Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2290/2025 12.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 12 saylı Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 12 saylı Notariat Kontoruna qarşı “xx.xx.2016-cı il tarixli və xx.xx.2023-cü il tarixli vərəsəlik şəhadətnaməsinin ləğvi və miras payının müəyyən olunması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-647 /2025 nömrəli iş üzrə 19 fevral 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Yasamal rayonu, 7-ci Xrebtovıy küçəsi 8 saylı (hazırda S.Dadaşov küçəsi ev 20) fərdi yaşayış evinin 2/3 hissəsinə X5, 1/3 hissəsinə X9 mülkiyyət hüquqları xx.xx.1957-ci ildə qeydiyyata alınmışdır.
2. X36 ilə X37 xx.xx.1969-cu il tarixdə nikaha daxil olmuşlar.
3. X37 xx.xx.1992-ci il tarixdə ölmüşdür. 4. xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mübahisə predmeti olan mərhum X8 (1962-ci ildə vəfat etmişdir) məxsus ünvan 1 ünvanına dair 2/3 hissədə payı mərhumun vərəsəsi (oğlu) X19 miras payıdır.
5. Bakı şəhəri, Yasamal rayo nu, S.Dadaşov küçəsi 20 E saylı fərdi yaşayış evinə dair X19 mülkiyyət hüququ xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən qeydə alınmışdır. 6. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mübahisə predmeti olan mərhum X28 məxsus ünvan 1 ünvanına dair 2/3 hissədə payı mərhumun vərəsəsi (qızı) Cavabdeh2 miras payıdır.
7. Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi 20 E saylı fərdi yaşayış evinə dair Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2023-cü il tarixli çıxarışa əsasən qeydə alınmışdır.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-3294/2018 nömrəli qətnaməsinə əsasən iddiaçı Ələkbərov (əvvəlki soyadı Əlimərdanov) Vaqif Frans oğlunun müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X38 və X39 cəlb edilməklə cavabdeh Bakı şəhəri 12 say lı Notariat Kontoruna qarşı “xx.xx.2016-cı il tarixli vərəsəlik şəhadətnaməsinin ləğvi” tələbinə dair iddiası iddia tələbi üzrə subyektiv hüququn olmaması əsası ilə rədd edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)13595/2018 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı).
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-7024/2019 saylı qətnaməsinə əsasən, xx.xx.1931-ci il təvəllüdlü X15 xx.xx.1960-cı il tarixdə Bakı şəhərində doğlumuş X17 atası olması faktı müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 12 saylı Notariat Kontoruna qar şı “xx.xx.2016-cı il tarixli və xx.xx.2023-cü il tarixli vərəsəlik şəhadətnaməsinin ləğvi və miras payının müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
11. Nə iddia ərizəsində, nə də məhkəmə iclaslarında iddia tələbinin hüquqi və faktiki əsasları məhkəməyə aydın şəkildə təqdim edilməmişdir.
12. Məhkəmə araşdırma zamanı müəyyən etmişdir ki, İddiaçı iddia edir ki, mübahisə predmeti olan ünvan 1 ünvanı onun nənəsi X29 miras əmlakıdır.
13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 15 aprel 2024-cü il tarixli, 2(004)-1043/2024 nömrəli qətnaməsi ilə (hakim Fariz Əlizadə) iddia təmin edilməmişdir.
14. Birinci instansiya məhkəməsinin eyni tarixli və eyni nömrəli qərardadı ilə n, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhər i 12 saylı Notariat Kontoruna qarşı “xx.xx.2016-cı il tarixli və xx.xx.2023-cü il tarixli vərəsəlik şəhadətnaməsinin ləğvi miras payın müəyyən olunması” tələbinə dair mülki iş üzrə icraata cavabdeh Bakı şəhəri 12 saylı Notariat Kontoruna qarşı “xx.xx.2016-cı il tarixli vərəsəlik şəhadətnaməsinin ləğvi” hissəsinə aid olan hissədə xitam verilmişdir.
15. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının hazırkı iddia tələbi üzrə subyektiv hüququ mövcud deyildir. İddiaçı tərəfindən aktiv sübutetmə prosessual fəaliyyət təmin edilməmiş, iddia tələbinin dəlilləri əsaslandırılmamış, hətta tələb üzrə faktiki münasibətlər barədə də məhkəməyə sənəd, sübut və ya materiallar təqdim edilməmişdir. İddiaçı məhkəmədən müstəqil araşdırma aparılmasını tələb etsə də, sözügedən tələbin mülki prosessua l qanunvericiliyin prinsiplərinə zidd olması (məhkəmə mülki prosesdə tərəf ola bilməz və yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar qəbul etməlidir) ilə yanaşı ümumiyyətlə nəzərdə tutduğu araşdırma istiqamətləri barədə məhkəməyə şifahi də olsa vəsatət verməmiş, bu barədə fikir bildirməmişdir. Məhkəmənin tərəflər, qohumlar arasında uzun illər əvvəl mövcud olmuş hüquqi və ya faktiki vəziyyətlə bağlı hər hansı məlumatı olmadan öz təşəbbüsü ilə araşdırma aparması ağlabatan deyildir. Odur ki, məhkəmə istəsə belə araşdırma aparmaq istiqamətini müəyyən edə bilməmişdir. Nəzərə almaq lazımdır ki, hazırda qüvvədə olan Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
16. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, İddiaçı cavabdeh Bakı şəhəri 12 saylı Notariat Kontoruna qarşı “xx.xx.2016-cı il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan məhkəmə mülki iş üzrə icraata sözügedən hissədə xitam verilməsini və bu barədə ayrıca qərardad qəbul edilməsi əsaslı hesab edir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi (məhkəmə təcrübəsini müəyyən edən müvafiq üç ulduzlu qərar) əsas götürməklə etibarsızlıq və ləğv anlayışlarına formal əsaslarla yanaşmır, hər ikisinin mahiyyəti üzrə eyni xarakterli və eyni hüquqi nəticələrə səbəb olduğunu nəzərə alır. Aydın, anlaşılan hüquq normalarının hüquq tətbiq edən məhkəmələr tərəfindən geniş formada təfsir olunması yol verilməzdir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146, 1151.1, 1151.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İ şlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 18.İddiaçı apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 19.İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 23 fevral 2024-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsinin həcminin artırılmasına dair ərizə və ona əlavə etdiyi sənədlərin surətlərindən iddia tələbinin hüquqi və faktiki əsasları məhkəməyə aydın şəkildə təqdim edilmişdir. Məhkəmə iclaslarında geniş şifahı izahatlar da verilmişdir. Belə ki, əlavə edi lmiş sənədlərin biri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddiaçı X19 cavabdeh X51 və qeyrilərinə mirasın qəbul edilməsi faktının, vərəsəliyin açılma yerinin, vərəsəliyin, mülkiyyət hüquqların və payın müəyyən edilməsi, çıxarılma, köçürülmə və öz başına inşa edilmiş tikintilərin sökülməsi haqqında qarışıqlı iddia ərizəsinin ikinci vərəqində göstərilib ki, miras qoyan X4 (1962-ci ildə vəfat etmişdir) vəfatından sonra aşağıda qeyd olunan birinci növbədə vərəsələri qalmışlar. 1. əri – X36 – xx.xx.1981-ci ildə vəfat etmişdir. 2. oğlu – X34 – xx.xx.2004-cü ildə vəfat etmişdir. Varisi – X40. 3. oğlu – X38. 4. oğlu – X39. 5. qızı – X20. 6. qızı – X21. Həmin iddia ərizəsini iddiaçılar X39, X40, X38, X20 öz imzaları ilə təsdiq ediblər. Həmin ərizəyə notariat qaydasında təsdiq olunmuş vərəsəliyə aid olunan bütün sənədlərin surətlərini qoşma edərək məhkəməyə təqdim ediblər. Məhkəmə iclasında 15 mart 2024-cü il tarixdə məhkəməyə həmin sənədlərin surətlərini təqdim edərək vəsatət vermişdir ki, Yasamal Rayon Məhkəməsinin arxivində olan yuxarda qeyd olunan 2(004)-41/08, 2(103)3851/2013 nömrəli X19, X22, cavabdeh Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin Bakı Ərazi İdarəsinə qarşı işini tələb edib sənədlərə baxış keçirilsin. Vəsatəti təmin olundu, iş tələb edildi. Qeyd edir ki, məhkəmə iclas protokolunda göstərilib ki, həmin sənədləri və sübutları təqdim edəcəkdir. Məhkəmə iclasında 15 aprel 2024-cü il tarixdə sədrlik edən hakim tələb etdiyi işi qaldırıb göstərmiş və demişdir ki, işi məhkəmədədir, sonra işlə bağlı sual verib, cavab alıb və qərar qəbul etmək üçün müşavirə otağına qedib. Təq dim etdiyi sübutlarla və Yasamal Rayon Məhkəməsinin arxivində olan yuxarda qeyd olunan 2(004)41/08, 2(103)-3851/2013 nömrəli işdə olan sübutlarla tam sübut olunmuşdur ki, X36 X4 əri idi. X39 və qeyriləri isə onların uşaqlarıdır. Beləliklə, X36, 1962-ci ildə vəfat etmiş miras qoyan X4 vəfatından sonra birinci növbədə vərəsəsi qalmışdır və həmin evdə qeydiyyatda olmaqla və faktiki yaşamaqla vərəsəliyi faktiki qəbul etmişdir. Bu faktı digər vərəsələr və işdə olan sənədlər (doğun haqqında, nikah haqqında, olüm haqqında şəhadətnamələr və arayışlar) təsdiq edir. X23 mirası qəbul edib və X13 ilə 1969-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş və onu özü ilə mübahisəli Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, 20 nömrəli evinə gətirmiş, həmin evə rəsmi qeydiyyata düşməklə ömrünün axrına qə dər orada yaşamışdır. X23 1981-ci ildə vəfat etmişdir və onun qanun üzrə vərəsəsi nənəsi X42 faktiki olaraq X1 qalmış mirası qəbul etmişdir. Uşaq yaşlarından nənəsi Bilqeyizin himayəsində olmaqla X12 razılığı ilə mübahisəli evə qeydiyyata düşub ailə üzvü kimi yaşayır. Hərbi xidmətdə olduğu vaxt 1981-ci ildə İbrahim Cəfərov vəfat etmiş, əsgəri xidmətdən sonra 1983-cü ildən mübahisəli evdə yenidən pasport qeydiyyata alınaraq orada nənəsi Bilqeyizlə yaşamışdır. Sonradan ailə qurmuş, arvadı Təranə və oğlu Fərhad 1988-ci ildən həmin evdə pasport qeydiyyatdadır və həmin ünvanda yaşayırlar. Mübahisəli ev İbrahim Cəfərovun arvadı X6 adına olmuşdur. İbrahim Cəfərovun oğlanları Teymur, Sabir və Əhməd tərəfindən müxtəlif adamlara mirasdan qalan öz paylarını satmışdırlar. Teymur öz payını Qurbanəliyə, Əhməd öz payını Tofiq Əskərova (sonradan Tofiq aldığı hissəni Bilala satmışdır). Sabir öz payını İsmayıl Abdullayevə satmışdır. Həmin vaxtdan onlar mübahisəli evdən qeydiyyatdan çıxıblar ayrı yerlərdə özlərinə ev alıb ora köçüblər. İbrahim Cəfərovun oğlanları öz paylarını satdığı üçün 1970-ci illərdə onun təkidi ilə satdıqları evdən passport qeydiyyatdan çıxmışdırlar. Onun uşaqlarından heç kim həmin mənzildə qalmamışdır və indiyə qədər yaşamırlar. O vaxtdan evin 1/3 hissəsi Qurbanəli Babayevin, 2/3 hissəsində isə İsmail Abdullayev ailəsi ilə, Bilal Zeynalov ailəsi ilə və o, öz ailəsi ilə yaşayır. Evdə kommunal xidmətlər və bütün kommunikasiyaya görə xərclər bu üç ailə tərəfindən o vaxtdan bu günə qədər ödənilir. Beləliklə, 45 ildən artıq müddətdə fasiləsiz mübahisəli evdə yuxarda qeyd olu nan ailələr yaşayırlar. Son 45 ildir ki, X4 və X12 uşaqları onların sırasında X39, Cavabdeh2 mübahisəli evdə yaşamırlar. X13 1969-cu ildən X23 ilə rəsmi nikaha daxil olduğu vaxtdan mübahisəli Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, 20 nömrəli evdə, ömrünün axrına qədər orada qeydiyyatda olmuş, yaşamış və 1992-ci ildə vəfat etmişdir. Onların xəbəri olmadan X39 2016-cı il tarixində Bakı şəhəri 12 saylı Notariat Kontoruna ərizə yazaraq qanunazidd olaraq vərəsəlik hüququ əldə etmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, mübahisə predmeti olan mərhum X10 (1962-ci ildə vəfat etmişdir) məxsus ünvan 1 ünvanına dair 2/3 hissədə payı mərhumun vərəsəsi (oğlu) X19 miras payıdır. Yasamal Rayon Məhkəməsinin arxivində olan yuxarıda qeyd olunan 2(004)-41/08, 2(103)-3851/2013 nömrəli mülki işdə olan qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi iddiaçı X19 cavabdeh X51 və qeyrilərinə qarşı mirasın qəbul edilməsi faktının, vərəsəliyin açılma yerinin, vərəsəliyin, mülkiyyət huquqların və payın müəyyən edilməsi, çıxarılma, köçürülmə və öz başına inşa edilmiş tikintilərin sökülməsi haqqında qarışıqlı iddia ərizəsi təmin edilməmişdir. Həmin vaxtda qüvvədə olan qanunlara əsasən mirası qəbul edilməsi üçün vərəsəlik açıldığı gündən müəyyən edilmiş 6 ay müddətində notariat kontoruna mirasın qəbul oluması barədə ərizə ilə müraciət etməklə və ya məhkəmənin qətnaməsi ilə əldə etmək olar. X14 54 ildən sonra məhkəmə onun iddiasını rədd edəndən sonra notariat kontorundan ərizə əsasında mübahisəli evə və rəsəlik hüququ haqqında şəhadətnaməni qanunsuz olaraq alır. Sonradan o vəfat edir və həmin mübahisəli ev iş materiallarında olan xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, mübahisə predmeti olan mərhum X28 məxsus ünvan 1 ünvanına dair 2/3 hissədə payı mərhumun vərəsəsi (qızı) Cavabdeh2 miras payıdır. Beləliklə subut olunur ki, X39 və Cavabdeh2 qanunsuz olaraq vərəsəlik hüququ haqqında şəhadətnaməni əldə ediblər. İş materiallarına müvafiq çıxarışlar əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-3294/2018 nömrəli qətnaməsinə əsasən müəyyən edilir ki, iddiaçı Ələkbərov (əvvəlki soyadı Əlimərdanov) Vaqif Frans oğlunun müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X38 və X39 cəlb edilməklə cavabdeh Bakı şəhəri 12 saylı Notariat Kontoruna qarşı “xx.xx.2016-cı il tarixli vərəsəlik şəhadətnaməsinin ləğvi” tələbinə dair iddiası iddia tələbi üzrə subyektiv hüququn olmaması əsası ilə rədd edilmişdir və həmin qətnamə qüvvədədir. Bunun əsasında məhkəmə hesab edib ki, mülki iş üzrə icraata hissəvi xitam verilməlidir. Qeyd edir ki, Cavabdeh2 tərəfindən təqdim edilmiş qətnamədən görünür ki, orda iddiaçı X30 olub. Hazırkı iş üzrə isə İddiaçı keçir. X3 Rayon Məhkəmənin 31 oktyabr 2019-ci il tarixli qətnaməsi ilə X17 ərizəsi təmin edildi. 31 oktyabr 1931-ci il təvəllüdlü X24 xx.xx.1960-ci il təvəllüdlü X17 atası olması faktı müəyyən edildi. Bunun əsasında Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi 20 fevral 2020-ci il tarixdə ona atalığın müəyyən edilməsi haqqın da şəhadətnamə vermişdir. Həmin qeydiyyat şöbəsi 11 iyun 2020-ci il tarixdə, ata adının və soyadının dəyişdirilməsi haqqında şəhadətnamə əsasında X2 “Əlimərdanov” dan “Ələkbərov”a, dəyişdirdi. Beləliklə onun tək soyadı dəyişmədi hüququ statusu belə dəyişdi. Ona görə ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsindən verilmiş 7-66 nömrəli arxiv arayışından görünür ki, X16 anası Bilqeyiz Məmməd-Şəfi qızıdır. Bu da onu təsdiq edir ki, Ələkbərov X25 Vaqif Frans oğlu ilə eyni tərəf deyil. MM-nin 1136-cı maddəsinə əsasən nikahdankənar uşaq o halda atasının vərəsəsi sayılır ki, atalıq qanunla nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmiş olsun. Həmin qanuna əsasən İddiaçı X16 vərəsəsidir. X16 Bilqeyiz Məmməd-Şəfi qızının oğlu və vərəsəsidir. Bununla belə İddiaçı iddia ərizəsini vermək üçün suby ektiv hüququ Yasamal Rayon Məhkəmənin 31 oktyabr 2019-ci il tarixli qətnaməsi qüvvə mindiyi andan yaranıb. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-3294/2018 nömrəli qətnaməsinə əsasən müəyyən edilir ki, iddiaçı Ələkbərov (əvvəlki soyadı Əlimərdanov) Vaqif Frans oğlunun müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X38 və X39 cəlb olunmuşdurlar. Hazırkı iş üzrə isə cavabdehlər Bakı şəhəri 12 saylı Notariat Kontoru, Cavabdeh2 və maraqlı şəxlər X43, X31 cəlb olunanlardır. Bu da onu təsdiq edir ki, cavabdehlər də maraqlı şəxslər də fərqlidir, eyni deyillər, iddianın əsası da fərqlidir.
20. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayəti ilə razılaşmayıb şikyətin təmin edilməməsini xahiş etmişdir.
21. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəki li X44 apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-647/2025 nömrəli, 19 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər S.R.Səlimova - sədrlik edən və məruzəçi, A.Ə.İsgəndərov və M.Ə.Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi 20 E saylı fərdi yaşayış evində uzun müddət yaşamaqla həmin evə dair nənəsindən miras qalan əmlakı faktiki ol araq qəbul etməsini bildirsə də, atası X64-Rza Seid-Qafar oğlunun öz anasından, yəni X18 mirası qəbul etməsi faktını sübuta yetirə bilməmişdir.
24. Bundan başqa iddiaçının atasının və nənəsinin öldüyü vaxtda qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən, qanun üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqları vərəsə ola bilərdi, mirası əldə etmək üçün isə vərəsə onu qəbul etməli idi. İddiaçının təqdim etdyi sübutlardan isə onun atasının 1962-ci ildə, nənəsinin isə 1992-ci ildə ölməsi, yəni X64-Rza Seid-Qafar oğlunun öz anasından hər hansı bir mirası qəbul etmədiyi müəyyən olunur. Göründüyü kimi xx.xx.2016-cı il tarixli və xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr verilərkən ha zırda qüvvədə olan müki qanunvericiliyin tələblərinə əməl edilmiş, iddiaçı həmin şəhadətlər üzrə miras qoyanların vərəsələri sırasına daxil olmadığından vərəsəliyə çağırılmamışdır.
25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxarkən məhkəmə kollegiyası ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdıraraq belə nəticəyə gəlir ki, miras fiziki şəxsin öldüyü və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün onun ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açıldığından, miras qoyanın öldüyü anda sağ olmuş şəxslər vərəsə ola bildiklərindən, nəvə isə yalnız mirası qəbul etmiş valideynlərinin vərəsəsi olduğundan iddiaçının hazırkı iddia tələbləri üzrə subyektiv hüququ yoxdur.
26. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 1133.1, 1133.2, 1134.1, 1136, 1145, 1151.1, 1159.1, 1243, 1255-ci, Azərbaycan SSR Mülki Məcəlləsi (xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş) 527, 530, 532, 552-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
31. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
32. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
33. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
34. Maddə 1136. Nikahdankənar uşaq o halda atasının vərəsəsi sayılır ki, atalıq qanunda nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmiş olsun. Əgər həmin uşaq atasından əvvəl ölərsə, onun uşaqları atalarına çatası mirasdan pay tələb edə bilərlər.
35. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
36. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
37. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquql arının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
38. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 39. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
40. Maddə 1243.1. Mirası istər qanu n üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
41. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
42. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
43. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradı r. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməl idir.
51. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının pr edmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
54. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin ara şdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
55. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “ kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).
56. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
58. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-647/2025 nömrəli iş üzrə 19 fevral 2025-ci il tarixli qətnam əsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.