Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2290/2023 19.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən çıxarılma və tikililərin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Polis İdarəsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “X9” Şirkəti) torpaq sahəsinin boşaldılması və tikililərin sökülməsi t ələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-93/2023 nömrəli iş üzrə 07 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. X2 24 avqust 2006-cı il tarixli XXX nömrəli sərəncamına əsasən, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi ərazisində olan 1.200 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə İddiaçı ayrılmış, həmin torpaq sahəsinin cizgisi sərəncama əlavə olunmuşdur. Cizgidə ayrılmış torpaq sahəsi yalnız sxematik təsvir olunmuş, sahənin koordinatları və künc nöqtələri göstərilməmişdir.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 aprel 1 10-cu il tarixli XXX nömrəli sərəncamına görə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 7-ci bəndinə və Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 13 yanvar tarixli 843 nömrəli Fərmanın 2-ci bəndinin ikinci abzasına əsasən, Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin ehtiyacı üçün Abşeron rayonunun ehtiyat fondu torpağından 5.65 hektar şərti yararsız torpaq sahəsinin Mehdiabad Bələdiyyəsinin mülkiyyətinə verilməsi barədə həmin bələdiyyənin Abşeron Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi D aşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA JV9 ******* nömrəli arayışa görə, ünvanndə yerləşən 5.65 ha torpaq sahəsi "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 yanvar 2015-ci il tarixli XXX nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, AR DƏMDK Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerqurluşu torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin məsləhətçisi tərəfindən imzalanmış xx.xx.2015-ci il tarixli **********48 nömrəli mütəxəssis rəyində qeyd olunanlara əsasən, X5 tərəfindən alqı-satqı yolu ilə XXX nömrəli xx.xx.2006-cı il tarixli sərəncama əsasən İddiaçı ayrılmış torpaq sahəsinin yerdə və elektron bazada dəqiq sərhədləri yoxdur, ni şanları təxminidir, hazırlanmış sxem şərtidir, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq ƏMDK Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerqurluşu torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin məsləhətçisi tərəfindən imzalanmış xx.xx.2015-ci il tarixli **********48 nömrəli mütəxəssis rəyində qeyd olunanlara əsasən ƏMDK DƏDRX təfındən xx.xx.2010-cu il tarixdə verilmiş MA XXX nömrəli çıxarışa əsasən "xxxx" MMCyə məxsus 5.65 ha torpaq sahəsinin dəqiq hədləri qeyd olunan ölçülərə uyğundur. Birinci sual üzrə, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, AR DƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Rejestri Xidmətinin Yerqurluşu torpaq kadastrı və torpaqların montorinqi şöbəsinin məsləhətçisi tərəfindən imzalanmış xx.xx.2015-ci il tarixli ****** ****448 nömrəli mütəxəssis rəyində qeyd olunanlara əsasən, X5 tərəfindən alqı-satqı yolu ilə XXX nömrəli xx.xx.2006-cı il tarixli sərəncamına əsasən İddiaçı ayrılmış torpaq sahəsinin yerdə və elektron bazada dəqiq sərhədləri yoxdur, nişanları təxminidir, hazırlanmış sxem şərtidir. İkinci sual üzrə, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, yuxarıda qeyd edilən mütəxəssis rəyində qeyd olunanlara əsasən, DƏDRX tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş MA XXX nömrəli çıxarışa əsasən "xxxx" MMC-yə məxsus 5.65 ha torpaq sahəsinin dəqiq sərhədləri sənədlərdə qeyd edilən ölçülərə uyğundur. Üçüncü sual üzrə, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, yuxarıda qeyd edilən mütəxəssis rəyində qeyd olunanlara əsasən, X5 tərəfindən alqı-satqı yolu ilə XXX nömrəli xx.xx.200 6-cı il tarixli sərəncama əsasən İddiaçı ayrılmış torpaq sahəsi AR ƏMDK DƏDRX tərəfındən xx.xx.2010-cu il tarixdə verilmiş MA XXX nömrəli çıxarışa əsasən "xxxx" MMC-yə məxsus 5.65 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Dördüncü sual üzrə, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, yuxarıda qeyd edilən mütəxəssis rəyində qeyd olunanlara əsasən, mübahisələndirilən ərazidə yerləşən bir-birinə bitişik inşa olunmuş ictimai iaşə obyektlərinin (kafe) bir hissəsi X5 tərəfindən alqı-satqı yolu ilə XXX nömrəli xx.xx.2006-cı il tarixli sərəncama əsasən İddiaçı ayrılmış ərazi sxemə əsasən ayrılmış torpaq sahəsində yerləşir. Beşinci sual üzrə, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, yuxarıda qeyd edilən mütəxəssis rəyində qeyd olunanlara əsasən, X5 tərəfindən a lqı-satqı yolu ilə XXX nömrəli xx.xx.2006-cı il tarixli sərəncama əsasən İddiaçı ayrılmış torpaq sahəsi Binəqədi rayonunun hüdudlarında yerləşir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 avqust 2017-ci il tarixli XXX nömrəli eksper rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq ARDNŞ-nin (SOCAR) vitse prezidenti tərəfindən imzalanmış 31 iyul 2016-cı il tarixli SOCAR 11İ**********7X00152 nömrəli məktubda tədqiq olunan torpaq sahəsinin müəyyən hissəsinin (83 kv.m) Şirkətin ərazisi hüdudları daxilində olduğu, "xxxx" Kompani Şirkəti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli XXX nömrəli məktubda isə tədqiq olunan İddiaçı məxsus 1.200 kv.m. torpaq sahəsinin, bütövlükdə Şirkətin ərazisi hüdudları daxilindən kənarda yerləşdiyi qeyd o lunmuşdur. Bununla yanaşı, ƏMDK Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini tərəfindən imzalanmış xx.xx.2017-ci il tarixli **********93 nömrəli mütəxəssis rəyində Binəqədi rayonu ərazisindəki fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış 1.200 kv.m. torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olan "xxxx" şirkətinin kontrakt sahəsinin hüdudları daxilində yerləşdiyi və dövlət mülkiyyəti torpaqlarına aid olduğu göstərilmişdir. Yuxarıda qeyd olunan məktublarda göstərilən məlumatlar arasında ziddiyyət olduğundan, tədqiq olunan İddiaçı məxsus 1200 kv.m. torpaq sahəsinin 901-İİ-QD nömrəli 29 aprel 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulu-Tə pə, Masazır, Fatmai, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatının pay bölgüsü haqqında» X10 Şirkətinin istifadəsinə ayrılmış torpaq sahəsinin coğrafi koordinatları və ya X2 inzibati ərazisinin hüdudları daxilində yerləşib-yerləşməməsinin müəyyən edilməsi məhkəmə tərfindən müəyyən edilə bilər.
6. İşə apellyasiya qaydasında yenidən baxılarkən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2019-cu il tarixli 2(103)-XXX/2019 nömrəli qərardadı ilə iş üzrə təyin olunmuş məhkəmə torpaqşünaslıq ekspertizasının nəticəsi olaraq 22 dekabr 2020-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 dekabr 2020-ci il tarixli XXX nömrəli ekspertiza rəyinin tədqiqatın nəticəsi hissəsində qe yd edilir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin **********37 nömrəli 30 oktyabr 2020ci il tarixli mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir: 1-ci sual üzrə: X5 tərəfindən alqı-satqı yolu ilə XXX nömrəli xx.xx.2006-cı il tarixli sərəncama əsasən İddiaçı ayrılmış torpaq sahəsi “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları" haqqında Əsasnamənin 19-cu bəndində nəzərdə tutulan qaydada planalma aparılaraq ayrılan torpaq sahəsinin ölçüsündən asılı olaraq tələb olunan miqyasda plan-ölçüsü hazırlanmadığından (aidiyyəti orqanlar tərəfindən hazırlanıb rəy verilməli idi), mövcud baza məlumatlarında İddiaçı adına torpaq sahəsinin ayrılması barədə heç bir məlumat aşkar edilmədiyind ən, müraciətə əlavə edilmiş X2 mütəxəssisi tərəfindən hazırlanmış sxemdə miqyas və koordinatın olmaması səbəbindən İddiaçı ayrılmış torpaq sahəsinin dəqiq sərhədlərini müəyyən etmək mümkün olmasa da, yuxarıda qeyd edilən əlavə edilmiş sxemdə situasiya və məsafələr göstərildiyinə görə, həmin sxemə əsasən mübahisələndirilən ərazi ilə üst üstə düşür. 2-ci sual üzrə: Məhkəmə müraciətinə əlavə edilmiş DƏDRX tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş MA ******* nömrəli reyestr nömrəsi **********89 çıxarış və reyestr nömrəsi **********2 plan-ölçü sənədinin koordinatlarına əsasən (elektron kadastr məlumat bazasında aşkar edilmədi) "xxxx" MMC-yə məxsus 5.65 ha torpaq sahəsinin dəqiq sərhədlərinin harada yerləşməsini müəyyən etmək mümkündür. Bu koordinatlar mübahisələndiriiən ərazinin naturada m üəyyən edilmiş koordinatları, "xxxx" MMC-nin reyestr nömrəsi **********2 plan-ölçü sənədinin koordinatları da X3 adına olan **********01 reyestr nömrəli çıxarışın bazada yerləşmə mövqeyi ilə üst-üstə düşür (sxem əlavə edilir). 3-cü sual üzrə: X5 tərəfindən alqı-satqı yolu ilə XXX nömrəli xx.xx.2006-cı il tarixli sərəncama əsasən İddiaçı ayrılmış torpaq sahəsi müraciətə əlavə edilmiş X2 mütəxəssisi tərəfindən hazırlanmış sxemdə ayrılmış torpaq sahəsinin dəqiq sərhədlərini müəyyən etmək mümkün olmasa da, yuxarıda qeyd edilən əlavə edilmiş sxemdə situasiya və məsafələr göstərildiyinə görə DƏDRX tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş MA ******* nömrəli çıxarışa əsasən "xxxx" MMC-yə məxsus 5.65 ha torpaq sahəsinin mübahisələndirilən hissəsi ilə və "xxxx" MMC-yə məxsus olmuş hal-hazırda ** ********01 reyestr nömrəli çıxarışla X4 məxsus torpaq sahəsi ust-ustə düşür (yəni mübahisələndirilən hissədə hər üç sənəd üst-üstə düşür). 4-cü sual üzrə: Cavabdeh "xxxx" MMC tərəfindən tikilməsi iddia olunan kafe X5 tərəfindən alqı-satqı yolu ilə XXX nömrəli xx.xx.2006-cı il tarixli sərəncama əsasən İddiaçı ayrılmış, DƏDRX tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş MA ******* nömrəli çıxarışa əsasən "xxxx" MMC-yə məxsus olmuş, hal-hazırda **********01 reyestr nömrəli çıxarışla X4 məxsus torpaq sahəsində inşa edilmişdir (şxem əlavə edilir). 5-ci sual üzrə: Mübahisələndirilən, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə ayrılmış torpaq sahələrinin ərazi hüdudlarında olmaqla, X2 hüdudları daxilində yerləşir. 6-cı sual üzrə: Mübahisələndirilən, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə ayrılmış torpaq sahələrinin ərazi hüdudlarında yerləşir.
7. İş üzrə xx.xx.2021-ci il tarixli apellyasiya baxışı zamanı iddiaçı tərəfindən təqdim olunmuş DƏDRX 1 nömrəli Bakı ərazi idarəsinin xx.xx.2021-ci il tarixli məktubundan və Cavabdeh2 təqdim etdiyi **********01 reyestr nömrəli çıxarışa əsasən "xxxx" MMC-yə məxsus olmuş 0,23 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X3 adına qeydiyyatdan keçmişdir.
8. İşə dördüncü apellyasiya icraatında baxılarkən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-XXX/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli nömrəli ekspert rəyindən məlum olur ki, qərardadın birinci və ikinci sualları üzrə, mülki iş materiallarında olan mütəxəssis rəylərinə əsaslanaraq verilmiş xx.xx.2015-ci il tarixli XXX nömrəli və 15 dekabr 2020-ci il tarixli XXX nömrəli ekspert rəylərində, eləcə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyevin imzası ilə təsdiq edilmiş 17 sentyabr 2015-ci il tarixli **********23 nömrəli məktubda İddiaçı ayrılmış 1.200 kv.m. torpaq sahəsinin X2 hüdudları daxilində yerləşdiyi qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli **********40 nömrəli mütəxəssis rəyində mübahisəli torpaq sahəsinin ünvan ərazisində yerləşdiyi qeyd olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum babası XXXa 1939-cu il tarixədək məxsus olmuş və ona miras qalmış 40 ilə yaxın sahiblik və istifadəsində olan X5 tərəfindən alqı-satqı yolu ilə 24 avqust 2006-cı il tarixli XXX nömrəli sərəncamla ona verilmiş Binəqədi Novxanı yolunda, hazırda XXX şəhərciyi adlanan ərazidə yerləşən 0,12 ha torpaq sahəsindən Cavabdeh2, "xxxx" MMC və digər üçüncü şəxslərin çıxarılmaları, həmin torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülməsi və həmin torpaq sahəsinin onun istifadəsinə və sahibliyinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2516/2018 nömr əli iş üzrə 05 fevral 2018-ci il tarixli qətnaməsi (hakim A.Rzayev) ilə iddia təmin edilərək, X5 tərəfindən alqı-satqı yolu ilə 24 avqust 2006-cı il tarixli XXX nömrəli sərəncamla İddiaçı verilmiş Bakı şəhəri Binəqədi rayonu Binəqədi-Novxanı yolunda, hazırda XXX şəhərciyi adlanan ərazidə yerləşən 0,12 ha torpaq sahəsindən Cavabdeh2, "xxxx" MMC və digər üçüncü şəxslərin çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehlərin sökülməsi və həmin torpaq sahəsinin İddiaçı sahibliyinə və istifadəsinə verilməsi qərara alınmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh "xxxx" MMC və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ondan apellyasiya şikayətləri vermişlər.
12. Bakı Ap ellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7037/18 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Vəliyev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat 13. "xxxx" MMC qətnamə ilə razılaşmayaraq ondan kassasiya şikayəti vermişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-642/2019 nömrəli iş üzrə 21 yanvar 2019-cu il tarixli qərarı ilə (hakimlər S.Hacıyev (sədrlik edən və məruzəçi), Q.Əsgərov və E.Vəliyeva) kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
15. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyinə görə, “Aşağı instansiya məhkəməsi iddiaçının hazırki iddia tələbini irəli sürmək üçün tələb olunan subyektiv hüququnun olub-olmaması məsələsinə qiymət vermədən iddianın təmin edilməsindən ibarət nəticəyə gəlməkdə səhvə yol vermişdir.... qanunvericilik hazırki iddianın qaldırılması üçün ilk növbədə iddiaçının ona ayrılmış torpaq sahəsinin qanunla müəyyən edilmiş qaydada koordinatlarını müəyyən etməklə hüquqlarının dövlət reyesterində qeydə alınmasını tələb edir. Aşağı instansiya məhkəmələri isə bu tələbə məhəl qoymayaraq mübahisəni iddiaçının qeydə alınmamış hüquqlarının qorunması məqsədilə qeyri-dəqiq koordinatlar üzrə keçirilmiş ekspertiza rəyi əsasında həll etmiş lər.” d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4783/19 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın rədd edilməsi qət edilmişdir. e) Kassasiya instansiyası məhkəməsində ikinci icraat
17. Qətnamə ilə razılaşmayan "xxxx" MMC ondan ondan kassasiya şikayəti vermişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6098/2019 nömrəli iş üzrə 26 sentyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər G.Quliyev (sədrlik edən və məruzəçi) Ə.Mirzəliyev və Ə.Rüstəmov) kassasiya şikayəti qis mən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
19. Kassasiya instansiyasının hüquqi mövqeyinə görə, “Prosessual qanunvericiliyin tələblərinə görə kassasiya instansiyası məhkəməsinin iddianın təmin edilməsi barədə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərarı özü-özlüyündə yenidən işə baxan apellyasiya məhkəməsi tərəfindən iddianın rədd edilməsi barədə qətnamə qəbul etməsi üçün əsas hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxan tam hüquqlu məhkəmə kimi göstərişlərdə qeyd olunan qanun pozuntularını aradan qaldırmaqla qa nuni və əsaslı qətnamə qəbul etməlidir.” f) Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
20. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-192/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova (sədrlik edən və məruzəçi) E.Mehdiyev və X.Sarıyev) cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 fevral 2018-ci il tarixli qətnaməsi "xxxx" MMC-yə münasibətdə mübahisələndirilən hissədə ləğv edilib, iddia ona münasibətdə mübahisələndirilən hissədə rədd edilmişdir. g) Kassasiya instansiyası məhkəməsində üçüncü icraat
21. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ondan kassasiya şikayətləri vermişlər.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3826/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əhmədov (sədrlik edən və məruzəçi) V.Həsənov və İ.Şəfiyev) iddiaçının kassasiya şikayəti qismən, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kassasiya şikayəti tam təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.
23. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyinə görə, “Apellyasiya instansiyası məhkəməsi, sözügedən ekspert, mütəxəssis rəylərinə istinad edib 21 dekabr 2010-cu il tarixli Çıxarışa əsasən "xxxx" MMC məxsus 5.65 ha torpaq sahəsinin mübahisələndirilən hissəsi ilə, hazırda 23 avqust 2019-cu il tarixli Çıxarışa əsasən XXXun mülkiyyətində olan 0,23 ha torpaq sahəsinin İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsi ilə üstüstə düşməsi, yəni mübahisələndirilən hissədə hər üç sənədin üst-üstə düşməsi və həmin sənədlərin qüvvədə olmaqla məhkəmə qaydasında mübahisələndirilməməsini əsas tutub, iddia tələbini "xxxx" MMC münasibətdə rədd edərkən, sonuncuya məxsus 5,65 ha torpaq sahəsinin və həmin torpaq sahəsindən XXXa satılmış 0,23 ha torpaq sahəsinin Binəqədi qəsəbəsinin ərazisində deyil, Mehdiabad qəsəbəsinin ərazisində yerləşməsini nəzərə almayıb və ən əsası "xxxx" MMC məxsus 5,65 ha, XXXa məxsus 0,23 ha torpaq sahələrinin sənəd üzrə yerində sərhədlərini (kordinatlarını) və onların faktiki istifadələrində olan torpaq sahələrinin ölçüsünü müəyyən etmədən, habelə o nlar tərəfindən inşa edilmiş tikililərin Binəqədi qəsəbəsinin ərazisinə düşüb-düşməməsini aydınlaşdırmadan "xxxx" MMC apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edib.” h) Apellyasiya instansiyası məhkəməsində dördüncü icraat
24. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-93/2023 nömrəli iş üzrə 07 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi) A.Tanrıverdiyev və E.Kazımov) apellyasiya şikayətləri təmin olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “ünvan ehtiyat fondu torpaqlarına aid olan 5,65 ha torpaq sahəsi Mehdiabad bələdiyyəsinə məxsus olub və sonuncu 09 dekabr 2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsini sahibkarlıq məqsədilə "xxxx" MMC satıb və AR ƏMDK yanında DƏDRX tərəfındən xx.xx.2010-cu il tarixdə verilmiş Seriya MA XXX saylı çıxarışa əsasən sözügedən torpaq sahəsi mülkiyyət hüququ üzrə "xxxx" MMC-nin adına qeydə alınıb. Daha sonra "xxxx" MMC ünvanndə yerləşən 0,23 ha torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən XXXa satıb və 23 avqust 2019-cu il tarixli Çıxarışa əsasən həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə onun adına qeydə alınıb.... Bununla belə, Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləy ə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Yuxarıda qeyd edilən normlara əsasən, iddia tələbinin pedmetinin yönəldiyi torpaq sahəsinə dair müvafiq çıxarışlarla cavabdeh "xxxx" MMC və eləcə də XXXun mülkiyyət hüququ qeydiyyata alındığından iddia t ələbi hazırkı halda təmin edilə bilməz.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
26. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayətinin dəlillərinə görə, qətnamə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ryestri publik hüquqi şəxsin 4 saylı Abşeron rayon ərazi idarəsinin torpaq sahəsinin cizgilərini saxtalaşdıran rəyinə istinad edilmişdir. Məhkəmə prosesində həmin cizgilərin saxta olduğunu, həmin cizgidə göstərilən torpaq sahəsinin mübahisə edilən torpaq sahəsi olmadığını bildirməyinə isə heç bir əhəmiyyət veriməmişdir. Təqdim etdiyi rəsmi sənədlərə də qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etir azın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
29. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə
60. Hüquq və azadlıqla rın inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 30. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 31. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə
1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzə rdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
32. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edə n şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir; Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır; Maddə 152.1. Mülkiyyət hüququ - subye ktin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir; Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə v erilmir.
33. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə
67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır;
4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir; Maddə
68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 34. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan R espublikasının Qanunu: Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir; Maddə 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır; Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; Maddə 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassa siya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə b axarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarları “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali M əhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli Qərar: “Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıc ının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Bununla bağlı nəzərə alınmalıdır ki, MM-in 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. … Yuxarıdakıları göstərməklə Konstitusiya Məhkəməsinin Plenumu xüsusi qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.” “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Qərar: “Qeyd olunmalıdır ki, qanunvericilik belə istisnaları müəyyən etməklə mülki dövriyyənin mürəkkəbləşməsinin və çətinləşməsinin qarşısını alır, dayanıqlığını və möhkəmliyini təmin edir. Təsadüfi deyildir ki, mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması v ə xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda, yuxarıda qeyd olunduğu kimi, hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı.... Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyə n edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillə r üzrə tam yoxlanılır.
39. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halla rı və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
42. İlk olaraq, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir.
43. Mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddial ara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür.
44. Vindikasiya iddiası petitor iddianın əsas növü sayılır. Vindikasiya iddiası özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək barədə iddiadır. Bu, mülkiyyətçinin əşyaya sahibliyi itirdiyi hal üçün müəyyən edilmişdir və əmlakı özgənin qeyri-qanuni sahibliyindən məcburi tələb etməkdən ibarətdir. Vindikasiya iddiasının anlayışı Mülki Məcəllənin 157.2-ci maddəsində verilmişdir. Həmin anlayışa görə, vindikasiya iddiası əşyaya sahib olmayan mülkiyətçinin ona sahib olan qeyri-mülkiyyətçiyə qarşı iddiasıdır. Bununla da, vindikasiya prosesində tərəflər: iddiaçı, əşyaya faktikı sahib liyiyni itirmiş mülkiyyətçi, cavabdeh isə vicdanlı və vicdansız olmasından asılı olmayaraq, əşyaya faktiki malik olan sahibdir. Vindikasiya hüququnun subyekti tələb olunan şeyə öz hüququnu, yaxud ona sahibliyinin əsasını (titul) sübut etməli olan əmlak mülkiyyətçisidir. Burada borclu subyekt iddanın qaldırıldığı anda əşyaya malik olan qeyriqanuni sahibdir. Vindikasiya obyekti natura şəklində fərdi müəyyən edilə bilən əşya olmalıdır.
45. Həmçinin, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işd ə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və q ərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək, bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Belə ki, Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə xx.xx.1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələr in səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəm iyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).
46. Bundan əlavə, məhkəmə kollegiyası dövlət reyestrindəki qeydə inanaraq mülkiyyət və sair əşya hüquqları əldə edən şəxsin vicdanlı əldə edən hesab edilməsi ilə bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasın da həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərar). Mülki Məcəllə nin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquq i etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Ko nstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərar).
47. İşin aşağı instansiya məhkəmələri tərəfindən daşınmaz əmlakın dövlət qeydiyyatını aparan orqanların verdiyi dövlət reyestrindən çıxarışlara və digər rəsmi məlumatlara, habelə aparılmış tədqiqatların təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilən və mötəbər sayılmamaları üçün hər hansı əsas işdən müəyyən edilməyən ekspert rəylərinə əsasən müəyyən edilmiş faktiki hallarına görə, X5 tərəfindən xx.xx.2006-cı il tarixli sərəncamla iddiaçıya ayrılmış torpaq sahəsi ilə xx.xx.2010-cu il tarixli çıxarışa əsasən cavabdeh "xxxx" MMC-yə məxsus 5.65 ha torpaq sahəsi və xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən cavabdeh X1 və hazırda onun adına qeydiyyatdan keçmiş 0,23 ha torpaq sahəs i, yəni mübahisələndirilən hissədə hər üç sənəd üst-üstə düşür.
48. Belə olan halda, hazırkı iddia tələbinin maddi hüquqi əsası kimi çıxış edən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinin yerinə yetirilməsi üçün zəruri olan sübutetmə vasitələrinin mövcudluğu konkret mötəbər sübutlarla təsdiqini tapmır. Belə ki, müqavilədənkənar xarakter daşıyan vindikasiya iddiasının irəli sürülməsi üçün: 1) iddiaçı tələb olunan əmlakın mülkiyyətçisi, yaxud mülkiyyətçi olmasa da, qanuna və ya müqaviləyə əsasən əmlaka sahiblik edən şəxs olmalıdır; 2) iddiaçı əşya üzərində faktiki hakimiyyətdən məhrum olmalıdır; 3) vindikasiya obyekti natura şəklində fərdi müəyyən edilə bilən əşya olmalı və digər şəxsin faktiki sahibliyində olmalıdır ki, bu şərtlərə iş üzrə əməl olunmur.
49. Bu kontekstdə, t orpaq sahələri üzərində hüquqların torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yarandığını, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınmasının məcburi olduğunu və torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlətin təminat vermədiyini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddiaçının əmlak hüquqlarını əldə etdiyini irəli sürdüyü torpaq sahəsinin sərhədləri yerdə müəyyən edilməmiş, torpağın planı və ölçüsü tərtib edilməmiş, nəticədə onun mübahisəli torpaq sahəsi üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Əksinə, eyni torpaq sahəsinə 2010-cu ildə cavabdeh "xxxx" MMC-nin, 2019-cu ildə isə cavabdeh X3 hüquqları qeydiyyatdan keçmişdir, X5 tərəfindən xx.xx.2006-cı il tarixli sərəncamla iddiaçıya ayrılmış torpaq sahəsi ilə ust-ustə düşən 0,23 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını əldə edən şəxs kimi cavabdeh X3 həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət etmədiyi, qeydiyyatın qeyridəqiqliyinə dair reyestrə qeyd daxil edildiyi məhkəmələr tərəfindən müəyyən edilmədiyi üçün, sonuncu vicdanlı əldə edən hesab edilir və bu baxımdan, eləcə də, sözügedən qeydiyyat qüvvədə olduğu üçün, onun hüquqları qorunur.
50. Kassasiya şikayətinə gəldikdə, şikayətin dəlilləri işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir.
51. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
52. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-93/2023 nömrəli iş üzrə 07 fevral 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.