Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2290/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, vəkili Hüseynova Esmira Hüseyn qızının, maraqlı şəxs X4 vəkili Namazov Alim Knyaz oğlunun iştirakları ilə, İddiaçı və vəkili Hüseynova Esmira Hüseyn qızının Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)13742/2019 saylı qətnaməsindən verdikləri kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhər Y asamal Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(004)4941/2014 saylı qətnaməsi ilə (sədrlik edən hakim Z.A.Quliyev) İddiaçı cavabdeh “xxxx” MTK-ya qarşı “mənzilə görə ödənişin qəbul edilməsi, mənzildən istifadə edilməsinə maneələrin aradan qaldırılması, sahiblik və istifadə hüquqlarının tanınması” tələbinə dair iddiası təmin edilərək, “xxxx” MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində inşa edilən çoxmərtəbəli evin 10-cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 131 m2 olan, 54 saylı mənzilə dair İddiaçı tərəfindən 18.550 (on səkkiz min beş yüz əlli) manat məbləğində ödənişin cavabdeh “xxxx” MTK tərəfindən qəbul edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində inşa edilən çox mərtəbəli evin 10-cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 131 m2 o lan, 54 saylı mənzilin istifadə edilməsinə maneələrin cavabdeh “xxxx” MTK tərəfindən aradan qaldırılması, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində inşa edilən çoxmərtəbəli evin 10-cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 131 m2 olan, 54 saylı mənzilə sahiblik və istifadə hüquqlarının tanınması qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(007)1386/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim R.M.Həsənov) iddiaçı X5 cavabdehlər “xxxx” saylı MTK və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair iddia tələbinin təmin еdilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13742/2019 saylı qətnaməsi ilə (haki mlər: sədrlik edən və məruzəçi X.A.Mərdanova, E.M.Həsənov və F.F.Babayev) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4941/2014 saylı xx xxxx 2014-cü il tarixli qətnaməsindən iş üzrə maraqlı şəxs X7 və hüquqlarına toxunmuş şəxs Maraqlı şəxs MTK tərəfindən verilmiş apellyasiya şikayətləri və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(007)-1386/2019 nömrəli qətnaməsindən iddiaçı X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4941/2014 saylı mülki iş üzrə xx xxxx 2014-cü il tarixli qətnaməsinin ləğv edilməklə həmin iş üzrə yeni qətnamənin çıxarılması,İddiaçı “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı “mənzilə görə ödənişin qəbul edilməsi, mənzildən istifadə edilməsinə maneələrin aradan qaldırılması, sahibli k və istifadə hüquqlarının tanınması” tələbinə dair iddiasının təmin edilməməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1386/2019 saylı mülki iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməklə həmin iş üzrə yeni qətnamənin çıxarılması, Rüstəmоv Mədəd Nаdir oğlunun “xxxx” Mənzil Tikinti Kooperativinə və İddiaçı qarşı “müqаvilənin еtibаrsız hеsаb еdilməsi, mənzilə sаhiblik və istifаdə hüququnun tаnınmаsı” tələbinə dair iddiasının təmin olunması,“xxxx” Mənzil Tikinti Kooperativi ilə Quliyеv Еlçin İsmаyıl оğlu аrаsındа Bakı şəhəri, Yasamal rаyоnu, Bünyаdzаdə küçəsindəki 39 sаylı еvin 54 sаylı mənzilinə dair xx xxxxxx 2012-ci tarixdə bаğlаnmış müqаvilənin еtibаrsız hesab edilməsi,həmin mənzilə Rüstəmоv Mədəd Nаdir oğlunun istifаdə və sаhiblik hüququnun tanınması və “xxxx” Mənz il Tikinti Kooperativindən 58950 manatın tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” MTK tərəfindən Yasamal rayonu, Bünyadzadə küçəsində inşa edilən çoxmərtəbəli evin 10cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 131 m2 olan, 54 saylı mənzilə dair onun tərəfindən 18.550 manat məbləğində ödənişin “xxxx” MTK tərəfindən qəbul edilməsi, həmin mənzilin istifadə edilməsinə maneələrin aradan qaldırılması, bu mənzilə sahiblik və istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, xəstəliyi ilə əlaqədar olaraq evini satıb qızının ya şadığı Yeni Yasamalda onun yaxınlığına köçmək qərarına gəlmiş, buna görə də Yeni Yasamalda ev almaq üçün internet saytı vasitəsi ilə Nair adlı maklerlə tanış olmuş, sonuncu ilə görüşə tanışları Elçin Mehdizadə və Oman Orucovla birlikdə getmiş, Nair 1m2-i 400 manata olan çoxlu sayda evləri onlara göstərmişdir. Özünün evini hissəhissə ödəniş şərti ilə satdığı üçün nağd pulu olmamış və bu səbəbdən Nairdən kreditlə satılan ev tapmağını xahiş etmişdir. 2012-ci ilin noyabr ayında Nair kreditlə satılan evin olduğunu bildirmiş, tanışları ilə birlikdə Nairlə görüşmüş və sonuncu onları Yasamal rayonunda X6 oturduğu ofisə aparmışdır. Elşən Rüstəmov özünü “xxxx” MTK-nın sədri kimi təqdim etmiş, habelə evlərin hər m2-nin nağd pula 400 manata olduğunu, kreditlə isə 450 manata satdığını bildirməklə kredi tlə satışda 3 otaqlı 131 m2-lik evin olduğunu, qiymətinin 58.950 manat olduğunu, 20.000 manat ilkin ödəniş tələb etdiyini, qalan 38 950 manatın isə iki ilə (24 aya) ödənməli olduğunu qeyd etmişdir. O, bu təklifi qəbul etmiş, ona göstərilən Yasamal rayonu, Bünyadzadə küçəsində “xxxx” MTK tərəfindən inşa edilən yüksək mərtəbəli evin 10-cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 131 m2 olan, 54 saylı mənzili bəyəndikdən sonra isə xx xxxxxx 2012-ci il tarixdə yuxarıda adları çəkilən tanışları və Nair adlı maklerlə birlikdə “xxxx” MTK-nın sədri Elşən Rüstəmovla sonuncunun ofisində görüşmüşlər. Həmin vaxt aralarında olan razılaşmaya əsasən 20.000 manat pulu “xxxx” MTK-nın sədri Elşən Rüstəmova vermiş, sonuncu isə pulu saydıqdan sonra makler Nairə müqaviləni və maliyyə öhdəlik arayışını dold umağı tapşırmış, Nair müqaviləni və maliyyə arayışı olan öhdəliyi doldurub gətirmiş və onlar sənədləri imzalamışlar. Həmin vaxt 600 manat məbləğində pulu da aralarında olan razılaşmaya uyğun olaraq makler Nairə vermiş, bundan sonra hər ayın əvvəlində 1 700 manat olmaqla 2013-ci ilin yanvar ayından 2013-cü ilin dekabr ayı da daxil olmaqla 12 ayda ümumilikdə 20 400 manat ödəniş etmişdir. Həmin ödənişləri hər ay qardaşı İdrak Quliyevin vasitəsi ilə “xxxx” MTK- nın sədri Elşən Rüstəmova göndərmiş, Elşən Rüstəmov da ödənişi qəbul edərək maliyyə öhdəlik arayışına imza edib möhür vurmuşdur. Həmçinin ilkin ödəniş etdiyi zaman “xxxx” MTK-nın sədri Elşən Rüstəmov mənzilin daxili divarlarını dəyişməyi təklif etmiş, bu barədə Məzahir adlı komendanta müraciət etmiş və ona razılaşdıqları kimi 1 000 ma nat pul ödəmişdir. Bundan sonra xx xxxx 2013-cü il tarixdə kürəkəni Ramili mətbəxi ölçmək üçün həmin mənzilə göndərmiş, Ramil zəng edərək heç bir mənzildə qapı olmadığı halda, onun mənzilinə dəmir qapı qoyulduğunu bildirmiş, bu barədə “xxxx” MTK-nın sədri Elşən Rüstəmova zəng edərək soruşmuş, cavabında Elşən Rüstəmov qapı qoyduğunu və bir azdan təmirə buraxacağını bildirmişdir. Təmirə nə vaxt başlayacağı barədə Elşən Rüstəmova mütəmadi zəng etmiş, Elşən Rüstəmov isə hər dəfə 3-4 günə buraxacağını bildirmişdir. Nəhayət, xx xxxxxxx 2013-cü il tarixdə tanışı Oman və ev təmiri işlərini bilən usta ilə birlikdə mənzilə baxmağa getmiş, komendant onları evə baxmağa buraxmaq istəməmiş, lakin onlar yuxarı qalxaraq həqiqətən də mənzildə dəmir qapı qoyulduğunu görmüş və mənzilə daxil ola bilməmişlər. Bundan sonra dəfələrlə Elşən Rüstəmova mənzilin təmiri ilə əlaqədar mənzilə buraxmağı barədə müraciətlər etsə də, nəticəsiz qalmış, bu səbəbdən 2014-cü ildən etibarən evə dair aylıq ödənişləri dayandırmış, lakin bunun da nəticəsi olmamışdır. Apellyasiya baxışı zamanı Mədəd Rüstəmоvun “xxxx” MTK-ya və İddiaçı qarşı “müqаvilənin еtibаrsız hеsаb еdilməsi, mənzilə sаhiblik və istifаdə hüququnun tаnınmаsı” tələbinə dair iddia qaldırmış olduğu müəyyən edildiyindən işin icraatı dayandırılmışdır (Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərardadına əsasən). Mədəd Rüstəmоv həmin iddia tələblərini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2009-cu il tarixdə Gəncə şəhəri, Qızıl Hacılı küçəsi, ev 2-də yerləşən “xxxx” Mənzil Tikinti Kooperativin təsisçisi X1 ilə onun arasında “xxxx” MTK-nı n payçısı kimi müqavilə bağlanmış, müqavilənin şərtlərinə görə Bakı şəhəri, Yasamal rayonu, Bünyatzadə küçəsindəki yaşayış massivində 39 saylı kooperativ yaşayış evinin tikintisi başa çatdıqdan sonra, həmin evin 10-cu mərtəbəsində yerləşən və ümumi sahəsi 130,8 m2 olan 3 otaqlı 54 saylı mənzili bir pay kimi ona verilmişdir. Müqavilə üzrə mənzilin dəyəri bir m2 sahə üçün 604 (altı yüz dörd) manat olmaqla, cəmi 79.000 (yetmiş doqquz min) manat təşkil etmiş və tərəfindən tam şəkildə ödənilmişdir. Bu da “xxxx” MTK tərəfindən verilən maliyyə arayışı ilə bir daha təsdiq olunur. 2019-cu ilin fevral ayının əvvəllərində isə “xxxx” MTK ilə İddiaçı arasında mübahisəli mənzilə dair bağlanmış xx xxxxxx 2012-ci tarixli müqavilədən və həmçinin Yasamal Rayon Məhkəməsinin 2(004)-4941/2014 saylı, xx xxxx 20 14-cü il tarixli qətnaməsindən xəbər tutmuşdur. Hesab edir ki, “xxxx” MTK ilə İddiaçı arasında 54 saylı mənzilə dair bağlanmış müqavilə etibarsızdır. Belə ki, “xxxx” MTK-nın sədri Elşən Rüstəmov və “xxxx” MTK-nın sədri Cəmaləddin Məmmədov arasında bağlanmış razılaşma protokoluna əlavə edilmiş Yasamal rayonu, Bünyatzadə küçəsində yerləşən 12 mərtəbəli yaşayış binasının dislokasiya planına görə, sahəsi 130,8 m2 olan 54 saylı mənzil “xxxx” MTK-nın dislokasiyasına aiddir. Beləliklə, 2009-cu ildə mübahisəli mənzilə dair kooperativ pay haqqını tam ödədiyindən onun mənzilə qanuni sahiblik və istifadə hüququ yaranmışdır. “xxxx” MTK isə xx.xx.2008-ci il tarixli razılaşma protokoluna əsasən “xxxx” MTK-nın dislokasiyasına aid olan və 2009-cu ildə kooperativ pay haqqını tam ödəyərək qanuni sahiblik və istifadə hüququ əldə etdiyi mübahisəli mənzili qanunsuz olaraq İddiaçı satmışdır. Hərçənd, 2012-ci ildə “xxxx” MTK-nın onun sahibliyində və istifadəsində olan mənzilə subyektiv hüququ olmamışdır. Məhz bu səbəbdən cavabdehlər arasında bağlanmış müqаvilə bağlandığı andan etibarsızdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İddiaçı və vəkili Hüseynova Esmira Hüseyn qızı kasasiya şikayətini onunla ə saslandırmışlar ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının olmasına və həmçinin “xxxx” MTK-nın mənzilin Mədəd Rüstəmova satılmasına dair heç bir məlumat verməməsinə, onunla bağlanmış alqı-satqı müqaviləsini məhkəməyə təqdim etməməsinə heç bir əhəmiyyət verməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Hüseynova Esmira Hüseyn qızı kasasiya şikayətinin dəlillərini müdafiə edə rək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs X4 vəkili Namazov Alim Knyaz oğlu kasasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh “xxxx” MTK-nın nümayəndəsi və hüquqlarına toxunmuş şəxs Maraqlı şəxs MTK-nın nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı, vəkili Hüseynova Esmira Hüseyn qızının, maraqlı şəxs X4 vəkili Namazov Alim Knyaz oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Apelyasiya şikayətlərinin təmin edilməli olması ilə bağlı apelyasiya instansiyası məhkəməsinin qətnaməsi işin aşağıda müəyyən olunmuş halları üzrə əsaslandırılmışdır. İş materiallarından aydın olur ki, “xxxx” MTK ilə “xxxx” MTK arasında bağlanmış xx.xx.2008-cı il tarixli razılaşma protokoluna əsasən, “xxxx” MTK 181.984 manat pulu 12 ay müddətində “xxxx ” MTK-ya tam ödəməyi öhdəsinə götürmüş, həmçinin protokol və ona əlavə edilmiş Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində tikilən 12 mərtəbəli yaşayış binasının dislokasiya planına əsasən sözügedən binadakı 47 mənzilin (2163 m2 + 2350,3 m2) “xxxx” MTK-ya, 25 mənzilin (2347,6 m2) “xxxx” MTK-ya verilməsi, qeyriyaşayış sahələrinin isə 50:50 nisbətində (681,2 m2) bölünməsi razılaşdırılmış, mübahisəli 54 saylı mənzil də “xxxx” MTK-ya verilməsi nəzərdə tutulan mənzillərin sırasında olmuşdur. İş materiallarından həmçinin aydın olur ki, “xxxx” MTK ilə Rüstəmоv Mədəd Nаdir oğlu arasında 10 yаnvаr 2009-cu il tarixli müqavilə bağlanmış, buna əsasən MTK, Bakı şəhəri, Yasamal rayonu, Bünyаdzаdə küçəsindəki 39 sаylı kооpеrаtiv yаşаyış binаsının tikintisi bаşа çаtdıqdаn sоnrа, həmin binаnın 10-c u mərtəbəsində yеrləşən ümumi sаhəsi 130,8 m2 оlаn 3 otaqlı 54 sаylı mənzili Mədəd Rüstəmоvа bir pаy kimi vеrməyi, sonuncu isə mənzilin dəyəri qismində hər m2 sahə üçün 604 manat olmaqla cəmi 79.000 mаnаt pulu adıçəkilən MTK-ya ödəməyi öhdələrinə götürmüşlər; MTK tərəfindən verilmiş eyni tarixli maliyyə arayışına görə, Mədəd Rüstəmоvun həmin mənzilə görə kooperativə heç bir borcu yoxdur. İşin müəyyən edilmiş halı ondan ibarətdir ki, “xxxx” MTK ilə Quliyеv Еlçin İsmаyıl оğlu arasında xx.xx.2012-ci il tarixdə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən adıçəkilən MTK, Bakı şəhəri, Yasamal rayonu, Bünyаdzаdə küçəsindəki yaşayış binasının xx.xx.2008-cı il tarixli razılaşma protokoluna və ona əlavə edilmiş dislokasiya planına əsasən “xxxx” MTK-ya verilməsi nəzərdə tutulan mübahisə mövzusu 54 sа ylı mənzilini Еlçin Quliyеvə verməyi, sonuncu isə həmin mənzili qəbul edib qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdələrinə götürmüşlər. İşin müəyyən edilmiş digər halına görə, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Bünyаdzаdə küçəsi 39, 54 saylı mənzilə görə “xxxx” MTK-ya ödəməli olduğu 58 950 manatdan 40 400 manatını hissə-hissə ödəmiş, 18 550 manatını isə sonradan ödəmişdir. Məhkəmə kollegiyasının iclasında təqdim etdiyi maliyyə arayışına əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Bünyаdzаdə küçəsi 39, 54 saylı mənzilə görə heç bir borcu yoxdur və mənzilin pulunu tam ödəmişdir. Apelyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, “xxxx” MTK-nın “xxxx” MTK-ya qarşı “pul tələbi, mənzillərin sahibliyə verilməsi va zərərin ödənilməsi” barədə iddia tələblərinə 1 saylı Bakı inzibati-İqtisadi Məhkəməsində baxılmış, həmin məhkəmənin xx xxxxxx 2012-ci il tarixli 2iqt(81)-109/2012 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək “xxxx” MTK-dan 181 984 (yüz səksən bir min doqquz yüz səksən dörd) manat pulun tutulması və Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində inşa edilən 12 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən mübahisəli 54 saylı mənzili də daxil olmaqla ümumilikdə 2347,6 m2 sahəni əhatə edən 25 mənzilin, habelə ümumi sahəsi 681 m2 olan qeyri-yaşayış sahəsinin – qaraj hissəsində 224,35 m2, yarım-zirzəmi hissəsində 224,35 m2 və ofis hissəsində 1-ci mərtəbədə 232,5 m2 sahəsinin cavabdeh “xxxx” MTK tərəfindən “xxxx” MTK-nın sahibliyinə verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzib ati-İqtisadi Kollegiyasının 2-1(103)430/2013 saylı xx xxxxxxx 2013-cü il tarixli qətnaməsi ilə “xxxx” MTK-nın apellyasiya şikayəti qismən təmin edilərək sözügedən qətnamə qismən – yəni, “xxxx” MTK-dan 181 984 (yüz səksən bir min doqquz yüz səksən dörd) manat pulun tutulması və Bakı şəhəri,Yasamal rayonu, Bünyadzadə küçəsində inşa edilən 12 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən mübahisəli 54 saylı mənzili də daxil olmaqla ümumilikdə 2347,6 m2 sahəni əhatə edən 12 mənzilin “xxxx” MTK tərəfindən “xxxx” MTKnın sahibliyinə verilməsi hissələrində ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2014-cü il tarixli 2-1(102)59/14 saylı qərarı ilə “xxxx” MTK-nın kassasiya şikayəti q ismən təmin edilərək apellyasiya instansiyasının qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. İşin müəyyən edilmiş halı həmçinin ondan ibarətdir ki, işə yeni apelyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)238/2014 saylı, xx xxx 2014-cü il tarixli qətnaməsi ilə xxxx” MTK-nın apelyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin xx xxxxxx 2012 ci il tarixli qətnaməsi qismən – yəni, “xxxx” MTK-dan 181.984 (yüz səksən bir min doqquz yüz səksən dörd) manat pulun tutulması və Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində inşa edilən 12 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən mübahisəli 54 saylı mənzili də daxil olmaqla ümumilikdə 2347,6 m2 sahəni əhatə edən 12 mənzilin “xxxx” MTK tə rəfindən “xxxx” MTK-nın sahibliyinə verilməsi hissələrində ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır; Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli 22(102)349/14 saylı qərarı ilə “xxxx” MTK-nın kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyasının xx xxx 2014-cü tarixli qətnaməsi ləğv edilmiş, Bakı şəhəri,Yasamal rayonu, Bünyadzadə küçəsində inşa edilən 12 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən sahəsi 59,3 m2 olan 1 otaqlı 40 saylı, 8-ci mərtəbədə yerləşən sahəsi 101,0 m2 olan 2 otaqlı 41 saylı və 10-cu mərtəbədə yerləşən sahəsi 130,8 m2 olan 3 otaqlı 54 saylı mənzillərinin “xxxx” MTK-nın sahibliyinə verilməsi, eləcə də 181 984 manat və iddiaçının sahibliyinə verilən mənzillər in ümumi sahəsi ilə əhatə olunmayan hissəsinin əvəzi 3 848 manat – cəmi 185 832 manat pulun “xxxx” MTK-dan alınaraq “xxxx” MTK-ya verilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, İddiaçı şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli 2-2(102)-349/14 saylı qərarı ilə onun hüquq və vəzifələrinə dair məsələnin həll edildiyini bildirməklə qeyd edilən məhkəmə qərarının ləğv edilməsi və işə yenidən baxılmasına dair Ali Məhkəmənin Plenumuna təqdimat verilməsini xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri təqdimat verərək həmin qərarın qismən - Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində inşa edilən 12 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, sahəsi 130,8 m 2 olan 3 otaqlı 54 saylı mənzilin Maraqlı şəxs MTK-nın sahibliyinə verilməsi hissəsində ləğv olunmasını, həmin hissəyə yenidən baxılması üçün işin kassasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını istəmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2016-cı il tarixli 13-1(102)-06/2016 saylı qərarı ilə İddiaçı əlavə kassasiya qaydasında şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli 2-2(102)-349/14 saylı qərarı qismən - Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində inşa edilən 12 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, sahəsi 130,8 m2 olan 3 otaqlı 54 saylı mənzilin Maraqlı şəxs MTK-nın sahibliyinə verilməsi hissəsində ləğv edilmiş, iş həmin hissəyə yenidən baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilmişdir. İş materiallarından məlum olur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2017-ci il tarixli, 2-2(102)-103/17 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-238/14 saylı, xx xxx 2014-cü il tarixli qətnaməsi Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində inşa edilən 12 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, sahəsi 130,8 m2 olan 3 otaqlı 54 saylı mənzilinin cavabdeh “xxxx” MTK tərəfindən Maraqlı şəxs MTK-nın sahibliyinə verilməsinə dair iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bаkı Аpеllyаsiyа Məhkəməsinin İnzibаti-İqtisаdi Kоllеgiyаsının surəti iş materiallarına əlav ə edilmiş 19 mаy 2015-ci il tаriхli, 2-2(103)-238/2014 sаylı qərаrdаdı ilə müəyyən edilir ki, Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsinin İnzibаti-İqtisаdi Kоllеgiyаsının 02 dеkаbr 2014-cü il tаriхli qərаrının icrаsınа dönüş еdilmiş, Yаsаmаl rаyоnu, Bünyаdzаdə küçəsində inşа еdilən 12 mərtəbəli yаşаyış binаsının 10-cu mərtəbəsində yеrləşən 54 sаylı mənzilə Quliyеv Еlçin İsmаyıl оğlunun sаhiblik hüququ bərpа еdilmişdir. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına görə Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində tikilən 12 mərtəbəli yaşayış binasının tikintisini birgə həyata keçirən “xxxx” MTK ilə “xxxx” MTK arasında bağlanmış xx.xx.2008-ci il tarixli Razılaşma Protokoluna və ona əlavə edilmiş binanın dislokasiya planına əsasən mübahisəsi gedən 54 saylı mənzilin “xxxx” MTK-ya ver ilməsi nəzərdə tutulmuş, həmin mənzilə dair ilk müqavilə də məhz həmin MTK ilə Mədəd Rüstəmоv arasında bağlanmaqla müqavilədə nəzərdə tutulmuş ödənişlər sonuncu tərəfindən tam həyata keçirilmiş, sonradan isə onunla bağlanmış müqavilə ləğv edilmədən həmin mənzilə aiddiyyatı olmayan “xxxx” MTK, İddiaçı ilə eyni əmlakla əlaqədar müqavilə bağlamışdır. Başqa sözlə, Mədəd Rüstəmоv ilə “xxxx” MTK arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri mövcuddur; sözügedən müqavilənin və maliyyə arayışının qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ləğv, yaxud etibarsız hesab edilmiş olduğu isə müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul öd əməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifələrinin icrasını tələb etmək hüququ vardır. -425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdiril miş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. -157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. -165-ci maddəsinə əsasən isə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. -178.8-ci maddəsinə müvafiq olaraq, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsin ə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “...pay haqqının tam ödənilməsinə qədər kooperativ və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır...Koope rativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər”. Yuxarıda şərh olunanlara əsasən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Mədəd Rüstəmоvla “xxxx” MTK arasında yaranmış münasibətlər çərçivəsində həmin kooperativ öhdəliklərini lazımınca icra etmədiyi üçün, Mədəd Rüstəmоv mübahisəli mənzil üzərində sahiblik və istifadə hüququnun tanınmasını tələb etməkdə haqlı olmuşdur. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin mənzilin “xxxx” MTK (cinayət əməllərinin törədilməsində təqsirli bilinən Kooperativin sədri X8) tərəfindən xx.xx.2 012-ci il tarixdə İddiaçı adına sənədləşdirilməsi (onun adına müqavilənin və maliyyə arayışı – öhdəliyin verilməsi) və mənzilin sonradan adı çəkilən şəxsə təhvil verilərək onun hazırda orada faktiki yaşaması da fərqli nəticəyə gəlinməsinə səbəb ola bilməz; çünkü əvvəla xx.xx.2008-cı il tarixli Razılaşma Protokoluna və ona əlavə edilmiş dislokasiya planına əsasən mübahisəsi gedən 54 saylı mənzilin “xxxx” MTK-ya verilməsi nəzərdə tutulmuş (başqa sözlə, həmin mənzil “xxxx” MTK-ya aid olmamış), digər tərəfdən həmin mənzil İddiaçı təhvil verildiyi zaman Mədəd Rüstəmоvun adına olan müqavilə qüvvədə olmuşdur; beləliklə də “xxxx” MTK, mübahisəsi gedən mənzillə bağlı əqd bağlamaq səlahiyyəti olmadığı halda mənzili İddiaçı adına xx.xx.2012-ci il tarixli müqavilə əsasında rəsmiləşdirmişdir. Yuxarıd a qeyd olunduğu kimi, Mədəd Rüstəmоv adına olan daha əvvəlki tarixli müqavilənin ləğv olunduğu və ya etibarsız hesab edildiyi müəyyən olunmamışdır. Kollegiyanın qənaətinə görə bu hal, həmin mənzilə Mədəd Rüstəmоvun sahiblik və istifadə hüququnun tanınmasını zəruri etməklə yanaşı, onun irəli sürdüyü faktiki halların iddia tələbinin qanuni əsası kimi göstərdiyi qanunvericilik müddəalarının dispozisiya əlamətləri ilə uzlaşması deməkdir. Apelyasiya instansiyası məhkəməsi Mədəd Rüstəmоvun mübahisəli mənzilə dair “xxxx” MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbini də əsaslı hesab etmişdir. Belə ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitər əfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyy ətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Apelyasiya instansiyası məhkəməsi “xxxx” MTK ilə “xxxx” MTK arasında bağlanmış xx.xx.2008-cı il tarixli razılaşma protokolunun (həmçinin ona əlavə edilmiş dislokasiya planının), o cümlədən mübahisəsi gedən mənzillə bağlı Mədəd Rüstəmоv adına olan müqavilənin hazırkı dövrədək qüvvədə olmasını bir daha vurğulayaraq qeyd etmişdir ki, “xxxx” MTK mübahisəli mənzil üzərində sərəncam v ermək səlahiyyətinə malik subyekt olmamışdır; səlahiyyəti olmayan şəxslər (subyektlər) arasında bağlanmış müqavilələr isə onların etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb ola bilməzlər. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı ilə “xxxx” MTK arasında bağlanmış əqd etibarsız hesab edildiyindən belə bir tələbin mövcud olubolmamasından asılı olmayaraq həmin əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsi də həll edilməlidir. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlak dan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə “xxxx” MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə üzrə ödənilmiş 58.950 manat məbləğində pul “xxxx” MTK-dan alınaraq adı çəkilən şəxsə qaytarılmalıdır. Apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2017-ci il tarixli, 2-2(102)-103/17 saylı qərarının (həmin qərarla nəticə etibarilə Maraqlı şəxs MTK-nın “mübahisəsi gedən 54 saylı mənzilin cavabdeh “xxxx” MTK tərəfindən onun sahibliyinə verilməsi”nə dair iddiası təmin olunmamışdır) mövcudluğu da fərqli nəticəyə gəlinməyə əsas vermir. Apelyasiya instansiyası məhkəməsi qeyd e tmişdir ki, həmin qərar Mədəd Rüstəmova münasibətdə preyudisial əhəmiyyətə malik deyildir; çünki sonuncu həmin iş üzrə tərəf olmamış, icraata cəlb olunmamış, bu səbəblərdən mübahisəli mənzilin İddiaçı adına sənədləşdirildiyi və mənzilin ona təhvil verildiyi zaman Mədəd Rüstəmоvun adına olan müqavilənin qüvvədə olması ilə bağlı işin halları nəzərə alınmamışdır. Ali Məhkəmənin Mülki Kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni aşağıda göstərilənlərə əsasən qanuni və əsaslı hesab etmir. Belə ki, yuxarıda qeyd olunduğu kimi İddiaçı şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli, 2-2(102)-349/14 saylı qərarı ilə onu hüquq və vəzifələrinə dair məsələnin həll edildiyini bildirib, qeyd edilən məhkəmə qərarının ləğv edilməsi və işə yenidən baxılmasına dair Ali Məhkəmənin Plenumuna təqdimat verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri təqdimat verərək həmin qərarın qismən –Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində inşa edilən 12 mərtəbəli, yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, sahəsi 130,8 kv.m. olan 3 otaqlı 54 saylı mənzilin Maraqlı şəxs MTK-nın sahibliyinə verilməsi hissəsində ləğv olunmasını, həmin hissəyə yenidən baxılması üçün işin kasasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 16 dekabr 2016-cı il tarixli, 13-1(102)-06/2016 saylı qərarı ilə Azərbaycan Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli, 2-2(102)-349/14 saylı qərarı qismən-Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində inşa edilən 12 mərtəbəli, yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, sahəsi 130,8 kv.m. olan 3 otaqlı 54 saylı mənzilin Maraqlı şəxs MTK-nın sahibliyinə verilməsi hissəsində ləğv edilmiş və iş həmin hissəyə yenidən baxılması üçün kasasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 429.0.3-cü maddəsinə əsasən əlavə kassasiya qaydasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun kasasiya instansiyası məhkəməsinin qərarını tam və ya qismən və onunla bağlı apelyasiya instansiyası məhkəməsinin qətnaməsini və ya qərardadını tam və ya qismən ləğv etmək, işi kasasiya və ya apelyasiya instansiyası məhkəməsinə yenidən baxılmağa göndərm ək hüququ vardır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi işə əlavə kasasiya qaydasında baxılarkən “xxxx” MTK mübahisəli mənzilə dair onunla Rüstəmov Mədəd Nadir oğlu arasında xx.xx.2009-cu ildə müqavilə bağlanmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna hər hansı məlumat verməmiş, bununla əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 16 dekabr 2016-cı il tarixli qərarı ilə iş mübahisəli mənzilə dair hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə deyil, kasasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bundan əlavə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının Maraqlı şəxs MTKnın “xxxx” MTK-ya qarşı iş üzrə xx xxxx 2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-238/14 saylı, xx x xx 2014-cü il tarixli qətnaməsi Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində inşa edilən 12 mərtəbəli, yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, sahəsi 130,8 kv.m. olan 3 otaqlı 54 saylı mənzilinin cavabdeh “xxxx” MTK tərəfindən iddiaçı Maraqlı şəxs MTK-nın sahibliyinə verilməsinə dair iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bundan 2 ilə yaxın müddət keçdikdən sonra, yəni xx.xx.2019-cu il tarixdə Maraqlı şəxs MTK Yasamal Rayon Məhkəməsinin 2(004)-4941/2014 saylı, 30 iyul 2014cü il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs kimi apelyasiya şikayəti vermişdir. Bundan əlavə X4 yuxarıda qeyd olunan birinci instansiyada qaldırdığı iddia tələbləri və qətnamədən maraqlarına toxunan şəxs kimi verdiyi apelyasiya şikayəti ilə əlaqədar qeyd etmək lazımdır ki, artıq Yasamal Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsi icra olunaraq mübahisəli mənzil İddiaçı təhvil verilmiş və o həmin mənzili təmir edərək ailəsi ilə orada yaşayır, bu iş materiallarına əlavə edilmiş fotoşəkillərlə də təsdiq olunur (3-cü cild i/v 64). Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Lakin apelyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanlara əsasən həmin maddənin tələbləri baxımından İddiaçı ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququnun pozulub-pozulmamasına qiy mət verməmişdir. Bundan əlavə iş materialları ilə X9 ilə mübahisəli mənzilə dair müqavilənin hər hansı qeydiyyatı aparılmadığından həmin müqavilənin məhz 10 yanvar 2009-cu ildə bağlandığı iş materialları ilə təsdiq olunmur. Bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verməmişdir. Həmin maddəyə görə “Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xe yrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.” Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla cavabdehin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmamasını, tərə flər arasında münasibətlərin sahibkarlıq fəaliyyəti ilə bağlı olub-olmamasını, məhkəmə aidiyyəti qaydalarının pozulub-pozulmamasını araşdırmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: İddiaçı kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13742/2019 saylı qətnaməsi ləğv edilsin və iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2290/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2290/2020
02.06.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver