Məhkəmə qərarları › İş №2(102)-2291/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2291/2020

01.07.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2291/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X9 və X10 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh2, vəkili X7 və İddiaçı1 vəkili X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(011)134/2017, hakim F.Ə.Məmmədov) İddiaçı1, İddiaçı3 və İddiaçı4 iddiası təmin edilmiş, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 19 saylı evin 63 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmiş, Cavabdeh2 İddiaçı1, İddiaçı3 və İddiaçı4 qarşı mənzilə məcburi köçürülmə tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-754/2018, hakimlər X.A.Mərdanova, İ.Ş.Vəliyev, E.M.Həsənov) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh2 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib, işin yenidən apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən, bina 19, 3-cü blok, 9-cu mərtəbədə, 5 otaqlı, sahəsi 76,8 kv metr olan, 63 saylı mənzil Azərbaycan SSR X5 Bakı şəhər İcraiyyə Komitəsinin yaşayış sahələrinin uçotu və bölüşdürülməsi İdarəsinin xx xxxxxxx 1987-ci il tarixli Orderi ilə X3 və onunla birgə yaşayan ailə üzvləri – İddiaçı6, X6, İddiaçı1, Cavabdeh2, İddiaçı3 və İddiaçı4 ayrılmışdır. xx xxxxxx 2016-cı il tarixdə İddiaçı1, İddiaçı3 və İddiaçı4 Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, Çobanova X2 Elçin Əlişah oğlu, İddiaçı3 və İddiaçı4 qarşı mənzilə məcburi köçürülmə tələbinə dair qarşılıqlı iddia qaldırmışdır. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasi ya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən, maddi və prosessual normalar pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən, kassasiya instansiya məhkəməs i apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, mübahisəli mənzil xx xxxxxxx 1987-ci il tarixli X1 və onunla birgə yaşayan və mənzilə hüququ olan 6 nəfər ailə üzvləri – İddiaçı6, X6, İddiaçı1, Cavabdeh2, İddiaçı3 və İddiaçı4 ayrılmışdır. Hazırda İddiaçı1, İddiaçı3 və İddiaçı4 Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsini, qarşılıqlı iddiaçı Cavabdeh2 isə, qızı ilə birgə mənzilə köçürülməsini tələb edir. Tərəflər arasında hüquq münasibətlərinin 2000-ci ilin sentyabrın 1-dən əvvəl yarandığını nəzərə alaraq həm ilkin, həm qarşılıqlı iddia tələbləri xx.xx.1982-ci ildə qəbul olunmuş və 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun həll edilməlidir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən, kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin birinci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər sahəsinə köçdükdə, yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İlkin iddia üzrə Cavabdeh2 1995-ci ildə ailə qurması ilə əlaqədar qeyd olun an mənzildən çıxması, 1996-cı ildə onların nikahından Nəzirə adlı övladlarının dünyaya gəlməsi, 1995-ci ildən sonrakı müddətdə həmin mənzildə yaşamaması tərəflərin izahatları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, Cavabdeh2 Tərlan Marsyukayev adlı şəx slə ailə qurduqdan sonra, həmin mənzili tərk etmiş, həmin müddətdən sonra, qeyd edilən mənzildə yaşamamış, həmin mənzildə hər hansı əmlakı qalmamışdır. Hal-hazırda da həmin mənzildə heç bir əmlakı yoxdur. İşin sadalanan halları yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə əsasən, Cavabdeh2 göstərilən mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi üçün əsasdır. Cavabdeh2 həmin mənzilə köçürülməsi tələbinə dair qarşılıqlı iddiasına gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 156-cı maddəsinə əsasən, ilk iddianın təmin edilməsi qarşılıqlı iddianın təmin edilməsini aradan qaldırır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar