin kommunal sənədlərini onların adına keçirəcəkdi. Vaxt keçsə də, o, pulunu ala bilməmişdir. Bir müddətdən sonra iddiaçılar evi onların adına keçirməyi tələb etdikdə, onlara 3000 manat verməli olduqlarını söyləmiş, onlar ancaq 1000 manat verə biləcəklərini deyəndə razılaşmamışdır. Həmçinin bildirmişdir ki, iddiaçılar həmin evdə heç iki il yaşamamışlar, onların əşyaları həmin evdə qalmaqdadır. Hazırda evi su basmış, pis qoxdan dayanmaq mümkün olmamışdır. Hazırda cavabdeh özü həmin evdə yaşayır. Evin bütün sənədləri onun adınadır. Ona məxsus olan həmin evdə iddiaçıların yaşamasına icazə verməyəcək. Ona çatan 15.000 manatı qarşı tərəfə geri qaytarmağa hazırdır.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 aprel 2024- cü il tarixli, 2(008)1122/2024 nömrəli qətnaməsi ilə (hakim H.Mahmudova) iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli ev (özbaşına tikili) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, onun alqı-satqısı qanunun tələblərinə uyğun olmamışdır. Bununla belə, həmin ev faktiki olaraq mövcuddur və Cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Abşeron rayonu S.Əliyev adına Südlük Maldarlıq üzrə X10 Təsərrüfatı Müəssisəsinin 17 fevral 2000-ci il tarixli əmrindən çıxarışın surətindən görünür ki, həmin evin yerləşdiyi torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli 25 nömrəli qərarına əsasən Sovxozda işləyən fəhlə və mütəxəssislərə fərdi yaşayış evlərinin tikinti üçün ayrılmış asudə həyətyanı torpaq fondund an X3 fərdi ev tikintisi üçün ayrılmışdır. Həmin evin kommunal xidmətləri barədə müvafiq müqavilələr də X6 ilə bağlanmışdır. İddiaçılar Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, R.Rza küçəsində yerləşən 4 saylı, 3 otaqlı yaşayış sahəsindən istifadəyə yaranan maneələrin qanunsuz hesab edilməklə, həmin maneələrin aradan qaldırılmasını xahiş etsələr də, onların həmin əmlaka dair hər hansı hüquqları müəyyən edilmir (onlar yalnız həmin əmlak qarşılığında cavabdehə verilmiş pulun geri qaytarılmasını tələb edə bilərlər). Bu baxımdan, məhkəmə mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8-ci maddəsi aspektindən yanaşmışdır.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh sözügedən evə sahiblik edən şəxs olduğundan, həmin evə heç bir aidiyyəti olmay an iddiaçıların ona qarşı qaldırdıqları hazırkı iddia təmin edilə bilməz.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, Mülki Məcəlləsinin 157.8-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçılar İbrahimova Aygyul Yaşar qızı və İddiaçı1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2(103)-4797/2024 nömrəli qətnaməsi ilə (hakim İ.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər N.Cəfərovdan və E.Kazımovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmuş, iddia tələbləri təmin edilmiş, Cavabdeh tərəfindən iddiaçılar İbrahimova Aygyul Yaşar qızı və İddiaçı1 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, R.Rza küçəsində yerləşən və onlara məxsus 4 saylı, 3 otaqlı yaşayış sahəsindən istifadəyə yaranan maneələrin qanunsuz hesab edilməklə, həmin maneələrin aradan qaldırılması, giriş qapısının açarlarının iddiaçılara verilməsinin Cavabdeh həvalə edilməsi, iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu - 150 manatın Cavabdeh tutularaq iddiaçılara ödənilməsi qət edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Abşeron Rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il t arixli 25 nömrəli qərarına əsasən Ramana südçülük sovxozunda işləyən fəhlə və mütəxəssislərə fərdi yaşayış evlərinin tikinti üçün ayrılmış asudə həyətyanı torpaq fondundan cavabdeh X3 0,01 hektar torpaq sahəsi fərdi ev tikintisi üçün ayrılmışdır. X6 həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi (özbaşına tikili) inşa etmiş, daha sonra o, həmin torpaq sahəsinin və üzərində olan yaşayış evinin satmaq qərarına gəlmiş, bu barədə elan vermiş və alqı-satqı ilə məşğul olan şəxslərin vasitəsi ilə iddiaçılara həmin evini 20.000 manat qarşılığında satmış, buna dair 18 may 2018-ci il tarixində (ev sənədləri qaydasında olmadığından) iddiaçının mərhum nənəsi X2 50 illik, həm də həmin evə dair bütün hüquqi hərəkətlərin həyata keçirilməsinin nəzərdə tutan baş etibarnamə vermiş, elə həmin vaxt da evi idd iaçı tərəfə təhvil vermiş, iddiaçı tərəf isə evi təhvil alaraq həmin evdə yaşamağa başlamışlar. İddiaçılar evdə olmadıqları vaxt cavabdeh evin qapısının kilidini sındıraraq, oraya gəlmiş, eyni zamanda yuxarıda qeyd olunan etibarnaməyə xitam vermişdir.
16. İddiaçılar hazırkı iddialarında əmlaklarının qanunsuz sahibdən geri alınması, əmlaka qanunsuz müdaxiləyə son qoyulmasını tələb etmişlər.
17. Belə olan halda, iddia tələbinin qanuni əsasını MM-in birlikdə götürülmüş 152.1, 157.1, 157.2, 164.1, 164.2-ci maddələri təşkil etmişdir.
18. Cavabdeh iddiaçıya etiraz etmişdir. Bununla belə, cavabdeh evini satmaq istədiyini, bu barədə ev alqı-satqısı ilə məşğul olan vasitəçilərə dediyini, onların vasitəsi ilə iddiaçı tərəflə evin 20000 manata satılmasına dair razılığa gəldiyini, evin razılaşdırılmış 20000 manatının 17000 manatının dərhal, qalan 3000 manatının isə sonradan ödəniləcəyi barədə razılaşdıqlarını, 17000 manatı aldığını, həmin puldan 2000 manat vasitəçilərə ödədiyini, elə həmin vaxt evi alıcıya təhvil verdiyini, iddiaçıların evə köçərək orada yaşadıqlarını, lakin uzun müddət keçməsinə baxmayaraq iddiaçılar tərəfindən qalan 3000 manatın ona ödənilmədiyini, buna görə də iddiaçılar evdə olmadıqları vaxt özü evin qıfılını dəyişərək evə girdiyini, hazırda evin özünə qalmasını istədiyini, iddiaçılardan aldığı 17000 manatın özünə qalan 15000 manat hissəsini isə onlara qaytarmağa hazır olduğunu bildirmişdir.
19. Göründüyü kimi, cavabdeh (evin keçmiş sahibi) iddiaçı tərəflə (evin hazırkı sahibi) mübahisəli evin satılması ilə bağlı razılığa gəlmişlər. Buna müvafiq olaraq da cavabdeh X2 18 may 2018-ci il tarixində 50 il müddətinə həmin evə dair bütün səlahiyyətləri nəzərdə tutan etibarnamə verilmişdir. Beləliklə də, hazırkı iş üzrə cavabdehin iddiaçı tərəfə mübahisəli evi satması, həmin evə dair baş etibarnamə verilməsi, iddiaçıların həmin evə köçərək orada yaşamaları, cavabdehin həmin evə iddiaçıların evdə olmadıqları vaxt özbaşına daxil olması və hazırda evə sahibliyin cavabdehdə olması işin mübahisəsiz hallarıdır. Tərəflər işin qeyd olunan hallarını mübahisələndirmirlər.
20. Demək ki, iddiaçı tərəf mübahisəli evi cavabdehlə əldə olunmuş qarşılıqlı razılaşma əsasında əldə etmiş və elə həmin vaxtdan da həmin evə qanuni əsaslarla sahiblik etmişlər. Lakin birinci instansiya məhkəməsi əsassız olaraq evə sahiblik edənin cavabdeh olması qənaətinə gəlmişdir. Halbuki cavab deh özü təsdiq edir ki, evin satılmasına dair razılığa gəlmiş, verilən vəsaiti qəbul edərək, bununla bağlı torpaq sahəsinə dair etibarnamə vermiş, evi iddiaçı tərəfə təhvil vermiş, keçən müddət ərzində iddiaçılar həmin evdə yaşamışlar, həmçinin müəyyən edilmişdir ki, sonradan cavabdeh evə özbaşına daxil olmaqla iddiaçıların mübahisəli evə dair əmlak hüquqlarını pozmuş, eləcə də onları sahiblik hüququndan məhrum etmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli ev (özbaşına tikili) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından və onun alqı-satqısının qanunun tələblərinə uyğun olmaması əsası ilə iddia tələblərinin təmin edilməsindən imtina edən birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmamışdır. Çünki mülki iş materiallarında olan Abşeron rayonu S.Əliyev adına Südlük Maldarlıq üzrə X10 Təsərrüfatı Müəssisəsinin xx.xx.2000-ci il tarixli əmrindən çıxarışın surətindən görünmüşdür ki, həmin evin yerləşdiyi torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 25 nömrəli qərarına əsasən Sovxozda işləyən fəhlə və mütəxəssislərə fərdi yaşayış evlərinin tikinti üçün ayrılmış asudə həyətyanı torpaq fondundan X3 fərdi ev tikintisi üçün ayrılmışdır. Demək ki, iddiaçılara satılan ev özbaşına tikili olsa da, həmin ev səlahiyyətli dövlət orqanının məhz bu məqsədlə ayırdığı torpaq sahəsində tikilmişdir ki, bu da öz növbəsində - “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, iddiaçıların ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözlə ntisi” olan əmlakı da əhatə edə bilməsinə dair Avropa Məhkəməsinin çoxsaylı işlərdə təkrarlanan hüquqi mövqeyinin təsiri altına düşür.
22. Apellyasiya instansiyası məhkəməsi bu baxımdan hesab etmişdir ki, iddiaçılar "yaşayış sahəsindən istifadəyə yaradılmış maneələrin qanunsuz hesab edilməklə aradan qaldırılması, giriş qapısı açarlarının təqdim edilməsinin cavabdehə həvalə edilməsi" barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, onların bu tələbi əsaslı olmuş və təmin edilməlidir. Cavabdehin etirazından da göründüyü kimi, o iddiaçı tərəflə evə dair müqavilənin həqiqi və etibarlığı kimi məsələləri mübahisə etmir, o yalnız iddiaçıların evin əldə edilməsinə dair əldə etdikləri razılaşmada evin müəyyən edilmiş satış qiymətinin bir hissəsinin - 3000 manatın ödəmədiklərinə istin ad etmişdir. Bu isə cavabdehə öhdəliyin icrasını tələb etmək hüququ vermişdir. Düzdür, birinci instansiya məhkəməsi bununla bağlı da müvafiq sübutları tədqiq etmiş şahidləri dindirmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin bu yanaşması prosessual qənaət prinsipi baxımından düzgün olmamışdır. Belə ki, həmin halın, yəni satılan mənzilin 20000 manat qiymətindən qalan 3000 manatın iddiaçılar tərəfindən cavabdehə ödənilib-ödənilməməsinin müəyyən edilməsinin hazırkı iddianın təmin edilib-edilməməsinə hər hansı təsiri ola bilməz. Məhz bu baxımdan apellyasiya kollegiyası həmin halla bağlı birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırmalara münasibət bildirilməsini zərurət görməmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi eyni zam anda cavabdehin iddiaya etirazının əsası kimi istinad etdiyi halla, yəni iddiaçı tərəflə evin satılması ilə bağlı ümumilikdə 20000 manata razılığa gəlindiyinə, həmin məbləğdən ona 17000 manat verilməsi, lakin 3000 manatın hazıradək ödənilməməsi ilə bağlı qeyd etmişdir ki, o, (cavabdeh) buna dair, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliyin icra edilməyən hissəsinin icrasının tələb edilməsinə dair məhkəmədə ümumi qaydada iddia qaldırmaq hüququna malikdir və onun belə bir hüquqa malik olması, heç bir halda öz iradəsinə uyğun özgəninkiləşdirdiyi əmlakı özbaşına ələ keçirməsinə əsas verməmişdir.
25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 25, 29, 43-cü, Mülki Məcəllənin 152.1, 157.1, 157.2, 162, 164.1, 164.2, 165.1, 165.2, 166.3, 180.1, 180.2, 324.1, 404.1, 4 04.2, 560.1, 560.2, 560.3-cü, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 88, 372.1, 372.2, 372.3, 372.4, 372.6, 372.7, 385.1.1, 385.1.2 və 386-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli, “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli qərarlarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
26. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2(103)-4797/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 152.1, 157.8, 337.1, 337.5, 407.2, 567-ci, Mənzil Məcəlləsinin 112.1, 117.1, 118.1-ci, Mülki Prosessual Məcəllənin 77.1, 88, 220.4-cü maddələrinin tələbləri pozulmuşdur.
28. Belə ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ilə cavabdehin və onun ailə üzvlərinin yaşadığı mənzildən istifadə etmək hüquqları, mülkiyyət hüquqları pozulmuşdur. Mü bahisə predmeti olan ev (özbaşına tikili) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, onun alqı-satqısı qanunun tələblərinə uyğun olmamışdır. Bu hala isə məhkəmə tərəfindən heç bir hüquqi qiymət verilməmişdir. Evə dair razılaşma, müqavilə etibarsızdır. Buna görə də, cavabdeh həmin evə dair aldığı 17000 manat pul vəsaitinin 15000 manat hissəsini iddiaçıya qaytarmağa hazır olmuş və bunu istəmişdir. Lakin iddiaçı haqsız olaraq həmin pul vəsaitini qəbul etməkdən imtina etmişdir. İddiaçı tərəfindən mübahisə predmeti olan evin (özbaşına tikilinin) dəyərinin tam ödənilməsi ilə bağlı vəzifəsi icra edilməmişdir. Buna görə də, onun cavabdehə məxsus mübahisə predmeti olan evdə (özbaşına tikilidə) yaşamaq hüququ olmamışdır. Apellyasiya instansiyası məhkəməsi təqdim edilmiş sübutlara qərə zli yanaşmış, eyni zamanda məhkəmə iclasında təqdim edilmiş sübutlar obyektiv, hərtərəfli və tam baxılmamış, məhkəmə kollegiyası üçün yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlar araşdırılmış və həmin sübutlara istinad edilmişdir.
29. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
30. İddiaçı İbrahimova Aygyul Yaşar qızı kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
31. Etiraz belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, heç bir pozuntuya yol verilməmişdir. Kassasiya baxışının hədləri:
32. Azərbaycan Respublikası mülki pros essual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
33. Apellyasiya instansiya sı məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
34. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb e də bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müd dəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslər in hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırm alı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əs asən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. (Bax bənd 15-24) Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.
39. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası bir daha qeyd edir ki, cavabdeh mübahisəli yaşayış sahəsinin özbaşına tikili olmasına və onunla bağlı bağlanmış müqavilənin etibarsız olmasına istinad edir. Halbuki, cavabdeh özü mübahisəli yaşayış sahəsinin iddiaçının nənəsinə faktiki satmasını və dəyərinin əsas hissəsini aldığını işin faktiki hallarını araşdıran məhkəmələrdə etiraf etmişdir.
40. Belə olan halda, cavabdehin qeyd olu nan dəlillərə istinad edərək iddianın rədd edilməsi tələbi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.
41. Belə ki, Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həy ata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 03 mart tarixli Qərarları).
43. Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticə nin sosial ədalətə və vicdanlılığa sığıb- sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.
44. Oxşar mövqe X7 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervsog Selskabsstyrelsen” işi üzrə 09 mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur.
45. İddiaçı tərəfin yaşayış sahəsinin dəyərinin tam ödənilməməsi barədə dəlil həmçinin iddianın rədd üçün əsas ola bilməz. Belə ki, apellyasiya məhkəməsinin də qeyd etdiyi kimi, yaşayış sahəsinin dəyərinin ödən ilməsi başqa mübahisənin predmetidir və cavabdehin bununla bağlı ayrı icraatda mübahisə açmaq və dəlillərini irəli sürmək hüququ qalmaqdadır.
46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2(103)-4797/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.